Söz köNLÜMÜ QƏLƏm etdi (publiSİSTİk düŞÜNCƏLƏR)



Yüklə 1,12 Mb.
Pdf görüntüsü
səhifə15/99
tarix26.12.2016
ölçüsü1,12 Mb.
#3432
1   ...   11   12   13   14   15   16   17   18   ...   99
27
SÖZÜM HAQQI – DÖZÜM HAQQI 
Deyirlər ki, Allah öz bəndələrini xəlq etməmişdən çox-çox əvvəl SÖZÜ 
yaratdı,  insanları  digər  canlılardan  fərqləndirib  ali  varlıq  kimi  dünya-
ya bəxş etdi. Söz, can cismi tapana qədər ağrılardan, sonu görünməyən 
əzablardan  keçdi,  çünki  sözün  özünün  də  canı  var  idi  və  bu  can  sonra-
lar insan canı ilə qovuşdu, onunla əbədi yolun yolçuna döndü… Əslində 
sözün həyatı əbədidir. Bu həyat sözün bir bədəndən digərinə keçməsiylə 
öz davamını tapır, çünki sudan, qandan və ətdən ibarət olan bədən təbiətdə 
olan canlılar kimi ona ayrılmış müddət bitdiyi məqamlara az qalmış öz 
ölçüsünü,  çəkisini,  görünüşünü  dəyişməyə  başlayır  və  istər-istəməz  bu 
dünyanı tərk etməli olur. Deməli, canın tapındığı cisim sıradan çıxır, daha 
doğrusu, öz ömrünü başa vurur. Söz isə ruh mərtəbəsində qalır yenidən 
hansısa  bir  bədəndə  həyatın  davamı  üçün…  Ruhlar  da  xeyir  və  şər  ol-
maqla iki yerə bölünür. Necə ki, təbiətdə soyuq-isti, külək, meh, qasırğa, 
yağış-gurşad, qar, zəlzələ, vulkan və sair var. Onlar arasında daimi iğtişaş 
gedir.  Elə  bu  dünyada  da  təbiət  qüvvələri  arasında  iğtişaş  getdiyi  kimi, 
insan  dediyimiz  varlıqda  bərqərar  olan  xeyir-şər  arasında  mübarizə  ge-
dir.  Bu  mübarizə  çox  vaxt  bütünlüklə  dünyanın  məhv  olmasına  aparıb 
çıxarır,  sanki Allah  insanı  haqq  yolunu  azdığına  görə  doğrudan  da  ca-
hana günahlardan təmizlənmək üçün göndərib. Sözü də Adəmə şərin və 
xeyirin  çarpışmasında  bir  vasitə  kimi  ərməğan  edib.  Ruhun  təmizliyinə 
qovuşmaq istəyənlər, mənəvi dünyanın möcüzəsinə səcdə edənlər Tanrının 
ona bəxş etdiyi Təb adlı gözəgörünməz ilahi xilqətin əsirinə çevrilir. Təb 
isə sözün bir sevdalı mələyidir. O insanı həm şər tərəfə, həm xeyir tərəfə 
çəkə  bilər,  çünki  söz  həm  şərin,  həm  də  xeyirin  əsiri  ola  bilər.  O  baxır 
insan ağlına, düşüncəsinə, düşdüyü mühitə və onun mənliyinin tutumuna 
ki, söz onu hansı tərəfə çəkir… Kaş, söz aşiqi olan insana qələmini xeyirə 
çalmaq qismət olaydı! Əgər belə olsaydı cahanda bu qədər zülm, didişmə, 
mərəkə,  qan-qırğın  olmazdı  və  insanlar  da  o  biri  dünyanın  cəhənnəm 
əzabıyla hədələnməzdilər. Bu dünya gülüstanlıq olardı və bəşər övladı bu 
gülüstanlıqda bəxtiyarlıqla ömür sürərdi… 
Yalnız sözdən keçir insanın insana məhəbbəti də, nifrəti də, döyüşü də, 
yürüşü də, ülfəti də, səadəti də! Bu ali məqamın təmizliyini duyanlar sözü 
xeyirlə sevdaladılar, ona tapındılar, ona ehya etdilər, onun haqqa üz tutan 
karvanına qoşuldular, zirvələrə doğru getdilər – Nizami kimi, Füzuli kimi, 


28
Yunis  İmrə  kimi,  Sədi  kimi,  Şekspir  kimi,  dərisi  soyulan  Nəsimi  kimi, 
Puşkin  kimi…  Və  bu  günümüzə  qədər  mənəvi  dünyanı  maddiyyatdan 
üstün tutub ömrü boyu onun əsirinə çevrilən, qələmini xeyrə ərməğan edib 
ona dəlicəsinə aşiq olanlar Allah sevgisilə cilalanmış kəslərdir. Ölənədək 
varını-pulunu  sayanlar,  ona  cani-dildən  uyanlarla  mənəviyyat  insanları 
arasında  dağla  dəniz  qədər  fərq  var.  Bəlkə  elə  ona  görə  də  müqəddəs 
kitabımız olan Quranda alimin qələmi uca tutulur. İlhamın insana şeytan 
vəsvəsəsindən və ya Allah tərəfindən verilməsi barədə söhbət açılır və şərə 
çalınan qələm cəhənnəm əzabı ilə hədələnir. 
Əli  Rza  müəllim,  siz  sözlə  bağlı  olduğunuz  üçün,  ömrü  boyu  sözə 
doğru  yol  getdiyiniz  üçün  mən  də  yazmaq  istədiyim  bu  yazını  özümün 
bacardığım  kimi,  ağlımın  mənə  diktə  etdiyi  kimi  sözə  verdiyim  təriflə, 
qaydayla başladım. Hələ 1991-ci ildə “Ürək niyə ağrıyırsan?” kitabı ilə 
ədəbiyyat aləminə qədəm qoyanda bu yolun nə qədər ağrılı, keşməkeşli, 
çətin olduğunun şahidi oldum. Öncə kitab çapdan çıxanda sevindim, amma 
sonra dərin peşmançılıq hissləri keçirdim, hətta bu peşmançılıq hisslərinin 
sarsıntıya  bənzəri  var  idi.  O  zaman  hələ  yazar  qadınlarımızın  sayı  çox 
deyildi,  çünki  qadının  sənətdə  və  xüsusən  ədəbiyyatda  olması  olduqca 
çətin bir işdir, məhz həyatın hər sahəsində üstünlük kişilərin əlində olduğu 
üçün, onlar qadınları zəif və zərif məxluq hesab etdiklərinə görə onların 
istedadına  da  özlərinin  düşündükləri  prizmadan  baxırlar.  Yəni  qadının 
yazdığı da özü kimi zəif və zərifdir.
Amma evin, ailənin bütün çətinliklərini öz çiyinlərində daşıyan qadına da 
Allah ilham verib və onu heç də kişilərdən aşağıda tutmayıb. Sadəcə olaraq, 
qadın dövrün, zamanın keşməkeşlərinə dözə-dözə ilhamını ona qadağan 
eləyənlərə qarşı əsrlərlə mərdliklə mübarizə aparıb. Bu mübarizədən gah 
məğlub,  gah  qalib  çıxıb,  amma  əfsus  ki,  onun  qalib  zamanları  az  olub, 
çünki dünyada hökmran kişilərdir, onlar da özləri bildikləri kimi qadınlarla 
rəftar edib və edir. Şükürlər olsun ki, həmin yasaqlar yaşadığımız dövrdə 
az təsadüf olunur və yaxud yox dərəcəsindədir. Mən bununla kişiləri itti-
ham etmək fikrində deyiləm, sadəcə, olaraq diqqətinizə yetirmək istəyirəm 
ki,  kişi  yazarlardan  fərqli  olaraq  qadın  yazarların  həyatı  bu  yolda  çox 
ağır və üzücüdür. Elə ona görə də ilk kitabım mənə həm sonsuz dərəcədə 
sevinc, həm də kədər hissləri yaşatdı… Həyatım boyu üç dəfə şeirlərimdən 
ocaq çatmışam. Birinci orta məktəbi, ikinci universiteti bitirdikdən sonra, 
üçüncü isə birinci kitabım çapdan çıxandan sonra… Düz doqquz il kitab 


29
çap  etmədim,  çünki  birinci  kitab  “Azərbaycan”  nəşriyyatının  keçmiş 
direktoru  rəhmətlik  Əjdər  Xanbabayevin,  ilk  kitabımın  çapına  rəy  verən 
hörmətli şairimiz Sabir Rüstəmxanlının, redaktorluq edən hörmətli şai ri miz 
İlyas  Tapdığın  insani  qayğıları  olmasaydı  kitabın  çapı  müşkül  mə sələydi, 
çünki sovet quruluşu dağılmamışdı və kitab çapı ağrılı bir iş idi. Mən Əjdər 
müəllimə, qəbrin nurla dolsun deyirəm, İlyas bəylə Sabir bəyə isə cansağlığı 
və yaradıcılıq uğurları arzulayıram və öz dərin salamlarımı yetirirəm.
Ailə həyatı qurduqdan sonra elmə, biliyə, mənəviyyata sonsuz hörmət-
lərlə yanaşan həyat yoldaşımın cidd-cəhdləri ilə 2000-ci ildə ikinci kitab 
işıq  üzü  gördü.  Mən  Neft  Daşlarında  işləyirdim,  tamam  başqa  peşədə, 
geofizikada mühəndis kimi çalışırdım. Amma orda mənim könül hücrəm 
vardı. Bu hücrə Neft Daşları idi. Düz 22 il bu hücrədə həyatımın acılı-
şirinli günlərini yaşadım. Tam özümə qapandım, Allahımla üz-üzə, göz-
gözə qaldım. Çünki orda dəmir dirəklər və o dirəklərin üstündə balaca tax-
ta evciyimiz var idi. Mən dənizin fırtınalarıyla üz-üzə, göz-gözə idim. Mən 
orda işləyə-işləyə dörd kitabım dünyaya göz açdı. 2007-ci ilin axırlarında 
gözəl  şairimiz,  “Məhsəti  Şairlər  Məclisi”nin  sədri  Fəridə  xanım  Ləman 
evimizə telefon açdı və mən bu xeyirxah və cəfakeş söz adamıyla tanış old-
um, o dedi ki, sənin iri həcmli kitabların çıxıb, niyə təqdimat keçirmirsən? 
Gedək “Kredo” qəzetinə orda sənə təqdimat keçirək. Doğrusu, qəzetin adı 
mənə xoş təsir bağışlamadı. Öz-özümə dedim niyə “Kredo”? Öz sözlərimiz 
tapılmırdı  məgər?  Fəridə  xanım  başladı  qəzeti  can-dildən  tərifləməyə. 
Dedi:  “Çox  güclü  qəzetdi,  maraqlı  ədəbi-elmi  məqalələr,  bədii  əsərlər, 
şeirlər nə istəyirsən var o qəzetdə. Əvvəllər lap çox yaxşıydı, indi maliyyə 
cəhətdən çətinlik çəkir. Nə əcəb sənin o qəzetdən xəbərin yoxdur?” Dedim, 
mənim  köşklərdə  satılan  qəzetlərdən  xəbərim  var,  yəqin  satışda  yoxdur 
ona görə xəbərsizəm. Beləliklə, Fəridə xanım məni “Kredo”ya gətirdi və 
mənim sizin qəzetlə tanışlığım belə başladı.
İlk dəfə 2008-ci ilin yanvarında qəzeti götürüb evə gətirdim. Məndən 
qabaq onu həyat yoldaşım vərəqlədi, qəzet çox xoşuna gəldi və başladı 
qəzeti tərifləməyə. Dedi: “Götür oxu, çox maraqlıdır”. (Yoldaşım ixtisas-
ca geofizik olsa da ədəbiyyata, tarixə, bütünlükdə dövrü mətbuata hədsiz 
maraq  göstərən  və  mütaliə  edən  insandır,  evimizdə  rus  və  Azərbaycan 
dillərində  zəngin  kitabxana  var).  Mən  qəzetin  səhifələrinə  göz  gəzdirib 
bir-iki  məqalə  oxuyandan  sonra,  doğrusu,  heyrətimi  gizlədə  bilmədim. 
Burda  gedən  yazıların  tutumu,  müxtəlif  müəlliflərin  yaradıcılığının 


30
işıqlandırılması  ön  planda  diqqəti  çəkirdi.  Zəngin  ədəbiyyat  mətbəxli 
“Kredo” həm həyat yoldaşımın, həm də mənim nəzərimizi özünə cəlb etdi. 
Mən sizə tanışlıq üçün kitablarımı hədiyyə etdim. Artıq kitablara təqdimat 
keçirmək  məsələsi  arxa  plana  keçdi.  Siz  bizə  telefon  açdız,  mənim 
kitablarımdan  xoş  sözlər  dediz  və  bu  kitablar  barədə  yazmaq  istəyinizi 
mənə  bildirdiz.  Bilirsiz,  mənim  üçün  həmin  gün  xoşbəxt  günlərimdən 
biri idi! Çünki bundan yaxşı təqdimat ola bilməzdi. Əslində kitablarıma 
təqdimat  keçirməyə  həmişə  utanmışam.  Yaşlı  yazarlarımızı  gözümün 
önünə gətirib fikirləşmişəm ki, mənim təqdimat keçirməyim hələ tezdir. 53 
yaşım var, günü bu gün də təqdimat keçirməyə çəkinirəm. Bu illər ərzində 
mənim 400, 560, 740 səhifəlik kitablarım çıxmışdı. Və bu kitabları əsasən 
kitabxanalara, Elmlər Akademiyasına ərməğan etmişdim və heç kəsdən də 
belə təklif almamışdım. Düzdür, müxtəlif vaxtlarda AEA-nın müxbir üzvü 
Azad Nəbiyev, alim xanımımız Almaz Ülvi və gözəl insan, şair xanımımız 
Şövkət İmami çapdan çıxmış kitablarıma ön sözlər yazıblar, Şövkət xanım 
istisna olmaqla mən bu insanları şəxsən tanımamışam. Hər birinə öz salam və 
ehtiramımı yetirirəm. 
Əli Rza müəllim, mən sizin qələminizin rübabından qaynaqlanan ki-
tablarınızla tanış oldum. Sizin “Həsrət körpüsü” şeirlər kitabınız, şəhidlik 
zirvəsinə  qovuşmuş  nakam  əsgərimiz  Fuadın  həyat  və  yaradıcılığından 
bəhs edən “Arzulara dəyən güllə”, “Başdaşımın yazıları”, bu yaxınlarda 
çapdan çıxmış “Meyar” və adlarını sadalamadığım digər publisistik kitab-
larınız  zəngin  yaradıcılığınızdan  xəbər  verir.  Siz  “Meyar”  kitabınızda 
neçə-neçə  insanların  həyat  və  yaradıcılığı  ilə  ülfət  qurub  onların  könül 
dünyasından qaynaqlanan əsərlərinə ədəbi səyahət etmisiz. Bu səyahətdən 
aldığınız təəssüratsa zəngin söz xəzinəsilə doludur.
Siz  2008-ci  il  aprel  ayının  5-dən  “Adı  Şadiman  olanın…”  publisist 
əsərinizi yazmağa başladınız. Mən bu yazıyla əlaqədar hər həftə “Kredo” 
qəzetinə baş çəkməli oldum. Hər dəfə sizin kompüterin qabağında daya-
nıb sinədən, müxtəlif söz adamlarının haqqında dediyiniz yazıları əyani 
şəkildə eşitmək və görmək şərəfinə nail oldum. Duydum ki, sizin iç dünya-
nızda bir vulkan var, bu söz vulkanıdır, aramsız şəkildə püskürür. Sizin 
“Adı  Şadiman  olanın…”  yazınız  artıq  256  səhifəlik  kitab  şəkilində  bu 
yaxınlarda işıq üzü gördü. Bu on ay ərzində yazıyla bağlı bizim maraqlı 
mülahizələrimiz, deyişmələrimiz olub. Bu yazıda etiraf edirəm ki, mənim 
razı qalmadığım məqamlarla da üz-üzə gəlmisiniz. Lakin təmkininiz, dözü-


31
münüz  və  mənim  yaradıcılığıma  verdiyiniz  qiymət  hissi  sizi  bu  yoldan 
sapındırmadı, siz axıra qədər bu publisistik əsərin kitab şəklində işıq üzü 
görməsinə nail olduz. Bu sizin ədəbiyyat aləmində çəkdiyiniz cəfalardan 
xəbər verir. Sizi maraqlandırmır yazarın titulları var, ya yox? Sizi həqiqi 
sənət və onun keşməkeşli taleyi maraqlandırır. Bu keşməkeşli taleyə işıq 
tutur sizin qələminiz. Allah sizin təbinizdən doğan sözünüzü və özünüzü 
nəzər diqqətində saxlasın. Amin!
Bayaq qeyd etdim ki, mənim “Adı Şadiman olanın…” əsərinizlə bağ-
lı razı qalmadığım məqamlar olub. Bir narazılığım şerə hərdənbir əl gəz-
dirməyinizdir. Mənə elə gəlir ki, hansı şerə əl gəzdirilirsə, o şeir cərrahiyyə 
əməliyyatına  tuş  gəlmiş  xəstəyə  bənzəyir.  Axı  gəlin  etiraf  edək,  bəzən 
həkimlərin səhvi ucbatından səhvən də əməliyyat aparılır. Məhz mən şerə 
edilən düzəlişi xəstəyə edilən səhv cərrahiyyə əməliyyatına bənzədirəm. 
Fikrimcə, heç bir bədii yazıya düzəliş etmək düzgün deyil. O həm yazarın 
ruhunu qırır, həm də həmin yazını şikəst edir.  
Şeir  ayrı-ayrı  təblərdən  süzülüb  gəlir,  hər  müəllifin  ruhuna,  ağlına, 
ürəyinə köklənir. Məsələn,
Mənim “Tağayım” poemasında bəndlərin birində belədir:

Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin