Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 30,85 Mb.
Pdf görüntüsü
səhifə20/152
tarix02.01.2022
ölçüsü30,85 Mb.
#1849
1   ...   16   17   18   19   20   21   22   23   ...   152
17

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




saldırmırlar, onların böyük əksəriyyətinin 8–12

uşağı olur və uşağı 1,5–2 ya şına çatana qədər

əmizdirirlər.

Bədxassəli şişlərin profilaktikası məqsədilə

həyata keçirilən tədbirlər iki qrupa bölünür:

birincili və ikincili profilaktika. Bədxassəli

şişlərin birincili profilaktikası şiş əmələ gətirən

amillərin orqanizmə təsirini aradan qaldır mağa

və ya əhəmiyyətli dərəcədə azaltmağa, orqaniz ‐

min müqavimətini artırmağa doğru yönəldilmiş

tədbirlər kompleksidir. Bədxas səli şişlərin birin ‐

cili profilaktikası siqaret çəkmə ilə mübarizə,

havanın çirklənməsi ilə mübarizə, o cümlədən

məişətdə  və  isteh sa lat da  havanın  təmizliyinin

saxlanması və rasio nal qidalanma komponent ‐

lə rindən ibarətdir. Bəd xassəli şişlərin birincili

profilaktikası məq sə dilə həyata keçirilən tədbir ‐

lər sırasında siqaret çəkmə ilə mübarizə mühüm

əhəmiyyət kəsb edir. Әgər kişilər siqaretçəkmə

adətinə məruz qalmasaydılar, 40%‐dən yuxarı

hallar da ürəyin işemik xəstəliyi və bədxassəli

şişlər dən – ölümdən qaçmaq olardı. Buna görə

si qaret çəkmə  ilə  ciddi  mübarizə  aparılmalıdır.

Təsadüfi deyildir ki, ÜST tərəfindən XXI əsrdə

bədxassəli şişlərlə mübarizədə əsas istiqamət ‐

lər dən biri – siqaretçəkmə ilə qlobal mübarizə

hesab edilir.

Bədxassəli şişlərin birincili profilaktikası məq ‐

sə 

dilə həyata keçirilən tədbirlər sırasında



rasional qidalanmanın təbliğatı mühüm rol

oynayır. Әhaliyə A, E vitaminləri və karoti noid ‐

lərin qəbuluna üstünlük verilməsi tövsiyə

olunmalıdır. Həmçinin qidada piyin və xörək

duzunun miqdarını azaltmaq, spirtli içkilərin

istifadəsini məhdudlaşdırmaq lazımdır. 

Bədxassəli şişlərin birincili profilaktikası

məqsədilə qidalanmanın qeyri‐qənaətbəxş xüsu ‐

siyyətlərini aradan qaldırmaq üzrə proqra mın

işlənib hazırlanması və həyata keçirilməsi vacib ‐

dir. Təsadüfi deyil ki, ÜST dünyanın müxtəlif

bölgələrinin xüsusiyyət lə rinə uyğun optimallaş ‐

dırılmış qidalanma proq ramlarının işlənib hazırlan ‐

masını XXI əsrdə bədxassəli şişlərlə müba rizədə

əsas istiqamət lərdən biri kimi nəzərdə tutur.

Bədxassəli şişlərin ikincili profilaktikası həm

xərçəngönü xəstəliklərin aşkar edilməsi, həm də

xərçəngin erkən diaqnostikası üzrə müvafiq

tədbirlərin təşkili və aparılmasını nəzərdə tutur.

Bu tədbirlər profilaktik müayinələrin aparılması

ilə həyata keçirilir.

Bədxassəli şişlərin müalicəsində cərrahi,

şüa, dərman, kombinəedilmiş və kompleks

müalicə üsulları istifadə olunur. Son illərdə bəd ‐

xassəli şişlərin müalicəsində böyük nailiyyətlər

əldə edilmişdir. Bu nailiyyətlər cərrahi, dərman

və şüa müalicəsindən ibarət olan kompleks

müalicə üsulunun tətbiqi sayəsində mümkün

olmuşdur.


Yüklə 30,85 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin