Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)


***  Gənc şair Dayandoldurum.   ***



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə48/49
tarix24.01.2017
ölçüsü3,02 Mb.
#6264
1   ...   41   42   43   44   45   46   47   48   49

*** 

Gənc şair Dayandoldurum.  



*** 

O qədər ehtiyatlı adam idi ki, çılpaq qadın bədənini 

tumarlayanda da əlcəklə tumarlayırdı ki, barmaq izləri qalmasın.  

*** 

Dədəsizlər dərdli-dərdli dedilər: Hardasınız dədələr, ay 

dədələr.  

*** 

Bura gəlib gedərdim,  

Xeyir əkdim, şər dərdim,  

Hərənin bir dərdi var,  

Mənim oldu min dərdim.  

*** 

Şer də musiqi kimi yalnız marşlardan itbarət ola bilməz. 

Sevgilinə  eşq etirafını  nəfəsli orkestrləmi edəcəksən.  Şerdə 

TKəsmə ŞikəstəU də lazımdır, noktürn də… 



*** 

Gecə düşüncələri çıxandan sonra bir neçə başqa 

yazıçılarımız da bu janrda – qısa və pərakəndə fikirlər toplusu 

səpkisində yazılar yazdılar. Çox sonralar bildim ki, demə, 

yaponlarda da belə bir janr varmış və adı dzuy-xitsu imiş.  

*** 

Moskvada təhsil aldığım illərdə (1962-1964) Lenin 



 701 

kitabxanasında 20-30-cu illərin jurnallarıyla tanış olurdum, indi 

çıxan "İnostrannaya literatura" jurnalından  əvvəl, otuzuncu 

illərdə eyni tipli "İnternatsionalnaya literatura" adlı dərgi çıxıb, 

amma ondan da qabaq – iyirminci illərdə "Vestnik inostrannoy 

literaturı" adlı toplu buraxılırmış. Bu almanaxın iki nömrəsində 

qəribə bir imzaya rast gəldim. 1928-ci ildə  çıxan səkkizinci 

nömrədə Fatima Rezayevanın "Dve postanovki v teatre 

Piskatora" (Piskator teatrında iki quruluş), on tikinci 

nömrəsində Fatima Rizazadənin "Teatrı Parija" (Parisin 

teatrları) adlı yazıları  dərc olunub. O vaxtın məşhur alman 

rejissoru Piskatorun teatrı Berlində idi. İkinci məqalənin altında 

Paris sözləri yazılıb. Deməli, müəllif hər iki şəhərdə – Berlində 

və Parisdə olub və gördüyü tamaşalar haqqında təəssüratını 

qələmə alıb. Adının hər iki yazılışından bəlli olur ki, 

Azəbaycanlıdır. Bəs kimdir bu azəri qızı ki, iyirminci illərdə 

iki Avropa paytaxtının sənət aləminə  bələd olub, nüfuzlu 

Moskva jurnalında bu barədə peşəkar teatrşünas kimi yazılar 

dərc etdirib?   

Moskavadan qayıdan kimi bu barədə  rəhmətlik Qulam 

Məmmədliyə məlumat verdim. Onun da bu barədə bilgisi yox 

idi, amma bir neçə gün sonra belə  məsələlərdə son dərəcə 

dəqiq və  səliqəli, hətta mən deyərdim vasvası olan Qulam 

müəllim mənə  zəng elədi, dedi ki, deyəsən, belə bir adamın 

vaxtilə  "Şərq qadını" jurnalıyla  əlaqəsi olub. Bu barədə bir 

Hökümə xanımla danış, bəlkə o bir şey bilir. Rəhmətlik 

Hökümə Sultanovayla danışdım, dedi ki, Fatma (biz ona Fatoş 

deyərdik) adlı bir qız vardı, ya "Şərq qadını"na gəlib gedərdi, 

ya orda işləyərdi, bəlkə  də yazı yazardı (belədirsə, bu yazılar 

qalmalıdır). Sonra, deyəsən, bir xariciylə ailə qurdu, Avropaya 

getdi. Vəssəlam. Hökümə xanım bu adam haqqında artıq heç 

nə xatırlamırdı. Bu həmin Fatma Rezayeva (Rizazadədirmi)? 

Bir də  rəhmətlik kinoşünas Nazim Sadıqov həmin müəllifin 

fransız rejissoru Mussinak haqqında bir yazısına rast gəlmişdi 

və bu barədə məlumatı "Qobustan"da çap etmişdik.  


 702 

Yaxşı olar ki, gənc teatrşünaslarımız bu imzanın izinə 

düşsünlər.  Ən azı "Vestnik inostrannoy literaturı" toplusunun 

1928-ci il №8 və №12-də dərc olunmuş bu iki yazını İnternet 

vasitəsilə  əldə edib Azərbaycanda təkrar nəşr etdirsinlər 

(əlbəttə, dilimizə  də  tərcümə edilməlidir).  İyirminci illərdə 

Avropanın teatr həyatı haqqında səriştəli yazılar yazmış bu 

bəlkə  də ilk peşəkar Azərbaycan teatrşünası haqqında daha 

geniş təsəvvürə malik olmağımız vacibdir.  

*** 

SSRİ Ali Sovetnin deputatı olduğum illərdə (1989-1991) 

həm ermənilər tərəfindən (mətbuatlarında və ünvanıma 

gönərdikləri məktublarda), həm də özümüzünkülər tərəfindən 

(mətbuat, kağızlar, teleqramlar, telefon zəngləri) yüz cür 

təhqirə, hədəyə məruz qalırdım. Rəhmətlik Vəli Məmmədov bu 

barədə gündəliklərində  də yazır: "Anara ermənilər də hücum 

edir, özümüzünkülər də".  

Erməni deputatlarla yalnız iclaslarda toqquşmurduq, ara-bir 

tənəffüslərdə, foyedə  də üz-üzə  gəlirdik. Bir neçə epizod 

yadıma düşür. Deputatlıqdan qabaq sənətşünas kimi tanıdığım 

Henrix  İgidyan xüsusi canfəşanlıq edirdi. Azərbaycan xalqını 

təhqir etdiyi zaman cavabını verdik, Ali Sovetin rəhbərliyinə 

dəfələrlə müraciət etdik, sözünü geri götürməli oldu. İgidyanla 

şəxsən tanış deyildimsə  də, bir gün foyedə  mənə yanaşdı: – 

Sizi ziyalı insan kimi tanıyıram, – dedi, – bəlkə bir söhbət 

edək. – Mən də sizi tanıyıram, – dedim, – şəxsən tanış olmasaq 

da, vaxtliə redaktor olduğum "Qobustan" toplusunda sizin 

məqalənizi də vermişdim. Amma siz mənim xalqımı  təhqir 

edəndən sonra mən sizinlə bir kəlmə də danışmaq istəmirəm.  

Başqa bir səfər foyedə  mənə Telman Qdlyan yanaşdı. O 

vaxt o, MK katibi Liqaçovla "mübarizə" aparırdı, guya ki, 

Qarabağ  məsələsinə qarışmırdı, amma yüz faiz əminəm ki, 

Liqaçov bu məsələdə az-çox obyektiv mövqe tutduğu üçün 

Qdlyanın qarşısına onu yıxmaq, ya ən azı  ləkələmək vəzifəsi 

qoyulmuşdu. Nə isə, bu Qdlyan da mənə yanaşdı  və 



 703 

inanmazsınız, eyni sözlərlə söhbətə başladı: – Görürəm ki, siz 

ziyalısınız. (Nədir, onlar bu söhbətlərini öz aralarında 

əvvəlcədən eyni şablon üzrə razılaşdırırlar?). Bu girişdən sonra 

Qdlyan mənə dedi: – Bilirsiz ki, mənim başımın üstündə bu 

Liqaçov kərpici asılıb (eynən bu sözləri dedi). Odur ki, 

Qarabağ  məsələsiylə  məşğul olmuram. Amma bir kənar (?!) 

adam kimi deyirəm, bəlkə müvəqqəti olaraq, ancaq müvəqqəti 

– bir-iki illiyə Qarabağı Ermənistana verəsiz, ehtiraslar 

sakitləşəndən sonra yenə Azərbaycana qaytarıla bilər.  

Ürəyimdə: – Deməzsən, aldatdım, – deyə düşündüm və bu 

təcrübəli demaqoqun belə ucuz fəndlərdən istifadə etməsinə 

güldüm, amma Qdlyana ancaq bunu dedim: – Qarabağı nəinki 

iki ilə, heç iki aya, iki günə, iki saata da heç kəsə verə bilmərik. 

Bir şey deməyib çıxıb getdi.  

Qarabağ  məsələləri təzə başlananda Bakıya Fransadan 

"Fiqaro" qəzetinin müxbiri gəlmişdi, mənimlə  də görüşdü və 

mən dedim ki, Yerevandakı mitinqlərdə  bəzi çağırışlar, 

məsələn, "Biz məcbur edəcəyik ki, sovet əsgərləri bizə atəş 

açsın", yaxud "Biz rus-türk-tatar xalqlarını erməni qanına 

bələyəcəyik" – mazoxistcəsinə səslənir. Jurnalist isə "Fiqaro"da 

bunu: "Azərbaycan yazıçısı Anar deyir ki, bütün ermənilər 

mazoxistdirlər" – şəklində vermişdi. Bütün xalqı təhqir etmək 

adətimə ziddir və mən qəzetə təkzib yazdım. Amma ermənilər 

bundan gen-bol istifadə etdilər. Ali Sovetdə də Ambarsumyan 

(akademik yox, rektor, adını unutmuşam) kinayəylə mənə söz 

atdı: "Axı biz ermənilər mazoxistik" – dedi. – Mən belə söz 

deməmişəm, – dedim, – amma erməni xalqının özünün bu 

barədə fikri var. Ambarsumyan təəccüblə: – Nə fikir? – deyə 

xəbər aldı. Vaxtilə erməni dili bilən bir tanışımdan eşitdiyim və 

dəftərçəmə yazıb  əzbərlədiyim erməni zərb-məsələni təkrar 

etdim: "Vor teğ hay, in teğ vay" ( yəni harda Hay (erməni) var, 

orda vay var).  

Ambarsumyanın gözü kəlləsinə çıxdı, bir kəlmə də demədən 

donub qaldı.  


 704 

*** 

Tarixin qəribə paradoksları var. Görürsən kütlə  qəflət 

yuxusunda uyuyur və yuxudan oyanmamış insanların başında 

kimlərsə turp əkir. Sonra kimsə başqa birisi bu uyuyan kütləni 

çətinliklə də olsa, turp əkənlərin müqavimətini qıra-qıra oyadır. 

Və oyanan kütlə  qəzəbini, nifrətini başında illər boyu turp 

əkənlərə qarşı deyil, onu qəflət yuxusundan oyadana qarşı 

çevirir. Bütün reformatorların (Xrüşşov, Qorbaçov da daxil 

olmaqla) taleyi belədir.  Ədəbiyyatda da istər bizdə, istər 

Rusiyada yeni nəslin (əlbəttə, hamısının yox, bir qisminin) 

altmışıncılara neqativ münasibəti məhz bununla bağlıdır.  

*** 

Dağlıq Qarabağ məsələsində ermənipərəst mövqeyinə görə, 

90-cı ilin Bakıdakı Qara yanvarına görə Qorbaçovu heç vaxt 

bağışlamayacam. Amma bununla belə SSRİ adlanan şər 

imperiyasının dağılmasında onun müsbət rolunu da 

unutmuram. Sovet sisteminin bütün eybərəcərliklərini yaşamış 

adamlar da Qorbaçova nifrət bəsləyir. "Gərək bu ölkəni 

dağıtmayaydı" deyirlər. Dağıtmasaydı, Azərbaycan müstəqil 

ola bilərdimi? Bəzi respublikalarda, o cümlədən Azərbaycanda 

da milli müstəqillik hərəkatı nə qədər güclü və əhəmiyyətli olsa 

da, Qorbaçovun bəlkə  də özünün də sonacan dərk edə 

bilmədiyi islahatçılıq kursu olmasaydı, yenidənqurma adıyla 

aşkarlıq siyasəti aparılmasaydı, milli müstəqillik hərəkatlarının 

da aqibəti yalnız sovet məhbəsləri və Sibir sürgünləriylə 

nəticələnəcəkdi. Hər bir imperiya kimi (Avstro-Macarıstan, 

Osmanlı, Britaniya və Fransa imperiyaları kimi) Sovet 

imperiyası da gec-tez dağılmalıydı. Gec yox, tez dağılması isə 

Qorbaçov siyasətinin bəhrəsidir.  



*** 

"Gecə düşüncələri" ("Noçnıe mısli") yazısından parçalar 

Azərbaycan və rus dillərində "525-ci qəzet"də, "Literaturnaya 

qazeta" və "Zerkalo" qəzetlərində, "Azərbaycan" jurnalında 

(xeyli ixtisar edilmiş şəkildə) çap edilmişdi. Əsərin tam mətni 


 705 

(yazı rus dilidə yazılıb) – 1998-ci ildə Azərnəşr tərəfindən 

buraxılmış "Noçnıe mısli" kitabımda dərc olunmuşdu.  

Amma bu tarixdən sonra da nə gecələr bitib, nə  də gecə 

düşüncələri. Yazımın nəşrindən sonra qeyd etdiyim düşüncələri 

bu kitabda gedən mətnə  əlavə edirəm (xronologiyanı 

gözləmədən) və bu gecə düşüncələrimin Azərbaycan 

türkcəsində tam mətnidir. Amma bu mətnin sonunda qoyulan 

tarix  şərtidir, çünki dediyim kimi xronoloji prinsipə riayət 

etmədiyimdən çox sonrakı fikirlər  əvvələ, ya ortaya düşüb. 

Yəqin ki, gecə düşüncələri bu mətnlə də bitməyəcək. Nə qədər 

ki, yuxusuz gecələrim olacaq və  nə  qədər ki, fikirləşmək 

qabiliyyətimi itirməmişəm gecə düşüncələri də davam edəcək.  

*** 

"Ağ qoç, qara qoç" utopik və antiutopik nağıllarımı yazıb 

nəşr etdirməklə qarşıdan gələn təhlükələr haqqında xəbər-

darlıq etməyə çalışdım. Amma hardan? Hakimiyyət hərisləri 

hər hansı ayıq xəbərdarlığa məhəl qoymağa qadirdilərmi?  

*** 

Parisdə  Şərq xalqlarının incəsənətini  əks etdirən Gime 

muzeyində mənə ən çox təsir edən yapon rəssamlarının əsərləri 

oldu. Fransız impressionistləri Monedən və Pisarro-dan neçə 

əsr  əvvəl yaponlar öz qravürlərində havanın titrəyişini  əks 

etdirməyi bacarırdılar ki, adətən, bu tapıntını XIX əsrin fransız 

rəssamlarına aid edirlər. Utamaronun çəkdiyi qadın – təbir 

caizsə – yapon Madonnası, ana və körpəsi motivi də Avropa 

rəssamlarının eyni mövzuda çəkdikləri  şəkillərdən daha incə, 

daha lətifdir. Utamaro rəsmlərindəki cizgilərin – musiqi termini 

ilə desək, leqatosuna – yalnız Pikasso və Matis deyil (onların 

qrafikasını  nəzərdə tuturam), hətta  İntibah dövrünün rəssamı 

Bottiçelli də  həsəd apara bilərdi. Utamaronun yapon 

qadınlarının dar, qıyma gözlərindəki kədər isə Modilyaninin 

qadın portretlərini andırır. Ümumiyyətlə, hansısa izaholunmaz 

cəhətlərilə Modilyani və Utomaro, məncə, bir-birinə çox yaxın 

sənətkarlardır.  


 706 

 

5 oktyabr, 2003, Paris 



 

*** 

Faciəvi, dramatik, ümidsiz illər yaşadıq. Dəhşətli vaxtlarda 

və ondan da dəhşətli VAXTSIZLIQ (bezvremenye) şəraitində 

ömür sürdük. Amma heç bir zaman həyat indi kimi bayağı 

olmamışdı.  İndi son dərəcə BAYAĞI bir dünyada yaşayırıq. 

Hər yerdə hökm sürən ancaq və ancaq bayağılıqdır. Siyasətdə, 

sənətdə,  əxlaq və  mənəviyyatda, mətbuatda, TV və radioda – 

bayağılığın təntənəsi…. Fikirlərdə  və hisslərdə – əgər bunları 

fikir və hiss saymaq olarsa – bayağılıq. Bu "fikir" və "hissləri" 

ifadə edən dildə bayağılıq.  

Bayağılıq insanların bütün varlıqlarına hakim kəsilib. 

Bayağılıq üzünü Keçmişə də tutur. Keçmişin ən yüksək, təmiz, 

müqəddəs  ədəbiyyat və  sənət anlayışları,  ədəbiyyat və  sənət 

adamları bayağılaşdırılır. Bayağılıq indiki söz sənətinə, 

musiqiyə, ifaçılığa, kinoya öz zövqlərini, daha doğrusu, öz 

zövqsüzlüyünü diqtə edir. Gələcək haqqında düşünəndə  də 

bayağılıq heç bir ümid yeri qoymur.  

 

21 sentyabr, 2003 



 

*** 

Fərqli fikrə, sənin mövqeyinlə üst-üstə düşməyən mövqeyə 

qarşı bu qədər dözümsüz olub özünü demokrat saymaq olmaz. 

Hakimiyyət uzurpatorları olduğu kimi demokrat anlayışının da, 

millətçi anlayışının da uzurpatorları var.  

*** 

İndi xarici sözləri işlətmək dəbdir, mən də iki əcnəbi söz 

işlədəcəm: Mən istərdim ki, bizim müxalifət bu cəmiyyətin 

İSTEBLEŞMENTİNƏ daxil olsun, cəmiyyətin 

MARGİNALLARI olmasın.  

*** 


 707 

Düzəliş: "Filankəs cüvəllağıdır"  əvəzinə, "Filankəs 

cümləqayğıdır" oxunmalıdır.  

*** 

Bu çox sadə bir əqidədir: Allaha inanırsansa, deməli, o 

dünyaya, həyatın mənasına, son nəticənin  ədalətinə  də 

inanmalısan. Yox, Allaha inanmırsansa, deməli, başqa heç 

nəyə də inanmırsan.  

*** 

Onlar yalnız Molla Nəsrəddin lətifəsində olduğu kimi 

eşitdiyini eşitmək, bildiklərini bilmək istəyirlər. Bildiklərini, 

dəfələrlə  eşitdiklərini bir balaca nəzmə  də  çəkiblərsə, bu olur 

bəyəndikləri, sevdikləri şer.  

*** 

Tİnsaf dinin yarısıdırU deyirlər. Dinləri var ki, onun yarısı 

da olsun?  

*** 

Mən özümü ona görə güclü hiss edirəm ki, Allaha və Vaxta 

arxalanıram. Daha doğrusu, tək bir Allaha, çünki Vaxt da elə 

Allahın səbridir. Allah: "Tələsik nəticələr çıxarmayın, – deyir, 

– darıxmayın, dözün, səbriniz olsun. Zaman hər şeyi yerbəyer 

edəcək, Hər  şey öz məqamında həqiqi və  ədalətli qiymətini 

alacaq". 

Səbr – vaxtın ölçüsüdür. Vaxt da, tarix də Allahın səbridir.  



*** 

Mən Həzrət  İsa olmasam da, əstəğfürullah, yan-yörəmdə 

İudalar bir deyil, iki deyil.  

*** 

İnsanın qoruması vacib olan və heç vəchlə qoruya bilmədiyi 

şey – onun ölümündən sonra xatirələrdə əks olunmuş surətidir. 

Haçansa söylədiklərin, haçansa etdiklərin, hər hansı  hərəkətin 

xatırlayanların öz zövqü, öz səviyyəsi, öz marağına görə 

yozulacaqdır. Çox vaxt tam təhrif olunacaq, heç zaman 

demədiklərin, etmədiklərin sənə aid ediləcək, sənə  sırınacaq, 

gerçək 


şəxsiyyətin tanınılmaz 

şəkildə 


dəyişiləcək, 

 708 

saxtalaşdırılacaq, bayağılaşdırılacaq.  



 

16 oktyabr, 2003, Strasburq 

 

*** 

Türkiyədən Strasburqa Türk Dünyası yazarlar toplantısına 

gələnlərin  əksəriyyəti dinçidir. Türkiyədə bunlara qalstuklu 

mollalar da deyirlər. Əlbəttə, aralarında açıq fikirli şəxsiyyətlər 

az deyil, amma çoxu ayağı çarıqlı, başı panamalı adamlardır. 

Çuxalarının yaxasında kəpənək qalstuk taxmış insanlar – belə 

də demək olar.      

 

Oktyabr 2003, Strasburq 



 

*** 

Bəzən deyirlər ki, filankəsi (klassiki, ya çağdaşı) dünyaya 

tanıda bilməmişik. Səfeh sözdür. Sənətkar yalnız özü-özünü 

sənəti vasitəsilə tanıda bilər. Doğrudur, bəzi istisnalar da olur, 

bu tanınma uzun illər, hətta  əsrlər də gecikə bilər. Belədə 

dünyasını dəyişmiş sənətkar bundan xəbər tutmayacaq. Amma 

gec-tez məhz sənət əsəri – söz, mətn, film, musiqi, rəsm özünü 

təsdiq edir. Əks halda belə çıxardı ki, bir əsəri dünyaya tanıda 

biləcək tənqidçi, alim (yaxud lap neçə-neçə  tənqidçi, alim) 

sənətkarın özündən daha böyük təsir etmə gücünə malikdir, ya 

reklamın, təbliğatın gücü sənət əsərinin öz gücündən üstündür. 

Cəfəng fikirdir. Rəhmətlik Məmməd Arif düz deyirdi ki, bizim 

ədəbiyyatda layiqli bir şey olanda Moskva (o vaxtkı  Mərkəz) 

özü tapıb, dartıb çıxardır. Həqiqətən böyük, onda ki olsun dahi 

sənətkarı dünyadan gizli saxlamaq mümkün deyil. Dünya 

böyük sənət  əsərlərindən bixəbər deyil və biganə qalmır belə 

əsərlərə.  Əlbəttə, reklamın, piarın (illah da dünyada yəhudi 

piarının) təsir gücünü də tamamilə inkar etmək olmaz.  

 

2003 

 


 709 

*** 

Mənimçün xalq yalnız bir millətə mənsub olan, indi yaşayan 

insanlar toplusu deyil. Xalq bu, ya digər miqdarda camaat deyil 

və əlbəttə, küyə gedən kütlə də deyil.  

Xalq – müəyyən mədəni dəyərlər, yaratdığı maddi və 

mənəvi sərvətlər,  əxlaq prinsipləri, adət-ənənələr, sənət, elm 

əsərləridir, doğma dildir. Xalq – onun keçmişi, tarixi, əsrlərin 

keşməkeşli yollarından keçirib gətirdiyi özünəməxsusluğu, 

mənliyi, qeyrəti, heysiyyəti, bənzərsiz simasıdır. Dədə-

babalarının məzarları qazılmış  və özünün, nəvə-nəticələrinin 

yaşadıqları və yaşayacaqları ərazinin sahibidir.  

 

2003 



 

*** 

Dədə Qorqud 

Dedi: qoduq 

Yetər, bəsdi 

Dedi-qodu. 

*** 

Ədəbiyyat çabalayır 

kəndlə şəhər arasında. 

Yazır, yazır, hey yazırlar 

axşam, səhər arasında.  

Mətbuat zəhərlədikcə 

artır qanımda şəkərim, 

Bax beləcə keçir ömrüm 

Şəkər-zəhər arasında. 

7 iyul, 1999 

 

Qanda şəkərimin 305-ə qalxdığı gün 



*** 

Bugünkü Azərbaycan əhalisinin gen yaddaşında, şüuraltının 

ən alt və dərin qatlarında nəinki İran-Turan davası, hətta oğuz-

qıpçaq savaşlarının da uzaq əks-sədaları yaşayır. Dilimizin 



 710 

adında "türk" sözünün olması, latın  əlifbası, dilə yeni 

kəlmələrin gəlməsi və bir çox başqa məsələlərə 

münasibətlərinə görə mən bu adamın şüuraltı varlığında hansı 

başlanğıcın – Turan, ya İran başlanğıcının – üstün olduğunu 

dəqiq təyin elə bilərəm. Eynən qıpçaq elementinin güclü 

olduğu bugünkü regionlarımıza mənsub olan insanların da bir 

qismində  (əlbəttə, hamısında yox) oğuz mənşəli türklərə bir 

allergiya, ögeylik, yadlıq duyğusu var.  

Çox vaxt bu İran ədavətinin və qıpçaq yabançılığının hədəfi 

Turan şüurlu və oğuz mənşəli adam kimi mən oluram.  

Haçansa bu fikirlər mənə fantastik, qəribə  və gülməli 

görünərdi. Amma indi həyat təcrübəm dediklərimin gerçəkliyə 

çox yaxın olduğunu hər gün sübut edir.  

Molla Pənah Vaqifin sözlərini (bir kəlməsini dəyişdirərək) 

öz-özümə tez-tez təkrar edirəm:  



Saç ağardı, ruzigar oldu gün-gündən siyah, 

Qədr bilməz millət ilə eylədim ömrü tabah.  

Bir də həmin şerindən başqa misraları tez-tez xatırlayıram – 

günümüzə necə də uyğundur:  

Müxtəsər kim, böylə dünyadan gərək etmək həzər, 

Ondan ötrü kim, deyildir öz yerində xeyrü-şər, 

Alilər xaki məzəllətdə, dənilər mötəbər, 

Sahibi-zərdə kərəm yoxdur, kərəm əhlində zər… 

*** 

Anamın misraları var:  



Yuxuda dünyayla vidalaşırdım, 

Dünya gözəl idi, ayrılmaq çətin.  

İlk baxışda bu sözlər çox adi, dəfələrlə deyilmiş fikir kimi 

görünə bilər. Ancaq insan özü bu situatsiyaya düşəndə  həmin 

hissin nə  qədər gerçək olduğunu anlayır. Çünki həyat özü son 

nəticə etibarilə adidən adi, bəsitdən bəsitdir – doğuluş, yaşayış, 

ölüm – dəfə-dəfə təkrar olunan sözlər kimi həyatın bu cədvəli də 

təkrar olunduqca olunacaq. Sonsuz dəfə.  

*** 


 711 

Dəniz – göyün güzgüsüdür – günəşi, buludları, ayı  və 

ulduzları əks etdirən güzgü.  

*** 

Rəqs edirdi və oynaq, qıvraq, cilvələnən bədəni, sanki 

qolları, boynu açıq, dar paltarından qıvrılıb, sıyrılıb çıxmaq 

istəyirdi.  



*** 

Bəlkə  də  cənnət elə bizim yer kürəmiz imiş, insanlar onu 

cəhənnəmə çevirib. Elə günahlarına görə  də Allah insanları 

ölümə məhkum edib – gec-tez hamı ölür. Əbədi həyat insanlara 

niyə verilməliydi ki? Əbədiyyən bir-birini öldürməkçün, bir-

birini qırıb-çatmaqçün?  



*** 

Onu bu gün qəbul etməyən çağdaşlarına yanıq verir ki, məni 

gələcəyin insanları layiqincə qiymətləndirəcək, onda görərsiniz 

(yəni yanıb-yaxılarsınız!). Amma məsələ ondadır ki, bu gələcəyin 

insanları peyda olanacan – əgər, doğrudan da, haçansa peyda 

olacaqlarsa – bütün indiki çağdaşlarının da – elə onun özünün də – 

sümükləri çürüyəcək. Heç kəs heç kəsə "bax, gördünüzmü?" – 

deyə yanıq verə bilməyəcək.  



*** 

Zuğulbada yay gecəsi. Qədir oxuyur, səma ulduzla və 

muğamla dopdoludur. Elə bil, muğam sədaları bax o qaranlıq 

səmadan, pərən-pərən buludların arasından, ulduzlar aləmindən 

gəlir. Səma, ulduzların yerləri daimi donduğu kimi vaxt da 

donub qalıb və muğam davam etsə, rəngdən rəngə, mayədən 

təsnifə, zəngulədən qiraətə, bəmdən zilə, zildən bəmə keçsə də

elə bil, bu musiqinin özü əbədi donub qalmış hazır, bitkin bir 

şeydir. Muğam göy tağı kimi dünyanın başı üstündən asılıb. 

Təbiətin milləti yoxdur, amma bax Zuğulbadakı bu muğamlı, 

bürkülü avqust gecəsi məhz şərq gecəsidir. Və bu an mən, elə 

bil, sonsuzluğa daha yaxınam. Mənə elə  gəlir ki, bu donub 

qalmış muğam gecəsi – həmişəlikdir.  

Muğamlar qədər sevdiyim Bax musiqisi böyük kilsələrin 



 712 

musiqisidir, o kilsə tağı altında səslənmək üçün yazılıb. 

Muğam – səma qübbəsi üçün yazılmış musiqidir. Gecə 

səmasının.  



*** 

Cavan jurnalistlərin çoxunun ədəbi baqajları yalnız 

Azərbaycanfilm studiyasının istehsal etdiyi və televizorda 

gördükləri filmlərdən ibarətdir. Belə olmasaydı, bu filmlərdən 

ayrı-ayrı  səhnələri, ya replikaları belə  sıx-sıx misal 

çəkməzdilər. Savadlarına da söz ola bilməz. Biri yazır ki, 

Trotskini Meksika rəssamı Dieqo Rivyera öldürüb. Halbuki, 

Dieqo Rivyera qatı trotskiçi idi və Trotsikini öldürən NKVD 

ajanı Roman Markoderdir. Düzdür, başqa bir Meksika rəssamı 

Sikeyros da belə bir təşəbbüsdə bulunub, amma məqsədinə nail 

ola bilməyib. Sikeyrosla Dieqo Rivyera ikisi də rəssam və ikisi 

də meksikalı olsalar da, hər halda, tamam başqa-başqa 

adamlardır. Necə ki, Baxla Bethoven də, bir başqa gənc 

jurnalistin zənn etdiyi kimi eyni adam deyil.  

Bir jurnalist də belə yazır: "Musavad ərəb-fars sözüdür, özü 

də savad kəlməsindəndir. Savada mu əlavə edilməsii isə  ərəb 

dili üçün səciyyəvidir, məsələn, müxalifət".  

Əhsən belə "muuuya", belə savada. "Müsavat" kəlməsinin – 

"savad" kəlməsinə heç bir dəxli olmadığını, müsavatın –  

bərabərlik demək olduğunu bu "savadlı" (musavadlı!) müəllif 

bilmir.  


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin