Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 30,85 Mb.
Pdf görüntüsü
səhifə11/152
tarix02.01.2022
ölçüsü30,85 Mb.
#1849
1   ...   7   8   9   10   11   12   13   14   ...   152
10

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




Akademik Akif Әlizadənin elmi nailiy ‐

yət ləri, uzunmüddətli elmi‐təşkilati fəaliy ‐

yəti  bir sıra mükafatlara layiq görülmüşdür.

O, «Şərəf» və «Şöhrət» ordenləri, «Fədakar

əmək uğrunda», Xalq Təsərrüfatı Nailiyyəti

Sərgisinin medalları ilə təltif olunmuşdur.

Görkəmli alim, istedadlı elm təşkilatçısı,

çoxsaylı alimlər kollektivinə rəhbərlik etmək

qabiliyyətinə, yüksək mədəniyyət və erudi ‐

si yaya malik insan Akif Әlizadə ölkəmizdə

və xaricdə çox yüksək qiymətləndirilir.

Kimliyindən asılı olmayaraq, Akif müəllimə

müraciət edənlər ondan yerindəcə cavab alır

və həmin məsələ yerindəcə həll olunur. O

bu xüsusiyyətlərinə görə nəinki həmkarları

arasında, onu əhatə edən insanlar arasında

da dərin hörmət qazanmışdır.

Təsadüfi deyil ki, akademik Akif Әlizadə

Yeni Azərbaycan Partiyasının sədrinin müavini

kimi çox nüfuzlu bir vəzifəyə seçilib.

Akademik Akif Әlizadənin elmdə keç ‐

diyi şərəfli yol nəinki gənc geoloq alimlər,

həmçinin digər elm mütəxəssisləri üçün

həyat etalonu ola bilər. Bu gün akademik

Akif Әlizadə 80 illik yubileyinin zirvəsindən

həyatına iftixarla baxa bilər. Bu, şərəflə yaşa ‐

mış, xalqa zəkası ilə xidmət etmiş gör kəmli

alimin gənc alimlərə örnək olan həyatıdır.

Akademik Akif Әlizadə 24 aprel 2013‐cü

il tarixindən etibarən AMEA‐nın preziden ti ‐

dir. Onun bir ilə yaxın prezidentliyi müddə ‐

tində AMEA‐nın sürətli inkişaf perspek tiv lərinin

başlanğıc mərhələsi, islahatlar dövrü hesab

oluna bilər. Bu gün AMEA çox böyük

nüfuza malikdir və artıq gənclərin elmə

marağında böyük sıçrayış var.

AMEA‐nın prezidenti akademik Akif

Әlizadə elm və təhsilin inteqrasiyasının yeni,

daha məqbul modelini təklif etmişdir.

Universitetlərin, digər ali təhsil müəssisə lə ‐

rinin AMEA‐nın uyğun elmi‐tədqiqat insti ‐

tut larında baza kafedralarının yaradılması,

istedadlı tələbələrin elmə cəlb olunması,

birgə elmi‐tədqiqat layihələrinin işlənib

hazır lanması və bu layihələr üzrə işin təşkili

bu modelin tərkib hissəsidir. 

Azərbaycan Milli Elmlər Akade miya sında

yeni elmi‐tədqiqat institutlarının yaradıl ‐

ması, mövcud elmi müəssisələrin yeni dən

qurulması, elm sahələri arasında əlaqələrin

formalaşdırılması, tədqiqat pro sesində və

idarəetmədə  informasiya  texno logiyala rın dan

geniş istifadə olunması, elm də gənclər hərə ‐

katına start verilməsi AMEA‐nın prezidenti,

akademik Akif Әlizadənin adı ilə bağlıdır. 

Akademik Akif Әlizadə 24 aprel 2013‐cü

il tarixindən etibarən AMEA‐nın preziden ‐

tidir. Onun bir ilə yaxın prezidentliyi müd ‐

dəti AMEA‐nın sürətli inkişaf pers pek  tivlərinin

başlanğıc mərhələsi, islahatlar dövrü hesab

oluna bilər. Bu gün AMEA çox böyük

nüfuza malikdir və artıq gənclərin elmə

marağında böyük sıçrayış var. 

AMEA‐nın prezidenti akademik Akif

Әlizadə Azərbaycan Respublikasının Prezi ‐

den tinin 25 fevral 2014‐cü il tarixli Sərən ‐

camı ilə Azərbaycan Respublikasında  elmin

inkişafı və təşkili sahəsində səmərəli fəaliy ‐

yətinə, yüksəkixtisaslı elmi kadrların hazır ‐

lanmasında xüsusi xidmətlərinə görə «İstiq lal»

ordeni ilə təltif edilmişdir. 


Yüklə 30,85 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin