Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə4/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   2   3   4   5   6   7   8   9   ...   99
İNANMIRAM YOXLUĞUNA
 
Kitabın kompüterdə işi, demək olar ki, tamamilə qurtarmışdı. Bu zaman 
ağır  bir  xəbər  məni  dərindən  sarsıtdı.  Bu  “Füzuli”  məclisinin  yaradıcısı 
və  rəhbəri,  Füzuli  yanğılı  qəzəl  şairi  Hacı  Mailin  vəfatı  xəbəri  idi.  Son 
bir ildə Hacının xəstə olmasını bilirdim. Lakin fələyin bu tezliklə onu bi-
zim  aramızdan  aparmasına  heç  vəchlə  inana  bilmirəm.  Hacı  Mail  sadə, 
müdrik və Füzuli harayı ilə nəfəs alan, alışan-yanan bir şair, daha doğrusu 
şairlər içində inci idi. O, Füzuli dühasının Məcnunu idi. Nəinki gənc qəzəl 
şairlərinin, hətta şerin bütün növlərində yazıb-yaradanların tərəfkeşi. Hacı 
Mail, fələk sənin varlığını nə çox gördü “Füzuli” məclisinə?
Düzdü, mən “Məcməüş-şüəra” və “Füzuli” məclislərinə ara-sıra gedi-
rəm, çünki Neft Daşlarında işləməyim və şəhərdən kənarda, Pirallahıda, 
yaşamağım məclislərə intensiv gəlib-getməyimə çətinlik törətsə də, ürəyim 


6
o kamal yığnaqlarından bir an belə aralı olmayıb və xüsusən Hacı Mailin 
o müdrik siması bir an da belə gözlərim önündən getmir. Amansız xəstəlik 
Hacı Mailə möhlət versəydi, hələ neçə-neçə qəzəl kitablarını, divanlarını 
araya-ərsəyə gətirərdi.
 Fəqət, hardan biləsən fələyin gərdişini? Hökm çıxardan da O, hökmü 
həyata keçirən də O. Bizlərsə, onun hökmünə məhkum olmuşlarıq. Necə 
səbirlə, necə təmkinlə qulaq asırdı Hacı Mail məclisdə oxunan şeirlərə…
İrad tutanda da elə yumşaq, elə mülayim deyirdi ki, iradını… Müəllifin 
ümidini itirməmək üçün. Ərəb, fars dillərinin bilicisi, sənədsiz alim, iste-
dadlı şair. Hacı Mailin ruhuna Allahdan rəhmət diləyirəm. Məzarın nurla 
dolsun, böyük şair!
Sənin  övladların  sənət  çırağının  işığıyla  öyünə  bilərlər.  Ey  heç  kəsə 
əyilməyən  dağ  vüqarlı  sənətkar!  Sənin  yoxluğun  Azərbaycan  alimləri, 
söz xiridarları içində bundan sonra daha çox bilinəcək. Yoxluğun göyüm-
göyüm göynədəcək səni candan sevənləri, əziz Hacı Mail. Allah sənə qəni-
qəni rəhmət eləsin, ruhun şad olsun! Sinəsində Vətən ağrılarıyla dünyanı 
tərk edən sənətkar. Ürəyində hələ nə qədər sözün-sovun qaldı…
Yoxluğun  hiss  olunduqca  sənətinin  yaddaşlardan  silinməzliyi  aləmə 
üs yan olacaq. Ölməz, Hacı Mail, bilirəm həmkarların sənin əziz xatirənə 
qəzəllər həsr edəcəklər.
Yoxluğunun  xəbəri  nədənsə  mənim  könlümdə  heca  vəznində  ürək 
yanğısına çevrildi. Mən sənin əziz xatirənə həsr etdim bu şeri, ruhun şad 
olsun əməli pak ustadım!
BU XƏBƏR
Mərhum qəzəl ustadımız Hacı Mailin 
 unudulmaz xatirəsinə
İçimdə acıya döndü bu axşam,
Söndü gözlərimin gecəsində şam,
Aldı ürəyimdən kədərlərim kam,
Sel etdi gözümün yaşın bu xəbər,
Yandırdı qəlbimin başın bu xəbər.
Əsl insanları itirmək çətin,
Ən ağır itkisi bəşəriyyətin,


7
Ey fələk, sarsıtdı məni niyyətin,
Ağlatdı könlümün gözün bu xəbər,
Göstərdi ölümün üzün bu xəbər.
İlahi yaxşını həyatdan alar,
Onun yoxluğuyla qəlbləri çalar,
Duyğulu canları ələmə salar,
Saldı ürəyimi qəmə bu xəbər
Atdı gözlərimi nəmə bu xəbər.
O candan sevərdi Azərbaycanı,
Həyatı, cahanı, hər keçən anı,
Fələk ayrı etdi tənindən canı,
Saldı matəmini dilə bu xəbər,
Mailin yoxluğun elə bu xəbər.
Füzuli oduyla alışan şair,
“Şəbi-hicran” ilə yarışan şair,
Məcnun atəşinə qarışan şair,
Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin