Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi Mərkəzləşdirilmiş Kitabxana sistemi Metodika və biblioqrafiya şöbəsi


Məmmədxanlının 100 illiyi münasibəti ilə kitabxanalarda keçirilən yubley tədbirləri



Yüklə 244,04 Kb.
səhifə52/66
tarix02.01.2022
ölçüsü244,04 Kb.
#2382
1   ...   48   49   50   51   52   53   54   55   ...   66
Məmmədxanlının 100 illiyi münasibəti ilə kitabxanalarda keçirilən yubley tədbirləri.

Ə.Məmmədxanlının ədəbi irsinin oxucu kütləsinə çatdırması üçün bütün mədəni-maarif müəssisələri, o cümlədən kitabxanalar qarşısında mühüm vəzifələr durur. Kitabxanalarda çoxsaylı oxucu kütləsinin sorğularını ödəmək məqsədilə kitabxanaçılar Ənvər Məmmədxanlının həyat və yaradıcılığına dair ədəbiyyatdan geniş istifadə etməlidirlər.

Qeyd etdiyimiz kimi, Ə. Məmmədxanlı ədəbi irsinin kitabxanalarda təbliği üçün keçirilən tədbirlər planı geniş olmalıdır. Kitabxanalar əyani və şifahi təbliğatın-kitab sərgiləri, mühazirə, söhbət, biblioqrafik icmal, oxucu konfransları və sair kimi forma və üsullardan geniş şəkildə istifadə etməlidirlər.

Yazıçının yaradıcılığını təbliğ etmək məqsədilə kitabxanaçılar ilk növbədə kitab sərgisi təşkil etməlidirlər. Bir sərginin təxmini sxeminin nümunəsini veririk.

1.Başlıq. “Ə. Məmmədxanlı-100”.

2.Yazıçının şəkli.

3.Ə. Məmmədxanlının 100 illik yubleyi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı.

4. Əsərləri.

5.Ə.Məmmədxanlı və kino.

____1____

________ ____2____ ________

________ 3 ________

____4____

Bu münasibətlə Ə.Məmmədxanlının “Babəkin” romanının müzakirəsi, “Seçilmiş əsərləri”-nin icmalını keçirmək olar.

Yazıçının yaradıcılığını geniş oxucu kütləsinə çatdırmaq üçün sual-cavab gecələrindən də istifadə etmək lazımdır. Sual-Cavab gecələri bir-birindən fərqli keçirilməlidir. Sual-cavab gecəsi üçün bir aydan artıq vaxt ayırmaq lazımdır.Həmin dövrdə oxuculara kitabxanaçı tərəfindən hazırlanmış suallar verməli və suala hazırlaşmaq üçün vaxt təyin edilməlidir. Suallar belə ola bilər:

1.Ə. Məmmədxanlı nə vaxt anadan olmuşdur?

2.İlk təhsilini harada almışdır?

3.Ədəbi fəaliyyə nə vaxtdan başlamışdır?

4.Hərbi xidməti harada keçmişdir?

5.Hansı əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur?

6.Hansı əsəri Dövlət mükafatına layiq görülmüşdür?

7.Hansı xalqların yazıçılarından tərcümələr etmişdir?

8.Xidmətinə görə hansı mükafatlara layiq görülmüşdür?

9.Ə.Məmmədxanlı nə vaxt vəfat etmişdir?

Kitabxana işçiləri söhbətlər və mühazirələr vasitəsilə yazıçının həyatı və yaradıcılığı haqqında geniş məlumat veməlidirlər.

Kitabxanaçılara tövsiyə edirik ki, Ənvər Məmmədxanlının 100 illik yubileyi haqqında olan materialları mövzu kartarekası şəklində hazırlayıb oxucuların istifadəsinə versinlər.

Göstərilən tədbirlərin təşkilinə kömək məqsədilə aşağıdakı ədəbiyyat siyahısını bu vəsaitə əlavə edirik.

1.Burulğanlar.-B.,Azərnəşr,1934.-119s.

2.Bakı gecələri.-B.,Azərnəşr, 1936.-214s.

3.Ayna (kinossenari).-B., Uşaqgəncnəşr, 1939.-85s.

4.Qərbə atəş.-B., Azərnəşr, 1943.-74s.

5.25 bahar(oçerk).-Təbriz,1945.-30s.

6.Hekayələr.-B.,Azərnəşr,1946.-185s.

7.Seçilmiş əsərləri.-B.,Azərnəşr,1960.-489s.

8.Seçilmiş əsərləri.-I cild, B.,Yazıçı,1985.-476s.

9.Seçilmiş əsərləri.-II cild, B.,Yazıçı,1985.-323s.

10.Balaca Nərgiz.-B.,Uşaqgəncnəşr, 1955.-52s.

11.Hekayələr.-B., Uşaqgəncnəşr, 1954.-128s.

12.Aud.-B.,Azərnəşr,1947.-319s.

Tərcümələri:

1.M.Qorki. Özgə qapılarında.-B.,Gənclik, 1981.-380s.

2.M.Qorki.Uzaqlıq.-B.,Gənclik,1982.-240s.


Yüklə 244,04 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin