S. Q. Həsənova, A. Q. Qarayeva, Ə. H. Qədimov, M. R.Şəfiyeva genet I k a


Genlərin modifikasiyalaşdırıcı təsiri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/24
tarix15.03.2017
ölçüsü5,01 Kb.
#11484
1   ...   6   7   8   9   10   11   12   13   ...   24

Genlərin modifikasiyalaşdırıcı təsiri 
 
Bu və ya başqa genlərin təsirini gücləndirən və ya zəiflədən genlərə 
modifikator genlər deyilir. Biz yuxarıda allel genlərdən birinin dominant, 
digərinin resessiv təsiri ilə tanış olduq. Qırmızı çiçəkli noxud ilə ağ çiçəkli 
noxudu  çarpazlaşdırdıqda  F
1
-də  qırmızı  çiçəkli  noxud  əmələ  gəlir. 
Buynuzsuz  qaramal  ilə  buynuzlu  qaramalı  çarpazlaşdırdıqda  F
1
-də 
buynuzsuz nəsil alınır. Qara siçanlarla ağ siçanları çarpazlaşdırdıqda F
1
-də 
qara siçan əmələ gəlir. 

 
~ 105 ~ 
Lakin  çox  hallarda  heyvanlarda  tam  dominantlıqdan  əlavə  aralıq 
formalar  da  məs.,  bozumtul,  boz,  sarı  və  i.  a.  rənglər  müşahidə  olunur. 
Modifikator  genlər  özü  təzahür  etmir,  onlar  başqa  allel  genlərin  effektini 
dəyişdirir.  Kəmiyyət  əlamətlərinin  irsən  keçməsində  modifikator 
genlərinin  öyrənilməsinin  böyük  əhəmiyyəti  vardır.  Modifikator  genlər 
arzu  olunan  əlamətin  güclənməsinə  və  ya  zəifləməsinə  səbəb  ola  bilər. 
Hətta  dominantlıq  dərəcəsinə  təsir  göstərir.  Məs.,  qara-alabəzək  inəklərin 
başında, bədəninin müxtəlif sahələrində ağ ləkələrin əmələ gəlməsi ən azı 
iki  cüt  modifikator  genin  təsiri  ilə  əmələ  gəlir.  Lakin  bu  ağ  ləkələr  bəzi 
heyvanların  belində,  bəzilərinin  qarnının  altında,  bəzilərində  isə  beldə  ağ 
kəmər  kimi  görünür.  Bəzilərində  bütün  bədən  ağ  rəngdə  olur.  Cüt 
allellərdən  biri  dominant  geni  tük  örtüyünün  rəngli  sahəsinin  ölçüsünü 
azaldır,  o  biri  cüt  allelin  resessiv  geni  əksinə  rəngli  sahənin  yayılmasını 
artırır. 
Kəmiyyət  əlamətlərinin  (məs.,  südlülük,  çəki,  yumurtalama  qabiliy- 
yəti və s.) irsən keçməsində xarici mühit şəraitinin (yemləmə, bəslənilmə 
və  s.)  müəyyən  rolu  varsa  da,  lakin  bu  əlamətlər  modifikator  genlərin 
paylanılmasından da xeyli asılıdır. Seleksiya işlərində hibridləşdirmə üsulu 
ilə  orqanizmlərdə  modifikator  genlərin  toplanması  və  zənginləşməsinə 
çalışırlar.  Bu  qayda  üzrə  dəyişkənliyin  miqdarı  artır  və  seçmə  yüksək 
effekt verir. 
 
Gen balansı 
 
Genlərin qarşılıqlı təsiri bəhsindən aydın oldu ki, hər bir fərdin bu və 
ya  digər  əlamət  və  xassələrinin,  ümumiyyətlə  bütün  orqanizmin  normal 
inkişafı bir çox genlərin – bütün genotipin ahəngdar fəaliyyətindən asılıdır. 
Bu  baxımdan  genlərin  hamısı  modifikator  funksiyasını  daşımış  olur. 
Orqanizmin tam normal inkişafı üçün bütün genlərin balansı müvazinətdə 
olması  lazım  gəlir.  Bu  genlər  müəyyən  nisbətdə  və  ahəngdar  sistemdə 
orqanizmlərin  inkişafını  proqramlaşdırır.  Bu  sistemdə  kəmiyyət  və 
keyfiyyətcə bir dəyişiklik baş verdikdə orqanizmin inkişafı normal getmir. 
Xromosomların  sayı  dəyişildikdə  genlərin  müvazinətli  balanslı  fəaliyyəti 
də pozulmuş olur.  
Məlum olduğu kimi, növlərarası hibridləşmədə baş verən dölsüzlüyə 
səbəb də onlarda gen balansının dəyişilməsidir. 
 
 
 

 
~ 106 ~ 
IV. CİNSİYYƏTİN GENETİKASI 
 
İnsanları  çox  qədim  zamanlardan  belə  bir  sual  maraqlandırmışdır: 
necə  olur  ki  oğlan  və  ya  qız  övladı  dünyaya  gəlir?  Bu  suala  tarix  boyu, 
əvvəllər əqli mühakimə yolu ilə, get-gedə müxtəlif bioloji elmlərin köməyi 
ilə  cavab  verməyə  çalışmışlar.  Bu  sahədə  müxtəlif  mühakimələr 
yüyürdülmüş,  müxtəlif  fərziyyələr  və  nəzəriyyələr  irəli  sürülmüşdür.  Biz 
bunların  üzərində  dayanmadan  qeyd  etməliyik  ki,  biologiyada  cinsiyyət 
problemi  genetika  elminin  inkişafı  sayəsində  öz  həllini  tapa  bilmişdir. 
Yuxarıdakı  suala  da  ancaq  genetik  baxımdan  düzgün  cavab  vermək 
mümkün olmuşdur. 
Ümumiyyətlə,  canlılar  aləminin  təkamülündə  cinsiyyətin  meydana 
çıxması  probleminin  də  həllində  genetik  biliklərin  çox  böyük  rolu 
olmuşdur.  
Cinsiyyətli  çoxalan  eyni  növün,  eyni  populyasiyanın  içərisində  bir-
birindən bir sıra morfiloji və fizioloji xüsusiyyətlə fərqlənən iki cinsiyyətə 
-  erkək  və  dişilərə  rast  gəlirik.  Maraqlıdır  ki,  erkək  və  dişi  fərdlər  demək 
olar ki, bərabər nisbətdə dünyaya gəlir. Ümumi şəkildə götürsək, erkək və 
dişilər  100:100  nisbətində  doğulur  ki,  bu  da  genetikada  analizedici 
çarpazlaşdırmada (Aa X aa) meydana gələn 1:1 nisbətinə oxşayır. Buradan 
belə  bir  məntiqi  nəticəyə  gəlmək  olar  ki,  cinsiyyətli  çoxalan  canlılarda 
cinsiyyətlərdən biri cinsiyyət amilləri etibarilə heteroziqot (Aa), digəri isə 
homoziqot  (aa)  olmalıdır.  Sitoloji  tədqiqat  da  bu  mülahizəni  təsdiq 
etmişdir.  Orqanizmlərin  diploid  xromosom  sayına  malik  hüceyrələrində, 
cinsiyyət formalaşmasında mühüm rol oynayan xüsusi xromosomlar aşkar 
edilmişdir.  Məs.,  drozofil  milçəyinin  4  cüt  xromosomundan  3  cütü  istər 
erkəklərdə  və  istərsə  də  dişilərdə  bir-birinə  oxşayır.  Bu  cür  oxşar 
xromosomlara autosom xromosomları deyilir və genetikada bunları A hərfi 
ilə  işarə  edirlər.  Lakin  erkək  və  dişilər  bir  cüt  xromosomla  bir-birindən 
fərqlənir.  Belə  xromosomlara  cinsiyyət  xromosomları  deyilir  və  X,  Y  ilə 
işarə  edilir.  Dişi  milçəklərin  hüceyrələrində  autosom  xromosomlarından 
başqa iki X xromosomu (XX) olur. Lakin erkək milçəklərin hüceyrələrində 
isə  autosom  xromosomlarından  başqa  bir  X  və  bir  də  Y  xromosom  olur. 
Əgər autosom xromosomlarının bərabər sayda və oxşar olduqlarını nəzərə 
alsaq, dişi fərdləri XX, erkək fərdləri isə XY göstərə bilərik. 
Dişi  fərdlər  ovogenez  prosesində  cinsiyyət  hüceyrələri  hazırladıqda 
xromosomlarda  baş  verən  reduksiya  sayəsində  hər  bir  qamet  iki  XX 
xromosomundan  ancaq  birini  daşıyır.  Ona  görə  də  dişiləri  homoqamet 
adlandıra  bilərik.  Erkək  fərdlər  (XY)  spermotogenez  prosesində  iki  tip 
spermotozoid  hazırlayır;  X  və  Y.  Buna  görə  də  fərdlər  heteroqamet 

 
~ 107 ~ 
adlandırıla  bilər.  Dişi  fərdlərin  bir  tipdə  hazırladığı  yumurta  hüceyrələri, 
erkək  fərdlərin  hazırladığı  X  daşıyan  spermotozoidləri  ilə  mayalandıqda 
X+X=XX  genotipində  dişşi  fərdlər,  lakin  Y  daşıyan  spermotozoidlə 
mayalandıqda  X+Y=XY  tipli  erkək  fərdlər  meydana  gəlir.  Buradan  aydın 
olur  ki,  sayca  dişi  və  erkək  fərdlərin  əmələ  gəlməsi  ehtimalı  eyni 
nisbətdədir: 1:1. 
  
 
Cinsiyyətin biologiyası 
 
Nəslin  törəməsini  təmin  edən  və  orqanizmdə  cinsiyyət  hüceyrələrin 
əmələ gəlməsi əsasında irsi informasiyanın ötürülməsində iştirak edən bir 
qrup əlamət və xüsusiyyətlər cəminə cinsiyyət deyilir. 
Cinsiyyətin  genetik  əsaslarını  təyin  etməzdən  əvvəl  cinsiyyətin 
biologiyası  ilə  tanış  olaq.  Adətən  müxtəlif  cinsləri  bir-birindən 
fərqləndirən əlamətləri birinci və ikinci dərəcəli əlamətlərə bölürlər. 
Birinci dərəcəli əlamətlərə cinsiyyət hüceyrələrin əmələ gəlməsini və 
onların  mayalanma  prosesində  birləşməsini  təmin  edən  bəzi  morfoloji  və 
fizioloji  əlamət  və  xüsusiyyətlər  aiddir.  Bunlara  ali  heyvanlarda 
qonadaları,  cinsiyyət  yollarını,  xarici  genitaliləri,  ali  bitkilərdə  isə 
androsey və geniseyi göstərmək olar.  
İkinci  dərəcəli  əlamətlər  bilavasitə  qametogenez  prosesini,  cinsi 
hüceyrələrin  birləşməsini  və  mayalanmasını  təmin  etmir,  lakin  cinsi 
çoxalmada köməkçi rol  oynayırlar.  Məsələn,  balıqlarda üzgəclərin xüsusi 
quruluşu,  quşlarda  erkək  və  dişilərin  rənginə  görə  fərqlənməsi, 
məməlilərdə  süd  vəzilərinin  olması,  ali  bitkilərdə  buğumarası  məsafələr, 
çiçəklənmə vaxtı və s. 
İkinci  dərəcəli  əlamətlərdən  bəzən  cinsiyyətlə  məhdudlaşmış 
əlamtləri  də  göstərmək  olar.  Belə  əlamətlər  haqqında  irsi  informasiyanı 
bütün  fərdlər  daşıyır,  lakin  onların  təzahürü  yalnız  bir  cinsdə  öz  əksini 
tapır.  Məsələn,  iri  buynuzlu  heyvanlarda  südlülük  xüsusiyyətni  müəyyən 
edən genləri həm dişi, həm də erkək fərdlər daşıyır, lakin onlar yalnız dişi 
fərdlərdə özünü biruzə verir və yaxud yumurta vermək genlərini xoruzlar 
da daşıyır, lakin bu xüsusiyyət yalnız toyuqlarda özünü biruzə verir. 
Bəzi  hallarda  əlamətlər  cinsiyyətdən  asılı  olur.  Məsələn, 
buynuzluluq  əlaməti  dominant  homoziqot  (HH)  fərdlərdə  buynuzlu, 
resessiv homoziqot (hh) fərdlərdə isə buynuzsuz olurlar. 
 Lakin  heteroziqot  qoçlar  (Hh)  buynuzlu,  heteroziqot  dişilər  – 
qoyunlar  isə  (Hh)  buynuzsuz  olurlar.  Cinsiyyətlə  bağlı  olan  əlamətlərin 
irsiliyinin  qanunauyğunluğunu  öyrənmək  dominantlıq  hadisəsinin 
mahiyyətini  daha  da  dərindən  bilməyə  və  dominantlığı  praktiki  nöqteyi 

 
~ 108 ~ 
nəzərdən idarə etməyə imkan verir. 
Erkək  və  dişi  fərdlərin  fərqlənməsinə  cinsi  dimorfizm  deyilir.  Bu 
hadisə bəzi ibtidai və bir çox ali bitki və heyvanlarda müşahidə olunur. Ali 
bitkilərin  5  minə  yaxın  növləri  iki  evlidir.  Ali  heyvanlarda  hermofrodit 
fərdlərə normal halda rast gəlinmir, əksər hallarda dişi və erkək fərdlər bir-
birindən morfoloji, fizioloji, biokimyəvi, etoloji və digər xüsusiyyətlərinə 
görə  fərqlənirlər.  Lakin  təkamülün  aşağı  pillərlərində  birhüceyrəli 
orqanizmlərdə cinsi əlaqədə olan fərdlər biri digərlərindən yalnız fizioloji 
xüsusiyyətlərinə görə fərqlənirlər, buna görə onları şərti olaraq “+cins” və 
yaxud “-cins” adlandırırlar. 
Ümumiyyətlə  demək  olar  ki,  cinsi  dimorfizm  təbiətdə  geniş  yayılıb 
və təkamülün bütün pillələrində rast gəlinir.  
Sual olunur ki, cinsi dimorfiz nə üçün əmələ gəlib? Bu suala cavab 
vermək  üçün  yada  salmaq  lazımdır  ki,  cinsiyyət  prosesinin  bioloji 
mahiyyəti  irsi  informasiyanın  rekombinasiyası  ilə  bağlıdır,  bu  da  öz 
tərəfindən  genetik  fondun  irsi  dəyişkənliyini  zənginləşdirir.  İlk  dəfə  bu 
hadisəyə  Ç.  Darvin  nəzər  yetirmiş,  çarpazlaşmanın  bioloji  faydalılığını 
göstərmiş və müxtəlif cinsliliyin əmələ gəlməsini izah etmişdir.  
Qeyd  etdiyimiz  kimi  cinsiyyət  problemi  uzun  tarixi  problemdir.  Bu 
məsələnin  həllində  ilk  addımları  hələ  Aristotel  atmışdır.  Yüzlərlə  hipo- 
tezlər irəli sürülmüş, lakin onlar nəinki bu  məsələni həll etməmiş, əksinə 
daha  da  çətinləşdirmişdir.  Məsələnin  elmi  həlli  genetika  və  sitologiya 
elmlərinin meydana gəlib inkişafından sonra mümkün olmuşdur.  
 
Cinsiyyətin təyininda xromosom nəzəriyyəsi 
 
Cinsiyyətin  təyini  çoxalma  tsiklinin  müxtəlif  mərhələlərində  gedə 
bilər.  Cinsiyyəti  yumurta  hüceyrəsinin  yetişmə  prosesində  təyin  etmək 
olar. Belə hal rotorilərdə, bitki biti – mənənə, ilkin həlqəlilərdə müşahidə 
olunur.  Bu  orqanizmlərdə  oogenez  zamanı  sitoplazma  qeyri-bərabər 
şəkildə 
yumurta 
hüceyrələrin 
arasında 
bölünür. 
Buna 
görə 
yumurtahüceyrələrin bəziləri iri, bəziləri isə xırda olurlar. Mayalandıqdan 
sonra  iri  yumurta  hüceyrələrindən  dişi,  xırda  yumurtahüceyrələrindən  isə 
erkək fərdlər əmələ gəlir. Cinsiyyətin təyin olunmasının bu tipi – proqam 
adlanır.  
Bir  çox  orqanizmlərdə,  məsələn,  məməlilərdə.  Quşlarda,  balıqlarda, 
ikiqanadlı  həşaratlarda,  ikievli  bitkilərdə  cinsiyyətin  təyini  mayalanma 
zamanı müəyyən olunur. Belə tip cinsiyyətin təyini – sinqam adlanır. Bəzi 
hallarda  cinsiyyəti  mayalanmış  yumurta  hüceyrəsinə  xarici  mühitin 
təsirindən  sonra  təyin  etmək  mümkün  olur.  Məsələn,  Bonellia  veridis 

 
~ 109 ~ 
adlanan  dəniz  qurdunda  dişi  fərdlər  gavalı  böyüklüyündə  olur  və 
bədənindən  xromosoma  bənzər  uzun  bir  üz  ayrılır.  Erkək  fərdlər  isə 
reduksiyaya uğrayıb bir neçə mm uzunluğunda olurlar.  
Erkəklər  dişi  fərdin  uşaqlığında  yaşayır  və  yalnız  bir  funksiyanı  – 
mayalanmanı yerinə yetirir. Mayalanmış yumurtalardan suda sərbəst üzən 
sürfələr əmələ gəlir. Bir müddət sərbəst həyat tərzi sürən sürfə ya dənizin 
dibinə  və  yaxud  cinsi  yetişkənliyə  çatmış  dişi  fərdin  xromosomuna  ilişib 
qalır.  Dənizin  dibinə  ilişmiş  sürfələr  dişi,  dişi  fərdin  xromosomuna  ilişib 
qalanlar  isə  erkək  fərdlərə  çevrilirlər  və  tədricən  dişi  fərdin  cinsiyyət 
orqanlarına  keçərək  orada  parazitlik  edirlər.  Vaxt  gələndə  dişi  fərdi 
mayalayırlar.  Cinsiyyətin  təyininin  belə  forması  epiqam  adlanır. 
Məlumdur  ki,  heyvanlarda  cinsiyyət  1:1  nisbətində  meydana  gəlir,  yəni 
erkək  və  dişi  fərdlərin  tezliyi  eyni  olur.  Bu  da  genetikada  analizedici 
çarpazlaşmada (Aaxaa) meydana gələn 1:1 nisbətinə oxşayır.  
Buradan  belə  bir  məntiqi  nəticəyə  gəlmək  olur  ki,  cinsiyyətdə 
çoxalan  canlılarda  cinsiyyətlərdən  biri  heteroziqot  (Aa),  digəri  isə 
homoziqot (aa) olmalıdır. Belə bir fərziyyə hələ Q. Mendel tərəfindən irəli 
sürülmüşdür.  Sonralar  sitoloji  tədqiqat  əsasında  bu  mülahizə  təsdiq 
edilmişdir. Orqanizmlərin diploid xromosom sayına malik hüceyrələrində, 
cinsiyyətin  formalaşmasında  mühüm  rol  oynayan  xüsusi  xromosomlar 
aşkar edilmişdir. 
Məsələn.  Drozofil  milçəyinin  4  cüt  xromosomundan  3  cüt  istər 
erkəklərdə  və  istərsə  də  dişilərdə  bir-birinə  oxşayır.  Bu  cür  oxşar 
xromosomlar autosom xromosomlar adlandırılmışdır və genetikada bunları 
(A) işarə edirlər. Lakin bir cüt xromosomlar isə erkək və dişi fərdlərdə bir-
birindən  fərqlənirlər.  Belə  xromosomlar  cinsiyyət  xromosomları 
adlandılrılaraq X və Y ilə işarə edilmişdir. Dişi milçəklərin hüceyrələrində 
autosom  xromosomlardan  başqa  X  xromosomu  (XX),  erkək  milçəklərin 
hüceyrələrində  isə  autosom  xromosomlarından  başqa  bir  X  və  bir  də  Y 
xromosomu  olur.  Əgər  autosom  xromosomların  bərabər  sayda  və  oxşar 
olduqlarını nəzərə alsaq, dişi fərdləri XX, erkək fərdləri isə XY-lə göstərə 
bilərik. 
Dişi  fərdlər  oogenez  prosesində  cinsiyyət  hüceyrələri  hazırladıqda 
xromosomlarda  baş  verən  reduksiya  sayəsində  hər  bir  qamet  iki  XX 
xromosomundan  ancaq  birini  daşıyır.  Ona  görə  də  dişiləri  homoqamet 
adlandırmışlar.  Erkək  fərdlər  isə  spermatogenez  prosesində  X  və  Y  tip 
cinsiyyət 
hüceyrələri 
hazırladıqları 
üçün 
onları 
heteroqame
adlandırmışlar (XY). 
Dişi  fərdlərin  eyni  tipdə  hazırladığı  yumurta  hüceyrələri,  erkək 

 
~ 110 ~ 
fərdlərin  hazırladığı  X  daşıyan  spermatozoidləri  ilə  mayalandlqda 
X+X=XX tipli dişi fərdlər, lakin Y daşıyan spermatozoidlə mayalandıqda 
X+Y=XY  tipli  erkək  fərdlər  meydana  gələcək.  Buradan  aydın  olur  ki, 
sayca  dişi  və  erkək  fərdlərin  meydana  gəlməsi  ehtimalı  eyni  nisbətdədir 
1:1.  İnsanlarda  və  bütün  məməli  heyvanlarda  da  dişi  və  erkək  fərdlərin 
əmələ gəlməsi mexanizmi və nisbəti drozofildə olduğu kimidir.  
Elə  canlılar  da  vardır  ki,  onlarda  dişi  və  erkəklərin  cinsiyyət 
xromosomları  drozofilin  cinsiyyət  xromosom  tipinin  əksinədir.  Məsələn, 
quşlarda,  amfibilərdə,  kəpənəklərdə,  bəzi  balıqlarda  və  s.  heyvanlarda 
dişilər  heteroqamet  (XY),  erkəklər  isə  homoqamet  (XX)  olurlar.  Bəzən 
cinsiyyəti  bu  tipdə  olan  orqanizmlərin  cinsiyyət  xromosomlarını  başqa 
hərflərlə  də  işarə  edirlər.  Məsələn,  erkəkləri  XX  əvəzinə  ZZ,  dişiləri  XY 
əvəzinə ZW kimi yazırlar. 
Bəzən elə orqanizmlərə də rast gəlmək olur ki, onlarda dişilər iki X 
xromosomuna  (XX)  malik  olduqları  halda  erkəklər  ancaq  bir  X 
xromosomu  daşıyır  (XO).  Başqa  sözlə  desək,  onlarda  Y  xromosomu 
olmur. 
Beləlilə,  cinsiyyət  xromosomları  ilə  cinsiyyətin  tənzim  olunmasının 
dörd əsas tipi mövcuddur: 
1)
 
 XY tipli. Bu halda diçi fərdlər iki XX xromosomlara malik olurlar, 
yəni homoqametdirlər və eyni tipli qametlər əmələ gətirir – X, lakin erkək 
fərdlər isə heteroqametdirlər və iki tip qamet əmələ gətirir – X və Y. 
2)
 
XO  –  tipli  –  dişi  fərdlər  iki  XX  xromosomuna,  erkək  fərdlər  isə 
yalnız bir X – xromosomuna malik olurlar. 
3)
 
ZW  –  tipli  –  dişi  fərdlər  heteroqamet  –  bir  cinsi  xromosoma  W 
malik  olur,  lakin  erkək  fərd  isə  homoqamet  və  iki  ZZ  xromosoma  malik 
olur. 
4)
 
ZO  –  tipli  dişi  fərdlər  –  heteroqamet  və  bir  Z  -  xromosomuna 
malik, erkək fərdlər isə homoqamet və iki ZZ – xromosomuna malik olur. 
Birinci  tip  -  XY  bir  çox  həşaratlarda,  məməlilərdə  və  ikievli 
örtülütoxumlu bitkilərin əksəriyyətində təsadüf olunur. 
İkinci tip - XO – bəzi həşaratlara – taxtabitiyə (Protenor), bitkilərdən 
isə Dioscorea sinnuata növünə xasdır. 
Üçüncü tip – ZW bəzi balıqlarda, məlum olan kəpənək və quşlarda, 
bitkilərdən isə yalnız Fragaria elatior çiyələk növünə xasdır. 
Dördüncü  tip  –  ZO  isə  Saxalin  adalarında  yaşayan  diri  bala  doğan 
Lacetra virpara kərtənkələsində məlumdur.  
XY və XO tiplər sinqam tipli cinsiyyətin təyininə aiddir və sperminin 
genotipindən  asılıdır,  lakin  ZW  və  ZO  tiplərdə  isə  cinsiyyətin  təyini 

 
~ 111 ~ 
proqram tipinə aid olur və yumurta hüceyrəsinin genotipindən asılıdır. 
 
 
 
 
 
 
 
 
 
 
 Cədvəl 5 
Cinsiyyətin təyin olunma tipləri 
Tip 
Heteroqamet 
cinsiyyət 
Qametlər 
Ziqot 
Orqanizmlər 
Erkəklərin  Dişilərin  Erkəklərin  Dişilərin 

Erkək cinsi 
X və Y 

XY 
XX 
Insan, məməlilər, drozofil, 
melandrium, quruotu və 
başq. 

Erkək cinsi 
X və O 

XO 
XX 
Taxtabiti (Prote-nor), 
çəyirtkələr, Diozcorea və 
b. 

Dişi cinsi 

Z və W 
ZZ 
ZW 
Quşlar, amfibilər, 
reptililər,kəpənək-lər, 
çiyələk və b. 

Dişi cinsi 

Z və O 
ZZ 
ZO 
Güvə və başq. 
 
Cinsiyyət xromosomları ilə ilişikli genlərin irsiliyi 
 
Mendelin qanunları bütün canlılara aiddir. Biz yuxarıdakı bəhslərdə 
bir  sıra  əlamətlərin  nəslə  keçməsini  öyrənərkən  alınan  nəsillərdə 
cinsiyyətcə  fərqlər  olmadığını,  parçalanma  qanununda  öyrəndiyimiz 
əlamətlər  həm  erkək,  həm  də  dişilərdə  eyni  dərəcədə  paylandığını 
görmüşdük.  Çünki  öyrəndiyimiz  əlamətlərin  genlərinin  hamısı  autosom 
xromosomlarla  ilişikli  idi.  Bu  cəhətdən  erkək  və  dişilər  xromosom 
tərkiblərinə görə fərqlənmir. 
İlk  dəfə  Morqan  drozofil  milçəyində  meydana  gələn  ağgözlülük 
əlamətinin  nəslə  keçməsini  öyrəndikdə  onun  X  xromosomla  ilişikli  nəslə 
keçməsini  göstərmiş  və  bununla  da  irsiyyətin  xromosom  nəzəriyyəsini 
əsaslandırmışdır.  
T.Q.Morqan və onun xromosom nəzəriyyəsi. Tomas Qent Morqan 
1866-cı  ildə  Kentukki  (ABŞ)  ştatında  anadan  olub.  1920-ci  ildə 
universiteti bitirib, 1924-cü ildə elmlər doktoru elmi dərəcəsini alıb, 1925-
ci ildə professor olub. 
1890-cı  ildən  Morqan  eksperimental  embriologiya  ilə  məşğul  olub. 
1910-cu  ildən  irsiyyət  məsələsi  ilə  məşğul  olub.  Drozofil  milçəyi  ilə 
apardığı təcrübələrində irsiyyətin xromosom nəzəriyyəsini yaratmışdır. Bu 
nəzəriyyə  elmdə  çox  böyük  kəşf  idi.  H.K.Kolçov  bu  nəzəriyyənin 
əhəmiyyətini  belə  ifadə  etmişdir:  Molekulyar  nəzəriyyə  kimyada,  atom 
nəzəriyyəsi  fizikada  hansı  yeri  tutursa,  xromosom  nəzəriyyəsi  də 
biologiyada həmin yeri tutur. 
1909-1901-ci  illərdə  Morqan  və  onun  tələbələri  A.Stertevant, 
Q.Müller,  K.Bridces  göstərmişdir  ki,  Mendelin  üçüncü  qanununa  əlavə 

 
~ 112 ~ 
olunmalıdır:  irsi  əlamətlər  həmişə  asıllıqsız  (sərbəst)  paylanmır,  onlar 
qrupla  bir-biri  ilə  ilişikli  surətdə  nəslə  verilir.  T.Q.Morqan  tərəfindən 
xromosom  nəzəriyyəsi  1911-1926-cı  illər  ərzində  tam  hazırlanmışdır.  Bu 
nəzəriyyənin sonrakı inkişafında yalnız Morqan və onun məktəbinin yox, 
həmçinin  bir  sıra  digər  alimlərin  də  xidmmətləri  olmuşdur  ki,  bunlardan 
ilk növbədə H.K.Kolçov və A.S.Serebroviskini göstərmək olar. 
Xromosom  nəzəriyyəsinə  görə  irsi  informasiyalar  xromosomların 
üzərində  xətti  olaraq  müəyyən  lokusda  (latınca  locus  –  yer)  yerləşən 
genlərlə  nəslə  verilir.  Xromosomlar  cüt  olduğu  üçün  homoloji 
xromosomun bir tayında  müəyyən əlamətin geni hansı lokusda yerləşirsə 
digər gen ona uyğun lokusda yerləşir. Bu genlər homoloji xromosomlarda 
eyni, heteroziqotlarda isə müxtəlif olur. Bir əlamətin müxtəlif genləri allel 
gen və ya allomorf (yunanca allo – müxtəlif, morfa – forma) adlanır. 
T.Q.Morqan  öz  təcrübələrini  əsasən  drozofil  milçəkləri  üzərində 
aparmışdır. Cinsiyyət xromosomları ilə ilişikli genlərin irsiliyini öyrənmək 
üçün  drozofildə  gözlərini  rənginin  irsən  keçməsini  müşahidə  etmişdir. 
Drozofildə  gözlərin  normal  rəngi  qırmızıdır.  Mutasiya  sayəsində  ağgöz 
milçəklər də meydana gəlmişdir. Təbii ki, normal rəng, ağ rəngin üzərində 
dominant  olacaqdır.  Morqan  görmüşdür  ki,  ağgöz  dişilərlə  qırmızıgöz 
erkəkləri  çarpazlaşdırdıqda  alınan  birinci  nəslin  bütün  fərdləri  qırmızı 
gözlü  olmur,  bu  əlamət  ancaq  dişi  fərdlərdə  meydana  gəlir.  Dominant 
qırmızıgözlülük əlamətinin genini  W, resessiv ağgözlülüyü isə w hərfi ilə 
işarə  edək.  Genetikada  X  xromosomlar  düz  xətlə  (—),  Y  xromosomlar 
çiyinlii  xətlə  ( )  işarə  edilir.  Ağgöz  dişi  ilə  qırmızıgöz  rekək  milçəyi 
çarpazlaşdıraq. 
 
Şəkil 33. Qırmızıgöz dişi və ağgöz erkək drozofil milçəklərinin 
çarpazlaşdırılması. Solda – dişi, sağda – erkək. 

 
~ 113 ~ 
 
Şəkil 34. Ağgöz dişi və qırmızıgöz erkək drozofil milçəklərinin  
çarpazlaşdırılması. 
Solda – dişi, sağda – erkək. 
 
Valideynlərdən  erkək  ağgöz  milçəklərlə  normal  qırmızıgöz  dişi 
milçəkləri çarpazlaşdırdıqda, F
1
-də milçəklərin hamısı qırmızıgöz olur. F
2
-
də alınan nəslin 25% erkəkləri ağgöz olur. 
Erkək milçəyin Y xromosomunda həmin allel yoxdur.  
Qametogenez prosesində dişi milçək cinsiyyət xromosomlarına görə 
reduksiya  yolu  ilə  ancaq  bir  tip  yumurta  verəcək.  Bu  yumurtada  isə 
ağgözlülük  geni  yerləşmişdir.  Erkək  milçək  heteroqamet  olduğundan 
meyozda iki tip spermatozoid hazırlayacaqdır. Bunlardan birinə dominant 
qırmızıgözlülük  geni  W  düşəcək,  o  biri  tipinə  isə  həmin  gencə  boş  Y 
xromosomu  düşmüş  olacaqdır.  Dişinin  bir  tip  qameti  ilə  erkəyin  bir  tip 
qameti  mayalandıqda  bərabər  nisbətdə  dişi  və  erkək  milçəklər  əmələ 
gələcəkdir.  Şəkildə  göründüyü  kimi  F
1
-də  alınan  dişilərin  hamısının 
gözləri qırmızıdır. Çünki dişi nəslin iki X xromosomu olur: birini anadan, 
o birisini isə atadan alır. Anadan aldığı X xromosomunda ağgözlülük geni 
olmasına baxmayaraq bu əlamət meydana çıxa bilmir, çünki atadan gələn 
X xromosomunda həmin genin dominant alleli W yerləşmişdir. Deməli F
1
-
in  dişiləri  heteroziqot      və  qırmızıgözlüdür.  Erkəkləri  anadan  bir  X 
xromosom (
) aldiğindan ağgöz olurlar.   
P ♀ qırmızı göz x ağgöz 
F
1
 50% ♀ qırmızı gözlü, 50% qırmızı gözlü ♂ 
F
2
  50%  ♀  qırmızı  gözlü,  25%  ♂  erkək  qırmızı  gözlü,  25%  ♂ 
ağgözlü. 
Resiprok çarpazlaşmada daha da kəskin dərəcədə fərqlənən nəticələr 
alınır. Əgər ağgöz dişilərlə qırmızıgöz erkəkləri çarpazlaşdırsaq, alınan F
1
 

 
~ 114 ~ 
nəslin  bütün  fərdləri  qırmızı  gözlü  olmur,  bu  əlamət  ancaq  dişi  fərdlərdə 
meydana gəlir, yəni parçalanma elə birinci – F
1
 nəslində başlanır. Erkəklər 
ağgözlü, dişilər isə qırmızı gözlü olurlar; F
2
  nəslində  isə  həm  erkək,  həm 
də dişi fərdlərin yarısı qırmızı gözlü, yarısı ağgözlü olacaqdır. 
P ♀ ağgöz x qırmızı göz 
F
1
 50% ♀ qırmızı gözlü, 50% ağgözlü ♂ 
F
2
 25% ♀ qırmızı gözlü, 25% ♀ ağ gözlü, 25% ♂ qırmızı gözlü, 25% 
ağgözlü ♂. 
Drozofil  milçəyinin  qırmızı  və  ağgözlülük  əlamətinin  bu  cür  irsən 
keçməsi o zaman mümkün olur ki, ağgözlülük əlamətini daşıyan resessiv 
w  geni  və  qırmızı  gözlülük  əlamətini  daşıyan  dominant  W
+
  X  – 
xromosomunda  yerləşir,  Y  xromosomu  isə  bu  genləri  daşımadığı  üçün 
gözün rənginə təsir etmir.  
Ağgözlülük ingilis sözündən (white-ağ) götürülmüşdür buna görə bu 
əlamət sözün baş hərfi ilə işarə edilir (şəkil 28). 
Sitogenetikada  X  xoromosomlar  düz  xətlə  (  -  ),  Y  –  xromosomlar 
çiyinli xətlə ( ¬ ) işarə edilir. 29-cu şəkildən göründüyü kimi çarpazlaşma 
üçün  götürülən  dişinin  iki  X  –  xromosomu  vardır  və  hər  birində 
ağgözlülük geni – W yerləşmişdir. Erkək milçəyin isə bir X – xromosomu 
olur və onda dominant W
+
 geni yerləşmişdir. Qametogenez prosesində dişi 
milçək  cinsiyyət  xromosomlarına  görə  reduksiya  yolu  ilə  ancaq  bir  tip 
yumurta hazırlayacaq. Bu yumurtada ancaq ağgözlülük geni yerləşmişdir. 
Erkək  milçək  heteroqamet  olduğu  üçün  meyozda  iki  tip  spermatozoid 
hazırlayacaqdır.  Bunlardan  yarısına  dominant  qırmızıgözlülük  geni  W

düşəcək,  digər  hissəsinə  isə  həmin  genin  allelini  daşımayan  Y  – 
xromosomu  düşmüş  olacaqdır.  Dişinin  bir  tip  qameti  ilə  erkəyin  iki  tip 
qameti  mayalandıqda  bərabər  nisbətdə  dişi  və  erkək  milçəklər  əmələ 
gələcəkdir. Şəkil  29-dan göründüyü kimi  F
1
-də  alınan  dişilərin  hamısının 
gözləri qırmızıdır. Çünki dişi nəslin iki X – xromosomu olur; onun birini 
anadan,  digərini  isə  atadan  alır.  Anadan  aldığı  X  –  xomosomuna 
ağgözlülük  geni  olmasına  baxmayaraq  bu  əlamət  meydana  çıxa  bilmir, 
çünki  atadan  gələn  X  –  xromosomunda  həmin  genin  dominant  alleli  W
+
 
yerləşmişdir.  Deməli,  F
1
-in  dişiləri  heteroziqot  W
+
W  qırmızıgözlüdür. 
Erkəklər anadan resessiv w geni daşıyan bir X  – xromosomu aldığı üçün 
ağgöz  olurlar.  Drozofil  milçəyinin  cinsiyyətlə  bağlı  bir  çox  digər 
əlamətləri  də  eyni  şəkildə  irsən  keçir.  Bundan  əlavə,  erkək  cinsləri 
heteroqamet olan bir çox orqanizmlərdə də 
 cinsiyyətlə ilişikli genlərin irsən keçməsi qanunauyğunluğu eynidir. 
İnsanlarda  da  bir  sıra  belə  genlər  məlumdur.  Məsələn,  daltonizm 

 
~ 115 ~ 
(qırmızı  və  yaşıl  rəngi  seçməmək)  xüsusiyyəti  X  –  xromosomunda 
yerləşən  resessiv  gen  tərəfindən  idarə  olunur  (şəkil  35).  Şəkildə  həmin 
genin irsiliyi göstərillir, bu gen kiçik d, lakin onun normal alleli böyük D 
hərfi ilə işarə olunmuşdur.  
 
Şəkil 35. Daltonizmin irsən keçməsi. 
 
Şəkil  30-da  bir  daltonikdən  əmələ  gəlmiş  ailənin  nəsil  şəcərəsi 
göstərilir.  Bu  sxemdən  aydın  olur  ki,  nə  səbəbdən  daltonik  kişilərə, 
daltonik  qadınlara  nisbətən  daha  tez-tez  təsadüf  edilir,  çünki  daltonik 
qadın, yalnız daltonik kişi ilə daltonik qadından və yaxud daltonizmə görə 
homoziqot  qadından  əmələ  gələ  bilər,  lakin  belə  hallar  çox  nadir  olur. 
Qeyd etmək lazımdır ki, daltonik kişilərin əmələ gəlməsi üçün heç də hər 
iki  valideynin  daltonizm  geninin  daşıyıcısı  olması  lazım  gəlmir,  bunun 
üçün  tək  qadının  heteroziqot  halında  daltonizmin  daşıyıcısı  olması 
kifayətdir.  Belə  qadından  doğulan  oğlanların  yarısı  daltonik  olacaqdır. 
Əgər  ana  daltonizmə  görə  homoziqotdursa,  onda  oğlanların  hamısı 
daltonik olacaqdır. 
  
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin