S. Q. Həsənova, A. Q. Qarayeva, Ə. H. Qədimov, M. R.Şəfiyeva genet I k a



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/24
tarix15.03.2017
ölçüsü5,01 Kb.
#11484
1   2   3   4   5   6   7   8   9   ...   24

Qametlərin “saflığı” 
 
Monohibrid  çarpazlaşma  zamanı  əlamətlərin  ikinci  nəsildə 
parçalanmasının  əsasını  heteroziqot  orqanizmlərdə  allellərin  qarışmaması 
təşkil edir. O, qametlərin “saflığı” hipotezi adlanır. Bu hipotezə görə, hər 
hansı  əlamətə  görə  heteroziqot  olan  fərddə  bu  əlaməti  idarə  edən  allel 
genlər  homoloji  xromosomlarda  identik  sahələrdə  yerləşir.  Meyoz 
nəticəsində hər bir qametə cüt xromosomlardan ancaq biri düşür. Belə ki, 

 
~ 68 ~ 
birinci  hibrid  nəsil  Aa  cinsiyyət  hüceyrələri  hazırlayarkən,  qametlərə  iki 
allel  gendən  ancaq  biri,  ya  A  və  ya  a  düşə  bilər.  Normal  şəraitdə  eyni 
qametə hər iki allel gen düşə bilməz, yəni qametlər həmin genlərə görə saf 
olur. Deməli, F
1
  hibridləri  iki  tip  cinsiyyət  hüceyrələri  hazırlayır:  A  və  a
Bu qametlərin arasında 4 kombinasiyada mayalanma gedə bilər: 1AA, 2Aa 
və 1aa. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 21. Monohibrid çarpazlaşdırmanın xromosomlarla izahı 
 
 
 
 
 
 
 
 
 
 
   
Mendelin  kəşf  etdiyi  parçalanma  qanununu  xromosomlarda  da  izah 
etmək olar . Məlum olduğu kimi F-1 nəsli iki tip həm erkək, həm də dişi 
qametlər hazırlayır. 

 
~ 69 ~ 
Biz  bilirik  ki,  noxudun  hüceyrələrində  7  cüt  xromosom  vardır.  Hər 
bir  cüt  homoloji  xromosomlar  adlanır.  Lakin  çarpazlaşmanı 
xromosomlarla izah etdikdə valideynləri göstərən dairələr içərisində ancaq 
bir  cüt  homoloji  xromosom  göstərilir.  Bunlarda  da  öyrənilən  əlamətlərin 
allellərinin  yerləşdiyi  nəzərdə  tutulur  (şəkil  21).  Allel  genlər  homoloji 
xromosomların eyni sahələrində (lokuslarında) yerləşir. Valideynlərdə bir 
cüt xromosom varsa, reduksiya prosesində (meyozda) qametlərə homoloji 
xromosomlardan biri düşür. Hər bir xromosom isə allel genlərdən birini 
və ya a-nı daşıyır və bu genlərə görə “safdır”lar. 
Öyrənilən  allellərə  görə  eyni  qametlərin  mayalanmasından  inkişaf 
edən  nəslə  homoziqot  orqanizmlər  deyilir.  Misalımızda  A  qametilə  A 
qameti  mayalananda  homoziqot  sarı  –  AA  və  a  qameti  ilə  də  a  qameti 
mayalandıqda homoziqot  aa – yaşıl nəsil əmələ gəlir. 
Heteroziqot  –  öyrənilən  alellərə  görə  müxtəlif  qametlərin 
mayalanmasından  orqanizm  əmələ  gəlir.  Məs.;  A  qameti  ilə  a  qameti 
mayalandıqda  heteroziqot  Aa  nəsil  əmələ  gəlir.  Birinci  nəsil  hibridlərin 
hamısı heteroziqot olub, ikinci nəslin iki hissəsi homoziqot (AA və aa) və 
iki hissəsi heteroziqot (Aa) olur. 
Deməli,  F
2
-də  parçalanma  xarici  görünüşünə  görə  (fenotipə)  3:1 
nisbətində baş verirsə, irsi təbiətinə (genotipinə) görə 1:2:1 nisbətində baş 
verir. Orqanizmlərin görünən daxili və xarici əlamətlərinə birlikdə fenotip
irsiyyət əsaslarına – genlərinə birlikdə genotip deyilir. 
Monohibrid  çarpazlaşdırmada  alınan  ikinci    nəsildə  fenotipcə  iki 
tipdə 3:1 nisbətində sarı və yaşıl formalar alınır. 
 
 
Şəkil 22 Monohibrid çarpazlaşmanın sxemi. 

 
~ 70 ~ 
 
   
  
 
Şəkil 23. Monohibrid çarpazlaşma. 
 
Monohibrid  çarpazlaşdırmada  alınan  ikinci  nəsildə  genotipcə  3  cür  
orqanizmin  1:2:1  nisbətində  meydana  çıxdığını  görə  bilərik.  F
2
-də  dörd 
hissədən 1AA, 2Aa və 1aa genotipli bitkilər meydana çıxır. Bunlardan AA 
genotipli sarı ilə Aa genotipli sarı noxudları ayrılıqda becərdikdə nəslin bir 
qismi  həmişə  sarı  noxudlar  verəcək,  deməli,  onlar  homoziqot  AA 
genotiplidir.  Lakin  sarı  noxudlardan  bəzilərini  becərdikdə  həm  sarı,  həm 
də  yaşıl  alınarsa,  onda  belə  sarı  formaların  genotipcə  heteroziqot  Aa 
olmalarını  təsdiq  etmək  mümkündür.  Yuxarıdakı  sxemlərdən  aydın  oldu 
ki,  bu  cür  heteroziqot  sarı  noxudlar  Aa  homoziqot  sarı  –  AA  noxudlara 
nisbətən 2 dəfə çoxdur (1AA, 2Aa, 1aa). Mendelin kəşf etdiyi dominantlıq 
və 
parçalanma 
qanunları 
universaldır, 
yəni 
istər 
bitkilərdə, 
mikroorqanizmlərdə,  istərsə  də  heyvanlar  üzərində  aparılan  bütün 
təcrübələrdə özünü doğruldur.  
Deməli,  monohibrid  çarpazlaşmada  F
2
  nəslində  fenotipə  görə  3  pay 
sarı  və  1  pay  yaşıl  rəngli,  yəni  3:1  nisbətində,  genotipə  görə  isə  1:2:1 
(1AA:2Aa:1aa) nisbətində parçalanma baş verir. 
Resiprok çarpazlaşma. Dominant və resessiv əlamətlərə malik olan 
orqanizmlər  həm  ana,  həm  də  ata  bitkisi  kimi  istifadə  olunursa,  bu  cür 
çarpazlaşma resiprok çarpazlaşma adlanır. Bəzən resiprok çarpazlaşmaları 
düzünə və əksinə kimi iki cür aparırlar. Məs., əgər dişi ♀ AA x aa ♂ erkək 
düzünə çarpazlaşmadırsa, onda ♀ aa x AA ♂ erkək əksinə çarpazlaşmadır. 
Müəyyən olunmuşdur ki, çox zaman hər iki halda eyni nəticə alınır, yəni 
valideynlərin  bu  və  ya  digər  əlaməti  daşımasından  asılı  olmayaraq  F
1
-də 
dominantlıq və F
2
-də parçalanma eyni gedir. 

 
~ 71 ~ 
Analizedici  çarpazlaşma.  İkinci  nəsildə  alınmış  iki  tipdə  sarı 
noxudları  AA  və  Aa  genotipcə  adi  gözlə  bir-birindən  fərqləndirmək 
mümkün  deyil.  Odur  ki,  onların  genotipini  müəyyən  etmək  üçün 
genetikada  qəbul  edilmiş  analizedici  çarpazlaşdırmadan  istifadə  edilir. 
Bu  zaman  dominant  əlamətə  malik  olan  sarı  noxudlar  resessiv  əlamətli 
yaşıl noxudlu valideyn forması ilə çarpazlaşdırılır. Belə çarpazlaşdırmadan 
alınan  nəsil  F
B
  ilə  işarə  edilir.  Çarpazlaşdırma  nəticəsində  nəsildə 
əlamətlər 1:1 nisbətində parçalanarsa, yəni bir hissə sarı və bir hissə yaşıl 
noxudlar  alınarsa,  götürülmüş  valideyn  sarı  noxudların  heteroziqot 
genotipə  (Aa),  əgər  nəsildə  ancaq  sarı  noxudlar  alınarsa,  valideyn  sarı 
noxudların homoziqot genotipə (AA) malik olduğunu göstərir.  
  
 

♀ 
Aa 
  x 
aa ♂ 
 
 
 
 
   Qametlər           A     a   
 a 
 
 
 
 
 
F
B
 
 
Aa 
 
aa 
 
 
 
 
 
 
  s 
 
 y 
 
 
 
 
 
               1 : 1 
Analizedici  çarpazlaşma  bekkross  çarpazlaşma  da  adlanır  (F
B
)  ilə 
işarə  edilir.  F
B
  nəslində  parçalanmanın  xüsusiyyətlərinə  əsasən  hibridin 
genotipini,  hibrid  tərəfindən  əmələ  gələn  qametləri  və  onların  nisbətini 
analiz etmək olar.  
Natamam  dominantlıq.  Çarpazlaşdırma  zamanı  bəzən  bir  valideyn 
əlaməti digər valideyn əlaməti üzərində tam dominantlıq təşkil edə bilmir. 
Belə olduqda F
1
-də alınmış heteroziqot orqanizm valideyn əlamətlərindən 
heç  birini  özündə  tam  əks  etdirə  bilmir  və  aralıq  forma  alınır.  Natamam 
dominantlıqda  F
2
-də  əlamətlərin  fenotipcə  parçalanması  genotipik 
parçalanmaya  uyğun  gəlir.  Natamam  dominantlığı  çiyələk  bitkisində 
meyvənin rənginin irsən nəslə ötürülməsinə baxaq. Meyvəsi qırmızı və ağ 
rəngdə  olan  çiyələk  bitkilərini  çarpazlaşdırdıqda  F
1
-də  alınan  bitkilərin 
meyvəsinin  rəngi  çəhrayı  olur.  İkinci  nəsildə  bir  hissə  qırmızı  iki  hissə 
çəhrayı və bir hissə ağ meyvəsi olan bitkilər alınır. 
 
 
 
 
Qırmızı 
  x 
     ağ 
 
 
 
 
      AA 
   
     aa 
 
 
 
 
      A   
 
      a 
 
 
 
            F
1
                Aa 
 
 
 
 
 
      
çəhrayı 
 
 
 
      F
2
    1AA        2Aa      1aa 
 
 
 
              qırmızı        çəhrayı        ağ 

 
~ 72 ~ 
Həmçinin  gecə  gözəli  (Mirabilis  jaiapa)  adlanan  bitkinin  qırmızı 
çiçəkli sortu ilə ağ çiçəkli sortu çarpazlaşdırıldıqda birinci nəsildə çəhrayı 
rəngli  olan  meyvələr  meydana  çıxır.  Çəhrayı  bitkiləri  çarpazlaşdırdıqda 
ikinci nəsildə 1 pay qırmızı - AA, 2 pay çəhrayı – Aa və 1 pay – aa çiçəkli 
bitkilər alınır. Deməli, A geni ilə a geninin qarşılıqlı təsiri sayəsində F
1
-də 
qırmızı deyil, çəhrayı – Aa rəngli çiçəkləri olan bitkilər meydana gəlir.  
Genlərin  kodominantlığı  da  müəyyən  edilmişdir.  Bu  zaman  birinci 
nəsil hibridlərdə valideynlərin əlamətləri biri digərindən asılı olmadan eyni 
dərəcədə  üzə  çıxır.  Kodominantlıqla  heyvanlarda  və  insanlarda  qan 
qrupları,  zülalların  quruluş  fərqliliyi,  məs.,  hemeqlobin  və  ya  transferrin, 
fermentlər və s. nəslə ötürülür. Başqa misal, Şorthorn cinsindən olan ağ və 
qırmızı  heyvanları  cütləşdirdikdə  F
1
-də  çal  heyvanlar  alınır  (ağla  qırmızı 
rəngin qarışığı). Heteroziqot formalar fenotipinə görə asanlıqla fərqlənir. 
 
   
 
Şəkil 24. “Gecə gözəli” bitkisinin tac hissəsinin rəngi misalında 
natamam  dominantlığın irsən keçməsi. 
 
Bu  misallarda  Mendelin  parçalanma  qanunu  fenotipik  olaraq  özünü 
doğrultmasa  da,  genotipik  olaraq  tam  doğruldur.  Deməli,  Mendelin 
parçalanma qanunu bu qanundan kənarlanmanın da mexanizmini izah edir. 
Beləliklə,  parçalanma  zamanı  fenotipik  və  genotipik  nisbətlər  statistik 
xarakter daşıyır. Elə ona görə də Mendel valideynlərin hər bir əlamətinin 
nəsildə  parçalanmasını  izah  etməkdə  kəmiyyət  analizi  üsulundan  istifadə 
etmişdir. 
 
 
 

 
~ 73 ~ 
Monohibrid çarpazlaşdırmaya aid izahlı məsələlər 
 
1.
 
Pomidor  bitkisinin  meyvəsi  yumru  və  armudvari  formada 
olur.  Yumru  formanın  geni  armudvari  forma  üzərində  dominantlıq 
edir. 
a)
 
Əgər  nəsildə  yumru  və  armudvari  meyvələrin  miqdarı 
bərabər olmuşdursa, onda valideynlərin genotipi necə olacaqdır? 
b)
 
Tərəvəzçilik  sovxozunun  parniklərində  hibrid  toxumlardan 
yetişdirilmiş  şitillər  əkilmişdir.  Bu  şitillərdən  inkişaf  edən  kollardan 
31750-sindən  armudvari  formalı  meyvələr,  95250  koldan  isə  yumru 
formalı meyvələr alınmışdır.Onlardan neçə kol heteroziqot olmuşdur? 
Həlli: 
Məsələnin  həlli  başqa  xarakter  daşıyır,  daha  doğrusu  nəsillərin 
fenotipini analiz etməklə valideynlərin genotipini müəyyənləşdirmək lazım 
gəlir. Məsələnin şərtini aydınlaşdırmaq məqsədilə cədvəl quraq: 
 
Əlamət 
Əlaməti müəyyən edən gen 
Meyvələrin yumru forması 

Meyvələrin armudvari 
forması 

 
Məsələnin  şərtində  bizə  yalnız  nəsillərin  fenotiplərinin  nisbəti 
verilmişdir. Bu tipli məsələlərin həlli məqsədilə genotipləri çarpazlaşdıran 
zaman  müəyyən  fenotiplərin  nisbətinin  mümkünlüyünü  yadda  saxlamaq 
üçün  monohibrid  çarpazlaşmanın  müxtəlif  variantları  zamanı  nəsillərin 
nisbətlərini göstərən cədvəli əl altında saxlamaq lazımdır 
 
Çarpazlaşdırılan 
fərdlərin 
genotipləri 
Nəsillərin 
genotiplərinin mümkün 
olan variantları 
Nəsildə 
fenotiplərin 
nisbəti 
AA x AA 
AA 
 
AA x Aa 
1AA:1Aa 
 
AA x aa 
Aa 
 
aa x aa 
aa 
 
Aa x Aa 
1AA:2Aa:1aa 
3:1 
Aa x aa 
1Aa:1aa 
1:1 
 
Məsələnin  şərtinin  “a”  bəndinə  görə  nəsildə  fenotiplərin 
parçalanması 1:1 nisbətində baş vermişdir. Beləliklə, heteroziqot bitkilərlə 
(aa)  çarpazlaşdırılmışdır:  alınan  nəsillərin  yarısı  yumru  və  yarısı  isə 
armudvari formalı bitkilərdir. 

 
~ 74 ~ 
 
 
 
 
 
 
P  
Aa 
  x  
 aa 
 
 
                 Qametlər         A       a 
 
  a 
 
 
 
 
 
F
1
 
Aa 
 
 aa 
Məsələnin  şərtinin  “b”  bəndində  fenotiplərin  sayca  nisbəti 
verilmişdir.  Bu  nisbətə  görə  müəyyən  etmək  olar  ki,  nəsildə  armudvari 
meyvələri  olan  1  bitkiyə  qarşı  yumru  meyvələri  olan  3  bitki  düşür 
(31750/95250).daha  doğrusu  1:3  nisbətində.  Deməli,  aydın  olur  ki,  hibrid 
bitkilər çarpazlaşdırılmışdır. Çarpazlaşma aşağıdakı qaydada aparılmışdır. 
F
2
-ni  analiz  etdikdə  məlum  olur  ki,  genotiplər  1AA:2Aa:1aa 
nisbətində alınır. 95250 yumru meyvəli bitkilər 1/3 AA genotipli, 2/3 hissə 
isə  Aa  genotipli  heteroziqot  bitkilərə  aid  olmuşdur.  Bu  2/3  hissə 
heteroziqot bitkilər 63500 təşkil etmişdir (95250-31750=63500). 
 
     
 
 
  

 Aa 
    x 
    Aa 
     
        Qametlər 
          A      a   
 A     a 
     
 
       F
2
       AA         Aa         Aa        aa 
2.
 
Buğda  bitkisində  karliklik  (cırtdanboyluluq)  geni  normal 
boyluluq  üzərində  dominantlıq  edir.  Əgər  nəsildə  alınan  bitkilərin  ¾ 
hissəsi  cırtdanboylu  olmuşdursa,  onda  valideyn  formaların  genotipi 
necə olmuşdur? 
Həlli: 
Əlamət 
Əlaməti müəyyən edən gen 
Bitkinin cırtdan boyu 

Bitkinin normal boyu 

 
Məsələnin şərtindən məlumdur ki, nəsildə alınan bitkilərin ¾ hissəsi 
cırtdanboylu olmuşdur. Bu baxımdan valideynlərin hər ikisinin heteroziqot 
olduğunu  müəyyən  etmək  olar.  Onda  çarpazlaşmanı  aşağıdakı  kimi 
yazmaq olar: 
 
     
 
 

 Aa 
    x 
    Aa 
     
         Qametlər          A      a  
 A     a 
     
 
      F
2
       AA          Aa         Aa       aa 

 
~ 75 ~ 
F
2
  nəslində  alınan  ¾  hissə  cırtdanboylu  bitkilərin  ¼  hissəsi 
homoziqot və 2/4 hissəsi isə heteroziqotdur. 
3.
 
Drozofil  milçəyində  bədənin  boz  rəngi  qara  rəng  üzərində 
dominantlıq  edir.  a)  Bir  sıra  təcrübələr  zamanı  boz  rəngli  milçəkləri 
qara rəngli milçəklərlə çarpazlaşdırdıqda 117 boz rəngli və 120 qara 
rəngli  fərd  alınmışdır.  Valideyn  formaların  genotipini  təyin  edin.        
b) Boz rəngli milçəkləri çarpazlaşdıran zaman nəsildə 1392 boz rəngli 
və 467 qara rəngli fərd alınmışdır. Valideyn formaların genotiplərini 
təyin edin. 
Həlli: 
Boz  rəngli  milçəkləri  qara  rəngli  milçəklərlə  çarpazlaşdırdıqda  117 
boz  rəngli  və  120  qara  rəngli  (1:1  nisbətində)  fərd  alınmışdır.  Deməli, 
çarpazlaşmada heteroziqot (Aa) boz rəngli və homoziqot (aa) qara rəngli 
milçəklərdən istifadə edilmişdir. Analizedici çarpazlaşma aparılmışdır. 
Əlamət 
Əlaməti müəyyən edən 
gen 
Boz rəng 

Qara rəng 

 
  
 
P        Aa 
 x  
 aa 
 
 
                 Qametlər         A       a 
 
  a 
 
 
 
       
  F
1
 
 
Aa 
 
 aa 
Məsələnin “b” bəndində boz rəngli milçəkləri çarpazlaşdıran zaman 
nəsildə  1392  ədəd  boz  rəngli  və  467  ədəd  qara  rəngli  fərd  alındığından 
valideynlərin genotipini təyin etmək tələb olunur. 1392:467-yə nisbəti 3:1 
nisbətini  verir.  Bu  cür  parçalanma  F
1
-nəslinin  heteroziqot  fərdlərinin 
çarpazlaşmasından  alınır.  Deməli,  valideynlərin  genotipi  heteroziqot 
(AaxAa) olmuşdur. 
 
     
 
 
 P 
 Aa 
    x  
    Aa 
     
         Qametlər           A      a  
  A     a 
     
 
      F
2
        AA          Aa         Aa       aa 
4.
 
Normal  drozofil  milçəklərini  öz  aralarında  çarpazlaşdırdıqda 
nəsildə fərdlərin ¼ hissəsinin gözləri kiçilmiş formada olmuşdur. Belə 
milçəkləri çarpazlaşdırdıqda nəsildə 37 fərd kiçilmiş gözlü və 39 fərd 
isə  normal  gözlü  olmuşdur.  Hər  iki  təcrübədə  çarpazlaşdırılan 
milçəklərin genotipini müəyyən edin.  

 
~ 76 ~ 
Həlli: 
Məsələnin şərtindən məlum olur ki, normal drozofil milçəklərini öz 
aralarında çarpazlaşdırdıqda alınan nəsillərin ¼ hissəsinin gözləri kiçilmiş 
formada olmuşdur. Deməli, alınan nəsillərin ¾ hissəsi normaldır. Normal 
drozofil  dominant  A  geni  ilə,  gözləri  kiçilmiş  formanı  resessiv  a  geni  ilə 
işarə etsək, onda valideynlərin genotipi heteroziqot olacaq və çarpazlaşma 
aşağıdakı kimi baş verəcəkdir: 
 
     
 
 

Aa 
   x 
   Aa 
     
        Qametlər 
         A      a   
 A     a 
     
 
      F
2
        AA          Aa         Aa        aa 
     
 
 
        3 pay normal 
        1 pay kiçilmiş gözlü 
Məsələnin ikinci şərtinə əsasən gözləri kiçilmiş formalı milçəkləri 
normal milçəklərlə çarpazlaşdırdıqda 37 fərd kiçilmiş gözlü və 39 fərd isə 
normal  gözlü  olmuşdur.  37:39  nisbəti  1:1  nisbətinə  uyğun  gəlir.  Bu  cür 
nisbət  isə  analizedici  çarpazlaşma  zamanı  alınır.  Buradan  da  aydındır  ki, 
çarpazlaşmada  iştirak  edən  valideynlərin  genotipi  aşağıdakı  kimi 
olmuşdur: 
P  
Aa 
  x  
 aa 
 
 
              Qametlər           A      a 
 
  a 
 
 
 
 
 
F
1
 
Aa 
 
 aa 
 
 
 
 
                  normal        kiçilmiş gözlü 
5.
 
 Heyvandarlıq  fermasında  su  samurundan  225  bala 
alınmişdir.  Onlardan  167-si  qəhvəyi  və  58-i  isə  mavi-boz  xəzli 
olmuşdur. Nəzərə alınmalıdır ki, qəhvəyi rəng mavi boz rəng üzərində 
dominantlıq edir. Valideyn formaların genotipini təyin edin. 
Həlli: 
Əlamət 
Əlaməti müəyyən edən 
gen 
Qəhvəyi xəz 

Mavi-boz xəz 

 
Məsələnin şərtinə görə heyvandarlıq fermasında 225 bala alınmışdır 
ki,  bunlardan  167-si  qəhvəyi,  58-i  isə  mavi-boz  rənglidir.  Bu  3:1 
nisbətində  əlamətlərin  parçalanmasına  müvafiqdir.  Deməli,  167:58-ə 
nisbəti  kimi.  Onda  valideynlərin  genotipi  heteroziqot  (Aa)  olmalıdır. 
Çarpazlaşmanı belə göstərmək olar: 

 
~ 77 ~ 
 
     
 
 

Aa 
   x 
   Aa 
     
       Qametlər           A      a   
  A     a 
     
 
      F
2
        AA         Aa         Aa        aa 
     
 
 
             qəhvəyi-167          mavi-boz-58 
6.
 
 Valideynləri  qonur  gözlü  olan  mavi  gözlü  kişi  qonur  gözlü 
qadın  ilə  evlənmişdir.  Bu  qadının  atası  mavi  gözlü,  anası  isə  qonur 
gözlü  olmuşdur.  Qonur  gözlülük  geni  mavi  gözlülük  geni  üzərində 
dominantlıq  edir.  Bunu  bilərək  göstərilən  nigahdan  sonra  törəyən 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin