Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 30,85 Mb.
Pdf görüntüsü
səhifə7/152
tarix02.01.2022
ölçüsü30,85 Mb.
#1849
1   2   3   4   5   6   7   8   9   10   ...   152
5

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




6

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014

Milli Aviasiya Akademiyasının nəzdində

Elmi‐tədqiqat İnstitutu, Konstruktor bürosu və

Təcrübə‐sınaq istehsalatından ibarət Elmi‐təd ‐

qiqat Nəqliyyat və Aviakosmik Problemləri

İnstitutu yaradılmışdır.

Akademik A.Paşayevin rəhbərliyi altında

MAA‐da aviasiya sahəsində aparılan tədqiqat ‐

ların vacibliyinin və faydalılığının təyin edil ‐

məsi üçün ənənəvi olaraq elmi seminarlar və

konfranslar keçirilir.

A.Paşayev Azərbaycanda ilk dəfə olaraq

müasir dünya standartlarına uyğun, təhsil, elm

və istehsalatın vəhdətini nəzərdə tutan ali

təhsil ocağı yaratmağa nail olmuşdur.

A.Paşayevin rəhbərliyi ilə MAA‐nın əldə

etdiyi nailiyyətlər müxtəlif tanınmış xarici ölkə

təşkilatları tərəfindən də bəyənilmişdir. Təhsil

sistemində Avropa standartlarına uyğun ola ‐

raq, göstərdiyi yüksək xidmətlərə görə MAA‐ya

verilmiş «Avropa keyfiyyəti» və «Avropanın ən

yaxşı müəssisəsi» Beynəlxalq mükafatları buna

parlaq sübutdur.

Bundan əlavə, Milli Aviasiya Akademiyası

Dövlətlərarası Aviasiya Komitəsinin qərarı ilə

mülki aviasiya ali təhsil müəssisəsi Sertifika tına

layiq görülmüş, Beynəlxalq Mülki Aviasiya

Təşkilatının mülki aviasiya ali təhsil

müəssisələrinin Siyahısına daxil edilmiş, eləcə

də Avropa Universitetləri Assosiasiyasına tam

hüquqlu üzv kimi qəbul olmuşdur. Milli

Aviasiya Akademiyası «Təhlükəli yüklərin

hava nəqliyyatı ilə daşınması» üzrə Beynəlxalq

Hava Nəqliyyatı Assosiasiyasının (IATA) regio ‐

nal tədris mərkəzi statusunu almışdır.

MAA‐nın kollektivi akademik A.Paşayevin

rəhbərliyi altında «2003–2010‐cu illər ərzində

Milli Aviasiya Akademiyasında elm və təhsilin

inkişafı üzrə Proqramı» həyata keçirmişdir.

Buraya Akademiya şəhərciyinin qurulması

işlərinin başa çatdırılması, tədris binalarının

müasir avadanlıq və inventarla təchiz edilməsi,

yeni ixtisasların açılması, aviasiya sahəsində

yüksəkixtisaslı kadrların hazırlanmasının

intensivləşdirilməsi, mülki aviasiya sahəsində

elmi işlərin və tədqiqatların gələcək inkişafı və s.

daxil idi.

Azərbaycan Milli Elmlər Akademiyasının

və bir sıra beynəlxalq akademiyaların həqiqi

üzvü Arif Mir Cəlal oğlu Paşayev fizika sahə ‐

sindəki yüksək nailiyyətlərinə görə Y.Məm ‐

mədəliyev adına medala, İngiltərə Beynəlxalq

Bioqrafiya Mərkəzinin Qızıl medalına və «SSRİ

ixtiraçısı» adına layiq görülmüşdür.

Milli Aviasiya Akademiyasının nəzdində

fəaliyyət göstərən ixtisaslaşdırılmış disser ta ‐

siya şurasının sədri, Dövlətlərarası Aviasiya

Komitəsi  nəzdində  olan  aviasiya  mütəxəs sis lə ‐

rinin hazırlanması üzrə koordinasiya şura sının

üzvüdür.

Arif Paşayev Ukrayna Milli Aviasiya

Universitetinin, Gürcüstan Aviasiya Universi ‐

tetinin, A.S.Popov adına Odessa Milli Rabitə

Akademiyasının Fəxri doktoru, Vyana Beynəl ‐

xalq Universitetinin Fəxri professoru, Ukrayna

Azərbaycanlıları Konqresinin Fəxri üzvüdür.

O, həmçinin 2005‐ci ildə təsis edilmiş Azərbay ‐

can Mühəndislik Akademiyasının prezidenti,

Beynəlxalq Mühəndislik Akademiyasının və

2009‐cu ilin iyul ayında təsis edilmiş «Elmi

Təminatlı İnnovasiya Assosiasiyası» İctimai

Birliyinin prezidentidir.

Rusiya və Gürcüstandan olan alimlərlə

birgə yarımkeçiricilər fizikası sahəsində elmi

kəşfin müəllifidir. Kəşflə əlaqədar ona 340 saylı

xüsusi diplom verilmiş, fizika sahəsində Nobel

mükafatı laureatı P.L.Kapitsa adına Qızıl

medal təqdim olunmuşdur. O, həmçinin

Rusiya Təbiət Elmləri Akademiyasının Fəxri

akademiki seçilmiş və bununla əlaqədar ona

Vernadski adına Qızıl döş nişanı verilmişdir.

Beynəlxalq əlaqələrin möhkəmləndirilməsi

işindəki xidmətlərinə görə akademik Arif

Paşayevə İnsan Hüquqlarının Müdafiəsi Bey ‐

nəlxalq Komitəsinin «Şərəf və Ləyaqət» Qızıl

Ulduzu təqdim olunmuşdur.




Yüklə 30,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin