Tarix və MƏDƏNİYYƏt abiDƏLƏRİNİN



Yüklə 129.65 Kb.
Pdf просмотр
tarix07.09.2017
ölçüsü129.65 Kb.

TARİX VƏ MƏDƏNİYYƏT 

ABİDƏLƏRİNİN 

MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:

 ARAŞDIRMA, TƏKLİF VƏ 

TÖVSİYƏLƏR

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin 

“Azərbaycanda tarix və mədəniyyət abidələrinin mühafizəsi 

və təbliği: mövcud vəziyyətin monitorinqi və qarşıda duran 

vəzifələr” layihəsi çərçivəsində

Prof. Dr. Qafar Cəbiyev, Dr. Fariz Xəlilli

Arzu Soltan, Rəşad İbrahimov, Albina Rzayeva

BAKI 2013



TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:

 ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR

2

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında 



Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 

tərəfindən maliyyələşib



TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:

 ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR

3

Müstəqillik  dövründə  Azərbaycan  dövləti  tərəfindən  ölkəmizdə 



mədəni  irsin  qorunmasına,  öyrənilməsinə  və  təbliğinə  qayğının  və 

dəstəyin durmadan artdığı hər kəsə yaxşı bəllidir. 

Azərbaycan  Respublikası  Prezidenti  cənab  İlham  Əliyevin  bu 

sahəyə olan diqqət və qayğısı xüsusi qeyd olunmalıdır. Məsələn, artıq 

bir  neçə  ildir  ki,  ölkə  prezidenti  arxeoloji  tədqiqatlar  üçün  büdcədə 

nəzərdə  tutulduğundan  əlavə  olaraq  milyonlarla  manat  vəsait  ayırır. 

Göytəpə  neolit  dövr  abidəsinin  konservasiyası  üçün  də  prezident 

fərmanı  ilə  vəsait  ayrılıb.  Heydər  Əliyev  Fondunun,  şəxsən  ölkənin 

birinci xanımı Mehriban Əliyevanın bir çox mədəni irs layihələrinin 

təşəbbüsçüsü və himayəçisi olduğunu da minnətdarlıq hissi ilə qeyd 

etmək lazımdır. 

Bununla  belə  yerlərdə  mədəni  irs  abidələrimizin  əhəmiyyəti  hələ 

ki,  yetərincə  başa  düşülmür,  dövlət  tərəfindən  mühafizə  olunmalarına 

rəğmən dağıdılır, korlanır, zibillənir və s. Əlbəttə, bu cür xoşagəlməz 

hallar  hər  şeydən  öncə,  əhalinin  böyük  bir  qisminin  məlumatsızlığı, 

ictimai  məsuliyyətin  olmaması  və  yerlərdə  lazımi  maarifləndirmə 

işlərinin  aparılmaması  ilə  bağlıdır.  Məsələn,  XX  əsrin  20-ci  illərində 

ermənilər  şayiə  yaymışdılar  ki, Azərbaycan  ərazisində  geniş  yayılmış 

daş-qoç abidələrinin baş hissəsində qızıl var. Yerli sakinlər də bu cür 

şaiyələrə  uyaraq  Lənkəran,  Qarabağ,  Borçalı,  Şamaxı,  Naxçıvan  və 

digər bölgələrdə qarşılarına çıxan əksər daş-qoç abidələrinin başlarını 

qıraraq guya qızıl tapmaq ümidində olmuşlar. 

Kütləvi qızıl axtarışı kurqanlar, türbələrin günbəzləri, qalalar və s. 

yerlərdə də intensiv hal alıb. Müşahidələr göstərir ki, bu cür hallara 

qarşı  aidiyyatı  orqanlar,  o  cümlədən  hüquq-mühafizə  orqanlarının 

verdiyi sərt reaksiya da hər zaman effektiv olmur. Yerli sakinlər isə, belə 

məlumatları əksər hallarda gizlədirlər. Əgər hələ də bir çox yerlərdə 

arxeoloji  qazıntı  sahələri  arxeoloqlar  gedəndən  sonra  yerli  əhalinin 

zibil tulladığı yerə çevrilirsə, əgər xatirə abidələrimizdə mal-heyvan 

kölgələnirsə,  tarixi  tikililərin  divarları  korlanırsa,  əgər  gələn  turistə 

orada “hər hansı bir unikal abidənin olmadığını” vurğulayıb istiqamət 

dəyişdirilirsə,  onda  yerlərdə  maarifləndirmə  işinin  aparılmasının 

aktuallığı və əhəmiyyəti anlaşılar. Belə olan halda, nə etməli? 


TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:

 ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR

4

Təbiidir  ki,  mədəni  irsi  qorumaq  məqsədilə  ictimai  fəallığı  və 



məsuliyyəti artırmaq üçün ictimai birliklərin də üzərinə böyük iş düşür. 

Əgər mədəni irslə məşğul olan mütəxəssislər yerli sakinlərlə müvafiq 

iş  aparsalar,  bölgələrdə  abidələrin  qorunmasına  və  onların  təbliğinə 

insanları inandırsalar və səfərbər etsələr, bu, gələcək nəsillərə nəinki 

dövlətin, eləcə də hər birimizin layiqli töhfəsi olar. 

Bunları  nəzərə  alaraq,  MİRAS  Mədəni  İrsin  Öyrənilməsinə 

Kömək İctimai Birliyi olaraq biz “Azərbaycanda tarix və mədəniyyət 

abidələrinin mühafizəsi və təbliği: mövcud vəziyyətin monitorinqi və 

qarşıda duran vəzifələr” layihəsini hazırladıq. Layihəmiz Azərbaycan 

Respublikasının  Prezidenti  yanında  Qeyri-Hökumət  Təşkilatlarına 

Dövlət  Dəstəyi  Şurası  tərəfindən  bəyənildi  və  biz  2013-cü  il  may 

ayının 1-dən etibarən həmin layihəni həyata keçirməyə başladıq. 

Layihənin məqsədi mədəni irsimizə aidiyyatı qurumlar, o cümlədən 

yerli  təşkilatlar  və  geniş  ictimaiyyətin  münasibəti  sahəsindəki 

problemləri  ilk  dəfə  bir  ictimai  birliyin  səyləri  nəticəsində  üzə 

çıxarmaq,  mütəxəssis  araşdırmaları,  təklif  və  tövsiyələri,  keçirilən 

ictimai  müzakirələr,  çəkilən  film  vasitəsilə  şəhər  və  kənd  sakinləri, 

abidələrə  yaxınlıqda  yaşayan  insanları  maarifləndirmək,  bununla 

da  mədəni  irsimizin  mühafizəsi  və  təbliği  sahəsində  görülən  işləri 

stimullaşdırmaqdır.

Bu  məqsədə  çatmaq  üçün  layihə  qarşısında  aşağıdakı  vəzifələr 

qoyulmuşdur:

-   Azərbaycanın 2 bölgəsində - Şirvan və Gəncə-Qazax bölgələrində 

mədəni irsə ictimai münasibəti araşdırmaq;

-   Bölgələrdə  əhalini  maarifləndirməyə  xidmət  edəcək  ictimai 

müzakirələr keçirmək.

Araşdırmalar  mütəxəssislərin  seçimi  əsasında  müəyyən  edilmiş 

hər  bölgənin  3  mədəni  irs  abidəsində  -  toplam  6  abidədə  aparıldı. 

Həmin abidələr haqqında yerli əhalinin tarixi bilgilərindən başlayaraq, 

qorunmasına, ictimai məsuliyyətin sorğulanmasına qədər araşdırıldı. 

Bu  məqsədlə  sorğu-anketlərdən  istifadə  olunub. Yekunda  hər  bölgə 

üçün ayrıca araşdırma sənədi (raport) hazırlanıb və ümumi vəziyyəti 

göstərən, təklif və tövsiyyələri də əhatə edən 30 səhifəlik “Tarix və 


TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:

 ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR

5

mədəniyyət  abidələrinin  mühafizəsi  və  təbliği:  araşdırma,  təklif  və 



tövsiyyələr” kitabçası, yəni bu kitabça nəşrə təqdim olunub. “Mədəni 

irsimizə  ictimai  münasibət”  adlı  videorolik  hazırlanıb.  Və,  nəhayət, 

araşdırmaların yekunları aidiyyatı bölgənin iri şəhərlərində keçirilən 

müzakirələrdə ictimaiyyətin diqqətinə çatdırılıb.

Düşünürük  ki,  layihə  çərçivəsində  görülən  işlər  və  əldə  olunan 

nəticələr  Mədəniyyət  və  Turizm  Nazirliyinin  müvafiq  şöbələri, 

regional bölmələri, AMEA-nın müvafiq institutları, bütövlükdəalimlər, 

doktorantlar,  magistrlər,  tələbələr,  yerli  sakinlər,  KİV-lər,  yerli  və 

beynəlxalq  mədəni  irs  tədqiqatçıları  və  mədəniyyətşünaslar  üçün 

faydalı olacaqdır. Deyilənlərə onu da əlavə edək ki, layihə çərçivəsində 

araşdırmalar  Ağsu,  Gəncə,  Qazax,  Şamaxı,  İsmayıllı  və  Şəmkir 

rayonlarında aparılıb. Seminarlar isə, Gəncə və Şamaxı şəhərlərində 

təşkil olunub. 

Layihə  çərçivəsində  araşdırılan  6  abidədən  biri  Sarıtəpə  qədim 

yaşayış məskənidir.

Məlumat üçün bildirək ki, Sarıtəpə qədim yaşayış məskəni Qazax 

şəhərinin  qərb  qurtaracağında  yerləşir.  Tədqiqatlar  nəticəsində 

müəyyən  olunmuşdur  ki,  yaşayış  yeri  hələ  tunc  dövrünün  sonu, 

dəmir dövrünün əvvəllərində meydana gəlmiş və e.ə. I minilliyin son 

rübünədək orada yaşayış davam etmişdir. 

Sarıtəpə  abidəsi  100  metr  diametri  və  10  metr  hündürlüyü  olan 

möhtəşəm  təpədən  ibarətdir.  1956-1958  illərdə  orada  Azərbaycan 

SSR  Elmlər Akademiyası  Tarix  İnstitutunun  əməkdaşları  tərəfindən 

tədqiqat işləri aparılmışdır.

Görkəmli  arxeoloq  İdeal  Nərimanovun  rəhbərliyi  ilə  aparılmış 

arxeoloji  qazıntılar  zamanı  Sarıtəpədə  təsərrüfat  və  dini  xarakterli 

binalar aşkara çıxarılmışdır. Müəyyən olunmuşdur ki, bu abidələr öz 

xarakteri baxımından hansısa bir ailə və ya kiçik bir kollektivə deyil, 

geniş ictimaiyyətə məxsus olmuşdur. Alimlərin əksəriyyəti Sarıtəpəni 

böyük  tayfa  ittifaqlarından  birinin  mərkəzi  hesab  edirlər.  Orada 

tapılan iki ədəd sütun altlıqları bütün Qafqaz üçün unikal tapıntı sayıla 

bilər. Onlar bir çox əlamətlərinə görə qədim İranın Suz və Persopol 

şəhərlərindəki  memarlıq  abidələrinə  oxşardır.  Bu  isə  sübut  edir  ki, 


TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:

 ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR

6

QAZAX


TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:

 ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR

7

QAZAX


TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:

 ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR

8

Sarıtəpədə üzə çıxarılan sütun altlıqları Yaxın Şərq analoqlarına uyğun 



olaraq e.ə. V-IV yüzilliklərə aiddir.

Lakin  apardığımız  monitorinq  və  sorğular  zamanı  məlum  oldu 

ki,  hazırda  abidə  qorunmur,  abidənin  qorunması  haqqında  heç  bir 

göstərici yoxdur və bu səbəbdən də acınacaqlı vəziyyətdədir. Məlumat 

üçün  bildirək  ki,  layihə  çərçivəsində  apardığımız  sorğularda  əsasən 

yerli mədəniyyət və turizm şöbələrinin əməkdaşları, bələdiyyə üzvləri, 

muzey  işçiləri,  müəllimlər,  məktəblilər,  taksi  sürücüləri  və  abidəyə 

yaxın ərazidə yaşayan yerli sakinlər iştirak ediblər.

Sorğunun  nəticələri  göstərdi  ki,  abidənin  adı  ilə  bağlı  fikir 

müxtəlifliyi yoxdur. Belə ki, sorğuda iştirak edən 10 nəfərdən 9-u Qazax 

rayonunda  yerləşən  abidəni  Sarıtpə  kimi  tanıdığını  bildirib.  1  nəfər 

isə bilmədiyini qeyd edib. Sorğuda iştirak edənlərdən 6 nəfəri orada 

hündür sarı rəngli təpə olduğuna görə abidənin belə adlandırdığını qeyd 

edib. 3 nəfər təpənin adıyla bağlı heç nə bilmədiyini, 1 nəfər isə onun 

içərisindən  sarı  rəngli  əşyalar  tapıldığına  görə  belə  adlandırıldığını 

bildirib.

Sorğuda  iştirak  edənlərin  7  nəfəri  abidənin  turistlər  tərəfindən 

ziyarət  olunmadığını,  2  nəfəri  turistlərin  abidəni  ziyarət  etdiyini 

görmədiyini, 1 nəfər isə heç nədən xəbərinin olmadığını bildirib. 

  Rəyi  soruşulanlardan  6  nəfəri  abidənin  qorunmadığını,  1  nəfər 

qorunduğunu,  1  nəfər  qorunması  ilə  bağlı  məlumatlı  olmadığını,  2 

nəfər isə onun özəlləşdirildiyini qeyd edib. 

 Sorğuya cəlb olunanlardan 8 nəfəri abidənin tanınması üçün onun 

təbliğ  olunmasına  ehtiyac  olduğunu  deyib.  Bildiriblər  ki,  Sarıtəpə 

abidəsinin öyrənilməsi Azərbaycan tarixini öyrənmək baxımından çox 

əhəmiyyətli ola bilər. 1 nəfər bu bölgədə yaşayan insanlardan məlumat 

toplamağın əhəmiyyətli olduğunu, 1 nəfər isə abidə dağıdıldığı üçün onu 

öyrənməyin heç bir əhəmiyyətinin olmadığını qeyd edib.

 Abidə haqqında məlumat o qədər azdır ki, rəyi soruşulanlardan 

7  nəfəri  orada  qorunmalı  heç  nə  olmadığını  deyib,  2  nəfər  fikir 

bildirməyib, 2 nəfər isə təpənin özəlləşdirildiyini qeyd edib.

Monitorinq  qrupunun  üz  tutduğu  növbəti  abidə  Orta  əsr  Şəmkir 

şəhəri olub. 


TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:

 ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR

9

ŞƏMKİR


TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:

 ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR

10

Orta  əsr  müəllifləri  Azərbaycanın  abad  və  nemətlərlə  zəngin 



şəhərləri sırasında Şəmkirin də adını çəkirlər. 

 Məlumat üçün bildirək ki, orta əsr Şəmkir şəhərinin xarabalıqları 

Şəmkirçayın  sol  sahilində,  Azərbaycan  Respublikasının  Şəmkir 

rayonunun  Muxtariyyə  kəndinin  şimalında  yerləşir. Abidənin  təsviri 

onun  orta  əsr  düzən  şəhərləri  üçün  səciyyəvi  olan  bütün  əlamətlərə 

malik  olduğunu  göstərir.  Şəmkirin  2007-ci  ildə  çəkilmiş  topoplanı 

şəhərin  dördbucaqlıya  yaxın  plan  quruluşunu  müəyyənləşdirməyə 

imkan verir. Orta əsr Şəmkir şəhər yerinin öyrənilmə tarixi XIX əsrin 

ilk  rübündən  başlansa  da,  orada  geniş  miqyaslı  arxeoloji  qazıntılar 

yalnız XXI əsrin ilk onilliyinə təsadüf edib.

Regionların  İnkişafı  İctimai  Birliyinin  dəstəyilə  2006-2013-

cü  illərdə  Şəmkir  şəhər  yerində  altı  sahədə  genişmiqyaslı  arxeoloji 

qazıntılar aparılmışdır.

Xatırladaq  ki,  hazırda  da  orada  arxeoloji  tədqiqatlar  davam 

etdirilməkdədir.

Bütün bunlara baxmayaraq layihə çərçivəsində apardığımız sorğu 

zamanı  əhalinin  abidə  haqqında  müxtəlif  və  həm  də  ziddiyyətli 

məlumatlara  malik  olduğu  aşkarlandı.  Belə  ki,  sorğuların  nəticələri 

göstərir ki, əhali arasında “Şəmkir” toponiminin izahı ilə bağlı fikir 

müxtəlifliyi var. Belə ki, sorğuda iştirak edən 12 nəfərdən 6 nəfəri onu 

Şəmkir qalası, 5 nəfəri Orta əsr Şəmkir şəhər yeri, 1 nəfər isə Nadirşah 

qalası kimi tanıdığını bildirib. Onlardan 8-i bu adı heç nə ilə əsaslandıra 

bilməyib,  3  nəfər  Şəmkirdə  yerləşdiyi  üçün  belə  adlandırıldığını,  1 

nəfər isə “Şam” və “Kür” sözlərindən əmələ gəldiyini düşündüyünü 

qeyd edib.

Rəyi  soruşulanlardan  4  nəfəri  abidənin  xronoloji  cəhətdən  orta 

əsrlərə, 1 nəfər VII əsrə, 3 nəfər IV-VI əsrlərə, 1 nəfər IX-XII əsrlərə, 

1 nəfər isə XV-XVI əsrlərə aid edildiyini deyib. 2 nəfər isə Şəmkir 

abidəsinin tarixi haqqında dəqiq məlumatının olmadığını qeyd edib. 

Sorğuda  iştirak  edənlərdən  7  nəfəri  abidədə  mütəmadi  olduğunu,  3 

nəfəri 1 il əvvəl olduğunu, 2 nəfəri heç olmadığını deyib.

Sorğuda iştirak edənlərin hamısı turistlərin abidəni tez-tez ziyarət 

etdiyini  bildiriblər  və  abidənin  qədimliyi,  memarlıq  xüsusiyyətləri, 


TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:

 ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR

11

orada  aparılan  qazıntılar  və  aşkar  olunan  tapıntıların  turistlər  üçün 



cəlbedici olduğunu deyiblər.

Rəyi  soruşulanlardan  11  nəfəri  abidənin  yaxşı  qorunduğunu  və 

dövlət  tərəfindən  ora  diqqət  ayrıldığını  qeyd  edib.  Sorğuda  iştirak 

edənlərdən  yalnız  1  nəfəri  abidənin  yaxşı  qorunmadığını  düşünür. 

Abidəyə gedən yola gəlincə, sorğuya qatılanlardan 7-si onu bərbad, 5-i 

isə normal hesab edir.

12 nəfərin hamısı abidənin tanınması üçün onun təbliğ olunmasına 

ehtiyac  olduğunu  deyib  və  bildiriblər  ki,  bu  abidənin  öyrənilməsi 

yalnız Azərbaycan tarixini deyil, ümumiyyətlə, müsəlman tarixini və 

Şərq tarixini öyrənməkdə də əhəmiyyətli ola bilər. 

Rəyi soruşulanlardan 10 nəfəri abidənin bərpa olunması ilə bağlı 

heç  bir  problem  olmadığını  deyib.  1  nəfər  məlumatsız  olduğunu 

bildirib. 1 nəfər isə abidənin bərpası üçün vəsaitin azlığını vurğulayıb.

Rəyi soruşulanlardan 11 nəfəri məktəblilərin və gənclərin abidəyə 

yüksək maraq göstərdiyini, onu tez-tez ziyarət etdiyini deyib. 1 nəfər 

isə, bunun əksini düşündüyünü bildirib.

Sorğuda  iştirak  edənlərin  hamısı  hesab  edir  ki,  abidənin  turizm 

marşrutlarına  daxil  edilməsi  həm  bölgənin  inkişafına,  həm  də  yerli 

sakinlərin yaşayış səviyyəsinə müsbət təsir göstərər.

Layihə  çərçivəsində  Orta  əsr  Gəncə  şəhərində  də  monitorinq 

aparılıb. Kiçik Qafqaz dağlarının şimal ətəklərində, Kür çayının sağ 

qolu olan Gəncə çayının hər iki sahilində yerləşən Gəncə Azərbaycanın 

ən  qədim  şəhərlərindəndir.  Bəzi  alimlər  şəhərin  yaranmasını  e.ə.VII 

əsr, əksəriyyəti isə orta əsrlərin başlanğıcına aid edirlər.

Son  vaxtlar  isə,  Gəncənin  4  min  illik  tarixi  olduğu  barədə 

müzakirələr  getməkdədir.  Əvvəllər  Gəncə  şəhər  icra  hakimiyyəti 

bir  neçə  dəfə  şəhərin  2000  illiyi  ilə  bağlı  yubiley  tədbirləri  keçirib. 

Hazırda isə, şəhərin 4000 illiyini qeyd etməyə hazırlıq gedir. Əlbəttə, 

Gəncənin  yaşı  mübahisəli  olsa  da,  onun  əsrlər  boyu  bütövlükdə 

ölkənin  çox  mühüm  sosial-iqtisadi  və  mədəniyyət  mərkəzi  olduğu 

şübhəsizdir.  730-cu  ildə  ərəb-xəzər  döyüşlərində  xəzərlərin  keçdiyi 

şəhərlər içərisində Gəncənin də adı çəkilir.

Orta əsr Gəncə şəhərində kompleks arxeoloji tədqiqatlar Nizami 


TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:

 ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR

12

GƏNCƏ


TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:

 ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR

13

GƏNCƏ


TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:

 ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR

14

Gəncəvinin  anadan  olmasının  800  illiyi  ilə  əlaqədar  olaraq  1938-



1940-cı illərdə Azərbaycan Dövlət Tarix Muzeyi və Tarix İnstitutunun 

birgə  ekspedisiyası  tərəfindən  aparılmışdır.  İshaq  Cəfərzadə  və 

Vadim Leviatovun rəhbərliyi ilə Qədim Gəncə ekspedisiyası adı ilə 

aparılan  genişmiqyaslı  tədqiqatların  nəticəsində  minlərlə  maddi-

mədəniyyət nümunəsi aşkar olunmuş, hal-hazırda Milli Azərbaycan 

Tarixi Muzeyi, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi 

və  Gəncə  Tarix  və  Diyarşünaslıq  Muzeyində  qorunur  və  nümayiş 

olunur.  Qazıntılar  sonralar  fasilələrlə  davam  etdirilsə  də,  hal-

hazırda tədqiqat aparılan sahələr baxımsız və tonlarla zibil yığınının 

altındadır. 

Tədqiqat  qrupunun  şəhər  yerində  rastlaşdığı  kimi  qədim  tarixə 

malik Gəncə şəhəri abidə olaraq ona layiq səviyyədə qorunmur. Gəncə 

sakinlərinin də doğma şəhərləri haqqında məlumatı azdır. Onların arasında 

apardığımız sorğuda yerli mədəniyyət və turizm şöbələrinin əməkdaşları, 

bələdiyyə üzvləri, muzey işçiləri, müəllimlər, məktəblilər, tələbələr, taksi 

sürücüləri, abidə ətrafında yaşayan yerli sakinlər iştirak ediblər.

Sorğunun  nəticələri  göstərdi  ki,  hətta  abidənin  adı  ilə  bağlı  da 

sakinlər arasında fikir müxtəlifliyi var. Belə ki, sorğuda iştirak edən 10 

nəfərdən 5 nəfəri onu Gəncə qalası, 4 nəfəri Qədim Gəncə şəhər yeri, 

1 nəfər isə, Orta əsr Gəncə şəhəri kimi tanıdığını bildirib. Onlardan 3-ü 

ad haqqında heç bir rəy bildirməyib, 1-i orta əsrə aid olduğunu, 1 nəfər 

Gəncə şəhərinin adı ilə bağlı olduğunu, 1 nəfər Gəncəni yadellilərdən 

qoruduğu  üçün,  3  nəfər  Qədim  Gəncə  orada  yerləşdiyi  üçün  belə 

adlandığını qeyd edib.

Rəyi  soruşulanlardan  6  nəfəri  abidənin  XI-XII  əsrlərə,  1  nəfər 

X-XII əsrlərə aid olduğunu, 1 nəfər ən azı 2500 yaşı olduğunu, 2 nəfər 

isə, abidənin tarixi haqqında dəqiq məlumatı olmadığını qeyd edib.

Onlardan 1 nəfəri abidədə mütəmadi olduğunu, 3 nəfəri 2013-cu 

ilin mart ayında olduğunu, 1 nəfər 6 ay əvvəl olduğunu, 2 nəfər nə vaxt 

olduğunu xatırlamadığını, 1 nəfəri 1981-ci ildə olduğunu, 2 nəfəri isə 

heç olmadığını deyib.

Sorğuda iştirak edənlərin bir qismi əksər suallara “bilmirəm” deyə 

cavab verib. 


TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:

 ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR

15

İSMAYILLI



TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:

 ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR

16

3  nəfər  hesab  edir  ki,  abidənin  öyrənilməsi  dövlət  səviyyəsinə 



çıxarılmalıdır, 2 nəfər vəsait problemi olduğunu, 1 nəfər bu işlə məşğul 

olunmadığını, 1 nəfər maraqlanmadığını, 1 nəfər yaşayış məntəqələri 

olduğuna  görə  tədqiqat  aparılmadığını,  1  nəfər  informasiyanın  az 

olduğunu, 1 nəfər isə, məlumatlı olmadığını qeyd edib.

Rəyi  soruşulanlardan  7  nəfəri  məktəbli-gənclərin  abidəni 

tanımadıqlarını, 1 nəfər dərsliklərə salınsa marağın ola biləcəyini, 2 

nəfər isə marağın az olduğunu qeyd edib.

“Siz  özünüz  bu  abidənin  tanınması  və  qorunması  üçün  nə  edə 

bilərsiniz”, sualına isə, 8 nəfər təbliğat apara bilərəm, məlumat verə 

bilərəm deyə, cavab verib. 1 nəfər abidənin qorunması və tanınması 

üçün hesab açılarsa kömək edə biləcəyini bildirib, 1 nəfər isə heç nə 

edə bilməyəcəyini qeyd edib.

Layihə  qrupunun  üz  tutduğu  növbəti  abidə  Cavanşir  qalası 

olub. Cavanşir qalası - İsmayıllı rayonu ərazisində Talıstan kəndi 

yaxınlığında yerləşir. Qafqaz Albaniyasında Mehranilər sülaləsinin 

hakimiyyəti  dövründə  inşa  edilmiş  bu  qala  hökmdar  Cavanşirin 

adını daşıyır. Məlumdur ki, Albaniya tarixinin son dövrləri, onun 

əsas vilayətlərindən olan Girdiman vilayəti və tanınmış sərkərdəsi 

Cavanşirin adı ilə bağlıdır. 642-681-ci illərdə Albaniya hökmdarı 

olmuş  tədbirli  dövlət  xadimi  Cavanşir  diplomatik  və  sərkərdəlik 

bacarığı  ilə  dövlətin  müstəqilliyini  qoruyub  saxlamışdır.  Ərəb, 

Sasani,  Xəzər,  Bizans  kimi  güclü  dövlətlərin  hücum  təhlükəsi 

qarşısında  duran  Cavanşir  diplomatik  bacarığı  sayəsində  siyasi 

gedişlər etməklə yanaşı, müdafiə tədbirləri görməklə də Albaniyanın 

müstəqilliyini qoruyub saxlamışdır. Qalanın inzibati mərkəz kimi 

də istifadə olunduğu güman edilir. 

Qala  İsmayıllı  rayonunun  Talıstan  kəndindən  4  km  şimalda, Ağ 

çayın sağ sahilində yerləşir. Qala əsas hissə və “içqala”dan ibarətdir. 

İç  qala  qalanın  şimal  hissəsindədir.  İç  qalanın  divarları  daha  çox 

dağıntıya  məruz  qalmışdır.  Bir  çox  yerlərdə  onun  yalnız  bünövrəsi 

qalmışdır.  Qalaya  getmək  üçün Talıstan  kəndinə  qədər  avtomobillə, 

kənddən qalaya qədər olan 4 km məsafəni isə piyada və ya atla qət 

etmək lazımdır. Yaz-yay mövsümündə isə qalanın ətəyinədək maşınla 

getmək mümkündür.



TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:

 ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR

17

 Mütəxəssislərin fikrincə, Cavanşir qalası respublika səviyyəsində 



diqqət mərkəzində saxlanılan tarixi abidələrimizdən olmağa layiqdir. 

Amma  təəssüf  ki,  monitorinq  zamani  məlum  oldu  ki,  burada  da 

vəziyyət ürəkaçan deyil. Abidə elmi baxımdan öyrənilməyib, burada 

arxeoloji tədqiqatlar aparılmayıb, turizm marşrutlarına daxil edilməyib. 

İctimaiyyətin nümayəndələri onun haqqında kifayət qədər məlumatlı 

deyillər. Heç zaman bərpa olunmaması son illərdə leysan yağışların 

yağması nəticəsində qala divarlarının uçmasına şərait yaratmışdır.

Sorğunun  nəticələri  göstərib  ki,  abidənin  adı  ilə  bağlı  fikir 

müxtəlifliyi  yoxdur.  Belə  ki,  sorğuda  iştirak  edən  11  nəfərin  hamısı 

Talıstan  kəndi  ərazisində  yerləşən  abidəni  Cavanşir  qalası  kimi 

tanıdığını bildirib. Sorğuda iştirak edənlərin hamısı abidənin Girdiman 

(Albaniya)  dövlətinin  hökmdarı  Cavanşirin  adı  ilə  əlaqələndiriblər. 

Rəyi soruşulanlardan 7 nəfəri abidənin VI-VII əsrlərə, 4 nəfəri VII əsrə 

aid edildiyini deyib.

Onlardan 4 nəfəri abidədə iki il əvvəl olduğunu, 2 nəfəri 1 il əvvəl 

olduğunu, 3 nəfəri 1 ay əvvəl olduğunu, 1 nəfəri 2 ay əvvəl olduğunu, 

1  nəfəri  isə  orada  mütamadi  olduğunu  deyib.  Sorğuda  iştirak 

edənlərin 6 nəfəri abidəninin turistlər tərəfindən ziyarət olunduğunu, 

2 nəfəri turistlərin abidəni tez-tez ziyarət etdiyini, 1 nəfəri hərdənbir 

ziyarətçilərin  gəldiyini,  1  nəfəri  bəzən  yerli  turistlərin  gəldiyini,  1 

nəfəri isə son illərdə abidəyə gedən yolun və onun ətrafındakı şəraitin 

əlverişsiz  olmasını  səbəb  göstərərək  turistlərin  günü-gündən  sayının 

azaldığını qeyd edib.

Sorğuda  iştirak  edənlərin  hamısı  abidənin  qədimliyinin, 

memarlıq  xüsusiyyətlərinin,  tikinti  texnologiyası  və  üslubunun, 

strateji  mövqeyinin  və  ətrafındakı  təbii  mənzərənin  turistlər  üçün 

cəlbedici  olduğunu  deyiblər.  Rəyi  soruşulanlardan  3  nəfəri  abidənin 

dövlət  tərəfindən  qorunduğunu,  Mədəniyyət  və  Turizm  Nazirliyinin 

nəzarətində olduğunu, xüsusi mühafizəçisinin olduğunu, 4 nəfəri orta 

səviyyədə qorunduğunu, ancaq bunun da yetərli olmadığıını, 1 nəfəri 

abidənin  qorunmasının  qənaətbəxş  olmadığını  qeyd  edib.  3  nəfər 

abidənin qorunması məsələsinə münasibət bildirməmişdir.

Sorğu iştirakçıları abidənin daha da yaxşı tanınması üçün buranın 

dövlət  səviyyəsində  diqqət  mərkəzinə  alınmasını,  tədqiqat  işlərinin 



TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:

 ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR

18

aparılmasını,  reklam  roliklərinin,  xüsusi  televizya  verilişlərinin 



çəkilməsini, xüsusi bukletlərin hazırlanmasını və s. təbliğat işlərinin, 

bərpa  işləri  və  konservasiyasının  aparılmasını  məqsədəuyğun  hesab 

etmişlər. Abidəyə gedən yola gəlincə, sorğuya qatılanlardan 4-i onu 

bərbad,  3-i  orta  səviyyədə  olduğunu,  4-i  normal  hesab  edir.  Eyni 

zamanda  iştirakçılardan  3  nəfəri  abidəyə  gedən  yolun  tezliklə  təmir 

olunmasını arzu edir.

Sorğuda  iştirak  edən  11  nəfərin  hamısı  abidənin  tanınması  üçün 

onun  təbliğ  olunmasına  ehtiyac  olduğunu  deyiblər  və  bildiriblər  ki, 

bu abidənin öyrənilməsi Azərbaycan tarixini, xüsusən də albanların, 

Albaniya  dövlətinin  tarixini,  onun  ən  qüdrətli  dövlət  başçısı  olan 

Cavanşirin şəxsiyyətini və siyasətini öyrənməkdə əhəmiyyətli ola bilər.

Layihə çərçivəsində Xınıslı yaşayış yerində (Qədim Şamaxı şəhəri) 

də monitorinq aparılmışdır.

Xınıslı  – Azərbaycan  Respublikasının  Şamaxı  rayonu  ərazisində 

antik və ilk orta əsrlər dövrünə aid arxeoloji abidədir. II əsrdə Klavdi 

Ptolemey şəhərin adını Kamaxeya kimi yad etmiş, onun həmin dövrdə 

mövcudluğunu  tarixə  keçirmişdir.  Qədim  Şamaxı  hesab  olunan 

Xınıslıda  ötən  əsrin  60-70-ci  illərində  arxeoloq  Cabbar  Xəlilovun 

rəhbərliyi  ilə  aparılan  tədqiqatlar  nəticəsində  oradan  qəbirlər,  yerli 

ustaların  əməyinin  məhsulu  sayılan  çoxsaylı  maddi-mədəniyyət 

nümunələri, o cümlədən yerli istehsal olan nəfis şüşə məmulatı, qab 

və  bəzək  şeyləri  də  aşkar  olunmuşdur.  Oradan  tapılan  ən  qiymətli 

nümunələr içərisində Xınıslı dəfinəsi xüsusi yer tutur.

Sorğunun  nəticələri  göstərib  ki,  abidənin  adı  ilə  bağlı  fikir 

müxtəlifliyi var. Belə ki, sorğuda iştirak edən 10 nəfərdən 6 nəfəri 

onu  Qədim  Şamaxı,  1  nəfər  Gülüstan-Pirdirəki  qalası,  1  nəfər 

Xannəsli, 1 nəfər kiçik Xınıslı kimi, 1 nəfər isə bilmədiyini qeyd 

edib.  Onlardan  2  nəfəri  bu  adın  Şirvanşahlarla  bağlı  olduğunu,  1 

nəfər qədim tarixi olduğu üçün belə adlandığını, 1 nəfər zəlzələdən 

sonra qoyulan ad olduğunu, 1 nəfər şirlər və şüədalar ölkəsindən 

gələn ad olduğunu, 1 nəfər köçəri şam tayfaları ilə bağlı olduğunu, 

1  nəfər  qədim  eksponatlar  tapıldığına  görə  belə  adlandığını,  1 

nəfər  orada  xanlar  yaşadığından  belə  adlandığını,  1  nəfər  ərazisi 

və  əhalisi  az  olduğuna  görə,  1  nəfər  isə  bilmədiyini  qeyd  edib. 



TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:

 ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR

19

Rəyi  soruşulanlardan  3  nəfəri  abidənin  hansı  dövrə  aid  olduğunu 



bilmədiyini,  1  nəfər  XX  əsrə,  2  nəfər  XIV  –  XVI  əsrə,  1  nəfər 

IV-V əsrə, 1 nəfər qədim dövrə, 1 nəfər VIII-IX əsrə, 1 nəfər isə 

Şamaxının əvvəl burada yerləşdiyini, sonra Cabanı kəndinə, sonra 

Ağsuya, daha sonra isə Fit dağı deyilən yerə köçürüldüyünü yazıb. 

Onlardan 3 nəfəri abidədə mütəmadi olduğunu, 1 nəfəri 2006-cı ildə 

olduğunu, 1 nəfəri heç olmadığını, 1 nəfəri 2010-cu ildə olduğunu, 

1 nəfəri 9 ay öncə olduğunu, 1 nəfəri 2 ay öncə olduğunu, 2 nəfəri 

isə sorğu keçrilən günü olduğunu deyib. 

Rəyi  soruşulanlardan  6  nəfəri  abidənin  qorunmadığını,  1  nəfər 

yaxşı qorunmadığını, 2 nəfər sadəcə insanların nəzarət etdiyini, 1 nəfər 

bələdiyyə tərəfindən nəzarət edildiyini, amma qoruqçusunun olmadığını 

qeyd edib. Abidəyə gedən yola gəlincə, sorğuya qatılanlardan 8-i onu 

bərbad vəziyyətdə olduğunu, 2 nəfər isə normal, rahat olduğunu hesab 

edir.


Sorğuda  iştirak  edənlərin  hamısı  hesab  edir  ki,  abidənin  turizm 

marşrutlarına  daxil  edilməsi  həm  bölgənin  inkişafına,  həm  də  yerli 

sakinlərin yaşayış səviyyəsinə müsbət təsir göstərər.

Rəyi  soruşulanlardan  3  nəfəri  məktəblilərin,  gənclərin  abidəyə 

laqeyid  yanaşdıqlarını,  2  nəfər  maraq  göstərilmədiyini,  1  nəfər 

məlumatlı  olmadığını,  1  nəfər  normal  maraq  göstərildiyini,  2  nəfər 

məktəblilərin  abidə  haqqında  bilmədiklərini,  1  nəfər  isə  heç  kimin 

gəlmədiyini bildirib. 

Siz  özünüz  bu  abidənin  tanınması  və  qorunması  üçün  nə  edə 

bilərsiniz, sualına isə, 1 nəfər bilmirəm, 2 nəfər təbliğat apara bilərəm 

deyə, cavab verib. 4 nəfər əlimdən gələni edərəm deyə qeyd edib. 1 

nəfər  musiqi  həsr  edə  biləcəyini,  1  nəfər  bərpa  olunarsa  materiallar 

toplayaraq kömək edə biləcəyini, 1 nəfər isə 2004-cü ildə həyətdə quyu 

qazarkən saxsı küplər tapdığını və məktəbə hədiyyə etdiyini qeyd edib.

Layihə çərçivəsində görülən işlər üzə çıxardı ki, bu abidə haqqında 

da məlumat azdır. Yerli əhali, ümumiyyətlə abidəni tanımır. Abidənin 

yerləşdiyi ərazi ev tikmək üçün sakinlər arasında bölünüb. Bəzi yerlər 

məişət  tullantıları  ilə  zibillənib  və  s.  Qorunması  haqqında  heç  bir 

göstərici nişan yoxdur.


TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:

 ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR

20

ŞAMAXI


TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:

 ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR

21

ŞAMAXI


TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:

 ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR

22

Monitorinqin növbəti məntəqəsi Orta əsr Ağsu şəhəri oldu. 



Ağsu şəhəri XVIII əsrdə əhalisinin sayına görə Azərbaycanın ən 

böyük şəhəri idi. 1735-ci ilin mayında Nadir şah tərəfindən Ağsu kəndi 

yaxınlığında tikdirilən qala uzun müddət bu bölgədə ən əhəmiyyətli 

iqamətgah olmuşdur. Nadir şahın bölgəyə təyin etdiyi hakimlər-Şirvan 

xanları  bu  qalada  otururdular.  Ağsu  qalası  Nadir  şaha  qarşı  Şirvan 

zadəganlarının üsyanlarının mərkəzi də olmuşdur. Bu qalaya Şəkili Hacı 

Çələbi xan və Məhəmmədhəsən xan, Qubalı Hüseynəli xan, Fətəli xan 

və Şeyxəli xan, Ağa Məhəmməd şahın sərdarları Mustafa xan Dəvəli 

və  Əliqulu  xan,  rus  sərkərdəsi  qraf  Valeryan  Zubov,  Naibüssəltənə 

Abbas  Mirzə  hücum  etmiş,  mühasirədə  saxlamış,  bəziləri  almış, 

bəziləri  isə  uğur  əldə  edə  bilməyərək  kor-peşman  geri  qayıtmışlar. 

XVIII əsrin məşhur səyyahları Samuel Qmelin, Biberşteyn, Bronevski 

və başqaları bu qala haqqında yazmışlar. Ağsuda iki dəfə taun xəstəliyi 

yayılmış, xeyli insan bundan vəfat etmişdir. Şirvan xanları dövründə 

Ağsuda sənətkarlıq, ticarət, mədəniyyət xeyli inkişaf etmişdir.

2010-cu  ilin  mart  ayından  etibarən  MİRAS  Mədəni  İrsin 

Öyrənilməsinə  Kömək  İctimai  Birliyinin  təşəbbüsü  və  ağsulu 

ziyalıların  yaxından  dəstəyi  ilə  “Orta  əsr  Ağsu  şəhəri”  Arxeoloji 

Turizm Kompleksi layihəsinin həyata keçirilməsinə başlanmışdır.

Məqsəd  Azərbaycanın  turizm  marşurutlarından  kənarda  qalmış 

Ağsu  rayonunun  tarixi  abidələrini  tədqiq  etmək  və  nümayişə  hazır 

vəziyyətə gətirməklə turistlərin diqqətini bu bölgəyə çəkmək idi. “Orta 

əsr  Ağsu  şəhəri”  Arxeoloji  Turizm  Kompleksi  layihəsi  çərçivəsində 

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi 

Muzeyinin birgə Ağsu arxeoloji ekspedisiyası orta əsr Ağsu şəhərində 

tədqiqat aparmış və burada müasir turizm kompleksi yaradılmışdır.

Aparılan  sorğuda  da  bu  abidənin  kifayət  qədər  tanındığının  və 

əhalinin  məlumatlı  olduğunun  şahidi  olduq.  Sorğuda  iştirak  edənlər 

abidənin  tarixinin,  yerləşdiyi  yerin,  şəhərdə  yaşayanların  həyat 

tərzininin  və  məişətinin  öyrənilməsinin,  şəhərin  ümumi  planının, 

istifadə  olunan  tikinti  materiallarının,  memarlıq  nümunələrinin, 

arxeoloji qazıntılarla yerindəcə tanış olmaq imkanlarının, aşkar olunan 

tapıntıların, muzeydə əks olunan eksponatların turistlər üçün cəlbedici 

olduğunu deyiblər.



TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:

 ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR

23

Rəyi  soruşulanlardan  9  nəfəri  abidənin  yüksək  səviyyədə 



qorunduğunu,  xüsusi  mühafizəçisinin  olduğunu,  xüsusi  müşahidə 

kameralarının quraşdırıldığını qeyd edib. 1 nəfər abidənin qorunması 

üçün əlavə olaraq abidə ətrafının metal torlarla əhatə olumasını təklif 

edib.


Sorğu iştirakçıları abidənin daha da yaxşı tanınması üçün arxeoloji 

tədqiqatların, təbliğat işlərinin davam etdirilməsini, dünya televiziya 

kanalları vasitəsilə tanıdılmasını, bukletlərin hazırlanmasını, dərslik və 

dərs vəsaitlərində geniş məlumatların yerləşdirilməsini məqsədəuyğun 

hesab etmişlər.

Abidəyə gedən yola gəlincə, sorğuya qatılanların hamısı onu yaxşı 

vəziyyətdə olduğunu hesab edir. Bir nəfər abidə ətrafında və onun yolu 

boyunca ağacların əkilməsini təklif edir. 

10 nəfərin hamısı bu abidənin öyrənilməsi Azərbaycan tarixinin, 

xüsusən  də  orta  əsrlər  dövrünün,  Nadir  şah  dövrünün,  Şirvan 

xanlığınının  tarixinin  yazılmasında,  bu  dövrün  memarlığının 

araşdırılmasında əhəmiyyətli ola bilər. 

Ümid  edirik  ki,  layihə  mədəni  irsimizə  ictimai  münasibət 

sahəsindəki problemləri ilk dəfə bir ictimai birliyin səyləri nəticəsində 

üzə çıxaracaq, mütəxəssis araşdırmaları, təklif və tövsiyyələri, keçirilən 

seminarlar, çəkilən film vasitəsilə şəhər və kənd sakinləri, abidələrə 

yaxın  ərazilərdə  yaşayan  insanlar  maarifləndiriləcək,  beləliklə  də, 

mədəni irsimizin mühafizəsi və təbliği sahəsində görülən işlərə əlavə 

stimul olacaqdır.


TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:

 ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR

24

AĞSU


TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:

 ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR

25

AĞSU


TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:

 ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR

26

Monitorinqin nəticələri ilə  



bağlı təklif və tövsiyələr: 

1.  Layihə  çərçivəsində  respublikanın  bir  neçə  şəhər  və  rayonunda 

keçirilən  görüşlər,  aparılan  sorğu  və  araşdırmalar  göstərdi  ki, 

analoji tədbirlərin ən azı yerlərdə vəziyyəti öyrənmək naminə digər 

şəhər və rayonlarda da keçrilməsi olduqca vacibdir.

2.  Monitorinqlərin  nəticələri  göstərir  ki,  əfsuslar  olsun  ki,  əksər 

yerlərdə tarix və mədəniyyət abidələrinin mühafizəsi arzu olunan 

səviyyədə  deyil.  Bu  səbəbdən  də  bir  çox  abidələr  təbiət  təsirləri 

və antropogen təsirlər nəticəsində davamlı olaraq aşınma, dağılma 

və beləliklə də, nəticə etibarı ilə məhv olma taleyi yaşamaqdadır. 

Demək olar ki, əksər yerlərdə “Tarix və mədəniyyət abidələrinin 

qorunması  haqqında”  Azərbaycan  Respublikasının  qanunundan 

irəli  gələn  vəzifələrə  biganə  münasibət  var.  Bunun  üçün 

aidiyyatı  yerli  qurumlar,  qeyri-hökümət  təşkilatları,  mədəni-

maarif  müəsissələri  və  məktəblər  səviyyəsində  ardıcıl  olaraq 

zəruri  maarifləndirici  tədbirlər  görülməlidir.  Yaxşı  olar  ki,  orta 

məktəblərdə həmin qanundan irəli gələn məsələlər hanısa formada 

şagirdlərə öyrədilsin.

3.  Mədəni  irs  nümunələri  olan  tarix  və  mədəniyyət  abidələrinin 

təbliği də arzu olunan vəziyyətdə deyil. Bunun üçün hər şeydən 

öncə  abidələrə  gedən  yollar  qaydaya  salınmalı,  zəruri  yerlərdə 

göstərici nişanlar qoyulmalı, ən azı bir-iki yerdə abidənin pasportu 

və  dövlət  tərəfindən  mühafizə  olunduğunu  bildirən  lövhələr 

vurulmalıdır. Mətbuat, televizya və elektron resusrlardan istifadə 

etməklə  davamlı  sürətdə  maarifçilik  işi  aparılmalıdır.  Ayrı-ayrı 

abidələrlə bağlı bukletlərin və ya açıqcaların nəşri də ümumi işin 

xeyrinə olardı. 

4.  Tarix  və  mədəniyyət  abidələrinin  tədqiqi  bu  gün  hər  zaman 

olduğundan  daha  aktualdır.  Əfsuslar  olsun  ki,  bir  çox  abidələr 

hələ də tədqiqatçıların yolunu gözləyir. Məqsədəuyğun olardı ki, 

Akademiyada  elmi-tədqiqat  planları  tərtib  olunarkən  bu  amil  də 

nəzərə alınsın. Məsələn, elə abidələr var ki, artıq neçə onillərdir ki, 



TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:

 ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR

27

tədqiq olunur. Lakin elə abidə də vardır ki, oraya arxeoloq ayağı 



dəyməyib. Fikrimizcə, bu və ya digər tarix və mədəniyyət abidəsi 

tədqiqata cəlb olunarkən onun tariximiz üçün əhəmiyyət dərəcəsi 

də nəzərə alınmalıdır. Bundan əlavə, torpaq altında elə abidələrimiz 

vardır  ki,  onlar  bundan  sonra  hələ  yüz  illər  boyu  tədqiqata  cəlb 

olunmasa belə, onların dağılmaq və ya aşınmaq təhlükəsi yoxdur. 

Lakin dağların yamacında, çay kənarlarında, intensiv məskunlaşma 

rayonlarında, tikinti zonalarında olan abidələr isə hər an yox ola 

bilər. Ona görə də birinci növbədə məhz bu cür təhlükə gözləyən 

abidələrin elmi cəhətdən öyrənilməsi olduqca mühüm şərtdir.

5.  Bütün  abidələrin  konservasiyaya  ehtiyacı  var.  Əfsuslar  olsun  ki, 

bu sahədə də vəziyyət ürəkaçan deyil. Monitorinqlər nəticəsində 

bir  daha  müəyyən  olundu  ki,  bu  sahəyə  xüsusi  diqqət  ayırmaq 

gərəkdir.

6.  Könüllülük  institutu  bu  sahədə  də  inkişaf  etdirilməli,  ictimai 

birliklər, dərnəklər, klublarla müvafiq dövlət müəssisələri arasında 

əlaqələr genişlənməlidir. Könüllülərin cəlb olunması ilə abidələrin, 

ora  gedən  yolların  otdan  təmizlənməsi,  zibillənmiş  sahələrin 

zibilinin  daşınması,  şumlanmış  sahələrdə  maddi-mədəniyyət 

nümunələrinin toplanması, sakinlər arasında maraqlı təlim üsulları 

ilə  mədəni  irsimizin  sevdirilməsi  və  maarifləndirmə  işlərinin 

aparılması mümkündür.


TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:

 ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR

28

GƏNCƏ


TƏDBİRİ

TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:

 ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR

29

GƏNCƏ


TƏDBİRİ

TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:

 ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR

30

ŞAMAXI


TƏDBİRİ

TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:

 ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR

31

ŞAMAXI


TƏDBİRİ

TARİX VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİNİN 

MÜHAFİZƏSİ VƏ TƏBLİĞİ:

ARAŞDIRMA, TƏKLİF VƏ TÖVSİYƏLƏR

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin “Azərbaycanda 

tarix və mədəniyyət abidələrinin mühafizəsi və təbliği: mövcud vəziyyətin 

monitorinqi və qarşıda duran vəzifələr” layihəsi çərçivəsində

Fotoqraf: Məmməd Rəhimov

Dizayner: İntiqam Məhəmmədli



Tiraj: 500 ədəd

: userfiles
userfiles -> Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat
userfiles -> Рабочая учебная программа дисциплины «эндодонтия» для специальности 060201. 65 «Стоматология» Всего зет 6 Всего часов 216, из них
userfiles -> Рабочая учебная программа дисциплины «пародонтология» для специальности 060201. 65 «Стоматология» Всего зет 4
userfiles -> Kafedra: “Biznesin təşkili və idarə olunması” Fənn: “Antiböhranlı idarəetmə” Müəllim: Nəbiyev Aydın Xalıq oğlu
userfiles -> Şəhərsalmanın əsasları” fənnindən testlər
userfiles -> MÖvcud liSTİnq təLƏBLƏRİ
userfiles -> HƏyat və FƏALİYYƏTİNİN Əsas tariXLƏRİ 1936 5 mart


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə