Qərib Məmmədov


§ 20. Humus maddələrinin torpağın mineral komponentlərilə, kənd  təsərrüfatı kimyəvi maddələri və



Yüklə 5,42 Mb.
Pdf görüntüsü
səhifə10/52
tarix09.02.2017
ölçüsü5,42 Mb.
#7967
1   ...   6   7   8   9   10   11   12   13   ...   52
§ 20. Humus maddələrinin torpağın mineral komponentlərilə, kənd  təsərrüfatı kimyəvi maddələri və 
çirkləndiricilərlə qarşılıqlı təsiri 
 
Mineral komponentlərlə qarşılıqlı  təsiri.  Çoxsaylı funksional qrupların olması humus maddəsinin 
praktiki olaraq torpağın bütün komponentləri ilə müxtəlif qarşılıqlı  təsirlərini  şərtləndirir. Təbii 
torpaqəmələgəlmədə humus maddəsi torpağın mineral birləşmələri ilə fəal qarşılıqlı təsirdə olur. Bu da humusa 
məlum sabitlik verir, humusun və mineral qidalanmanın makro- və mikroelemetlərinin spesifik akkumulya-
siyasının, bəzi hallarda isə xarakter aqreqatəmələgəlmənin formalaşmasına təsir göstərir. Başqa tip qarşılıqlı 
təsirlər, əksinə, mineral komponentlərin qeyri-sabitliyini artırır və onların profildən kənar olmasına səbəb olur. 
Torpaqlardan kənd təsərrüfatı istifadəsi, həmçinin aqroekosistemlərə və təbii torpaqlara antropogen təsirlər 
şəraitində humus maddəlləri ilə aqrokimyəvi və çirkləndirici maddələr arasında qarşılıqlı  təsir müstəsna 
əhəmiyyət kəsb etməyə başlayır. Aparılmış  tədqiqatlar nəticəsində  məlum olmuşdur ki, humus maddələri 
mineral gübrələrin qida elementlərinin, həmçinin müxtəlif çirkləndiricilərin davranışına fəal təsir göstərir. 
Humus maddələrinin torpağın mineral hissəsinin komponentləri ilə qarşılıqlı  təsiri üzvi-mineral 
birləşmələrin yaranmasına səbəb olur. Bu qarşılıqlı təsirlərin əsas tiplərini nəzərdən keçirək. 
1.  Humus maddələrinin torpağın bərk fazasının mineral birləşmələri tərəfindən sorbsiyası müxtəlif 
mexanizmlərin iştirakı ilə baş verə bilər, məsələn, ion mübadiləsi, hemosorbsiya, kompleksəmələgətirən 
sorbsiya, gilli mineralların şişən kristal qəfəsinin yüksək olmayan molekulyar kütləsi tərəfindən üzvi maddələrin 
intermiselyar udulması  və s. Bu zaman qarşılıqlı təsirdən yaranmış məhsullar sorbsion kompleks, gilli-humuslu 
kompleks, mineral-üzvi birləşmələr adlanır. Bu adlara sinonim kimi də baxmaq mümkündür. Sorbsion qarşılıqlı 
təsir torpağın bərk fazasında və humuslu-akumlyativ horizontlarda spesifik üzvi-mineral birləşmələrin formalaş-
masında, səciyyəvi humus horizontunun sabitləşməsində, suyadavamlı aqreqatların və mikroaqreqatların 
yaranmasında  əhəmiyyətli rol oynayır. Qarşılıqlı  təsirin həmin tipinə ilk növbədə torpağın çoxsaylı kimyəvi, 
fiziki-kimyəvi və fiziki xassələrinin sabitləşdirici amili kimi baxmaq lazımdır. 
2. Kompleks heteropolyar duzlar  humus turşularının polivalent metallarla (Al
3+
, Fe
2+
, Cu
2+
, Zn
2+
) qarşılıqlı 
təsiri nəticəsində yaranır. Bu birləşmələrin səciyyəvi cəhəti metalların molekulun anion hissəsinə daxil olması 

 
72
və onun ion mübadiləsi reaksiyası qabiliyyətinə malik olmamasıdır. Bu tipdən olan birləşmələr içərisində dəmir 
və alüminium-humus birləşmələri daha yaxşı öyrənilmişdir. 
Torpaq profilinin yaranmasında və onun xassələrinin formalaşmasında bu qarşılıqlı təsir tipinin əhəmiyyəti 
ondan ibarətdir ki, bu tipdən olan duzların mövcudluğu, xüsusən də məhlulunda kifayət qədər üzvi birləşmələrin 
olduğu torpaqlarda, polivalent metal birləşmələrinin həllolma qabiliyyətini və fazalar arası paylanmasını, 
miqrasiya və akkumulyasiyasını, bitkilər tərəfindən mənimsənilməsini  əhəmiyyətli dərəcədə  dəyişir. Məsələn, 
podzol tipli torpaqlarda bir sıra elementlərin kompleks birləşmələr formasında profilboyu miqrasiyası, həmçinin 
onların bitkiyə daxil olması müşahidə edilmişdir. Kompleks heteropolyar duzların yaranması udulmuş üzvi 
maddənin qarşılıqlı təsiri ilə  bərk fazada da baş verə bilər. Bu halda qarşılıqlı təsirin həmin tipi torpağın bərk 
fazasının polivalent kationlarının mübadiləsiz komplekstörədici udulmasına gətirib çıxaracaqdır. 
Texnogen çirklənmə şəraitində kompleks-heteropolyar duzların yaranması çirkləndirici metalların (Zn, Cu, 
Cd, Co, Sr və s.)  ionlarının iştirakı ilə baş verir.  
Kompleks –heteropolyar duzlar həllolan fosfatlarla, bir çox pestisidlərlə qarşılıqlı  təsirdə olub, onların 
mütəhərrikliyini, faza daxili paylanmasını, bitki tərəfindən mənimsənilməsini dəyişə bilir.  
Bəsit heteropolyar duzlar humus turşuları ilə  qələvi və torpaq-qələvi metal (Ca
2+
, Mg
2+
) ionlarının, 
həmçinin ammonium ionlarının qarşılıqlı təsiri nəticəsində yaranır. 
Kompleks-heteropolyar duzların yaranmasında olduğu kimi, burada da qarşılıqlı  təsirdə karboksil və 
fenolhidrooksil qrupları iştirak edir, lakin metal ionları bu cür qarşılıqlı təsir tipində asanlıqla dissosiasiya olur 
və torpaq məhlulunun başqa kationları ilə mübadilə olunur. Qələvi metalların və ammoniumun humat və fulvat 
duzları suda yaxşı həll olurlar. Təbii şəraitdə həll olan humat və fulvatlar yalnız soda ilə şorlaşmış torpaqlarda 
əmələ  gələ bilirlər. Ca
2+
  və Mg
2+
 -un humat və fulvat duzları suda nisbətən çətin həll olandır və torpaqlarda 
əsaslarla zəngin humusun akumulyasiyasına səbəb olur. 
Humus maddələrinin kimyəvi maddələr və çirkləndiricilərlə qarşılıqlı  əlaqəsi. Humus maddələri 
torpağın bərk fazasının mineral komponentləri ilə qarşılıqlı təsirdə müəyyən dərəcədə onun sorbsion xassələrini 
formalaşdırır. Bununla əlaqədar torpağa xaricdən daxil olmuş istənilən birləşmə  həm bərk fazanın, həm də 
torpaq məhlulunun üzvi maddəsi ilə qarşılıqlı təsirə girir. 
Torpağın üzvi maddəsi mineral gübrələrin, kimyəvi meliorantların, pestisidlərin və torpaqdakı müxtəlif 
çirkləndirici maddələrin ayrı-ayrı kimponentlərinin çevrilməsində  əhəmiyyətli rol oynayır. Aqrokimyəvi 
maddələr və çirkləndiricilərin torpaqla qarşlılıqlı  təsirində üzvi maddələrin iştirakı özünü aşağıdakılarda 
göstəirir: 
turş torpaqlarda mineral qida elementlərin çətin  həllolan gübrələrdən ayrılmasına kömək edir, məsələn, 
fosforu fosfor unundan ayrılmasını  və ya əhəngin həllini və ya bəzi pestisidlərin hidroloji parçalanmasını 
sürətləndirir və s.; 
sorbsiya olunmuş fosfatları, onları torpaq uducu kompleksdə  əvəz etməklə torpaq məhluluna keçməsinə 
səbəb olur; 
mineral gübrələrin və kimyəvi meliorantların, pestisidlərin, radionuklidlərin, ağır metalların tərkibinə daxil 
olan katioların mübadiləli və mübadiləsiz udulmasında iştirak edir. Öz növbəsində sorbsiya olunmuş humus 
maddəsi aqrokimyəvi və toksik maddələrin torpağın mineral hissəsi ilə qarşılıqlı təsirinə mane olmaqla fosfat və 
bəzi kationların möhkəm bağlanmasının miqyasını aşağı salır; 
gübrələrin tərkibindəki fosfatların çökməsində iştirak edən kationlarla (Fe
3+
, Al
3+
, Ca
2+
 və s.) fəal qarşılıqlı 
təsir səbəbindən fosfatların çətin həll olan formaya keçməsini aşağı salır; 
bir sıra torpaqlarda tərkibində Fe və Al yanaşı fosfor da olan mürəkkəb çətin həllolan mineral-humus 
birləşmələrinin yaranması mümkünlüyü müəyyən olunmuşdur. Bu cür birləşmələr fəal miqrasiya qabiliyyətinə 
malikdirlər; 
ayrı-ayrı hallarda mineral gübrələrin kationları, məsələn, qələvi torpaqlarda kalium gübrələrindən və ya 
tərkibində ammonium (maye ammonyak, amonyaklı su) olan qələvi gübrələrdən  istifadə zamanı torpaqda 
həllolan humatlar yarada bilir. 
Həll olan humus maddələri ağır metalların, həmçinin süni radionuklidlərin kationları ilə qarşılıqlı təsirdə də 
ola bilər. Bu reaksiyalar  bəsit və kompleks-heteropolyar duzların yaranma və davranış qanunauyğunluğuna 
tabedir və toksik maddələrin miqrasiyasına, akkumulyasiyasına və bitkiyə daxil olmasına təsir göstərir. 
Pestisidlərin torpaqda davranışını  tənzimləməkdən ötrü bu maddələrin torpağın müxtəlif fəal 
komponentləri, ilk növbədə üzvi maddələri ilə qarşılıqlı təsirinin öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Lakin 
bu məsələ ilə bağlı məlumatlar kifayət qədər deyil və bəzən ziddiyyətlidir. Bir sıra tədqiqatlarda pestisidlərin 
deqradasiyası, miqrasiyası, bitkiyə daxil olmasında humusun çox mühüm təsiri göstərilir. Məlumdur ki, alaq 
otlarının məhv edilməsində  zəruri olan herbisidlərin miqdarı torpağın humus maddəsi ilə qarşılıqlı  təsirinin 
xarakterindən asılı olaraq 20 dəfə dəyişə bilər (F.Stivenson). Torpaq humusunun müxtəlif struktur və funksional 
qruplarının simazin, atrazin, 2,4-D və digər herbisidlərlə qarşılıqlı  təsiri eksperiment yolu ilə sübuta 
yetirilmişdir. Məlumdur ki, gilli-humuslu komplekslər təmiz humus turşuları ilə
 
müqayisədə pestisidləri daha 
yaxşı sorbsiya edir. Digər tərəfdən fulvoturşular bir sıra çətin həllolan pestisidlərin daşıyıcıları rolunda çıxış 

 
73
edir. 
 
 
§ 21. Üzvi qalıqların torpaqda çevrilməsi prosesləri və humus maddələri sisteminin yaranması və 
funksional fəaliyyəti haqqında təsəvvürlər 
 
Torpağa daxil olmuş üzvi qalıqlar müxtəlif biokimyəvi və fiziki-kimyəvi çevrilmələrə məruz qalır. Nəticədə 
üzvi qalıqların çox hissəsi son məhsula kimi, əsasən də, CO
2
  və  H
2
O və  bəsit duzlara kimi oksidləşir. Üzvi 
qalıqların bir hissəsi ümumi şəkildə humuslaşma adlanan, mürəkkəb çevrilmələr prosesindən keçərək torpağın 
spesefik humus maddəsinin tərkibinə daxil olur. Ən ümumi şəkildə humuslaşma anlayışını biokimyəvi və fiziki-
kimyəvi proseslərin məcmusu kimi dərk etmək mümkündür. Bu proseslər nəticəsində üzvi maddələrin bəzi 
ümumi xassələrə və quruluşa malik spesifik humus maddəsinə çevrilməsi baş verir. Bu ümumi xassələr “humus 
maddəsi” anlayışı təyin edilərkən sadalanmışdır. 
Qeyd edək ki, ədəbiyyatlarda səslənən “humuslaşma” və “humusəmələgəlmə” anlayışları eyni prosesi ifadə 
edir. 
Bəzi müəlliflər (L.N.Aleksandrov) “humuslaşma” anlayışını daha geniş nəzərdən keçirir, ona təkcə humus 
maddələrinin yaranması proseslərini deyil, onların transformasiyasını və tam minerallaşmaya qədər çevrilməsini 
də daxil edir. 
Humuslaşmanın əhəmiyyətli kəmiyyət göstəricisi – humuslaşma  əmsalıdır (Ə
h
). Humuslaşma  əmsalı üzvi 
qalıqların tam parçalanması zamanı tərkibindəki karbonun humus maddəsinə daxil olan hissəsidir (və ya faizlə 
ifadəsidir). Humuslaşma  əmsalı konkret şəraitdən – hidrotermik rejimdən, bitkinin botaniki və biokimyəvi 
tərkibindən və üzvi qalıqların dozasından və s. asılıdır. Humuslaşma əmsalı 1-10%  və daha çox dəyişə bilir. 
Bitki qalıqlarının müxtəlif komponentlərinin humusəmələgəlmə zamanı biokimyəvi transformasiyası 
kifayət qədər öyrənilməmişdir. Ona görə  də bu prosesinin mövcud izahı hipotez səciyyəsi daşıyır. Hazırda 
humusəmələgəlmənin bir neçə konsepsiyası mövcuddur ki, onları nəzərdən keçirək: 
Kondensasiya vasitəsilə humusəmələgəlmə  konsepsiyası müxtəlif illərdə A.Q.Trusov, M.M.Kononova, 
V.Flyayq tərəfindən irəli sürülmüşdür. M.M.Kononova humuşlaşma prosesinin mahiyyətini təşkil edən 
müddəaları  aşağıdakı kimi formalaşdırmışdır: 1) bitki qalıqlarının humuslaşması prosesi tərkibinə daxil olan 
komponentlərin CO
2
, H
2
O, NH

və başqa məhsullara kimi minerallaşması ilə müşayiət olunur; 2) bitki 
toxumalarının bütün komponentləri
 
parçalanma məhsulları, mikrob metabolizmi məhsulları,  parçalanma və 
resintez* (Resintez  –  əsasən ali bitkilər tərəfindən həyata keçirilən “ilkin” sintez əsasında “törəmə” mikrob 
sintezi) məhsulları formasında struktur vahidlərin ilkin mənbəyi kimi çıxış edə bilər; 3) humus maddələrinin 
formalaşma prosesində məsul həlqə struktur vahidlərin kondensasiyasıdır. Kondensasiya fenolun oksidləşməsi 
(fenoloksidaz tipli fermentlər vasitəsilə) və alınan məhsulun amin turşuları  və pepditlərlə qarşılıqlı  əlaqəsi 
vasitəsilə həyata keçir; 4) humus maddələrinin formalaşmasında sonuncu həlqə olan polikondensasiya kimyəvi 
prosesdir. Üzvi qalıqların  humuslaşması zamanı prosesin ayrı-ayrı  həlqələri sıx koordinasiya olunduğundan 
eyni vaxtda cərəyan edə bilər.  
Beləliklə, bu konsepsiyaya görə humuslaşma prosesi bəsit monomerlərdən – bioloji makromolekulların 
parçalanma məhsullarından və ya torpaq mikroorqanizmlərinin metabolitlərindən başlayır. M.M.Kononova və 
V.Flyayqin  kondensensasiya reaksiyalarında monomerlərlə yanaşı liqnin, zülal və s. birləşmələrin yüksək 
molekulyar fraqmentlərinin iştirakını mümkün hesab etmişlər. Kondensasiya vasitəsilə humusəmələgəlmə 
konsepsiyasına görə fulvoturşular humin turşularının sələfidirlər. 
Biokimyəvi oksidləşmə konsepsiyası keçən  əsrin 30-cı illərində  İ.V.Tyurin tərəfindən irəli sürülmüş, 
sonralar L.N.Aleksandrova tərəfindən inkişaf etdirilmişdir. Bu konsepsiyaya görə, humuslaşma  - üzvi qalıqların 
parçalnması nəticəsində yaranmış aralıq yüksək molekulyar məhsulların xüsusi üzvi birləşmələr sinfinə - humus 
turşularına çevrilməsindən ibarət mürəkkəb bio-fiziki-kimyəvi prosesdir. Humuslaşma prosesində aparıcı rol 
yavaş biokimyəvi oksidləşmə reaksiyalarına məxsusdur. Bu reaksiyalar nəticəsində yüksəkmolekulyar üzvi 
turşular sistemi yaranır (şəkil 9). Humuslaşma uzun prosesdir. Bu prosesin gedişatında kondensasiya hesabına 
humin turşuları molekullarının tədricən aromatizasiyası  və yeni əmələ  gəlmiş humin turşularının 
makromolekullarının  sabit olmayan hissəsinin qismən qopması baş verir. Yeni əmələ gəlmiş humin turşularının 
molekulyar kütləsi torpağın humin turşularının molekulyar kütləsindən yüksəkdir, element tərkibi isə 
humuslaşmaya məruz qalmış bitki qalıqlarının tərkibindən asılı olaraq dəyişkəndir. 
 

 
74
 
Şəkil 9. Humuslaşma və torpaqda humus maddələrinin transformasiyasının sxemi (L.N.Aleksandrovaya 
görə) 
 
Humus turşularının yaranmış sistemi bitki qalıqlarının minerallaşma nəticəsində azad olmuş küli 
elementləri və  həmçinin torpağın mineral hissəsi ilə qarşılıqlı əlaqəyə girərək, bir sıra üzvi-mineral törəmələr 
yaradır. Bu zaman vahid sistem bir-birindən həllolma dərəcəsinə və molekulların quruluşuna görə fərqlənən bir-
neçə fraksiyaya parçalanır. Sistemin az dispers fraksiyalardan ibarət hissəsi suda həll olmayan duzlar yaradaraq 
humin turşularını, suda tez həllolan duzlar verən çox dispers fraksiyalardan ibarət hissəsi isə vulfoturşuları 
törədir. 
Humusəmələgəlmənin bioloji konsepsiyası  ehtimal edir ki, humus maddələri müxtəlif 
mikroorqanizmlərin sintez fəaliyyətinin məhsuludur. Bu nöqteyi-nəzər ilk dəfə V.R.Vilyams tərəfindən irəli 
sürülmüşdür.
 
V.R.Vilyams torpağın humus maddəsinin keyfiyyətcə müxtəlifliyini onların  əmələ  gəlməsində 
müxtəlif qrup mikroorqanizmlərin, ayrob və anayrob bakteriyaların, göbələklərin iştirakı ilə izah edir və humus 
maddələrinin müxtəlif qruplarına müxtəlif qrup mikroorqanizmlərin ekzoenizmləri kimi baxırdı. Sonrakı 
tədqiqatlarda
 
eksperimental  şəkildə tünd rəngli humusabənzər birləşmələrin müxtılif qrup mikroorqanizmlər 
tərəfindən sintez olunduğu sübuta yetirildi (F.Y.Qelser, S.P.Lyax, T.Q.Mirçink, D.Q.Zvyaginsev). 
Humuslaşmanın kinetik nəzəriyyəsi. D.S.Orlovanın nəzərincə, torpaqda humusəmələgəlmənin iki paralel 
istiqaməti, həm kondensasiya, həm də biokimyəvi oksidləşmə eyni zamanda baş verə bilər. Bu zaman yüksək 
bioloji fəallığın müşahidə edildiyi qaratorpaqlarda ilkin üzvi qalıqların dərindən parçalandığı kondensasiya yolu 
üstünlük təşkil edir. Bioloji fəallığın aşağı olduğu çimli-podzollu torpaqlarda üzvi qalıqların dərindən parçalan-
ması müşahidə edilmir. Liqninin, zülalların, polisaxaridlərin, piqmentlərin iri fraqmentləri karboksilləşmə  və 
demetoksilləşmə vasitəsilə tədricən humus maddələrinə transformasiya olunur. Hətta bu halda da humus və hu-
muslaşmış turşularla kondensasiya və ya mübadilə reaksiyasına girən monomerlərin humuslaşmanın müxtəlif 
mərhələlərində  iştirakını inkar etməyə  əsas yoxdur. Torpaqda spesifik humus birləşmələrinin toplanması, 
D.S.Orlovanın fikrincə, konkret şəraitdə termodinamik və mikrobioloji baxımdan davamlı birləşmələrin 
müəyyən statistit “təbii seçməsinin” nəticəsidir. Bu zaman humusun toplanmasının səviyyəsi  və onun keyfiyyət 
tərkibi humus molekullarının formalaşmasına və onların sonrakı deqradasiyasına gətirən ayrı-ayrı proseslərin 
kinetikiliyi ilə müəyyən edilir. Ona görə də bu nəzəriyyə humuslaşmanın kinetikliyi nəzəriyyəsi adlanır. 
Müasir  şəraitdə torpaqların kənd təsərrüfatında istifadəsi təşəkkül tapmış  təbii müvazinətin pozulmasına 
gətirib çıxarır ki, bu da torpaqda humusun və onun ayrı-ayrı hissələrinin dəyişikliyinə  səbəb olur. Məsələn, 
əkilən torpaqlarda bəzən humusun minerallaşma intensivliyi torpağa daxil olan üzvi qalıqların həcminin eyni 

 
75
zamanda azalması ilə müşahidə edilir ki, bu da humusun miqdarının azalmasına və münbitliyin aşağı düşməsinə 
gətirib çıxarır.  
Üzvi maddələrin torpaq münbitliyində oynadığı  əhəmiyyətli rolu ilə  əlaqədar  əkinaltı torpaqların humus 
balansı və onun tənzimlənməsi aktuallıq kəsb eidr. Hər bir balans kimi humus maddələrinin torpaqdakı balansı 
da mədaxil və məxaric hissələrdən ibarətdir. Bu balansın düsturu aşağıdakı şəkildə formalaşdırıla bilər: 
 
B = (V
k
 + E
+
A
 + E
+
B
) – (Min + E
-
A
 + E
-

+ M
-
B

 
Burada, V
k
 – bitki qalıqlarının və üzvi gübrələrin hesabına üzvi qalıqların parçalanma məhsullarının torpaq 
humusuna çevrilməsi; E
+
A
 – üzvi maddələrlə  zənginləşmiş torpaq materialının aeral yolla daxil olması; E
+
B
 – 
tərkibində humus olan torpaq materialının suvarma suyu vasitəsilə  və ya su eroziyasının inkişafı  nəticəsində 
daxil olması;  Min – torpaq humusunun minerallaşma nəticəsində itirilməsi;  E
-
A
 – üzvi maddələrin külək 
eroziyası vasitəsilə aparılması; E
+
B
 – üzvi maddələrin su eroziyası vasitəsi ilə aparılması; M
-

üzvi maddələrin 
torpaq daxili miqrasiya vasitəsilə aparılması. 
V
k
, E
+
A, 
E
+
B
 humus balansının mədaxil, Min,  E
-
A
,  E
-
B
,  M
-
B
 – isə məxaric hissəsini təşkil edir. 
Torpaqlarda humus balansının
 
tədqiqində  məqsəd üzvi maddələrin sadalanan mənbələrinin keyfiyyətcə 
qiymətləndirilməsindən ibarətdir. Yalnız bunun əsasında müasir əkinçilik və meşəçilik təsərrüfatı  şəraitində 
humus rejimini optimallaşdırmaq mümkündür.  
Humusun defisitsiz balansını onun itkisinin qarşısını almağa xidmət edən eroziya əleyhinə  tədbirlər 
sistemini həyata keçirməklə saxlamaq olar. Bura torpağın səmərəli becərilməsi qaydaları, üzvi və mineral 
gübrələrin sistematik verilməsi, əkin dövriyyəsinin, sideratların və s. tətbiqi daxildir. 
Torpaqda humusun defisitsiz balanslını  təmin edən üzvi gübrələrin dozası torpağın tipindən, iqlim 
şəraitindən, əkin dövriyyəsindən və başqa amillərdən asılı olaraq dəyişir. 
 
§ 22. Üzvi maddənin torpaqəmələgəlmədə, münbitlik və bitki 
qidalanmasında rolu 
 
Üzvi maddə həm torpaq üçün səciyyəvi olan əlamətlərin formalaşmasında, həm də torpaqda transformasiya, 
maddə axını  və bitkinin qidalanması ilə bağlı müxtəlif proseslərin cərəyan etməsində mühüm rol oynayır. 
Torpaqdakı üzvi maddələrin bütün qrupları, yəni təzə üzvi qalıqlar, detrit (müxtəlif dərəcədə parçalanmış üzvi 
qalıqlar, təzə üzvi qalıqlarda humus maddələrinə keçid qrupu), humus maddəsinin ayrı-ayrı qrupları torpaq-
əmələgəlmədə, münbitliyin formalaşmasında və bitkinin qidalanmasında müxtəlif, lakin mühüm rol oynayır 
(şəkil  10). 
 
 
Şəkil 10. Müxtəlif qrup üzvi maddələrin torpağın yaranmasında və funksional fəaliyyətində iştirakını əks 
etdirən sxem: a – humuslaşma zamanı üzvi maddələrin transformasiyası; b – humuslaşma ilə  əlaqəsi 
olmayan, lakin torpağın yaranmasına, funksional fəaliyyətinə və bioməhsuldarlığına təsir göstərən proseslər    
 
Şəkildən göründüyü kimi, torpaq münbitliyinin geniş  təkrar istehsalının  əsasında üzvi maddələrin 
biogeokimyəvi dövranı və onu təşkil edən ayrı-ayrı proseslər və mexanizmlər durur. O, təkcə üzvi maddələrin 
miqdarından və keyfiyyətindən deyil, müxtəlif qrup üzvi maddələrin iştirakı ilə baş verən maddələrin torpaqda 
çevrilmə intensivliyindən asılıdır. 
Üzvi maddələrin müxtəlif qrupları tərəfindən həyata keçirilən qlobal funksiyalar aşağıdakılardan ibarətdir: 

 
76
A. Torpağın genezisi, onun morfoloji əlamətlərinin, maddi tərkib və xassələrinin formalaşması ilə 
bağlı funksiyalar. 1. Spesifik üzvi-profilin formalaşması. 2. Humus və gil-humus birləşmələrinin iştirakı ilə 
aqreqatların yaranması. Humusun minerallarla qarşılıqlı təsiri və mikrobioloji və termodinamik baxımdan sabit 
strukturların yaranması. 3. Kipliyin formalaşması və humus maddələrinin topraqların su-fiziki xassələrinə təsiri. 
4. Mabil miqrasiya etmək qabliyyətinə malik birləşmələrin formalaşması və torpağın mineral komponentlərinin 
biogeokimyəvi dövrana cəlb olunması. 5. Torpağın sorbsion, turş-qələvi və bufer xassələrinin formalaşması. 
B. Üzvi maddələrin bilavasitə bitkilərin qidalanmasında iştirakı ilə bağlı funksiyaları. 6. Ali bitkilərin 
mineral qidalanmasında elementlərin (N, P, K, Ca, mikroelentlər) mənbəyi. 7. Heterotrof orqanizmlərin üzvi 
qidalanmasının və torpağın bioloji və biokimyəvi fəallığına təsirin mənbəyi. 8. Atmosferin yer səthinə yaxın 
hissəsində CO
2
-nin mənbəyi və fotosintezin məhsuldarlığına təsiri. 9. Torpaqda bitkinin böyüməsinə  və 
inkişafına, qida maddələrinin səfərbərliyinə və s.  təsir göstərən bioloji fəal maddələrin (fermentlər, vitaminlər, 
təbii böyümə maddələri və s.)  mənbəyi.  
C. Üzvi maddələrin sanitar – qoruyucu funksiyaları. 10. Pestisidlərin mikrobioloji deqradasiyasının, 
parçalanmasının katalizatoru, sürətlədiricisi.  
11. Çirkləndirici maddələrin torpaqda bərkidilməsi (sorbsiya, kompleksəmələgəlmə  və s.), toksik 
maddələrin bitkiyə daxil olmasının məhdudlaşdırılması. 12. Toksik maddələrin miqrasiya qabiliyyətinin 
gücləndirilməsi. 
Bu deyilənlərlə üzvi maddələrin bütün funksiyaları bitmir. Onların  əksəriyyəti kifayət qədər tədqiq 
edilməmişdir.  Üzvi maddələrin ayrı-ayrı komponentlərinin bioloji fəallığı, katalizator xassələri  və s. haqqında 
natamam məlumat vardır. 
Nəzərə almaq lazımdır ki, müxtəlif torpaqlarda, o cümlədən mədəniləşdirilmə  səviyyəsi müxtəlif olan 
torpaqlarda  müxtəlif qrupdan olan üzvi qalıqların ayrı-ayrı funksiyaların yerinə yetirilməsində rolu eyni 
deyildir. Torpaqlardan kənd təsərrüfatında istifadə olunmasının ilkin fazalarında aerasiyanın artması, 
minerallaşmanın intensivliyinin güclənməsi və torpağa daxil olan üzvi qalıqların azalması hesabına humus 
maddəsinin minerallaşması hesabına azad olan azotun miqdarı artır, üzvi qalıqlardan daxil olan azotun miqdarı 
isə azalmış olur. Bu proses nəticəsində humusun minerallaşma hesabına itirilməsi bu qrupdan olan birləşmələrin 
bitkinin azot ilə təmin edilməsində rolunun aşağı düşməsinə gətirib çıxaracaqdır. 
Torpaqlardan kənd təsərrüfatı istehsalında istifadəsi zamanı torpaq profilndə humusun miqdarının 
tənzimlənməsi və onun tərkibinin dəyişdirilməsi, eyni zamanda üzvi və mineral hissə arsında müvazinətin 
müəyyən səviyyədə saxlanması zəruridir.  
Humusun miqdarının və  tərkibinin saxlanmasından ötrü aşağıdakı  tədbirlərin görülməsi nəzərdə tutulur: 
torpağa peyin və torf kompostlar şəklində kifayət qədər yüksək normada üzvi gübrələrin sistematik verilməsi, 
yaşıl gübrələrin tətbiqi (acı paxla, seradella və s.),  ot əkinləri, turş torpaqların əhəgləşdirilməsi və şorakətlərin 
gipsləşdirilməsi, həmin torpaqlar üçün becərilmə və meliorasiyanın daha səmərəli vasitələri və s.  
Üzvi gübrə  - humusun ən yaxşı mənbəyidir. Torfdan hazırlanmış kompostun tərkibində isə çoxlu miqdarda 
hazır humin turşuları olur. Üzvi gübrələrin sistematik tətbiq edildiyi hətta ən az münbitli podzollu torpaqlarda 
belə humusun ehtiyatı  tədricən artır, humus turşularının tərkibində humin turşularının miqdarı yüksəlir. 
Torpağın həmçinin su-fiziki xassələri yaxşılaşaraq faydalı mikrofloranın inkişafı üçün əlverişli şərait yaranır. 
Ot  əkinləri, otun yüksək məhsuldarlığı  şəraitində,  əkin qatında böyük miqdarda kök qalıqlarının 
toplanmasına səbəb olur. Bu qalıqlardan  humus yaranır, eyni zamanda torpağın sturktur, su-hava və qida rejimi 
də yaxşılaşır. Torpağın  əhəngləşdirilməsi və ya gipsləşdirilməsi torpağın reaksiyasını  tənzimləyir ki, bu da 
mikroorqanizmlərin həyat fəaliyyəti üçün əlverişli  şərait yaradır, üzvi, üzvi-mineral və mineral maddələrin 
torpaqdan yuyulub getməsinin qarşısını alır. 
Torpaqların meliorasiyası onun su-hava rejimini əsaslı  şəkildə yaxşılaşdırır, bununla da humusun həm 
yaranması, həm də fəal funksional fəaliyyəti və münbitliyi ilə bağlı proseslərdə iştirakından ötrü əlverişli şərait 
yaranır. 
Yadda saxlamaq lazımdır ki, müxtəlif təbii zonalarda və müxtəlif tip torpaqlarda humusun miqdarının və 
tərkibinin tənzimlənməsi məqsədilə ötrü müxtəlif kompleks tədbirlərin görülməsi tələb olunur. 
 
VII FƏSİL. TORPAQ VƏ TORPAQƏMƏLƏGƏTİRƏN  
SÜXURLARIN KİMYƏVİ TƏRKİBİ 
 
Torpaq mineral, üzvi və üzvi-mineral maddələrdən ibarətdir. Kimyəvi tərkibinə görə o ilkin 
torpaqəmələgətirən süxurdan fərqlənir. 
Torpağın kimyəvi tərkibinin  əsas xüsusiyytələri – tərkibində üzvi maddələrin və spesifik maddənin – 
humus maddələrinin, ayrı-ayrı element birləşmələrinin olması  və onların zaman ərzində  dəyişkənliyidir 
(dinamikliyi).   
Torpaqdakı mineral birləşmələrin mənbəyi dağ süxurlarıdır. Bu dağ süxurlarından yer qabığının bərk qatı – 
litosfer yaranmışdır. Üzvi maddələr torpağa orada yaşayan bitki və heyvanların həyat fəaliyyəti nəticəsində 

 
77
daxil olur. Mineral və üzvi maddələrin qarşılıqlı  təsiri torpağın üzvi-mineral birləşmələrinin mürəkkəb 
kompleksini yaradır. 
Mineral hissə torpağın 80-90%-ni və daha çox hissəsini təşkil edir və yalnız orqanogen torpaqlarda bu 
göstərici 10%-ə qədər aşağı düşür. 
Torpağın tərkibində bütün məlum kimyəvi elementlər aşkar edilmişdir. Ayrı-ayrı elementlərin litosferdə və 
torpaqda miqdarını göstərən orta rəqəm akademik A.Y.Fersman tərəfindən klark  (ilk dəfə 1889-cu ildə yer 
qabığının orta kimyəvi tərkibini hesablamış Amerika geokimyaçısı F.U.Klarkın şərəfinə ) adlandırılmışdır.  
Torpağın geokimyəvi nöqteyi-nəzərdən öyrənilməsinə 1911-ci ildə akademik V.İ.Vernadskiy tərəfindən 
başlanmışdır. 
 

Yüklə 5,42 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin