313
Qarşılıqlı fəaliyyətdə müəyyənlik onunla izah olunur ki,
qan verən və nəzarətçi eyni bir razılaşmanın tərkibindədir.
"Başa düşməmək" və "qeyri-müəyyənlik" rənglənmiş kvadrat-
lardadır.
3)
Uzlaşma (kompromis) - uzlaşmanın nisbətidir. Uzlaş-
manın nisbətində sintetik normalar meydana çıxır. Bu sintetik
normalar müxtəlif razılıqlar arasında olan ziddiyyətləri aradan
qaldırır. Məsələn, hər-hansı reklam cəmiyyəti çalışır ki, uzlaş-
maya gedərək bazar razılaşmaları ilə ictimaiyyət arasında olan
ziddiyyətləri tapsın. Başqa bir misal göstərək: iki razılaşma
arasında olan uzlaşma zamanı fərd öz istehlakı zamanı nüma-
yişcəsinə əmtəələrin istehlakı üçün lazım olan əmtəələrdən və
xidmətlərdən əldə ediləcək
maksimumlaşmadan deyil, tələb
faktına ediləcək hörməti maksimumlaşdırırlar.
Qeyd etdiklərimizi cəmləşdirərək belə bir nəticəyə gələ
bilərik ki, normalar səmərəli seçim
məqsədilə institusional
məhdudluğunun əsasını təşkil edir. Normalara səmərəli seçimin
ilkin şərti və nəticəsi kimi baxmaq lazımdır. Başqa sözlə desək,
səmərəli seçimə müəyyən normalar daxilində baxmaq lazımdır.
Əgər o yoxdursa ən adi bazar transaksiyaları qeyri-mümkün
olur.
Səmərəlilik davranış normalarıdır
Səmərəli seçim modeli ilə davranış modeli normalarına
istiqamətləndirilmiş ideyalar bir-birinə ziddiyyət təşkil etmir-
lər. Məhz normalara riayət etmək səmərəli seçim üçün şərt ya-
radır. Lakin əks tezisin əsaslandırılması
hələlik həll olunma-
mışdır. Belə bir sual meydana çıxır: rasional seçim prosedurası
xüsusi davranış normasıdır? Bu prosedura fərdin özünün fəa-
liyyətini şərh edə bilərmi? A fərdi öz biliyi ilə müəyyən edə bi-
lərmi ki, B fərdi səmərəlidir? Onların birgə hərəkəti dərk edilir-
mi? B fərdi öz məqsədinə çatmaq üçün ondan istifadə edə-
cəkmi?
314
Göstərilən suallara cavab vermək üçün M.Veberin sosial
tipologiya bölgüsünə müraciət edək M.Veber davranışın dörd
ideal tipini ayırır:
1)
Məqsədəuyğun davranış. Burada qarşıya
qoyulan
məqsədə çatmaq üçün ətraflı düşünülmüş şərait və vasitələr tə-
ləb olunur.
2)
Qeyri-səmərəli davranış. Burada əsasən xaricdən ve-
rilmiş məqsədə çatmaq üçün şəraitdən istifadə etmək lazımdır.
Əsas
məqsəd dini, estetik, ideoloji cəhətlərin müəyyən olun-
masıdır.
3)
Ənənəvi davranış. Burada məqsəd və vəsaitlər xaric-
dən verilmişdir. Bu amillər ənənəvi xarakter daşıyırlar. Ənənə-
vi davranışa nail olmaq üçün uzunmüddət adət və ənənələrə
uyğunlaşmaq lazımdır.
4)
Süni davranış. Süni davranışda
məqsəd və vəsaitlər
verilmir. Davranışlar fərdin özünü emosional aparmasından,
onun duyğularından və hisslərindən asılıdır.
Yuxarıda biz qeyd etmişdik ki, bazarda davranış qarşılıqlı
səmərə əsasında həyata keçirilir. Məqsədəuyğun səmərəli dav-
ranış digər insanların davranışını da gözləyir. Ancaq bu şərt da-
xilində məqsədə nail olmaq üçün ondan istifadə edilir. Gözlə-
mələr anlayışlara, izahatlara və ətrafdakı adamların təklifinə
əsaslanır. Əhatə edənlərin səmərəli davranışı kömək edir ki,
həqiqətən onların istədiklərini izah etmək və anlamaq olsun.
Adi səviyyədə belə təklif daima axtarış forması alır və belə bir
suala cavab verməyi ön plana keçirir. "Bu kimin üçün əlveriş-
lidir"? və "Bu insanın mənafeyi kimin xeyrinədir"? Həbsxa-
nadakıların “ikili (dilemma)” situasiyası
belə digər normalar
üçün qəbul olunmur. Güman etmək olar ki, səmərəli davranış
kömək edir ki, iki məhbus öz təqsirlərini uzlaşdırsın və
nəticədə onların işi yüngülləşin və ya həbs vaxtı minimuma en-
dirilsin. Məhbusların “dilemmasının” səmərəli həlli elə bir
forma alır ki, hər iki məhbus təqsirnamə strategiyası olan "diş-
dişə" formulunu alır.
Bu o vaxt real ola bilər ki, iştirakçıların
315
tam səmərəliliyi baş versin. Qarşılıqlı fəaliyyətin normalar da-
xilində səmərəli fəaliyyət modeli kimi istifadə olunması bir çox
çətinliklər və məhdudiyyətlərlə əlaqədardır.
Səmərəliliyin dəqiqliyinin davranış normaları baxımından
izahı üçün gətirilən dəlillər sosiologiya, eksperimental iqtisa-
diyyat tərəfindən formalaşdırılmışdır.
Dostları ilə paylaş: