S. Q. Həsənova, A. Q. Qarayeva, Ə. H. Qədimov, M. R.Şəfiyeva genet I k a



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/24
tarix15.03.2017
ölçüsü5,01 Kb.
#11484
1   2   3   4   5   6   7   8   9   ...   24
Partenogenez. 
Spermatozoidlərin  iştirakı  olmadan  yumurta 
hüceyrəsinin  bölünərək  inkişaf  etməsi  və  bu  qayda  üzrə  nəsil  alınmasına 
partenogenez  və  ya  qız  çoxalma  deyilir.  Partenogenez  təbii  və  süni  olur. 
Təbii  partenogenezdə  yumurta  hüceyrəsi  daxili  və  ya  xarici  faktorların 
təsirindən bölünür və spermatozoidin iştirakı olmadan rüşeym inkişaf edir. 
Təbii  partenogenez  bəzi  canlılar  üçün  məsələn,  ibtidai 
xərçəngkimilər,  rotatorilər,  zərqanadlılar  və  s.  üçün  xarakterikdir.  Bəzi 
heyvanlarda partenogenezdə mayalanmamış yumurtadan ancaq dişi əmələ 

 
~ 59 ~ 
gəlir.  Erkəklər  isə  mayalanmış  yumurtadan  inkişaf  edir.  Bəzi  ibtidai 
xərçəngkimilərdə, məsələn dafniyalarda partenogenez normal çoxalma ilə 
növbələşir.  Bunlar  əlverişli  şəraitdə  partenogenez  yol  ilə  çoxalır,  ilkin 
yumurtada meyoz getmədən ancaq dişi cinsiyyət əmələ gəlir. Ona görə də 
dafniyada  dişi  cinsiyyət  diploid  xromosoma  malikdir.  Qeyri-əlverişli 
şəraitdə temperaturun  aşağı düşməsi və qida çatışmaması dişi orqanizmin 
yumurta qoymasına səbəb olur.  Bu haploid yumurta partenogenez  yol ilə 
çoxalır və haploid xromosoma malik erkək fərdlər törəyir. 
Süni partenogenez eksperimental yolla alınan partenogenezə deyilir. 
İlk dəfə A.A.Tixomirov 1885-ci ildətut ipəkqurdunun yumurtalarında süni 
partenogenez əldə etmişdir. 
Bəzi  canlılarda  süni  partenogenez  yolu  ilə  istənilən  cinsiyyətin 
alınması məsələsini həll etməyə çalışırlar. 
Androgenez–partenogenezin  bir  növüdür.  Bu  zaman  yumurtanın 
nüvəsi bu və ya başqa bir səbəbdən məhv olur. Erkək cinsiyyət hüceyrəsi 
yumurtaya  daxil  olur,  lakin  yumurtanın  sitoplazmasına  daxil  olan 
spermatozoidin  nüvəsindən  başlayır.  Lakin  əmələ  gələn  haploid 
xromosoma  malik  rüşeym  ya  inkişaf  etmir  ya  da  çox  zəif  olur.  Nüvəsi 
ölmüş yumurtaya bir neçə spermatozoid daxil olduqda, yəni polispermiya 
baş verdikdə iki ata nüvə birləşərək rüşeymə başlanğıc verir. Androgenez 
tut ipəkqurdunda və vəhşi arılarda (eşşək arısı) müşahidə edilir. Bitkilərdə 
də (tütün, qarğıdalı) androgenez çoxalma müşahidə olunur. 
Kinogenez–androgenezin 
əksinə 
olaraq 
rüşeymin 
inkişafı 
mayalanmamış  yumurtadan  başlayır.  Bu  zaman  spermatozoid  ancaq 
aktivləşdirici  rol  oynayır,  mayalanmada  isə  iştirak  etmir.  Buna  yalançı 
mayalanma  –  psevdoqamiya  deyilir.  Belə  çoxalmaya  hermofrodit  yumru 
qurdlarda, diri bala doğan balıqlarda, gümüş daban balıqda rast gəlinir. 
Apomiksis–qız  çoxalmaya  deyilir  və  heyvanlarda,  eləcə  də 
bitkilərdə rast gəlininr. Lakin apomiksis bitkilərdə daha geniş yayılmışdır. 
Apomiksis  iki  cür  olur:  müntəzəm  apomiksis  və  qeyri-müntəzəm 
apomiksis.  Qeyri-müntəzəm  apomiksisdə  normal  meqasporogenez  baş 
verir və normal diploid xromosom sayına malik rüşeym kisəsi əmələ gəlir. 
Belə  hallarda  rüşeym  sperma  ilə  mayalanmamış  haploid  yumurtanın 
inkişafı sayəsində əmələ gəlir. Bu halda toxum almaq üçün psevdoqamiya 
–  rüşeym  kisəsini  tozcuq  borusu  ilə  aktivləşdirmək  lazım  gəlir.  Tozcuq 
borusundakı spermilərdən biri  rüşeym kisəsinə çatdıqda dağılır, digəri isə 
mərkəzi nüvə ilə birləşərək endospermin əmələ gəlməsinə səbəb olur. Bu 
zaman rüşeymin və bitkinin əlamətləri ana xətti ilə nəslə keçir, endosperm 
isə  ana  və  ata  əlamətlərini  saxlaya  bilir.  Rüşeym  kisəsinin  başqa  haploid 

 
~ 60 ~ 
hüceyrələrinin (sinergid və antipod) inkişafı sayəsində də apomiksis əmələ 
gələ bilər. Belə rüşeymlərin inkişafından meydana gələn bitki zəif və steril 
olur.  Onlar  vegetativ  çoxalma  qabiliyyətinə  malik  olduqda  onları  həmin 
üsul ilə çoxaltmaq mümkündür. 
Müntəzəm  apomiksisdə  rüşeymin  inkişafı  meyoz  keçirməmiş  və 
reduksiyaya  uğramamış  arxeosnor  hüceyrəsindən  başlanır.  Rüşeym 
kisəsinin nüvəsi sperma ilə mayalanmadan inkişaf edir. 
 
 
 
 
 
 
 
 
 

 
~ 61 ~ 
III. KLASSİK GENETİKANIN ƏSASLARI 
Mendel qanunları 
 
Genetika 
elminin 
banisi, 
əlamətlərin 
irsən 
keçməsinin 
qanunauyğunluqlarını  kəşf  edən  çex  alimi  Jan  Qreqor  Mendeldir. 
Mendeldən əvvəl bir sıra alimlər müxtəlif bitki növlərinin nümayəndələrini 
hibridləşdirmişdir.  Belə  ki,  1760-cı  ildə  botanik  Kelreyter  Rusiyada 
Peterburqda  tütünün  iki  növünü  hibridləşdirərək  valideyn  əlamətlərinin 
nəslə  keçməsini  müşahidə  etmişdir.  T.  E.  Nayt,  Ş.  Noden,  O.  Sajre  və 
digər  alimlər  bir  əlamətin  digəri  üzərində  dominantlıq  etdiyini  müşahidə 
etmişdir.  Lakin  onlarin  heç  biri  bu  hadisənin    səbəbini,  irsiyyətin 
mahiyyətini aça bilməmişlər. 
Mendel özünün klassik təcrübələrində hibridoloji tədqiqat metodunu 
tətbiq etmişdir. Mendel təcrübələrinin xarakter cəhəti öyrənilən əlamətlərin 
bütün fərdlərdə meydana çıxmasının sayca dəqiq hesabının aparılmasıdır. 
Bu ona irsiyyətin keçirilməsində kəmiyyətcə müəyyən qanunauyğunluqları 
aşkara çıxarmağa imkan vermişdir. 
Qreqor Mendel (1822-1884).  Qreqor Mendel 1822-ci il iyul ayının 
22-də  Xeyntsendorfda,  kəndli  ailəsində  anadan  olmuşdur.  Onun 
valideynləri – Anton Mendelin və Rozina Şvertlixin üç uşağı var idi. İohan 
Mendel ailənin ortancıl uşağı və yeganə oğlu idi. Onun atası sadə əməkçi 
insan olub. O, gündəlik torpaq işindən başqa, boş vaxtlarını böyük həvəslə 
özünün sevimli işinə - bağçılıq və arıçılığa həsr edirdi. O, oğlunu da tez-
tez  özü  ilə  birlikdə  bağa  apararaq,  burada  ona  calaq  və  peyvənd  etməyi 
öyrədirdi.  Bu  səbəbdən    də  Mendel  elə  kiçik  yaşlarından  bağçılıq  işini 
sevməyə başlamışdı. 
O  vaxt  birinci    sinif  həcmində  oxumaq  məcburi  hesab  olunurdu. 
Çünki  bu  tələbi  yerinə  yetirməyənlər  böyük  məbləğdə  cərimə  ilə 
cəzalanırdılar.  Beləliklə,  10  yaşlı  Mendeli  birsinifli  kənd  məktəbinə 
verirlər.  Öz  çalışqanlığı  ilə  tezliklə  hamının  diqqətini  cəlb  edir.  Burada 
oxuduğu  vaxtdan  başlayaraq  Mendel  təbiət  elmlərini  sevməyə  başlayır. 
Birsinifli  ibtidai  məktəbi  qurtardıqdan  sonra  ailənin  qarşısında  belə  bir 
çətin məsələ dururdu: Mendelin sonrakı taleyini müəyyənləşdirmək lazım 
idi.  Ya  o,  həmyaşlıları  kimi  təhsilini  bununla  tamamlayıb,    çətin  kəndli 
əməyi ilə məşğul olmalı, ya da təhsilini davam etdirməli idi.  
Beləliklə, uzun tərəddündən sonra valideynləri Mendeli Lippnikidəki 
dördsinifli məktəbə verirlər. Burada da Mendel öz çalışqanlığı ilə hamının 
diqqətini cəlb edir. Mendel məktəbi əla qiymətlə bitirir. O, təhsilini davam 
etdirmək  üçün  1834-cü  ildə  Tropau  şəhərindəki  gimnaziyaya  daxil  olur. 

 
~ 62 ~ 
Orta təhsil almaq üçün Mendelə çoxlu vəsait tələb olunurdu. Ona görə də 
Mendel  işləməyə  məcbur  olur.  Işləməklə  bərabər  o,  təhsilini  də  davam 
etdirir.  Bütün  çətinliklərə  və  sarsıntılara  dözə  bilməyən  Mendel  ağır 
xəstələnir və 1839-cu ildə evə qayıtmağa məcbur olur. Sağaldıqdan sonra 
1840-cı  ildə  Mendel  yenidən  gimnaziyaya  qayıdır  və  18  yaşında 
gimnaziyanı bitirir. Mendel müəllim olmaq arzusunda idi. Bu  məqsədlə də 
o,  Olmyutse  şəhərindəki  universitetin  fəlsəfə  sinfinə  daxil  olur.  Burada 
dərs  deyən  müəllimlərin  əksəriyyətini  ruhanilər  təşkil  edirdi.  Məhz  onlar 
Mendelin  sonrakı  həyatına  böyük  təsir  göstərdilər.  1843-cü  ildə  Mendel  
həm  gimnaziyanı,  həm  də  fəlsəfə  kursunu  bitirir.  Lakin  təhsilini  davam 
etdirmək  üçün  Mendelin  əvvəllər  olduğu  kimi  maddi  vəsaiti  çatışmırdı. 
Buna görə də o, ruhani olmağı qərara alır.  
Beləliklə,  Mendel  1843-cü  ildə  Avqust  monastrına  qəbul  olur. 
Monastrlara daxil olmaqla Mendel maddi vəziyyətini bir qədər düzəltmiş 
olur. O, burada özünün sevdiyi təbiət elmləri ilə məşğul olmağa başlayır. 
Lakin  Mendel  ilahiyyat  elmi  ilə  məşğul  olmaq  üçün  monastr  daxilində 
fəaliyyət göstərən dini məktəbə daxil olur. Mendel üç il burada oxuduqdan 
sonra, oranı əla qiymətlərlə bitirir. 
Dini  məktəbi  bitirdikdən  sonra  Mendelin  qarşısında  geniş 
prespektivlər açılır. Ona həmin məktəbdə qalıb dərs deməyi təklif eləsələr 
də,  Mendel  gimnaziyada  dərs  deməyi  arzulayırdı.  Ona  görə  də  1849-cu 
ildə  Tsnayme  şəhərinə  gəlir  və  buradakı  gimnaziyada  riyaziyyatdan  və 
yunan dilindən dərs deməyə başlayır. 
Mendel  gimnaziyada  özünün  ən  çox  xoşladığı  fizika,  mineralogiya, 
botanika,  təbiət,  tarixi  fənlərindən  dərs  deməyi  arzulayırdı.  Lakin  bunun 
üçün  müəllimlik  diplomu  yox  idi.  Buna  görə  də  gimnaziyanın    direktoru 
onu müəllimlik hüququ almaq üçun Vyanaya imperiya nazirliyinin xüsusi 
komissiyası  qarşısında  imtahan  verməyə  göndərir.  Lakin  Mendel 
imtahanları verə bilmir və yenidən monastra qayıdır.  
1856-cı  ildən  1865-ci  ilədək  Mendel  öz  təcrübələrini  monastra 
məxsus  bağda  aparmışdır.  O,  burada  bağçılıq  və  bostançılıqla  məşğul 
olurdu.  Lakin  tədqiqatlarının  çox  hissəsini  cinsiyyətli  çoxalma  sahəsinə 
həsr etmişdir. 
Cinsiyyətli  çoxalma  zamanı  əlamətlərin  sonrakı  bir  sıra  nəsillərə 
irsən  keçirilməsinin  əsas  qanunauyğunluqları  ilk  dəfə  Qreqor  Mendel 
tərəfindən kəşf edilmiş və 1865-ci ildə nəşr edilmişdir.  
Mendel  təcrübələrini  noxud  bitkisinin  müxtəlif  sortları  üzərində 
aparmışdır.  O,  təcrübələrində  hibridoloji  tədqiqat  metodunu  tətbiq 
etmişdir.  Mendelin  tədqiqatı  monohibrid  çarpazlaşmalardan  başlandı.  O, 

 
~ 63 ~ 
öz  tədqiqatlarını  başa  çatdırdıqdan  sonra  1865-ci  il  martın  8-də 
təbiətşünaslıq  cəmiyyəti  qarşısında  çıxış  edir.  Lakin  tədqiqat  üzvləri 
Mendelin  tədqiqatlarının  əsas  ideyasını  başa  düşmədikləri  üçün  işə  çox 
soyuqqanlı yanaşırlar. Bütün bunlara baxmayaraq 1866-cı ildə cəmiyyətin 
elmi  əsərlədində  nəşr  edirlər.  1900-cu  ildə  hollandiyalı  alim  Q.  De  Friz 
bir-birindən  bir,  yaxud  iki  əlamətlə  fərqlənən  çiçəkli  bitki  sortlarını 
çarpazlaşdırmaqla  Mendelin  nəticələrinə  uyğun  nəticələr  almışdır.  Onun 
nəticələri  nəşr  olunandan  iki  ay  əvvəl  isə  Almaniyada  Karl  Korrensin 
qarğıdalı bitkisinin müxtəlif əlamətlərə malik sortlarını çarpazlaşdırmaqla 
parçalanmanın  qanunauyğunluqları  haqqında  məqaləsi  kəşf  edilmişdir. 
Yenə  də  həmin  ildə  avstraliyalı  K.Çermak  tədqiqatlarının  nəticələrini 
“noxudda süni çarpazlaşmalar haqqında” məqaləsində verməklə Mendelin 
nəticələrinin doğruluğunu sübut etmişdir. Göründüyü kimi Mendel özü və 
onun  çıxardığı  qanunlar  yenidən  kəşf  edilmiş  oldu.  Beləliklə, 
eksperimental genetika inkişaf etməyə başladı. 
Böyük  çex  alimi  Qreqor  Mendel  1884-cü  ildə  yanvar  ayında  62 
yaşında vəfat etmişdir. 
 
Q.Mendelin klassik təcrübələrinin xüsusiyyətləri 
 
İrsiyyətin nəslə ötürülmə qanunlarının aşkara çıxarılmasında Mendel 
təlimi  çox  mühüm  yer  tutdu.  Mendelin  işləri  ilə  genetika  elminin  təməli 
qurulmağa başladı. Mendel öz təcrübələrinə başlamazdan əvvəl, bir neçə il 
təcrid  edilmiş  sahələrdə  həmin  toxumları  əkmiş,  içərisindən  öyrənilən 
əlamətə  xas  olanları  seçib  təkrar  əkmiş  və  yenə  içərisində  seçmə 
aparmışdır.  Beləliklə,  öyrənilən  əlamətə  görə  təmiz  nəsil  aldıqdan  sonra, 
onların  üzərində  tədqiqat  işi  aparmağa  başlamışdır.  Bir-birindən  kəskin 
fərqlənən  cütləri  seçmiş  və  onları  çarpazlaşmışdır.  Bunun  üçün  Mendel 
sarı  rəngli  ana  bitki  dənələri  və  yaşıl  rəngli  ata  bitki  dənələrini  seçəndən 
sonra  toxumaları  əkmiş  və  vegetasiya  dövrünün  müəyyən  mərhələsində 
ana bitkinin çiçəyini ehtiyatla açmış, erkəkciyini çaxarmış və ata bitkidən, 
yəni  yaşıl  rəngli  noxud  bitkisindən  götürülmüş  tozcuqla  dişiciyi 
tozlandırmışdır. 
Mendelin  irsilik  qanunlarını  öyrənmək  məqsədilə  apardığı 
təcrübələrdə qazandığı nailiyyətlərə səbəb aşağıdakılar oldu: 
1.
 
Mendel  çarpazlaşdırılan  bitkilərin  yalnız  bir  və  ya  bir  neçə 
əlamətlərinin  nəslə  ötürülməsini  ayrılıqda  izləyirdi,  başqa  əlamətləri 
nəzərə  almırdı.  Bu  üsul  Mendelə  bir  və  ya  bir  neçə  cüt  əlamətin 
valideynlərdən nəslə keçməsinin qanunauyğunluqlarını kəşf etməyə imkan 

 
~ 64 ~ 
verdi. 
Nəsildə alternativ əlamətlərin (çiçəyin qırmızı-ağ, toxumun sarı-yaşıl 
rəngi, toxumun hamar-qırışıq forması, bitkinin hündür və alçaq boyu və s.) 
irsiliyi  izlənilirdi.  Hər  cüt  alternativ  əlamətin  irsiliyi  br  neçə  nəsil  boyu 
ayrılıqda qeyd olunurdu. Hər bir fərdin verdiyi nəslin əlamətləri bir neçə 
nəsildə ayrılıqda analiz edilirdi. 
2.
 
Mendel  təcrübə  üçün  əlverişli  obyekt  olan  noxud  bitkisini 
seçmişdi.  Noxud  öz-özünü  tozlayan    birillik  bitki  olduğundan  genetik 
cəhətdən əlverişli bir obyekt oldu. 
3.
 
Noxud  bitkiləri  arasında  təcrübə  üçün  bir-birindən  müxtəlif 
əlamətləri  ilə  -  rəng,  forma  və  s.  kəskin  fərqlənən  22-yə  qədər  müxtəlif 
sortları vardır. Buna görə də təcrübələr üçün imkanlar çoxdu.  
4.
 
Mendel  öz  təcrübələrinin  nəticələrini  riyazi  cəhətdən  təhlil 
etməklə  genetik  analiz  üsulunu  yaratdı.  Bu    məqsədlə  o,  öyrənilən  hər 
əlamətə latın əlifbası ilə ad verdi və bununla aldığı nəticələri təhlil etməyi 
xeyli asanlaşdırdı. 
Sadaladığımız bu şərtlər Mendelə əsas irsilik qanunlarını kəşf etməyə 
imkan yaratdı.  
 
Genetik işarələr və terminlər 
 
Mendel qanunlarını və digər genetik hadisələri izah edərkən bir sıra 
şərti  işarələrdən  və  terminlərdən  istifadə  olunur.  Bu  şərti  işarələr 
aşağıdakılardır: 
X – şarpazlaşma işarəsi 
♀ - dişi fərd ( əlində güzgü tutan gözəllik ilahəsi Venera) 
♂ - erkək fərd ( Mars işarəsi, oxatan) 
P – parenta – valideyn 
F – Filli – nəsil, övlad 
Çarpazlaşmanın nəticələrini və digər genetik prosesləri izah edərkən 
aşağıdakı genetik anlayışlardan, terminlərdən istifadə olunur: 
Fenotip  –  orqanizmin  zahirən  görünən  əlamət  və  xüsusiyyətlərinin 
cəmidir. 
Genotip  –  orqanizmdə  diploid  xromosom  dəstində  olan  bütün 
genlərin  cəmidir. 
Homoziqot  orqanizm  –  eyni  qametlərin  birləşməsindən  əmələ  gələn 
və nəsildə parçalanma verməyən orqanizmdir. 
Heteroziqot  orqanizm  –  müxtəlif  tip  qametlərin  birləşməsindən 
əmələ gələn və nəsildə parçalanma verən orqanizmdir.  
Allemorf gen – alternativ əlaməti müəyyən edən bir cüt gen. 

 
~ 65 ~ 
Allel – cüt genlərdən biri. 
 
Monohibrid çarpazlaşdırma 
 
İrsiyyətin qanunauyğunluqlarını öyrənmək üçün Mendel bir-birindən 
bir  və  bir  neçə  cüt  əlamətlə  fərqlənən  mədəni  noxud  sortlarını 
çarpazlaşdırmışdı. Bu sortlar bir-birindən toxumlarının rənginə (məs., sarı 
və yaşıl) bitkilərin boyuna (məs., hündür və alçaq) görə aydın gözə çarpan 
əlamətlərlə  fərqlənir.  Bu  saydığımız  qoşa  əlamətlər  –  sarı-yaşıl,  hamar-
qırışıq  və  i.a.  allel  və  ya  alternativ  əlamətlər  adlanır.  Allel  əlamətlərin 
orqanizmdə  inkişafını  təmin  edən,  yəni  meydana  çıxmasına  səbəb  olan 
genlərə də allel genlər deyilir. Bəzi ədəbiyyatda allel istilahı allelomorf da 
yazılır. Allel əlamətlər, başqa sözlə desək, cüt (qoşa) əlamətlərdir.  
Mendel  əvvəlcə  yalnız  bir  əlamətin  alternativ  formalarının,  yəni 
noxudun  toxumlarının  rənginin  irsən  keçməsi  üzərində  müşahidə 
aparmışdır.  Bir  cüt  alternativ  əlaməti  ilə  fərqlənən  valideynlərin 
çarpazlaşdırılmasına  monohibrid  çarpazlaşdırma  deyilir.  Toxumlarının 
rəngi  sarı  olan  noxud  b  itkisi  ilə  toxumlarının  rəngi  yaşıl  olan  noxud 
bitkilərini  çarpazlaşdırmış  və  müşahidə  etmişdir  ki,  birinci  nəsildə  bütün 
bitkilərin  toxumlarının  rəngi  sarı  olmuşdur.  Mendel  birinci  nəsildə  üzə 
çıxan  əlaməti  dominant,  gizli  halda  qalan  əlaməti  isə  resessiv  əlamət 
adlandırmışdır.  Bu  misalda  birinci  nəsildə  üzə  çıxan  sarı  rəng  dominant 
əlamət,  gizli  halda  qalan  yaşıl  rəng  isə  resessiv  əlamətdir.  Q.Mendel  irsi 
əlamətlərin  amillərini  latın  əlifbası  hərfləri  ilə  göstərməyi  təklif  etmişdir. 
Dominant əlamətlər əlifbanın böyük hərfləri (A, B, C, D və s.) ilə, resessiv 
əlamətlər isə əlifbanın kiçik hərfləri ilə (a, b, c, d və s.) ilə göstərilir.  
Məlumdur  ki,  orqanizmin  hər  bir  somatik  hüceyrısinin  diploid 
xromosom  yığımı  (24)  vardir,  yəni  bütün  xromosomlar  cütdür.  Bu  isə  o 
deməkdir  ki,  ziqotda  həmişə  eyni  genin  iki  alleli  olacaqdır.  Hər  bir  irsi 
amil, yaxud gen iki halda (A və a) ola bilər. Bunlar, yəni A və a eqni bir 
əlamətin  allelləridir.  Məsələn,  Noxudun  toxumlarının  rəngini  idarə  edən 
A-sarılıq  geni  və  a-yaşıllıq  geni  rəng  əlamətinin  allelləridir.  Əgər  sarı 
rəngin dominant allelini “A” ilə, yaşıllıq rəngin resessiv allelini isə “a” ilə 
göstərsək, onda valideyn cütlərindən birində müvafiq surətdə AA allelləri, 
digərində  isə  aa  allelləri  olacaqdır.  Bir  genin  eyni  allellərinə  (AA  yaxud 
aa)  malik  orqanizmlərə  homoziqot  bir  genin  müxtəlif  allellərinə  (Aa
malik orqanizmlər isə heteroziqot orqanizmlər isə heteroziqot orqanizmlər 
adlanır. 
                 
 
 

 
~ 66 ~ 
          
 
 
 
 
 
Mendel  monohibrid  çarpazlaşmada  aldığı  nəticələri  bir  neçə  dəfə 
təkrarlamış  və  irsiyyətin  bir  neçə  qanunauyğunluğunu  kəşf  etmişdir. 
Bunlar dominantlıq qanunu və əlamətlərin parçalanması qanunudur. 
 
Mendelin dominantlıq qanunu 
 
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  Mendel  monohibrid  çarpazlaşdırma 
ilə  apardığı  təcrübədə  məsələn,  toxumları    sarı  və  toxumları  yaşıl  olan 
noxud bitkilərini çarpazlaşdırdıqda birinci nəsildə (F
1
-də) toxumları ancaq 
sarı rəngdə olan bitkilər əldə etmişdir.  
 
 
 
 
 
 
Sarı    yaşıl 
 
 
 
 
 
 P ♀  AA    x   aa ♂ 
 
 
 
 
 
    
               
 
           
  
qametlər      A 
   a 
 
 
 
  
    
 F
1
 
    Aa   
 
 
 
 
 
 
    sarı 
Sonra  bu  təcrübələr  bir  neçə  dəfə  təkrar  aparılmış  və  müəyyən 
olunmuşdur  ki,  çarpazlaşdırma  sayəsində  alınan  birinci  nəsildə  öyrənilən 
allellərdən  –  cüt  əlamətlərdən  ancaq  biri  inkişaf  edir,  o  biri  əlamət  isə 
inkişaf  etməyərək  nəsildə  gizli  qalır.  Burada  sarı  rəng  yaşıllıq  üzərində 
dominant  olur.  Başqa  sözlə  desək,  A  geni  ona  allel  olan  a  geninə  üstün 
gəlir.  Mendel  bir-birindən  fərqlənən  çoxlu  miqdarda  noxud  sortları 
üzərində  monohibrid  çarpazlaşdırma  apardıqda  hər  zaman  allellərdən 
birinin  digəri  üzərində  dominant  olduğunu  təsdiq  etdi.  Bu  hadisəni  o, 
dominantlıq adlandırdı. 
Beləliklə 
Mendel 
özünün 
birinci 
qanununu 
əlamətlərin 
dominantlığı qanununu kəşf etdi. 
Dominantlıq  qanunu  –  mendelin  birinci  qanunu,  həmçinin  birinci 
hibrid nəslin eyniliyi qanunu da adlandırılır. Belə ki, birinci hibrid nəslin 
hamısı eyni əlaməti daşıyır.  
Bu  qanunun  mahiyyəti  ondan  ibarətdir  ki,  bir-birindən  bir  cüt 
alternativ  əlamətlə  fərqlənən  iki  homoziqot  fərd  çarpazlaşdıqda  birinci 
nəsildə  hibridlər  həm  fenotip,  həm  də  genotipcə  eyni  olur.  Bu  zaman 
əlamətlərdən  hansının  ata,  hansının  ana  fərdə  məxsus  olmasından  asılı 

 
~ 67 ~ 
deyildir. 
Mendelin  kəşf  etdiyi  ikinci  qanun  əlamətlərin  parçalanması 
qanunudur. 
 
Əlamətlərin parçalanması qanunu 
 
Monohibrid  çarpazlaşmadan  alınan  birinci  nəsil  hibridlərin 
çarpazlaşması,  yaxud  öz-özünü  tozlandırması  zamanı  ikinci  nəsildə 
əlamətlərin  fenotipcə  3:1  nisbətində,  genotipə  görə  isə  1:2:1  nisbətində 
parçalanır. 
Mendel  yuxarıdakı  təcrübədə  aldığı  birinci  nəslin  bitkilərini 
çarpazlaşdırdıqda  daha  doğrusu  öz-özünü  tozlanma  yolu  ilə  çoxaltdıqda 
aşağıdakı sxem üzrə ikinci nəsil almışdır: 
 
 
 
 
 
     
Sarı 
 
sarı 
 
 
 
 
F
1
 
     Aa  
 
Aa 
 
 
 
qametlər
 
   A    a 
       A     a 
 
 
 
 
 
AA 
  Aa        Aa    aa 
 
           
 
 F
2
     
sarı        sarı          sarı      yaşıl 
Sxemdən  aydın  olur  ki,  birinci  nəsildə  (F
1
-də)  sarılıq  geni  (A)  və 
yaşıllıq geni (a) bir orqanizmdə birləşmiş və Aa hibridi meydana çıxmışdı. 
Bu  hibridin  toxumları  sarı  (Aa)  idisə  də  lakin  saf  deyildi,  yəni  onun 
irsiyyətində həm və həm də a allel genləri vardı. Bu cür qatışıq irsiyyətli 
sarı  rəngli  toxum  verən  bitkilərdən  nəsil  aldıqda  həm  sarı,  həm  də  yaşıl 
noxudlar meydana çıxmışdır. Birinci nəsildə gizli qalan – resessiv əlamət, 
ikinci  nəsildə  üçün  birə  -  (3:1)  nisbətilə  meydana  çıxmışdı.  F
2
-də  alınan 
noxudların çoxu, daha doğrusu, dörddə üç hissəsi sarı və dörddə bir hissəsi 
isə  yaşıl  oldu.  Nə  üçün  3  pay  sarı  və  1  pay  yaşıl  noxudlar  alınmışdı? 
Faktlar bunu göstərirdi:  F
2
-də  alınan  8023  noxuddan  6022-si  sarı,  2001-i 
yaşıl olmuşdu. Bu isə 3:1 nisbətini göstərir. Bu hadisəni izah etmək üçün 
Mendel qametlərin saflığı hipotezini irəli sürdü. 
 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin