Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi Mərkəzləşdirilmiş Kitabxana sistemi Metodika və biblioqrafiya şöbəsi


II.bölmə. Müstəqillik günü ilə əlaqədar keçirilən tədbirlər



Yüklə 244,04 Kb.
səhifə66/66
tarix02.01.2022
ölçüsü244,04 Kb.
#2382
1   ...   58   59   60   61   62   63   64   65   66
II.bölmə. Müstəqillik günü ilə əlaqədar keçirilən tədbirlər.

Bildiyimiz kimi hər il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin ildönümü qeyd edilir.Bu münasibətlə respublikamızın hər yerində olduğu kimi kitabxanalarda, ümumtəhsil məktəblərində, klublarda və sair yerlərdə bir sıra silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Müstəqillik günü münasibətilə sərginin tərtib olunması vacibdir.Sərgidə Azərbaycan Respublikasının dövlət müstəqilliyi ilə bağlı nəşr olunan kitablar, praşuraları, dövrü mətbuatda çap olunan qəzet və jurnalları nümayiş etdirmək olar. “Müstəqilliyimiz əbədidir” adlı sərginin sxemini nümunə üçün veririk:

1.Başlıq “Müstəqilliyimiz əbədidir”

2.Azərbaycan Respublikasının üçrəngli bayrağı.

3.Müstəqilliyimizlə bağlı görkəmli şəxsiyyətlərin söylədikləri sitatlar.

4.Müstəqilliyimizlə bağlı nəşr olunmuş kitabların nümayişi .

5.Şeir parçası.

Kitablar


1.Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild

2.Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. IIcild

3.Azərbaycanı XX əsrin əvvəllərində müstəqilliyə aparan yollar.

4.Azərbaycan Demokratik Respublikası dövründə ədəbiyyat.

5.Müstəqil Dövlətimiz və Parlamentimiz.

Şeir parçası:

Gəl, əziz bayram, Böyükdür adın,

Görüşək yenə. Böyükdür sanın.

Gül-çişək səpim Sənsən bağbanı

Qədəmlərinə. Bu gülüstanın.

Sitatlar:

1.Müstəqil Azərbaycan dövləti günü-gündən möhkəmlənəcək, inkişaf edəcək və müstəqilliyini heç zaman əldən verməyəcək.

H.Əliyev.

2.Bizim dövlətçilik tariximiz, dövlətçilik ənənələrimiz çox qədim və zəngindir.Bu ənənələr bu gün Azərbaycanda yaşadılır, təkmilləşdirir və inkişaf etdirilir.

Seyfəddin Qəndilov

Tarix elmlər doktoru, professor.

Kitabxanalarda keçiriləcək tədbirlərin ən maraqlısı ədəbi-bədii gecədir. Ədəbi-bədii gecə əsasən iki hissədən ibarət olur.Birinci hissədə tədbirdə iştirak edən qonaqların çıxış və məruzələri dinlənilir.II hissədə isə müstəqilliyimizlə bağlı bir çox vidiolentlər nümayiş olunur. Həmçinin tədbirin bədii hissəsində müxtəlif şeir və musiqilər səslənir. İndi isə “Ən böyük nailiyyətimiz əbədi müstəqilliyimizdir”,adlı ssenarini sizə təqdim edirik.Tədbir Azərbaycanın Dövlət himni ilə başlayır.Səhnəyə üçrəngi bayrağımız gətirilir. Bir çox sitatlar səhnənin divarlarından asılır.Məs: “Müstəqilliyimiz əbədidir”, “İnsanlara hüriyyət, millətlərə istiqlal”, “Haqq verilməz, alınar”, Bir kərə yüksələn bayraq, bir daha enməz” və sair.Tədbir “Azərbaycan” mahnısı ilə başlanır. Aparıcılar səhnəyə daxil olur.

I aparıcı: Oxu dodağım mənim !!!

Alış ocağım mənim !!!

İstiqlal havasını,

xöşbəxtlik nəğməsini

Ürəkdə yanan işıq,

damarda qan oxusun!

Ölməz Əhməd Cavadın

“Azərbaycan”şeirini

Azərbaycan oxusun!!!

Azərbaycan oxusun!!!

Əziz və hörmətli qonaqlar! Hamınızı bu əziz bayramda xoş gördük.Bildiyimiz kimi, xalqımız keşməkeşli mübarizələr dolu tarixi bir yol keçmişdir.Bunların hamısının bir məqsədi, bir məramı olmuşdur: azadlıq,müstəqillik, söhbət ayrı-ayrı şəxslərin deyil, bütöv bir millətin taleyindən, azad və müstəqil yaşaya bilməsindən gedirdi.

II aparıcı: Ermənistan tərəfindən elan edilməmiş müharibə nəticəsində ərazimizin 20 faizinin işğal olunması, bir milyona yaxın qaçqın və məcburi köçkünlər, işsizlər ordusu, ölkə daxilindəki ölkəni parçalamağa çalışan xarici və daxili düşmənlərin məkrli niyyətləri müstəqillik yolunda kövrək addımlarını atan gənc dövlətimizi hər an məhv olmaq təhlükəsi qarşısında qarşısında qoyurdu.(Səhnəyə oxucular daxil olur.Onlar M.Arazın “Bizi vətən çağırır” adlı şerini söyləyirlər.)

I oxucu: İndi bizim ölümlə,

Çarpışan çağımızdı.

Ölümün boğazından,

Yapışan çağımızdı.

Ölümlə tərcümansız

Danışan çağımızdı,

Qılınc qap,vətən oğlu,

Bizi vətən çağırır!

Bu ölüm, qan yoludur,

Ölümdən, qandan keçir.

Bir qolu da qıvrılıb

Azərbaycandan keçir.

Dövran bizdən bac alır,

Şöhrət bizdən yan keçir,

Qılınc qap, vətən oğlu,

Bizi vətən cağırır!

II oxucu:

Bu yolda əyilənə:

“Ölüm haqdı”, deyirik.

Əbədi məzarımız,

Bu torpaqdı, deyirik.

Vətən göyü dəyişməz

Göy bayraqdı, deyirik

Qılınc qap, vətən oğlu,

Bizi vətən çağırır!

Bu, səhra məhkəməsi,

Bu, onun qərarıdır:

“Bircə addım arxada

Son ümid divarıdı!

Bu yurdda yaşamağa

Haqqı yox qərarıdı!

Qılınc qap, vətən oğlu,

Bizi vətən çağırır!

III oxucu:

Gücünə qəzəbini,

Zəhmətini də qata bil,

Düşmənin marığında

Pələng kimi yata.

Bu dağları baba bil.

Oxucular müstəqilliyimizin müqəddəs simvolu olan üçrəngl, ay ulduzlu bayrağı ortaya gətirirlər və Ə.Cavadın “Milli bayrağımıza” adlı şeirini söyləyirlər.

I oxucu: Türküstan elləri öpüb alnını,

Söyləyir dərdini sənə, bayrağım!

Üç rəngin əksini Quzğun dənizdən

Ərmağan yolla sən yara, bayrağım!

Gedərkən Turana, çıxdın qarşıma.

Kölgən dövlət quşu, qondu başına.

İzin ber gözümdə coşan yaşıma,

Dinlətsin dərdini aha, bayrağım!
Qəli xan soyundan aldığın rəngi,

Qocamış il xanla müsəlman bəyi.

Elxanın övladı dinin dirəyi,

Gətirdin könlümə səfa bayrağım!


Köksümdə tufanlar gəldim irəli,

Öpdüm kölgən düşən mübarək yeri.

Allahın ulduzu, o gözəl pəri

Sığınmış qoynunda aya, bayrağım!

SON

Ədəbiyyat siyahısı:



1.Seyidzadə D. Azərbaycan XX əsrin əvvəllərində müstəqilliyə aparan yollar.-B.:2004.-348s.

2.Müstəqillik yolunda yanan işıqlar.-B.: Təhsil, 2004.-342s.

3.Mehdiyev R. XXI əsrdə milli dövlətçilik.-B.: “XXI”-Yeni Nəşrlər evi, 2003.-248s.

4.Müstəqilliyimizin memarı I kitab.-B.:Yazıçı, 2010.-296s.



5.Müstəqilliyin H. Əliyevin yolun //Azərbaycan.-2006.-24 iyun.-6s.
Yüklə 244,04 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin