Sosial və humanitar elmlərin müasir problemləri. Elmi əcərlər toplusu. №13 2014



Yüklə 1,05 Mb.
səhifə9/11
tarix01.01.2017
ölçüsü1,05 Mb.
#3894
1   2   3   4   5   6   7   8   9   10   11

MƏNTİQLİ VƏ MƏNTİQSİZ

MƏQAMLARIN NƏTİCƏLƏRİ
İsrafilov Mahir, fəlsəfə üzrə fəlsəfə doktoru,

Bakı Dövlət Universiteti



Açar sözlər: məntiqi yaradıcılıq, Qərb və Şərq təfəkkür üslubu, milli metodologiya, məntiqsiz neqativ qanunauyğunluqlar.

Ключевые слова: логическое творчество, западный и восточный стиль мышления, национальная методология, негативные нелогические закономерности.

Keywords: logical creativity, western and eastern style of thinking, a national methodology, negative illogical laws.

Bu mövzuda böyük bir məntiqi-fəlsəfi traktat yazmaq olar. Ömür vəfa etsə, bu maraqlı və aktual problemin geniş məntiqi təhlilini yaxın vaxtlarda tələbkar oxucuların mühakiməsinə verəcəyik.

Düşünürük ki, hər bir insan, istər alim, istərsə də sənətkar olsun, əgər onlar xeyirxahlıq, gözəllik və məntiqi yaradıcılıq qaydalarına, üsullarına və qanunlarına sığınarsa, onda bəşəriyyət bir çox naqisliklərdən, elmi-mənəvi və sosial bəlalardan azad ola bilər. Amerikan alimi Y.Şteyli “xoşbəxtlik” anlayışının belə bir formulunu verir ki, xoşbəxtlik-mülkiyyət- arzu. Əvvəla, bu formula üz çəkilmiş aydın olmayan bir obyekti xatırladır. İkincisi, insana ümumxalq məhəbbəti, səmimi hörməti yaradan hər şeydən əvvəl xeyriyyətçilik və maarifçilik fəaliyyətidir.

İdrakın işıqlı yollarına vurğun olan, kainata, insanlığa iti təfəkkürlə baş əyənlərin xalqına, elminə, mənəviyyatına və əxlaqi dəyərlərinə xidməti də, övladlıq borcu da yüksək olmalıdır. Aksiomdur ki, Azərbaycanın inteqrasiya prosesinə, İnternet sisteminə qoşulduğu və azad-demokratik vətəndaş cəmiyyəti qurduğu bir zamanda məntiq elmi daha dinamik, faydalı və zəruri elmlərdən birinə çev-rilmişdir, çünki kompüterləşdirmə əsrində daha iti və çevik təfəkkürlü mütəxəssislərə ciddi ehtiyac duyulur. Bu baxımdan Qərb və Şərq təfəkkür üslubunun ümumi cəhətlərini və özünəməxsus xüsusiyyətlərini də məntiqi yollarla tələbkar oxuculara çatdırmaq gündəmdə duran vacib problemlərdəndir. Çünki kibernetik maşınlarda aparılan məntiqi əməliyyatlar özündə insan təfəkküründə başa çatan məntiqi üsulların modelini ifadə edir. Hesablama maşınlarında alınan hər cür modelin elmi-idraki əhəmiyyəti vardır. N.Vinerin qeyd etdiyi kimi, maşın məntiqi «insanın məntiqinə oxşardır... və bəşəri məntiqin izahında» məntiqi maşınlardan geniş istifadə olunur. Adını «professor» qoyan bir «filosof» mötəbər bir yığıncaqda dedi ki, bizə ancaq L.Lütvüzadənin məntiqi lazımdır, ümumi məntiqə ehtiyac da yoxdur. Hiss olunurdu ki, bu şəxsin məntiq elmi haqqında adi təsəvvürü yoxdur, bu elmin inkişaf tarixini yaxşı bilmir. Həqiqətin dərk olunmasında klassik, riyazi və dialektik məntiqin öz yeri vardır. Geniş elmi-nəzəri ümumləşdirmələrin və intellektual-zehni əməliyyatların aparılmasında məntiqsiz keçirmək mümkün deyildir. Həmin “filosof” L.Lütvüzadənin məntiqini də bilmir. Ona görə də, mən o “filosofa” rus dilini yaxşı bilmədiyindən heç olmasa, tanınmış yazıçı-publisist M.Səmədin “Dünya dahilərsiz yaşaya bilməz” (Bakı, 2000-ci il) kitabını oxumağı məsləhət bildim. Biz bu məqalədə L.Lütvüzadənin qeyri-səlis məntiqinin bütün koordinatlarını verə bilmədiyimizdən, qısa da olsa, oxucularımıza bu barədə konkret məlumat vermək istərdik.



Qeyri-səlis məntiq dedikdə, hər şeydən əvvəl mühakimələrmizin kompüterdə olduğu kimi qeyri-dəqiq əlaqəsidir. «Qeyri-səlis» məntiq anlayışını geniş və məhdud mənada da anlamaq olar. Sözün geniş mənasında qeyri-səlis məntiq dəqiq sərhədləri olmayan siniflər nəzəriyyəsi, b.c. deyilsə, qeyri-səlis çoxluqlar nəzəriyyəsidir. Məhdud mənada isə qeyri-səlis məntiq mühakimələrimizin modelinin qurulmasına yönəldilmiş qeyri-dəqiq, təxmini sistemidir.

Oxucularımız dəqiq bilməlidir ki, indi biz iki inqilabın qovşağında yaşayırıq. Bunlardan biri informasiya inqilabıdır ki, onun nəticəsində BKŞ adlanan İNTERNET-in yaranmasıdır, ikincisi isə intellektual sistemlərdə baş verən inqilabdır ki, bunun nəticəsində isə intellektual robotlar, intellektuallaşmış idarəetmə sistemləri və qeyri-səlis sistemlər yaranmışdır.

L.Lütvizadənin dahiliyi ondadır ki, bir ömürdə beş elmi nəzəriyyəsi, beş elmi kəşfi ilə dünya elmində böyük inqilabi çevriliş yaratmaqla, onun ümumi mənzərəsini dəyişmişdir. Professor Lütvizadə linqvistik, yaxud qeyri-səlis məntiq nəzəriyyəsini yaratmaqla, intellektual kompüterlərin işləmə prinsiplərinin qeyri-səlis məntiqi əsasını qoymuşdur. Bununla da, onun gərgin elmi zəhməti əsasında intellektual düşünmə, intellektual hesablama, bioloji hesablama, o cümlədən çevik kompüter hesablama üsullarının əsası qoyulmuşdur. Konkret desək, ümumdünya kompüter dərketmə üsulunu yaratmış alimin kəşf etdiyi qeyri-səlis çoxluqlar nəzəriyyəsi, linqvistik məntiq nəzəriyyəsi, neyron şəbəkələri və təkamül nəzəriyyələri və s. dünyanın ayrılmaz atributları hesab olunan qeyri-müəyyənlikləri, dəqiqsizlikləri, boşluqları, gözə görünməyən təzadlı məqamlarını və mürəkkəb problemlərini dərk və həll etmək məqsədilə yaradılmış fundamental nəzəriyyələrdir.

Məqamı gəlmişkən, deyək ki, dünya elminə, sivilizasiyasına tövhələr vermiş bu millətin xalq yaradıcılığında (“Dədə Qorqud”da) və bədii təfəkküründə qeyri-səlis məntiqin mənzərəsinə rast gəlirik. Götürək ilk dəfə dünya şöhrətli alimimiz X.Məmmədovun maddənin kristal quruluşu ilə xalça naxışları arasındakı universal əlaqənin aşkara çıxarılması poblemini.

Etiraf edək ki, biz müxtəlif vaxtlarda dövri mətbuatda nəşr olunmuş cürbəcür səpgili elmi-publisistik məqalələrimizdə oxucularımızı maraqlandıran aktual gündəlik problemlərə toxunsaq da, onların alimlərimiz və ziyalılarımız tə-rəfındən dərin təhlilinə və araşdırılmasına ciddi zərurətin olduğunu bir daha önə çəksək də, hələlik qabaqcıl ölkələrin tanınmış alimlərinin və mütəfəkkirlərin gördükləri real fəaliyyət səviyyəsinə çata bilməmişik. Millətini, elmini və mədəniyyətini ürəkdən sevən alimlərimiz yaxşı dərk edir ki, güclü informasiya bolluğu dövründə artıq köhnəlmiş standart təfəkkürlə elmdə yeniliklər axtarmaq və kəşflərə nail olmaq mürəkkəb məsələdir. Bu baxımdan eloğlumuz L.Lütvizadənin böyüklüyü ondadır ki, o, təbiətdə və sosial həyatda baş verən mürəkkəb proseslərin mahiyyətinin aşkara çıxarılmasının səbəbini haqlı olaraq qeyri-səlis məntiqdən istifadə olunmasında görür.

Narahatcılıq doğuran qanunauyğunsuzluqlardan biri də ondadır ki, bu gün Avropanın əksər tədris ocaqlarında qeyri-səlis cəbr, qeyri-səlis biologiya, qeyri-səlif kimya, qeyri-səlis iqtisadiyyat və bu kimi bir çox fənnlər tədris olunduğu halda, bizdə bu sahədə elementar anlayış da yoxdur. Bu prizmadan çıxış edərək, Azərbaycanın Qərbə inteqrasiya olunduğu və dünya sivilizasiyasına qoşulduğu bir vaxtda sosial proseslərin və elmin köhnə metod və üsullarla idarə olunmasında mövcud olan bir çox nöqsan və qanunauyğunsuzluqların aradan qaldırılmasının zəruriliyinin aidiyyatı təşkilatlardan asılılığını önə çəkərdik.

Azərbaycanın Qərbə inteqrasiya olunduğu və qloballaşma prosesinə qoşulduğu bir zamanda bütün elmi-tədqiqat işlərinin açarı olan məntiq elminin bugünkü durumu, statusu, vəziyyəti, təbliği və tədrisi daha yüksək səviyyədə olmalıdır, çünki milli mütsəqilliyimizi, dövlətçiliyimizi və qurduğumuz hüquqi-vətəndaş cəmiyyətini idarə və inkişaf etdirəcək kadr potensialı bu gün auditoriyalarda hazırlanır və tərbiyə olunur. Bu da təsadüfi hal deyildir ki, bütün tədris ocaqlarında riyaziyyat və məntiq elminin tədrisinə xüsusi önəm verilir, çünki müasir kompüter sisteminin əsaslarını da bunlar təşkil edir. Cənab prezidentimiz İ.H.Əliyev respublikamızın bütün sahələrində ardıcıl struktur dəyişiklikləri aparır ki, bu proses təhsildə də öz ifadəsini tapmalıdır, ona görə ki, təhsil sistemində başlıca və həlledici məqsəq intellekt və həqiqi vətəndaş yetişdirməkdir.

Bu elmin qanuni statusunun bərpasına mane olan məntiqsiz əngəllərin daxili mahiyyətini aşkara çıxarmaq da vətəndaşlıq borcudur. Əqli kamilləşdirən, onu saxta gedişlərdən, oyunlardan qoruyan, səhvlərə yol verilib-verilmədiyini yoxlayan və bəşəri fıkir qaydalarının məcmusu olan bu elmə qarşı yönəldilmiş diletant qəzəbini reketlik rolunu aradan qaldırmağın bircə yolu vardır ki, onun da Fəlsəfə tarixi və məntiq kafedrasında öz hüquqi statusunu almasındadır, Aristotelsayağı desək, diletant, təhsilə, elmə qarnının gözü ilə baxan adamlar bizim üçün əziz olsa da, həqiqət ondan da əzizdir. Ehtimal edirik ki, akademik M.Mirqasımov, M.Mehtizadə, A.Qarayev, Y.Məmmədəliyev, X.Məmmədov, A.Mirzəcanzadə, Ş.Mehdiyev, Y.Məmmədov Şərq və Qərb elmi arasında körpü salmış M.Kazimbəy kimi elm, təhsil fədailəri olsaydı, qısa zaman kəsiyində bizi narahat edən problemlər öz real həllini tapmış olardı.

Beləliklə də, «Onda ki, övladı-vətən xam idi, Ax necə kef çəkməli əyyam idi» formulundan yarınmağa çalışan «elm adamları»nın əlində reallıqdan, həqiqətdən, gərçək nəticələr çıxarmaqdan bəhs edən bu elm qazanc mənbəyinə çevrilməzdi.

Təsadüfi deyildir ki, yunan alimi Pifaqor məqsəd və fəaliyyətlərinə görə insanları üç qrupa 1) Fiziki qabiliyyətə malik olanlara; 2) Ticarətlə məşğul olanlara; 3) Müşahidəçilərə bölürdü. Müşahidəçilərin məqsədi isə həqiqəti aşkara çıxarmaqdır.

Bir məntiqi məqamı da etiraf etmək olar ki, bu gün Azərbaycan Respublikası ancaq bazar iqtisadiyyatı və nefti ilə deyil, həm də ciddi qələm sahibləri və intellektual potensialı ilə tanınmalıdır. Lakin təəssüf ki, biz elmini, təhsilini, tarixini və milli mədəniyyətini ürəkdən sevən bəzi alimlərimizi, intellekt sahiblərimizi haqsız hücumlardan qoruya bilmirik, bunun üçün də elm və sənət pərəstişkarlarının tarixi nümunələrdən istifadə etməsi daha önəmlidir.

Tarixi bir faktı yada salaq. İkinci Dünya Müharibəsi zamanı Almaniyada faşistlər tərəfindən bütün yəhudilər məhv edildiyi, tutulduğu bir məqamda, mənşəcə yəhudi olan məşhur Avstriya alimi psixoloq Z.Freyd də həbs olunmuşdur. Sevindirici hal ondadır ki, Z.Freydin əsərlərinin, pərəstişkarları olan sağlam fikirli insanların köməyi ilə o, haqsızlıqlardan və həbsdən qurtara bilmişdir.



İdrakın işıqlı yollarına vurğun olan, kainata, insanlığa sağlam təfəkkürlə baş əyənlərin xalqına, milli mənəviyyatına, əxlaqi dəyərlərinə ən böyük xidməti də, övladlıq borcu da bu cür olmalıdır.

Zəka sahibləri yaxşı bilir ki, müəyyənlik, ardıcıllıq sübutluluq sağlam və gerçək təfəkkürün əsas əlamətləridir, bunlardan kənarda həqiqi fikirlərdən danışmaq xəyalə bənzər mücərrəd bir şeydir. Bu konteksdən yanaşdıqda, Hamletin dediyi fikrə analoq olaraq deyərdim ki, “Məntiqin bəndləri qırılmışdır və onu bərpa etmək əsl elm adamlarına müəssər ola bilər”.

Ömrünün 50 ilini şərəfli həyat yolu adlandırdığı elmi-pedaqoji fəaliyyətə həsr etmiş insanların ürək döyüntülərinin məğzini ancaq xalqın balalarının intelektual, hərtərəfli inkişafına həsr etmiş fəaliyyətində və əməli işində tapmaq olar.

Düşünürük ki, zəngin mənəviyyata, çevik, sağlam təfəkkürə yiyələnmək müasir dövrün əsas atributlarındandır. Görüş səviyyəsinin genişliyi, faktiki biliklərin dərinliyi, cürbəcür mühakimələrlə tanışlıq hər bir insanın məntiqi mədəniyyətinin inkişafına güclü təsir edir. Elmi mübahisələrdə ədalətsiz və saxta gedişlər daim ziddiyyətlərə gətirib çıxarır. Biz Azərbaycanda güclü məntiqi məktəblərin və mərkəzlərin olmasının zəruriliyini önə çəkiriksə, burada heç bir anlaşılmazlıq yoxdur. Heç bir yerdə elm mübahisəsiz, ticarət dövriyyəsiz, siyasət mübarizəsiz ola bilməz.

Azərbaycan ədəbiyyatının klassiklərindən olan rəhmətlik M.Cəlal müəllimin proqram xarakteri daşıyan aşağıdakı belə bir kəlamını heç bir vaxt yaddan çıxarmaq olmaz. «Azərbaycan xalqının tarixi hər bir zaman ədalət və həqiqət uğrunda mübarizələr tarixi olmuşdur». Bu kontekstdən yanaşdıqda, hüquqi-demokratik cəmiyyətin qurulması prosesində hər dəqiqə əqidəsini, amalını dəyişən bu qələmunlardan cəmiyyəti təmizləmək hər bir insan fərdinin əsas vəzifəsi olmalıdır. Halal qələmilə yaşayan, gördüyü real işləri ilə təhsilə, elmə, xidmət edən insanlarla yarımçıq alimlər arasında körpü olmalıdır. Bu özəli olmayan “körpü”nü

hesabına “salanlar” belə bir kəlamı yaddan çıxarmasınlar.



Bu qələmunların neçə sifəti, neçə rəngi var?

Elmdə, təhsildə müqavva ahəngi var.

Əgər insan baş vermiş gündəlik məntiqsiz hadisələrdə öz hərəkətlərini, yol verdiyi eybəcər nöqsanlarını dərindən dərk edib, real nəticələr çıxarsaydı, bəşəriyyətin inkişafı daha mənalı olardı. Qlobal dəyişikliklər əsri olan XX yüzillikdə alimlər insan zəkasının, insan təfəkkürünün nəticələrinin kompüter modelləri vasitəsilə təkrarlanması üsullarını kəşf etdi. Bu sahədə dünya alimlərilə yanaşı müstəqil elmi məktəbi olan eloğlumuz prof. Lütvüzadənin və R.Əliyevin xüsusi xidmətləri vardır. Tərəddüd etmədən iqrar etmək olar ki, biososial-ruhi varlıq olan insanlar arasmda elə min sifətli, min hiyləli cırtdan fərdlər vardır ki, onların gizli və eybəcər hərəkətlərinin modellərini avtomatik cihazlar da əks etdirə bilmir.

Kompüter əsrində dünyəvi məntiq elminin müasir tələblər əsasında inkişafına, kadr hazırlığına, geniş tədrisinə qəsdən mane olmaq halları da insanlar arasında baş verən subyektiv münasibətlərdən irəli gəlir, real şəraiti düzgün əks etdirmir. Əgər bir şəxsin hansı səbəblərdənsə, qanunsuz olaraq iş yeri dəyişdirlərsə, onda bunu ancaq həmkarlar təşkilatı və əmək mübahisələri komissiyası araşdırıb real həll etməlidir.

Təhsidə «total qrup mənafeyi», «total neqativ psixologiya» anlayışları geniş intişar tapmışdır ki, bu da elmin, təhsilin, mədəniyyətin və insan mənəviyyatının ahəngdar və hərtərəfli inkişafına güclü təsir edən neqativ qanunauyğunluqlardan biridir.

Əgər biz kainatın gözəlliyini, harmoniyasını və qanunauyğunluqlarını elmin, sənətin gücündən istifadə edərək öyrəniriksə, bəs onda insani münasibətlərdəki ahəngdarlığı, antiməntiqsizliyi və antihumanizmi niyə dərindən öyrənə bilmirik? Qısaca desək, bunun səbəbini insani münasibətlərin mürəkkəbliyində və kontraslı xarakterində axtarmaq olar.

Məntiqi təhlillə yanaşsaq, təhsil, tədris və elm sahələrində apardığımız müşahidələr göstərir ki, tələbələrimiz zəif oxuyur, elmin sirrlərinə yiyələnmək istəmir, bədii və elmi ədəbiyyatın təhlilinə maraq sönüb. Elə bir şərait yaranıb ki, tanınmış bəzi alimlərimizin özləri də intellektual-tənqidi araşdırmalara da səthi yanaşır, sanki mənlik və ziyalılıq şüuru da yuxuya getmişdir. Ehtimal ki, bu cür vəziyyət cəmiyyətdə baş verən neqativ münasibətlərin axarından irəli gəlir.

Biz dövrü mətbuatda dəfələrlə çıxış edərək, orta və ali məktəblərimizdə təhsilin, təlim və tərbiyənin səviyyəsinin qənaətbəxş olmadığını gündəmə gətirmişik. Əgər bu vəziyyət uzun müddət davam edərsə, onda ölüm ayağında qala bilərik, təəssüf ki, ölünü ayağa qaldırmağın metod və üsulları da elmi təbabətə məlum deyildir. Paradoksal vəziyyətdir ki, radio və televiziya verilişlərində də elmin, təhsilin təbliğinə də cüzi yer verilir, bayağı konsertlər və meyxana kabusu bütün verilişləri üstələyib, biz bu cür verilişlərin tam əleyhinə deyilik, lakin hər bir işdə ölçü kateqoriyası gözlənilməlidir. Təəssüflər olsun ki, millilik, elmilik və məntiqilik hisslərindən xali olan verilişlərə, gürultulu kabusa qarşı mübarizə aparacaq ziyalılar dəstəsinə də təsadüf etmirik. Bu kabusla mədəniyyətin, elmin, sənətin və mənəviyyatın zirvələrinə yüksəlmək də ağıla batan deyil. Bu cür neqativ proseslər davamlı olarsa, onda elm və mədəniyyətlə məşğul olmağa da ehtiyac qalmayacaqdır.

Məntiqsiz neqativ qanunauyğunluqlardan biri də ondadır ki, yaranmaqda olan azərbaycan burjuaziyasının nümayəndələri bu gün öz pullarını şou-biznes işlərinə sərf edirlər, elm və incəsənət əsərlərinin çapına, təbliğinə və yayılmasına sərmayə qoymağa səy etmirlər. İstərdik ki, müasir messenatlarımız Z.Tağıyevin, M.Nağıyevin və digər millət fədailərimizin millətin, elm və mədəniyyətin gələcək inkişafı üçün gördükləri qlobal işlərdən nümunə götürsünlər.

Elmə, təhsilə qarşı yaranmış biganəliyin və məntiqsiz oyunların nəticəsidir ki, oxucularımız müasir elm tarixində iz qoyan və elmi kəşfləri olan Lütvizadə, Ə.Cavan, R.Əliyev və E.Babayev kimi dünya şöhrətli alimlərimizin nəinki elmə gətirdikləri yenilikləri, hətta adlarını da bilmir, ancaq bütün müğənniləri və idmançıları yaxşı tanıyırlar. Bunun bir səbəbini də elmi təbliğatın və elmi araşdırmaların zəifliyində axtarmaq olar. Digər paradoksal vəziyyət ondadır ki, elm adamları populyarlığa meyilli olmurlar, daha çox konkret elmi sistem yaratmağa və iş görməyə can atırlar. Tarixi bir rəvayəti yada salaq. A.Eynşteyn deyərmiş ki, adamlar mənim nəzəriyyəmi anlamırlar, bəs nə üçün mənim arxamca qaçıb özlərini həlak edirlər?

Ç.Çaplinin ona verdiyi cavab maraqlıdır: «Səni adamlar başa düşmədikləri, məni isə hamısı başa düşüb anladıqları üçün alqışlayırlar».

Bu kontekstdən çıxış edərək, qısaca demək olar ki, indi elə bir dövr, şərait yaranmışdır ki, gəncərimizin elmin, incəsənətin sirlərinə, yiyələnməsini tələb edən və müəyyən total qrupun şəxsi mənafeyinə hasar çəkmək istəyən alimləri, ziyalıları anlamaq istəmirlər, hətta onları xalq düşməni qiyafəsində ölkədən çıxarmağa səy edirlər. Bu paradoksal vəziyyətə nə vaxt son qoyulacağı isə hələlik inteqral altındadır.

Əgər əvvəlki təhsil sistemində olduğu kimi, tədris işlərinə, elmə və kitaba həvəs və güclü maraq olarsa, elmi-nəzəri mübahisələrdə də, alimlərimiz bəzi elmi anlayışların işlədilməsində dolaşıqlığa, məntiqsizliyə və elmi səhvlərə yol verməz. Bu yaxın günlərdə tanınmış alimlərdən bir neçəsi mübahisə edərək, iqrar edirdilər ki, biz hökmən öz milli metodologiyamızı yaratmalıyıq.

Konkret deyək ki, elmdə, incəsənətdə saç ağartmış alimlərimiz də yaxşı bilir ki, insan təfəkküründə dərin kök salmış elə elmi anlayışlar vardır ki, onlar bütün dillərdə öz mənasını saxlayır, onun həcmini azaltmaq yaxud da, tərcümə edib milli dil qəlbinə salmaq olmaz. Tədqiqatçılarımız gözəl bilir ki, milli şüurdan, milli ideologiyadan, milli məişətdən, milli mədəniyyətdən və digər şeylərdən geniş danışmaq olar və burada heç bir məntiqi ziddiyyət yoxdur, lakin «milli metodologiya» anlayışından yox. Çünki «metodologiya» anlayışı əvvəla, müxtəlif elmlərdə istifadə olunan idrak metodlarının, vasitə və üsullarının toplusunu ifadə edir. İkincisi, bu anlayış idraki və praktik fəaliyyətin vasitələrini, prinsiplərini və ilkin şərtlərini tədqiq edən bilik sahəsi kimi başa düşülür və burada idrak prosesinin dəyişdirici fəaliyyətinə xüsusi diqqət yetirilir. Konkret bilik sahəsi kimi, metodologiyanın başlıca funksiyaları aşağıdakılardır: 1. Elmi fəaliyyətin özünün digər fəaliyyət sahəbri ilə qarşılıqlı əlaqəsinin mənasını aşkara çıxarmaqdır; 2. Elmi fəaliyyətin təkmilləşdirilməsi, konkret axara düşməsi və səmərələşdirilməsi vəzifələrini yerinə yetirir.


Ədəbiyyat

  1. Dünya dahilərsiz yaşaya bilməz. B.: 2010

  2. İsrafilov M. Təfəkkür: Formal və dialektik məntiqin qarşılıqlı əlaqəsi. B.: 1998

Məntiqli və məntiqaiz məqamların nəticələri

M.İsrafilov.

Rezüme.


Insan təfəkküründə dərin kök salmış elə elmi anlayışlar vardır ki, onlar bütün dillərdə öz mənasını saxlayır, onun həcmini azaltmaq yaxud da, tərcümə edib milli dil formasına salmaq olmaz. Əgər əvvəlki təhsil sistemində olduğu kimi, tədris işlərinə, elmə və kitaba həvəs və güclü maraq olarsa, elmi-nəzəri mübahisələrdə də, alimlərimiz bəzi elmi anlayışların işlədilməsində dolaşıqlığa, məntiqsizliyə və elmi səhvlərə yol verməz.

Результаты логических и нелогических рассуждений

М.Исрафилов.

Резюме


Научные концепции, которые глубоко укоренились в сознании человека, сохраняют свое значение на всех языках, невозможно уменьшить или увеличить их объем, они не могут быть переведены на государственный язык. Как и в системе образования, в преподавательской работе также нужны энтузиазм и большой интерес к науке, к книге, научно-теоретическим дискуссиям, в результате ученые не будут допускать в использовании научных понятий, путаницы, ошибок, алогичности и т.д.
Results of logical and non-logical reasoning

M.Israfilov.

Summary

Scientific concepts that are deeply rooted in the human mind, retain their value in all languages, it is impossible to reduce or increase their volume, they can not be translated into the official language. As in the education system, teaching also need enthusiasm and a keen interest in science, the book, the scientific and theoretical discussions, as a result, scientists will not tolerate the use of scientific concepts, confusion, errors, illogical, etc.


ГЛОБАЛЬНОЕ СОЗНАНИЕ И СОВРЕМЕННАЯ КУЛЬТУРА
доц. Бейдулова Зумруд Керамеддин кызы, кафедра

философии, Бакинский государственный университет

kloto2007@gmail.com

Ключевые слова: Глобализация, глобальное сознание, мировое сообщество, информационная сеть, унификация, современная культура, ценности человека

Keywords: Globalization, global consciousness, international community, information net, unification, contemporary culture, human values.

Açar sözlər: Qloballaşma, qlobal şüur, beynəlxalq cəmiyyət, informasiya şəbəkəsi, unifikasiya, müasir mədəniyyət, insan dəyərləri.

Мы являемся свидетелями того, что в современном мире глобализация затрагивает практически все стороны и аспекты жизни человека. Все более расширяющийся поверх всех государственных и национально культурных барьеров обмен информацией научного, экономического, политического, личностно-бытового, социокультурного и иного характера становятся в ней приоритетными. Данная статья не позволяет рассмотреть все эти аспекты. Поэтому попытаемся рассмотреть суть проблемы, сосредоточив внимание на глобальном сознании и современной культуре, их взаимосвязи и роли в современном обществе.

Как известно, глобализация — это всеобщий и многосторонний процесс культурной, идеологической и экономической интеграции государств, государственных объединений, национальных и этнических единств, что представляет собой сопутствующее явление современной цивилизации.

И естественно, человечество переживает эпоху формирования нового мировоззрения, нового способа мышления, содержательную основу которых составляют глобальные идеи, становящееся глобальное сознание. Этот сложный, многогранный процесс определяется целым рядом факторов, к числу которых, по меньшей мере, относятся: консолидирующие человечество интегративные тенденции в социально-экономической, политической, духовной, научной и технологической сфере; синтез естественнонаучных и гуманитарных знаний, определивший концепцию универсального эволюционизма, единую системно-синергетическую картину действительности; беспрецедентное развитие информационных, коммуникативных технологий, изменившие образ жизни людей, характер их мировосприятия.

По мере исторического развития в той или иной степени происходит изменение установок сознания. В современном мире в связи с насущной проблемой овладения процессами глобализации на основе установок устойчивого развития становится чрезвычайно актуальной постановка вопроса о предпосылках и условиях целенаправленного формирования глобального сознания. Эта проблема общенаучная, комплексная ее решение немыслимо без должного философско-методологического анализа.

В формировании современного глобального сознания особое значение имело всестороннее обсуждение во второй половине XX века на различных уровнях (научном, политическом, теологическом, художественно-публицистическом и др.) глобальной экологической опасности, выявление ее сущности, многогранных связей с различными сферами человеческой деятельности. Прогнозирование на базе методологии системного моделирования и компьютерной техники неоднозначных перспектив развития человечества и активное освещение в средствах массовой информации полученных данных. В своей развитой форме глобальное сознание должно в определенной степени оказаться опережающим сознанием.

Глобализация, являясь доминирующим цивилизационным процессом современности, вместе с тем, вбирает в себя многие свойства иных общемировых процессов, представляя собой явление принципиально новое в истории человечества, не являясь простым продолжением существовавших прежде интеграционных общемировых тенденций.

Глобализация — это принятие норм, ценностей и институтов западного бытия всем человечеством в качестве необходимости закона, «веления времени». В этой стратегии все «незападное», своеобразное, другое должно исчезнуть или занять свою скромную нишу в установленной системе ценностей.

Можно много говорить о глобализации на абстрактном уровне, но более продуктивен, будет, анализ ее влияния на конкретные области общественного и личностного бытия. Прежде всего, такая ее сфера, как культура и человеческие ценности и посмотреть, каково воздействие глобализации на них.

Глобализация — процесс многомерный: она вовлекает в свою орбиту самыми разными способами и средствами. Сегодня, культура должна быть осмыслена в качестве решающего аспекта глобализации, а не простой реакции на экономическую глобализацию. При этом не следует считать, что глобализация культуры — это установление культурной однородности во всемирном масштабе. Этот процесс включает в себя культурные столкновения и противоречия. Конфликты и столкновения различных культур и цивилизаций — главный фактор современного многополярного мира [1,58-68].

В условиях глобализации необходима новая философия — философия взаимопонимания, рассмотренная в контексте диалога Востока и Запада, Юга и Севера.

«Сжатие» социального мира, с одной стороны, и быстрый рост осознания миром «расширения» самого себя, с другой стороны, создает глобальное условие (ситуацию), при котором цивилизации, регионы, нации-государства, коренные народы, лишенные государственности, (пытаются, поскольку вынуждены) конструируют свою историю и идентичности. В мире резко выросло ощущение собственной уникальности и самобытности у народов и регионов. Можно сказать, что защита местных национальных традиций и особенностей является глобальным феноменом [2,33-42].

Следовательно, принципиально способность к самосохранению специфических культур возможна, но реализуется эта возможность только при определенных условиях. Первейшим из них является безусловная значимость национальной культуры для мирового сообщества; для этого данная культура должна быть не только внутренне богатой, но и воспринимаемой миром, нужной миру.  Такая способность предполагает, в свою очередь, наличие в воспринимаемой культуре общечеловеческого содержания. Концентрация общечеловеческого в той или иной культуре должна быть настолько значительной, чтобы она обеспечила возможность преодоления специфически национальных форм выражения общечеловеческого.

Однако, глобализация не считается со специфическим мировоззренческим содержанием национальных культур, в контексте которого эти культуры только и обладают своим особым содержанием. Лиши их мировоззренческого основания, при сохранении всего предметного богатства, и культуры эти утратят свою глубину. Но именно так и обстоит дело в глобальных процессах современности. На публику выставляются внешне броские феномены той или иной культуры — они признаются интересными, достойными внимания, но, не будучи укоренены в мировоззрении, их породившем, эти феномены воспринимаются или как экзотика, или как причуда, или как нонсенс, или как забавный фольклор.

Именно традиции позволяют человеку не потеряться, а приспособить свой образ жизни к стремительным изменениям современного мира.

Страны и народы всего мира существуют в условиях растущего взаимовлияния. Ускоренные темпы развития цивилизации и хода исторических процессов поставили вопрос о неизбежности глобальных взаимоотношений, об их углублении, укреплении и ликвидации изоляции стран и народов.

Культура, поскольку она является продуктом человеческой деятельности, не может существовать вне общности людей. Эти общности представляют собой субъект культуры, являются ее создателем и носителем. По мере исторического развития в той или иной степени происходит изменение установок сознания. В современном мире в связи с насущной проблемой овладения процессами глобализации на основе установок устойчивого развития становится чрезвычайно актуальной постановка вопроса о предпосылках и условиях целенаправленного формирования глобального сознания. Эта проблема общенаучная, комплексная ее решение немыслимо без должного философско-методологического анализа.

На современном этапе развития общества проблемы культуры в значительной мере определяются культурными трансформационными процессами, происходящими в мире. В обществе, перешедшем на новую ступень исторического развития, роль культуры и круг выполняемых ею функций существенно изменяется и расширяется, что в большой мере связано с увеличением числа субъектов исторической деятельности, являющихся носителями ценностей этого типа культуры.


Включенность стран в систему сложных взаимоотношений, рост взаимозависимости народов и культур в мире сосуществует с их культурной и социальной суверенностью, что в перспективе должно привести к формированию новых синтетических форм этнокультурной идентификации.
Список литературы

1. Федотова Н.Н. Возможна ли мировая культура? // Философские науки. № 4. 2000. С. 58-68.

2. Бирюкова М.А. Глобализация: интеграция и дифференциация культур // Философские науки. № 4. 2000,33-42.

Z.K.Beydulova

BDU

QLOBAL ŞÜUR VƏ MÜASIR MƏDƏNIYYƏT



Xülasə
Tarixin inkişafında şüurun parametrlərinin bu və ya digər dərəcədə dəyişməsi baş verir. Davamlı inkişaf parametrləri əsasında qloballaşma proseslərinin dərk olunmasının vacibliyi ilə əlaqədar olaraq, qlobal şüurun məqsədli formalaşdırılması şərtləri haqqında sualın qoyuluşu son dərəcə aktual olmuşdur.

Cəmiyyətin inkişafının müasir mərhələsində mədəniyyət problemləri xeyli dərəcədə dünyada gedən mədəni-transformasiya prosesləri ilə müəyyən olunur. Tarixi inkişafının yeni mərhələsinə gədəm qoymuş cəmiyyətdə mədəniyyətin rolu və funksiyaları xeyli dərəcədə dəyişir və genişlənir. Buda birinci növbədə, bu tip mədəniyyətin dəyərlərinin daşıyıcıları olan, tarixi fəaliyyət subyektlərinin artması ilə bağlıdır.  

Olkələrin mürəkkəb münasibətlərdə olması, xalqların və mədəniyyətlərin artan qarşılıqlı asılılıqı onların mədəni və içtimai suverenliyi ilə eyni zamanda mövcuddur. Buda gələcəkdə etnik və mədəni identifikasiyanın yeni sintetik formalarının yaranmasına gətirməlidir.  

Z. K. Beydulova

Baku State University

GLOBAL CONSCIOUSNESS AND CONTEMPORARY CULTURE

SUMMARY
The development of history changes the parameters of consciousness. Due to the urgent problem of understanding the processes of globalization on the principles of sustainable development the question of necessary conditions for forming a global consciousness becomes extremely urgent.

At the present stage of social development cultural issues are largely determined by cultural transformation processes taking place in the world. In a society that has been transferred to a new stage of historical development the role of culture and the range of its functions significantly changes and expands, which is largely due to the increase in the number of subjects of historical activity, the holders of values ​​of this type of culture.

Involvement of countries in complex relationships, the increasing interdependence among peoples and cultures in the world coexists with their cultural and social sovereignty, that in the future should lead to the development of new synthetic forms of ethnic and cultural identity.


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin