Redaksiya heyəTİ: Baş redaktor: K. M. Tahirov



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə35/43
tarix05.03.2017
ölçüsü43,82 Kb.
#10117
1   ...   31   32   33   34   35   36   37   38   ...   43

Ə d ə b i y y a t
Sarvan Salmanov //
Azərbaycan Sovet Ensiklo-
pediyası [Mətn]: 10 cilddə.- 
Bakı.- 1984.- VIII cild.- S. 
274.
İ n t e r n e t d ə
http://mingechevir-ih.gov.az
http://bizimasr.media-az.com
21
Energetik

262
Tarix.Din
85 
illiyi
CƏMİL QULİYEV 
1927
DEKABR
Cəmil Bahadur oğlu Quliyev 1927-
ci il dekabr aynın 16-da Şuşada ana-
dan  olmuşdur.  1944-cü  ildə  Ağdam-
da  orta  məktəbi  bitirmiş,  həmin  ildə 
Azərbaycan  Dövlət  Universitetinin 
Tarix fakültəsinə daxil olmuşdur. 
1946-cı  ildən  təhsilini  M.V.Lo-
monosov  adına  Moskva  Dövlət  Uni-
versitetində davam etdirmişdir. 1949-
cu  ildə  Tarix  fakültəsini  bitirdikdən 
sonra  aspiranturada  saxlanılmış  və 
1952-ci ildə namizədlik dissertasiyası-
nı müdafiyə edərək xüsusi təqdimatla 
Bakıya  göndərilmişdir.  C.Quliyev 
1952-ci  ildən  BDU-nun  Siyasi  Tarix 
kafedrasında dosent, Partiya Tarixi İns-
titutunda Elmi işlər üzrə direktor mü-
avini  (1958-1972-ci  illər)  işləmişdir. 
1971-ci ildə doktorluq dissertasiyasını 
müdafiə etmiş, professor adını alaraq 
həmin ildən AMEA-da fəaliyyətə baş-
lamışdır. 
1972-1978-ci illər ərzində Tarix İns-
titutunun  direktoru  vəzifəsində  çalış-
mışdır. 1976-1990-cı illərdə  AMEA-
nın vitse-prezidenti; 1975-1988-ci illər 
Azərbaycan Sovet Ensiklopediyasının 
baş redaktoru; 
1989-1990 illər Azərbaycan Dövlət 
Universitetinin  rektoru;  1976-1991, 
1997-2004-cü illər  AMEA-nın Rəya-
sət Heyətinin üzvü olub. Cəmil Quli-
yev  1972-ci  ildə  AMEA-nın  müxbir 
üzvü,  1980-cı  ildən  isə  həqiqi  üzvü 
seçilmişdir.
Akademik  C.B.Quliyev  bir  neçə 
sanballı  monoqrafiya,  300-dən  cox 
məqalənin  müəllifidir.  C.B.Quliyev  7 
cildlik  “Azərbaycan  tarixinin”  hazır-
lanmasına  rəhbərlik  etmiş,  onun  re-
daktorluğu ilə “Naxçıvan ensiklopedi-
yası” 2002-ci ildə nəşr olunmuşdur. 
C.B.Quliyev  beynəlxalq  forumlar-
da Azərbaycan elmini dəfələrlə təmsil 
etmiş,  bir  sıra  hökumət  və  ictimai 
təşkilatların  rəhbər  orqanlarının  üzvü 
olmuş, dövlət tərəfindən orden və me-
dallara  layiq  görülmüşdür.  Əməkdar 
elm xadimi, Dövlət Mükafati laureatı-
dır. 1997-ci ildə Prezident H.Ə.Əliyev 
tərəfindən  “Şöhrət”  ordeni  ilə  təltif 
edilmişdir.
Ə d ə b i y y a t
Aprel 1920 – iyun 1941 
[Mətn] /Cəmil Quliyev .- 
Bakı: Elm, 2008.- 567 s.
Elmi-texniki potensial 
[Mətn] : əsas inkişaf 
meylləri və problemləri /
Cəmil Quliyev.- Bakı: Elm, 
2005. – 324s.
Tarix, düşüncələr
mülahizələr, qeydlər 
(1953-2003) [Mətn]/Cəmil 
Quliyev.- Bakı: Elm, 2004.- 
763 s. 
Bünyadov, T. Ürəkdən ürəyə 
cığırlar [Mətn] /T.Bünyadov 
//Elm.- 2008.- 25 yanvar.- 
S.14.
Kərimov, M. Azərbaycan 
tarixşünaslığına dəyərli 
töhfə verən alim [Mətn] 
/M.Kərimov //Azərbaycan. – 
2007. – 15 dekabr. – S.6.
Советская Нахичевань /
Джамиль Кулиев [Текст] 
. – Баку: Азернешр, 1984. 
– 145 с.
16
Akademik

263
Musiqi. Opera. Balet 
100 
illiyi
AĞABACI RZAYEVA 
1912 – 1975
DEKABR
Ağabacı  İsmayıl  qızı  Rzayeva 
1912-ci  il  dekabr  ayının  15-də  Bakı 
şəhərində  anadan  olmuşdur.  1920-ci 
ildə 33 saylı məktəbə, 1927-ci ildə isə 
Bakı Pedaqoji Texnikumuna daxil ol-
muşdur.
Ağabacı  Rzayeva  sənətə  gəldiyi 
gündən  istedadlı  gənclərə  atalıq  qay-
ğısı göstərən dahi bəstəkarımız Üzeyir 
bəy Hacıbəyliylə tanış olmuşdur. Kon-
servatoriyada  oxuduğu  illərdə  ölməz 
sənətkarımızdan  bəstəkarlıq  dərsi  al-
mış və 20 il A.Zeynallı adına orta ixti-
sas musiqi məktəbində dərs demişdir.
Azərbaycanın  ilk  qadın  bəstəkar-
larından  olan  Ağabacı  Rzayevanın 
yaradıcılığında  mahnı  və  romans-
lar  mühüm  yer  tutur.  “Neftçi  Qur-
ban”, “Çoban Qara”, “Oxuma gözəl”, 
“Afəti  Cansan”,  “Səni  sevirəm”, 
“Qəlbimdəsən” və s.
A.Rzayevanın 
1965-ci 
ildə 
İ.Quliyevlə  birgə  yazdığı  “Höcət 
eləmə”  musiqili  komediyası  da  uzun 
illər teatrlarımızın repertuarında xüsu-
si yer tutmuşdur.
A.Rzayeva  həmçinin,  xalq  çalğı 
alətləri  orkestri,  həm  də  simli  kvar-
tet  ucün  pyeslərin  müəllifidir.  Dahi 
Azərbaycan şairi Nəsiminin sözlərinə 
7  romans  bəstələmişdir.  A.Rzayeva 
ictimai işlərdə də fəal çalışmışdır. O, 
6-cı çağırış Azərbaycan SSR Ali Sove-
tinin deputatı olmuşdur. 
40  ildən  çox  yaradıcılıq  illərində, 
onun  gərgin  əməyi  hökumətimiz 
tərəfindən  dəfələrlə  orden  və  medal-
lara,  fəxri  fərman  və  təşəkkürlərə  la-
yiq görülmüşdür. O, iki dəfə Qırmızı 
Əmək  Bayrağı  ordeni  ilə  təltif  edil-
mişdir.
A.Rzayeva  1975-ci  il  iyul  ayının 
4-də Bakı şəhərində vəfat etmişdir.
Ə d ə b i y y a t
Rzayeva Ağabacı [Mətn] // 
Azərbaycan Qadın Ensik-
lopediyası.- Bakı, 2002.- 
S.339.
Xəlilzadə, F. Azərbaycanın 
ilk qadın bəstəkarı [Mətn] 
/F.Xəlilzadə // Azərbaycan.- 
2002.- 15 dekabr.- S.5.
Qəlblərdə qaldı [Mətn] // 
Azərbaycan. - 2001.- 26 
yanvar.- S.6.
15
Bəstəkar

264
Musiqi. Opera. Balet 
65 
illiyi
FƏRHAD BƏDƏLBƏYLİ 
1947
DEKABR
Fərhad  Şəmsi  oğlu  Bədəlbəyli 
1947-ci  il  dekabr  ayının  27-də  Bakı 
şəhərində  görkəmli  incəsənət  xadimi, 
Azərbaycanın  və  SSRİ-nin  Xalq  artisti 
Şəmsi  Bədəlbəylinin  ailəsində  dünyaya 
gəlmişdir.
 Fərhad Bədəlbəyli 1965-69-cu illərdə 
Azərbaycan  Dövlət  Konservatoriya-
sının  fortepiano  ixtisasını  bitirmişdir. 
1969-71-ci  illərdə  isə  P.  Çaykovski  adı-
na  Moskva  Dövlət  Konservatoriyasının 
aspiranturasında  həmyerlimiz  professor 
B.  Davidoviçin  sinfində  təhsilini  davam 
etdirmişdir.  Fərhad  Bədəlbəylinin  adı  B. 
Smetana  adına  (Çexoslovakiya,  1967, 
III mükafat və Smetana əsərinin ən yaxşı 
ifaçısı mükafatı) və Viana da Mota adına 
(Portuqaliya, 1968, I mükafat) beynəlxalq 
müsabiqələrdəki  uğurlu  çıxışlarından 
sonra məşhurlaşmışdır. F. Bədəlbəyli fəal 
konsert yaradıcılığı ilə də məşğul olmuş-
dur. Ölkəmizi dünyanın bir çox ölkəsində 
təmsil edən Fərhad Bədəlbəylinin qastrol 
səfərləri bir çox ölkələri əhatə edir. Bunlar-
dan – Bolqarıstan, Almaniya, Yunanıstan, 
Danimarka, İsrail, İtaliya, Kuba, Norveç, 
Portuqaliya,  Tunis,  Türkiyə,  Finlandiya, 
Fransa, Çexoslovakiya, İsveçrə, Yuqoslo-
viya, Yaponiya və b. göstərmək olar.
 Fərhad Bədəlbəyli beynəlxalq musiqi 
laureatı  olmuş  ilk  azərbaycanlı  pianoçu-
dur. Onun fəaliyyətinin bir qolu da musiqi-
təşkilatçılıq və maarifçilik işi ilə bağlıdır. 
1986-89-cu illərdə o, Azərbaycan Musiqi 
Cəmiyyətinin idarə heyəti sədrinin birinci 
müavini olmuşdur. Odur ki, 1989-cı ildə 
F. Bədəlbəyli tərəfindən Musiqi Xadimləri 
Cəmiyyəti  yaradıldı.  1987-1996-cı  illər 
arasında isə o, elə özü tərəfindən yaradı-
lan  Bakı  İncəsənət  Mərkəzinə  rəhbərlik 
etmişdir. 
 F. Bədəlbəyli 1972-ci ildə Azərbaycan 
SSRİ-nin  Əməkdar  artisti,  1978-ci  ildə 
Azərbaycanın  Xalq  artisti,  1990-cı  ildə 
SSRİ-nin  Xalq  artisti,  1995-ci  ildən 
“Mədəniyyət dostları” fondunun üzvüdür. 
Professor F. Bədəlbəyli 1991-ci ildən Üze-
yir  Hacıbəyov  adına Azərbaycan  Dövlət 
Konservatoriyasın rektorudur.
Ə d ə b i y y a t
Bədəlbəyli, F. Mən nikbinəm və respublikamızın xoş gələcəyinə inanıram [Mətn] 
: [Bakı Musiqi Akademiyasının rektoru, professor ilə müsahibə] / Fərhad 
Bədəlbəyli; müsah. apardı Zümrüd Bayramova // Səs.- 1995.- 9 mart.
Бадалбейли, Ф. Музыка – это культура: в академии должны учиться люди, 
знающие не только спецпредметы [Текст] : [интервю Нар. арт. СССР, 
ректора Бакин. Муз. Академии, пианиста] /Фархад Бадалбейли //Каспий.- 
2008.- 30 апреля.- С.8.
Бадaлбейли, Ф. “Я всегда выступаю на концертах с маленьким Кораном, 
который подарил мне великий маэстро Ниязи [Текст] Бадaлбейли, Ф//Эхо.- 
2008.- 26 апреля.- С.23.
Сеидов, Т. Поет фортепиано [Текст]: творческий портрет Ф.Баделбейли: 
[о Народном артисте СССР и Азербайджана, ректоре Бак. Муз. Академии 
Ф. Баделбейли] /Тарлан Сеидов //Каспии.- 2007.- 1 декабря.- С.6-7.
27
Pianoçu

265
Musiqi. Opera. Balet 
80 
illiyi
OQTAY KAZIMOV 
1932-2010
DEKABR
Oqtay Məmməd oğlu Kazımov 1932-
ci il dekabr ayının 27-də Astara şəhərində 
anadan  olub.  Orta  məktəbi  Astarada 
bitirən O. Kazımov A. Zeynallı adına orta 
ixtisas  musiqi  məktəbinin  Xor-dirijorluq 
fakültəsinə  daxil  olur  və  burada  Hacı 
Xanməmmədovun  sinfində  təhsil  alır. 
Uşaqlıqdan musiqiyə meylli olan bəstəkar 
musiqi məktəbində oxuyarkən, “Bəxtəvər 
uşaqlar”  adlı  ilk  mahnısını  bəstələyir. 
Musiqiyə olan məhəbbəti onu 1957-ci ildə 
Üzeyir Hacıbəyov adına Konservatoriya-
ya gətirir. Burada Bəstəkarlıq fakültəsinə 
daxil  olub,  Cövdət  Hacıyevin  sinfində 
mükəmməl təhsil alır. 
1966-67-ci  illərdə  Sumqayıt  Musiqi 
Texnikumunda  müəllim,  sonra  isə  dərs 
hissə müdiri kimi fəaliyyət göstərmişdir. 
Sumqayıtda  çalışdığı  illərdə  o,  “Ekspe-
riment”  estrada  orkestrini  yaradır.  Son-
ralar  filarmoniyada  musiqi  redaktoru 
vəzifəsində  çalışır  və  həm  də  A.  Zey-
nallı  adına  musiqi  məktəbinin  Xalq  çal-
ğı  alətləri  fakültəsində  dərs  demişdir. 
Bəstəkarın mahnıları uzun illər “Dan uldu-
zu”  ansanblının  repertuarında  xüsusi  yer 
almışdır. Görkəmli bəstəkarın mahnılarını 
R.Behbudov, Z.Xanlarova, Ş. Ələkbərova, 
E.Axundov,  F.Kərimova,  Y.Rzazadə, 
İ.Quliyeva, O. Ağayev, M. Bağırzadə və 
digər  korifey  müğənnilər  ifa  etmişdilər. 
Onun xalq çalğı alətləri üçün konsertləri, 
Azərbaycanın Prezidenti H. Əliyevə həsr 
etdiyi “Millətin oyaq gecəsi” vokal sim-
fonik  poeması,  “Qarabağ  rapsodiyası”, 
təntənəli  üverturaları,  60-a  qədər  teatr 
tamaşalarına bəstələdiyi musiqiləri (Aka-
demik  Dram  Teatrında  səhnəyə  qoyul-
muş “Büllur sarayda”, “Qılınc və qələm”, 
“Fitnə”,  “Ümid”,  “Ədirnə  fəthi”  və  s.), 
Rus  Dram  Teatrında  səhnələşdirilmiş 
“Şeyx Sənan”, Kamera Teatrında səhnəyə 
qoyulmuş  “İtlər”,  Musiqili  Tamaşa  Te-
atrında  səhnələşdirilmiş  “Qızıl  toy”, 
“Danabaş  kəndinin  əhvalatları”,  “Dəli 
dünya”  operettaları  dillər  əzbəri  olmuş, 
müxtəlif  səpgili  mahnıları  Azərbaycan 
incəsənətinin məzmununa füsunkar töhfə 
verməklə  yanaşı  tarixilik  baxımından 
əhəmiyyətliliyi ilə fərqlənmişdir.
Oqtay  Kazımovun  yaradıcılığı  dövlət 
tərəfindən  yüksək  qiymətləndirilmişdir. 
1992-ci  ildə  Əməkdar  incəsənət  xadimi, 
2006-cı  ildə  Azərbaycan  Respublikası 
Xalq  artisti  fəxri  adı  almış  və  Prezident 
təqaüdünə layiq görülmüşdür. 
Bütün  ömrünü  Azərbaycan  musiqisi-
nin inkişafına həsr edən Xalq artisti 2010-
cu ilin  avqust ayının 9-da 78 yaşında dün-
yasını dəyişdi.
Ə d ə b i y y a t
Süleymanova, R. 
O.Kazıminin teatr musiqisi 
[Mətn] : [Azərbaycan Res-
publikasının Əməkdar artisti 
O. Kazıminin dram tama-
şalarına yazdığı musiqilər 
haqqında] /Ruqiyyə Süley-
manova //Mədəni-maarif.- 
2006.- №2.- S.51-54.
Агаев, А. До новых песен, 
Октай Кязимов [Текст] 
: [о композиторе] /Акиф 
Агаев //Баку.- 1970.- 16 
сентября.- С.3.
27
Bəstəkar

266
Musiqi.Opera.Balet 
85 
illiyi
NƏRİMAN MƏMMƏDOV 
1927
DEKABR
Nəriman  Həbib  oğlu  Məmmədov  
1927-ci il dekabr ayının 28-də Naxçı-
van şəhərində anadan olmuşdur. Hələ 
kiçik yaşlarından musiqi vurğunu olan 
N.  Məmmədov  Asəf  Zeynallı  adına 
Bakı Musiqi texnikumunun Xalq çalğı 
alətləri və musiqi nəzəriyyəsi şöbəsini 
bitirmişdir.  Elə  bu  illər  xalq  çalğı 
alətləri  üçün  “Süita”sını  bəstələyir. 
Süita görkəmli bəstəkar və dirijor Səid 
Rüstəmovun  rəhbərlik  etdiyi  Xalq 
Çalğı  Alətləri  orkestrinin  ifasında 
səslənib. O, təhsilini davam etdirərək 
Ü.  Hacıbəyov  adına  Azərbaycan 
Dövlət  Konservatoriyasının  tarix-
nəzəriyyə,  sonralar  isə  bəstəkarlıq 
şöbələrini  uğurla  bitirmişdir.  Burada 
C. Hacıyevdən dərs almışdır.
  N.  Məmmədov  7  simfoniyanın 
müəllifi  olmuşdur.  Bunlardan  2-si 
proqramlı  əsərlərindəndir.  3-cü  sim-
foniya  orqan  üçün  yazılmış  və  Riqa-
da müvəffəqiyyətlə səslənmişdir. 4-cü 
simfoniya Hüseyn Cavidə, 7-ci simfo-
niya Xocalı faciəsinə həsr olunmuşdur. 
Onun 7 konsertindən 4-ü fortepiano ilə 
simfonik orkestr, 7-ci konsert fleyta ilə 
orkestr  üçün  yazılmışdır.  Fortepiano 
üçün yazdığı konsertlərin ikisi Moskva 
radiosunun  fondunda  saxlanılır.  Bun-
dan başqa N. Məmmədov muğamları 
instrumental  və  vokal-instrumental 
şəklində nota salmış və çap etdirmiş-
dir.
Nəşr  olunan  muğamları  “Azər-
baycan muğamları Çahargah və Huma-
yun” (Bakı, 1962), “Azərbaycan mu-
ğamları Bayatı-Şiraz və Şur”(Moskva, 
1962), 
“Azərbaycan 
muğamla-
rı  Rast  və  Şahnaz”  (Bakı,  1963), 
“Azərbaycan  muğamları  Segah-zabul 
və Rəhab” (Bakı, 1965), “Azərbaycan 
muğamı  Çahargah”  (Moskva,  1970), 
“Azərbaycan muğamı Rast” (Moskva, 
1978) və s. olmuşdur.
Azərbaycan  incəsənətində  mühüm 
yer  tutan  bəstəkar  N.  Məmmədov 
Azərbaycanın Əməkdar incəsənət xa-
dimi (1982), Azərbaycanın Xalq artis-
ti  (2005),  Naxçıvan  Muxtar  Respub-
likasının  Əməkdar  incəsənət  xadimi 
(1974),  professor  (2006)  fəxri  adları 
almışdır. 
Bəstəkar  ADMM-də,  AMEA-
nın  Mİİ-da  çalışmışdır.  O,  BMA-nın 
Azərbaycan xalq musiqisinin tarixi və 
nəzəriyyəsi kafedrasında çalışır.
Ə d ə b i y y a t
Muğamın nota salınması 
tarixindən [Mətn] /Nəriman 
Məmmədov //Vəfa.- 2004.- 
№ 4.- S.9-14. 
Bakıxanov, T. İstedad-
bəstəkar, qayğıkeş 
müəllim [Mətn] : Nəriman 
Məmmədov – 75 /Tofik Bakı-
xanov // Respublika.- 2003.- 
14 yanvar.- S.5.
Керимов, С. Творческий 
поиск, творческая 
зрелость [Текст] : [о 
композитора Наримана 
Мамедова] / С. Керимов //
Баку.- 1984.- 10 апреля.- 
С.3.
Садых-заде, Г. Памят 
бережет историю 
[Текст] / Н. Мамедова 
“Умай” по мотивам 
“Комсомольской” поемы 
С. Вургуна] /Г.Садых-заде 
//Советская культура.- 
1982.- 27 августа.- С.4.
28
Bəstəkar

267
Musiqi.Opera.Balet 
85 
illiyi
FİRUDİN MEHDİYEV 
1927-2006
DEKABR
Firudin  Mehdi  oğlu  Mehdiyev 
1927-ci  il  dekabr  ayının  31-də  ana-
dan olub. Dramatik tenordur. 1957-ci 
ildən  Azərbaycan  Dövlət  Opera  və 
Balet Teatrında işləyib. Valideynlərini 
erkən  itirən  F.Mehdiyev  Leytenant 
Şmidt adına zavodda fəaliyyətə başla-
yıb.  Boş  vaxtlarını  zavod  dərnəyində 
keçirirdi.  Zavodda  işlədiyi  zaman  te-
atr  texnikumunda  təhsil  almağa  baş-
layır.  Gündüzlər  teatr  texnikumunda 
təhsil alır, axşamlar müxtəlif teatrlar-
da kütləvi səhnələrə çıxmaq və epizo-
dik  rollarda  oynamaqla  təcrübə  top-
layırdı. Bu minvalla o, 1943-cü ildən 
Əzizbəyov teatrında rollar oynamaqla 
böyük səhnəyə addımlayır. F.Mehdiyev 
1945-ci ildən texnikumu bitirənə qədər 
Musiqili  Komediya  Teatrında  işləyir. 
Firudin  Mehdiyev  yaratdığı  bir  çox 
obrazlarla  sevilmişdir.  O,  C.Verdinin 
“Otello”, “Aida” və Bizenin “Karmen” 
operalarının  tamaşalarında  (Otello, 
Radames, Xoze), habelə Leonkovallo-
nun “Məzhəkəçi”sində (Kanio), Çay-
kovskinin  “Qaratoxmaq  qadın”ında 
(German), Üzeyir Hacıbəyovun “Ley-
li  və  Məcnun”unda  (Leylinin  atası), 
M.Maqomayevin  “Şah  İsmayıl”ında 
(Vəzir) və başqa opera tamaşalarında 
ustalıqla  çıxış  etmişdir.  Əsas  rolla-
rı: Həmzə bəy (“Koroğlu”), Babakişi 
(“Sevil”), Xan (“Gəlin qayası”, Şəfiqə 
Axundova),  Əziz  (“Söyüdlər  ağla-
maz”), Rəşid bəy (“Xanəndənin tale-
yi”, Cahangir Cahangirov), Van Qoqun 
qardaşı  (“Van  Qoq”,  Nevit  kodallı), 
Spalanitsani  (“Hofmanın  nağılları”, 
Jak  Offenbax),  Radames  (“Aida”), 
kanio  (“Məzhəkəçilər”),  Birinci  əsir 
(“İnsanın taleyi”) və s. ifa etmişdir. 
Aktyor  Azərbaycan  Respublikası-
nın  Əməkdar  artisti  fəxri  adına  layiq 
görülüb.
F.Mehdiyev  2006  cı  ildə  vəfat  et-
mişdir.
İ n t e r n e t d ə
www.kinozal.az
az.wikipedia.org
31
Opera müğənnisi

268
Rəssamlıq.Heykəltəraşlıq.Arxitektura 
100 
illiyi
SADİQ ŞƏRİFZADƏ  
1912-1986
DEKABR
Sadıq  Hüseyn  oğlu  Şərifzadə 
1912-ci il dekabr ayının 5-də Cənubi 
Azərbaycanın  Ərdəbil  şəhərində  ana-
dan olmuşdur. S.Şərifzadə 1932-ci ildə 
Azərbaycan Dövlət Rəssamlıq Texni-
kumunu bitirmişdir. Sonradan təhsilini 
artırmaq üçün Kiyev Rəssamlıq İnsti-
tutuna  daxil  olmuş  (1936-1939)  və 
Moskva Rəssamlıq İnstitutunda (1939-
40) oxumuşdur.
O, Azərbaycan  Sovet  boyakarı  və 
teatr rəssamıdır. Böyakarlığın müxtəlif 
janrlarında əsərlər yaratmışdır. 1939-cu 
il “Üzüm yığımı” əsəri yaradıcılığının 
parlaq  səhifəsidir.  S.Şərifzadə  teatr-
dekorasiya  sənəti  sahəsində  fəaliyyət 
göstərmiş, Gənc Tamaşaçılar Teatrı ilə 
bağlı olmuşdur. “Fitnə”, “Qaraca qız”, 
“Bir  gəncin  manifesti”  kimi  tamaşa-
lara  bədii  tərtibat  vermişdir.  Sonralar 
S.Şərifzadənin  Azər-baycan  Dövlət 
Dram  Teatrında  yaradıcılıq  fəaliyyəti 
daha  müvəffəqiyyətli  olmuşdur.  “Se-
vilya  ulduzu”,  “Qaçaq  Nəbi”,  “Ca-
vanşir”, “Babək” kimi tarixi dramlara 
tərtibat vermişdir.
“Üzüm  yığımı”  (1939),  “Babək” 
(1944),  “Babəkin  yürüşü”  (1945), 
“Gəray  Əsgərovun  portreti”  (1948), 
“Göy-Göl”  (1948),  “Təbrizin  mü-
dafiəsi” (1949), “Neftçi Qurban Abba-
sov” (1957), “Füzuli” (1958), “Aprel 
səhəri”(1960),  “M.Ə.Sabir  Balaxa-
nıda”  (1962),  “Lənkəranda”  (1966), 
“Novruz” (1967), “Yubiley hədiyyəsi” 
(1981),  “Quraşdırıcılar”(1972)  və 
s.  tematik  tablolar,  mənzərələr  və 
portretlərin müəllifidir.
Bakı  teatrlarında  “Namus”  (1933, 
A.Şirvanzadə),  “Bir  gəncin  manifes-
ti”  (1950,  Mir  Cəlal),  “Göz  həkimi” 
(1954,  İ.Səfərli),  “Qəribə  adam” 
(1956,  N.Hikmət),  “Kəndçi  qızı” 
(1963,  M.İbrahimov)  və  s.  tamaşala-
ra  bədii  tərtibat  vermişdir.  Antifaşist 
mövzüda  plakatlar  və  satirik  rəsmlər 
çəkmişdir.
Azərbaycan  SSR  Əməkdar  in-
cəsənət xadimi Sadıq Şərifzadə 1986-
cı il yanvar ayının 2-də Bakıda vəfat 
etmişdir.
Ə d ə b i y y a t
Qasımova, E. Həyatla 
xasiyyətdə [Mətn] /Elmira 
Qasımova //Ədəbiyyat və 
incəsənət.- 1988.- 30 sent-
yabr.- S.5.
Mehdiyev, İ. Gözləyək 
görək... [Mətn]: [rəssam, 
Əməkdar incəsənət xadimi 
S.Şərifzadənin yaradıcılığı 
haqqında] //Ədəbiyyat 
və incəsənət.- 1975.- 18 
yanvar.- S.9.
Nəsiminin surəti [Mətn] /
Sadıq Şərifzadə //Qobus-
tan.- 1979.- №2.- S.41-44.
Габибов, Н. Садыг 
Шарифзаде [Текст]: 
[Засл. деят. искусство 
Аз.ССР ] Н.Габибов.- 
Баку: Азернешр, 1973.- 33 
с.
5
Rəssam

269
Rəssamlıq.Heykəltəraşlıq.Arxitektura 
 85 
illiyi
ÖMƏR ELDAROV 
1927
DEKABR
Ömər  Həsən  oğlu  Eldarov  1927-
ci  il    dekabr  ayının  21-də  Dərbənd 
şəhərində anadan olmuşdur. 
1942-45-ci illərdə Əzim Əzimzadə 
adına  Azərbaycan  Dövlət  Rəssamlıq 
məktəbində təhsil almışdır. 
1951-ci ildə isə İ.Y.Repin adına Le-
ninqrad Boyakarlıq, Heykəltəraşlıq və 
Memarlıq İnstitutunu bitirmişdir. Mo-
numental  heykəltəraşlıq  Ömər  Elda-
rovun  yaradıcılığında  mühüm  yer  tu-
tur. V.İ.Leninin Sumqayıtdakı abidəsi 
(T.Məmmədovla  birgə,  tunc,  1957), 
Bakıda  X.B.Natəvanın  (Tunc,  qranit, 
1960),  M.Füzulinin  (T.Məmmədovla 
birgə,  tunc,  qranit,  1962),  Zərdabda 
H.B.Zərdabinin  (tunc,  qranit.  1973), 
77-ci  Azərbaycan  diviziyasına  (tunc, 
qranit,  1975),  Düşənbədə  S.Ayninin 
(tunc, qranit, 1978) abidələrində hey-
kəltəraşlıqla  memarlığın  sintezinə 
nail  olmuşdur.  Bunlardan  başqa 
“Gənc  qvardiyaçılar”  (gips,  1951), 
M.F.Axundovun  büst-abidəsi  (qra-
nit,  1953),  Natəvan  (mərmər,  1955), 
1905-ci  il  (Xoşbəxt  gələcək  naminə, 
gips,  1955),  Xoşbəxtlik  (tunc,  1956) 
isə  Ömər  Eldarovun  ilk  işləri  ol-
muşdur.  Heykəltəraşlığın  müxtəlif 
janrlarında 
(monumental 
abidə, 
portret,  büst,  qorelyef  və  s.)  əsərlər 
yaratmışdır.  Obrazın  dərin  psixolo-
ji  xarakteristikası,  yeni  plastik  for-
ma  axtarışları  onun  əsərlərinin  baş-
lıca  xüsusiyyətlərindəndir.  Üzeyir 
Hacıbəylinin  qəbirüstü  abidəsi  (tunc, 
qranit, 1956, Bakı), “Neftçilər” kompo-
zisiyası (ağac, 1963, Tretyakov qalere-
yası, Moskva), S.Bəhlulzadənin port-
reti (ağac, 1966, Azərbaycan İncəsənəti 
Muzeyi.  İkinci  variantı,  1968,  Tret-
yakov  qalereyası)  dərin  ifadəliliyi  və 
dinamikliyi  ilə  fərqlənmişdir.  Onun 
“Tələbə  qız”,  “Gənc  oğlan  portreti” 
(Qalvanoplastika,  1971-72,  Azərb. 
Şəkil  qalereyası),  “Bacılar”  (Qalva-
noplastika, 1973, müəllifin şəxsi kol-
leksiyası),  “Ömrün  dörd  çağı”  (ağac, 
1974, Tretyakov qalereyası) və s. port-
ret və kompozisiyaları üçün obrazların 
yığcamlığı və milli kolorit səciyyəvidir. 
Ölməzlik  qorelyefində  (Qalvanoplas-
tika,  1977,  Azərb.  Şəkil  qalereyası), 
26  Bakı  Komissarının  qəhrəmanlığı 
təcəssüm  olunmuşdur.  Eldarov  Ömər 
həm də lirik psixoloji biçimli memo-
rial abidələrin (Heydər Əliyev, Şıxəli 
Qurbanov,  Zərifə  Əliyeva,  Vaqif 
Mustafazadə,  Müslüm  Maqomayev, 
Fikrət Əmirov, Rəşid Behbudov, Ziya 
Bünyadov  və  s.)  müəllifi  kimi  tanın-
mışdır.
Həyatını  Azərbaycanın   mədəniy-
yətinə,  incəsənətinə  həsr  edən  və 
bunlardan böyük zövq alan Ömər El-
darov  Azərbaycan  incəsənətindəki 
fəaliyyətinə  görə  “Şərəf  nişanı”  or-
deni ilə təltif olunmuşdur. O, 1962-ci 
ildə  Azərbaycan  SSR-nin  Əməkdar 
incəsənət  xadimi,  1967-ci  ildə  SSRİ 
Rəssamlıq  Akademiyasının  müxbir 
üzvü, 1958-ci ildə SİKP-nın üzvü və 
Azərbaycan Milli Elmlər Akademiya-
sının həqiqi üzvüdür.
Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin