311
insanların fəaliyyəti-
nin ekologiyanın
tələblərinə tabe etdi-
rilməsi
ləri
hitin
vəziyyəti
haqqında
informa-
siya
təbiət
tsiklləri
fəaliy-
yəti
Göstərdiyimiz cədvəli izah edək:
Müqavilə (razılaşma) elementi kimi predmet dünyası de-
dikdə maddi obyektlərin məcmuu vasitəsilə qarşılıqlı fəaliyyə-
ti nəzərdə tutulur. Nəzərə alınarsa ki, informasiya qarşılıqlı
fəaliyyəti
həyata keçirmək üçün zəruridir, onda hər bir tipin
spesifik xüsusiyyətləri vardır. Buna görə də biz hər bir tipin
müxtəlif mənbələrinin izahını təshih etməliyik.
Vaxt vektoru
dedikdə isə müvəqqəti nəzərdə tutulan (indiki, gələcək və
keçmiş) istiqamətlər nəzərdə tutulur. Fəaliyyət sferası dedikdə
isə müəyyən bir əsas üzərində dayanan razılaşmalar nəzərdə
tutulur. Bunlar şərti xarakter daşıyırlar. Məsələn, eyni bir bazar
klassik bazar, ənənəvi bazar (lokal bazar, yarmarka), razılıq və
ya ictimai fikrin rəyi (fond bazar) nəticəsində yarana bilər.
Müqavilələrin nisbəti
Biz bu paraqrafda müqavilələrin (razılaşmaların) nisbətini
şərh edəcəyik. Çünki bu problem çox mühümdür, ona görə ki,
hər bir individ bütün razılaşmalar çərçivəsi daxilində fəaliyyət
göstərə bilər.
O özünün razılığı ilə “müxtəlif oyun qaydaları” ilə oyna-
ya, alıcı,
vətəndaş, ixtisaslı kadr, nümunəvi ailə başçısı kimi
çıxış edə bilər. Məsələ isə onunla qəlizləşir ki, bir çox fəaliyyət
sferaları müxtəlif razılaşmalarla həmsərhəddir. Məsələn, hər
hansı bir firma iki sövdələşmənin kəsişdiyi sərhəddədir. On-
lardan biri bazar (məhsul satışı, qiymətlilik siyasəti və s.), di-
gəri isə industriya (xüsusilə istehsal fəaliyyəti) istehsal edir.
Xalis iqtisadi planda qovşuqda yerləşən razılaşmalarda ziddiy-
yətlər yaranır. Fərdlər bu ziddiyyətləri aradan qaldıra bilmirlər.
312
Digər tərəfdən isə fərdlər öz kontragentlərinə qarşı düzgün
fikirlər irəli sürə bilmirlər.
Yuxarıda qeyd etdiklərimizlə əlaqədar olaraq razılaşma-
ların nisbətini aşağıdakı variantlar daxilində təhlil etmək olar:
1)
Ekspansiya-razılaşmaların nisbətidir. Ekspansiyada
qarşılıqlı təşkilatın fəaliyyəti başqa bir sferada fəaliyyət göstə-
rib sonradan razılıqların normaları əsasında həmin sferaya qa-
yıdırlar. Məsələn, siyasi sfera siyasi bazara çevrilə bilər. Belə
bir şəraitdə vətəndaş normaları üzrə razılaşmalar
bazar nor-
maları vasitəsilə sıxışdırılır. Qeyd edək ki, bazar razılaşmaları
çox qorxuludur. Bazar razılaşmalarının ekspansiyası cəmiy-
yətin sabit inkişafını pozur, cəmiyyətin sərvətini qeyri-bərabər
bölür, onun özünü isə siyasi hakimiyyətin istifadə edəcəyi
amillərə çevirir.
2)
Təmas-eyni qarşılıqlı
fəaliyyət göstərən sazişlər
nisbəti ola bilsin ki, bir-birini inkar edən normalar əsasında
həyata keçirilir.
Klassik misal olaraq qan verməni (donor) göstərək ki,
bunu da ilkin olaraq K.Errou tədqiq etmişdir.
Adətən qan ya
pula görə verilir, ya da bazar əlaqələri bunu tələb edir. Qan pul-
suz da verilir: bunun səbəbi əhalinin həmrəyliyidir. Belə bir
vəziyyət onunla əlaqədardır ki, qan vermək üçün fərdlərin
qarşılıqlı münasibəti yoxdur, digər tərəfdən isə fərdlər arasında
qan vermək üçün qeyri-müəyyənlik mövcuddur.
Qan verməni aşağıdakı model vasitəsilə daha aydın gös-
tərmək olar (bax: cədvəl 3):
Dostları ilə paylaş: