303
normalar dedikdə müəyyən sanksiyalar
daxilində fərdlərin
müntəzəm olaraq özlərini aparmaq qabiliyyəti nəzərdə tutulur.
Normalara bir tərif də verə bilərik: normalar fərdin
qiymətlilik sisteminin gündəlik davranış qaydalarını əlaqələn-
dirən vasitədir. Qeyd edək ki, normalar ilə orta kəmiyyət ara-
sında prinsipial fərq vardır. Əgər normalar sosial mexanizm
(qiymətlilik, sanksiyalar və s.) vasitəsilə reallaşdırılırsa orta kə-
miyyətlərin sosial anlayışlarla əlaqəsi yoxdur. Orta kəmiyyət-
lər ancaq adi statistik hesablar vasitəsilə araya çıxarılır. Məsə-
lən, görüşə gələn üçün orta gecikmə
bilavasitə məlumat verir
ki, insanların bir-birini görmək üçün qarşılıqlı görüşü vardır.
Fransada belə bir adət vardır ki, qonaq təyin olunmuş vaxtda
gəlməməlidir. Qonağın gecikmə müddəti 5-15 dəqiqə arasında
ola bilər. Digər tərəfdən Fransada qonaq çağıranla qonaq ara-
sında razılıq qarşılıqlı münasibətlər əsasında tənzimlənir.
Normaların strukturu nələrdən ibarətdir və normalar in-
sanların davranışına nə cür təsir göstərə bilər? Hər şeydən əv-
vəl qeyd edək ki, normaların strukturunu aşağıdakı elementlər
təşkil edirlər:
1)
Atributlar (rəmzlər). Atributlar insanların qruplarını
müəyyən edirlər. Normalar bu qruplarda yayılırlar;
2)
Labüdlük, zərurilik amili (ola bilər, ola bilməz, olsun
ki);
3)
Məqsəd;
4)
Normaların
fəaliyyət göstərdiyi şərait;
5)
Sanksiyalar.
Sanksiyalar hüquqi, hüquqi normalarda təsbit olunmuş,
ostrakizmə (sürgünə) əsaslanan sosial xarakterli olurlar. Yu-
xarıda qeyd etdiyimiz normaların beş komponenti imkan verir
ki, normaları müxtəlif hissələrə ayıraq. Göstərdiyimiz norma-
lar aşağıdakı struktura malikdir:
304
Birgə strategiya = Atribut + Məqsəd +
Şərait
Norma = Atribut + Təsbitetmə amili + Məqsəd + Şərait
Qaydalar = Atribut + Təsbitetmə amili + Məqsəd + Şərait + Sanksiya
Birgə strategiya vasitəsilə istənilən fokus xəttini göstərə
bilərik. Əgər bir-birini itirmiş iki adamı axtarmaq üçün (şəhər-
də, böyük mağazada) atribut faktı bir-birini itirmiş adamlar
olacaqdır. Məqsəd isə bir-birini tapmaqdır, şəraitə isə gözə çar-
pan əlamətlər aiddir. Bu o
gözə çarpacaq əlamətlərdir ki, on-
ların əsasında bir-birini axtaranlar tapacaqlar. Sözün dar məna-
sında praktiki olaraq norma razılıqlar ilə üst-üstə düşür, çünki
razılıqlar xalis könüllü xarakter daşıyırlar. Razılıqların könüllü
yerinə yetirilməsi zamanı həlledici rola sanksiyalar malikdirlər.
Tədqiqat proqramı kimi institusionalizmin daxili pərakən-
diliyinə və insanların davranışına mübahisələrin necə təsir edə-
cəyini normalar müəyyən edir. İş ondadır bu mübahisələr so-
siologiya ilə iqtisadi nəzəriyyə arasında
olan tarixi əlaqələrlə
sıx surətdə bağlıdır. Sosiologiya Emil Dyurkqeym kimi nor-
malarda insanların mütləq determinatda özlərini necə aparacaq-
larını görür. Bunlar insanlara ekzogen xarakter daşıyan amil
kimi verilir. Sosioloji insanın davranışı bütövlükdə cəmiyyətin
strukturunun normaları ilə müəyyən olunur. Sosiologiyaya görə
normalar cəmiyyətin xarakterindən irəli gəlir və onlar təkrar is-
tehsal məsələlərinə tabedir. İqtisadçılar klassik məktəb dövrün-
dən başlamış normaların göstərdiyimiz formada qəbul olun-
masını inkar edirlər. Çünki normalar seçim azadlığını aradan
götürürlər.
İqtisadi adam öz seçimində normaların
müəyyən etdiyi
məhsullardan azaddır. Səmərəli fəaliyyət nəticə əldə etməyə
yönəldilmişdir. Əgər fəaliyyət sosial normalar vasitəsi ilə tən-
zimlənirsə o zaman onlar əldə edilə biləcək nəticəyə istiqamət-
ləndirilmir. Hətta ən mürəkkəb normalar belə əgər fərdlər nor-
maların müəyyən etdiyi istiqamətlə gedirsə o zaman səmərəli
davranış
fərddən tələb edir ki, qeyri-müəyyənlik şəraitində
305
mürəkkəb hesablamalara əsaslansın. Məhz buna görə də iqti-
sadçılar fərdlərin seçimini institusional məhdudiyyət kimi inkar
edirlər, ya da çalışırlar ki, normalara səmərəli izahat versinlər,
daha dəqiq desək normalara iqtisadçılar davranış determinan-
tının kənardan verilmiş bir amil kimi deyil, şüurlu seçimin nəti-
cəsi kimi baxırlar.
Biz yuxarıda normaların təbiətini təhlil etmək məqsədilə
"iqtisadi" və "sosial" yanaşmalardan istifadə etmişik. Bununla
yanaşı müəyyən etmək lazımdır ki, metodoloji individualizmi
və institusionalizmin determinantını müəyyən edən hansı ya-
naşma daha çox uyğun gəlir. İnstitusional
nəzəriyyəyə görə
birinci yanaşma ictimai seçim nəzəriyyəsinin əsasında dayanır.
İkinci institusional nəzəriyyə normaları-razılıq iqtisadiyyatını
təhlil edir. Razılıq iqtisadiyyatı metodoloji individualizm ilə
institusional determinizmin arasında razılaşma (kompromis)
iqtisadiyyatı axtararkən meydana çıxan bir cərəyandır.
Hər iki nəzəriyyəyə diqqət yetirək:
Dostları ilə paylaş: