Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə6/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   2   3   4   5   6   7   8   9   ...   99
 YAŞIL AVTOBUSLARIN YAŞIL ZƏHƏRİ 
 
Mən Pirallahı adasında yaşayıram. Sovet zamanı bu ada Artyom ad la-
nırdı. Müstəqilliyimizi qazanandan sonra adanın tarixi adı özünə qaytarıldı. 
Adanın 60 km paytaxtdan kənarda yerləşməsi, yəni Bakının ən ucqarında 
olması  uzun  illər  ada  sakinlərinin  nəqliyyat  məsələsində  şəhərə  gedib-
gəlməsinə çətinlik törədib.  
Hələ sovet dönəmində iri tutumlu avtobuslar 2 saat vaxt sərfi ilə camaatı 
şəhərə aparıb gətirirdi. Bu zaman kəsiyi şəhərdə işləyən ada sakinlərinin 
işə  gecikmələri,  bəzən  hətta  maşınlar  xarab  olub  yolda  qalarkən  işdən 
qalma halları ilə belə nəticələnirdi. Müstəqilliyimizi qazandığımız bu neçə 
illərdə  “QAZEL”  və  “FORD”  tipli  kiçik  tutumlu  avtobuslar  yol  prob-
lemimizə,  demək  olar  ki,  birdəfəlik  son  qoymuşdu.  Dövlət  Başçımızın 
qayğısı və diqqəti nəticəsində sovet zamanı xarabalığını andıran yollarımız 
da Gürgana (Sovet vaxtı Damba adlanırdı) qədər əla təmir olunub. Quruyla 
adanı birləşdirən yol da artıq dənizlə yolu ayıran qoruyucu beton divarlar 
vasitəsilə  təmir  prosesindədir.  Bütün  bunlar  insan  ruhunu  çiçəkləndirən 
və yaşamaq eşqini artıran təqdirəlayiq işlərdir. Hiss edirsən ki, bu Vətən 
müstəqildir və gündən-günə çiçəklənir. 
Bir  aya  yaxındır  ki,  yenidən  şəhərə  gedib-gəlmək  problemi  ilə  üz-
üzə qalmışıq. İrihəcmli yaşıl avtobusların Pirallahı adasına marşruta bu-
raxılması ilə əlaqədar “QAZEL” və “FORD” tipli marşrutların işləməsinə 
birdəfəlik nəqliyyat naziri tərəfindən qadağa qoyuldu. Bu yaxınlarda mən 
həyat  yoldaşımla  “Qazel”də  şəhərə  gedərkən  yol  polisləri  Bakıya  çat-
mamış marşrutun qabağını kəsib sürücünün əlindən açarı aldı və camaatı 
maşından məcburən aşağı düşürtdü. Biz Pirallahı sakinləri başa düşürük 
ki, adaya gələnə qədər yolboyu yerləşən kənd və qəsəbələrdə yaşayan sa-
kinlərə  iri  həcmli  avtobuslar  sərf  edir.  Ona  görə  də  böyük  avtobusların 
marşruta buraxılmasının əleyhinə deyilik, ancaq yolumuzun uzaqlığı nə-
zərə alınıb “QAZEL” və “FORD”ların da xətdə işləməsinə icazə verilsin. 


9
Axı,  hörmətli  nazir,  seçim  camaatın  olmalıdır.  Əvvəla,  yaşıl  avtobuslar 
heç uzaq yol üçün nəzərdə tutulmayıb, çünki bu maşınlarda oturacaqların 
sayı azdır. Yolboyu sərnişinlərin çoxu 2 saat, saatyarımlıq məsafəni ayaq 
üstə nehrə kimi çalxalana-çalxalana gəlməli olur. Hiss olunacaq dərəcədə 
vaxt  itkisi  ilə  mənzil  başına  yorğun-arğın  çatırlar.  Hələ  bunun  qarşıda 
qışı  var,  uzaq  yolun  çətinliyini  də  nəzərə  alsaq,  neçə-neçə  təhlükəli 
məqamlarla üz-üzə qalmalı olacağıq. Ataların yaxşı bir məsəli var: “Özünə 
qıymadığını  başqalarına  rəva  bilmə”.  Xahiş  edirik  ki,  bu  məsəli  nəzərə 
alıb  Pirallahı  sakinlərinin  şəhərə  gedib-gəlməsində  önəmli  yer  tutmuş 
“QAZEL”  və  “FORD”ların  xəttə  qaytarılmasına  izin  verəsiniz.  Bizim 
şəxsi maşın almağa, nə də Pirallahıdan köçüb şəhərə getməyə maddi im-
kanımız yoxdur. Biz Pirallahı sakinləri də Allah bəndələriyik və əminik 
ki, nəqliyyat naziri cənab Ziya Məmmədov yaşıl maşınların yaşıl zəhərilə 
ovqatımızı  zəhərləməyəcək. Ada  sakinlərinin  arzu  və  istəklərini  nəzərə 
alıb iri həcmli yaşıl avtobuslarla bərabər “QAZEL” və “FORD”ların da 
marşrutda fəaliyyət göstərməsinə rəvac verəcək.
 29.04.2008

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin