Qərib Məmmədov


§ 26. Torpağın radioaktivliyi



Yüklə 5,42 Mb.
Pdf görüntüsü
səhifə12/52
tarix09.02.2017
ölçüsü5,42 Mb.
#7967
1   ...   8   9   10   11   12   13   14   15   ...   52
§ 26. Torpağın radioaktivliyi 
 
Torpağın radioaktivliyi tərkibindəki radioaktiv elementlərlə müəyyən olunur. Torpağın təbii və süni 
radioaktivliyi bir-birindən fərqləndirilir.  
Təbii radioaktivliyi təbii radioaktiv elementlər törədir. Bu elementlər az və çox miqdarda əksər torpaq və 
torpaqəmələgətirən süxurların tərkibində vardır. Təbii radioaktiv elementləri üç qrupa bölürlər. 
Birinci qrupa bütün izotopları radioaktiv olan radioaktiv elementlər daxildir. Bu qrupa izotopları ardıcıl 
sutərdə çevrilən üç ailə aid edilir: uran sırası – radium – torium və aktinium. Onların parçalanmasının aralıq 
məhsulları  həm bərk, həm də qazşəkilli izotoplar ola bilər. Bu qruplar içərisində  ən  əhəmiyyətlisi uran (
238
U, 
235
U ) torium (
232
Th), radium (
226
Ra) və radondur (
222
Rn, 
220
Rn).  
İkinci qrupa radioaktivlik xassəsinə malik “adi” elementlərin izotopları daxildir. Onlara kalium (
40
K), 
rubidium (
87
Rb), kalsium (
48
Ca), sirkonium (
96
Zr) və s. aid edilir. Bu qrupda daha böyük təbii radioaktivliyi olan 
kalium daha çox əhəmiyyət kəsb edir. 
Üçüncü qrupa atmosferdə kosmik şüaların təsiri altında  əmələ  gələn radioaktiv izotoplar aiddir: tritium (
3
H), 
berrilium (
7
Be, 
10
Be) və karbon (
14
C). 
Bütün təbii radioaktiv elementlər əsasən uzun ömürlü izotoplardır. Onların parçalanma müddəti 10
8
 – 10
16
 
il arasında dəyişir. Onlar ά -,  β – hissəciklər və  γ- şüaları buraxırlar. Təbii radioaktivlik uran, torium, radium və 
kalium izotopunun miqdarı ilə müəyyən olunur. Adətən onlar torpaq və süxurda səpələnmiş şəkildə olur. 
Təbii radioaktiv izotopların ümumi miqdarı  əsasən torpaqəmələgətirən süxurlardan asılı olur. Turş süxurların 
aşınma məhsulları üzərində formalaşmış torpaqlarda radioaktiv izotopların miqdarı, əsas və ultrasəs süxurlar üzərində 
formalaşmış torpaqlarla müqayisədə çox olur. Həmçinin ağır torpaqlarda yüngül torpaqlarla müqayisədə radioaktiv 
izotopların miqdarı çoxdur. 
Təbii radioaktiv elementlər torpaqların profilində nisbətən bərabər  şəkildə paylanmışdır. Lakin bəzi 
hallarda onlar illüvial və qleyli horizontlarda
 
akkumulyasiya olunur. Təbii radioaktiv elementlər torpaqda 
möhkəm bağlı formalarda olur. Torpaq havasının tərkibindəki qaz şəkilli izotoplara radon (
222
Rn), toron (
220
Rn) 
və aktinon (
219
Rn) izotopları aid edlir. 
Azərbaycan ərazisində təbii radioaktiv maddələr geniş yayılmışdır             (cədvəl 21). 
Süni radioaktivlik atom partlayışlarından sonra, atom sənayesi tullantılarının və ya atom elektrik 
stansiyalarında baş verən qəzalarda yaranmış radioaktiv izotopların torpağa daxil olması  nəticəsində yaranır. 
Atom partlayışlarında (hazırda beynəlxalq müqavilələr əsasında bu cür partlayışlara moratorium qoyulmuşdur) 
yaranmış radioaktiv maddələr hava axınları vasitəsilə uzaq məsafələrə aparılıb çökdürülməklə torpağın və su 
mənbələrinin süni radioaktiv maddələrlə çirklənməsinə səbəb olur. 
 
Cədvəl 21 
 
Azərbaycanın müxtəlif regionlarının torpaqlarında təbii radioaktiv 
maddələrin yayılması (surətdə-dəyişkənliyi, məxrəcdə-orta göstəricisi) 
(C.Əliyev, M.Abdullayev, 1998) 
 
Torpaqlar 
238

226
Ra 
210
Po 
232
Th 
228
Th 
40

S Bk/q 
Kiçik Qafqaz 

 
84
Şabalıdı  
1,4-2,8 
2,2 
1,2-1,4 
1,3 
1,5-2,7 
2,1 
1,3-2,3 
1,8 
1,2-2,5 
1,8 
25,0-
47,7 
34,5 
Dağ-çəmən, 
qəhvəyi dağ-
meşə  

1,4 3,2  -  1,8 28,3 
Kür-Araz ovalığı 
Boz, çəmən, 
çəmən-
bataqlıq, 
şoranlar və s. 
2,5-4,3 
3,5 
- - 
1,7-2,7 
2,2 

31,5-
52,7 
41,2 
Naxçıvan MR 
Boz, dağ-
meşə, dağ-
çəmən, 
bozqır və s. 
1,4-1,8 
1,6 
1,5-2,9 
2,4 
2,2-6,0 
4,0 
1,1-2,4 
2,2 

31,8-
44,2 
39,0 
Lənkəran 
Yuyulmuş 
qəhvəyi, 
sarı-
podzollu, 
dağ-çəmən, 
qonur dağ-
meşə 
2,0-7,3 
3,3 
- - 
2,9-3,8 
3,3 
 
66,3-
93,8 
80,7 
Böyük Qafqaz 
Boz-qonur, 
yuyulmuş 
dağ-qəhvəyi 
1,0-2,0 
1,4 
1,9-2,6 
2,2 
1,8-2,9 
2,3 
1,2-3,8 
2,4 
 
35,0-
63,3 
44,9 
 
 
Bioloji dövrana qoşulmaqla radioaktiv maddələr bitki və heyvan mənşəli qida vasitəsilə insan orqanizminə 
daxil olaraq, orada toplanır və şüa xəstəliyinin yaranmasına səbəb olur. Bu baxımdan insan orqanizmi üçün ən 
təhlükəli radioaktiv maddələr stronsium (
90
Sr) və seziumdur (
137
Cs). Məhz bu maddələr süni radioaktivliyi 
şərtləndirir və yarımparçalanmanın uzun dövrü ilə  səciyyələnir (
90
Sr-28 il, 
137
Cs-33 il), şüalanmanın yüksək 
enerjisinə  və bioloji dövrana fəal qoşulmaq qabiliyyətinə malik olur. Ona görə  də bu izotopların udulması 
onların miqrasiyası və bitkilərə daxil olması ilə  bağlı qanunauyğunluqların öyrənilməsi olduqca əhəmiyyətlidir. 
Bu izotoplar torpağın bərk fazası tərəfindən asanlıqla udulduğundan onların əsas hissəsi (80-90%-i) torpağın üst 
qatında (5-9 sm) akkumulyasiya olunur. Qeyd etmək lazımdır ki, humusun yüksək miqdarının olduğu, lil 
hissəciklərlə zəngin və montmorinolit və hidrosluyadalı gilli minerallardan təşkil olunmuş torpaq daha yüksək 
sorbsiya xassəsinə malikdir. Öz xassələrinə görə 
90
Sr kalsiuma, 
137
Cs isə kaliuma daha çox oxşardırlar. Ona görə 
də bu radioizotopların davranışı qeyd edilən kimyəvi elementlərin davranışına yaxındır. 
Bir sıra tədqiqatçıların  (M.Ə.Abdullayev, C.Ə.Əliyev, 1983) apardığı araşdırmalara görə süni radioaktiv 
maddələr Azərbaycan  ərazisində müxtəlif dərəcədə paylanmışdır. Bu maddələrin respublikamızın müxtəlif 
regionlarında artımına Çernobıl qəzasının (1986) daha böyük təsiri olmuşdur. Bunu 
90
Sr və 
137
Cs maddələri ilə 
aparılmış tədqiqatların nəticələri də sübut edir (cədvəl  22 ). 
Nəzərdən keçirilən radioaktiv məhsulların miqrasiyası da həmçinin onların torpaqla olan bağlılıqlarının 
möhkəmliyindən asılıdır. Yüngül torpaqlarda onlar miqrasiyaya daha çox meyllidirlər, nəinki ağır torpaqlarda. 
 
Cədvəl 22 
 
Azərbaycanın müxtəlif regionlarının torpaqlarında  süni radioaktiv maddələrin ( 
90
Sr, 
137
Cs) yayılması 
(surətdə - dəyişkənliyi, məxrəcdə - orta göstəricisi) 
(C.Əliyev, M.Abdullayev, 1998) 
 
Torpaqlar 
90
Sr 
137
Cs 
qəzadan 
əvvəl 
qəzadan 
sonra 
qəzadan 
əvvəl 
qəzadan 
sonra 
Kiçik Qafqaz 

 
85
Şabalıdı  
2,1-4,7 
3,3 
2,5-5,7 
3,9 
3,9-7,2 
1,8 
1,4-4,1 
1,8 
Dağ-çəmən, qəhvəyi dağ-
meşə  
1,4-5,7 
3,3 

5,6-10,1 
7,9 

Kür-Araz ovalığı 
Boz, çəmən, çəmən-
bataqlıq, şoranlar və s. 
1,4-3,8 
2,5 
2,1-5,6 
3,4 
4,1-4,5 
4,3 
2,1-3,7 
3,1 
Naxçıvan MR 
Boz, dağ-meşə, dağ-
çəmən, bozqır və s. 
2,5-3,5 
3,0 

1,5-2,6 
1,9 

Lənkəran 
Yuyulmuş  qəhvəyi, sarı-
podzollu, dağ-çəmən, 
qonur dağ-meşə 
1,6-3,9 
2,9 
5,9-12,7 
8,6 
5,4-8,7 
6,2 
2,4-6,1 
4,6 
Böyük Qafqaz 
Boz-qonur, yuyulmuş 
dağ-qəhvəyi 
2,8-4,1 
3,5 
3,7-4,7 
4,2 
1,6-4,7 
2,0 
1,5-2,6 
1,9 
 
  
VIII FƏSİL. TORPAQ KOLLOİDLƏRİ VƏ  
TORPAĞIN UDUCULUQ QABİLİYYƏTİ 
 
Torpağın mühüm xüsusiyyəti – onun heterogenliyi və çox fazalığıdır. Bu xassələr sayəsində torpaqda 
cərəyan edən  əksər proseslər, o cümlədən bitkinin qidalanması, maddələrin miqrasiyası  və akkumulyasiyası, 
torpağın bərk fazasının səciyyəvi  əlamətlərinin formalaşması  və s. torpağın fazaları arasında maddələrin 
paylanmasına bağlıdır. Qazların, buxar və həll olmuş maddələrin bərk hissəciklər və maye tərəfindən udulması 
sorbsiya adlanır. 
Torpağın sorbsion xassəsinin olması faktı  qədim dövrlərdən məlumdur. Lakin torpaqlarda sorbsion 
proseslər və onun uduculuq qabiliyyəti haqqında müasir təsəvvürlər K.K.Hedroys, Q.Viqner, S.Matson,  
E.N.Qapon, A.N.Sokolovskiy, A.F.Tyulin, İ.N.Antipov-Karatayev, S.N.Alyoşin, N.İ.Qorbunov, D.Di-Qleriy, 
F.Kelli, V.R.Volobuyev, R.H.Məmmədov və başqalarının işlərində inkişaf etdirilmişdir. Burada fiziki-kimya və 
kolloid kimyasının yaranması da əhəmiyyətli rol oynamışdır. Kolloidlərin torpağın yaranmasında və funksional 
fəaliyyətində rolunu dərk etməkdən ötrü kolloid kimyasının aşağıdakı bölmələrinin böyük əhəmiyyəti olmuşdur: 
kolloid sistemləri haqqında təlim; molekulyar-kinetik hadisələr nəzəriyyəsi; səth hadisələri haqqında təlim və 
kolloid sistemlərinin davamlılığı, koaqolyasiya və sabitləşməsi nəzəriyyəsi və s. 
 
§ 27. Torpaq kolloidləri torpağın sorbsion xassələrinin  
daşıyıcıları kimi 
 
Torpaq müxtəlif ölçülü hissəciklərdən təşkil olunmuş mürəkkəb polidispers sistemdir. Torpaq kolloidləri 
diametrinin ölçüləri 0,0001 – 0,0200 nm arasında dəyişən hissəciklərdən ibarətdir. Onların torpaqda miqdarı 
müxtəlifdir. Müxtəlif torpaqlarda kolloid hissəciklərinin miqdarı 1-2–dən 30-40%-ə kimi dəyişir. Kolloid 
hissəcikləri torpaqların sorbsion xassəsinin əsas daşıyıcılarıdır. Buna səbəb aşağıdakılardır: 1) torpaq kolloidləri 
hətta cüzi miqdarda belə torpağın bərk fazasının ümumi səthinin  əsas hissəsini təşkil edir; 2) torpaq 
kolloidlərinin səthinin fiziki və kimyəvi təbiəti onlarda müxtəlif sorbsion proseslərin cərəyan etməsindən ötrü 
əlverişli şərait yaradır. 
Cədvəl 23-də müxtəlif ölçülü torpaq hissəciklərinin torpağın bərk fazasının ümumi səthində payı haqqında 
təsəvvür verilmişdir. 
 
Cədvəl 23 
Orta gillicəli torpaqların ümumi səthinin formalaşmasında müxtəlif ölçülü hissəciklərin rolu 
 
Hissəciklərin 
ölçüləri, mm 
Kütlədə 
miqdarı,% 
Səthi, 1q 
torpaqda m
2
-lə 
Ümumi səthin 
payı, %-lə 
 
1 2 3 

0,25-0,05 17 
0,5 
0,2 
0,05-0,01 50 
4,1 
1,7 

 
86
1 2 3 

0,01-0,005 20 
9,9 
4,1 
0,005-0,001 6 
12,7 
5,2 
0,001-0,0001 3 
18,8 
7,8 
0,0001 4  194,0 81,0 
Cəmi 100  240  100 
  
Miqdarı torpaq kütləsinin 4%-ni təşkil edən  kolloid hissəciklərinin səthi torpağın bərk fazasının ümumi 
səthinin 80%-dən az olmayan hissəsini təşkil edir. Bu hesablamalar hissəciklərin sferik quruluşa malik olması 
ehtimalı əsasında hesablanmışdır. Müxtəlif ölçülü səth torpaq hissəciklərinin bilavasitə ölçülməsi sübut edir ki, 
kolloidlərin torpağın ümumi səthinə real töhvəsi daha yüksəkdir, belə ki, torpaqdakı lilin çox hissəsi plastik 
formaya malikdir ki, bu da onun səthini əhəmiyyətli dərəcədə artırır. 
Torpaq kolloidlərinin səthinin təbiəti onların tərkibindən və quruluşundan asılıdır. Kolloid hissəciyinin  
(mitsella) ümumi sxemi şəkil  11-də verilmişdir.  
 
 
 
Şəkil 11. Mitsellanın quruluş sxemi 
 
Torpaqda kolloidlər mineral, üzvi və üzvi-mineral birləşmələrlə  təmsil olunmuşdur.  Mineral kolloidlərə 
gilli minerallar, silisiumun kolloid formaları və biryarımoksidlər aid edilir. 
Gilli mineralların səthi kristalların kənarlarında rabitənin pozulması, həmçinin tetraedr və oktaedr 
şəbəkəsində izomorf əvəzlənməsi ilə  əlaqədar mənfi yüklənmiş olurlar. Yüklənmiş  səthlərin yaranmasının bu 
mexanizmləri müxtəlif gilli minerallarda müxtəlif dərəcədə təzahür edir (cədvəl 24, şəkil 12). Mənfi yüklənmə 
sayəsində gillər kationların mübadiləli udma qabiliyyətinə malik olur. Bunun kəmiyyət ölçüsü kationların 
mübadilə tutumudur (KMT). Kationların
 
mübadilə tutumu 100 qr maddədə (torpaqda, mineralda, lil 
fraksiyasında və s.) m-ekv-lə ölçülür.  
Cədvəl 24-dən göründüyü kimi, yükün formalaşması mexanizmi kation mübadiləsi tutumuna həlledici təsir 
göstərir.  İzomorf  əvəzləmənin olmadığı  şəraitdə  şişən minerallar (pirofilit) strukturu 1:1 (kaolinit) olan 
şişməyən minerallar kimi aşağı udma tutumuna malikdirlər. 
Gilli mineralların mənfi yükü pH-dan asılı deyildir. Yalnız mənfi yük daşıyan kolloidlər asidoidlər, yalnız 
müsbət yük daşıyan kolloidlər isə bazoidlər adlanır. 
Amorf mineralların, o cümlədən oksid (hidroksid) qrupundan olanların səthi pH-dən asılı yükə malikdir. Bu 
cür kolloidlər amfolitoidlər adlanır. Çox turş şəraitdə bu qrupdan olan bəzi minerallar müsbət yük daşıya bilir. 
Bəzi amfolitoidlərdə mənfi yük pH 8-də 20-40 m-ekv/100q torpaq. çatır. Amorf formalı minerallar torpaqların 
sorbsion və kolloid xassələrinin formalaşmasında əhəmiyyətli rol oynaya bilər. 
 

 
87
 
 
Şəkil 12. Montmorilonit qəfəsində kationların yerdəyişməsi nəticəsində sərbəst mənfi yüklərin yaranması 
sxemi 
 
 
Üzvi kolloidlər əsasən humus və zülal təbiətli üzvi maddələrlə təmsil olunmuşdur. Bundan başqa torpaqda 
kolloid-dispers şəkildə polişəkərlər və başqa birləşmələr də ola bilər. Hər ikisi amfolitoiddir. Lakin turş xassəyə 
malik humus maddəsində zülal birləşmələri ilə müqayisədə asidoidlik özünü daha qabarıq göstərir. Üzvi 
kolloidlərin bazoid xassəsi onlarda fəal amin qruplarının olması ilə əlaqədardır. Humus kolloidləri üçün kation 
mübadiləsinin yüksək tutumu (havada quru preparatda 400-500 m-ekv /100q torpaqda) səciyyəvidir.  
Üzvi kolloidlər polivalent kationlara bağlanma səbəbindən torpaqda əsasən çökdürülmüş şəkildə (gel) olur. 
Onların peptizasiyası, yəni kolloid məhlulu (zol) şəklinə keçməsi qələvilərin təsiri altında baş verir. 
 

 
88
Cədvəl 24 
Bəzi gilli minerallarda mənfi yükün və kationların mübadilə tutumunun formalaşma mexanizmi 
 
Struktur 
Gilli mineral 
Yükün formalaşma 
mexanizmi 
Kation-
mübadilə 
tutumu, 
m-ekv/100 q 
torpaqda 
 
1 2 

Struktur 1:1 
Kaolinit 
 
 
Qalluazit  
 
Kristalın kənarlarında rabitənin 
pozulması, izomorf əvəzlən-
məsi yoxdur 
 
“ – “ 
 
1-15 
 
 
1-15 
Struktur2:1(şişən) 
Pirofillit  
Montmorillonit  
 
Beydelit  
Saponit  
 
“ – “ 
İzomorf  əvəzləmə: Al əvəzinə 
Mg; Si əvəzinə Al; Al əvəzinə 
Fe 
İzomorf  əvəzləmə: Si əvəzinə 
Al 
İzomorf  əvəzləmə: 2Al əvəzinə 
3Mg; Si əvəzinə Al 
 
1-15 
80-150 
 
70-100 

Struktur 2:1(məhdud 
şişən) 
Vermikulit 
 
İzomorf  əvəzləmə: Si əvəzinə 
Al; Mg-nin şəbəkəarası 
hidratasiyası 
 
140-200 
Struktur 2:1(şişməyən) 
İllit  
 
Xlorit  
 
İzomorf  əvəzləmə: Si əvəzinə 
Al; Mg əvəzinə Al 
İzomorf  əvəzləmə: Si əvəzinə 
Al; Mg-nin şəbəkəarası 
hidratasiyası 
 
40-70 
 
30-40 
 
Üzvi-meneral kolloidlər əsasən humus maddələrinin gilli minerallarla əmələ gətirdiyi və biryarımoksidlər 
formasında çökdürülmüş birləşmələrdən ibarətdir. Bu birləşmələrin quruluşu və tərkibi “Torpağın üzvi hissəsi” 
fəslində ətraflı təsvir edilmişdir. Bu qrupa aid edilən kolloidlər də həmçinin kation mübadiləsinin yüksək, lakin 
tərkibinin yekcins olmaması ilə  əlaqədar müxtəlif tutumlara malikdir. Mineral komponent hissəciklərinin 
təbiətindən və ölçülərindən asılı olaraq peptizasiya qabiliyyəti də müxtəlifdir. Bu onu göstərir ki, bu qrupdan 
olan kolloidlər tərkibinə və bağlanma formasına görə olduqca rəngarəngdir. 
 
§ 28. Torpağın uduculuq qabiliyyətinin növləri 
 
Torpaqda baş verən udma prosesləri həm sorbsion təbiətə malik və həm də torpaq hissəciklərinin sorbsiyası 
ilə bilavasitə əlaqəsi olmayan çox müxtəlif prosesləri əhatə edir. K.K.Hedroysa görə, torpağın uduculuq xassəsi 
dedikdə, onun həll olmuş birləşmələri və ya onların bir hissəsini, həmçinin kolloidlərə kimi
 
parçalanmış üzvi və 
mineral hissəcikləri, canlı mikrorqanizmləri və kobud suspenziyanı tutub saxlamaq qabiliyyəti başa düşülür. 
Torpağın udma prosesində iştirak edən komponentlərinin cəmini K.K Hedroys torpaq uducu kompleksi (TUK) 
adlandırmışdı. TUK-un əsas hissəsini torpaq kolloidləri təşkil edir. K.K.Hedroys torpağın uduculuq 
qabiliyyətinin beş növünü ayırmışdır: mexaniki, fiziki, fiziki-kimyəvi və ya mübadiləli, kimyəvi və bioloji.  
Mexaniki udma qabiliyyəti  torpağı  təşkil edən məsamələr vasitəsilə iri bərk hissəciklərin profilboyu 
tutulub saxlanmasıdır. Mexaniki udmaya bu anlayışla yanaşdıqda onu sorbsion proseslərə aid etmək olmur. 
Lakin son onilliklərdə torpaqlarda daxili diffuzion proseslərin olması, məsələn, üzvi və üzvi-mineral 
birləşmələrin molekullarının torpaq hissəciklərinin məsamələrində tutulub
 
saxlanması faktı aşkar edilmişdir. Bu 
hadisəni sorbsion proseslərə aid etmək olar. 

 
89
Fiziki udma qabiliyyəti, K.K.Hedroysa görə, torpağın bərk hissəciklərinin səthində  həllolmuş maddə 
molekullarının konsentrasiyasının dəyişməsindən ibarətdir.  Hazırda fiziki udmaya aid edilən – torpaq 
tərəfindən suyun dipol molekullarının, bir çox qazların, üzvi birləşmələrin, o cümlədən pestisidlərin udulması 
yaxşı öyrənilmişdir. 
Adı  çəkilən birləşmələrin fiziki udulmasının torpaq xassələrinin sabitləşməsində, onun vacib sanitar-
mühafizə funksiyasının həyata keçməsində böyük əhəmiyyəti vardır. 
Fiziki-kimyəvi udma qabliyyətinin mahiyyəti, K.K.Hedroysa görə, torpağın bərk fazadakı kationların bir 
hissəsini torpaq məhlulundakı ekvivalent miqdarda kationlarla dəyişmə qabliyyətidir. Torpaqda kation 
mübadiləsi aşağıdakı sxem üzrə gedir. 
                       Ca 
[TUK] Mg + 5KCl ←→ [TUK]5K + CaCl
2
 + MgCl
2
 +HCl 
                        H 
Beləliklə, torpağın fiziki-kimyəvi udma qabiliyyəti adı altında K.K.Hedroys ionmübadiləli sorbsiya və ya 
torpaqda kationların mübadiləsini başa düşürdü. Bu udma qabiliyyəti üçün ekvivalentlik və tam dönərlilik 
səciyyəvidir. 
Lakin torpağın mineral sorbentlərində  izomorf  əvəzləmə  nəticəsində  kationların mübadiləsiz udulması 
(sorbsiyası), həmçinin anioların mübadiləli udulması    baş verir ki, o da torpağın fiziki-kimyəvi udma 
qabiliyyətinə aid edilir.  
Kationların mübadiləsiz udulması əksər torpaq tiplərində müşahidə edilir və bütün kationlar üçün müəyyən 
dərəcədə  səciyyəvidir. Lakin başqa kationlarla müqayisədə kalium və ammonium kationları yüksək dərəcədə 
mübadiləsiz sorbsiya olunurlar. Bu ionlar üçün sorbsiya 100 q torpaqda bir neçə m-ekv təşkil edir. Bu zaman 
elementlərin bir hissəsi bitkilər üçün əlçatmaz olur. Eksperimentlər nəticəsində məlum olmuşdur ki, torpağa az 
miqdarda daxil olan Sr
2+
  və Cs
+
 kationları, həmçinin kalsium, maqnezium və hidrogen ionları mübadiləsiz 
udulur. 
Mineral sorbentlərdə mübadiləsiz udulma izomorf əvəzləmə  nəticəsində, məsələn, Al
3+
 -un oktaedr 
şəbəkəsində Mg
2+
, Fe
2+
, Zn
2+ 
 və ya Li

əvəzinə və s. 
Kationların mübadiləsiz udulması yüksək humuslu torpaqlarda  və  ağır qranulometrik tərkibə malik 
torpaqlarda özünü daha qabarıq göstərir.  
Anionların  mübadilə olunan udulması  (sorbsiyası) biryarımoksidlərin kolloid formaları ilə  zəngin turş 
torpaqlarda daha yaxşı ifadə olunmuşdur. 
Torpaqlarda kimyəvi udma qabiliyyəti (və ya xemosorbsiya), K.K.Hedroysa görə,  torpaq məhlulundakı 
ayrı-ayrı komponentlərin qarşılıqlı  təsiri nəticəsində çətin həllolan çöküntülərin yaranmasından ibarətdir. Bu 
zaman torpağın yeni bərk fazasının yaranması baş verir. 
Torpağın uduculuq qabiliyyətinin bu növünə torpaq hissəciklərinin səthində qarşılıqlı çökdürmə qabiliyyəti 
olan ionların qarşılıqlı  təsiri nəticəsində yaranmış çöküntüləri də aid etmək məqsədəuyğun olardı. Bu cür 
sorbsiya çöküntülü sorbsiya adını almışdır. 
Kimyəvi udma qabiliyyətinə  kompleksəmələgətirən sorbsiya da aid edilir. Bu reaksiya zamanı torpaq 
məhlulundakı polivalent kationların sorbsiya olunan üzvi maddələrlə qarşılıqlı  təsirindən koordinasiya 
əlaqəsinin yaranması hesabına komplekslər formalaşır. Kimyəvi udma prosesləri gil-humus komponentlərinin 
formalaşmasında və alüminosilikatların humus birləşmələri ilə qarşılıqlı  təsirində  əhəmiyyətli rol oynayır. 
Həmin tipdən olan birləşmələrin yaranmasında  əhəmiyyətli rol mineral və humus komponentlərinin  adgezion 
qarşılıqlı təsirinə məxsusdur. Adgeziya dedikdə müxtəlif tərkibli və quruluşlu səthlərin müxtəlif qüvvələrin təsiri 
altında bir-birinə yapışması başa düşülür. Torpaq strukturunun formalaşmasında da adgezion proseslərin rolu 
böyükdür. Torpaqlarda kimyəvi udma qabiliyyətinin müxtəlif növlərinə dair nümunələri nəzərdən keçirək: 
1.  Yeni bərk fazanın yaranması, məsələn, torpaq məhlulunda gübrənin tərkibindəki fosfatın iştirakı ilə 
reaksiya 
 
2Al
3+
 + Ca (H
2
PO
4
)
2
 → 2Al PO
4
 + Ca
2+
 + 4H
+

 
2. Fosfatların çöküntülü sorbsiyası, məsələn, çətin həllolan hidrooksidlərin səthində 
 
[Al(OH)
3
]
n
 + CaHPO
4
 → [Al(OH)
3
]
n-1
AlPO
4
 + H
2
 + Ca
2
 + 2OH
-
 
 
3.  Kompleksəmələgətirən sorbsiya, məsələn, alüminosilikatlar tərəfindən   Fe(OH)
+
2
  və humusun 
kompleksəmələgətirən sorbsiyası. 
4.  Xemosorbsiya və adgezion qarşılıqlı  təsirlər vasitəsilə gilli-humuslu sorbsion komplekslərin 
yaranması. Qarşılıqlı təsirin bu tipi torpağın üzvi-mineral kolloidlərinin yaranmasında əhəmiyyətli rol oynayır. 
Əksər tədqiqatçıların fikrincə, qarşılıqlı  təsirin bu tipi humus turşularının və onların duzlarının mineral 
kolloidlərin səthinə möhkəm yapışmasını  şərtləndirir. Yapışmanın möhkəmliyi mineraloji tərkibdən, humus 

 
90
maddəsinin yaratdığı pərdənin qalınlığından və torpağın hidrotermik rejimindən asılıdır. 
Nümunələrdən göründüyü kimi, torpağın kimyəvi udma qabiliyyəti fosfor turşusu anionlarının və üzvi 
maddələrin sorbsiyasında, həmçinin polivalent metal
 
kationlarının torpağın bərk fazasının üzvi səthində 
kompleksəmələgətirmə hesabına udulmasında əhəmiyyətli rolu vardır. 
Bioloji udma qabiliyyəti torpaq biotu və bitkilərin kök sistemi vasitəsilə torpaq məhlulundan maddələrin 
udulmasında özünü göstərir. Bioloji udma prosesləri, torpaq məhlulunun qatılığının və  tərkibinin dəyişməsi 
torpaqda təşəkkül tapmış çoxsaylı sorbsion müvazinətlərə və torpağın sorbsion kompleksinə təsir göstərir. 
 

Yüklə 5,42 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin