Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир


R.İlyasov: – Hörmətli professor, mərhum



Yüklə 30,85 Mb.
Pdf görüntüsü
səhifə10/152
tarix02.01.2022
ölçüsü30,85 Mb.
#1849
1   ...   6   7   8   9   10   11   12   13   ...   152
9

ELM DÜNYASI

/ Elmi‐kütləvi jurnal / 1 (05) 2014




yubileyi bizə imkan verdi ki, dünya geo ‐

logiya elmində müasir mövqelərdən elmi

problemlərin həlli çərçivəsində bu prosesləri

yenidən dərk edək. AMEA Geologiya

İnstitutu səksən illiyində də Azərbaycanın

gələcək sosial‐iqtisadi inkişafına layiqincə

diqqət yetirəcək».

Keçmiş illərdə olduğu kimi, yubiley

ilində də akademik A.Әlizadənin rəhbərliyi

ilə çox əhəmiyyətli  üç dövlət proqramı hazır ‐

lanmış və hökumət tərəfindən təsdiq

edilmişdir. Bunlardan biri «Cənubi Xəzər

çökəkliyinin Azərbaycan hissəsinin geodi ‐

na mikası və karbohidrogen potensialının

öyrənilməsi istiqamətində aparılacaq işlərin

proqramı (2007‐2014‐cü illərdə)» adlanır. Bu

iş ARDNŞ əməkdaşları ilə birgə görülür.

«Azərbaycanın metal yataqlarının hasila tın ‐

da təbiəti mühafizə texnologiya 

larının


tədqiqi və tətbiqi (2008‐2014‐cü illər)» isə

icra olunur. «Azərbaycan Respublikasında

nadir geoloji obyektlərin qorunması və

uzunmüddətli istifadə olunmasının tədbir ‐

lər planı (2009‐2014‐cü illər)» Ekologiya və

Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə

birgə yerinə yetirilir.

Akif Әlizadənin elm sahəsində xidmət ‐

ləri böyükdür və bunlara layiqincə qiymət

verilmişdir. 1980‐ci ildə o, Azərbaycan EA‐nın

müxbir üzvü və 9 ildən sonra həqiqi üzvü

seçilmişdir. 1991‐ci ildə alim əməkdar elm

xadimi adını almış və Azərbaycanın  Dövlət

mükafatı laureatı olmuşdur. Uzun illərdir

ki, o, AMEA Yer elmləri bölməsinin aka ‐

demik katibi, AMEA Rəyasət Heyətinin üzvü ‐

dür. A.Әlizadə «AMEA Xəbərləri»nin Yer

elmləri seriyası və «Geologiya İnstitutu nun

Әsərləri» jurnallarının baş redaktoru,

Azərbaycan Geoloqlarının Milli Komitəsinin

prezidentidir. «Elm dünyası» elmi‐kütləvi

jurnalının və «AMEA‐nın Xəbərləri məcmuəsi»

elmi‐ictimai jurnalının baş redaktorudur. 


Yüklə 30,85 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin