Şərq-Qərb Tədqiqat Mərkəzi Səlahəddin XƏLİlov


Aida İmanquliyevanın yaradıcılığında



Yüklə 2,22 Mb.
səhifə2/21
tarix18.03.2017
ölçüsü2,22 Mb.
#11827
1   2   3   4   5   6   7   8   9   ...   21

Aida İmanquliyevanın yaradıcılığında

ədəbiyyatşünaslıq məsələləri

və ədəbi-bədii komparativistika

Belə yanaşma Şərq ədəbiyyatında...

çox məhsuldar ola biləcək sonrakı müqayisəli

bədii təhlil üçün yol açmağa imkan verir.

Aida İmanquliyeva
Aida İmanquliyevanın yaradıcılığını ona görə ərəbşünaslıq və ya şərq­şü­nas­lıq çərçivəsində nə­zər­dən keçirməklə məhdudlaşmaq olmaz ki, burada ümu­miy­yət­lə ədəbiyyatşünaslıq, xüsusən ədə­biy­yat nə­zə­riy­yə­si baxımından maraq do­ğu­ran çox ciddi məsələlər qaldırılır.

Aida xanımın ədə­biyyatşünaslıq sa­hə­sin­də­ki xid­mət­lə­ri­ni aşağı­da­kı kimi qrup­laş­dır­maq olar:



  1. Ədəbiyyatın missiyası poeziyanın mahiyyəti məsələsi.

  2. Ədəbi-bədii cərəyanlar və onların mahiyyəti. Bir tərəfdən, ma­arifçi realizm və sensualizmlə romantizm arasında, digər tərəfdən, ro­mantizm və tənqidi realizm arasında qarşılıqlı keçidlər.

  3. Ədəbi-bədii komparativistika.

  4. Dünya ədəbiyyatı tarixində mühüm bir dövrün işıqlan­dırıl­ma­sı. Romantik poeziyanın Qərbdə və Şərqdə yaranması və inkişafı.

Bütün bu məsələlər üzrə A. İmanquliyevanın Azərbaycan ədə­biy­yatşünaslığı üçün yeni, orijinal baxışları var. Aida xanım, görünür, tə­biətən ona xas olan nə­zə­ri-fəlsəfi düşüncə tərzindən irəli gələn bir xü­susiyyət kimi, hansı məsələdən bəhs edir­sə etsin, mütləq onun ma­hiy­yətini açmağa çalışır. Məsələn, onun əsərlərində bu qəbildən olan fun­damental suallara tez-tez rast gəlmək olar: «Bir yaradıcılıq nö­vü ki­mi bədii əsər özlüyündə nə ifadə edir? Nədir bu: təsəvvürün, tə­xə­yy­ü­­lün məh­sulu, yoxsa gerçəklik mən­zərəsinin dəqiq təsviri?»1 Postmodernizmin məşhur nümayəndələrindən biri Rolan Bart da diqqəti bu problemə yönəldir: “Doğurdan da, əvvəlcə ədəbiyyatın mahiyyəti haqqında düşünmədən, ədəbiyyat tarixini necə yazmaq mümkün ola bilər?”2



Prob­­lemi qoyduqdan son­ra Aida xanım ədəbiyyatşünaslıq tarixinə mü­ra­­ci­ət edərək V.Q.Belinskinin estetik kon­sepsiyasını yada salır və bu­ra­da həmin suallara cavab axtarır: «Can­lı ger­çək­lik­də çox gözəlliklər var, …ancaq bu gerçəklikdən həzz almaq üçün biz əvvəlcə öz fik­ri­miz­­də ona yiyələnməliyik. …İstedadlı bir rəssamın kətan üzərində ya­rat­­dı­ğı mənzərə təbiətdəki hər han­sı bir gözəl mənzərədən daha yax­şı­dır. Bəs nəyə gö­rə? Ona görə ki, burada heç bir təsadüfi və gə­rək­siz şey yox­dur, bütün hisslər bü­tö­və tabe olub, hər şey bir məqsədə is­ti­qa­mət­lə­nib, hər şey öz­lü­yün­də bir gözəl tam və fərdi olanı yaradır».3 Əs­lin­də bu izahat Şərq düşüncə tərzini ifadə edir. Am­ma nə et­mək olar ki, po­e­zi­ya özü bütövlükdə Şərq ha­di­sə­sidir. Bu­nu Qərb mü­tə­fəkkirləri öz­lə­ri də eti­raf edir­lər. Təsadüfi deyildir ki, He­­­gel: «Şərq şüuru Qər­bin­­kinə nis­­bə­tən daha poetikdir…»,1 – de­yirdi. Qərb ədəbiyyatı nə qədər inkişaf et­­sə də, o öz kökləri ilə Şərq ruhuna bağ­­lıdır. Bu məsələ mübahisəli oldu­ğu qə­dər də, önəm­­li bir mə­sə­lə­dir. Ai­da xanım poezi­ya­nın ma­hiy­yəti ilə əla­­qədar düşüncələ­rin­də bir daha bu problemə toxunur. Be­lə ki, onun bəhs et­di­yi şairlər həm də gör­kəm­li mü­­tə­fək­kir ol­duq­larına görə, on­la­rın fikir dün­­ya­sını işıq­­­landırmaq üçün mü­əl­lif özü də bir sıra el­mi-nə­zə­ri kateqoriyaları təh­lil edir və Azər­baycan ədə­biy­yat­şü­naslığı üçün ye­ni olan belə məsələlərdə əlavə iza­hat verməli olur. “Bir çox in­gi­lis və ame­rikan ro­man­tikləri bu möv­zu­nun bədii tə­cəs­sümünü şəxsiyyət və onun hə­qiqəti intuitiv dər­ki prob­lemləri ilə əlaqələn­di­rir­dilər. Kai­nat və Dünya ruhunun ma­hiyyəti ra­si­o­nal idrak üçün əlçatmazdır və gün­­dəlik təcrübəyə tabe deyildir, bu­­na görə də, əsas va­sitəsi yalnız şai­rin qadir ol­duğu təxəyyül və bəsirətdir”.2

M.Nüaymənin «Şair və poeziya» adlı məqaləsini təhlil edərkən Aida İman­qu­­liyeva onun möv­qe­yi­ni V.Q.Belinskinin mövqeyi ilə mü­qa­yisə edir: «Bu mə­qa­lə­də Belinskinin tənqidi görüşlərinin təsiri hiss olu­nacaq qədər özünü göstərir. Nü­aymə poeziyanı insanın üzvi tələbatı he­sab edir. O, yazır: “Po­e­zi­ya bütün dövr­lər­də insanın yanında olub. İn­­san dünyaya gəldiyi andan poeziya onun beşiyinin ba­­şın­da du­rub…”».3 Maraqlıdır ki, XX əsrin bö­yük filosoflarından biri Martin Hay­­deg­ger də po­e­zi­ya­nın il­kin­­liyini, on­to­lo­ji funksiyasını önə çək­mə­yə ça­lışır. O, ya­zır: «Poeziya varlığın söz­­lə ya­ra­dıl­­ma­sı­dır. O, sa­dəcə “mə­­dəniyyətin ru­hu”nun ifa­dəsi ol­ma­yıb, həm də hər şeyin ilkin ma­hiy­yətini ifadə edir».4 Və bu ide­ya M.Haydeggerin yeni fikirlərindən biri hesab olunur. Halbuki, Aida xa­nı­mın təd­qi­qa­­tın­dan gə­tir­di­yi­miz mi­sal­dan göründüyü kimi, eyni ideya M.Nüaymə tə­rə­findən daha əvvəl və daha ar­qumentli şə­kil­də irəli sü­rül­­müşdür. La­kin M.Nüaymə də öz növbəsində bu ide­yaya ənənəvi Şərq düşüncəsi zə­­mi­nin­də gəlmişdir. «Var­lığın sözlə yaradıl­ma­sı» te­zi­sinin kökləri nə az, nə çox – Füzulinin «söz – candır» ide­yasına ge­dib çı­xır. Mir Cə­la­lın yazdığı kimi, Füzulinin «şeir, söz sənəti haq­qın­da­kı təsəvvürü ol­duq­­­ca genişdir. O, şeiri həyatın, varlığın (kursiv mə­nim­dir – S.X.) ən yük­sək formada inikası hesab edir».1

Aida xanım həm Qərb, həm də Şərq şair-mütəfəkkirlərinin po­e­zi­ya haqqında düşüncələrini mü­qa­yi­səli surətdə təhlil edərək, poe­zi­ya­nın mahiyyəti və funk­si­ya­la­rı, şairlik missiyası ilə əlaqədar dolğun tə­səv­vür yaradır ki, bütün bunlar Azər­bay­can estetik fikri və ədəbiyyat nəzəriyyəsi üçün zəngin ma­te­ri­a­­ldır.

Bədii ədəbiyyat İnsan-Dünya, İnsan-Təbiət, İnsan-Cəmiyyət prob­­­lemlərini ən ümumi şəkildə qoymur. Lakin bununla belə bədii ədə­­­biyyat üçün müəyyən ümumiləş­dirmə (tipikləşdirmə) səciy­yə­vi­dir. Bu­­rada Aristotelin poeziya haqqında məşhur fikrini xatırlamamaq müm­­kün deyil. “...Poeziya ta­rixdən daha fəlsəfi və daha ciddidir: poeziya daha çox ümumidən, tarix xüsusidən bəhs edir.”2

Lakin bədii ədəbiyyat, poeziya nümunələri ümumilik də­rə­cə­si­nə görə müx­təlifdir. O, tarixdə olduğu kimi, konkret bir hadisənin tə­fər­­rüatını, spe­si­fi­ka­sı­nı, tək­rarlan­maz­­lığını, unikallığını da əks et­di­rə bi­­­lər. Daha doğrusu, bədii əsər bun­­­suz mümkün deyil. Zira o əslində yal­­­nız tək­­­­cəni və ya yalnız ümu­mi­ni deyil, tək­­cə, xüsusi və ən ümu­minin əla­qə­si­ni və vəhdətini əks et­di­rir. Dəqiq ün­van­lı təbiət gu­şə­lə­ri­nin, konkret tarixi ha­di­sə­lərin və ayrı-ayrı şəx­siyyətlərin bə­dii tə­­rən­nü­münə həsr olunmuş əsər­lər çox vaxt məhz fər­di­lik­dən, tək­rar­sız­lıq­dan, özü­nə­məx­sus­luq­­dan çı­­xış edir ki, bu da hə­min əsər­­­ləri məhz tarixlə ya­xın­laş­dı­rır. Mə­­sə­lən, Ho­merin po­e­ma­la­rı, “Dədə Qor­qud”, “Manas” və s. bəl­kə də bə­dii nü­mu­nə ol­maq­­dan da­ha çox, ta­rixi informasiya mən­bəyi ki­mi, hə­min dövrün adət-ənə­nə­lə­ri, hə­yat tərzi, tə­fəkkür üslubu və dil xüsu­siyyət­ləri haq­qın­­da heç bir tarix kita­bın­dan ala bilməyə­cəyimiz dərə­cə­də məlumat ve­­rən mədəni-mənəvi irs kimi qiy­mət­li­­dir. Beləliklə, epos­lar, tarixi po­e­ma və ro­manlar ic­timai həyatın müəyyən bir döv­rünü daha dolğun əks etdir­məklə tarixi abi­dəyə çevrilir.

Digər tə­rəfdən, bədii for­mada yazılmış fəl­səfi əsərlər də bədii əsər kimi de­­yil, məhz fəlsəfi ba­xım­dan maraq doğurur. Mə­sələn, Luk­­retsi Karın “Şeylərin təbiəti haq­qın­da” poeması, Şeyx Mahmud Şə­­büs­tərinin “Gülşəni-raz” məsnə­visi... Cüb­ranın “Peyğəmbər”i də əslində bir poeziya nü­munəsi olmazdan əvvəl, bir hikmət das­ta­nı­dır.



Ədəbiyyat adı altında elə müx­tə­lif əsərlər palitrası əhatə olu­nur ki, burada ifrat konkretlik və təsvirçilik­dən ifrat ümumi­ləş­dir­mə və mücərrədliyə qədər hər cür əsər tap­maq mümkündür. Bəli, poeziya tarixə nisbətən ümumi, fəlsəfəyə nis­bə­tən xüsusidir. Bu iki qütb ara­sın­dakı ge­niş sahədə isə ümu­mi­lik dərəcəsinə görə bir-birindən ciddi surətdə fərqlənən müxtəlif əsərlər yerləşir. Poetik əsərlərin bir qismi ta­­­ri­xə, di­gər qismi isə fəlsə­fə­yə yaxındır. İfrat hallar, yuxarıda dediy­i­miz kimi, nəzm­­lə yazılmış ta­rix və nəzmlə yazıl­mış fəlsəfədir. Bun­la­rın heç biri əs­lində po­e­zi­ya deyil. Bun­ların heç biri elm də deyil. İstər elm, is­tərsə də bədii ədəbiyyat və in­­­cə­sənət tarixdən fəl­səfəyə, hadi­sə­lər dün­yasından ma­hiy­yət­lər dün­ya­sına gedən böyük yolun müxtəlif mən­­tə­qə­ləri­dir. Daha doğ­rusu, söh­bət ey­ni başlan­ğıc­dan ey­ni sonluğa apa­ran iki müx­təlif yoldan gedir. Bu yol­ların bi­­rini məntiq, digərini hiss şö­­lə­si işıq­lan­­dırır, bi­rində anla­yışlar, di­gə­rin­də his­­si ob­raz­lar bə­lədçilik edir.

Bəzən bədii əsərlər sin­kretik xa­­­rak­ter daşıyır və əsərin əsas qa­yə­s­i­nin, fəl­­sə­fi konsep­si­yanın açı­lı­şı­na apa­­ran bu iki yolun birindən o bi­rinə mü­vəq­qə­ti ke­çidlər edi­lir. Məsə­lən, Ni­­za­mi­nin poe­maları belə sinkre­tik­­lik ba­xı­mından səciyyəvidir. Nəzm­­lə ya­zıl­mış elmi-fəlsəfi ricətlər ümumi struk­­tu­ra daxil olur. Müəllif ümu­mi fəl­­­səfi kon­­sep­siyanın açı­lı­şı­na ge­dən yol­­­la­rın hər iki­sini işıq­lan­dırmağa ça­lı­şır. “Xos­­rov və Şi­rin”­­də in­sani mə­həbbə­tin ümum­dünya cazi­bə­si kon­teks­tin­də şərh olun­ma­sı mə­nə­­vi və maddi dün­yanın vahid qa­nunlara tabe olma­sı, dünya­nın vəh­də­ti və ahəng­­dar­lığı, daxili tamlığı ideyasını ifadə edir. Be­lə­lik­lə, sufi fəl­­sə­fə­si­nin mü­­hüm mə­qam­larından biri olan vəh­dəti-vücud təlimi, Ni­zami ya­radı­cılığında tə­bi­ət qanun­ları ilə mə­nə­viyyat qa­nun­­larının ey­niy­­yə­tin­dən çıxış etməklə həm elm, həm poeziya və həm də fəlsəfi fi­kir va­si­təsilə ifadə olu­nur.



Bu gün sintetik təfəkkür ancaq tarix, poeziya, elm və fəlsəfə üçün deyil, ədəbi tənqid və publisistika üçün də zəruridir. Bizim üçün XX əsrin əvvəllərində və indi yaranmış zərurət azadlıq, müstəqillik uğ­run­da mübarizə aparan və ya yeni müstəqillik əldə etmiş bütün xalqlar üçün səciyyəvidir. Maraqlıdır ki, Cübran, Rey­ha­ni və Nüaymə də Mir­zə Cəlil, Cavid, Ü.Ha­cıbəyov və o dövrün başqa görkəmli ya­zarları ki­mi, bütün bu janrlarda yazıb-ya­ra­dırdılar. Çünki əsas olan forma yox, çat­­dı­rıl­ması vacib ideyalar idi. Ai­da xa­nım bu ha­­disənin səbəb­lə­ri­ni Əmin ər-Reyhanidən bəhs edər­kən be­lə açıq­layır: “O, özünü yal­nız ya­­zı­çı de­yil, həm də mübariz və­tən­pər­vər hiss edirdi. Özünün bütün ma­raq və dü­­­şün­cələri ilə o, xalqın ictimai-si­ya­si və mə­nə­vi həyatının mər­kə­zin­də dururdu. Ər-Rey­haninin publisistika ilə təbii bağlılığı da bu­radan irə­li gəlirdi”.1

Ədəbi tənqid sadəcə bədii ədə­biy­yatı izləməklə məhdudlaşmırsa, onun önün­­də getmək, ona yol gös­tər­mək istəyirsə, onda gərək yal­nız ədə­­­­biy­yatdan de­yil, sosial-mənəvi ger­çək­­liyin məntiqi təhli­lin­dən, el­mi-fəl­sə­fi fikirdən də bəh­rə­lən­sin.

Şərqdə mənəviyyat daha çox də­rəcədə fərdin öz miqyası ilə məh­­dudlaşdığından, cəmiyyətin mədə­ni-mə­nəvi həyatın­dan ayrıla­raq özü­­­nə qa­pıl­dı­ğın­dan, insan daha çox öz dünya­sında yaşa­dı­ğın­dan, onun xa­rici dünya ilə, maddi hə­yat­la əlaqəsi əsasən iki for­ma­da həyata ke­çir:

1. Fərdi mənəviyyat aləminin qapıları ani olaraq açı­lır və xa­ri­ci mü­hitlə intensiv əlaqə yaranır. Bu əlaqə özü müstəqilləşir və insanın xarici təsirə məruz qalmadığı dövr­də, soyuqqanlı düşüncə şə­raitində qərarlaşmış fərdi mənəviyyat oyundankənar və­ziyyətdə qa­lır. Fərdi aləm unudu­lur və insan dünyaya ancaq mühitlə inten­siv əla­qə­nin təsirindən, emosional re­ak­siyadan doğan konkret bir tap­­­şırıq, hökm, qərarla çıxır. İl­lər boyu for­ma­laşmış kon­septual dü­­şüncə arxa plana keçir, emosiya vulkanının püs­kür­­düyü lavanın altında qalır.

Şərqdə məqam düzgün dəyərləndirilə bilmədi. Xəyal gerçəkliklə bir araya gətirilmədi.

Şərqdə insanın dünyaya münasibəti əsasən aksioloji xarakter da­şı­yır, fərdi mə­nə­viyyat prizmasından kənar hadisəyə sadəcə qiy­mət verilir, ona yaxşı və ya pis mü­na­sibət bəs­lənir, sonra isə bu mü­nasibət ya poetik yol­­la vəsf edi­lir (mədhiyyə və ya həcv yazılır), ya da daha sistemsiz və da­ha impulsiv yolla adi şüur səviyyəsində bü­ru­zə verilir.



İnformasiyanın qəbul olun­ması da əsasən təəssürat formasında, aksioloji xətlə həyata keçir.

2. Fərdi mən prizmasından baxdıqda dünya ancaq ağ və qara rəng­­lərdə gö­rün­düyündən, çox vaxt tə­sadüfi amillər nəticə­sində ya ağ­la­rın, ya da qaraların si­ya­hısına dü­şən ha­disə­lər uyğun olaraq tərif­lə­nir və ya pis­lənir. Eyni hadisə­nin müx­­­­təlif yö­nüm­lərdə müxtəlif rəng­ləri üzə çı­xa­rıl­mır, məsələyə dialektik ba­­xım­dan, sistemli şəkil­də yana­şıl­mır. Təh­lil aparılmadığına görə, bir münasibətdə “yax­şı” kimi qə­bul olu­nan hadisənin pis cəhət­lə­ri aşkar edilmir və əksinə.
Professor A.İmanquliyeva­nın ya­­ra­­dıcı­lığı ən çox romantik po­e­zi­ya ilə bağ­­lı­dır. O, təkcə ərəb mü­ha­cir şa­ir­­lə­rinin romantikasını araş­dır­maq­la kifayətlənməyə­rək, onları Qərb ro­­man­tik poeziyasının gör­kəm­li nü­mayəndələri ilə müqayisəli su­rət­də təh­­lil edir. Lakin tədqiqatını bu­nun­la da məhdudlaş­dır­ma­­ya­raq, bütöv­lük­­də ro­mantik poeziyanı ədə­biy­yatda yeni ruhlu bir hadisə kimi nə­zər­­dən keçirir və bu kon­­tekstdə ədə­bi-bədii metodlar və onların ma­hiy­yə­ti haqqında olduqca dəyərli fi­kir­lər söyləyir ki, bun­lar da Azər­bay­can ədəbiyyatşünaslığında bu sa­hə­də aparılan araş­dırmalar sırasında xü­susi yer tutur. Tə­əssüf ki, Aida xa­nım bir ədəbiyyat nəzə­riy­yəçisi ki­mi hələ indiyə qədər öyrə­nil­mə­di­yindən, onun bu sa­hədəki qiymətli fi­kir­­ləri də dərsliklərimizdə yer al­mamışdır.

Azərbaycanda romantizm haqqında ilk geniş həcmli tədqiqat əsə­­­ri akademik Məm­mədcəfər Cə­fə­ro­vun “Azərbaycan ədəbiyyatında ro­mantizm” (1963) ki­tabı­dır. Bu kitabda Azərbaycan ədə­biy­ya­tın­da ro­man­tizmin bir ədəbi-bədii cərəyan ki­mi formalaşması və inkişafı onun baş­lıca nüma­yən­dəl­ə­ri sayılan M.Hadi, H.Ca­vid, A.Şaiq və s. tim­sa­lın­da geniş şərh edilmişdir. M.Cəfərin özü isə bu sahədə ilk qiy­mətli addımların 50-ci illərin ortalarında Mir Cəlal Paşayev və Cəfər Xən­dan Ha­cıyev tərəfindən atıldığını qeyd edir.1 Sonrakı dövrdə Yaşar Qa­ra­­yevin “Faciə və qəhrəman”, Məsud Əli­oğlunun “Hüseyn Cavidin ro­man­tizmi” əsərləri də ro­man­­tiz­min mahiyyətinin açılması və öl­kə­miz­­də romantik poeziyanın əsas qa­yə­si­nin və ideya çalarlarının mü­əy­yən­ləş­di­­ril­mə­si baxı­mın­dan ciddi hadisə he­sab olu­­na bilər. Lakin tə­əs­süf ki, Azər­bay­can ədə­biy­­ya­tın­da bu prob­lem, M.Cə­fə­rin təd­qi­qat­ları is­­tisna ol­maq­la, nə­zə­ri səpkidə az araş­dırıl­mış­dır və mil­li ədəbiyyat çər­­çivəsi ilə məh­dud­laş­dırıl­dı­ğın­dan, onun müxtəlif təzahürlərini dün­ya­­da gedən ədəbi pro­ses­lər kontekstində nəzərdən keçirmək müm­kün ol­mamışdır. Yaxşı ki, bu cəhəti ro­mantizm tədqiqatçılarının özləri də gö­rür və etiraf edir­lər: “...Ro­man­tiz­mi lokal mil­li çərçivədə araş­dır­maq... doğru ol­maz­dı. O, ümumdünya miqyaslı ədəbi ha­­di­sədir. Bu isə milli zə­min­lə ya­­na­şı, onu vahid dünya ro­man­tizm mə­də­niy­yəti işı­ğın­da araş­dır­mağı şərt­­lən­di­rir. Buna bizim Azərbaycan ro­man­tiz­minin xü­su­si­lə eh­ti­yacı var­­dır. Dün­­ya romantizmi ilə əlaqələrin indiyə qədər la­zı­mi səviyyədə öy­­rə­­nil­­məməsi romantiklərimizin tarixi-milli ədəbi xid­mə­tini lazımın­ca qiy­mətlən­dir­məyə mane olmuşdur”.2 Vəli Osmanlı bu­nu 1985-ci ildə yazır. Və sanki bu boşluğu doldurmaq üçün 1991-ci ildə Aida İman­qu­li­yevanın haqqında bəhs etdiyimiz fundamental təd­qi­qat əsəri işıq üzü gör­müşdür.

Bizim fikrimizcə, dünya ədəbiyyatında romantizmin əsas isti­qa­mət­lərini həm Şərq, həm də Qərb şairlərinin timsalında araşdırmaqla Aida İmanquliyeva bu ədə­­bi-bə­dii metod haqqında daha geniş miq­yas­lı təsəvvür yaratmış, onun təməl prin­­sipləri və mahiyyətini aç­maq sa­hə­­sində məqsədyönlü nəzəri tədqiqat apar­mış­dır. Aida xanım müqa­yi­sə­li təhlil sa­yə­sin­də habelə romantiz­min müx­tə­lif­liyi və rən­­ga­rəng­li­yi­nə bax­­mayaraq, bü­töv, ümum­bə­şə­ri bir hadisə oldu­ğu­nu, an­caq Qərb mə­­də­niy­­yətinin məh­sulu ol­madığı­nı və əslində Şərq poetik vüsəti­nin san­ki Qərbə trans­fer olu­na­raq sosial təh­lil­lə bir sin­tez kimi yarandığını gös­tər­miş­dir. Təsadüfi de­yildir ki, Qərb ədəbiyyatşünasları romantik poezi­ya­nın təməlində J.J.Russonu görürlər. Lakin cəmiyyətin rasional təh­li­lin­dən çıxış edən “so­yuq düşüncəli” Russo bu qədər çılğın, qaynar bir ədə­­bi-bədii ha­di­sə­nin təməllərindən ancaq biri ola bilərdi; bəs o biri? O biri təməlin Şərq­lə bağlılığını bəzən qərblilər özü də etiraf edir. Mə­sə­­lən, İ.V.Gö­te­nin “Şərq-Qərb divanı” bütövlükdə belə bir etirafın bə­dii ifa­dəsidir. C.Bay­ronu Şərqə, Şərq mövzusuna çəkib aparan da məhz “o bi­ri tə­məl” idi.

Aida xanım da əgər bir tərəfdən Qərb romantik poeziyasının ərəb məhcər ədəbiyyatına təsirindən danışırsa, digər tərəfdən təməldə yenə də Klassik Şərqin dayandığını qeyd edir: “Şərqin ədəbi ənənələri Qər­bin romantik dünya qavramının tə­şək­külündə müəyyən rol oynamışdır. Qərbin bir çox romantik şair­ləri tə­­xəyyülləri üçün ilhamı məhz Şərqdə axtarırdılar. Hələ keçən əsrin əv­­vəllərində Göte romantik şairlərə zi­ya­rə­­tin yolunu göstərmişdir”.1



Əlamətdar haldır ki, romantik ərəb poeziyasının nümayəndələri öz­ləri də ənənəvi Şərq poeziyasının Qərb romantizmi üçün təməl ro­lu­nu qeyd edirlər. Məsələn, Cübran “İbn Sina və onun poeması”adlı əsə­rin­də İbn Sinanın şeirlərində səslənən bəzi ideyaların sonralar Şekspir və Gö­­te də daxil olmaqla, bütün Qərb poeziyasında əsas motivlərdən bi­ri ol­duğunu yazır.1 Aida xanım da bu məqama xü­su­si diqqət yetirir və bu poetik nümunə əsasında Şərq-Qərb əlaqələrini ortaya çıxa­ran Cüb­ra­na haqq qazandırır.

Aida İmanquliyeva izah edir ki, ro­­mantik metodu zəruri edən sə­bəb əs­­lində möv­cud reallığın yazıçını qa­ne etməməsi və onun qəh­rə­ma­nı­nın da­ha yüksək bir hə­yat arzusu ilə ya­­şa­ma­sıdır. “Romantik qəh­r­ə­­manla cə­­miy­­yətin qarşıdurması, on­la­rın bir-bi­rini başa düşməməsi – on­­ların qarşılıqlı əlaqələrinin ən ümumi gös­tə­­ri­ci­sidir. Bu – aydındır. Axı, adi qəhrəmanlar adi həyatla yaşayır, on­lar çoxcəhətli, cis­mani və mü­­rək­kəb insanlardır. Romantiklərin qəh­rə­ma­nı başqadır, yalnız yük­sək məq­səd və ideallarla yaşayır. Gün­dəlik hə­yat onun üçün möv­cud de­yildir, bu­na görə də, romantik yazıçılar bu həyatı təsvir etmirlər”.2

Romantizm barədə Mir Cəlal­dan Aida xanıma qədər olan dövrdə apa­rılan tədqiqatlar da, heç şübhəsiz, sonuncunun konseptual baxış­la­rı­nın for­ma­laşmasında müəyyən rol oynamışdır. Lakin təəssüf ki, A.İman­­­­qu­li­yevanın 1964-91-ci illərdə çap olun­muş əsərləri Azərbay­can ro­man­­tizm­şünaslığında­kı son­rakı tədqiqat­lar­da, demək olar ki, nə­zə­­rə alın­­ma­mış­dır. Görünür, məhz bu­a görə də, mil­li ədə­biy­yat­şü­na­s­lı­­ğı­mız­da bu sa­hənin nəzəri və kompa­ra­ti­vis­tik araş­dırılması hələ in­di­yə­­dək milli çər­çi­və­dən kənara çıxa bilmir. Hal­bu­­ki, Aida xanımın 1991-ci ildə çap et­dir­­diyi fundamental mo­no­qra­fi­ya ro­man­­tik ədə­biy­yat ba­rə­də təsəv­vür­ləri yeni səviyyəyə qaldırır.

Dünya ədəbiyyatşünaslığında belə qəbul olunmuşdur ki, ro­man­ti­zm bir ədəbi-bədii cərəyan və metod kimi Qərb hadisəsidir. Digər tə­rəf­dən, biz klassik Şərq poeziyasında da tez-tez romantizm ün­sür­lə­rinə rast gə­li­rik. Bəs onda nəyə görə romantizmin tarixi bir neçə əsr əvvələ çəkilmir?



Əlbəttə, böyük mövzu əhatəsi və fikir tutumu olan, ilham pə­ri­si­nin qa­nadlarında, bəlkə heç özləri də bil­mə­dən, öz dövrünün poeziya ənə­nəsinin sədlərini keçərək çox uzaq­la­ra gedən dahi şairlərin ya­ra­dı­cı­lı­ğın­da romantik ünsürlər yox de­yil. Bu fi­kir Nizami və Füzuliyə aid ol­duğu ki­mi, Dante və Şeks­pi­rə də aid­dir. Tə­sadüfi deyildir ki, Elçin Əfəndiyev Şeks­pi­rin Azərbaycanca nəşrinə yaz­dığı ön sözdə onun qəhrəmanlarının romantik əhval-ruhiyyəsindən bəhs edir.1 Lakin Qərbdə romantizmin Dan­te və ya Şeks­pir­lə baş­lan­dı­ğı­nı söy­­ləmirlər. Çünki onların ya­ra­dı­cı­lığı da sinkretikdir. Bu­rada klas­si­siz­min də, maarifçiliyin də, sen­ti­men­talizmin də, roman­tiz­min də, rea­liz­­min də ünsürlərini tapmaq, əl­bət­­tə, mümkündür. Am­ma söh­bət me­to­­dun konturlarının gö­rün­mə­sin­dən, du­rulub kristal­laş­ma­sından ge­dir. Po­e­ziyanın ideya-siyasi ger­çək­lik­lə, döv­rün ab-havası ilə, icti­mai ger­çək­­­lik­lə deyil, onlara qarşı olan üs­yankar ruh­la səs­ləş­mə­sindən ge­dir. Düz­dür, hər han­sı bir ideya-bədii is­tiqamət məhz tam for­ma­laş­dıq­dan son­ra, onun ən əsas xüsusiyyətləri özü­nü qaba­rıq su­rət­də bü­ru­zə ver­dik­dən sonra, – ancaq bütün bun­lar­dan­ sonra geriyə, ta­rixə nəzər sal­­maq və ənənəvi poeziyanı da hə­min me­yarlar ba­xı­mın­dan yenidən nə­zərdən keçirmək mümkün olur.

Görkəmli Azərbaycan ədəbiy­yat­­­­şü­nası və tənqidçisi Yaşar Qara­yev hərdən bir “orta əsrlər Şərq ro­man­­tizmi” ifadəsini işlətsə də, yu­­xa­rı­­da göstərdiyimiz mühüm fərqi görür və onu belə izah edirdi: “Füzuli – ro­mantik poeziyanın hələ Skeletsiz və İblissiz (dialektik qütb­ləş­mə­lər və qarşıdurmalar) dövrünün hadisəsi idi və “Leyli və Məcnun”da mən­fi surət, xalis şər obrazı hələ yox idi”.2



Nəzərə alınmalıdır ki, Şərq poe­ziyası sinkretik poeziyadır, bu­ra­da ədəbi-bədii metodlar müstəqil istiqa­mət­lər kimi diferensial­laş­­ma­mış­dır. Şərq poeziyası heç milli mən­su­biy­yətinə görə də bölünmür. Tə­­sadüfi deyildir ki, Hegel poe­zi­ya­nın mil­­li xüsusiyyətlərinə görə təs­­nif edərkən Şərq poeziyasında böl­­gü apar­madan onu ispan, ingilis, yu­nan, alman və s. poeziyaları ilə bir sıraya qoyur1; yəni bölünməyən va­hid kimi götürür. Çünki bütün Şərq xalq­la­rı üçün vahid bütöv bir ənə­nə var­dır. Çünki millətlərin hələ for­ma­laş­ma­dığı bir dövrdə milli poe­zi­ya da ola bilməzdi. Lakin Şərq poe­zi­ya­sı­nın bü­tövlüyü və ənə­nə­vi­liyi özü­nü bü­tün metodları ehtiva etmək baxı­mın­­dan da göstərir. He­ge­lin haq­lı ola­­­raq mü­şa­hidə etdiyi kimi, “Şərq­də bölünməz, möhkəm, va­hid, sub­­stan­­sional olan üstünlük təş­kil edir... Qərb isə, xüsusən yeni dövr­­­də, son­suzluğun mün­təzəm bö­lün­­mə­sin­dən və parçalanmasından çı­xış edir”.2

Kim isə Şərq poeziyasının bu ənə­­­nəçiliyini və bütövlüyünü bir mə­ziy­yət kimi dəyərləndirə bilər. Bu­nun müs­­bət cəhətləri həqiqətən də var­­dır. Hər bir xalq öz milli poe­zi­ya­sı­nın hü­dud­­­ları ilə məhdudlaşma­ya­raq, bü­töv­lük­­də Şərq (antik və islam) poe­zi­­ya­sı­­nın daşıyıcısı və va­ri­si olur. Bu, həm də Şərq ru­hu­nun qorunub sax­lan­ma­sı­­na xidmət edir. La­kin bö­lün­mə­dən, şa­­­xə­lən­mə­dən, di­fe­ren­si­al­­laş­­madan in­­­kişaf et­mək müm­kün deyil. Ye­ni dövrdən başlanan Qərb­də elmin bü­tün sahə­lə­­rin­də ol­du­ğu kimi, po­eziya da hansı isə ehkamlara, qəliblərə, ənə­­­nə­lə­rə pər­çim­lən­mə­yə­rək, zamanın tələbinə uyğun surətdə şa­xə­lən­di, ye­ni me­­tod və for­malar ya­randı. Ona görə də, romantik poeziyada gör­dü­yü­­müz Şərq ün­sürləri onun orijinallığını şüb­­hə altına ala bilməz. Gö­rü­nür, məhz buna gö­rə­dir ki, Aida İman­qu­li­yeva ərəb ro­man­tik­lə­ri­ni sa­də­­cə Şərq poetik ənə­nə­lərinin davamçısı və ya Şərq poeziyasının in­­ki­şa­fında yeni mər­hələ kimi təqdim etmir, on­ların məhz Qərb ro­man­tik poe­zi­ya­sın­dan təsir­lə­nə­rək yazıb-ya­rat­dıq­larını xüsusilə vurğula­yır.1

Romantizm ancaq poeziya miq­ya­sında bir hadisə deyildi. O, yeni iq­ti­sadi münasibətlərə keçid nə­ti­cəsində əl­də olunmuş azadlıq ab-ha­­va­sı­nın bü­töv­lükdə düşüncə tər­zi­nə, in­cə­­­­sənətin bü­tün sahələrinə tə­si­ri­­nin nə­­ti­cəsi idi. İn­sanın öz yaradıcı gü­­cü­nə, da­xili po­­tensialına inamı ar­tır və o, əsrlər bo­yu formalaşmış kon­ser­va­tiv ic­ti­mai buxovları qırıb at­maq, özü­nün la­yiq olduğu daha ka­mil mənəvi-es­te­tik həyat sə­viy­yə­s­i­nə yük­səl­mək əz­mi ilə yazıb-ya­radır.

Qərbdə romantik poeziyanın ide­­­­­ya qaynaqlarının Şərqdəkindən fərq­­­­­li olması Qərb romantik şair­lə­ri­nin əsərlərində, onların bədii-es­te­tik ide­allarının təkamül yolunda da özü­nü göstərir. Məsələn, Uitmen üçün Şərq və Qərb əslində Amerikanın iki qütbüdür.2 Onun bütün ide­al­­­ları öz vətəni, öz dövləti ilə, bu dövlətdə azadlıq və demokratiyanın tən­­­tənəsi ilə bağlıdır. Şərq poeziyasında da şəxsi həyatın, cari prob­lem­­lərin fövqünə qalxmaq və yüksəklərdə uçmaq ənənəsi vardır. Lakin Şərq adamı qanad açan kimi, birbaşa Allaha çatmaq üçün uçur. Arada mil­­lət və dövlət dayanacaqları yoxdur. Çünki klassik Şərqdə poeziyaya qanad verən dini hissdir, müqəddəslik duyğusudur.

Bir Şərq tənqidçisi Qərb ro­man­tik­lərinin yaradıcılığını təhlil edər­­­­kən, on­ları poetik vüsətin yetərsizliyində təq­sirləndirərdi. Axı, tək bir Ameri­ka­nın hüdudlarında fırlanan təxəy­yül bütün Yer kü­rə­sini, bü­tün ul­duz­lu səmanı, bütün əbə­diy­yəti ehtiva edən Şərq təxəy­yü­lü mü­qa­bi­lin­də çox məhdud görünür.

Başqa bir misal. Corc Bay­ron “Çayld Harold” poemasında öz öl­kə­sinə sığmayan qəhrəmanı ilə bə­rabər bütün Avropa boyu Şərqə doğ­ru hərəkət edir və bütün Avropa xalq­larının azadlıq hərəkatına ilham ve­rir. Onun xəyalları dü­zən­gah­la­ra sığmır və o, yalnız dağların yük­sək­­liyində rahat nəfəs alır. Bu həmin dağ cazibəsidir ki, Puşkini və Ler­montovu da Qafqaz sıra dağlarının zirvələrinə cəlb edirdi. Abdulla Şai­qin romantik ruhunun təkamülündə rus romantik poeziyasının və “dağ” mövzusunun rolundan bəhs edən Vəli Osmanlı yazır: “Həm rus, həm də bizim Şərq romantiklərinin uca dağlara pənah gətirməsinin səbəbləri də oxşardır. Uca dağlar səmaya, ulduzlar dünyasına, əbədi sonsuzluğa yaxındır”.1 Bayrondan Puşkinə və Lermontova, onlardan isə Şaiqə qədər gəlib çatan ədəbi əlaqə dalğaları!

Bayron yazır:

­

Mən dağlara qalxdım, dağda yaşadım.

Mənim üçün həyat yalnız ordadır...2
Bəli, Bayronun romantizm yolu cismani dünyanın real­lıq­la­rın­dan, təbiətin öz gözəlliklərindən bəhrələnir, yüksəklik təsəvvürü – dağ­la­rın zirvəsindən keçir. Lakin şair təxəyyülü burada da qərar tuta bil­mir.
Məgər dağlar, dalğalar, səmalar

Könlümün bir parçası deyilmi?3
Belə düşünmək olardı ki, şair Şərq üslubunda təbiətdən daha yük­sək könül dünyasına, oradan da Allah ideyasına gedib çatacaqdır. La­kin Qərb şairinin buna nəfəsi çatmır və o, könülü kainatın bir hissəsi kimi görür.1

Növbəti şeirlərindən birində Bayron yenə də tarixi səhnələrin təs­virindən, cismani dünyanın nasiranəliyindən ayrılaraq poetik ilha­mın qanadlarında Şərq idealını fəth edir, – kimi görünür.


Gözəlliyin bütün idealı qarşımızdadır,

...

Biz Tanrını görürük, səsini eşidirik. 2

­

Bəli, nəhayət, şair Tanrı idealına yaxınlaşır. Və burada təsəvvüf poe­zi­yası ilə bir uyğunluq görünür. Lakin elə sonrakı bənddə aydın olur ki, Bayron qədim yunanların mərmərdən düzəltdiyi Tanrı heykəlinin gö­zəlliyindən bəhs edirmiş.


Bu mərmər adi insan əlində dirilmişdir.

Olimpdən poeziya ilə endirilmişdir.3
Bayron “Ənəl-Həqq” deməsə də, insanın yaradıcı qüdrətini, onun qurduqlarının gözəlliyini tə­rən­nüm edir və Tanrını da bu yara­dı­cı­­­lıq­da görür. Bu cür yanaşma Qər­­bin təkcə poeziyasında yox, es­tetik fik­rin­də də öz əksini tapmış­dır. Məsələn, Qərb fəlsəfəsinin zirvə­sin­də du­­ran He­gel özünün «Estetikaya dair mühazirələr» kitabında es­te­­ti­ka­nın predmeti kimi təbiətdəki gö­zəlliyi deyil, «incəsənət sahəsini, ya­­xud, da­ha dəqiq desək, bədii yara­dı­cı­lığı»4 götürür. Əlbəttə, es­te­ti­ka­nın hə­­lə bir müstəqil fənn kimi formalaş­ma­dığı dövrlərdə, onun pred­me­­ti­nin ne­­­­­cə seçilməsi mə­sələsi nisbi ola bi­­lər. Bunu be­lə başa düş­mək olar­­dı ki, təbiət gözəlliyi estetikanın yox, on­to­lo­gi­ya­nın pred­me­ti­nə aid edi­­lir. Za­tən, Gö­zəllik və Həqi­qə­tin eyniyyəti prinsipi də bunu tə­­ləb edir. La­kin təəccüblü olan Hege­lin ver­diyi iza­hat­dır. O, tə­bi­ət­dəki gö­­zəl­­li­yi öz tədqiqat pred­me­tindən ona gö­rə çıxarır ki, sən demə, in­cə­sə­nət­­də­ki gö­zəl­lik təbiət gö­zəlliyindən daha yüksək imiş.1 Bax, bu­nun­la ra­­zılaşmaq heç cür müm­kün deyil. Üstəlik He­gelin arqumenti, yəni sə­nət­dəki gö­zəl­liyin yük­­səkliyini insan yaradıcılığı və deməli ruhla əla­qə­liliyi ilə izah et­mə­si yolverilməz­dir. Bəli, burada söhbət fərdi ru­hun yük­­sə­li­şin­dən, can­lanmasından ge­dir. Və He­gel də bir idealist kimi ru­­hun təbiətə nis­­bə­tən üstünlüyünü vur­ğu­la­mağa çalışır. Lakin təəssüf ki, bu mə­qamda təbiətdəki gözəlliyin daha yüksək bir ruh hadisəsi ilə əla­­qə­sini, müt­ləq ruhun təzahürü ol­masını nəzərdən qaçırır. Bəli, həmin o mütləq ruh tərənnümçüsü Hegel bir qərbli ol­du­ğunu bu məqamda büruzə verir. “Əslində olan, dırnağında bildirər”.

Fərq göz qabağındadır. İstər Hegel, istərsə də Bayron və Uitmen kö­­çüb göylər səltənətində əyləş­mə­­­yə deyil, əl-ələ verib yerləri göy­­lərə qal­­dırmağa çalışırlar. Cübran Xə­­lil Cüb­ran isə bu poeziyanı doğma qə­­­bul et­sə də, onu yenə də Şərq sim­volikası priz­masından keçirir. Arzu və ideallarda yaxınlıq olsa da, ifa­də üsul­­la­rın­da müxtəliflik vardır. İn­sa­­nın yük­səlişi təbiətin, kainatın, dün­­ya­nın də­­­yərsizləşdirilməsi he­sa­bı­­na həyata ke­çirilməməlidir. Şərq (is­­lam) po­ezi­ya­sın­da insan göylərə qal­­­­dırılarkən, islamın mühüm ide­ya­la­rın­dan biri çox vaxt unu­dul­muş olur: “Göylərlə yerin yara­dıl­ma­sı in­san­­la­rın yaradılmasından da­ha bö­­­yük bir şeydir” (Qurani Kərim 40/57). İn­san oğlunun göylərə qal­dı­rıl­ması ondakı ilahi nəfəsin müt­ləq­­ləş­­di­ril­mə­­si müsəlman düşüncəsin­dən da­ha çox xristian təfəkkürünə (İsa­nın tan­­rılaşdırılması) uyğundur. Çağ­­daş Qərbin təsəvvüfə böyük m­a­­­rağı da, görünür, ən çox bununla bağ­­lı­dır. Ərəb romantikləri zatən xris­­­tian idi­­lər. Lakin buna baxma­ya­raq, ərəb milli mədəniyyətinin, Şərq də­yər­­­lə­­ri­nin daşıyıcısı olması on­la­rın dün­­ya­gö­rüşünü daha da zən­ginləş­di­rirdi.

Aida İmanquliyeva göstərir ki, Cübran və Reyhani müəyyən mə­qam­larda öz realist baxışları ilə Qərb ro­mantiklərindən bir addım irəli ge­­dir­lər. onların yaradıcılığında “ro­man­tik löv­hələr çox vaxt rea­list mən­­zərələrlə ya­naşı təsvir edilir”. Ər-Rey­hani də “Uit­­men kimi keç­­­miş­də harmonik, azad şəxsiyyəti, onun ro­mantik pa­fo­sunu axtarır­dı, müs­­təqillik və maarifçilik kultu uğrunda mübarizə ide­yalarını milli ənə­­­nələrlə uzlaşdırırdı”.1



Cübranın sivilizasiya və in­san­lardan təbiətin qoynuna qaçan azad­­­­­­­fikirli romantik qəhrəmanı ...öz da­xili aləminə qapanan xəyal­pər­vər bir şəxsdir, o özünü böyük işə həsr edən mübariz deyildir. Onun fər­­diy­yət­çiliyi qiyamçılıq formasını almır, o, gerçəkliyə məğrur tənha­lı­ğı ilə qarşı durur. Təbiətin qoynunda o, hər şeydən əvvəl, “ruh və ürə­­­­yin, fikir və bədənin həyatı”nı tapır, için­­də özünüdərkə doğru bir oya­­­nış və meyl hiss edir”. 2 Lakin “Tufanlar” he­ka­­yəsinin qəhrəmanı heç də müəllif simasını təmsil etmir. Çün­ki Cüb­ran özü başqa əsər­lə­rində belə passiv möv­qeyə qarşı çıxır. Xü­su­sən xris­tian kilsəsinə, möv­hu­mata mü­na­­si­bət­də tutduğu mövqe kifayət qə­dər kəskindir. Yeri gəl­mişkən, Cüb­ran yara­dıcı­lığın­da­kı bu mövqe Azər­baycan ədəbiyyatında öz geniş ək­sini tapmış olan mövhumata qar­şı mübarizə mo­tiv­ləri ilə səsləşir. La­kin belə paralellərin konkret tədqiqata ehtiyacı vardır.

Azərbaycan ədəbiyyatşünaslığında komparativistika bir qayda ola­­­raq “ədəbi əlaqələr! çər­çi­və­sində inkişaf etmiş və bu zaman alt qat­da­­kı əlaqələrə, ideya-bədii vəhdət mə­qamlarına çox nadir hallarda mü­ra­­ciət edilmişdir. Belə ki, bu və ya digər xa­rici ölkə yazıçısının bü­töv­lük­də Azər­bay­canla və Azərbaycan ədə­biy­­yatı ilə ilk baxışda nəzərə çar­­­pan zahiri əlaqələr tədqiqata cəlb edilmişdir. Bu cür tədqiqat­la­rın adı da çox vaxt “filankəs və Azə­r­bay­can” tipində olmuşdur ki, bu da hə­­­­min yazıçının nə vaxtsa Azər­bay­can­da olub-olmaması, ölkəmiz haq­­qın­­da nə isə ya­zıb-yazmaması, bi­z­im ayrı-ayrı yazıçılarla şəxsi mü­na­si­­­bəti və ən çox onun əsərlərinin di­li­mi­zə müxtəlif tərcümələri və bu tər­cü­mələrin, ne­cə deyərlər, sonrakı həyatı, milli ədəbiyyata təsiri və s. bu kimi möv­zu­ları əhatə edir. Lakin ədəbiyyatçılar öz predmetlərinə sa­­diq qalaraq, ide­ya paralellərinə çox nadir hallarda müraciət edirlər. Yə­ni ədə­biy­yat­lar arasında zahiri planda heç əlaqə yoxmuş kimi görü­nən hallarda, ide­ya yaxınlığı və onun kök­lərinin axtarılması bizim üçün bir növ yeni hadisədir.



Əlbəttə, Aida xanımın əsas təd­qi­qat predmeti olan ərəb mühacir ədə­biy­ya­tının görkəmli nümayəndələri Qərb dün­yası ilə hadisə qatında da əla­qə­li i­di­lər. Yəni kimsə müəyyən bir müd­dətdə Amerikada, Av­ro­pa­da, yaxud Rusiyada yaşayır, on­la­rın hə­yat tərzinə bələd olur və ey­ni za­manda yerli ədəbiyyatı da mə­nim­sə­yir və hətta ondan təsirlənirdi də. Və bu hallar şübhəsiz ki, Aida İma­n­qu­li­yevanın tədqiqatında da öz ək­si­ni tapmışdır. Lakin əlamətdar olan cə­hət budur ki, o, əlaqələri ayrı-ay­rı yazıçıların şəxsiyyəti və yara­dı­cı­lığı çər­çivəsində deyil, bu yazı­çı­­la­rın mənsub olduğu dəyərlər siste­mi, mə­də­niyyətlər və sivili­za­siyalar ara­sında müqayisəli təhlil konteks­tin­də aparır. Bu isə ar­tıq nəzə­riy­yə­dir və həm də böyük fəlsəfi tutumu olan bir nəzə­riy­yə­dir. Bax, bu mə­qam­da Aida xanım ədəbiy­yat­şü­nas­lıq­la fəlsəfə ara­sın­da ortaq sahəyə qədəm qoyur və burada da dayan­ma­yaraq, Şərq-Qərb kom­parativistikasının fəlsəfi səviyyəsinə keçir.

Aida xanımın əsərlərində izahını tapan bir çox nəzəri məsələlərlə ya­naşı, ədəbi-bədii komparativisti­ka təcrübəsi də milli ədəbiyyat­şü­nas­­lı­ğımız üçün böyük əhəmiyyətə malikdir. Şərq və Qərb düşüncə tərz­lə­­ri­nin xüsusiyyətlərini nəzərə al­maq­la aparılan müqayisələr Azərbaycan ədə­­biy­ya­tı­nın da dünya ədə­biy­yatı kontekstində nəzərdən keçirilməsi və Qərb romantik poeziyası ilə para­lel­lər ya­radılması üçün geniş im­kan­­lar açır. Bəs nəyə görə Aida İman­qu­li­yeva öz yaratdığı meto­do­lo­ji ba­­­­za­dan istifadə edərək Azər­bay­can ədə­biyyatı ilə paralellər aparmır? Bu­­nun ancaq bir cavabı vardır. Sovet döv­ründə ideologiyanın təsirinə mə­ruz qalmış ədəbiy­yat­şü­naslıq ədə­bi-bədii metod və cərəyanların da ob­­yektiv elmi təs­ni­fa­tı­na və ya­zı­çı­la­rın yara­dı­cı mövqeyinin düzgün də­­yərləndirilməsinə im­kan ver­mir­di. Be­lə ki, romantizm az qala bir ça­tış­­mazlıq, hətta mürtəce me­tod kimi də­­yərlən­dirilir, realizm isə bir mə­ziy­­yət hesab olunurdu. Ona görə də, tən­qid­çilər bir çox sənətkarları­mı­zı san­ki qınaqdan, “qara si­ya­hı­dan” xi­las etmək, habelə onların bədii ya­ra­dı­cı­lığının daha yük­sək meto­do­lo­ji sə­viy­yəsində olduq­la­rı­nı gös­tər­mək üçün imkan daxi­lin­də realist ün­sür­lə­rini önə çəkirdilər. Gö­rü­nür, məhz buna görədir ki, XX əsrin əv­­vəl­lə­rin­də yazıb-yaradan M.Ə. Sa­bir, Mirzə Cəlil kimi sə­nət­karlar an­caq əsərlərindəki re­a­lizm mə­qam­la­rı­na gö­rə qiy­mət­lən­di­ri­lir, ro­man­­­tizm si­­ya­hı­sından çıxarılırdılar. Hal­­buki, on­­lar və həmin döv­rün bu qə­­bil­dən olan yazıçıları da sadəcə tən­qi­di re­a­lizm möv­qe­yin­dən yazıb-ya­rat­mır­dı­lar. Burada romantizmin açıq-aş­kar izlərini gör­mək müm­kün­­dür. Tə­sa­düfi deyildir ki, dünyada məhz ro­­­mantik şairlər kimi tanı­nan, Ai­da xa­nımın da məhz bu möv­qe­dən təq­­­dim etdiyi Cübran, Rey­ha­ni, Nü­aymənin əsərləri təkcə Cavidlə yox, həm də Sabir və Mirzə Cə­lillə səs­lə­şirdi. A.İmanquli­ye­va­nın da məq­səd­­­yön­lü müqayisələr apar­masa da, yerinə düşəndə məhz S­a­birin adını çək­məsi heç də tə­sa­dü­fi deyil. Ümu­­­miy­yətlə, o dövrdə ro­mantizmlə tən­­qidi realizm ara­sın­da dinamik qarşılıqlı keçidlər, bir növ ortaq ya­­ra­dı­­cılıq zo­lağı var idi ki, onun ay­rı­ca elmi-nəzəri tədqiqinə böyük ehti­yac vardır.

Belə hesab olunur ki, Cabbarlı­nın ancaq inqilabaqədərki yara­dı­cı­­­lığında romantizm var imiş və yet­kin Cabbarlı artıq tənqidi rea­lizm və ya hətta sosializm realizmi möv­­qe­yin­dən yazırmış. Lakin bö­yük dra­­­­ma­tur­qa təbiətən xas olan bir ro­man­tik ruh birdən-birə necə itib ge­də bi­lərdi? Mə­gər “Almaz” sa­dəcə realist bir əsər­­dirmi? Əksinə, bu­ra­da ya­zıçı za­­manı qabaqlamırmı və qurulmaqda olan yeni hə­ya­tı və onun sim­vo­li­kalarını bəlkə də bilərəkdən ifrata vardırmaqla onun ab­surd mə­qam­la­rını ortaya qoy­murdumu? Təsadüfi deyildir ki, bu sə­tir­lə­­rin mü­əllifi Ca­vid və Cabbarlı yaradıcılığının müqayisəli təhlilini apa­­rar­kən yazır: “Ke­çən əsrin əvvəlində dün­yanı, həyatı planetlər miq­yas­lı, qlo­bal bir pro­ses kimi gö­türən Cavid nə qədər mücərrəd və «sə­ma­vi» görü­nür­dü­sə, yeni əsrin əvvəlində, qloballaşma artıq həyatın bü­tün sa­hələrinə nü­fuz etdiyi bir vaxtda, bir o qədər realist görünür... Bir əsər­dən son­ra ki­min daha çox realist, kimin daha çox romantik ol­du­­ğu­nu fərq­lən­dir­mək çətinləşmişdir.1

Aida İmanquliyeva bu kontekstdə Azərbaycan ədəbiyyatını təhlil etməsə də, onun romantizmlə bağ­lı irəli sürdüyü ümumi müddəalar, ori­jinal mülahizələr və fəlsəfi səpkili ricətlər, çıxış etdiyi prin­sip­lər və qiy­mətləndirmə meyarları milli ədəbi prosesin də bu elmi-nəzəri və me­­todoloji zəmində araş­dı­rıl­ması üçün böyük imkanlar açır. Digər tə­rə­dən, belə müqayisəli təhlillər və onların elmi-fəlsəfi də­yər­lən­diril­mə­si Azərbaycan romantik ədəbiyyatının dünya ədəbiyyatı kontekstində nə­zərdən keçirilməsi üçün də baza yaradır.



Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin