308
Razılıq iqtisadiyyatı: normalar səmərəli davranışın ilkin
şərtidir
Normaları səmərəli seçim modelinin köməyi ilə izah
edərkən ictimai seçim nəzəriyyəsi üçün xüsusiyyət yaranır:
razılıq iqtisadiyyatına görə normalar səmərəli davranışdan
sonra gəlməlidir. Ancaq yaddan çıxarmamaq lazımdır ki, nor-
malar irəlicədən verilir və onlar ekzogen xarakter daşıyırlar.
Göstərdiyimiz müddəa ilk növbədə paradoks yaradır: səmərəli
fəaliyyətin şərti kimi normaların yerinə yetirilməsində çıxış
edir.
Belə bir cəhəti də qeyd edək ki, səmərəli seçim normala-
rın yerinə yetirilməsi üçün şərt deyildir.
Paradoksu izah etmək yuxarıda göstərdiyimiz tələblə əla-
qədardır. Yəni burada sövdələşmələrin səmərəli izahı verilmə-
lidir. Razılıq iqtisadiyyatı tələb edir ki, normalar bazar iştirak-
çılarının interprativ səmərəliliyi kimi çıxış etsin. Belə bir pers-
pektiv şəraitində fərdlər üçün normalar kontragentə qədər siq-
nalları çatdırmaq bacarığına malikdir. Fərdlər ona görə norma-
ların tələbini yerinə yetirirlər ki, onlar normaların
yerinə yeti-
rilməsinin mütləq determinantı kimi çıxış edirlər. Buna ən
yaxşı misal "nəticənin ikililiiyidir". Belə iki nəticə dedikdə ba-
zarda qarşılıqlı fəaliyyətin modelləşdirilməsi nəzərdə tutulur.
Ya da belə bir hadisəni yada salaq: ayrı-ayrı kameralarda iki
şübhəli cinayətkar yerləşdirilmişdir. Əgər onlar boyunlarına
alsalar ki, həmin cinayəti onlar törədiblər,
onda hər ikisi A
müddətinə məhkum olunacaqlar. Cinayətkarlardan biri öz təq-
sirini boynuna alsa o minimal B müddətini, ikincisi isə maksi-
mum C müddətini alacaqdır. Birinci cinayətkar eyni zamanda
müstəntiq ilə əməkdaşlıq etməlidir. Əgər hər iki cinayətkar öz
təqsirlərini qəbul etməsə, onda hər ikisi D müddətini alacaqlar
(əgər onların günahları tam sübut edilməzsə),
yəni burada
C>A>D>B .
309
Belə bir hadisə daxilində ən əlverişli variant ondan ibarət-
dir ki, hər iki cinayətkar cinayətlərini boyunlarına alsınlar. La-
kin burada ən optimal variant hər iki şəxsin cinayəti inkar et-
məsidir. Burada qeyri-müəyyənlikdən qaçma elə bir şəraitdə
ola bilər ki, hər iki cinayətkar
özünü eyni norma daxilində
apara bilsin, yəni təqsirini inkar etsin. Əgər birinci cinayətkar-
da baş verən hadisənin olmamasına inam yaranarsa, onda o za-
man ikinci cinayətkar da cinayəti inkar etmək stimulu (həvəsi)
yaranacaqdır. Qarşılıqlı ümid zəmanət verir ki, eyni normalar
tətbiq edilsin. Məsələn, Siciliya mafiyasının üzvləri üçün “ikili-
lik” mövcud deyildir. Çünki onlar bilir ki,
şübhəli olan ikinci
şəxs hökmən həmin normalar daxilində həbs olunacaqdır. Belə-
liklə, normaların qəbul olunması qarşıya qoyulan səmərəli
məqsədə nail olmaq imkanı yaradır və eyni zamanda mümkün
zərəri minimuma endirir.
İqtisadi imperializm əsasında normaların təbiətinin izah
edilməsi razılıq iqtisadiyyatını ictimai seçim nəzəriyyəsindən
fərqləndirir. Normaların təbiətini
sosiologiya və germenevtika
əsasında izah etmək dolaşıqlığa gətirib çıxarır. Razılıq iqtisa-
diyyatı təkcə hüququ və formal surətdə qeydə alınmış normala-
rı tədqiq etmir, o məcmuu qeyri-normal razılıq sahələrini də
tədqiq edir. Digər tərəfdən məcmuu
qeyri-formal normalar
oyunlar nəzəriyyəsinin əsasını təşkil edir. Bunun əsasında
insanlar arasında olan bu və ya digər fəaliyyət həyata keçirilir.
Deməli, razılıq iqtisadiyyatının universal bazar normalarının
davranışı əvəzinə koordinasiya formalarının məcmuu,
razılıqların cəmi ön plana keçir.
Dostları ilə paylaş: