S. Q. Həsənova, A. Q. Qarayeva, Ə. H. Qədimov, M. R.Şəfiyeva genet I k a



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/24
tarix15.03.2017
ölçüsü5,01 Kb.
#11484
1   ...   5   6   7   8   9   10   11   12   ...   24

4.
 
Qaramalda  buynuzsuzluq  geni  buynuzluluq  üzərində,  qara  rəng 
geni isə qırmızı rəng geni üzərində dominantlıq edir. Hər iki cüt gen nəslə 
sərbəst ötürülür. 
a)
 
Hər  iki  əlamətə  görə  heteroziqot  qara-buynuzsuz  buğa  eynilə  bu 
əlamətlərə malik inək ilə çarpazlaşdırılmışdır. Buzovlar necə olacaqdır? 
b)
 
Cins  yetişdirmə  sovxozunda  da  bir  neçə  il  müddətində  qara-
buynuzsuz inəklər qara buynuzsuz buğalarla çarpazlaşdırılmışdır. 896 baş 
buzov alınmışdır ki, bunlardan 535 buzov qara buynuzsuz və 161 baş isə 
qırmızı-buynuzsuz  olmuşdur.  Buynuzlu  buzovların  sayı  nə  qədərdir  və 
onların hansı hissəsi qırmızı rəngdə olmuşdur? 
c)
 
Təsərrüfatda  1000  baş  buynuzlu-  qırmızı  rəngli  inəkdən  984  baş 
buzov  alınmışdır.  Onlardan  472-si  qırmızı,  483-ü  buynuzsuz,  501-i  isə 
buynuzlu olmuşdur. 
Valideynlərin genotipinin və qara rəngli buzovların faizini təyin edin. 
5.
 
İnsanda gözün qonur rəngini idarə edən gen – K, mavi rəngi idarə 
edən  gen  –  k  üzərində,  sağaxaylıq  geni  –  N  isə  solaxaylıq  geni  –  n 
üzərində  dominantlıq  edir.  hər  iki  cüt  gen  müxtəlif  xromosomlarda 
yerləşir. 
a)
 
Əgər  valideynlər  heteroziqotdursa,  onda  onların  uşaqları  necə 
olacaqdır? 
b)
 
Ata solaxaydır, amma gözünün rənginə görə heteroziqotdur, amma 
mavi  gözlüdür,  lakin  əllərindən  istifadə  etmək  bacarığına  görə 
heteroziqotdur, onda onların uşaqları necə olacaqdır? 
c)
 
 Mavi gözlü sağaxay kişi qonur gözlü sağaxay qadınla evlənmişdir. 
Onların  iki uşağı olmuşdur: qonur gözlü solaxay və  mavi gözlü sağaxay. 
Ailədə mavi gözlü solaxay uşaqların doğulması ehtimallığını təyin edin. 
6.
 
Aşağıda  verilən  çarpazlaşmalarda  hibrid  sünbüllərin  xarici 
görünüşünü  təyin  edin.  Nəzərə  almaq  lazımdır  ki,  buğda  bitkisində 
qılcıqsızlıq geni – A qılcıqlılıq geni – a üzərində, sünbülün qırmızı rəngi – 
B onun ağ rəngi – üzərində dominantlıq edir. a) AAbb x aaBB; b) AaBb x 
Aabb; v) AaBB x aabb; q) AaBb; d) AaBb x AaBB.  
7.
 
İki  normal  qanadlı-boz  milçəyin  çarpazlaşması  zamanı  alınmış 
nəsillərin  hamısının  bədəni  boz,  qanadı  normal  olmuşdur.  Valideynlərin 
genotipini təyin etmək mümkündürmü? 

 
~ 96 ~ 
Qeyri-allel  genlərin  qarşiliqli  təsiri 
 
İndiyə qədər biz hər bir əlamətin müəyyən bir genin təsiri ilə inkişaf 
etdiyini öyrəndik. Noxudda toxumun sarı  rəngi  A  allel geni ilə yaşıllıq  a 
allel  geni  ilə  idarə  edilir  və  i.a.  Məlum  oldu  ki,  bəzən  bir  əlamətin 
özünəməxsus müəyyən bir geni olmur. Bu əlamət iki genin qarşılıqlı təsiri 
sayəsində  əmələ  gəlir.  Məs.,  toyuqlarda  pipiklərin  qozvarlığı  əlaməti  iki-
müxtəlif qeyri-allel dominant genin qarşılıqlı təsiri sayəsində əmələ gəlir. 
Leqqorn cinsindən olan ağ toyuqların pipikləri yarpaqvari (sadə) olur. Ağ 
viandot  cinsinin  pipiyi  gülvari  və  bəzi  cinslərin  pipikləri  isə  noxudvari 
olur.  Pipiklərin  gülvarlılığı  A  geni  ilə,  noxudvarlılıq  əlaməti  B  geni  ilə 
idarə  edilir.  Lakin  çarpazlaşdırma  sayəsində  bu  iki  gen  bir  orqanizmə 
düşdükdə  onların  qarşılıqlı  təsirindən  yeni  əlamət-qozvari  pipik  meydana 
gəlir  
Eyni  genotipdə  iki  və  daha  çox  qeyri-allel  genlərin  birgə  təsirindən 
yeni  bir  əlamət    və  ya  xüsusiyyət  meydana  çıxırsa,  bu  hadisə  genlərin 
qarşılıqlı təsiri adlanır. Beləliklə də iki cüt qeyri-allel resessiv genin aabb 
qarşılıqlı təsiri sayəsində yeni əlamət – yarpaqvarı (sadə) pipik əmələ gəlir. 
 
Şəkil 27. İki qeyri-allel genlərin qarşılıqlı təsiri zamanı toyuqlarda 
pipiyin formasının irsiliyi. 
 

 
~ 97 ~ 
Genlərin  qarşılıqlı  təsirinin  aşağıdakı  tipləri  ilə  tanış  olaq:                
1.  Genlərin  komplementar  təsiri.  2.  Genlərin  epistatik  təsiri.  3.  Genlərin 
polimer  təsiri.  4.  Genlərin  modifikasiyalaşdırıcı  təsiri.  5.  Genlərin 
pleyotrop təsiri. 
 
Genlərin komplementar təsiri 
  
Komplementar genlər hər biri ayrılıqda müəyyən bir əlaməti inkişaf 
etdirdiyi  halda,  birlikdə  müəyyən  bir  orqanizmə  düşdükdə  homo  və 
heteroziqot halda (A-B) bir-birinə qarşılıqlı təsir göstərməklə müəyyən bir 
yeni  əlaməti  meydana  gətirir.  Buna  bir  misal  göstərək.  Ağ  çiçəkləri  olan 
ətirli  noxud  Lathyrus  odoratus  bitkisini  çarpazlaşdırdıqda  birinci  nəsildə 
(F
1
)  ağ  çiçəkli  bitkilər  deyil,  purpur  rəngli  çiçəkləri  olan  bitkilər 
alınmışdır.  Lakin  ikinci  nəsildə  (F
2
)  meydana  çıxan  parçalanma  9  hissə 
purpur, 7 hissə ağ nisbətində alınır. 
Deməli  çarpazlaşdırılan  iki  ağ  rəngli  çiçəkli  bitkilərin  genotipləri 
müxtəlif  imiş.  Bu  baxımdan  çarpazlaşdırılan  bitkilərin  genotiplərini  belə 
yazmaq  olar:  Aabb  x  aaBB.  Valideynlərin  dominant  genlərinin  A–B 
qarşılıqlı  təsirləri  sayəsində  çiçəkləri  purpur  rəngli  diheteroziqot  birinci 
nəsil alınır: AaBb. 
Əgər  purpur  çiçəkli  birinci  nəsli  bir-biri  ilə  çarpazlaşdırıb,  alınan 
ikinci nəsil kombinasiyalarını Pennet cədvəli üzrə yerləşdirib və fenotipik 
cəhətdən analiz etsək 9:7 nisbəti alınar  
A  və  B  genləri  olan  çiçəkli  bitkilər  A–B–(AABB,  AaBB,  AABb, 
AaBb), yəni onlar istər homo, istərsə də heteroziqot halında olsun, purpur 
rəngin alınmasını təmin edir. Lakin dominant genlərdən birinin (A və ya B) 
iştirak  etmədiyi  kombinasiyaların  hamısının  aaB-Abb  çiçəklərii  ağ 
olacaqdır. Belə anlaşılır ki, aaB – kombinasiyalarında dominant A geni, A-
bb  kombinasiyasında  isə  dominant  B  geni  iştirak  etmədiyi  şəraitdə 
çiçəklərin rəngi ağ olur. Buna görə  də fenotipik 9 hissə  A-B  purpur və  7 
hissə ağ çiçəkli (3Ab+3aB+1ab) bitkilər əldə edilir. 
Göstərilən  təcrübənin  zahiri  izahını  verdik.  Indi  bunun  biokimyəvi 
izahına keçək. 
Məlum  olmuşdur  ki,  çiçəkləri  rəngli  (purpur)  bitkilərdə  antosian 
piqmentlərin  inkişafı  üçün  iki  dominant  genin  iştirakı  və  qarşılıqlı  təsiri 
vacibdir. Deməli, bu iki dominant gen ayrılıqda həmin piqmentlərin əmələ 
gəlməsinə təsir göstərə bilmir.  
Belə  hadisəni biz  qarğıdalı bitkisi  dənəsinin rənginin  irsiliyində də 
görə  bilərik.  Bəzi  ağ  dənli  qarğıdalı  bitkilərini  çarpazlaşdırdıqda  F
1
-də 
qışalarda  dənlər  purpur  rəngdə  olur.  F
2
-də    parçalanma  baş  verir  və 
9
/
16
 

 
~ 98 ~ 
hissə purpur (A–B–) və 
7
/
16
 hissə ağ (aaB–, A–bb və aabb) olur. 
Bu  misallarda  biz  dominant  genlərin  komplementar  təsirinin  şahidi 
olduq. Burada dominant genlər sərbəst olaraq əlaməti inkişaf etdirə bilmir. 
Lakin  dominant  komplementar  gendən  biri  və  ya  hər  ikisi  sərbəst  olaraq 
əlaməti  inkişaf  etdirmək  xüsusiyyətinə  malik  olur.  Buna  misal  drozofil 
milçəyində  gözün  rənginin  irsiliyini  göstərmək  olar.  Drozofil  milçəyində 
resessiv  gen  –  scarlet  homoziqot  vəziyyətdə  gözün  açıq-qırmızı  rəngini, 
digər  resessiv  allel  gen  brown  gözün  qonur  rəngini  müəyyən  edir.  Belə 
milçəkləri  çarpazlaşdırdıqda  F
2
-də  tünd-qırmızı  gözlü  (vəhşi  forma) 
milçəklər  alınır.  Əgər  hər  iki  resessiv  gen  orqanizmdə  homoziqot 
vəziyyətdə  olarsa,  (aabb)  ağ  göz  milçəklər  alınır.  Birinci  nəsildən  olan 
qırmızı  göz  milçəkləri  çarpazlaşdırsaq,  F
2
-də  parçalanma  baş  verib 
fenotipik olaraq 4 tipdə milçək alınacaqdır: 
9
/
16
 hissə qırmızı göz, 
3
/
16
 hissə 
qonur göz, 
3
/
16
 hissə aşıq-qırmızı, 
1
/
16 
hissə ağ gözlü olacaq. 
Gözün  rənginin  irsiliyində  əlamətlərin  belə  parçalanması  iki 
komplementar genin sərbəst təsirini göstərir. 
 
Şəkil 28. Drozofildə gözün rənginin irsiliyi. 
 
Əgər  qonur  gözlü  milçəklərin  genotipini  şərti  olaraq  Aabb,  açıq-
qırmızı  gözlülüyü  –  aaBB,  qırmızı  gözlülüyü  –  AaBb  və  ağ  gözlülüyü  – 
aabb  işarə  etsək,  F
2
-də  fenotipik  radikalları  belə  göstərmək  olar:  A-B  – 
(
9
/
16
), A – bb (
3
/
16
), aaB – (
3
/
16
) və aabb – (
1
/
16
). Drozofildə gözün rəngi bir 
əlamət  kimi  götürülməsinə  baxmayaraq,  F
2
-də  parçalanma  dihibrid 
çarpazlaşmada  əlamətlərin  sərbəst  parçalanması  qanununa  tam  uyğun 
gəlir. 
Bu  parçalanmanın  təbiətini  belə  izah  edə  bilərik.  Drozofil 
milçəklərində  gözün  normal  rəngi  əsasən  3  piqmentlə  müəyyən  edilir 
(qırmızı,  qonur  və  sarı).  Resessiv  a  geni  homoziqot  vəziyyətdə  qonur 
piqmentin  əmələ  gəlməsinin  qarşısını  alır  və  nəticədə  açıq-qırmızı  göz 
alınır.  Digər  resessiv  b  geni  homoziqot  vəziyyətdə  eyni  zamanda  qırmızı 

 
~ 99 ~ 
və  sarı  rənglərin  əmələ  gəlməsinin  qarşısını  alır  və  ona  görə  də  qonur 
rəngli  göz  inkişaf  edir.  F
1
-dəbu  genlərin  dominant  allelləri  birləşir  və 
bütün piqmentlər əmələ gəlir. Bu piqmentlərin birgə təsirində qırmızı göz 
inkişaf edir. Yeni əlamət 
1
/
16
 ağ gözlülük hər üç piqmentin eyni zamanda 
əmələ gəlməsinin qarşısının alınması nəticəsində meydana çıxır. 
Həmçinin  siçanlar  üzərində  aparılan  təcrübələrdə  aydın  görünür  ki, 
iki  komplementar  gen  ayrılıqda  müstəqil  əlaməti  inkişaf  etdirdiyi  halda, 
ikisi eyni orqanizmə düşdükdə yeni bir əlamətin meydana çıxmasına səbəb 
olur. Siçanlarda üç tipdən olan tük rənginin irsiliyinə baxaq: vəhşi – qonur 
– boz (aquti),  qara və ağ. Qara siçanı ağ siçanla çarpazlaşdırdıqda  F
1
-də 
aquti siçanlar əmələ gəlir., lakin F
2
-də 
9
/
16
 aquti, 
3
/
16
 qara, 
4
/
16
 ağ siçanlar 
meydana gəlir (şəkil 29). 
 
Şəkil 29. Siçanlarda rəngin iki cüt genin qarşılıqlı təsiri nəticəsində əmələ  
gəlməsi (komplementarlıq) 
A – qara rəng; a – albinizm; B – rəngin aquti tipində paylanması; 
 b – rəngin başdan-başa yayılması 
 
 
Şəkil 30. Boranı bitkisində meyvənin formasının irsiliyi (komplementarlıq). 

 
~ 100 ~ 
Çarpazlaşma üçün götürülən albinos siçanda albinosluq (aaBB) yəqin 
ki,  resessiv  a  geninin  homoziqot  (aa)  və  tüklərdə  piqmentin  zolaqla 
paylanmasını  təmin  edən  dominant  B  geninin  homoziqot  halda  BB  təsiri 
sayəsində  meydana  gəlmişdir.  Qara  siçan  isə  dominant  rəng  geninin 
homoziqot  halda  (AA)  və  resessiv  genin  homoziqot  halda  (bb)  təsiri 
sayəsində əmələ gəlir (AAbb). F
1 
hibridində (AaBb) hər iki dominant genin 
(A və B) qarşılıqlı təsiri ilə aquti (vəhşi) rəng alınmışdır. F
2
-də A və B geni 
iştirak edən (A – B) bütün fərdlərin 
9
/
16
 hissəsinin rəngi aquti, qara rəng A – 
bb  genotipinə  və  ağ  rəng  isə  aaB  –  və  aabb  genotipinə  malik  siçanlar 
olacaq. B geni genotipdə geni olmadıqda təsir göstərə bilmir. 
Genlərin  komplementar  təsirində  9:6:1  nisbətində  fenotipik 
parçalanmanın  balqabaq  bitkisi  meyvəsinin  formasının  irsiliyində  də 
görmək olar. Genlərin komplementar təsiri başqa bitki və heyvanlarda da 
baş verir və müxtəlif kombinasiya dəyişkənliklərinə səbəb olur. 
  
Genlərin epistatik təsiri 
 
Qeyri-allel genlərin qarşılıqlı təsirinin  maraqlı formalarından biri də 
epistatik  təsir  adlanır.  Epistatik  təsirdə  qeyri-allel  dominant  genlərin  biri, 
digər  qeyri-allel  dominant  genin  fəaliyyətinin  qarşısını  alır,  üzərini  örtür 
(epistaz). Bu cür genlərə supressor və ya ingibitor genlər deyilir. 
Adi hallarda allel genlərdən birinin digəri üzərində dominantlığı bizə 
yuxarıdakı fəsillərdən məlumdur və bunu ümumi şəkildə belə ifadə etmək 
olar: 
 
 
 
 
 
A>a;  B>b;  C>c. 
Lakin genlərin epistatik təsirində bir-birindən asılı olmayan bir gen o 
biri  gen  üzərində  təsir  göstərir:  A>B  və  ya  B>A  və  i.  a.  Misal  olaraq 
toyuqlarda  lələklərin  rənginin  irsiliyini  göstərmək  olar.  Ağ  leqqorn 
cinsindən  olan  toyuqların  lələkləri  ağ  olur.  Lakin  bu  ağlıq  ayrı-ayrı 
cinslərdə  müxtəlif  genlərin  təsiri  ilə  meydana  gəlmişdir.  Burada  müxtəlif 
qeyri-allel genlər iştirak edir. 
Piqment  (rəng)  verən  geni  C  ilə  işarə  etsək,  piqmentsizliyi  isə  c  ilə 
işarə  etməliyik.  Lakin  genotipdə  C  geni  (rəng  verən)  həmin  genotipdə  J 
geni  olduqda  o,  fəaliyyət  göstərə  bilmir.  Belə  hallarda  lələk  piqmentsiz, 
yəni ağ görünür. Dediyimiz iki ağ lələkli toyuq cinsini çarpazlaşdırsaq (ağ 
leqqorn  CCJJ  x  ccjj  ağ  viandot),  bunlardan  alınan  F
1
-də  CcJj-də  piqment 
verən  C  geni  olduğu  halda  qeyri-allel  J  geni  (supressor,  ingibator)  onun 
qarşısını alır və toyuqların rəngi ağ olur. F
2
 alındıqda 
13
/
16 
hissə ağ və 
3
/
16
 
hissə  isə  rəngli  toyuqlar  əmələ  gəlir.  Pennet  cədvəlini  fenotipik  cəhətdən 

 
~ 101 ~ 
analiz  etdikdə  aşağıdakı  nəticələr  alınır.  9C–J–,  3  ccJi  və  1  ccii 
kombinasiyalarının  hamısı  ağ  olmalıdır.  Bu  cür  kombinasiyalar  isə 
13
/
16
 
hissə təşkil edir. Lakin supressor geni J iştirak etməyən kombinasiyalarda 
toyuqların lələkləri rəngli olacaqdır. Bu isə C–ii genotipində yazıla bilər və 
belə fərdlər 
3
/
16 
hissəni təşkil etməlidir. 
Epistaz  və  supressor  genlər    dominant  və  resessiv  xarakter  daşıyıb 
xromosomların  müxtəlif  lokuslarında  yerləşir.  Dominant  tipli  epistazlıq 
atların,  itlərin  rəngində  və  balqabaq  bitkisinin  meyvəsinin  rənginin 
irsiliyində də müəyyən edilmişdir. 
 
Şəkil 31. İki cür genin qarşılıqlı təsiri nəticəsində  toyuqlarda  
rəngin irsiliyi (epistaz). 
I – rəngi yatırdır; i – rəngi yatırtmır;  
C – piqmentin olması; c – piqmentin olmaması. 
 
Resessiv  tipli  epistazlıqda  genotipdə  resessiv  genlərdən  biri 
homoziqot  vəziyyətdə  olduqda  digər  qeyri-allel  dominant  və  ya  resessiv 
genin meydana çıxmasına imkan vermir: aa>B və ya aa>bb. 
Buna  misal,  siçanlarda  qara  və  ağ  rəngin  irsiliyini  göstərmək  olar. 
Yuxarıda  gördük  ki,  qara  və  ağ  siçanları  çarpazlaşdırdıqda  F
1
-də  bütün 
siçanlar aquti rəngli olur. F
2
-də 
9
/
16
 aquti (A–B–), 
3
/
16
 qara (A–bb) və  
4
/
16 
ağ  (aaB– və aabb) olur. Bu hadisəni  aa>B- və aa>bb resessiv epistazlıq 
hesab etməklə də izah etmək olar. Bu zaman aaB və aabb genotiplərin ağ 
rəngli  olması  a  geninin  homoziqot  vəziyyətdə  piqment  paylayan  B  genin 

 
~ 102 ~ 
və  qara  rəng  yaradan  b  geninin  fəaliyyətinin  qarşısının  alınmasına  səbəb 
olur. 
Genlərin polimer təsiri 
 
Genlərin  qarşılıqlı  təsiri  formalarından  biri  də  polimeriyadadır. 
Polimeriya  (yunanca  polymeria  –  çox  ölçülük  deməkdir)  eyni  əlamətin 
inkişafını  təmin  edən  müxtəlif  qeyri-allel  genlərin  qarşılıqlı  təsirinə 
deyirlər. 
Bu  hadisə  kəmiyyət  əlamətlərinin  –  heyvanlarda  böyümə  sürəti 
(tempi),  diri  çəki,  toyuqlarda  yumurta  məhsulu,  qaramalda  südün  və  s. 
kimi  çəkilən,  ölçülən  əlamətlərin  irsiliyində  özünü  göstərir.  Burada  rəng, 
forma  və  s.  kimi  keyfiyyət  əlamətlərinin  irsiliyində  olduğu  kimi  alınan 
nəticələri  fenotipik  siniflər  üzrə  ayırmaq  çətindir.  Polimeriyada  eyni 
kəmiyyət  əlamətlərini  qeyri-allel  genlər  idarə  edir.  Lakin  əlamətin  feno- 
tipik üzə çıxma dərəcəsi həmin genlərin orqanizmin genotipində miqdarın- 
dan  asılıdır.  Məs.,  qarğıdalının  endospermində  A  vitamininin  miqdarını 
öyrəndikdə  məlum  olmuşdur  ki,  bu  dominant  genlərin  dozaları  (UUU) 
artdıqca endospermin vitamin tutumu da artır və aksinə, dominant genlərin 
dozası genotipdə azaldıqca (Uuu, Uuu) vitaminin miqdarı da azalır. 
İlk dəfə genlərin polimeriyası Nilsol Ele tərəfindən (1908) təcrübə ilə 
öyrənilmişdir.  
 
Şəkil 32. Buğda toxumunun rənginin irsiliyi (polimeriya) 
 

 
~ 103 ~ 
O,  toxumunun  qılafı  qırmızı  rəngli  (piqmentli)  buğda  ilə  toxumun 
qılafı  ağ  (piqmentsiz)  buğdanı  çarpazlaşdırdıqda  F
2
-də  3:1  nisbətində 
parçalanma  müşahidə  etmişdir.  Bu  monohibrid  çarpazlaşmada  alınan 
parçalanmaya bənzəyir. Lakin başqa bir çarpazlaşdırmada 15:1 nisbətində 
parçalanma  alınmışdır.  Bu  nisbət  isə  dihibrid  çarpazlaşdırmanı  xatırladır. 
Lakin  16-dan  15  hissə  rəngli  toxumun  hamısı  eyni  rəngdə  olmamışdır. 
Tünd  qırmızıdan  tam  açıq  qırmızı  formalar  alınmışdır.  Deməli,  toxum 
qılafında piqmentin çoxluğu və ya azlığı allel olmayan eyni təsirli genlərin 
çox və ya az miqdarda iştirakından asılıdır. Bu təcrübəni belə yazmaq olar: 
 
 
 
 
A

A

A

A
2
 x a

a

a

a
2
 
Bu çarpazlaşmada F
1
-də (A

a

A

a
2
dominant genlərdən ancaq ikisi 
iştirak  etdiyindən  toxumların  rəngi  valideynlərdə  olduğundan  açıq  olur. 
İkinci nəsildə çoxlu siniflər alınır və bunlar bir-birindən rənglərin tündlük 
dərəcəsinə  görə  fərqlənir.  Ümumiyyətlə  götürdükdə  16  kombinasiyadan 
15-i rəngli, 1-i isə ağ (rəngsiz) alınır. 
Rəngləri gözdən keçirtdikdə bütün 4 dominant allel iştirak edən 
1
/
16
 
hissə (A

A

A

A
2
) tünd rəngli, 
4
/
16
 hissə üç dominant gen (A

A

A

a
2
 tipli), 
6
/
16
  hissə  bir  dominant  gen  (A

a

a

a
2
  tipli)  daşıdıqlarından  müxtəlif 
rənglərdə tünd rəngli və rəngsiz forma (a

a

a

a
2
) arasında keçid formaları 
əmələ gətirirlər, hər iki resessiv allelə görə homoziqot formalar 
1
/
16
 hissəni 
(a

a

a

a
2
) təşkil edir ki, bu toxumlar da rəngsiz olur. 
Göstərilən  5  formada  genotiplər  belə  bir  sıra  əmələ  gətirir: 
1+4+6+4+1=16. 
Polimer  dominant  genlər  genotipdə  toplandıqda  onların  təsiri 
qüvvətlənir, yəni onlar kumulyativ təsir göstərir və genlərin belə qarşılıqlı 
təsiri kumulyativ polimeriya adlanır.  
Əgər F
1
 hibridlərində belə genlərin miqdarı iki, üç – A
1
 a
1
 A
2
 a
2
 A
3
 a
3
 
və  çox  olarsa,  onda  F
2
-də  genotipik  kombinasiyaların  miqdarı  müvafiq 
olaraq artacaqdır. Yəni əlamətlərin dəyişkənlik variasiyaları çoxalacaqdır. 
Üç polimer gen F
2
-də 4
3
 = 64, dörd polimer gen 4
4
 = 256 və s. kombina- 
siyalar adlanır. 
Kəmiyyət  əlamətlərinin  irsiliyini  öyrənməyin  praktikada,  xüsusən, 
bitki  seleksiyası  və  heyvanlar  üzərində  aparılan  seleksiya  işlərində  çox 
böyük əhəmiyyəti vardır. 
 
Genlərin pleyotrop təsiri 
 
Genlərin  qarşılıqlı  təsiri  formalarından  biri  də  pleyotropiyadır 
(yunanca  pleystos  daha  artıq  deməkdir).  Bir  çox  genlərin  təsiri 

 
~ 104 ~ 
öyrənildikdə belə müəyyən edilmişdir ki, eyni gen bir əlamətin deyil, bir 
çox  əlamətin  inkişafını  idarə  edir.  Buna  genlərin  pleyotropiyası  (əlavə 
təsir)  deyilir.  İlk  dəfə  Mendel  öz  təcrübələrində  purpur  rəngli  çiçəkləri 
olan  noxud  bitkisində  bu  halı  görmüşdür.  Belə  bitkilərin  yarpaqlarının 
qoltuğunda qırmızı ləkələr və toxumlarının qabığı isə rəngli olur. Mendel 
göstərmişdi ki, həmin əlavə əlamətlər purpur rəngin inkişafını təmin edən 
eyni faktorun təsiri sayəsində əmələ gəlir. N. İ. Vavilov və O. V. Yakuşkin 
iran  buğdasına  qara  rəng  verən  dominant  bir  genin,  eyni  zamanda 
dənlərində pulcuqların olmasına təsir göstərdiyini müşahidə etmişlər.  
Pleyotrop genlərin  təsirini iki  yerə  ayırırlar: birinci  dərəcəli təsir və 
ikinci dərəcəli təsir. Məlum olmuşdur ki, genlərin pleyotrop təsiri zülal  – 
fermentlərin  biosintez  reaksiyasına,  ikinci  təsiri  ilə  o  da  öz  növbəsində 
orqanizmin  başqa  əlamətlərinə  təsir  göstərir.  Başqa  sözlə  desək,  genlərin 
pleyotrop təsiri biokimyəvi reaksiyaların qarşılıqlı təsiri ilə izah edilir. 
İnsanlarda  da  mutasiya  yolu  ilə  meydana  gələn  dominant  genin 
pleyotrop təsiri öyrənilmişdir. Marfa sindromunda bir dominant gen əsasən 
ayaqların,  xüsusən,  barmaqların  anormal  dərəcədə  uzanmasına  təsir 
göstərir. Bu cür barmaqlara hörümçək barmaqlılıq da deyilir. Bu dominant 
gen  hörümçək  barmaqlılıqdan  əlavə  həm  də  gözlərin  büllur  cismində  də 
deffektivlik verir.  
Genlərin pleyotropiyasında əlamətlərin tam korrelyasiyası  müşahidə 
olunur.  Bir  gen  eyni  zamanda  həm  müsbət,  həm  də  mənfi  bir  əlamətin 
yaranmasına  səbəb  ola  bilər.  Bu  hal  seleksiyaçılar  üçün  çətinlik  törədir. 
Seleksiyaçı  faydalı  əlamətə  malik  fərdləri  seçdikdə  eyni  zamanda  ona 
korelyativ olan zərərli əlaməti də seçmiş olur. 
Drozofil  milçəyində  ağ  gözlülük  geni  W  eyni  zamanda  da  bədənin 
rənginə, daxili orqanların bəzilərinə, döllülüyə, yaşama qabiliyyətinə təsir 
göstərir. 
Bir sözlə, eyni genin çoxlu təsirinə pleyotropik təsir deyilir. 
 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin