Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 30,85 Mb.
Pdf görüntüsü
səhifə19/152
tarix02.01.2022
ölçüsü30,85 Mb.
#1849
1   ...   15   16   17   18   19   20   21   22   ...   152
16

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




lərin əmələ gəlməsində rol oynayan amillər ek ‐

zo gen və endogen olmaqla iki qrupa bölünür.

Bədxassəli şişlərin əmələ gəlməsi 90–95 %

hallarda ekzogen amillərlə əlaqədardır ki, onlara

da ətraf mühit amilləri və həyat tərzi aiddir.

Bədxassəli şişlərin əmələ gəlməsi 5–10 % hallarda

endogen amillərlə əlaqədardır.

İnsanda bədxassəli şişlərin əmələ gəl məsinə

səbəb olan ən vacib amillər əhalinin qidalanma

xüsusiyyəti və siqaret çək 

məkdir. Bütün

bədxassəli şişlərin 

1

/

3



‐i qidalanma ilə əlaqə 

dardır. Qida borusu, mədə, bağırsaqlar, qara ‐



ciyər və mədəaltı vəzi xərçənginin əmələ

gəlmə sində qidalanma amili birbaşa rol oynayır.

Qidanın tərkibində 700‐dən çox birləşmə, o cüm ‐

lədən 200‐ə yaxın politsiklik aromatik karbo ‐

hidrogenlər,  aminoazobirləş mələr,  nitro za  min lər,

aflatoksinlər və s. olur. Bunlar qidaya ya ətraf

mühitdən düşür, ya da qidanın hazırlanması,

saxlanılması və kulinar işlənməsi prosesində

əmələ gəlir. Bədxassəli şişlərin əmələ gəlmə ‐

sində piylərin də rolu vardır.

Qidanın tərkibində konservləşdirilmiş məh ‐

sulların və xörək duzunun həddindən artıq

istifadə edilməsi, meyvə və tərəvəzin, A, C və E

vitaminlərinin çatışmazlığı mədə xər çəngi ilə

xəstələnmə hallarının artmasına sə bəb olur.

Ümumiyyətlə, bədxassəli şiş prosesinin

inkişafında A, C və E vitaminlərinin, eləcə də

betta‐karotinlərin çatışmazlığı mühüm rol

oynayır. 

Yaponiya  əhalisi  duzlu  balıq  məhsul la rın ‐

dan və duzlu düyüdən çox istifadə etdiklərinə

görə, onların mədə xərçəngi ilə xəstələnmə tez ‐

liyi Yaponiyaya nisbətən duzdan 2 dəfə az

istifadə edən ABŞ əhalisi ilə müqayisədə xeyli

yüksəkdir.

«Avropa» tipli qidalanma qida rasionunda

piy və ətdən çox istifadə edilməsi, konserv ləş ‐

di ril miş, duzlu və hisə verilmiş qidanın azlığı,

təmiz karbohidratların geniş istifadə edilməsi

ilə xarakterizə edilir. Belə qidalanma mədə

xərçəngi ilə xəstələnməni azaldır.

Bədxassəli şişlərin əmələ gəlməsinin əsas

səbəblərindən biri siqaret çəkməkdir (nikotin

qəbulu). Kişilərdə ağciyər, qırtlaq, qida borusu,

mədəaltı vəzi və sidik kisəsi xərçənginin səbəbi

əksər hallarda siqaret çəkməkdir. Kişilərdə ən

geniş yayılmış bədxassəli şiş forması olan ağci ‐

yər xərçənginin inkişafında siqaret çəkmə mühüm

rol oynayır. ÜST‐nin məlumatına görə, ağciyər

xərçəngi kişilərdə – 80%, qadınlarda – 50% hallarda

siqaretçəkmə ilə əlaqədar inkişaf edir. Siqaret

çəkən adamlar arasında ağciyər xərçənginin

inkişaf riski çəkməyənlərə nis 

bətən 10 dəfə

çoxdur. Siqaretçəkmə zamanı tütünün yanması

nəticəsində əmələ gələn 3000‐ə qədər zərərli

maddə orqanizmə təsir göstərir ki, bunların da

40‐dan çoxunun kanse ro gen təsir göstərdiyi

müəyyən edilmişdir. Bədxassəli şişin inkişaf

riski siqaret çəkmənin müddətindən, intensiv ‐

liyindən (çəkilən siqaretin miqdarın dan) və tütü ‐

nün növündən (keyfiyyətindən) birbaşa asılıdır.

Belə ki, uşaq və gənc yaşlarda siqaret çəkməyə

başlayan lar da, gündə 1,5 qutudan artıq siqaret

çəkənlərdə və ucuz tütün növlərindən hazırlan ‐

mış filtrsiz siqaret çəkən lərdə xəstələnmə riski

xeyli yüksək olur. Qeyd etmək lazımdır ki,

siqareti tərgitmiş şəxslərdə ağciyər xərçənginə

tutul ma ehtimalı getdikcə azalır, 5 ildən sonra

bu risk əhəmiyyətli dərəcədə azalır, 10 ildən son ‐

ra isə həmin risk heç vaxt siqaret çəkməmiş

adam lardakından az fərqlənir.

Tütün tüstüsü siqaret çəkən tərəfdən udu ‐

lan və tütün tüstüsünün 80%‐ni təşkil edən əsas

hissədən və ətrafa səpələnən hissə dən iba rətdir.

Әtrafa səpələnən hissə, hansı ki, tü tün tüstüsünün

20%‐ni təşkil edir, ətraf ha va ya qarışır ki, onun

udulması  passiv  si qa  ret çəkmə  adlanır.  Qeyd

etmək lazımdır ki, bir sıra kanserogen maddələr

əsas hissə ilə müqayisədə passiv siqaretçəkmə

zamanı ağciyərlərə daha çox miqdarda daxil

olur. Müəyyən edilmişdir ki, siqaret çəkən kişi ‐

lərin siqaret çəkməyən həyat yoldaşlarında

ağciyər xərçənginin inkişaf riski siqaret çəkməyən

kişilərin həyat yoldaşı ilə müqayisədə 2 dəfəyə

qədər çox olur. Qeyd etmək lazımdır ki, siqaret ‐

çəkmədən tam imtina etmək – ağciyər xərçənginin

qarşısını almaq üçün ən optimal variantdır.

Xərçəngin əmələ gəlməsində cinsi münasi ‐

bət lərin və reproduksiya amilinin də rolu vardır.

Gec ərə gedən, hamiləliyini çox hal lar da döl

vax tından qabaq başa çatdıran və uşa ğını az müd ‐

dət əmizdirən qadınlarda süd və zisi xərçən ginə

tez‐tez təsadüf edilir. Bölgələrdə süd vəzi xər ‐

çən ginə daha az təsadüf edilir. Çünki bu yer ‐

lərdə qadın lar, adətən, müxtəlif üsul larla uşaq




Yüklə 30,85 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin