Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi Mərkəzləşdirilmiş Kitabxana sistemi Metodika və biblioqrafiya şöbəsi


Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi



Yüklə 244,04 Kb.
səhifə63/66
tarix02.01.2022
ölçüsü244,04 Kb.
#2382
1   ...   58   59   60   61   62   63   64   65   66
Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi

Mərkəzləşdirilmiş Kitabxana sistemi

Metodika və biblioqrafiya şöbəsi

9 noyabr Dövlət Bayrağı günü münasibəti ilə



Bayrağımız qürurumuzdu

(metodiki vəsait)



Şəki-2013

  1. Azərbaycan Respublikası Dövlət Bayrağı günü

Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verilmişdir. Həmin qərara görə Azərbaycan bayrağını qırmızı materialdan,üstündə ağ aypara və qırmızı fonda ağ səkkiz guşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul etmək nəzərdə tutulmuşdu. Bu qərar qəbul edilərkən Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi.Hökumət Bakıda yalnız 15 sentyabr-şəhər türk qoşunlarının köməyi ilə düşmən qüvvələrdən təmizləndiyindən sonra fəaliyyət göstərə bilmişdi.Azərbaycan Xalq Cümhuriyyətinin Bakıda fəaliyyətə başlamasından az sonra bayraq haqqında ikinci qərar qəbul edilmişdi.

1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar vermişdir.Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: “Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzlardan ibarət olan bayraq qəbul edilsin!”

1920-ci il aprel 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir.

İkinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarı ilə bu bayraq bərpa edilmiş və Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bu bayraq bərpa edilmiş və Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsadət qaldırmışdır.

1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.

Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfiqi zolaqdan ibarətdir.Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir.Mavi rəng-Azərbaycan xalqının türk mənşəli olmasının, qırmızı rəng-müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng-islam sivilizasiyasına mənsubluğunu ifadə edir.Qırmızı zolağın ortasında bayrağını hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

Azərbaycan bayrağının dalğalandığı dirək dünyada ən hündür bayraq dirəyi hesab olunur. “Ginnes”in dünya rekordları təşkilatı Azərbaycan dövlət bayrağı dirəyini dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

Qeyd edək ki, bayrağın çəkisi 350 kq-dır. İnşa olunmuş dayağın hündürlüyü isə 162, bünövrəsinin diametri 3,2, bünövrəsinin üst hissəsinin diametri isə 1,09 metrdir.Qurğunun ümumi çəkisi 220 tondur.

Prezident İ.Əliyev 2009-cu il 17 noyabr tarixli sərəncamla noyabr ayının 9-nu Azərbaycanda Dövlət Bayrağı günü elan etmiş və bu bayram ölkədə qeyri iş günü olan bayramların siyahısına daxil edilmişdi.


  1. 9 noyabr Bayraq günü ilə əlaqədar keçiriləcək tədbirlər.

Azərbaycan Respublikasının 9 noyabr Bayraq günü münasibətilə respublikamızın hər yerində olduğu kimi, kitabxanalarda, lisey və gimnaziyalarda, ümumtəhsil məktəblərində, muzeylərdə və sair yerlərdə bir sıra silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bayraq günü ilə bağlı kitabxanalarda sərgi, kitab icmalları, oxucu konfransları, inşa, şeir müsabiqələri, ədəbi-bədii kompozisiyalar və sair təşkil etmək olar. İlk növbədə kitabxanalarda Bayraq günü ilə bağlı sərginin tərtib olunması vacibdir.Sərgidə 9 noyabr Bayraq günü ilə bağlı nəşr olunan kitabları, proşuraları, dövrü mətbuatda çap olunan qəzet və jurnalları nümayiş etdirmək olar. Sərgilərə müxtəlif başlıqlar vermək olar.

“9Noyabr Dövlət Bayrağı Günü”, “9Noyabr-Qürur günümüz”, “Bayrağımız qürurumuzdu” və sair.

İndi isə “Bayrağımız qürurumuzdu” adlı sərgini sxemini nümunə üçün veririk:

1)Başlıq.

2)Azərbaycan Respublikasının üçrəngli bayrağı.

3)Bayraq günü ilə bağlı nəşr olunan kitabların nümayişi.

4)Dövrü mətbuatdan materiallar.

5)Şeir parçası.

Bayraq günü ilə bağlı kiçik yaşlı oxucular üçün bayraqla bağlı yazıçı və şairlərin əsərlərindən ucadan oxular, səhərciklər hazırlamaq olar.Bununla əlaqədar uşaq kitabxanalarında keçirilən tədbirlərdən biri də sual-cavab gecələri, viktorinalar, oxucular arasında bilik yarışmalarıdır.

Kitabxanalarda keçirilən kütləvi tədbirlərin ən canlı və maraqlısı sual-cavab gecəsi və viktorinalardır. Oxucuları maraqlandıran sualların aydınlaşdırılmasına xidmət edir:

1)Niyə 9 noyabr Dövlət Bayrağı günü kimi qeyd olunur.

2)Dövlət Bayrağı günü nə vaxtdan elan olub?

3)Azərbaycan Dövlət Himninin musiqisi və sözləri kimə aiddir?

4)Azadlıq sözünü necə başa düşürsünüz ?

5)Azərbaycan gerbi haqqında nə bilirsiniz ?

6)Azərbaycan Respublikasın Dövlət bayrağının üzərində hansı təsvirlər vardı?

7)Azərbaycan bayrağı ilk dəfə neçənci ildə yaradılıb?

8)Bu il ölkəmizdə Dövlət Bayrağının neçənci ili tamam olur?

Sərgiyə qoyulacaq şeir parçası:

Bayrağını endirdilər,

Ancaq özün əyilmədin.

Alqış bu gün o ucalan

Bayrağına Azərbaycan.

Şeir müsabiqəsinin keçirilməsi də təqdirə layiq olardı. Şeir müsabiqəsi uşaqların ən çox sevdiyi tədbirlərdən biridir. Çünki uşaqlar belə tədbirlərdə özlərinin şeir demək bacarıqlarını nümayiş etdirirlər.Bu tədbir yaxşı olardı ki, yuxarı yaş qrup oxucular arasında keçirilsin.Şeir müsabiqəsində aşağıdakı şeirləri oxuculara təqdim etmək olar.

1)Xalqın öndəri; 2) Azərbaycan marşı; 3)Bir dəfə yüksələn bayraq və sairə.

Oxucularımızın 9 noyabr Dövlət Bayrağı haqqında olan fikirlərini öyrənmək məqsədi ilə anket sorğularının keçirilməsi məqsədəuyğundur . Bunu nəzərə alaraq hazırlayacağımız sorğunu sizə təqdim edirik.

1.Dövlət Bayrğı gününün yaranma tarixi haqqında məlumatınız varmı?

 Bəli


 Xeyr

2.Dövlət Bayrağı günü haqqında şeir bilirsinizmi?

 Bəli

Xeyr


3.Azərbaycanı necə görmək istərdiniz?

_________________________________

4.Vətən mövzusunda yazan şairlərdən kimləri tanıyırsınız?

_________________________________

5.Vətən haqqında bayatı, atalar sözü bilirsinizmi?

 Bəli


Xeyr

6.Azərbaycan Respublikasının Dövlət Rəmzlərini söylə?

_________________________________

7.Dövlət bayrağı günü nə vaxtdan elan olunub?

_________________________________

Kitabxanalarda keçirilən silsilə tədbirlərdən biri də kitab icmalıdır. Məktəblilər üçün “Azərbaycan Respublikasının Dövlət rəmzləri” adlı kitabın icmalını keçirmək olar. Bu kitabda ilk dəfə olaraq sistem halında müstəqil Azərbaycanın dövlət rəmzlərinin (bayraq, gerb, himn) yaranması tarixi izlənilir, milli-rəmzlərin bərpası və qəbulu yolunda ümummilli lider Heydər Əliyevin müstəsna rolu göstərilir, üçrəngli bayraq və gerbdə əks olunan simvolların məna və funksiyası ilkin mənbələr əsasında araşdırılır, milli himnimizin təkamülü və ideya məzmunu xüsusiyyətləri tarixi planda təhlil edilir, nəhayət dövlət rəmzlərimiz Azərbaycan Xalq Cumhuriyyətindən (1918-1920) bizə miras qalan tarixi milli-mənəvi dəyərlər kimi qiymətləndirilir. Kitab təhsil işçiləri, mədəniyyət işçiləri, müəllimlər, diplomatlar, hüquqşünaslar, dövlət quruculuğu ilə məşğul olan mütəxəsislər, elmi ictimaiyyət və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

İstifadə olunan ədəbiyyat siyahısı:

1.Kəhrizli Vaqif . Azərbaycan bayrağı.-Bakı,Yazıçı, 2011.-192s.

2.Mərdanov Misir, Quliyev Əsgər. Azərbaycan Respublikasının Dövlət Rəmzləri :-Bakı, Çaşıoğlu,2010.-287s.

3.Əliyev İ.Azərbayca Respublikasının Dövlət Rəmzləri.-Bakı: Nurlan, 2008.-56 s.

4.Əhmədov S. Azərbaycan Respublikasının Dövlət Bayrağı.-Bakı: Megabasım, 2010.-153 s.

Tərtib edəni: Əhmədova Nəzakət - Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı.


Redaktor: Nəsrullayeva Zibar - MKS-nin Metodika və

və biblioqrafiya şöbəsinin müdiri.




Yüklə 244,04 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin