Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi Mərkəzləşdirilmiş Kitabxana sistemi Metodika və biblioqrafiya şöbəsi


Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi



Yüklə 244,04 Kb.
səhifə59/66
tarix02.01.2022
ölçüsü244,04 Kb.
#2382
1   ...   55   56   57   58   59   60   61   62   ...   66
Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi

Mərkəzləşdirilmiş Kitabxana sistemi

Metodika və biblioqrafiya şöbəsi

Əlimərdan bəy Topçubaşovun 150 illik yubleyi ilə əlaqədar



Əlimərdan bəy Topçubaşov-150

(metodiki vəsait)



Şəki-2013

Tərtib edəni: Əhmədova Nəzakət - Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı.


Redaktor: Nəsrullayeva Zibar - MKS-nin Metodika və

biblioqrafiya şöbəsinin müdiri.

I. Bölmə.Həyatı və yaradıcılığı.

Ə.Topçubaşov 1863-cü ildə Tiflis şəhərində qulluqçu ailəsində dünyaya gəlib.İlk təhsilin I Tiflis Gimnaziyasında alan və təhsil ocağını müvəffəqiyyətlə bitirən Topçubaşov 1884-cü ildə Peterburq universitetinin tarix-filologiya fakultəsinə daxil olur. Lakin qısa zamandan sonra o, hüquq fakultəsinə keçir və 1888-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurur. Peterburq universitetinin hüquq fakultəsinin Elmi Şurası Ə. Topçubaşovun mülki hüquq kafedrasında saxlanması və professor vəzifəsi alması üçün hazırlanması haqqında qərar qəbul edir. Lakin 1889-ci il qəbul edilmiş universitet haqqında çar qanunu xristian olmayan Ə.Topçubaşova müvafiq vəzifəni tutmağa icazə vermir.Ə. Topçubaşov bu hadisədən sonra Tiflisə gələrək məhkəmədə vəkil vəzifəsində çalışır.Tiflis Geodeziya məktəbində hüquqdan dərs deyir. 1896-cı ildə Bakıya gələn Ə. Topçubaşov vəkilliklə məşğul olaraq mürəkkəb məhkəmə proseslərini udur. Bu naliyyətlər şəhər əhalisi içərisində ona böyük nüfuz və hörmət qazandırır.

Ə.Topçubaşov müxtəlif sahələrin mütəxəssisi olaraq tanınmış və uğurlar onu müşayət etmişdir.Belə ki, o, 1897-ci ilin axırlarına kimi “Kaspi” qəzetinin yaradıcılarından və redaktorlarından biri olub.Bu illərdə onun yüzlərlə məqaləsi dərc edilib. Həmin məqalələrdə Ə.Topçubaşov Azərbaycanın şair, yazıçı, dramaturq, görkəmli ziyalıları və şəxsləri haqqında elmi əhəmiyyətli, nəzəri, Rusiya imperyasında yaşayan müsəlmanların vəziyyəti, çarizmin ayrı seçkilik siyasətini pisləyən publisistik məqalələrlə çıxış edib.

Ə. Topçubaşov jurnalistliyə başladığı dövrdən Bakının siyasi və ictimai mübarizə səhnəsinə daxil olmuş və onun başçılarından birinə çevrimişdir. O, Rusiyada yaşayan müsəlmanların vahid təşkilatının yaradılması və fəaliyyətində iştirak etmiş, onun proqram sənədlərini tərtib etmiş, onun sədrliyi ilə keçmiş, “İttifaqi müslümün” qurultayları tərəfindən seçilmiş MK-nın daimi bürosunun üzvü olmuşdur.

Tarixi mənbələrdə göstərir ki, Bakının ictimai-siyasi həyatının ən qaynar və zididiyyətli dövründə-1905-ci ilin sentyabrında çarizm Bakı proletariatı inqilabi mübarizədən çəkindirmək məqsədi ilə neft sənayeçiləri ilə fəhlə nümayəndələrinin müzakirəsini keçirməyə icazə verir. Müşavirə Sankt-Peterburqda keçirilmiş və Ə.Topçubaşov müşavirədə Bakı fəhlələrini acınacaqlı vəziyyəti haqqında məlumat verərək, onların mənafeyini müdafiə etmişdir. 1906-cı ildə Dövlət Dumasına seçkilər keçirilir. Dövlət Dumasına Ə.Topçubaşov da seçilir.Topçubaşov Dumada bir sıra məsələləri müzakirə edir, Rusiyadakı azsaylı xalqlara əsasən, müsəlmanlara muxtariyyat verilməsi tələbinin tərəfdarı olur.Çar hökuməti onun fəaliyyətini tənqid edən inqilabi mövqeli Dumanı 72 gündən sonra qovdu.

Ə. Topçubaşov demokratik əsaslarda yaranmağa başlamış ictimai və siyasi təşkilatları inqilabi naliyyətləri dəstəkləyir və möhkəmlənməsinə təkan verirdi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını böyük sevinclə qarşılayan Ə. Topçubaşov AXC yarandığı gündən etibarən bir hüquqşünas alim kimi onun dünya ölkələri tərəfindən tanınması, diplomatik əlaqələrinin yaranması sahəsində var qüvvəsilə çalışmışdır. Azərbaycanda, o cümlədən bütün Qafqazda məşhur olan və hörmət qazanan Ə. Topçubaşov Azərbaycanın ilk Parlamentinin sədri seçilmişdir.Çətin və gərgin əməyin nəticəsində əldə edilən qələbə münasibətilə Ə.Topcubaşov Parisdən Azərbaycan Respublikasının baş naziri Nəsib bəy Yusifbəyova yazırdı: “Siyasət qədər çox elastik və dəyişkən heç nə yoxdur...Biz heç vaxt ümüdimizi itirmirdik... Ona görə də müstəqillik əldə edəcəyimizə inanırdıq.. Belə dəyərli xöşbəxtliyin qarşısında biz heç vaxt geri çəkilməmişik və çəkilməyəcəyik də, çünki biz bu səadətə bərabər olan heç nə tanımırıq”.

Ə.Topçubaçov Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrayandan sonra 1920-ci ildən Parisdə yaşamışdır. Azərbaycan tarixi, coğrafiyası, ədəbiyyatı, AXC-nin yaranması, ədəbi xadimlər haqqında kitab, qəzet və jurnallarda məqalələr yazmışdır.

Ömrünün son gününə qədər Parisdə yaşayan və mübarizəli ömürün müəllifinə çevrilən Ə. Topçubaşov 1934-cü ilin 5 noyabrında Parisin Sen-Deni rayonunda vəfat etmiş və Müqəddəs Kloud qəbristanlığında dəfn olunmuşdur.

Həyatının təkcə öz xalqının deyil, həm də bütün Rusiyanın türk-müsəlmanlarının istiqlalı uğrunda mübarizəyə həsr etmiş Topçubaşov Azərbaycanın müstəqilliyinin bərpa olunması yolunda fəaliyyətini ömrünün sonuna qədər davam etdirmişdir.

II. Bölmə.Ə. Topçubaşovun 100 illiyi münasibətilə kitabxanalarda keçiriləcək yubley tədbirləri.

Ə. Topçubaşovu kitabxanalarda təbliğ etmək üçün bütün mədəni- maarif müəssələri, o cümlədən kitabxanalar qarşısında mühüm vəzifələr durur. Kitabxanalarda çoxsaylı oxucu kütləsinin sorğularını ödəmək məqsədilə kitabxanaçılar Ə.Topçubaşovun həyat və yaradıcılığına dair ədəbiyyatdan geniş istifadə etməlidirlər.

Ə.Topçubaşovun kitabxanalarda təbliği üçün keçirilən tədbirlər planı geniş olmalıdır.Kitabxanalar əyani və şifahi təbliğatın-kitab sərgiləri, mühazirə, söhbət , biblioqrafik icmal, oxucu konfransları və sairə kimi forma və üsullarından geniş şəkildə istifadə etməlidirlər.

Ə. Topçubaşovun həyat və fəaliyyətini təbliğ etmək məqsədilə kitabxanalar ilk növbədə kitab sərgisi təşkil etməlidirlər.Bir sərginin təxmini sxemini veririk.

1.Başlıq “ Ə.Topçubaşov-150”

2.Ə.Topçubaşovun şəkli.

3.Ə.Topçubaşovun 150 illik yubleyi ilə haqqında Azərbaycan respublikası Prezidentinin sərəncamı.

4.Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası.

Ə.Topçubaşovun həyat və yaradıcılığını geniş oxucu kütləsinə çatdırmaq üçün sual-cavab gecəsi üçün bir aydan artıq vaxt ayırmaq lazımdır. Suallar belə ola bilər:

1.Ə. Topçubaşov nə vaxt anadan olmuşdur?

2.İlk təhsilini harda almışdır?

3.Hansı illərdə Kaspi qəzetinin redaktoru olub?

4.Ə. Topçubaşov neçənci illərdə azadlıq mübarizəsinə qoşulmuşdur?

5.Neçənci ildə o Dövlət Dumasına seçilmişdir?

6.I Dövlət Dumasının ömrü nə qədər oldu?

7.Hansı illərdə Ə.Topçubaşov Parisdə yaşamışdır?

8.Ə. Topçubaşov neçənci ildə vəfat etmişdir?

Kitabxana işçiləri söhbətlər, mühazirələr vasitəsilə yazıçının həyat və yaradıcılığı haqqında geniş məlumat verilməlidirlər.

İstifadə olunmuş ədəbiyyat.

1.Şərq mədəniyyətinin xüsusiyyətlərini və Avropanın demokratik dəyərlərini üzvü şəkildə birləşdirən ziyalı /müəllif Zümrüd//Mədəniyyət.-2013.-27fevral.

2.Y. Məmmədov.Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, II c.-Lider.-2005.-470s.




Yüklə 244,04 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin