Sosial və humanitar elmlərin müasir problemləri. Elmi əcərlər toplusu. №13 2014


İNSANIN İDRAKİ FƏALİYYƏTİNDƏ RASİONAL VƏ QEYRİ-RASİONAL TƏRƏFLƏR



Yüklə 1,05 Mb.
səhifə11/11
tarix01.01.2017
ölçüsü1,05 Mb.
#3894
1   2   3   4   5   6   7   8   9   10   11

İNSANIN İDRAKİ FƏALİYYƏTİNDƏ RASİONAL VƏ QEYRİ-RASİONAL TƏRƏFLƏR

Məhərrəmova Nuranə,

BDU-nun Fəlsəfə kafedrasının

II kurs magistrantı
Ключевые слова: рациональная деятельность, познавательная деятельность человека, иррациональная сторона познавательной деятельности.

Keywords: rational activity of human cognitive activity, irrational side of cognitive activity.

Açar sözlər: rasional fəaliyyət, idrak fəaliyyətinin səmərəli fəaliyyəti, idrak fəaliyyətinin qeyri-rasional tərəfi.
İnsan mürəkkəb fenomendir. Tarix kitablarından da əldə etdiyimiz məlumatlara əsasən bilirik ki,ibtidai insanlardan başlayaraq,primitiv təsəvvürlər formasında olsa da yaşadığı aləmə,onu əhatə edən gerçəkliyə insanda müəyyən münasibət olmuşdur. O dövrdə dərketmə,dünyanın yaranması və s. suallar insanların maddi təlabatları üzündən və idrakı qabiliyyətlərinin zəif inkişafı səbəbilə demək olar ki heç formalaşmamışdı.

Antik dövrdən başlayaraq bu sualların meydana gəlməsinə yaradıcılıqla cavab verən şəxslər meydana gəlməyə başladı. Onlar obyektiv aləm,kainatın əsasında nəyin dayandığı,ilk səbəb və s kimi suallara cavab axtarmağa başladılar və beləliklə ilk fəlsəfi fikirlər təşəkkül tapmağa başladı.

Qeyd etmək istərdim ki,bu məsələyə toxunmaqda əsas məqsədim insanların idarki fəaliiyyəti və gerçəkliyin dərki məsələsini uzun illər öncə təhlil obyektinə çevirmələridir.

İnsan idrakı özündən kənarda gedən proseslərə fəal münasibət nəticəsində formalaşaraq, inkişaf edir. Gerçəklik hadisələrinin dərki iki səviyyədə həyata keçirilir: idrakın hissi və məntiqi formasında. Bu formalara uyğun rasional və qeyri rasional əməliyyatlar ön plana çıxır.

Rasional olan dedikdə insanın zəka səviyyəsində həyata keçirdiyi əməliyyatlar nəzərdə tutulur. Fəaliyyətin bu forması məntiq qanunlarına uyğun olaraq, təfəkkür səviyyəsində həyata keçirilir.Təfəkkürə uyğun olan dedikdə,burada hislərdən kənar olan, ağlın qanunları ilə işləyən idrak fəaliyyəti nəzərdə tutulur.

İnsan idrakında rasional tərəfi qabardan, gerçəkliyin dərkinin yalnız bu yolla mümkünlüyünü irəli sürən filosoflar fəlsəfədə rasionalizm cərəyanını formalaşdırmışlar. Anlayışa uyğun olaraq bu cərəyanın nümayəndələri yalnız ağıldan gələn, zəkaya əsaslanan fəaliyyəti ən düzgün vasitə hesab edir, mütləq həqiqətə yalnız bu vasitə ilə çatmağın mümükünlüyünü irəli sürürdülər. Onların fikrincə insana hislər vasitəsilə heç bir həqiqət verilə bilməz. Bu yolla dərk isə ümümiyyətlə həqiqətə uyğun deyildir. Zəka, intellekt məqsədə çatmağın yeganə vasitəsidir. Bu cərəyana əks mövqedə duranlar isə empirik istiqamətin nümayəndələri olmuşlar

Rasionalizmin ilk ünsürləri antik dövrdən başlayaraq, hələ Eleya məktəbi, Pifaqorçular, Platonun təlimində yer almışdır. Bu təlimin ən böyük nümayəndəsi isə fransız filosofu Rene Dekart olmuşdur. Daha sonralar Spinoza, Leybnis, Hegel də bu təlimi geniş şəkildə yaradıcılıqlarında işləyərək,mövqelərini əsaslandırmışlar.

Rasionalın mahiyyətinə gəlincə,onu aşağıdakı kimi xarakterizə edə bilərik:

a) rasional əməliyyatlar ardıcıl əməliyyatlardır;b)rasional əməliyyatlar məntiq qanunları ilə həyata keçirilir; c)rasional əməliyyatlar xətti xarakter daşıyır d) rasional əmliyyatlar qarşıya qoyulan məqsədə doğru aparan faəliyyət formasıdır; e)rasional əməliyyatlar məntiqi idrakla əlaqədardır.

Yuxarıda qeyd etdik ki gerçəkliyin dərki,idraki fəaliyyət iki formada həyata keçirilir.Bu formanın ikinci tərəfi qeyri-rasional fəaliyyətdir.Qeyri-rasional rasionalın əksi deyildir. Fəaliyyətin bu forması qarşıya qoyulan məqsədə çatmayan kimi şərh oluna bilər.Qeyri-rasional da müəyyən səviyyədə zəkaya əsaslanır,lakin burada məqsədin həyata keçirilməsinə yardımçı ideya və normalar sonadək dərk olunmur.Dərk olunmamış proseslər qeyri-rasionalın meydana gəlməsində başlıca rol oynayır.

İnsan şüurunun aşağı hissəsi kimi çıxış edən qeyri-şüurinin yuxarı hissəsi zəkaya,müəyyən qədər təfəkkürə əsaslanır.Buna görə də qeyri-rasional tamamilə rasional olanla uyuşmaz şəkildə çıxış etmir.
Ədəbiyyat:

1.G.Skirbekk, N.Gilje. History of philosophy.

2.R.Decartes.Discourse on Method, P. 1637 y.

3.Ə.Məmmədov. Rasionallıq və qeyri-rasionallıq. Bakı: 2010




TƏHSİLİN QİYMƏTLƏNDİRİLMƏSI PROBLEMİ VƏ TƏHSİL İSLAHATLARI
Əliyev Rəcəbəli Həciağa oglu, “Sosioloji problemlər”

elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi,



Abbasova Mətanət, elmi işçi, BDU
Açar sözlər: təhsil islahatları, təhsilin qiymətləndirilməsi, Azərbaycan təhsili, sosioloji tədqiqatlar, təhsilin keyfiyyəti.

Ключевые слова: реформы образования, оценка в образовании, образование в Азербайджане, социологические исследования, качество образования.

Keywords: education reform, evaluation in education, education in Azerbaijan, case studies, the quality of education.

Təhsil institutu müstəqil dövlətin inkişafında və möhkəmlənməsində çox mühüm yer tutur. Təsadüfi deyildir ki, xalqımızın Ümummilli Lideri H.Əliyev təhsili millətin gələcəyi kimi mənalandırırdı. Təhsilə yüksək qayğı və diqqət göstərməyin zəruriliyi haqqında Ulu öndərin göstəriş və tövsiyyələri müasir cəmiyyətimizin siyasi rəhbərliyi tərəfindən dönmədən həyata keçirilməkdədir. Bunun nəticəsidir ki, hazırda ölkəmizdə təhsil islahatları ardıcıl sürətdə aparılır, bu sahədə diqqətəsayan uğurlar əldə edilir. Ali təhsilin inkişafında istiqamətləri irəlicədən müəyyənləşdirmək, müsbət yönümlü meyillərin fəaliyyətinə şərait yaratmaq, mənfi-neqativ tendensiyaları neytrallaşdırmaq və aradan qaldırmaq üçün elmi tövsiyyələr işləyib hazırlamaq, ınüstəqil dövlətimizin təhsil siyasətinin priopitetlərindəndir.

Yuxarıda qeyd olunan vəzifələrin uğurla həll olunmasında konkret sosioloji tədqiqatlar və onların nəticələrinin təhlil edilərək ümumiləşdirilməsi mühüm yer tutur.

Deyilənləri əsas götürərək sosioloji problemlər laboratoriyasının əməkdaşları 1913-cü ildə öz elmi fəaliyyətini ali məktəbdə tədrisin təşkilinin səmərəliliyini yüksəltməyin çox mühüm istiqaməti olan təhsilin qiymətləndirilməsi probleminin araşdırılmasına həsr etmişlər.

Göstərilən mülahizələrdən çıxış edərək sosioloji tədqiqatlar laboratoriyasının 2013-cü “Təhsil islahatları ümumi mövzusunun tərkib hissəsi olan “Tədris prosesinin təşkilinin qiymətləndirilməsi” problemini araşdırmışlar. Bu məqsədlə laboratoriyanın əməkdaşları tərəfindən xüsusi sorğu anketi işlənib hazırlanmış və BDU-nun müxtəlif fakültələrində təhsil alan 500 nəfər tələbə arasında ümumi sorğu keçirilmişdir. Anket tərtib olunarkən sözügedən problemə dair maksimum informasiya əldə edilməsinə yönələn sualların qoyulmasına xüsusi diqqət yetirilmişdir:

Ali məktəblərdə tədrisin səmərəliliyinin yüksəldilməsini və kcyfiyyətinin yaxşılaşdırılmasını, onu maddi-tcxniki bazasının möhkəmləndirilməsindən, tədris- tcxniki bazasının möhkəmləndirilməsindən, tədris-tcxniki vasitələrlə təchizatının təmin cdilməsindən kənarda təsəvvür ctmək qcyri-mümkündür.

Son dövrdə ölkəmizin daxili potcnsialı və iqtisadi qüdrəti artdıqca, dövlət büdcəsindən ali təhsilin inkişafına ayrılan maddi və maliyyə məsrəflərinin həcmi də sürətlə çoxalır. Bunun nəticəsidir ki, müstəqillik dövründə ali məktəblərin auditoriya fondu durmadan genişlənir, onların kompüterlər, EHM və digər mütərəqqi tədris- texniki avadanlıqlarla təchizi yaxşılaşır. Bıı sahədə qazanılan uğurlar tələbələrin nəzərində də özünə müvafiq əksini tapır, onlar əldə cdilən nailiyyətləri yüksək qiymətləndirirlər. Bunu sorğu matcriallarının təhlili də sübut cdir. Ankctə daxil cdilmiş “Sizin ali məktəbin kompüter təminatı necədir?” sualına verilən cavabların təhlili göstərir ki, rəyi soruşulan tələbələri yarıdan çoxu 58,6 faizi təhsilin müasir kompüterlərlə tam təmin olunduğunu bildirmişdir.

Əgər bu göstəriciyə ali məktəbdə köhnə kompüterlərdən istifadə olunduğunu söyləyən respondentlərin xüsusi çəkisini də (10,8%) əlavə ctsək , onda tələbələrin əksəriyyətinin 69,4%-nin kompütcr sarıdan təminatın qənaətbəxş qiymətləndirdiyinin şahidi oluruq. Qcyd olunan sahədə əhəmiyyətli irəliləyişlər olduğunu aşağıdakı iki suala vcrilən cavablar da sübut cdir: “Ali məktəbiniz kompüterlərdən istifadəyə imkan yaradırmı?” 2) “Ali məktəbiniz intcrnctdən istifadəyə imkan yaradırmı?" Birinci suala vcrilən cavabların təhlili göstərir ki, respondentlərin 22% istənilən vaxt kompütcrdən istifadə edə bildiyini və 37,4%-i isə ixtisas fənlərinin öyrənilməsində kompüterlərdən istifadə ctdiyini söyləmişdir. Bu iki göstəricini birləşdirdikcə ınəlum olur ki, hazırda ali məktəb tələbələrinin yarıdan çoxu 59,4% tədrisin kompüter təminatını yüksək qiymətləndirir. Eyni vəziyyəti (əlbəttə bir qədər özünəməxsusluqla) ikinci suala verilən cavablardan da yəqin etmək ınümkündiir. Belə ki, rəyi soruşulanların 17,4% istənilən vaxt internetdən istifadə edə bildiyini və 32% -i isə ixtisas fənlərinin öyrənilməsində internetdən istifadə etdiyini söyləmişdir.

Beləliklə, respondent tələbələrin 49% (yarıya qədəri) ali məktəbin internctlə təmin olunma səviyyəsini yüksək qiymətləndirir və ondan istifadəyə gcniş imkanlar olduğunu bildirmişdir. Sorğu matcrialları sözügcdən sahədə xeyli müvəffəqiyyətlərin olduğunu təsdiq etməklə yanaşı bir sıra nöqsanları da aşkara çıxarır. Bclə ki, rəyi soruşulanların xcyli hissəsi 30,8%-i ali məktəbin internctdən istifadə üçün imkan yaratmadığını, 31,4 %-i isə ali məktəbin kompütcrdən istifadəyə imkan yaratmadığını göstərmişdir. Göründüyü kimi bu mənfi məzmunlu göstəricinin xüsusi çəkisi kifayət qədər yüksəkdir və yaxın gələcəkdə vəziyyətin yaxşılaşdırılmasını təkidcə tələb edir.

Müəllim tədrisinin əsas nüvəsini təşkil ctdiyi üçün bu prosesin səmərəliliyinin qiymətləndirilməsi də onıın göstəricilərindən bilavasitə asılıdır. Ali məktəbdə tədrisin təşkili öz məzmunu etibarilə birinci növbədə müvafiq ixtisasların proqramlarını öyrədən fəaliyyəti ilə bağlıdır. Müəllimlə ali məktəb dövründə tələbələrə öz seçdikləri ixtisas üzrə hərtərəfli və sistemli biliklər vermək məqsədi ilə fəaliyyət göstərirlər. Bu sahədəki rcal vəziyyəti müəyyən etmək üçün sorğu anketinə aşağıdakı məzmunlu sual daxil edilmişdir: “İxtisas fənlərinin tədrisi səviyyəsini necə qiymətləndirirsiniz?” Tələbə respondcntlərin dövrdə biri 25,5 faizi ixtisas fənlərinin yüksək səviyyədə tədris olunduğunu söyləmişdir. Bu suala verilən cavablarda orta məzmunluların xüsusi çəkisi daha yüksək olub 49,9% təşkil edir. Sözügedən iki variantı ümumiləşdirsək onda deyə bilərik ki, rəyi soruşulan tələbələrin 75,4%-i ixtisas fənlərinin tədrisindən razıdır.

Bclə yüksək qiymətləndirmə səviyyəsi son illərdə bütün ali məktəblərdə olduğu kimi, Universitetdə də tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində aparılan kompleks tədbirlərin bəhrəsidir. Bununla yanaşı rcspondentlərin xeyli xissəsi 16,6%-i ixtisas fənlərinin aşağı səviyyədə olduğunu bildirmişdir. Dcyilənlərə onu da əlavə edək ki, sorğıı anketində öz məzmununa görə yuxarıdakı suala yaxın olan digər hir suala “BDU-da təhsilin indiki vəziyyəti sizi qane edirmi?" sualına respondentlərin 26,6 faizi o qədər də qane etmir” və 11,1 %-i isə “heç qane etmir” cavabı vermişdir. Bu göstərilər onu deməyə əsas vcrir ki, ali məktəbdə tədrisin təşkilini təkmilləşdirmək baxımından qarşıda kifayət qədər ciddi məsələlər durur.

Analoji vəziyyət ictimai fənlərin tədrisi səviyyəsinin qiymətləndirilməsində də müşahidə olunur. Bunu “İctimai fənlərin tədrisi səviyyəsini qiymətləndirirsiniz?” sualına verilən cavablardan da görmək olar. Tələbələrin az hissəsi yəni 16 faizi bu fənlərin tədrisi səviyyəsini yüksək qiymətləndirmiş yarıya qədəri 45,2 faizi isə orta səviyyədə tədris olunduğunu söyləmişdir. Bütövlükdə götürdükdə rəyi soruşulan tələbələrin yarıdan çoxu 61,2% ictimai fənlərin tədrisindən bu və ya digər dərəcədə razıdır.

Lakin tələbələrin xcyli hissəsi 17,7 faizi həmin fənlərin aşağı səviyyədə tədris olunduğu qənaətindədir. Narahatlıq doğuran başqa bir cəhət burasıdır ki, tələbə rcspondcntlərin 10 faizi ictimai fənlərin onlara lazım olmadığını qeyd etmişdir. Bu vəziyyət fikrimizcə aşağıdakı iki səbəb ilə izah olunmalıdır. Əvvəla tələbələr çox vaxt əsas diqqəti öz ixtisasları üzrə olan fənlərə yönəldirlər, bclə olduqda, onların xeyli qismi düşünür ki, ixtisas fənlərinin öyrənilməsi onların vaxtını alır. Digər tərəfdən ictimai fənlərin tədrisində olan nöqsanlar da tələbələrin onları aşağı qiymətləndirilməsinə rəvac verən amillərdəndir. Bu işdə ictimai fənlərin seçim üzrə tədrisi də müəyyən rol oynayır.

Ali məktəbdə təhsilin səmərəli təşkili tədris olunan fənlərin metodiki təminatı (dərslik, dərs vəsaiti, proqram və s.) ilə bilavasitə bağlıdır. Bu baxımdan vəziyyətin necə olduğunu sorğu materialları sübut edir. Respondentlərin yalnız



  1. faizi bu təminatın onları "tam qane etdiyini", 23 faizi isə əsasən “qane etdiyini” söyləmişlər. Rəyi soruşulanların 27,6 faizi bildirmişdir ki, tədrisin metodiki təminatını daha da yaxşılaşdırmaq məsləhətdir. Narahatlıq doğuran cəhət budur ki, tələbə respondentlərin xeyli hissəsi 37,8 faizi tədris olunan fənlərin metodiki təminatını qeyri-qənaətbəxş sorğu matcriallarının təhlili sübut cdir ki, ali məktəbdə tədris prosesinin yaxşılaşdırılmasının bu mühüm istiqamətinə diqqəti artırmaq lazımdır.

Ali məktəbdə təhsilin müasir səviyyəsinin qiymətləndirilməsinin çox mühüm istiqamətini burada demokratiyanın inkişafı səviyyəsi və buna müvafiq olaraq tələbələrin tədrisin idarə olunmasında iştirakı onların özünü idarə fəallığının dərəcəsi üzrə olan göstəricilər təşkil edir. Sorğu materiallarının təhlili bu yönümdə qazanılmış uğurları və mövcud nöqsanları əyani surətdə göstərir. Əvvəlcə onu qeyd edək ki, son dövrlərdə universitet rəhbərliyinin tədrisin keyfıyyətini yaxşılaşdırmaq, burada demokratiyanı inkişaf etdirmək və tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyi və şəffaflığı təmin etmək yolunda həyata keçirdiyi ardıcıl tədbirləri tələbələr yüksək qiymətləndirir və buna öz fəallıqlarını artırmaqla cavab verirlər.

Rəyi soruşulan tələbləri böyük əksəriyyəti 79,2 faizi ixtisas fənlərinin və 61,7%-i humanitar fənlərin tədrisini yüksək qiymətləndirmişdir. Ali təhsilin demokratikləşməsinin tələbələrin idarəçilik fəallığına güclü ınüsbət təsiri duyulmaqdadır. Təsadüfi deyildir ki, rəyi soruşulan tələbələrin 24,4 %-i tədricən idarə olunmasında fəal iştirak etdiyini və 27,3%-i orta səviyyədə iştirak etdiyini söyləmişdir. Ümumilikdə götürdükdə tələbələrin yarıdan çoxu 51,7%-i tədris prosesinin idarə olunmasına qatılmışdır. Bu göstərici humanitar fakültələrin tələbələri üzrə daha yüksək olub, 55,4 faizi təşkil (təbiət fakültələri tələbələrinin yalnız 48%-i idarəçilikdə iştirak edir).

Ali məktəbdə tələbələrin fəallıq səviyyəsinin qiymətləndirilməsinə bir sıra amillər təsir göstərir. Onların sırasında təhsilin keyfiyyətinin yaxşılaşdırılması tədrisin maddi-texniki təchizatının möhkəmləndirilməsi, tədrisdə demokratiyanın genişləndirilməsi tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq göstəriciləri və neqativ hallarda qarşı mübarizənin təşkili səviyyəsi xüsusi yer tutur. Sorğu materiallarının təhlili belə bir qənaətə gəlməyə əsas verir ki, müasir ali məktəb tələbəsi tədrisin ümumi vəziyyətini obyektiv qiymətləndirməyi bacarır və bu prosesi gələcəkdə yaxşılaşdırmağın konkret yolları haqqında kifayət qədər aydın təsəvvürə malikdir.

Sorğu anketinə daxil edilmiş "Tədrisin keyfiyyətini yaxşılaşdırmaq üçün universitet rəhbərliy i ilk növbədə hansı tədbirləri görməlidir?" sualına verilən cavablar buna dəlalət edir. Rəyi soruşulan tələbələrin 45,1%-i bütün fənlər üzrə dərsliklərin və dərs vəsaitlərinin hazırlanıb çap edilməsini təxirəsalınmaz vəzifə sayır. İkinci yerdə tədrisin maddi-texniki bazasını möhkəmləndirməyi və informasiya təminatını yaxşılaşdırmağı əsas vəzifə hesab edir. Respondentlərin 34,4 faizi bu mövqeyi müdafiə edirlər. Tədris prosesinin demokratikləşdirilməsini sürətləndirməyi tərəfdar çıxanların xüsusi çəkisi də kifayət qədər yüksək olub, 30,4 faizi təşkil edir.

Yuxarıda qeyd olunan göstəricilər tələbələr tərəfindən tədricən təşkili səviyyəsinin qiymətləndirilməsinin çox mühüm amili baxımından real vəziyyəti əks etdirir. Burada praktiki yönümdən diqqət çəkən məqam budur ki, tələbələr universitet rəhbərliyinin tədrisin yaxşılaşdırılması sahəsində gələcək fəaliyyətində hansı tərəfləri başlıca diqqət mərkəzində saxlamalı olduğuna dair maraqlı təkliflər irəli sürür.

Hazırda elmin və mədəniyyətin inkişafı getdikcə daha çox antropoloji istiqamətə yönəlməkdədir. Hər cür iqtisadi, texniki və sosial layihələr işlənilib hazırlanarkən öncə insan ölçüləri baxımından ekspertizadan keçirilir və qiymətləndirilir. Müasir dünyada gedən bu universal humanistləşmə meyli müstəqil dövlətimizin ali təhsil siyasətində və praktikasında da güclənməkdədir.

Ali təhsil prosesinin humanistləşməsi meyli başlıca olaraq aşağıdakı iki istiqamətdə təzahür edir. Birinci istiqamət öz məzmununa görə humanist problematika ilə bilavasitə bağlı olan ictimai fənlərin tədrisinin yaxşılaşdırılması və keyfıyyətinin yüksəldilməsində ifadə olunur. Bu baxımdan mövcud vəziyyətin necə olduğunun aydınlaşdırılmasında və qiymətləndirilməsində sorğu materiallarının təhlili mühüm köməklik göstərir. Anketə daxil edilmiş “İctimai fənlərin tədrisi səviyyəsini necə qiymətləndirirsiniz?’' sualına tələbə respondentlər aşağıdakı kimi cavablar vcrmişlər: “yüksək səviyyədə tədris olunur” 16%, “orta səviyyədə tədris olunur” 45,2% . Bu iki göstəricini birləşdirəcək olsaq, onda deyə bilərik ki, tələbələrin əksəriyyəti 61,2% ictimai fənlərin tədrisini qənaətbəxş səviyyədə qiymətləndirir. I.akin müasir tələbləri baxımından yanaşdıqda bu göstəricinin özü də xeyli dərəcədə aşağıdır.

Bu vəziyyət fikrimizcə bir tərəfdən ali məktəblərdə ictimai fənlərin tədrisində professional və tədris- metodiki cəhətdən xeyli qüsurların olması ilə izah edilməlidir. Digər səbəb isə həmin fənlərin bir çoxunun məcburi deyil, seçim xarakterli olması da özünün müvafiq təsirini göstərir. Respondentlərin xeyli hissəsi 17,7 faizi ictimai fənlərin tədrisini aşağı səviyyəli kimi qiymətləndirilməsidir. Narahatlıq doğuran əsas cəhət budur ki, tələbələrin 10 faizi açıqca söyləmişlər ki, onlara ictimai fənlər lazım deyildir. Bu xoşagəlməz fakt bizcə bir sıra səbəblərin nəticəsidir. Əvvəla tələbələrin bir qismi vaxt büdcəsinin əsas hissəsini ixtisas fənlərinin öyrənilməsinə həsr etdikləri üçün, onlarda belə bir yalnış təsəvvür yaranır ki, güya ictimai fənlər onların vaxtını alır. Bundan əlavə ictimai fənlərin tədrisində özünü göstərən nöqsanlar onların seçim üzrə keçilməsi prinsipi ilə birləşərək tələbələrin nüfuzunda aşağı səviyyəyə endirir. Qeyd olunan vəziyyət ictimai fənlərin tədrisinin elmi və metodiki səviyyəsinin yüksəldilməsi ilə yanaşı onun tədrisindəki təşkilati-metodiki qüsurların (məs., seçimliliyin aradan qaldırılması) düzəldilməsini təkidlə tələb edir.

Ali təhsilin humanistləşməsi meylinin ikinci mühüm istiqamətini ixtisas fənlərinin məzmunu ilə bağlıdır. Başqa sözlə, deyilsə ixtisas fənlərin tədrisi proqramları ilə tərtib edilməlidir ki, onlar yalnız müvafiq ixtisas üzrə bilik verməklə məhdudlaşmasın, humanizm məsələlərinə də xeyli yer verilsin. Bu işin vacibliyi onunla şərtlənir ki, müasir ali təhsil sisteminin əsas vəzifəsi öz peşə sahəsi üzrə yüksək ixtisaslı kadr hazırlamaqla yanaşı müasir ruhlu, ölkənin daxilində beynəlxalq miqyasda baş verən prosesləri ayıq gözlə qiymətləndirməyi bacaran layiqli vətəndaş yetişdirməkdir.

Ümumilikdə götürdükdə hazırda dövlətimizin ali təhsil strategiyasında açıq cəmiyyətin qurulması və bazar iqtisadiyyatının tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssis kadrları hazırlanması mərkəzi yer tutur. Son illərdə bu xəttin həyata keçirilməsi sahəsində ciddi irəliləyişlər əldə cdilmişdir. Sosioloji sorğu materiallarının təhlili sübut edir ki, tələbələr sözügedən istiqamətdə qazanılmış uğurları dəyərincə qiymətləndirirlər. Bunu anketdə qoyulmuş “BDU-da təhsilin indiki səviyyəsi sizi qane edirmi?” sualına verilmiş cavablardan da görmək olar.

Tələbə respondentlərin 56,2% yəni yarıdan çoxu hazırda universitetdə tədrisin təşkilini yüksək qiymətləndirmişdir. Bununla yanaşı, tələbələr həmin istiqamətdə islahatların təkidlə davam etdirilməsini zəruri sayırlar. Belə ki, rəyi soruşulanların 35,3%-i “o qədər də qane etmir” cavabı vermişlər. Adı çəkilən sualın cavabının qiymətləndirilməsində bir qədər “yumşaq” mövqe tutanların xüsusi çəkisinin xeyli dərəcədə yüksək olması, fıkrimizcə aşağıdakı iki səbəblə izah edilməlidir. Əvvəla, müstəqilliyimizin əldə olunmasından keçən qısa müddət ərzində ali təhsilin bütün vəsilələrini və tərəfləri yüksək standartlar səviyyəsinə çatdırmaq mümkün olmamışdır. (əslində cəmi iki onillik ərzində bunu əldə etmək iddiasının özü də o qədər real görünmür). Digər tərəfdən müasir tələbələrin dünyagörüşü və tələbatları çox yüksəkdir, onlar qabaqcıl ölkələrdə ali təhsilin təşkilinin yüksək səviyyədə olduğu haqda yetərincə informasiyaya malikdirlər. Odur ki, universitetimizdə tədris təşkilini də bir çox cəhətdən həmin etalon üzrə qiymətləndirirlər.

Narahatlıq doğuran məqam budur ki, sorguda iştirak edən tələbələrin xeyli hissəsi 11,1 faizi tədrisin təşkili səviyyəsinin onları heç qane etmədiyini söyləmişlər. Bu fakt tədrisin təşkili prosesinin səmərəliliyini yüksəltmək üçün bütün qüvvələri və imkanları səfərbər etmək zərurətini ortaya qoyur. Bunu sorğu materiallarının təhlili son illərdə ölkəmizdə ali təhsilin Boloniya sisteminə keçməsinin törətdiyi nəticələr baxımından diqqəti cəlb edir. Boloniya prosesinə qoşulmağın tələbələr tərəfindən necə qiymətləndirildiyini aydınlaşdırmaq məqsədilə anketə aşağıdakı məzmunda sual daxil edilmişdir: “Boloniya prosesi üzrə aparılan təhsilin səviyvəsi sizi qane edirmi?”.

Alınmış cavablar belə bölünür: “ Bəli tam qane edir” 18%, “demək olar ki, qane edir” 21,6%, “o qədər də qane etmir” 36,6%, “bir az da inkişaf etdirilsə, daha yaxşı olar” 23,8%. Göründüyü kimi respondentlər yalnız yarıya qədər yeni sistemdən razıdır və onu müsbət qiymətləndirir. Əlbəttə bu göstərici o qədər də ürəkaçan deyil. Lakin nəzərdə tutulmalıdır ki, ölkəmizin ali təhsilində Boloniya sistemi yenicə tətbiq olunur, bu isə o deməkdir ki, onun üstünlüklərini tələbələrin hcç də hamısı yetərincə qavramamışdır. Boloniya təcrübəsindən qane olanların xüsusi çəkisinin nisbətən aşağı olmasından. fikrimizcə, bu yeni sistemin xeyli dərəcədə yüksək tələblər diqtə etdiyi faktı da müəyyən rol oynamışdır. Sözügedən məqam həm də “o qədər də qane etmir” deyənlərin xüsusi çəkisinin kifayət qədər yüksək olmasına (36,6%) öz təsirini göstərmişdir.

Yuxarıda adı çəkilən cavab verənlərin tərkibində Boloniya təcrübəsini inkişaf etdirməyi məqsədəuyğun sayanların xeyli yer tutması (23,8%) da diqqəti cəlb edir. Bu fakt sübut edir ki, müasir tələbə innovasiyaları passiv surətdə qəbul etməklə məhdudlaşmır, onlara tənqidi və fəal yanaşmağı bacarır, bir sözlə müasir ruhlu kreativ təfəkkür tərzi nümayiş etdirir həm də anketdəki “Tədrisin keyfiyyətini yaxşılaşdırmaq üçün universitet rəhbərliyi ilk növbədə hansı tədbirləri görməlidir?” sualına verilən cavablar təsdiqləyir. Cavablar öz xüsusi çəkisi göstəricilərinə uyğun olaraq aşağıdakı şkala üzrə düzülmüşdür: “bütün fənlər üzrə dərsliklər və dərs vəsaitləri hazırlanıb çap edilməlidir” 40,4% , “tədrisin maddi-texniki və informasiya təminatı yaxşılaşdırılmalıdır” 35%, “tədrisin demokratikləşdirilməsi sürətləndirilməlidir” 34,8%, “qabaqcıl müəllimlər üçün maddi yardımın məbləği artırılmalıdır” 10,4 faiz. Qeyd olunan variantların hər biri üzrə tələbələrin qiymətləndirmə əmsalının kifayət dərəcədə yüksək olması diqqəti çəkir. Bu fakt həm də müasir tələbənin geniş erudisiyaya malik olmasından tədrisin təşkilini yaxşılaşdırmağın əsas yollarını aydın şəkildə dərk etməsindən xəbər verir.

Nəticə və təkliflər

Ali məktəblərdə tədrisin keyfiyyətinin yüksəldilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr və informasiya təminatının yaxşılaşdırılması, tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi istiqamətində həyata keçirilən tələbələrin nəzərində tədris prosesinin təşkilinin reytinqini əhəmiyyətli dərəcədə yüksəltmişdir. Bunu sosioloji tədqiqatımızın nəticələri də sübut edir. Bununla yanaşı tədrisin təşkilində müəyyən nöqsanlar və çatışmazlıq vardır ki, onlar bu prosesin tələbələr tərəfindən yüksək qiymətləndirilməsinə maneələr yaradır.

Fikrimizcə, onları aradan qaldırmaq üçün aşağıdakı tədbirləri yerinə yetirmək mühüm fayda gətirə bilərdi.

Hər şeydən əvvəl tədrisin müvafiq ixtisaslar üzrə yüksək peşə hazırlığına malik olan professor- müəllim kadrları ilə təchizatının yaxşılaşdırılması vacibdir. Çünki sözügedən sahədə vəziyyət tədrisin təşkilinin qiymətləndirilməsi meyarları sırasında ön yerdə durur.

Fakültələrdə tədrisin təşkili səviyyəsini yüksəltmək üçün müvafiq ixtisaslar üzrə tələb olunan maddi-texniki bazasının və tədris metodiki vasitələrin artırılması təxirəsalınmaz vəzifələrdəndir. Belə ki, tələbələr tərəfindən tədrisin təşkilinin qiymətləndirilməsində bu məqam xüsusi yer tutur, daha dəqiq deyilsə, həmin istiqamətin təşkilindən narazı olanlar yetərincədir.

Bütövlükdə tədris prosesində, o cümlədən də tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin olunması sahəsində fəaliyyəti daha da gücləndirmək vacibdir. Bu göstərici həm də tələbələrin fəallığının gücləndirilməsində və onların özünüidarə prosesinə geniş miqyasda cəlb olunmasında misilsiz əhəmiyyətə malikdir. Tədrisin təşkilinin bütün istiqamətlərində Internetdən istifadə edilməsində əhəmiyyətli uğurlar qazanılsa, sorğu materiallarının təhlili, həmin sahədə müəyyən nöqsanları da aşkara çıxardı. Buna görə də Internetdən istifadə imkanlarını daha da genişləndirmək lazımdır. Son dövrdə təbii-elmi və sosial biliklər sisteminin humanistləşməsi özünü göstərir. Ali məktəbin tədris prosesində də müvafiq ifadə olunan bu prosesi sürətləndirmək üçün ixtisas fənlərinə dair mühazirə mühazirələrdə və seminar məşqələlərində humanizm ideyalarının təbliğinə diqqəti artırmaq zəruridir. Digər tərəfdən humanizm prinsipləri ilə bilavasitə bağlı olan humanitar fənlərin tədrisinin keyfiyyətini yüksəltmək vacibdir.


ƏDƏBİYYAT

  1. “Azərbaycan müəllimi” qəzeti, 26 sentyabr 2008-ci il

  2. Abbasova Q. Elmin və təhsilin sosiologiyası. Bakı 2006

    1. Qeybullayev Q. Ali məktəblərə təlim və tədrisin keyfiyyətinə nəzarət sistemlərinin əsasları. Bakı 1999.

  3. Xəlilov S. TəhsiI sistemi. Nəzəriyyə və praktika. Bakı 1999.

  4. Cabbarov R. Təhsil müəssisələrinin idarə edilməsi. Bakı 2001.

    1. Şükürov A.M. Qloballaşma; müasir dövr və Azərbaycan. Qloballaşma və Azərbaycan. Bakı 2002.

  5. Şükürov A.M. Fəlsəfə və qloballaşma. Bakı 2002

  6. Нечаев B.Л. Сoциoлогия образования. Москва 1992.

  7. Румкевич М.Н., Рубина Л.Я. Общественные потребности образования молодежи. Москва 1988

  8. Филиппов Ф.Р. Социология образования. Москва 1992

Rezüme


Tədris prosesində, o cümlədən də tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin olunması sahəsində fəaliyyəti daha da gücləndirmək vacibdir. Bu göstərici həm də tələbələrin fəallığının gücləndirilməsində və onların özünüidarə prosesinə geniş miqyasda cəlb olunmasında misilsiz əhəmiyyətə malikdir.

Резюме


В учебном процессе, в том числе при оценке знаний учащихся, необходимо обеспечить объективность и прозрачность. Для этого необходимо совершенствовать учебный процесс. Это окажет положительное влияние на повышение учебной активности учащихся и улучшение их самоуправления.

Summary


In the educational process, including the assessment of students' knowledge, it is necessary to ensure objectivity and transparency. For this it is necessary to improve the learning process. This will have a positive impact on the improvement of educational activity of students and improve their self-management.

İNFORMASİYA TEXNOLOGİYALARININ SOSİAL HƏYATA TƏSİRİ XÜSÜSIYƏTLƏRİ
Xosrovov İlqar, magistr, Bakı Dövlət Üniversiteti
Açar sözlər: informasiya texnologiyaları, Internet, sosial şəbəkələr, sosial həyat.

Ключевые слова: информационные технологии, Интернет, социальные сети, социальная жизнь.

Keywords: information technology, internet, social networking, and social life.

Müasir dövrümüzdə həyatımızın bir parçasına çevrilən Internet və sosial şəbəkələr əslində informasiya texnologiyalarının nəcə tərəqqi etməsindən xəbər verir. Əslində biz hər gün külli miqdarda informasiya qəbul edirik. İnformasiya texnologiyaları bu informasiyaların dünyada və cəmiyətdə dövr etməsində çox böyük rol oynayır. Eyni zamanda bu məlumatların insanlara çatdırılmasında informasiya texnologiyalarının rolu böyükdür hər bir insanın yasadığı dövr bir nəçə mərhələlərə bölünür: insanın uşaqlıq, gənclik və qocalıq dövründə həyatda fəaliyəti, həyata baxışları və gələcək planları müxtəlifdir.

Ümumiyətlə “informasiya texnologiyaları”nın tarixinə nəzər salsaq, görərik ki, onun əsas növü olan Internet XX əsrin 60-cı illərində ABŞ-ın Müdafiyə Nazirliyində, hərbi məqsədlər üçün etibarlı rabitə sistəmi yaratmaq məqsədi ilə yaradılmışdı. Sonralar bu ABŞ-ın təhsil sistəmində, bütün universitetlərdə yayılmağa başladı, bu zaman “Internetdə yayılan məlumatlar ancaq mətn formasında olurdu. Sonralar bu üsul daha da təkmilləşdi. 1992-ci ildə İsveçrədə yerləşən “Avropa nüvə tədqiqatlar mərkəzi”ndə Internetin yeni xidmət üsulu yaradıldı, bu www adlandırıldı, sonralar Internet bütün dünyaya hakim kəsildi. Artıq indi dünyada bütün informasiyaların çox böyük hissəsi Internət vasitəsi ilə çatdırılır. Biz statistik göstəricilərə nəzər salsaq bunu aydin görərik, məsələn, 2005-ci ildə dünyada bir milyard iyirmi milion, 2008-ci il yanvarın 1-nə olan statistik məlumata görə isə bir milyard dörd yuz yəddi milion Internət istifadəcisi olmusdur. “Informassiya texnologiyaları” sahəsində dövlətimizin bascısı prezident cənab İlham Əliyev bir sıra fərman və sərəncamla vermisdi. Bunların içərisində daha önəmlisi “Azərbaycana 2003-2012-ci illərdə informasiya kommunikasiya texnologiyaları” üzrə milli strategiyası hazirlanmasına dair” Azərbaycan Respublikası Prezidentinin fərmanıdır. Bu fərmanda informasiya texnologiyalarının tətbiqi və inkisafı ucun zəruri olan bütün məsələlər oz həllini tapmısdı.

Ümumiyyətlə, insan dəyərli bir varlıqdır, çünki o, özü ilə ağıl və düşüncə deyilən bir qüvvənin daşıyıcısıdır. Ağıl və düşüncə nəticəsində bir çox elmi nailiyyətlərə çatan və həyatın hər bir sahəsində inkişaf edən də, məhz insandır. Amma belə bir ilahi nemətə malik olmayan, məsələn bal arısı min illərdir olduğu kimi yaşayır və yaşayışında heç bir dəyişiklik gözə dəymir.

Bu gün bir çoxlarının, xüsusilə də, gənclər və yeniyetmələrin istifadə etdiyi internet də, həmin elmi inkişafın bir nümunəsi sayılır.

İnternetin müasir insan həyatında olan rolu və faydaları inkaredilməzdir. Gün ərzində dünyanın istənilən nöqtəsinin ən qaynar xəbərlərini izləmək, dünyanın hər hansı bir yerindən digər yerlərlə canlı əlaqə saxlamaq, hər hansı bir yazı və fikiri dünyanın istənilən bir məkanında yaşayanlara çatdırmaq və s. onun bizə yetirdiyi faydalardandır. Lakin bu yazıda həmin mövzu barədə deyil, daha çox internetdən düzgün istifadə etməmək nəticəsində yaranan problemlərdən danışmaq istərdim.

Bu gün internetsiz yaşamaq çox çətin bir məsələdir. Onu gündəlik həyatımızdan silmək demək olar ki, əsl ziyan ola bilər.

Əfsuslar olsun ki, bu qədər faydalarla yanaşı, hər gün Internet vasitəsilə həyata keçən bir çox cinayətlər və qanunsuz hərəkətlərin də, şahidi oluruq. Bu, daha çox internetdən istifadə mədəniyyətinə malik olmayanlar tərəfindən həyata keçir.

İstifadəyə verilən bir çox əxlaqsız və porno saytlar, internet oğurluqları, müxtəlif insanların şəkillərinin qanunsuz olaraq bir sıra hədəflərlə montaj edilməsi, digər insanların adı və niki ilə internet saytları, çat və forumlara daxil olub başqası adından danışmaq, başqalarının e-mail ünvanına göndərilən hədə-qorxu, təhqiramiz və etikadan kənar yazılar, həmçinin, hər hansı bir siyasət, mədəniyyət və din xadiminin müəyyən bir forumda müzakirə obyektinə çevirib, haqqında yalan və iftira sözlər yazmaq, bəzi yazarların digər adlarla özü və yazıları barədə tərif söyləməsi, məqalələrin müzakirə bölməsində yalançı adlarla yazılan cəfəngiyyat sözlər və s. internetdən istifadənin ən pis nümunələrindən sayılmaqla yanaşı, internetdən istifadə mədəniyyətinin olmamasından xəbər verir.

Bu günlərdə müxtəlif insanların alçaldılması daha çox Internet vasitəsilə həyata keçir. Bəziləri öz sözünü kişi kimi üzə demək əvəzinə daha çox yalançı adlarla istənilən şəxsə ünvanlayır.

Ümumiyyətlə, həyatımızda elmi tərəqqi və inkişafla mübarizə aparmaq məntiqsiz bir iş sayılır. Bununla bağlı məntiqli və ağıllı sayılan iş cəmiyyətdə yeni elmi nailiyyətlərin bəhrəsi ilə düzgün davranma mədəniyyətini yaymaq, övladlarımıza onlardan düzgün istifadə mədəniyyətini öyrətməliyik.

Bunun ardinca bu fərmanın davamı olaraq 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin digər fərmanı ilə “Rabitə və informasiya texnologiyalarının Nazirliyi yaradildi. Bununla əlaqədar olaraq bir nəcə dovlət proqramı təsdiq edilmisdi. Buna misal olaraq “2005-2007-ci illər üçün umumtəhsil məktəblərinin informasiya-komunikasiya təminati”, “2005-2008-ci illər rabitə və informasiya təxnologiyalarının (elektron Azərbaycan) inkisafi”, “2008-2012-ci illərdə Azərbaycanda təhsil sistəmində informasiya texnologiyalarının tətbiq edilməsi və s.

Göstərmək olar ki, olkə basçısının bu sahəyə diqqəti icərisində ana dilimizə olan qaygi, dovlət dilinə olan hormət oz yerini tapmisdir. Informasiya texnologiyalarında ana dilinin tətbiqi, ana dilində sayatların yaranması, ana dilində proqram təminati, milli Internet informasiya rəsusları kataloqunun yaradılması, ona ana dilimizin nə dərəcədə yuksəkdə durdugunu bir daha subut edir: “informasiya texnologiyalarının sosial həyata cox boyuk təsiri vardir. Bildiyimiz kimi sosial həyatın coxlu formaları vardır.

Hər bir insan sosial həyatda nəcə yasamağından asıli olmayaraq genis informasiya qəbul etmək bacarığına malikdir, hər bir insanın sosial həyatı mərhələli səkildə davam edir, bələ demək olar ki, birinci mərhələdə insanın təsiri, ikinci mərhələdə isə onun fəaliyətidir.

Azərbaycan Təhsil Nazirliyi informasiya texnologiyalarının Azərbaycanın umumtəhsil məktəblərində, eləcə də bütün ali məktəblərində həm tədrisi, həm də praktiki qaydada tətbiqi daim diqqət mərkəzindədir. Ümumtəhsil orta məktəblərdə sagirdlərin və muəllimlərin informasiya texnologiyalarının elementlərinə yiyələnməsi, onun üzərində işləmək vərdislərinin oyrənilməsi artiq bu elmin cox sevildiyini və nə dərəcədə gərəkli oldugunu subut edir. Biz usaqları müasir həyat tərzini izlədikdə gorurk ki, informasiya texnologiyalarının novləri olan Facebook, Instagram, Odnoklassnik və s. – dən geniş istifadə olunur.

Qeyd etmək lazımdır ki, İKT qətnamələri Azərbaycan üçün yalnız siyasi əhəmiyyət daşımır, respublikamıza müsəlman ölkələri tərəfindən göstərilən humanitar, texniki və s. yardımın böyük bir hissəsi İKT konfranslarının qəbul etdiyi bu kimi mühüm sənədlər əsasında həyata keçirilir.

Bir vətəndaş məmur munasibətlərinin sadələşdirilməsi, işini cəld və operativ təskili iki informasiya tələbatını odəmək üçün rahat yollar axtarmaq üçün butun insanların, həm fiziki, həm də maddi durumu əlvərisli olmayan səxslərin də dovlət xidmətindən istifadə edilməsinin təskili butun bu sadaladığımiz problemlər və digər neqativ hallar sonda oz həllini tapacaqdir.

Qeyd etdiyimiz kimi, “elektorn hökumət” lahiyəsi cox uğurlu olmuşdur. Vətəndaş oz evində oturaraq kompyuter vasitəsi ilə və yaxud onlayn və digər ünsiyyət metodları ilə ona lazım olan məlumatları ala bilər. “Sosial şəbəkələrdə” rəal həyatda hansı problem varsa, dərhal müzakirə olunur, bu sosial şəbəkənin ən önəmli cəhəti odur ki, hər hansı dövlət qurumu, nazirlik, bas idarə, idarə və s. iştirak edir. Təskilatlar haqqinda geniş məlumatlar verilir, vətəndaş həm də bu sosial səbəkədən marifləndirilir, butun nazirlik və idalərdə movcud olan qanunverivilik göstərilir, vətəndaşa onun fonunda yardım göstərilir.

Biz “İnformasiya texnologiyaları” sosial həyata təsiri xüsusiyyətləri haqqında müfəssəl araşdırma apardıq. Son nəticədə bizə nə aydın oldu? Doğrudan da “İnformasiya texnologiyaları” dünyada hegemon mövqeyə malikdir? Müasir dövrdə belə bir idarə, təşkilat və struktur varmı ki, “informasiya texnologiyaları” nnan yararlanmasın? Bəli, artıq bu həqiqətdir. Elmin inkişafı. Texniki tərəqqinin getdiyi bir dövrdə bu nailliyyətlərə sahib olmaq elə də çətin deyil. Cəmiyyət, sosial mühit yarandığı dövrdən etibarən inkişaf edir, təkmilləşir və müasirləşir. İnsan zəkası öz əksini bir növ texnikada tapmışdı. Dünyanın dahi alimlərinin kəşfləri, elimin fikirləri və elmi araşdırmaları öz bəhrəsini verir. Ona görə də bu elmin inkişafı qarşısında texnikanın inkişafının, insan intelektinin inkişafını və sş yüksəlişi görmək elə də təəəccüblü deyildi.

Bütün bunların yüksək nailliyyəti informasiya texnologiyalarında cənlənmişdir. Sosial şəbəkələr bir növ insan həyatının tərkib hissəsdir. İstər məişətdə, istərsə də təhsildə, istərsə də başqa sahələrdə insanlar bir-biri ilə ünsiyyət yaradır, birlikdə fəaliyyət göstərirlər. Müəyyən bir məlumatı almaq, müəyyən bir araşdırma apöarmaq üçün uzaqlara, harasa getmək lazım deyildir. Kiməsə bir məlumat göndərmək və onun qarşılığında nə isə əldə etmək indi çətin deyildir.

Arxivlərdən, elmi kitabxanalaradan istifadə etmək, nəsə bir yeni məlumat eldə etmək heç də çətin deyildir. Çünki bütün bunları “informasiya texnologiyaları” nın sahəsində asanlıqla əldə etmək mümkündür. İndiki zamanda ən böyük ünsiyyət şəbəkəsi informasiya texnologiyalarının bir növü olan Internetdir. Bu sahədə dünya bir növ kiçilib. Hər hansı bir ölkə, hər hansı bir təşkilat, ər hansı bir sahə ilə əlaqə yaratmaq çox asanlaşmışdır.

Burada da əsas hədəf yenə də informasiyadır. Belə geniş informasiya mübadiləsini yaratmaq, sistem halına salmaq böyük nailliyyətdr. Bu intelektual idarəetmə sistemi bütün dünyada geniş yayılmışdır. Dünya ölkələrinin az bir qismi bu nailliyyətlərdən kənarda qala bilmişdir. İstər sivil cəmiyyətin qurulmasında, istərsə də insanların məişət, mədəniyyət, təhsil məsəllərinin həllində “informasiya texnologiyaları” nın rolu böyükdür. Yuxarıda qeyd etdiyimiz kimi “informasiya texnologiyaları” bütün dövlət idarələrində, təşkilatlarda, strukturlarda geniş tətbiq edilmişdir. Bu da müasir dövrün zərurətidir. Təkcə bunu demək kifayətdir ki, Respublikamızda yaradılan “Elektron hökümət” lahiyəsi bütün dövlət idarələrin, nazirliklərdə, komitələrdə tətbiq edilmişdir. Bz bu lahiyənin mahiyyətini araşdırdıq. Bunun necə gərəkli bir lahiyyə olduğunu, müasir dövrün tələbinə necə cavab verdiyinin bir daha şahidi olduq.

Digər tərəfdən, bu lahiyənin cəmiyyətdə olan neqativ halları aradan qaldırmağa çalışması, rüşvətxorluq və digər mənfi xarakterli hərəkətlərin qarşısını alması cəhdi çox təqdirə layiqdir. Vətəndaş və məmur arasında münasibət çox şəffaf qurulmuşdur. Bu informasiya texnologiyalarının bizə verdiyi ən böyük faydasıdır. Arzu edək ki, bütün cəmiyyətlərdə bu kimi nailliyyətlər mövcud olsun. Bizim də borcumuz informasiya texnologiyalarını düzgün mənimsəməkdir. Biz inanırıq ki, yeni-yeni elmi nailliyyətlər yenə də olacaq və gələcək nəsil bundan bəhrələnəcəkdir.

Ədəbiyyat:



  1. Haqverdiyev V.M. Azərbaycanda internet və onun sosial-psixoloji aspektləri. // “ Dirçəliş – XX əsr” jurnalı, 2008-2009-cu il tarixli nömrələri

  2. Abbasova Q., Hacıyev Z. Sosial fəlsəfə. Bakı: 2012

  3. Rabitə və yüksək texnologiyalar Nazirliyinin Internet saytı

  4. Əfəndiyev M. Sosiologiya. Bakı Universiteti nəşriyyatı, Bakı: 2009

  5. Fərziyev T. İnformatika. Bakı: 2011

  6. Müslümov V.B., Mehdiyev M.M. İnformatika. Bakı: 2013

İNFORMASİYA TEXNOLOGİYALARININ SOSİAL HƏYATA TƏSİRİ XÜSÜSIYƏTLƏRİ

Xosrovov İlqar, magistr, Bakı Dövlət Yniversiteti

Annotasiya.

İstər sivil cəmiyyətin qurulmasında, istərsə də insanların məişət, mədəniyyət, təhsil məsəllərinin həllində informasiya texnologiyalarının rolu böyükdür. Informasiya texnologiyaları bütün dövlət idarələrində, təşkilatlarda, strukturlarda geniş tətbiq edilmişdir. Bu da müasir dövrün zərurətidir.
ОСОБЕННОСТИ ВЛИЯНИЯ ИНФОРМАЦИОННЫХ ТЕХНОЛОГИЙ НА СОЦИАЛЬНУЮ ЖИЗНЬ

Хосровов Ильгар, магистр, Бакинский государственный университет

Аннотация.

Интернет, информационные технологии в целом играют важную роль в формировании гражданского общества, развитии народного благосостояния, культуры, образования, быта. Информационные технологии применяются во всех государственных учреждениях, в организациях, государственных структурах. Это характерная черта современной эпохи.


FEATURES IMPACT OF INFORMATION TECHNOLOGY ON SOCIAL LIFE

Ilgar Khosrovov, Master, Baku State University

Abstract.

Internet and information technology in general play an important role in the formation of civil society, the development of public welfare, culture, education, life. Information technology is used in all public institutions, organizations, government agencies. This is characteristic of the modern era.

MÜNDƏRİCAT


  1. Vahidov Fazil. Müasir gənclik: mənəvi-idraki

fəallığın bəzi məsələləri......................................................3

  1. Balayeva Ayşəm Nazim q. Sosial inklüziya və sosial eksklüziya:

yaşlı insanlar kontekstində................................................. 12

  1. Əliyeva Aydan Nurəddin qızı. Sosial nəzarət idarəetmədə

tənzimləmə vasitəsi kimi....................................................18

  1. Şükürzadə Səbuhi Tarverdi oğlu.Autizm sindromlu uşaq

ailədaxili münasibətlər çərçivəsində...................................24

  1. Məmmədzadə Rövşanə Yaşar qızı. Müasir təhsil sistemində

monitorinq və qiymətləndirmənin xüsusiyyətləri.................30

  1. Халилова Фарах Рахман гызы Проблема селективных абортов

в современном азербайджанском обществе....................34

  1. Şəfiyev Üzəyir Atamalı oğlu. Cəmiyyətdə şəxsiyyətin yadlaşması

problemi.........................................................................38


  1. Ağalarov Cəlal Yusif oğlu. Narkomanlarla sosial işin aparilması...................................................................................42




  1. Аминов Ариф М., Ковалёва  Тамара Сергеевна.

Социальный капитал как движущая сила

сельскохозяйственного труда..... .....................................48




  1. Мамедова Зумруд. Социальная защита детей-сирот и детей,

лишенных родительской опеки Азербайджанской

Республики....................................................................55



  1. Солтанова Сунаханум Н. модель управления вузом в условиях

модернизации азербайджанского образования: обоснование

конкурентного позиционирования…….......….……61




  1. Новрузов Нофел Арастун о. Теоретико-методологические

аспекты изучения социальной напряженности в современном

обществе.........................................................................64



  1. Mahmudova Rübabə Rafiq qızı. Intibah dövrü naturfəlsəfəsinin

nümayəndəsi Cordano Brunonun fəlsəfi baxışları..............72

  1. Hacıyev Zeynəddin Camal oğlu. Estetik şüurda

milliliyin təcəssümü………....................................................80


  1. Xasiyev Elburus Vəlixan o. Elm anlayışı, mahiyyəti və funksiyaları………......................................................................88



  1. Əlizadə Bilal Xuxabaxış o., Tarixi zaman...........................................................................................93




  1. Sadıxova Kəminə Elbrus qızı. Noosfer tədqiqat

predmeti kimi............................................................................98

  1. Əfəndiyev Elçin Vüqar oğlu. Etik davranışdan kənar

(deviant) davranışların yaranma səbəbləri və onların həlli yolları. 103


  1. Əliəskərli Leyla Namiq qızı. Nəzəriyyə rasional idrakin ən yüksək

formasi kimi...............................................................................108

  1. Kazımi P.F., İslamov İ.Ə. Sosial-mədəni mühitin

xüsusiyyətləri......................................................................113

  1. Юсифова Гюльнара Юсиф кызы. Взаимосвязь «массовой

культуры» и «массового сознания»…… …………..........120





  1. Agabəyova Ülviyyə Rizvan qızı. Yeni Dövr Avropada

sufişünaslıq məktəbləri...........................................................125

  1. İisrafilov Mahir. Məntiqli və məntiqsiz məqamların nəticələri..............................................................................131



  1. Бейдулова Зумруд Керамеддин кызы. Глобальное сознание

и современная культура…………………………..140


  1. Abbasov Ayaz Nərman o. Sistemli

yanaşmanın xarakteristikası.............................................145


  1. Qəhrəmanov Rahib Qoşqar o. Elmi eksperimentdə praktik

və idrak fəaliyyətinin dialektikası.........................................152


  1. Məhərrəmova Nuranə. Insanın idraki fəaliyyətində

rasional və qeyri-rasional tərəflər…………………….......158

  1. Əliyev Rəcəbəli Həciağa oglu, Abbasova Mətanət. Təhsilin

qiymətləndirilməsi problemi və təhsil islahatları............... 160



  1. Xosrovov İlqar. Informasiya texnologiyalarının sosial

həyata təsiri xüsüsiyətləri.................................................169

SOSİAL VƏ HUMANİTAR ELMLƏRİN MÜASİR

PROBLEMLƏRİ

ELMİ ƏSƏRLƏR TOPLUSU

BURAXILIŞ № 13

cild I
Kompüter dizaynı – Zümrüd Məmmədova


Çapa imzalanmışdır: 22 aprel 2014-cü il

Format: 60 ×84

Şərti çap vərəqi – 46,5

Sifariş № 100

Tiraj – 100 nüsxə



­----------------------------------------------

ADPU-nun mətbəəsi

Bakı, Ü.Hacıbəyov, 14

Tel. (+912) 497 74 10

E.mail: ADPU©Box.az


1 Соловьёв, С. С. Методика измерения социальной напряженности в Вооруженных Силах [Текст] / С. С. Соловьев // Социолог. исслед. – 1993. – № 12. – С. 68–73.


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin