Щяр бир алим гиймятлидир. Анъаг нязяриййяни тяърцбя иля бир



Yüklə 30,85 Mb.
Pdf görüntüsü
səhifə13/152
tarix02.01.2022
ölçüsü30,85 Mb.
#1849
1   ...   9   10   11   12   13   14   15   16   ...   152
Azərbaycan Tibb Universitetinin rektoru, SSRİ Dövlət

mükafatı laureatı, Azərbaycan Milli Elmlər

Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının

həqiqi üzvü, əməkdar elm xadimi, tibb elmləri doktoru,

akademik Әmiraslanov Әhliman Tapdıq oğlu haqqında

BİOQRAFİK MӘLUMAT


Çexiya Onkoloqlar Cəmiyyətlərinin üzvü,

Amerika Klinik Onkologiya Cəmiyyətinin

aktiv üzvü, Rusiya Federasiyası Təbiət Elm ‐

ləri Akademiyasının, Polşa Tibb Elmləri

Akademiyasının həqiqi üzvü və bir sıra nü ‐

fuzlu universitetlərin fəxri doktorudur.

Ә.Әmiraslanov 1998‐ci ilin avqust ayında

Polşa Tibb Elmləri Akademiyasının Albert‐

Şvaytzer adına mükafatına və Böyük qızıl

medalına layiq görülmüşdür. O, 2000‐ci ilin

iyun ayında müstəqil ölkəmizin ən yüksək

təltiflərindən olan «Şöhrət» ordeninə layiq

görülmüş, 2001‐ci ilin fevral ayında Rusiya

Federasiyası Tibb Elmləri Akademiyasının,

həmin ilin iyun ayında isə Azərbaycan Milli

Elmlər Akademiyasının həqiqi üzvü və

2007‐ci ildə MEA‐nın Biologiya Elmləri Böl ‐

məsinin akademik‐katibi seçilmişdir. 2006‐cı

ildə N.N.Bloxin adına Qızıl Medala layiq

görülmüşdür. Dayaq–hərəkət aparatı şişləri

üzrə dünya miqyasında yüksəkixtisaslı

mütəx əssis kimi tanınır və Azərbaycanda

dayaq‐hərəkət aparatı onkologiyasının əsasını

qoymuşdur. İri oynaqların rezeksi yası ilə

aparılan endoprotezləşdirilməsi, rota 

sion


plastika, qalça‐qarınarası ayırma, yumşaq

toxuma və süd vəzisi şişlərində aparılan

cərrahi əməliyyatları yüksək professional ‐

lıqla yerinə yetirir. Rotasion plastika əmə ‐

liyyatını keçmiş SSRİ‐də ilk dəfə məhz

aka demik Ә.Әmiraslanov yerinə yetirmiş ‐

dir. Onun rəhbərliyi altında 42 nəfər disser ‐

tasiya işi müdafiə etmişdir. Elmi‐təd qiqatlarının

əsasını sümük, yumşaq toxuma, süd vəzisi

və bir sıra digər orqanların şişlərinin öyrə ‐

nilməsi, eləcə də onların effektiv diaqnostika

və müalicə metodlarının işlənib hazırlan ‐

ması və klinik praktikaya tətbiq edilməsi

təşkil edir.

Akademik Ә.Әmiraslanov Azərbaycan

Tibb Universitetinin rektoru vəzifəsində

çalışır. Məhz onun rektorluğu dövründə

Azərbaycan Tibb Universitetində bir sıra

mühüm islahatlar həyata keçirilmiş və

yüksəkixtisaslı həkim kadrlarının hazırlığı

işi xeyli təkmilləşdirilmiş, universitetin onko ‐

loji, stomatoloji, tədris‐terapevtik və tədris‐

cərrahlıq klinikaları yaradılmışdır.

Akademik Ә.Әmiraslanov 2 dəfə Azər ‐

baycan Respublikası Milli Məclisinin depu ‐

tatı seçilmişdir və hazırda Türkdilli Ölkə lərin

Parlament Assambleyasının Parlamentlər ‐

arası Komissiyasının sədridir.




Yüklə 30,85 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin