Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə7/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   2   3   4   5   6   7   8   9   10   ...   99
İKİ KÖNÜL İŞIĞI
 İnsanın həyata sağlam doğuluşu hələ bütün xoşbəxtlik qapılarının onun 
üzünə açılması demək deyildir. O öz ağlıyla, şüuruyla, bacarığıyla, varsa 
istedadıyla zaman burulğanlarında Allahın verdiyi ömrü sağlam və xoşbəxt 
yaşamaq haqqını qazanmalıdır. Bir çoxları belə düşünür ki, hansısa səadətə 
çatmaq  üçün  fələk  sənə  qapı  açmalıdır.  Əgər  fələk  bu  qapını  açmırsa, 
deməli, heç bir xoşbəxtlikdən söhbət gedə bilməz, amma mənə elə gəlir ki, 
Yaradan bütün canlı aləmdən fərqli olaraq insana zəngin beyin verib. Bu 
beynin bir çox qatlarının sirləri hələ alimlər tərəfindən açılmamış qalır… 
Hər bir kəs (ağıldankəm adamları çıxmaq şərtiylə) öz ağlını ömrünün ilkin 
dönəmlərində yatıb yuxuya verməməlidir. Tənbəllik insan başına gələcək 
sonrakı bəlaların səbəbkarıdır. Vaxtın qiymətini bilən və onun anlarından 
səmərəli istifadə edənlər, hələ məktəb partası arxasında kitablarla sevda 
bağlayırlar. Öz başının hikmətilə illərin eniş-yoxuşlarından adlayıb, istək 
və arzularına çatırlar. Hətta arxasız, köməksiz olsalar belə ağıl və iradə he-
sabına əl çatmayan, ün yetməyən zirvələri fəth edirlər. Allah insana verdiyi 
şüurun aliliyi ilə adəm övladını bütün canlılardan üstün tutdu. Məhz bəşər 


10
də bu üstünlüyünü ömrü boyu qoruyub saxlamalıdır. Bunu qoruyub sax-
layanlar ulu Tanrının sevdiyi bəndələr olurlar.
Bu  yaxınlarda  paytaxtın  sayılıb-seçilən  ədəbi  mətbuat  orqanlarından 
olan  “Kredo”  qəzetinin redaksiyasına  getmişdim. Qəzetin baş  redaktoru 
Əli Rza Xələfli mənə “İki ürəyin sözü” adlı bir şeir kitabı verdi. Bu toplu 
iki müəllifin imzasıyla qələmə alınmışdır. Kitabın müəllifləri Mətanət və 
Aygün Tağıyeva bacılarıdır. Mətanət xanım 25 yanvar 1973, Aygün xanım 
isə 8 yanvar 1974-cü ildə Bakıda anadan olublar. Hər ikisi Bakı Dövlət 
Universitetini  bitirib.  Mətanət  xanım  filologiya,  Aygün  xanım  isə  tarix 
fakültəsinin məzunlarıdır.  İkisi də rus dilində təhsil alıblar. Hər ikisi şeir 
yazır. Şeirlərini isə əsasən ana dilində yazırlar. Mətanət xanım Tağıyeva 
artıq AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi və filologi-
ya elmləri namizədidir. Aygün xanım Tağıyeva isə tarix üzrə magistrdir. 
Qızlar buraxdıqları şeir kitabını ataları Rafiq Nemət oğluna və anaları Sə-
mayə Qasımbəy qızına ithaf ediblər. Bu iki ziyalı xanım qızlarımızın ömür 
tarixçəsinə diqqət kəsiləndə adamın ürəyini riqqət və heyrət hissi bürüyür, 
çünki bu qızlar ana bətnindən dünyaya göz açarkən hər ikisi eyni tale ilə 
doğulublar. Dünya işığına həsrət acısı ömürləri boyu onlarla yol yoldaşı 
olub.  Bu  iki  xanım  qızlarımız  təbiətin  onların  bəxtinə  ərməğan  etdiyi 
fiziki qüsurun ağrısının burulğanında batıb qalmayıblar. İki gözün acısını 
dəf  edib  elmin  zirvələrinə  doğru  yol  getməkdədirlər.  Mətanət  xanım  və 
Aygün xanım təkcə elmlə kifayətlənməyib bədii yaradıcılıqla da məşğul 
olurlar. Elə bu səbəbdəndir ki, məhz “İki ürəyin sözü” toplusu onların birgə 
əməyinin  məhsuludur.  Qızlar  qələmlərini  təkcə  heca  və  sərbəst  vəzndə 
deyil, hətta əruz vəznində də sınayıblar. Kitab ilk əvvəl Mətanət xanımın 
şeirlərilə başlayır. Onun “Qatar”, “Getdi əldən vətən bağı”, “Səninlə sənsiz 
(pul)”, “Məndən başqa kimin var?”, “Sən mənim yolumu gözləyəcəksən” və 
sair  şeirləri  kitabda  özünə  yer  alıb.  Müəllif  “Qatar”  şerində  insan  həyatına 
daxil olmuş, onun mənzil başına çatmaq ehtiyacını ödəyən qatardan söz açır. 
Şeirdə uzun yolları tələsmədən, həm də buna baxmayaraq yubanmadan gedən 
müasir dövrün ən kara gələn texnikasını öz şerində əks etdirir:
Qoy ötməsin günün hədər, vaxtın əbəs,
Tükənməsin səyahətə səndə həvəs,
Yetir məni öz arzuma tələs, tələs,

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin