Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi Mərkəzləşdirilmiş Kitabxana sistemi Metodika və biblioqrafiya şöbəsi


Akedemik Zərifə Əliyevanın 90 illiyi münasibəti



Yüklə 244,04 Kb.
səhifə50/66
tarix02.01.2022
ölçüsü244,04 Kb.
#2382
1   ...   46   47   48   49   50   51   52   53   ...   66
Akedemik Zərifə Əliyevanın 90 illiyi münasibəti

ilə keçirilən tədbirlə

Zərifə Əliyevanın 90 illiyi münasibəti ilə bütün mədəni-maarif müəssələrindəo cümlədən kitabxanalarda da kütləvi tədbirlər keçirilməlidir. İlk növbədə kitab sərgisi təşkil olunmalıdır. “Z.Əliyeva-90” başlıqlı sərginin nümunəsini veririk:

1.Başlıq. “Z.Əliyeva-90”.

2.Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.

3.Yubilyarın şəkli.

4.Yubliyara aid nəşr olunan kitablar.

5.Yubley münasibətilə dərc olunan qəzet və jurnallar məqalələri.

____1____

________ ____2____ ________

________ 3 ________

____4____

Z.Əliyevanın 90 illiyi münasibəti ilə dərc olunan materiallardan mövzu kartatekası hazırlanmalıdır. Keçiriləcək tədbirlərdən biri də anım günüdür.

“Yada düşər xatirələr” mövzusunda anım gününün ssenarisini veririk:

Çiçəklərlə bəzədilmiş səhnə.Aparıcılar səhnəyə çıxır.

I aparıcı. Zaman keçdikcə olduqca vacib və əhəmiyyətli bir nüansı xatırlayanda, bəzən sondan başlamalı olursan. İstənilən tanıdığın adamın ölmünü həmişə vaxtsız, ağrılı və qeyri-təbii görünür. Zərifə xanım haqqında xatirələr o qədər canlıdır ki, ölümünü belə yaxına buraxmır.

II aparıcı: Hər dəfə əziz adamımız həyatdan köçəndə onun şəxsiyyəti ilə bağlı anlar yada düşür.Ola bilər ki, həmin anlar o qədər də çox olmasın, lakin müəyyən çalarlarda məhz həmin anlar insanın mahiyyətini açır və bizim yaddaşımızda ömürlük qalır.

I aparıcı: Sən gedəndən bu yerlərdə ətirsizdir güllər,

Sənsiz, günəşsiz qaldı günlər.

Getdin, daha da əziz, müqəddəs oldun,

Zərif xatirə oldun, uzaq səs oldun.

Ürək tək yaxın oldun, görünməz oldun,

Əl çatmaz, ün yetməz oldun.

II aparıcı: Nə qədər dünyada yaşayırıq biz,

Ölüm-sanırıq ki, bizdən uzaqdır,

Elə bilirik ki, bizim ömrümüz

Ömürdən oyana uzanacaqdır.

Bu necə dünyadır, anlamıram mən.

Cilvəsi cürbəcür, rəngi cürbəcür.

Dünən nəfəsilə səni isidən,

Bu gün buza dönür, torpağa dönür.

I aparıcı: Ömrün ağ çiçəkli-yaza bənzədi,

Saçımda baharın mehi gəzərdi,

Təbiət yoluna tər gül düzərdi,

İndi mən hardayam, o gülüm harda,

Nə xöşbəxt imişəm bi zaman allah,

Xəbərim olmayıb bu səadətdən .

Nə xöşbəxt imişəm,

Nə xöşbəxt,

Xöşbəxt!

Bu gün eşitmişəm

Bunu həsrətdən.

Dilin quruyardı sənin, ay həsrət!

Sən bu gün könlümü tarımar etdin .

Ya bunu vaxtında deyəydin mənə,

Ya da ki, lal olub heç dinməyəydin,

II aparıcı: Axır qəbristana el, axın-axın,

Başlarda çətirlər yaşıl qırmızı.

Qəbrin nurla dolsun!

Mənim xalqımın

Nova-Deviçyedə yatan tək qızı!

Bu vüqar önündə biz də baş əydik,

Kaş səni bu halda görməyəydik biz.

Çıxsın duyğularım tanış yollara,

Dillənsin intizar ürəklər kimi

Qoy bu misralarım

Təzə məzara

Sərilsin gecikmiş çiçəklər kimi.

I aparıcı: Yuxuda dünyayla vidalaşıram,

Dünya gözəl idi, ayrılmaq çətin.

Deyirlər, yaxşıdır qocalıb ölmək,

Belədir qanunu kor təbiətin.

Dünyadan ayrılmaq çətindir gülüm

Tez də gəlsə, gec də aparsa ölüm.

Həyatın günləri keçsə də acı,

Ölümdən istəmir insan, əlacı...

Yaşamaq namuslu bir insan kimi

İnsana şərəfdir, böyük nemətdir.

Ömrün uzunluğu bəs deyil, ömrün

Mənalı keçməsi bir səadətdir.

II aparıcı. Ah, mən gündən-günə bu gözəlləşən,

İşıqlı dünyadan necə əl çəkim?

Bu yerlə çarpışan, göylə əlləşən

Dostdan, aşinadan necə əl çəkim?

Həyat dedikləri bu keşməkeşdən,

Qəlbimdə, qanımda yanan atəşdən,

Gecədən, gündüzdən, aydan, günəşdən,

Bu əngin fəzadan necə əl çəkim?

Aparıcılar xorla:

Ölüm sevinməsin qoy! Ömrünü vermir bada,

Ey qədrini canından daha əziz bilənlər,

Şerin bir xatirədən qalacaqdır dünyada,

Sevərək yaşayanlar, sevilərək ölənlər.

Z.Əliyeva özü də bu qabiliyyətə malik idi. O, xöşbəxt bir ömür yaşadı.Bu ömür onun özündən də çox, insanlar , işə və zamana lazım idi.

İstifadə edilmiş ədəbiyyat:

1.Yüksək əqidə [Mətn]: Həkimlik etikası, həkimin ürəyinin və fikirlərinin paklığı /Zərifə Əliyeva;elmi red. Mustafa Topçubaşov.-Bakı: Azərbaycan, 2003.-104s.

2.Kərimov K. Akademik Zərifə xanım Əliyeva və müasir oftomologiya [Mətn]: K.Kərimov; [red.: A.Bayramova, Ş.Hüseynova; məsul red. E.Rəşidzadə; dizayner A. İbrahim].- Bakı: Parni iz Baku, 2010.-182[2]s.

3.Cəfərova N. Alimin xatirəsi yad olundu [Mətn]:N.Cəfərova //Azərbaycan müəllimi.-5 may.-2011.-5s.

4.Fatma Abdullazadə, Sənsiz günəşsiz qaldı günlər.-Bakı: “XXI” Yeni Nəşrlər Evi.-1998.-288s.




Yüklə 244,04 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin