Şərq-Qərb Tədqiqat Mərkəzi Səlahəddin XƏLİlov


«Müasir Amerikada poeziya»



Yüklə 2,22 Mb.
səhifə19/21
tarix18.03.2017
ölçüsü2,22 Mb.
#11827
1   ...   13   14   15   16   17   18   19   20   21

«Müasir Amerikada poeziya»

məqaləsindən

Şekspir – gələcək», 1881.

qədər təəccüblü olsa da, xalqın ən ali meyarı poeziya hesab edi­­lir. Onun varlığı, yaxud yoxluğu – hər ikisi eyni dərəcədə əhə­miy­yət­lidir. Bu yeganə, həm də zəruri meyar qızıl gülün və ya su zan­ba­ğı­nın saplağında açılmış çiçək kimi, ağacın (çox qamətli gövdəsi və ya bu­daqları olsa belə) dəymiş meyvəsi – alma və ya ərik kimidir. Heç bir öl­kəni, Amerika Respublikasını da, o cümlədən, orada möh­tə­şəm, özü­nə­məxsus poeziyanın çiçəkləri açmayana qədər böyük ad­lan­dır­maq ol­maz. Heç bir təqlid, saxtalıq onları əvəz edə bilməz.

Düzdür, göründüyü kimi, Yeni Dünyanın müasir vəziyyətinə və gə­ləcək yollarına uyğun estetik meyarların hansı olması barədə ümumi bir təsəvvür yoxdur, belə meyarlara hələ ümumi bir tələbat da yoxdur və bəlkə də onlar hələ heç kimi düşündürmür. Lakin mən əminəm ki, bizim ölkənin yüksək sənətdə öz inkaredilməz ustadları olmayana qə­dər, o, siyasi, coğrafi, iqtisadi, hətta intellektual sahədə ən gözəl nai­liy­yətlərə sahib olsa belə, yenə də inkişaf etmiş və işgüzar, ancaq tam və ya qismən ruhdan məhrum bir bədən (lap beyin) olaraq qalacaq. Bu kə­dərli həqiqəti nə qədər rəngləsək də, ilk baxışda inandırıcı səslənən söz­lərlə, təkziblərlə, şərhlərlə maskalasaq da, diqqətli bir göz mütləq bu boşluğu, aşkar uçurumu görəcək. Çünki bizim Ştatların əsl mənası və məqsədi yalnız yeni siyasi sistem yaratmaq və milyonları maddi ne­mə­tlərlə təmin etmək deyil, həm də, daha vacibi, yeni elm və yeni za­man səviyyəsində yeni demokratik sosiologiya və bədii ədəbiyyat ya­rat­maqdır. Əgər bu sonuncu Birləşmiş Ştatlarda həyata keçməsə – ki, yal­nız bu, onları sıx birləşdirə bilər – onda, birincidən də bir xeyir ol­ma­yacaq.

Bizim şairlərin ən ciddi nöqsanı ruhi qorxaqlıq, reallıq hissinin və həqiqi vətənpərvərliyin olmaması, eyni zamanda, mənim bir za­ra­fat­cıl dostumun «gözəllik düşkünlüyü» adlandırdığı özünəməxsus es­te­tik xəstəlikdir. Şarl Bodler deyir: «Gözəllik və incəsənətə ifrat alu­də­çi­lik insanları vəhşi pozuntulara gətirir. Gözəllik hərisliyinə mübtəla ol­muş insanın həqiqət və ədalət hissi korşalır. Bu, xəstə ehtirasdır, es­te­tik naqislikdir və xərçəng kimi mənəvi təməlləri yeyir bitirir».

Əlbəttə, bizim çoxsaylı şeir yazanlarımız da bir növ xeyirli iş gö­rür­lər. Nümunə üçün uzağa getmək lazım deyil. Yüksək təbəqənin top­laş­dığı hər yerdə dilli-dilavər, bacarıqdan məhrum olmayan insan­cıq­lar həmişə tapılır («cəmiyyət» onlarsız sadəcə ötüşə bilməz). Onlar mü­əyyən işlər üçün çox əlverişlidirlər – bir içki hazırlamaq, sınmış ey­nəkləri təmir etmək, soyutma balığınmı, yoxsa ağ şərabınmı masaya bi­rinci verilməsini həll etmək, xanım A.B.-nin qonaq otağında mo­nar­xın, yəhudinin, aşiqin, Pekin, Prosperonun, Kalibanın və s. zəruri çe­şid­lərin də olduğu canlı şəkillərin sərgisini düzəltmək – bir sözlə, öz ki­çik istedadını yaxınının xidmətinə həsr etmək üçün. Ancaq həqiqi böhran, böyük bədbəxtliklər və iri qarışıqlıqlar zamanı – fiziki və ya mənəvi – belə insanlar tamamilə yararsızdırlar.

Ümumi qəbul olunmuş anlama görə, şair nə isə kişi cinsli bir hu­ri­dir. O, oxuyur və ya royalda incə pyeslər çalır, başqalarının xa­ti­rə­lə­ri ilə bölüşür və ya gec saatlara qədər dəbli ətirlərlə dolu otaqlarda in­sanları əyləndirir. Mən xatırlamıram ki, son 10 ildə mətbuatda heç ol­ma­sa bir dəfə sadə, sağlam, gümrah ruhlu şeirlər çap olunsun. Bu ya­xınlarda üç dənə aylıq dərgilərin yeni saylarında bizim aparıcı şair­lə­rin şeirləri nəşr olunmuşdu. Bunların hamısında əsas mövzu (həm də tam ciddi bir təqdimatla) qismətinə varlı deyil, kasıb ər çıxan cavan gö­zəl qadının acı taleyi idi!
Poeziyanın sahəsi həmişə zahiri dünya deyil, daxili aləm olacaq, mak­rokosm deyil, mikrokosm; Təbiət deyil, İnsan. Mən hələ o zəru­rət­dən danışmadım ki, bizdə böyük nəğməkarlar ordusu olmalıdır ki, bü­tün ölkə qarşısında əbədi, sağlamlaşdırıcı nümunələri yüksəyə qaldır­sın­lar, acgözlüklə, ədalətsizliklə, tükənməz xainliklə və tiranlığın bütün növ­ləri ilə cəsarətlə mübarizəyə qalxsınlar. (Məncə, bütün digər mə­sə­lə­lərdə müəyyən inkişaf səviyyəsinə nail olan ölkədə birinci dərəcəli şair­lərin borcu bu olmalıdır; başqa zamanlarda və başqa şəraitlərdə qə­dim yəhudi dini müğənnilər, romalı Yuvenal, Qədim Hindistanın xa­nən­dələri, britaniya druidləri də bunu etmişdirlər.) Həqiqi nəhəng şai­rin borcu artıq Amerikanın üzərini almış qorxunc təhlükəyə qarşı çıx­maq­dır. Bu təhlükə – siyasətdə davamlı satqınlıq, əslində mum və mas­ka­lardan ibarət olan bizim tərifli dinimizdir, ümumilikdə isə yer üzün­də yarana biləcək ən iyrənc, ziyanlı bir şeydir: böyük, müxtəlif cinsli, pu­lun çoxluğundan, maldan, işgüzar avan­türalardan piylənmiş, in­tel­lek­tual baxımdan inkişaf etsə də, dünyada bütün pullardan və in­tel­lek­tual dəyərlərdən daha vacib olan sağlam mənəvi və estetik təməllərdən ta­mamilə məhrum olan bir cəmiyyətdir.

Doğurdanmı, bu, yalnız mənim arzumdur ki, gələcəkdə bizim Qərbdə, şərqdə, cənubda və şimalda belə nəhəng, təmkinli şairlərin bir ordusu yaransın. Fərqli, ancaq ruhən bərabər. Yalnız ən mükəmməl şairlərin deyil, həm də yeni, İudeylərdəkindən daha böyük, daha atəşli böyük peyğəmbərlərin ordusu ki, bu şərlə müharibəyə qalxsın və işıq zülməti yaran kimi onu yarıb keçsin.

Emersonun kitabları

(onların kölgəli tərəfləri)


Bizim Təbiət adlandırdığımız sahənin zirvələri ölçüyə gəlməz, çöl­ləri və dərinlikləri sonsuzdur. Bura ona təsir edən bütün mənəvi-emo­sional faktorlarla bərabər insanı bir də sosial-tarixi hadisə kimi da­xil edirik. Ədəbiyyat bu sahənin həqiqətdə olduğu kimi yalnız çox ki­çik bir hissəsini təsvir edir (bu gün mən belə düşündüm). Hətta ədə­biy­ya­tı bütün əsrlər boyu olan həcmində götürsək belə. Ən yaxşı halda o bizə sahilsiz bir dəryanın düz sahillərində vurnuxan gə­mi­cik­lə­rin kiçik do­nanması təsiri bağışlayar. Onlar heç vaxt Kolumb kimi xəritəsiz-fi­lan­sız Yeni Dünya axtarışlarına çıxmağa və planetimizin ətrafında tam bir dövrə vurmağa ürək eləmirlər. Belə ürəkli ideyaların atmosferi Emer­sona yad deyil və onun kitablarının bəzi yerlərində həm okeanın, həm də okeanın özünün ab-havası duyulur. Bu kitablar hər hansı bir baş­qa yazıçının kitablarından daha çox bilavasitə bizim əsrimizə, bi­zim amerikan gerçəkliyinə üz tutur. Ancaq mən onların üzərindəki za­hi­ri pərdəni bir az qaldırmaqdan başlayacam. Yeri gəlmişkən, mən onun görüşlərinin bütün dərinliyini duymağı bacarıram. Mən onun ki­tablarını demokratik və qərb nöqteyi nəzərdən şərh edəcəm. Mən bu gü­nəş şüaları səpələnmiş çöllərin kölgələrini qeyd edəcəm. Birisi qəh­rə­man ruhlar haqqında demişdir: «Yüksək zirvələrin olduğu yerdə də­rə­lər və dərin uçurumlar qaçılmazdır». Mənim işim nankorluqdur: mən göylərə ucalan zirvələr, günəş səpələnmiş çöllər barədə susub, yalnız çılpaq səhralar və qaranlıq kölgələr barədə danışmaq istəyirəm. Mən əminəm ki, heç bir birinci dərəcəli rəssam, heç bir böyük sənət əsəri bunlarsız ötüşə bilməz.

Əvvəla, Emersonun səhifələri, belə deyək, çox yaxşı, çox qatıdır. (Axı yaxşı yağ da, yaxşı qənd də əla şeydir, ancaq ömrü boyu qənd və yağdan, ən yüksək keyfiyyətli olsa belə, başqa şey yeməmək!) Müəllif da­im sərbəstlikdən, vəhşilikdən, sadəlikdən, ruhun sərbəst ifadə olun­ma­sından danışır, amma hər sətiri üç-dörd yad qavrayışlardan bir dü­zül­müş süni professorluq incəlikləri, alimlik mərasimçiliyi üzərində qu­rulub. O, buna mədəniyyət deyir. Bu, onun üzərində durduğu bü­növ­rə­dir. O, öz kitablarını düzəldir, quraşdırır, onda heç nə öz-özünə bö­yü­mür. Bu, kiçik çini heykəlciklər, fiqurlardır: şir, maral, qırmızı dərili ov­çu fiquru – incə işli zərif fiqurlar. Onları elə qoyasan mərmər rəf­lə­rə, ya da kabinetdəki, qonaq otağındakı qırmızı taxtadan düzəldilmiş tax­çalara! Heyvanın fiquru, özü yox, heyvan ovçusunun fiquru, özü yox. Bir də, əsl ovçu, əsl heyvan kimə lazımdır ki! Pərdələrin, sancaq-mun­cuqların, masaüstü lampaların, astadan incəsənət, Lonqfello və Ro­bert Brauninq barədə danışan centlmenlərin və xanımların ara­sın­da əsl heyvanın nə işi var? Onlara sadəcə işarə etsən ki, bu, əsl öküz­dür, əsl qırmızı dərilidir, Təbiətin həqiqi hadisəsidir, – bütün bu meh­ri­ban insanlar dəhşət içində hərəsi bir tərəfə qaçmağa üz tutacaq.

Emerson, məncə, öz bacarıqlarını heç də rəssam, şair, müəllim ki­mi üzə çıxartmır. Halbuki, burada da onun xidmətləri az deyil. Onun əsas gücü tənqid, ədəbi təhlildir. Onu idarə edən ehtiras, mübtəlalıq, zəif­lik, fantaziya, hər hansı bir ideyaya sadiqlik, yanılma deyil. Onu ida­rə edən soyuq və rəngsiz intellektdir. (Mən bilirəm ki, bütün Yeni İn­gil­tərəlilər kimi, onun da içində, haralardasa gizlində qaynar mə­həb­bətin, eqoizmin sönməz odu yanır. Ancaq bu od soyuq və laqeyd gör­kəmin arxasında baxışlardan gizlənib və özünü heç cür göstərmir). Emerson heç vaxt mübtəla, birtərəfli olmur (adətən bütün şairlər, hər hal­da ən yaxşıları məhz belə olur). O, hər tərəfə baxır, hamının halına ya­nır. Onun əsərlərinin təsiri ilə siz əvvəl-axır heç bir şeyə səcdə et­mə­yə­cəksiniz, özünüzdən başqa heç nəyə inanmayacaqsınız. Bu kitablar si­zin həyatınızın bir dövrünü, sizin mənəvi inkişafınızın bir mərhələsini doldurur – həm də gözəl doldurur. Bu baxımdan onlar olduqca xe­yir­li­dir (Emersonun cavanlıqda təbliğ etdiyi dini doqmalar kimi). Bu ki­tab­lar yalnız mərhələdir. Qocalığında, həyatınızın gərgin, yaxud təntənəli sa­atlarında və ya ölüm ayağında, ruhunuz sonsuz Təbiətin sakit­ləş­di­ri­ci və canlandırıcı təsirini, yaxud onun ədəbiyyatda və insanlarda ini­kasının həsrətini çəkəndə, nə qədər iti olsa da, quru olan ağıldan üz dön­dərəndə, bu kitablar sizə heç lazım olmayacaq.

Filosofluq üçün Emerson çox zərifdir. O, rəssamdan ədəbli, incə tərzlər tələb edir. O, sanki bilmir ki, bizim tərzlərimiz metallurqun və ya kimyaçının metalları bir-birindən fərqləndirdiyi zahiri keyfiy­yət­lər­dir. Yaxşı kimyaçı üçün bütün metallar eyni dərəcədə yaxşıdır, çünki do­ğurdan da belədir. Üzdən gedən, kütlənin düşüncələrini bölüşən bi­ri­si isə qızıl və gümüşü digərlərindən yaxşı hesab edər. Həqiqi rəssam üçün də pis tərz hesab edilən şeylər bəzən daha dəyərli və mənzərəli görünə bilər. Təsəvvür edin ki, Emersonun kitabları bizim canımıza, qa­nımıza işləyib, amerikan ruhunun təməlinə, qidasına çevrilib. Biz ne­cə də sığallanmış, qrammatik baxımdan düzgün, ancaq köməksiz və ifa­dəsiz adam olardıq. Yox, yox, əziz dost! Ştatlara alim lazım olsa da, ola bilsin, onlara həm tez-tez vanna qəbul edən, bərkdən gülməyən, danışıqlarında səhv buraxmayan centlmen və xanımlar da lazımdır. Amma əgər biz hamımız bir nəfər kimi qalan hər şeyi itirərək, belə pro­fessorlara, centlmenlərə və xanımlara çevrilsəydik bu dəhşət olar­dı. Ştatlara əla işgüzar və sosial əlaqələr, əla fermerlər, dənizçilər, us­ta­lar, xidmətçilər, əla atalar və analar lazımdır. Belələri çox olsa yax­şı­dır – qoçaq, sağlam, xeyirxah, vətənpərvər. Qoy, onların xəbəri müb­tə­dası ilə uzlaşmasın, gülüşləri silahdan açılan atəş kimi partlasın! Əl­bət­tə, Amerika üçün bu azdır. Amma əsas lazım olan şey budur, həm də çoxlu sayda. Həm də deyəsən, Amerika qorxunc səhvlərə və düz yol­dan sapmalarına baxmayaraq intuisiya ilə, şüursur olaraq, əl ha­va­sı­na, məhz bu məqsədə doğru gedir. Nə isə xüsusi (Avropadakı kimi) if­rat incə, cilalanmış insanlar (bütün insanlıqdan təcrid olunmuş) özü- öz­lüyündə pis şey deyil, amma Birləşmiş Ştatlar üçün bu, uyğun deyil. Bu, bizim amerikan ideyasının məhvi, real ölümüdür. Bundan başqa, Bir­ləşmiş Ştatlar əsas avropa millətlərinin keçmişlərdə və indi ya­rat­dı­ğı xüsusi, spesifik təbəqə ilə öz möhtəşəmliyi və mənəvi zərifliyi ilə ya­rı­şa və ya heç olmazsa müqayisə oluna biləcək bir təbəqə yaratmaq qüdrətində deyil. Yox, Amerikanın məqsədi bu deyil. Məqsəd ilk dəfə dün­ya tarixində, Yerin nəhəng və müxtəlif məkanlarında – qərbdə, şərq­də, şimalda, cənubda – böyük, çoxqəbiləli həqiqi Xalq ya­rat­maq­dır. Bu ada layiq, qəhrəman şəxsiyyətlərdən, qadın və kişilər­dən iba­rət Xalq – bax, Amerika bunun naminə yaşayır. Reallaşarsa, bu, həm (bəlkə də son vaxtlar ikiqat şəkildə) müvafiq sosial təlimlərin, ədə­­biyyatın, incəsənətin – əgər onlar bizdə nə vaxtsa yaranarsa, – həm də bizim demokratik siyasətin nəticəsi olar.

Bəzən mənə elə gəlirdi ki, Emerson çətin ki, poeziyanın, sözün ən ali mənasında, – Bibliyanın, Homerin, Şekspirin poeziyasının – nə ol­du­ğunu anlayır, hiss edir. Mahiyyətcə, onun xoşuna daha çox ci­la­lan­mış söz birləşmələri və ya nə isə qədim yaxud qəribə misralar gəlir, mə­­sələn Uollerin: «Sən, gözəl gül!» yaxud Lovlesin «Lukastaya» şeiri, köh­­nə fransız şairlərinin və s.-lərin gülməli qəribəliklər. Əlbəttə, o, gü­cə heyrandır, lakin öz heyranlığını centlmen kimi bildirir və qəlbinin də­­rinliyində belə güman edir ki, Allahın və şairlərin bu möhtəşəm key­fiy­­yəti həmişə oktavalara, incə üsullara, səslərin və sözlərin zərif səs­lən­məsinə tabe olmalıdır.

Yadıma düşəndə ki, mən nə vaxtsa, çox illər əvvəl, bir çox gənc ki­mi Emersonun təsir dairəsində olmuşam (bu, səthi və son dövrlər ol­sa belə), onun kitablarını heyranlıqla oxumuşam, mətbuatda ona «Mü­əl­lim» deyə müraciət etmişəm və bir aya yaxın inanmışam ki, mən hə­qi­­qətən də onun tələbəsiyəm – mən heç bir xoş olmayan hiss ke­çir­mi­rəm, əksinə, bundan razıyam. Mən gördüm ki, odlu düşüncəsi olan ək­sər cavanlar mütləq mənəvi gimnastikanın bu mərhələsini keçirlər.

Emerson doktrininin əsas üstünlüyü ondadır ki, o, onu məhv edən nəhəng yetişdirir. Onun hər səhifəsində eşidilir: «Kim yalnız tə­ləbə və davamçı olmaq istəyər?». Heç vaxt öz tələbələrinə müstəqil yol­la getmək üçün belə sonsuz azadlıq verən müəllim olmayıb. Bu mə­sələdə o, əsl təkamülçüdür.

Qocanın cavabı
Ədəbiyyat sahəsində, ona ən yüksək meyarlarla yanaşsaq (bir oxu­muş və çox təcrübəli bir ədəbiyyatçı yenicə çıxmış bir yazışında be­lə deyir), «atanın səltənəti bitib, oğulun səltənəti bitmək üzrədir və ru­hun səltənəti gəlir». Bu sözlərin mənasını anlamağı oxucunun öz öhdə­si­nə buraxıb, mən qarışıq şəkildə olsa da, ingilis tənqidçisinin mənim həm həqiqi, həm də onun güman etdiyi görüşlərim və məqsədlərim haq­qında sözlərini (onlar əsasən poeziya sənətinə aiddir) başa düş­dü­yüm kimi izah etməyə çalışacam. Mən ona cavab verməyə, yaxud ona öz kitablarımın məqsədlərini izah etməyə başlasam, bunu birbaşa yox, do­layısı ilə, yardımçı qeydlər vasitəsilə edəcəm. Əlbəttə bu qeydlər sırf şəx­si xarakterlidir. Nə qədər olmasa da, bəzən mənim deyingən eqo­iz­mim boylanacaq, mızıldanmalar üzə çıxacaq – axı məni bütün böyük ta­nınmış jurnalistlər inkar ediblər və etməkdədirlər. Özüm artıq yetmiş iki ilin yükünü daşıyıram ki, bunun son 18 ilini ifliclə məhv olun­mu­şam.

Heç bir böyük poemanı, heç bir ədəbiyyat və ya incəsənət əsərini mü­əllifin dövrünü, siyasi görüşlərini (varlığını, yaxud yoxluğunu) və məq­sədlərini, onun zahirini və onun arxasında gizlənən ruhunu, eyni za­manda bu əsəri yaradan və ona forma verən həmin vaxtların həyat şə­raitini nəzərə almadan dəyərləndirmək olmaz. Bibliya himnləri öz za­manının ruhunu əks etdirir. Homerin, Dantenin, Şekspirin, köhnə şot­land və irland balladaları, Ossian və Ömər Xəyyamın yaradıcılığı da belə. Beləcə, üzərində uzun illər işlədiyim «Otun yarpaqları»nı ya­rat­mağı düşünəndə, mən elə bil ki, ancaq öz hisslərimi ifadə edirdim, ə­slində isə onlarda xüsusi bir qüvvə ilə reallıq, XIX əsrin ruhu, dü­şün­cə­lər, real həyat, şəxsiyyətin çox tərəfliliyi, Amerika, Vətəndaş müha­ri­bə­si, demokratik qüvvələrin ona düşmən olan hər şeylə mübarizədə nai­liyyətləri əks olunmuşdu. Şübhəsiz ki, mənim şeirlərim (uzun illər ər­zində yaranacaq minlərlə şeirlərin bir hissəsi) həyatın gerçək şə­raitinə işıq salır, ancaq «demokratik incəsənət» hələ bu tezlikdə öz la­yiqli ifadəsini və formasını tapa bilməyəcək – əgər bu, ümumiyyətlə mümkündürsə.

İndi isə mən çoxlarının vacib hesab etdiyi bir şey haqqında mü­ba­hisə etmək istəyirəm – incəsənət problemi haqqında. Mənə də xeyirli olan belə bir müşahidə etmişəm: bütün müasir şairlər, kiçik istisnalar ol­maqla, öz vaxtlarını bütünlüklə, ya da çox qismini təmtəraqlı qa­fi­yə­lə­rə, qəribə söz birləşmələrinə ayırırlar, onlar paltarın parçası və üst-ba­şı, bər-bəzəyinin, hazırcavablığının, üsul və ustalığın qayğısına da­ha çox qalırlar. Bütün bu ikinci dərəcəli şeylər bizim günlərdə ön pla­na keçir. Halbuki Təbiət açıq-aşkar bizə zamanı yetişəndə qəti və dön­məz şəkildə bir məqsədə irəliləməyi öyrədir, zahiri görkəmin, tənqidin qay­ğısını çəkmədən – qoy, bunlar öz-özünə getsin. Mən nəinki üslub, for­ma, ədəbi üsullar məsələsinə diqqət ayırmışam, boynuma alım ki, on­lara qarşı bir az laqeyd olmuşam, bəzən hətta onlara ikrah hiss et­mi­şəm. Mən onlardan «neqativ xeyir»dən başqa heç nə tələb et­mə­mi­şəm, yəni onlar mənim məqsədim olmayıb, heç bir şəraitdə mənə ma­ne­çilik törətməsinlər və mənim yaradıcılığıma sahib olmasınlar.

Mənim ədəbi yaradıcılığımın lap əvvəlindən məni kəskin, bəzən hət­ta kobud və amansızca tənqid edib. Mən isə tənqidi dinləməkdən imtina etməmişəm. (Belə ki, mənim bir üstünlüyüm olub: mən şeir­lə­ri­mi özümün əsas yeganə prinsipimə sadiq qalaraq yaratmışam; ancaq mə­nim işlərimdə uzunmüddətli fasilələr olub, bəzən 5-6 il, həm mü­ha­ri­bə zamanı, həm də sülh şəraitində). İngilis Reskin məni ciddi və qor­xunc bir şeydə günahlandırır: mənim şeirlərim yumor hissindən məh­rum­dur. Bir dərin düşüncəli alman tənqidçi ondan narazıdır ki, ümumi qə­bul olunan zərif dünya poeziyası ilə müqayisədə mənim şeirlərim so­yuq­dur, sərtdir, onlarda ekzotika, parlaqlıq, süjet və mövzu ardıcıllığı yox­dur. (Mənim kitabım əslində avtobioqrafikdir. Bəlkə mən kvaker (pro­testant sektası– tərc.) əsilli olduğuma görə səthi ehtiraslara görə boş hay-küy qaldırmaq həvəsim də yoxdur). E.-K. Stedmen də məndən çox narazıdır ki, sadə xalqı «kütlədə» tərənnüm edəndə qəhrəmanlığı, se­çilmişlərin, ali təhsilli kəslərin, état-major yüksək mənəviyyatını və xoş məramlarını kifayət qədər dəyərləndir­mi­rəm. Mən doğurdan da, es­tetika və əxlaq sahəsində demokratik kütlədən, Birləşmiş Ştatların «göv­dəsindən» ciddi nailiyyətlər gözləmişəm və hələ də gözləyirəm. Baş­qa heç nə istəməmişəm və razı qalmamışam. Əgər Amerikaya yal­nız nümunələr, dəb və başqa dövlətlərin kiçik meyarları lazımdırsa, əgər o, état-majorun hökmranlığı ilə razılaşırsa, onda o, mənim qəbul et­diyim ölkə deyil və mən bu gün o nəticəyə gəlməliyəm ki, mənim bü­tün ədəbi yaradıcılığım və ədəbi nəzəriyyələrim mənasız imiş və özlərini doğrultmadılar. Vicdanla desək, müasir poeziya nümunələri­nin əksəriyyəti böyük və ya kiçik qənd parçalarıdır, yaxud dadlı şirin tor­tun tikələridir – hətta qurmanlar da bu ifrat şirinlikdən doyurlar. Bu, belə bir nəticəyə gətirir: böyük qəhrəmanlıq poeziyası olması üçün bi­zə qəhrəman oxucular lazımdır – auditoriya qəhrəmanlığa susamış olmalıdır.

Bizdə nə isə oxşar bir şey varmı?

Əsas şeyi unutmaq olmaz və bu fikri dəfələrlə təkrarlamaq la­zımdır: saysız maddi nemətlər, siyasi azadlıq, nəhəng torpaq sahələri, «biznesin» və istehsalatın görünməmiş inkişafı, hətta bulaq kimi qay­na­yan intellekt və «mədəniyət» də bizim respublikanı bəşəriyyətin və ta­rixin önünə qoymayacaq, onu «demokratik incəsənət» sahəsində yük­sək nailiyyətlərə, heç zirvəsini demirəm, gətirməyəcək. Yalnız yük­sək mənəvi, ruhani və qəhrəman surətlərin – başında qüdrətli və gözəl Po­e­ziya olmaqla dünyanın nə vaxtsa görə bildiyi möhtəşəm milli Ədə­biy­yatın – yaradılması (həm də geniş miqyasda) bizə bu məqsədə çat­ma­ğa imkan verəcək. Müasir orijinal kosmik poema kimi belə bir əsər ya­ratmaq mümkündürsə, onda Amerikanın ona ehtiyacı var və ona layiqdir.

Mənim fikrimə görə, bizim günlərimizdə (bunu qəbul etmək nə qə­dər acı olsa da) sivil millətlərin ədəbiyyat, incəsənt, din və s. sa­hə­sin­də qürur duyduqları hər şey, onların qəbul olunmuş xadimlərinin hə­yata keçirdikləri hər şey həm ədəbiyyatın, həm incəsənətin, həm də dinin tam inkişafına mane olur və gələcək məhsul üçün heç bir zəmin hazırlamır. Mən çoxdan belə bir qənaətə gəlmişəm ki, Yeni Dünya üçün gözəllik haqqında təsəvvürlərimiz (yunanlardan miras aldığımız, Şek­spirə ötürülən və sonra təhrif olunan) köklü surətdə dəyişdirilməli və yenilənməlidir ki, müasir məqsədlərə və daha yüksək tələblərə ca­vab verə bilsin. Əgər bu belədirsə, onda nailiyyətlərin zamanı gələcək, ye­niliyi öz içindən gələcək, üzvi, yerli koloritlə dolu olacaq, özü­nün­kü­lə­şəcək və bizim gözəllik haqqında anlayışlarımız bundan çıxacaq (unut­maq olmaz ki, xətlər və rənglər gözəldir, amma insan surətindən yük­sək heç nə yoxdur).

Mən öz qocalıq çərənçiliyimlə elə çox danışdım ki, əsas və əhə­miy­yətli prinsipin izahına yer saxlamadım, yəni incəsənət vahiddir, o, dar sahə ilə məhdudlaşmır, o, bütün dövrləri, həyatın bütün tərəflərini əha­tə edir. O, yalnız aristokratik və ya yalnız demokratik ola bilməz, elə­­cə də yalnız şərqə, yaxud yalnız qərbə aid ola bilməz. Mən incə­sə­nə­ti yaxşı bir mətbəə şriftlərinin dəstinə bənzədərdim ki, burada hər hərf ey­ni dərəcədə lazımdır. Ya da bir vaxtlar mənə: «Mənim üçün fər­qi yox­dur, fermerlər mənim yanıma hardan gəlir, təki yaxşı buğda və ya­x­şı arpa gətirsinlər», – deyən qoca hollandiyalı dəyirmançıya bən­zə­dər­dim.

Hərflərin dəsti həmişə bu və ya digər dərəcədə eynidir. De­mo­kra­tik incəsənət demokratik inkişafın, parlaq, həqiqi milli özünə­məx­sus­luğun və həmin səhifəni yığan kəsin inamının nəticəsidir.


İstifadə olunmuş

ədəbiyyat

Azərbaycan dilində


  1. Aida İmanquliyeva. «Qələmlər birliyi» və Mixail Nüaymə. Bakı, Elm, 2002.

  2. Aida İmanquliyeva. Cübran Xəlil Cübran. Bakı. 1975.

  3. Aida İmanquliyeva. Yeni ərəb ədəbiyyatı korifeyləri. (XX əsrin əvvəllərində Şərq və Qərb ədəbiyyatlarının qarşılıqlı əlaqəsi probleminə dair). Bakı., Elm, 2003.

  4. Aristotel. Poetika. Tərc., məqalələr və şərhlər A.Aslanovundur. Bakı, 1974.

  5. Bünyadzadə K. Şərq və Qərb. İlahi vəhdətdən keçən özünüdərk. Bakı, Nurlan, 2007.

  6. Cabbarlı C. Aydın // Seçilmiş əsərləri. Bakı, Çaşıoğlu, 2004.

  7. Cavid H. Əsərləri 4 cilddə, I-II cild. Bakı, «Yazıçı», 1982.

  8. Cavid H. Əsərləri 5 cilddə, 3-cü cild. Bakı, “Lider”, 2005.

  9. Cavid H. Əsərləri 5 cilddə, I cild. Bakı, Elm, 2005.

  10. Cübran C.X. Ərəb dilinin gələcəyi // “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalı, 2008, № 1.

  11. Cübran C.X. İblis // “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalı, 2007, № 3.

  12. Cübran C.X. Millətlər və onların mahiyyəti // “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalı, 2008, № 1.

  13. Cübran C.X. Peyğəmbər // “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalı, 2007, № 4.

  14. Cübran C.X. Seçilmiş kəlamlar // “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalı, 2007, № 4.

  15. Əliyeva Mehriban. “Mədəniyyətlərarası dialoqda qa­dın­la­rın ro­lu­nun genişlən­mə­­si” mövzusunda keçirilən Beynəlxalq fo­rumda çıxışı. “Azər­bay­can” qəzeti, 11 iyun 2008-ci il.

  16. Əsədova A. Azərbaycan ədəbi fikrinin incisi // A.İman­qu­li­ye­va. Yeni ərəb ədəbiyyatı korifeyləri. (XX əsrin əvvəllərində Şərq və Qərb ədə­biyyatlarının qarşılıqlı əlaqəsi probleminə dair). Bakı., Elm, 2003.

  17. Elçin. Vilyam Şekspir haqqında söz // Vilyam Şekspir. Pyeslər və sonetlər, Bakı, Yazıçı, 1980.

  18. Xəlilov S.S. Aida İmanquliyeva Azərbaycanda Şərq-Qərb prob­le­ma­­tikasının ilk sistemli tədqiqatçısı kimi // Şərq və Qərb: ortaq mənəvi də­yər­lər, elmi-mədəni əlaqələr. Bakı, Elm, 2004.

  19. Xəlilov S.S. Azərbaycanda yeni tədqiqat istiqamətinin: Şərq-Qərb pro­b­lematikasının əsasını kim qoymuşdur? // «İpək yolu», 2004, № 2.

  20. Xəlilov S.S. Bir daha Cübran haqqında // «Fəlsəfə və sosial-siyasi elmlər», 2007, № 3.

  21. Xəlilov S.S. Cavid və Cübran // «Fəlsəfə və sosial-siyasi elmlər», 2007, № 4.

  22. Xəlilov S.S. Cavid və Cübran: ideya zirvəsində görüş // “Ədəbiy­yat qəzeti”, 25.12.2008, N 3, (3598).

  23. Yüklə 2,22 Mb.

    Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin