Kəskin Kəskin



Yüklə 3,59 Mb.
tarix03.02.2017
ölçüsü3,59 Mb.
#7565



Cərrahi infeksiya – makro- və mikroorqanizm arasında mürəkkəb qarşılıqlı təsir prosesi olub, ümumi və yerli əlamətlər və xəstəliyin simptomları ilə təzahür edir.

  • Cərrahi infeksiya – makro- və mikroorqanizm arasında mürəkkəb qarşılıqlı təsir prosesi olub, ümumi və yerli əlamətlər və xəstəliyin simptomları ilə təzahür edir.

  • Profilaktika və ya müalicə məqsədilə insan orqanizmində bu və ya digər cərrahi manipulyasiyanın aparılmasını tələb edən, eləcə də hər hansı cərrahi xəstəliyi, cərrahi əməliyyatı ağırlaşdıran istənilən infeksion proses cərrahi infeksiyalara aid edilir.



Kəskin

  • Kəskin

    • İrinli (artritlər, mastit, osteomielit və s)
    • Anaerob
      • Çürüntülü
      • Anaerob (qazlı) qanqrena
      • Tetanus
  • Xroniki

    • Qeyri-spesifik (irinli, seroz-irinli): birincili, ikincili
    • Spesifik (vərəm, sifilis, aktinomikoz)


Etioloji amillər

  • Etioloji amillər

  • Yerli şərait

  • Orqanizmin müqaviməti (rezistentliyi)

  • Etioloji amillər

    • Mikrobun növü, onun patogenliyi, virulentliyi
    • Mono- və ya polimikrob mənzərəsi
    • Daxil olan mikroorqanizmərin sayı (kritik göstərici toxumanın və sekretin hər 1sm -da 1x10 )


İrin əmələ gətirən stafilokokklar (qızılı, ağ, hemolitik, qeyri-hemolitik)

  • İrin əmələ gətirən stafilokokklar (qızılı, ağ, hemolitik, qeyri-hemolitik)

  • İrin əmələ gətirən streptokokklar

  • Frenkel-Veykselbaum pnevmokokku

  • Neysser qonokokku

  • Bağırsaq çöpləri (E.coli)

  • Göy-yaşıl irin çöpləri (Ps. aeruginosa)

  • Proteus vulgaris



II. Mikroorqanizmlərin toxumalara sirayət etməsi heç də həmişə infeksion prosesin inkişafına səbəb olmur, belə ki, bir çox hallarda mikroorqanizmlər təbii mühafizə qüvvələrinin təsiri altında məhv olurlar.

  • II. Mikroorqanizmlərin toxumalara sirayət etməsi heç də həmişə infeksion prosesin inkişafına səbəb olmur, belə ki, bir çox hallarda mikroorqanizmlər təbii mühafizə qüvvələrinin təsiri altında məhv olurlar.

  • Cərrahi infeksiyanın inkişafı və onun gedişi aşağıdakı yerli şəraitlərdən asılıdır:

    • Ekzogen infeksiyanın daxil olma yolu
    • Endogen infeksiyanın yayılma yolu
    • Yerli qan və limfa dövranının vəziyyəti
    • Nekrotik toxumaların, yad cisimlərin, qansızmaların və hematomanın olması
    • Yerli toxumaların infeksiyaya davamlılığı


III. Cərrahi infeksiyaların inkişafını və gedişini müəyyən edən üçüncü amillərə makroorqanizmin immunobioloji vəziyyəti aiddir.

  • III. Cərrahi infeksiyaların inkişafını və gedişini müəyyən edən üçüncü amillərə makroorqanizmin immunobioloji vəziyyəti aiddir.

  • O, reaktiv və rezistentlik hesabına formalaşır.



Etioloji, yerli və ümumi bioloji amillərin qarşılıqlı təsiri iltihabi reaksiyanın dərəcəsini, təzahürünü və formasını müəyyənləşdirir ki, bu da alterativ, eksudativ və ya proliferativ formada təzahür edə bilər.

  • Etioloji, yerli və ümumi bioloji amillərin qarşılıqlı təsiri iltihabi reaksiyanın dərəcəsini, təzahürünü və formasını müəyyənləşdirir ki, bu da alterativ, eksudativ və ya proliferativ formada təzahür edə bilər.

  • Bu zaman iltihab ocağında aşağıdakı əsas patofizioloji və patoloji-anatomik dəyişikliklər baş verir:



1. Metabolitlərin, toksinlərin toplanması, yerli hipoksiya, asidoz reaktiv hiperemiyanın inkişafına, hərarətin yerli olaraq artmasına səbəb olur.

  • 1. Metabolitlərin, toksinlərin toplanması, yerli hipoksiya, asidoz reaktiv hiperemiyanın inkişafına, hərarətin yerli olaraq artmasına səbəb olur.

  • 2. Histaminin, serotoninin təsiri altında iltihab ocağında damarların keçiriciliyi yüksəlir, eksudasiya kəskin artır, seroz ödem əmələ gəlir; reseptor aparatının sıxılması hesabına pulsasiyaedici ağrılar meydana çıxır.

  • 3. Reaktiv hiperemiya sonradan artan ödem, qanın stazı, mikrotrombohlar fonunda drğunluq hiperemiyası ilə əvəz olunur. Nekrobioz sahələri –hüceyrələrin nekrozu, ocaqlı nekroz əmələ gəlir.

  • 4. Nekroz ocaqlarına leykositlərin, makrofaqların miqrasiyası baş verir—faqositoz prosesi gedir; bu prosesin nəticəsi kimi leykositlərin, toxumaların zədələnməsi, fermentlərin (elastaza, kollagenaza, lizosomal fermentlər, proteazalar) azad olması və aktivləşməsi baş verir. Proteoliz gedir

  • 5. Ölmüş toxuma sahələrinin qopması (sekvestrasiyası) gedir və absesləşmə başlayır.

  • 6. İltihabi ocaq ətrafında qranulyasion toxuma yastığı formalaşır (piogen kapsula) ki, onun da mərkəzində nekrotik toxumaların dağılması baş verir və irin toplanır. Ya abses, yaxud da fleqmona formalaşır.



Cərrahi infeksiyaların klinik gedişində yerli pozğunluqların iki mərhələsi (fazası) ayırd edilir:

  • Cərrahi infeksiyaların klinik gedişində yerli pozğunluqların iki mərhələsi (fazası) ayırd edilir:

    • 1. Seroz-infiltrativ – prinsip etibarilə bu proses geriyə dönə biləndir və konservativ müalicə aparılmalıdır.
    • 2. İrinli-nekrotik – bu proses geriyə dönməyəndir və cərrahi əməliyyatın aparılmasını tələb edir.


Mikrobların həyat fəaliyyəti məhsulları, onların toksinləri – mikrob toksemiyası

  • Mikrobların həyat fəaliyyəti məhsulları, onların toksinləri – mikrob toksemiyası

  • Toxuma toksemiyası (peptidlər, polipeptidlər, proteinazalar, kollagenazalar)

  • Bioloji aktiv maddələr (histamin, serotonin, bradikinin)

  • Aşağıdakılarla əlaqədar olan metabolik təbiətli toksemiyalar

    • Metabolik dezorqanizasiya – maddələr mübadiləsinin son məhsullarının toplanması ilə
    • Metabolik toksemiya – aralıq mübadilə məhsullarının toplanması ilə
    • Metabolik üzülmə – ATF sintezinin və ya onun istifadəsinin pozulması ilə


Ali sinir fəaliyyətinin pozulması: oyanıcılıq, yuxunun pozulması, psixoz, huşun pozulması, koma

  • Ali sinir fəaliyyətinin pozulması: oyanıcılıq, yuxunun pozulması, psixoz, huşun pozulması, koma

  • Artan zəiflik, əzginlik

  • İntellektual fəaliyyətin zəifləməsi, ətraf mühitə marağın azalması

  • Əmək qabiliyyətinin itirilməsi

  • Oynaqlarda, əzələlərdə, bel nahiyəsində, başda ağrılar

  • Maddələr mübadiləsinin sürətlənməsi, istilik hasilatının artması, bədən hərarətinin yüksəlməsi, tərləmə

  • Termorequlyasiya pozğunluğu – istilik hasilatı ilə istilik itirilməsi arasındakı tarazlığın pozulması – qızdırmanın inkişafı.

  • Termorequlyasiyanın həddən artıq pozulması nəticəsində hipertermik şok (solğun hiprtermiya, Omberdan sindromu).



Ürək-damar sistemi tərəfindən pozğunluqlar: taxikardiya, arterial hipotoniya, mərkəzi venoz təzyiqin enməsi.

  • Ürək-damar sistemi tərəfindən pozğunluqlar: taxikardiya, arterial hipotoniya, mərkəzi venoz təzyiqin enməsi.

  • Mədə-bağırsaq traktının fəaliyyətinin pozulması: iştahanın itməsi, ürəkbulanma, qusma, ishal

  • Böyrəklərin funksiyasının pozulması: oliquriya, sidikdə zülal, silindrlər, eritrositlər; kəskin böyrək çatmamazlığının inkişafı –anuriya, azotemiya mümkündür.

  • Qan tərəfindən dəyişikliklər: leykositoz, leykoformulada sola meyllik, neytrofillərin toksik danəli olması, EÇS-in yüksəlməsi, anemiya, disproteinemiya, hipoproteinemiya, bilirubinemiya.

  • Regionar və uzaq limfa düyünlərinin böyüməsi, dalağın böyüməsi mümkündür.



İnfeksion prosesin gedişinin dərəcəsindən (fazasının) asılı olaraq konservativ, operativ və kombinəolunmuş müdalixənin aparılması mümkündür.

  • İnfeksion prosesin gedişinin dərəcəsindən (fazasının) asılı olaraq konservativ, operativ və kombinəolunmuş müdalixənin aparılması mümkündür.

  • Konservativ müalicə prosesin seroz-infiltrativ mərhələsində aparılır.

  • Operativ müalicə iltihab ocağında irinli-nekrotik proseslərin inkişafı zamanı mütləq göstərişdir.

  • Müalicə tədbirlərinin təsir zonasından asılı olaraq ayırd edilir:

    • Ümumi müalicə
    • Yerli müalicə


Detoksikasiya

  • Detoksikasiya

  • Hipertermik sindromun profilaktikası və müalicəsi

  • Etiotrop müalicə – infeksiyanın aradan qaldırılması

  • Desensibilizasiya

  • Qanın reoloji xüsusiyyətlərinin və laxtalanma sisteminin korreksiyası

  • Orqanizmin müdafiə mexanizmlərinin aktivləşdirilməsi

  • Maddələr mübadiləsinin tənzimlənməsi

  • Orqan və sistemlərin funksiyasının korreksiyası

  • Regenerasiya proseslərinin stimulyasiyası



Kəsiyin iri damar və sinirlərdən mümkün qədər uzaqda aparılması

  • Kəsiyin iri damar və sinirlərdən mümkün qədər uzaqda aparılması

  • Kəsiklərin anatomikiyinə əməl olunması – Langer xətləri nəzərə alınmaqla toxumaların minimal zədələnməsi

  • İrinliyin açılmasına qısa yolun seçilməsi

  • İrinlik boşluğunun drenləşdirilməsi





Mastit süd vəzisi toxumalarının iltihabi xəstəliyidir.

  • Mastit süd vəzisi toxumalarının iltihabi xəstəliyidir.

  • Vəzin funksional vəziyyətindən və iltihabi prosesin inkişaf xüsusiyyətlərindən asılı olaraq laktasion və qeyri-laktasion mastitlər ayırd edilir.

  • İltihab irinli və ya qeyri-irinli xarakterli olmaqla kəskin və ya xroniki gedişə malik ola bilər.

  • Süd vəzinin bütün iltihabi xəstəliklərinin 95%-i laktasion mastitlərin payına düşür.

  • Bu xəstəlik doğuşdan sonrakı irinli-iltihabi ağırlaşmalar arasında ilk yerlərdən birini tutur.



Mənşəyinə görə

  • Mənşəyinə görə

    • Laktasion (doğuşdan sonrakı)
    • Qeyri-laktasion
  • İltihabi prosesin gedişinə görə

    • Kəskin
    • Xroniki
  • İltihabi prosesin xarakterinə görə

    • Qeyri-irinli
      • seroz
      • infiltrativ
    • İrinli
      • absesləşən
      • infiltrativ-absesləşən
      • fleqmonoz
      • qanqrenoz


90% hallarda kəskin irinli mastitin törədicisi qızılı stafilokokkların monokulturalarıdır.

  • 90% hallarda kəskin irinli mastitin törədicisi qızılı stafilokokkların monokulturalarıdır.

  • Az hallarda epidermal stafilokokk, bağırsaq çöpləri, streptokokk, enterokokk, protey və göy-yaşıl irin çöpləri ola bilər.

  • Laktasion mastitlərdə süd axacaqlarının girəcəyi, çatlar, döş giləsinin ekskoriasiyası, vəzin dərisinin müxtəlif zədələnmələri infeksiya üçün giriş qapısı rolunu oynayır.



Mastitin inkişaf riskini artıran amillər:

  • Mastitin inkişaf riskini artıran amillər:

    • Laktostaz. 85% hallarda laktostaz mastiti müşayiət edir.
    • Hamiləlik, doğuş və doğuşdansonrakı patologiyalar
    • Müxtəlif yanaşı xəstəliklər
  • Laktostaza səbəb olan əsas amillər

    • Obyektiv səbəblər
      • Döş giləsinin çatları
      • Masopatiya
      • Travma və əməliyyatlardan sonra süd vəzi toxumasının çapıqlaşması
      • Südün axınını pozan digər anadangəlmə və qazanılımış dəyişikliklər
    • Subyektiv səbəblər
      • Döşlə qidalandırma rejiminə əməl olunmaması
      • Döşlə qidalandırmadan sonra südün qeyri-adekvat və ya qeyri-müntəzəm sağılması


Seroz formalı mastitlər

  • Seroz formalı mastitlər

    • Mastitin seroz forması vəz toxumasında hər hansı ocaqlı dəyişik olmadan iltihabi eksudatın əmələ gəlməsi ilə xarakterizə olunur.
    • Xəstəlik kəskin başlayır, titrətmə və bədən hərarətinin 38C-yə və daha artıq yüksəlməsi müşahidə olunur. Vəzin həcmi böyüyür, iltihab zonasının dərisində müəyyən dərəcədə hiperemiya meydana çıxır.
    • Hiperemiya zonasında palpasiya ağrılı olur. Sağılan südün miqdarı azalır.
    • Qanda zəif leykositoz və EÇS-in yüksəlməsi qeyd edilir


İnfiltrativ formalı mastitlərdə yuxarıda qeyd edilən bütün simptomlar saxlanır, yanaşı olaraq vəz toxumasında sərhədləri dəqiq ayırd edilməyən, yumşalma və flüuktasiya sahələri olan ağrılı infiltrat təyin edilir.

  • İnfiltrativ formalı mastitlərdə yuxarıda qeyd edilən bütün simptomlar saxlanır, yanaşı olaraq vəz toxumasında sərhədləri dəqiq ayırd edilməyən, yumşalma və flüuktasiya sahələri olan ağrılı infiltrat təyin edilir.

  • Müalicə aparılmadıqda və ya terapiya qeyri-adekvat olan hallarda seroz və infiltrativ formalı mastitlər 3-4 gündən sonra irinli mastitə keçirlər.



Absesləşən mastitlərin inkişafı zamanı xəstələrin vəziyyəti pisləşir.

  • Absesləşən mastitlərin inkişafı zamanı xəstələrin vəziyyəti pisləşir.

  • Simptomlar (ümumi və yerli) daha aydın təzahür edir, intoksikasiya artır.

  • Xəstələrin əksəriyyətində hərarət 38C-dən yüksək olur.

  • Dəridə hiperemiya artır, ödem meydana çıxır.

  • Süd vəzində piogen kapsulla əhatə olunmuş kəskin ağrılı infiltrat (abses) əllənə bilər; 50% xəstələrdə 1 kvadrantdan artıq sahəni əhatə edir.

  • 60% hallarda intramammar yerləşir, az hallarda subareolyar və ya dərialtı yerləşə bilər.

  • Əksər hallarda infiltratın mərkəzində yumşalma sahəsi müəyyən edilir və 99% xəstələrdə flüuktasiya simptomu müsbət olur.



İnfiltrativ-absesləşən mastitlər absesləşən formadan daha ağır gedişə malik olur.

  • İnfiltrativ-absesləşən mastitlər absesləşən formadan daha ağır gedişə malik olur.

  • 40% xəstələrdə bədən hərarəti 38C olur.

  • Hiperemiyanın, ödemin, palpator ağrının təzahür dərəcəsi absesləşən mastitə uyğun olur.

  • Xəstələrin yarısında infiltrat 2 kvadrantdan artıq sahəni əhatə edir və intramammar yerləşir.



Fleqmonoz formada intoksikasiya əlamətləri aydın təzahür edir, xəstələrin ümumi vəziyyəti əhəmiyyətli dərəcədə pisləşir.

  • Fleqmonoz formada intoksikasiya əlamətləri aydın təzahür edir, xəstələrin ümumi vəziyyəti əhəmiyyətli dərəcədə pisləşir.

  • Süd vəzində ağrı güclənir, baş ağrıları meydana çıxır, ümumi halsızlıq artır, iştaha azalır, dəri örtüyündə solğunlaşma qeyd edilir.

  • 80% xəstələrdə bədən hərarəti 38C-dən yüksək olur. Süd vəzinin həcmi kəskin böyümüş, ödemli, dəri intensiv hiperemiyalaşmış, gərgin, bəzi çahələrdə sianotik çalarlı olur.

  • Vəzin palpasiyası kəskin ağrılıdır. Toxumalarda pastozluq qeyd edilir. 70% xəstələrdə flüuktasiya simptomu müsbət olur.

  • 60% xəstələrdə irinli iltihabi proses eyni zamanda 3-4 kvadrantı əhatə edir. Bütün xəstələrdə leykositoz, 90% hallarda hemoqlobinin səviyyəsinin enməsi, sidiyin ümumi analizində göstəricilərdə dəyişikliklər (albuminuriya, dənəli silindrlərin olması) müəyyən edilir.



Mastitin qanqrenoz forması xəstələrin vəziyyətinin həddən artıq ağır olması, dərinin və dərialtı toxumaların geniş sahədə nekrozu ilə xarakterizə olunur. İrinli proses aqressiv gedişə malik olur və toxumaların sürətlə əriməsi və döş qəfəsinin dərialtı sahəsinə yayılması baş verir.

  • Mastitin qanqrenoz forması xəstələrin vəziyyətinin həddən artıq ağır olması, dərinin və dərialtı toxumaların geniş sahədə nekrozu ilə xarakterizə olunur. İrinli proses aqressiv gedişə malik olur və toxumaların sürətlə əriməsi və döş qəfəsinin dərialtı sahəsinə yayılması baş verir.

  • Bütün xəstələrdə bədən hərarəti 38C-dən yuxarı, əksər xəstələrdə isə 39C-dən yüksək olur.

  • Ümumi və yerli simtomlar kəskin təzahür edir, 100% hallarda flüuktasiya müəyyən edilir. İltihabi prosesə süd vəzinin bütün kvadrantları cəlb olunur.

  • Dəri göyümğül-boz rəngdə olur, bəzi yerlərdə epidermis daxilində hemorragik maye olan qovuqcuqlar əmələ gətirməklə aşağı qatlardan ayrılır. Nekroz ocaqları aşkar edilir.

  • Bütün xəstələrdə əhəmiyyətli leykositoz, qanda Hb-nin 80-90 q/l-ə qədər enməsi aşkar olunur.

  • Bütün xəstələrin sidiyində zülal və çoxlu saydaeritrositlər, 75% hallarda isə hialin və dənəli silindrlər tapılır



Xəstənin şikayətləri, anamnestik məlumatlar, süd vəzlərinin funksional vəziyyəti nəzərə alınmalı və ümumi qəbul olunmuş laborator və instrumental müayinə metodlarından istifadə olunmalıdır.

  • Xəstənin şikayətləri, anamnestik məlumatlar, süd vəzlərinin funksional vəziyyəti nəzərə alınmalı və ümumi qəbul olunmuş laborator və instrumental müayinə metodlarından istifadə olunmalıdır.



Südün bakterioloji müayinəsi (1 ml süddə olan mikroorqanizmlərin kəmiyyət və keyfiyyətcə təyini)

  • Südün bakterioloji müayinəsi (1 ml süddə olan mikroorqanizmlərin kəmiyyət və keyfiyyətcə təyini)

  • Südün sitoloji müayinəsi (iltihabın markerləri kimi qanın formalı elementlərinin sayılması)

  • Südün pH-nın təyini, reduktazaların aktivliyi və s

  • Əməliyyat zamanı alınmış irinin bakterioloji müayinəsi

  • İrinli prosesin diaqnostikasına şübhə olan hallarda süd vəzinin USM-i və infiltratın geniş mənfəzli iynə ilə punksiyası.

  • Absesləşən formada hər iki metod diaqnostik əhəmiyyət kəsb edir.

  • İnfiltrativ-absesləşən formada irinli ocağın punksiyası az informativdir. Belə hallarda əsas diaqnostika metodu USM hesab olunur.



Kəskin irinli laktasion mastitlərdə müalicə kompleks olmalıdır:

  • Kəskin irinli laktasion mastitlərdə müalicə kompleks olmalıdır:

    • Adekvat əməliyyat
    • Adekvat antibiotikoterapiya
    • Detoksikasion və ümumi möhkəmləndirici terapiya
    • Orqanizmin immunoloji reaktivliyini artıran preparatların təyini
    • Yerli fizioterapevtik proseduralar


Süd vəzinin xarici görünüşünü və funksiyasını maksimal saxlamağın vacibliyi nəzərə alınmaqla irinli ocağa rasional müdaxilə yerinin seçilməsi;

  • Süd vəzinin xarici görünüşünü və funksiyasını maksimal saxlamağın vacibliyi nəzərə alınmaqla irinli ocağa rasional müdaxilə yerinin seçilməsi;

  • İrinli ocağın radikal cərrahi işlənməsi;

  • Adekvat drenləşdirmə, o cümlədən yuyucu-drenaj sistemlərindən istifadə olunmaqla

  • Yaranın birincili tikişlərlə bağlanması, əks-göstəriş olan hallarda isə ikincili tikişlər və sonradan dəri plastikasından istifadə

  • Əməliyyatdan sonrakı dövrdə drenaj-yuyucu sistemlər vasitəsilə damcı üsulu ilə antiseptiklərlə yaranın uzunmüddətli yuyulması.



Antibiotikoterapiya törədici mikroorqanizmlərin növü və antibiotiklərə həssaslığı nəzərə alınmaqla aparılmalıdır.

  • Antibiotikoterapiya törədici mikroorqanizmlərin növü və antibiotiklərə həssaslığı nəzərə alınmaqla aparılmalıdır.

  • Stafilokokk infeksiyalarında - I nəsil sefalosporinlərdən;

  • Stafilokokk + eşerixiya, klebsiella və ya protey kombinasiyalarında - I nəsil sefalosporinlərdən;

  • İkincili infeksiya qoşulan hallarda isə III və IV nəsil antibiotiklərdən istifadə olunmalıdır.



Süd fistulasının formalaşması

  • Süd fistulasının formalaşması

  • Dəri və dərialtı toxumanın irinləməsi

  • İrinli iltihabın proqressivləşməsi





İrinli artrit dedikdə oynaq boşluğunda və paraartikulyar toxumalarda baş verən qeyri-spesifik irinli-iltihabi və irinli-nekrotik proseslərin müxtəlif formaları başa düşülür.

  • İrinli artrit dedikdə oynaq boşluğunda və paraartikulyar toxumalarda baş verən qeyri-spesifik irinli-iltihabi və irinli-nekrotik proseslərin müxtəlif formaları başa düşülür.

  • İrinli cərrahi xəstəliklərin strukturunda iri oynaqların irinli artritləri 12-20% təşkil edir.



Qeyri-spesifik irinli artritin tez-tez rast gəlinən törədicilərinə aiddir:

  • Qeyri-spesifik irinli artritin tez-tez rast gəlinən törədicilərinə aiddir:

    • Stiphylococcus aureus
    • E.coli
    • Streptococcus spp
    • Enterobacter


Ekzogen və endogen mənşəli artritlər ayırd edilir.

  • Ekzogen və endogen mənşəli artritlər ayırd edilir.

  • Ekzogen artritlər oynaqların açıq zədələnmələrindən, qapalı zədələnmələrin inyeksion və operativ müalicəsindən, müxtəlif ortopedik xəstəliklərdən sonra inkişaf edir.

  • Endogen artritlər müxtəlif xəstəliklərin ağırlaşmaları və sepsisin ikincili təzahürü kimi meydana çıxır.



Mikroorqanizmlərin daxil olma yollarından asılı olaraq:

  • Mikroorqanizmlərin daxil olma yollarından asılı olaraq:

    • Birincili – törədicilər oynaqların zədələnməsi zamanı daxil olurlar
    • İkincili – infeksion törədicilər qonşu və ya uzaq ocaqlardan daxil olurlar.
  • Toxumaların zədələnmə həcminə görə 3 növ artritlər ayırd edilir:

  • I. Oynaq elementlərinin destruktiv dəyişiklikləri olmadan gedən irinli artritlər

    • 1. Paraartikulyar oxumaların zədələnməməsi ilə
    • 2. Paraartikulyar nahiyənin irinli-iltihabi və irinli-nekrotik zədələnmələri ilə
  • II. Oynaqların kapsulasının, qığırdaqlarının və bağlarının destruktiv dəyişiklikləri ilə müşayiət olunan irinli artritlər

    • 1. Paraartikulyar toxumaların zədələnməməsi ilə
    • 2. Paraartikulyar nahiyənin irinli iltihabı və irinli-nekrotik zədələnməsi ilə
    • 3. paraartikulyar nahiyənin irinli fistulası ilə
  • III. Oynaqları təşkil edən qığırdaqların destruktiv dəyişiklikləri və sümüklərin osteomieliti ilə müşayiət olunan irinli artritlər

    • 1. Paraartikulyar toxumaların zədələnməməsi ilə
    • 2. Paraartikulyar nahiyənin irinli iltihabı və irinli-nekrotik zədələnməsi ilə
    • 3. Paraartikulyar nahiyənin irinli fistulası ilə


İrinli artritin klinik mənzərəsi prosesin yayılma dərəcəsindən asılıdır. İzoləolunmuş bursit və sinovial qişaların zədələnməsi əsas etibarilə ağrılar, palpasiya zamanı ağrıların artması ilə təzahür edir.

  • İrinli artritin klinik mənzərəsi prosesin yayılma dərəcəsindən asılıdır. İzoləolunmuş bursit və sinovial qişaların zədələnməsi əsas etibarilə ağrılar, palpasiya zamanı ağrıların artması ilə təzahür edir.

  • Ağrılar ucbatından aktiv hərəkətlər məhdudlaşmış olur, oynaqlar həcminə görə böyüyür, dəri büküşləri hamarlaşır; oynaq üzərində hipertermiya.

  • Dəridə isə hiperemiya müəyyən edilir. Bağ aparatının dağılması patoloji hərəkətliliyə və ya oynaqların çıxmasına səbəb olur.

  • Əsas diaqnostik metod oynaqların punksiyası və punktatın müayinəsidir. İrinli artritin inkişaf mərhələsini və paraartikulyar toxumaların zədələnmə həcmini klinik metodlar vasitəsilə təyin edilir.

  • Oynaqların iltihabi xəstəlikləri zamanı KT ilə müqayisədə MRTdaha yüksək həssaslığa malikdir.

  • Oynaqdaxili strukturların zədələnmə dərəcəsinin təyin edilməsində rentgenoloji müayinə ilə yanaşı, artroskopiya da böyük diaqnostik əhəmiyyətə malikdir.





İri oynaqların irinli zədələnmələrinin cərrahi müalicə taktikası irinli yaraların aktiv cərrahi aparılması prinsiplərinə əsaslanır.

  • İri oynaqların irinli zədələnmələrinin cərrahi müalicə taktikası irinli yaraların aktiv cərrahi aparılması prinsiplərinə əsaslanır.

  • Oynaqların punksiyası

  • Oynaq boşluğunun yuyulan-aspirasion tipli drenləşdirilməsi və antiseptik və antibiotiklərlə uzunmüddətli yuyulması

  • Həyat qabiliyyətini itirmiş bütün yumşaq toxumaların xaric edilməsi ilə irinli ocaqların radikal cərrahi işlənməsi və oynaq və sümüklərin nekrozlaşmış sahələrinin rezeksiyası

  • Paraartikulyar nahiyənin polietilenqlükol əsasında hazırlanmış çoxkomponentli məlhəmlərlə yerli müalicəsi

  • Yaranın və oynaq boşluğunun əlavə fiziki metodlarla işlənməsi; antiseptiklərin və ya antibiotiklərin pulsasion şırınqa ilə yuyulması, antibiotik və ya proteolitik ferment məhlullarından keçməklə aşağı tezlikli ultrasəs

  • Yaranın erkən plastik bağlanması və yumşaq toxuma defektlərinin vaskulyarizə olunmuş loskutlarla əvəzlənməsi

  • Rekostruktiv sümük-oynaq əməliyyatları





“Osteomielit” termini sümüklərin və sümük iliyinin iltihabını ifadə etmək üçün təklif olunmuşdur (yunanca osteomielit – sümük iiyinin iltihabı deməkdir).

  • “Osteomielit” termini sümüklərin və sümük iliyinin iltihabını ifadə etmək üçün təklif olunmuşdur (yunanca osteomielit – sümük iiyinin iltihabı deməkdir).

  • Hazırda bu termin altında sümüklərin, sümük iliyinin, sümüküstlüyünün və ətraf yumşaq toxumaların infeksion-irinli zədələnmələri başa düşülür.

  • Osteomielit – mikroorqanizmlərin invaziya və proliferasiyasına cavab reaksiyası kimi meydana çıxan yerli iltihabi prosesdir.



Əsas törədiciləri:

  • Əsas törədiciləri:

    • Streptococcus agalactiae
    • Escherichia soli
    • Streptococcus pyogenes
    • Haemophilis influenzae


Daxil olma yolları:

  • Daxil olma yolları:

      • Hematogen
      • Açıq travmalardan sonra infeksiyanın birbaşa sümüyə daxil olması
  • Posttravmatik osteomielitlər zamanı infeksiya mikrob florası toxumaların zədələnməsi və qan təchizatının pozulması hesabına xaricdən sümüyə daxil olur.

  • Osteomielitin bu formasının inkişafı mikroorqanizmlərin invaziyasından, onların sayından, növündən, virulentliyindən və yumşaq toxumaların zədələnmə dərəcəsindən asılıdır.

  • Osteomielitin inkişafında bir sıra ümumi və yerli amillərin təsirindən immun cavab reaksiyasının və yerli qan dövranının pozulması mühüm rol oynayır. Ümumi amillərə qeyri-adekvat qidalanma.

  • Qaraciyər və böyrəklərin funksional pozğunluğu, şəkərli diabet, xroniki şipoksiya, immun xəstəliklər, bədxassəli xəstəliklər, ahıl yaş, immunsupressiya və immundefisit vəziyyətlər, splenektomiya, virus infeksiyaları, alkoholizm aiddir.

  • Yerli amillərə xroniki limfedema, venoz staz, damarların zədələnməsi, arteriit, kiçik damarların patologiyaları və nevropatiya aiddir.



Gedişinə görə

  • Gedişinə görə

      • Kəskin və xroniki
  • Patogenetik xüsusiyyətlərinə görə

      • Hematogen
      • Posttravmatik


Dəqiq toplanmış anamnez əksər hallarda osteomielitin diaqnostikası üçün kifayət edir.

  • Dəqiq toplanmış anamnez əksər hallarda osteomielitin diaqnostikası üçün kifayət edir.

  • Hematogen osteomielitli uşaqlarda kəskin infeksiya əlamətləri ilə təzahür edərək qızdırma, oyanıcılıq, yorğunluq, zəiflik və yerli iltihab əlamətləri ilə təzahür edə bilər.

  • Lakin qeyri-tipik gediş də mümkündür. Hematogen osteomiletli uşaqlarda zədələnmiş sümüyü əhatə edən yumşaq toxumalar infeksion prosesi lokallaşdırmağa qadirdir.

  • Oynaqlar adətən prosesə cəlb olunmur.

  • Böyüklərdə hematogen osteomielit uzun müddət davam edən ağralar, subfebril temperatur da daxil olmaqla qeyri-müəyyən əlamətlərə malik olur.

  • Bəzən yüksək hərarət, titrətmə, zədələnmiş sümük üzərində ödem və hiperemiyaya rast gəlinə bilər.



Osteomielitin kəskin fazasında ağır ümumi iltihabi reaksiyanın əlamətləri, yüksək hərarət, titrətmə, gecə tərləməsi kimi hallar meydana çıxır.

  • Osteomielitin kəskin fazasında ağır ümumi iltihabi reaksiyanın əlamətləri, yüksək hərarət, titrətmə, gecə tərləməsi kimi hallar meydana çıxır.

  • Xroniki fazada isə bu əlamətlərə rast gəlinmir.

  • Hemağogen və travmatik osteomielitlər xroniki mərhələyə keçə bilərlər. Bu zaman daimi ağrılar, eksudasiya və subfebril temperatur müşahidə olunur.

  • Əksər hallarda infeksiya ocağı yaxınlığında fistula kanalı aşkar edilir. Fistula kanalı bağlandıqda xəstədə abses və ya yumşaq toxumaların kəskin yayılmış infeksiyası inkişaf edə bilər.



Rentgenoloji mayinə

  • Rentgenoloji mayinə

  • Kompüter-tomoqrafiya

  • Maqnit-rezonans tomoqrafiya

  • Radionuklid diaqnostika

  • Pozitron-emission tomoqrafiya



Hazırda osteomielitin operativ müalicəsi bir neçə ümumi qəbul olunmuş prinsiplərə əsaslanır:

  • Hazırda osteomielitin operativ müalicəsi bir neçə ümumi qəbul olunmuş prinsiplərə əsaslanır:

    • İrinli ocağın radikal cərrahi işlənməsi
    • Məqsəd sümüklərin nekrozlaşmış sahələri də daxil olmaqla həyat qabiliyyətini itirmiş və infeksiyalaşmış toxumaların xaric edilməsidir.
    • Sümüyün işlənməsi sümükdən qanaxma başlayana qədər aparılmalıdır.


Sekvestrektomiya

  • Sekvestrektomiya

  • Sekvestronekrektomiya

  • Sekvestrnekrektomiya ilə yanaşı uzun sümüklərin trepanasiyası (əsasən hematogen osteomielitlərdə)

  • Sekvestrnekrektomiya ilə yanaşı uzun sümüklərin sümük-plastik trepanasiyası və sümük iliyi kanalının bərpa olunması (irinli-nekrotik ocaqlar sümükdaxili yerləşdikdə)

  • Sümüklərin rezeksiyası (kənari, uc və seqmentar)

  • Xəstələrin adekvat immobilizasiyası - xarici osteosintez

  • Sümük boşluqlarının yaxşı vaskulyarizə olunan toxumalarla doldurulması



Sümük ətrafında defektlərin yumşaq toxumalarla adekvat bağlanması osteomielitin müalicəsi üçün vacib şərait hesab olunur.

  • Sümük ətrafında defektlərin yumşaq toxumalarla adekvat bağlanması osteomielitin müalicəsi üçün vacib şərait hesab olunur.

  • Aşağıdakı plastika metodları möücuddur:

    • Sərbəst dəri loskutu ilə
    • Müvəqqəti qidalandırıcı ayaqcıq üzərində loskut (italyan üsulu)
    • Daimi qidalandırıcı damar ayaqcığı üzərində loskut




C. perfringens

  • C. perfringens

  • C. novyi (oedematiens)

  • C. histolyticum

  • C. septicum

  • C. sporogenes

  • C. sordellii

  • və s.





İnkubasion dövrü bir neçə saatdan 2-3 həftəyə qədər davam edə bilər və orta hesabla 3-4 saat təşkil edir.

  • İnkubasion dövrü bir neçə saatdan 2-3 həftəyə qədər davam edə bilər və orta hesabla 3-4 saat təşkil edir.

  • İldırımsürətli formada xəstəlik adətən kəskin başlayır və yarada şiddətli ağrılar, yaranın ətrafında aydın nəzərə çarpan və sürətlə artın ödemlə müşayiət olunur.

  • Ödem artdıqca intoksikasiya əlamətləri də artır:

  • Apatiyaya keçən eyforiya

  • Hipertermiya (40-41C)

  • Taxikardiya (1 dəq-də 120-140)

  • Hipotoniya (sistolik AT 60-70 mm.c.süt)

  • Taxipnoe (1 dəq-də 30-40 və daha çox tənəffüs)



Poliorqan çatmamazlığı proqressivləşir, dərin venaların tromboz və piy emboliyaları infeksiyanın gedişini daha da ağırlaşdırır.

  • Poliorqan çatmamazlığı proqressivləşir, dərin venaların tromboz və piy emboliyaları infeksiyanın gedişini daha da ağırlaşdırır.

  • İnfeksion ocağın vaxtında cərrahi sanasiyası aparılmayan hallarda refrakter septik şok inkişaf edir ki, bu da 100% hallarda ölümlə nəticələnir.

  • Klostridial infeksiyanın istənilən klinik formasında yaranın kənarları və dibi nekrozlaşır və bozumğul ərplə örtülmüş olur. Yaradan xaric olan ifrazatın miqarı az olur.

  • Palpasiya zamanı yara ətrafında krepitasiya qeyd edilir. Dəri gərginləşmiş, anemik, parlaq solğun rəngdə olur. Qazın əmələ gəlməsi klostridial infeksiya üçün xarakterik simptomdur.

  • Bəzən bu fonda daxilində qəhvəyi rəngdə maye ilə dolu olan iri ölçülü epidermal qovuqcuqlar meydana çıxır.



Diaqnostikada ilk növbədə xarakterik klinik mənzərəyə əsaslanılır.

  • Diaqnostikada ilk növbədə xarakterik klinik mənzərəyə əsaslanılır.

  • USM – zədələnmiş seqmentlərdə qan dövranından mərhum olan ödemli və nekrozlaşmış əzələlərin aşkar edilməsi diaqnozu təsdiqləməyə imkan verir.

  • Mikrobioloji metodlar

    • Bakterioloji metod anaerob infeksiyanın olmasını təsdiqləyə biir.
    • Yaxmada nekrozlaşmış əzələ lifləri arasında qram-müsbət və bir ucu düyməşəkilli qalınlaşmış çöplərin olması klostridial infeksiyanın olmasını təsdiq edir.




Anatoksinlər

  • Anatoksinlər

    • perfringens
    • edematiens


Yumşaq toxumaların nekrotik zədələnmələrində ağır sepsis və septik şokun inkişafı zamanı immunəvəzedici terapiya intensiv kompleks müalicənin vacib komponentidir.

  • Yumşaq toxumaların nekrotik zədələnmələrində ağır sepsis və septik şokun inkişafı zamanı immunəvəzedici terapiya intensiv kompleks müalicənin vacib komponentidir.

  • Bu məqsədlə tərkibində İgG və İgM kombinasiyası olan immunoqlobulinlərdən (pentaqlobindən) istifadə etmək daha faydalıdır.

  • Sübut olunmuşdur ki, polivalent immunoqlobulinlərin istifadəsi zamanı bu kateqoriya xəstələrin sağ qalma imkanları yüksəlir.



Yumşaq toxumaların nekrotik infeksiyalarının istənilən formalarında cərrahi müdaxilənin həcmi eynidir—həyat qabiliyyətini itirmiş bütün nekrotik toxumaları xaric etməklə yaranın radikal cərrahi işlənməsi.

  • Yumşaq toxumaların nekrotik infeksiyalarının istənilən formalarında cərrahi müdaxilənin həcmi eynidir—həyat qabiliyyətini itirmiş bütün nekrotik toxumaları xaric etməklə yaranın radikal cərrahi işlənməsi.

  • Aşağı ətrafların bütün yumşaq toxuma strukturlarının total zədələnməsi zamanı ətrafı sağlam toxuma səviyyəsindən amputasiya etmək və güdülü açıq saxlamaq lazımdır





Tetanus xəstəliyi tetanus çöpləri tərəfindən törənən və sinir sisteminin ağır zədələnməsi ilə gedən infeksion xəstəlikdir.

  • Tetanus xəstəliyi tetanus çöpləri tərəfindən törənən və sinir sisteminin ağır zədələnməsi ilə gedən infeksion xəstəlikdir.

  • Tetanus zamanı letallıq yüksəkdir – dünyada hər il 100 000 nəfər tetanusdan ölür.

  • Xüsusilə əməliyyatdan, doğuşdan və abortdan sonrakı dövrlər təhlükəlidir, belə ki, belə hallarda bəzən ildırımsürətli gediş müşahidə olunur və ölüm xəstəliyin xarakterik əlamətləri inkişaf etməyə imkan tapmamış, tənəffüs əzələlərinin iflici və ürək çatmamazlığından baş verir.

  • Tetanusun bu formalarında letallıq 90%-ə çatır.



Clostridium tetani güclü təsir göstərən ekzotoksinlər (tetanospazmin) və sitotoksinlər (tetanolizin) əmələ gətirir.

  • Clostridium tetani güclü təsir göstərən ekzotoksinlər (tetanospazmin) və sitotoksinlər (tetanolizin) əmələ gətirir.

  • Torpaqda, nəcis kütlələrində və digər əşyalar üzərində sporlar on illərlə yaşaya bilir. 90C temperaturun təsirinə 2 saat ərzində davam gətirir.

  • Anaerob şəraitdə, 37C temperaturda və kifayət qədər rütubətli şəraitdə sporlar vegetativ formaya keçirlər.

  • Tetanus çöplərinin vegetativ formaları qaynadılarkən bir neçə dəqiqə ərzində, 80C temperaturda isə 30 dəq. ərzində məhv olurlar.

  • Antiseptiklər və dezinfeksion məhlullar tetanus törədicilərini 3-6 saat ərzində məhv edirlər.



Tetanus sporadik rast gəlinən xəstəlikdir.

  • Tetanus sporadik rast gəlinən xəstəlikdir.

  • Törədici yaralanmalar (döyüş, istehsalat və məişət yaralanmaları), yanıqlar, donmalar zamanı, əməliyyat yaralarından və doğuş yollarının zədələnməsi zamanı orqanizmə zədələnmiş dəri və selikli qişalardan daxil olur.

  • Tetanus çöpləri yarada çoxalaraq toksinlər hasil edirlər. Toksinlər qana sorularaq sinir toxumasına çatır və onun zədələnməsinə səbəb olur.

  • Daxil olma yerindən və mikroorqanizmlərin çoxalmasından asılı olmayaraq xəstəliyin ilk simptomu əvvəlcə çeynəmə və mimiki əzələlərin, sonra isə ənsə və arxa əzələlərinin tonik gərginləşməsi və spazmıdır.

  • Ağır hallarda xəstənin bədəni tutmalar zamanı arxaya çevrilmiş qövs (epistotonus) formasını alır.

  • Ölüm xəstənin huşunun tam saxlanılması şəraitində asfiksiya və ürək-damar çatmamazlığı nəticəsində baş verir.



İnkubasiya dövrü: bir neçə gündən 1 aya qədər, orta hesabla 1-2 həftədir.

  • İnkubasiya dövrü: bir neçə gündən 1 aya qədər, orta hesabla 1-2 həftədir.

  • Xəstəlik kəskin başlayır, lakin bəzən yaralanma yerindəki əzələlərdə gərginlik və səyrimə şəklində prodromal hallar, ümumi halsızlıq, baş ağrıları, tərləmə, oyanacalaq qeyd edilir.

  • Başlanğıc dövr: ifeksiyanın daxil olduğu yerlərdə hətta tam sağalma olduqda belə, küt ağrılar kimi erkən əlamətlər meydana çıxa bilər.

  • Əsas spesifik simptomlar: trizm, sardonik gülüş, disfagiya və ənsə əzələlərinin rigidliyi.

  • Bu əlamətlər erkən və demək olar ki, eyni vaxtda meydana çıxır.



Xəstəliyin kəskin dövründə ağrılı tonik qıcolmalar gövdənin və ətraflarıfn əzələlərinə yayılır.

  • Xəstəliyin kəskin dövründə ağrılı tonik qıcolmalar gövdənin və ətraflarıfn əzələlərinə yayılır.

  • Tonik qıcolmalar daimi xarakter əldə edər və hətta yuxuda da keçmir. 3-4-cü günlərdə qarın divarının əzələləri taxta kimi bərkiyir, ayaqlar açılmış vəziyyətdə olur, hərəkətlər məhdudlaşır.

  • Arxa əzələlərinin gərginləşməsi nəticəsində xəstələr «opistotonus» inkişaf edir. Xəstələrdə şiddətli ağrılar meydana çıxır. Bədən hərarəti yüksəlir, dəri səthi tər damlaları ilə örtülür.

  • Hipersalivasiya, taxikardiya, təngnəfəslik, arterial təzyiqin yüksəlməyə meylli olması müəyyən edilir.

  • 1-ci həftənin sonundan 10-14-cü günə qədərki dövr xəstənin həyatı üçün daha təhlükəlidir.

  • Beyin kötüyünün dərin intoksikasiyası tənəffüsün ləngiməsinə səbəb olur. Ürək fəaliyyəti zəifləyir, ürək əzələlərinin iflici mümkündür.

  • Tezləşmiş və uzunmüddətli tonik qıcolmalar əzabverici yuxusuzluğa, oyanıcılığın inkişafına səbəb olur, asfiksiya təhlükəsi artır.





Göbək ciyəsindən yoluxma nəticəsində meydana çıxır.

  • Göbək ciyəsindən yoluxma nəticəsində meydana çıxır.

  • Uşaq çeynəmə əzələlərinin spazmına görə döşlə qidalanmadan imtina edir, sonra isə xarakterik “qurbağa pozası” inkişaf edir.

  • Tetanusun bu formasında letallıq orta hesabla 85% təşkil edir (əksər hallarda uşaqlar həyatının 6-8 günləründə ölürlər)



İnsanlarda tetanusa qarşı növ immuniteti yoxdur.

  • İnsanlarda tetanusa qarşı növ immuniteti yoxdur.

  • Keçirilmiş infeksiyadan sonrakı immunitet haqqında məlumatlar ziddiyyətlidir.

  • Vaksinasiyadan sonrakı antitoksik immunitet isə uzunmüddətli və davamlıdır (10 ilə qədər).



Passiv

  • Passiv

  • Heteroloji tetanusəleyhi zərdab (anafilaktikogendir)

  • və ya

  • homoloji qamma-qlobulinlə həyata keçirilir.



Planli profilaktik immunlaşdirma

  • Planli profilaktik immunlaşdirma

  • Təcili immunlaşdırma

    • Yanıqlar
    • Donmalar
    • Heyvan dişləmələri
    • Xəstəxanadan kənar abortlar
    • Torpaqla çirklənmiş yaralanmalar


Aşağıdakı vaksinlərlə aparılır

  • Aşağıdakı vaksinlərlə aparılır

  • AKDS

  • АDS



Əvvəllər vaksinasiya olunmuşlarda

  • Əvvəllər vaksinasiya olunmuşlarda

      • Anatoksinin dəstəkləyici dozası


SEROTERAPİYA (antitoksik zərdab və ya qammaqlobulin)

  • SEROTERAPİYA (antitoksik zərdab və ya qammaqlobulin)

  • ANTİBİOTİKOTERAPİYA (penisillinlər, sefalosporinlər)





Yüklə 3,59 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin