Qərib Məmmədov



Yüklə 22.9 Kb.
PDF просмотр
səhifə9/52
tarix09.02.2017
ölçüsü22.9 Kb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   52
§ 16. Torpaqların və torpaqəmələgətirən süxurların qranulometrik tərkibi. Qranulometrik elementlər, 
onların təsnifatı və xassələri 
 
Torpaq və torpaqəmələgətirən süxurların bərk fazası müxtəlif ölçülü hissəciklərdən ibarətdir. Bu hissəciklər  
qranulometrik elementlər (bəzi ədəbiyyatlarda mexaniki elementlər) adlanır. Mənşəyinə görə mineral, üzvi və 
üzvi-mineral hissəciklər fərqləndirilir. Onlar dağ süxurlarının qırıntılarından, ayrı-ayrı minerallardan (ilkin və 
törəmə), humus maddəsindən, üzvi və mineral maddələrin qarşılıqlı  təsirindən yaranmış birləşmələrdən 
ibarətdir. 
Qranulometrik elementlər torpaqda və ya süxurda ya sərbəst formada (məsələn, qum), ya da aqreqat 
halında, yəni müxtəlif forma, ölçü və bərkliyə malik struktur elementlərdə - aqreqatlarda birləşmiş olurlar. İri 
aqreqatlar mexaniki təsirin və ya islanmanın təsiri altında  parçalana bilər. 
Mikroaqreqatlarda ( < 0,25 mm) hissəciklər bir-birinə daha bərk yapışmışlar. Onları tam ayırmaq üçün 
kimyəvi vasitələrdən istifadə olunur. 
Qranulometrik elementlərin kəmiyyətcə müəyyən edilməsi mexaniki və ya qranulometrik analiz adlanır.  
Qranulometrik elementlərin xassələri ölçülərindən asılı olaraq dəyişir. Ölçülərinə və xassələrinə görə yaxın olan 
hissəciklər fraksiyalarda qruplaşdırılır. 
Hissəciklərin ölçülərinə görə fraksiyalarda qruplaşdırılması qranulometrik elementlərin təsnifatı adlanır. 
N.A.Kaçinskiyə görə aşağıdakı fraksiyalar ayrılır: 
 
Fraksiyalar 
Fraksiyaların ölçüləri, mm
Daş 
> 3 
Çınqıl 
3 - 1 
Qum: 
 

 
64
iri qum 
1 - 0,5 
orta qum 
0,5 – 0,25 
xırda qum 
0,25 – 0,05 
Toz : 
 
iri toz 
0,05 - 0,01 
orta toz 
0,01 – 0,005 
xırda toz 
0,005 – 0,001 
Lil: 
 
kobud lil 
0,001 – 0,0005 
narın lil 
0,0005 – 0,0001 
Kolloidlər 
< 0,0001 
Fiziki gil 
< 0,01 
Fiziki qum   
> 0,01 
 
Bundan başqa, ölçüsü 1 mm –dən böyük bütün hissəciklər torpağın  skelet hissəsi, ölçüsü 1 mm-dən kişik 
hissəciklər isə narın torpaq hissəsi adlanır. 
Ayrı-ayrı fraksiyalar torpaq və süxurun xassələrinə müxtəlif cür təsir göstərir. Bu fraksiyaların müxtəlif 
mineraloji və kimyəvi tərkibi, onların müxtəlif fiziki və fiziki-kimyəvi xassələri ilə izah edilir (cədvəl   10, 11, 
12). 
 
Cədvəl 10 
 
Örtük gillicəllərinin qranulometrik elementlərinin mineraloji tərkibi (A.A.Rode) 
 
Qranulometrik 
elementlərin 
ölçüləri,mm 
İlkin mineralların miqdarı, % 
kvars 
çöl 
şpatı 
slyuda buynuzdaşı 
Başqa 
minerallar 
1 – 0,25 
86 
14 



0,25 – 0,05 
81 
12 



0,05 - 0,01 
72 
15 



0,01 – 0,005 
63 

21 


< 0,005 
10 
10 
67 


Cədvəl 11 
 
Açıq boz-meşə torpaqların qranulometrik elementlərinin kimyəvi tərkibi (N.A.Kaçinskiy) 
 
Qranulometrik 
elementlərin 
ölçüləri, mm 
Miqdarı, %-lə közərmə qalığında 
SiO

Fe
2
O

Al
2
O

MgO K
2
O P
2
O

0,05 – 0,01 
85,91 
2,45 
5,92 
0,57 
1,44 
izləri 
0,01 – 0,005 
84,14 
4,17 
5,88 
0,67 
1,59 
izləri 
0,005 – 0,001 
73,44 
4,89 
14,73 
2,,72 
1,70 
0,33 
< 0,001 
59,86 
8,32 
23,05 
4,03 
2,36 
0,44 
Parçalanmamaış 
torpaqda 
81,67 4,90  7,18  1,22  1,85 0,16 
 
Fraksiyaların səciyyəvi xüsusiyyətlərini nəzərdən keçirək. 
Daşlar (> 3 mm) əsasən dağ süxurlarının parçaları ilə  təmsil olunur. Daşlılıq torpağın mənfi xassəsidir. 
Torpaqda daşların olması  kənd təsərrüfatı maşınlarının və alətlərinin istifadəsini çətinləşdirir, cücərtilərin 
çıxmasına və bitkinin böyüməsinə əngəl törədir. 
Torpaqda 3 mm-dən böyük hissəciklərin miqdarından asılı olaraq torpaqların daşlılığı təsnifləndirilir. 
Zəif daşlı torpaqlarda alətlərin işçi səthinin dağılması sürətlənir. Orta və şiddətli daşlı torpaqlarda daşlardan 
təmizləmə işlərini aparmaqla əsaslı meliorasiyanın həyata keçirilməsi tələb olunur. 
 
Cədvəl 12 
 
Torpaqəmələgətirən süxurların qranulometrik fraksiyalarının su-fiziki xassələri (V.V.Oxotin, 
V.Q.Tkaçuk) 
 

 
65
Qranulo- 
metrik 
elementləri
n ölçüləri, 
mm 
Su xassələri 
Şişməsi


həcmi 
Fiziki-mexaniki 
xassələri 
Maksi-
mal 
molekul-
yar 
sutu-
tumu, % 
Suke-
çiri-
ciliyi, 
sm/san 
Kapliya

qaldır-
manın 
hün-
dürlüyü 
plastikliyi 
Sıxıl-
ma 
həddi,

həcmi 
Sıyıq-
lıq 
həddi 
Yayıl-
ma 
həddi 
Nəmlik, %-lə 
 
1 2 


5  6  7 
3 – 2 
0,2 
0,5 


Plastik deyil 

2 – 1,5 
0,7 
0,2 
1,5 - 3 

Plastik deyil 

1,5 – 1,0 
0,8 
0,12 
4,5 

Plastik deyil 

1,0 – 0,5 
0,9 
0,072 
8,7 

Plastik deyil 

0,5 – 0,25 
1,0 
0,056 
20 - 27 

Plastik deyil 

0,25 – 0,10 
1,1 
0,030 
50 

Plastik deyil 

0,10 – 0,05 
2,2 
0,005 
91 

Plastik deyil 

0,05 – 0,01 
3,1 
0,0004 
200 
16 
Plastik deyil 

0,01 – 
0,005 
15,9 


105 
40                  28 
 
0,005 -
0,001 
31,0 


160 
48                  30 
4,2 
< 0,001 



405 
87                  34 
8,2 
 
Daşlılıq dərəcəsinə görə torpaqların bölünməsi 3 mm-dən böyük hissəciklərin miqdarına görə (torpağın 
kütləsində %-lə) aparılır: daşsız – 0,5 %, zəif daşlı – 0,5-5 %, orta daşlı – 5 -10 % və şiddətli daşlı - > 10 %. 
Daşlılığın tipinə görə torpaqlar valunu (iri qaya parçası), çay daşlı və iri çınqıllı olamaqla üç qrupa bölünür. 
Valunu torpaqlar Rusiya və Kanadanın  şimal  ərazilərində, sonuncu buzlaşmaya məruz qalmış sahələrdə 
müşahidə olunur. İri çınqıllı torpaqlar dağ və dağətəyi ərazilərdə yayılmışdır. 
Çınqıl (3-1 mm) – ilkin mineralların qırıntılarından ibarətdir. Torpaqda çınqılın yüksək miqdarı torpağın 
becərilməsinə mane olmasa da onda əlverişsiz xassələr yaradır: yüksək sukeçiricilik, suqaldırma qabiliyyətinin 
olmaması, aşağı sututumu.  Çınqılın sututumu (< 3%) kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün 
əlverişsizdir. 
Qum fraksiyası (1-0,05 mm) ilkin mineralların, ilk növbədə kvars və çöl şpatının qırıntılarından ibarətdir. 
Bu fraksiya yüksək sukeçiricilik qabiliyyətinə malikdir, şişmir, plastikdir. Lakin çınqıldan fərqli olaraq bir qədər 
kapilyarlığa və  nəmlik tutumuna malikdir. Ona görə  də  təbii qumlar, xüsusən də  xırda dənəvər qumlar, kənd 
təsərrüfatı bitkilərinin becərilməsindən ötrü əlverişlidir. Tarla bitkiləri üçün nəmlik tutumu 10% -dən az 
olmayan, meşə bitkiləri üçün isə 3 – 5%-dən az olmayan qumlar əlverişli hesab olunur. 
İri və orta toz (0,05 – 0,005 mm). Iri toz fraksiyası (0,05 – 0,01 mm) mineraloji tərkibinə görə qumdan az 
fərqlənir. Ona görə də quma məxsus bəzi fiziki xassələrə malikdir, məsələn, plastik deyil, zəif şişir, aşağı nəmlik 
tutumuna malikdir. 
Orta toz (0,01-0,005 mm) üçün slyudanın yüksək miqdarı səciyyəvidir. Bu da fraksiyaya yüksək plastiklik 
verir. Orta toz disperslik xassəsinə mailk olduğundan nəmliyi daha yaxşı özündə saxlayır, lakin zəif 
sukeçiriciliyə malikdir. Bu torpaqlar koaqulyasiya etmək qabiliyyətinə mailk deyil. Orta toz fraksiyalar torpaqda 
baş verən strukturəmələgətirmədə  və fiziki-kimyəvi proseslərdə  iştirak etmir. Ona görə  də iri və orta toz 
fraksiyalarla zəngin torpaqlar asanlıqla səpələnir, bərkiməyə meyillidir və zəif sukeçiriciliyi ilə seçilir. 
Xırda toz (0,005 – 0,001 mm) yüksək dispersliyi ilə seçilir. Bu fraksiya ilkin və törəmə minerallardan 
ibarətdir. Bununla əlaqədar iri fraksiyalara xas olmayan bir sıra xassələrə malikdir: 1) koaqulyasiya və struktur-
əmələgətirmə qabiliyyəti; 2) udma qabiliyyəti; 3) tərkibində böyük
 
miqdarda humus maddəsinin olması. Lakin 
torpaqlarda xırda tozun sərbəst və aqreqatlaşmamış formada çoxluğu  əlverişsiz xassələr – aşağı sukeçiricilik, 
çoxlu miqdarda əlçatmaz suyun olması, yüksək  şişmə  və  sıxlaşma, yapışqanlıq, çatlılıq, bərklik qabiliyyəti 
törədir. 
Lil  ( < 0,001 mm) əsasən yüksək dispersli törəmə minerallardan ibarətdir.  İlkin minerallardan kvars, 
ortaqlaz, myskovitə təsadüf etmək olur. 
Lil fraksiyası torpaq münbitliyinin formalaşmasında böyük əhəmiyyət kəsb edir. Torpaqda cərəyan edən 
fiziki-kimyəvi proseslər ona məxsusdur. Lil fraksiyası yüksək uduculuq xassəsinə malikdir, onun tərkibində 
çoxlu miqdarda humus və küli elementlər vardır. Bu fraksiyanın kolloid hissəsi strukturəmələgəlmədə xüsusi 
rola malikdir. 
Lil fraksiyaları ilə  zəngin torpaqların su-fiziki və fiziki-mexaniki xassələri onun koaqulyasiya etmək və 

 
66
mexaniki elementləri aqreqatlarda yapışdırmaq qabiliyyəti ilə müəyyən olunur. Bu qabiliyyət torpağın 
mineraloji və kimyəvi tərkibindən, humus, kalsium və dəmir birləşmələri ilə zənginliyindən, udulmuş əsasların 
tərkibindən asılıdır. Struktur torpaqlar lil fraksiyasının yüksək miqdarında belə  əlverişli fiziki xassələri ilə 
səciyyələnir. Dispers lil fraksiyası əlverişsiz fiziki xassələrə malikdir (cədvəl  12).  
Beləliklə, qranulometrik elementlərin ölçülərinin azalması ilə onların xassələri  əhəmiyyətli dərəcədə 
dəyişir. Cədvəl 12-dən göründüyü kimi, qranulometrik elementlərin xassələri  əvvəlcə 0,01 mm hüdudunda, 
sonra isə 0,005 və 0,001 mm hüdudlarında  kəskin dəyişikliklərə  məruz qalır. Bu bütün qranulometrik 
fraksiyaları iki böyük qrupa bölməyə imkan verir: fiziki qum (>0,01 mm) və fiziki gil (< 0,01 mm). 
 
§ 17. Torpaq və süxurların qranulometrik tərkibinə görə təsnifatı 
 
Qranulometrik elementlərin fraksiyaları torpaq və süxurun tərkibində müxtəlif kəmiyyət nisbətindədir. 
Torpaq və ya süxurda qranulometrik elementlərin fraksiyalarının nisbi miqdarı mexaniki və ya qranulometrik 
tərkibi adlanır. 
Qranulometrik elementlərin müxtəlif fraksiyaları, yuxarıda qeyd edildiyi kimi, bir-birinə oxşamayan 
xassələrə maklikdirlər. Ona görə  də  həm torpaq, həm də süxur qranulometrik elementlərin bu və ya digər 
fraksiyalarının miqdarından asılı olaraq eyni xassəyə malik olmayacaqdır. 
Qranulometrik tərkibinin müxtəlifliyinə görə torpaq və süxurları bir neçə qrupda birləşdirmək mümkündür. 
Bu qruplar fiziki, fiziki-kimyəvi və kimyəvi xassələri ilə səciyyələnir. 
Torpaq və süxurların qranulometrik tərkibinə görə  təsnifatının  əsasında fiziki qumla fiziki gilin nisbəti 
durur. Belə elmi təsnifatlardan biri ilk dəfə N.M.Sibirtsyev tərəfindən təklif edilmişdir. Hazırda torpaq və 
süxurların qranulometrik tərkibinə görə  təsnifatının N.A.Kaçinskiy sistemi daha məqbul hesab edilir (cədvəl 
13). 
Bu təsnifatla qranulometrik tərkibinə görə  əsas adlar fiziki qum və fiziki gilin miqdarına və əlavə olaraq 
üstünlük təşkil edən başqa fraksiyalar – çınqıl (3 -1 mm), qum (1 – 0,05 mm), iri toz (0,05-0,01 mm), orta və 
xırda toz (0,01 – 0,001 mm) və lil (< 0,001 mm) nəzərə alınmaqla verilir. 
 
Cədvəl 13 
Qranulometrik tərkibinə görə torpaq və süxurların təsnifatı 
(N.A.Kaçinskiy) 
 
 
Qranulometrik 
tərkibinə görə 
qısa adı 
Fiziki gilin (< 0,01 mm) miqdarı, 

Fiziki qumun (> 0,01 mm) 
miqdarı, % 
Torpaqlar 
Torpaq 
əməlgəl-
mənin 
podzol 
tipi 
Torpaq 
əmələ-
gəlmənin 
bozqır, 
həmçinin 
qırmızı 
və sarı 
tipi 
Şorakət 
və şiddətli 
şorakət-
vari 
Torpaq 
əmələ-
gəlmə-
nin 
podzol 
tipi 
Torpaq 
əmələgəl-
mənin 
bozqır, 
həmçinin 
qırmızı və 
sarı tipi 
Şorakət 
və şid-
dətli 
şora-
kətvari 
Qumlu
     yumşaq qum 
     bitişkən qum 
Qumsal  
Gillicə: 
  yungülgillicəli 
  ortagillicəli 
  ağırgillicəli 
Gilli: 
    yüngülgilli 
    ortagilli 
     ağırgilli 
 
0 – 5 
5-10 
10–20 
 
20-30 
30-40 
40-50 
 
50-65 
65-80 
> 80 
 
0 – 5 
5-10 
10-20 
 
20-30 
30-45 
45-60 
 
60-75 
75-85 
> 85 
 
0 – 5 
5-10 
10-15 
 
15-20 
20-30 
30-40 
 
40-50 
50-65 
>65 
 
100–95 
95-90 
90-80 
 
80-70 
70-60 
60-50 
 
50-35 
30-20 
< 20 
 
100–95 
95-90 
90-80 
 
80-70 
70-55 
55-40 
 
40-25 
25-15 
< 15 
 
100-
95 
95-90 
90-85 
 
85-80 
80-70 
70-60 
 
60-50 
50-35 
< 35 
 
Məsələn, çimli-podzollu torpağın tərkibi 28,1%  fiziki gil, 37,0%  qum,  34,9% iri toz, 16 % orta toz və 
12,1% xırda tozdan ibarətdir. Bu torpağın qranulometrik tərkibinə görə əsas adı – yüngül gillicəli, əlavə olaraq, 
iri tozvari-qumlu olacaqdır. Nümunədən göründüyü kimi, torpağın əlavə, dəqiqləşdirici adı iki əsas fraksiyaya 

 
67
görə verilir.  
Nəzərə almaq lazımdır ki, təsnifat torpaqların genetik təbiəti, onların gil fraksiyalarının aqreqatlaşma 
xassəsi (bu da humusun miqdarından, mübadilə olunan kationların tərkibindən, mineraloji tərkibdən asılıdır) 
nəzərə alınmaqla tərtib edilmişdir. Bu qabiliyyət nə qədər yüksək olarsa, fiziki gilin bərabər miqdarında gillilik 
xassəsi özünü bir o qədər zəif göstərər. Ona görə  də bozqır, qırmızı  və sarı torpaqlar daha yüksək strukturlu 
olmalarına baxmayaraq, fiziki gilin böyük miqdarına görə ağır torpaqlar kateqoriyasına aid edilir. Cədvəl 13-
dən göründüyü kimi, N.A.Kaçinskinin təsnifatında bozqır torpaqları (məsələn, qaratorpaq) tərkibində 60-75 %, 
podzollu torpaqlar tərkibində 50-65%, şorakətlər isə  tərkibində 40-50% fiziki gil olanda gilli torpaqlar 
kateqoriyasına aid edilir. 
Azərbaycan torpaqlarının yerli xüsusiyytələri nəzərə alınmaqla qranulometrik tərkibinə görə 
dəqiqləşdirilmiş təsnifatı R.H.Məmmədov (1970) tərəfindən işlənmişdir (cədvəl 14). 
 
Cədvəl 14 
Azərbaycan torpaqlarının qranulometrik tərkibinin şkalası 
(R.H.Məmmədov) 
 
Fiziki gilin (< 0,01 mm) 
miqdarı, % 
Qranulometrik tərkibinə görə qısa adı 
< 10 
Qum 
10-20 Qumsal 
20-30 Yüngül 
gillicə 
30-40 Orta 
gillicə 
40-50 Ağır gillicə 
50-60 Yüngül 
gil 
60-70 Orta 
gil 
> 70 
Ağır gil 
 
§ 18. Qranulometrik tərkibin əhəmiyyəti 
 
Torpağın qranulometrik tərkibi torpaqəmələgəlmə prosesinə və torpaqlardan kənd təsərrüfatında istifadəyə 
böyük təsir göstərir. Torpaqda üzvi və mineral maddələrin çevrilməsi, qarışması və toplanması ilə bağlı bir sıra 
torpaqəmələgəlmə proseslərinin intensivliyi torpaq və torpaqəmələgətirən süxurların qranulometrik tərkibindən 
asılıdır. Nəticədə eyni təbii şəraitə, lakin müxtəlif  qranulometrik tərkiblərə malik süxurlar üzərində  müxtəlif 
xassələrə malik torpaqlar formalaşır. 
Torpağın qranulometrik tərkibi torpağın su-fiziki, fiziki-mexaniki, hava, istilik xassələrinə, oksidləşmə-
reduksiya  şəraitinə, udma qabiliyyətinə, torpaqda humusun, küli maddələrin və azotun toplanmasına  əsaslı 
şəkildə təsir göstərir. 
Torpağın qranulometrik tərkibindən asılı olaraq becərmə  şəraiti, tarla işlərinin vaxtı, gübrələmə norması, 
kənd təsərrüfatı bitkilərinin yerləşməsi dəyişir. 
Qumlu və qumsal torpaqlar asanlıqla becərildiyindən, qədimdən onları yüngül torpaqlar adlandırırlar. Bu 
torpaqlar yaxşı sukeçiricilik və əlverişli hava rejiminə malikdirlər, onlar tez qızırlar. Lakin onlar bir sıra mənfi 
xassələrə, ilk növbədə  aşağı  nəmlik tutumuna malikdirlər. Ona görə  də qumlu və qumsal torpaqlarda hətta 
rütubətli rayonlarda belə bitkilər su qıtlığından  əziyyət çəkir. Yüngül torpaqlarda humus və bitkinin qida 
elementləri azdır. Onlar aşağı uduculuq qabiliyyətinə malik olub, külək eroziyasına asanlıqla məruz qalırlar. 
Ağır gillicəli və gilli torpaqlar daha yüksək rabitəliliyi və  nəmlik tutumu ilə seçilirlər. Onlar qida 
elementləri ilə daha yaxşı təmin olunmuş və humusla daha zəngindirlər. Bu torpaqların becərilməsi böyük enerji 
sərfi tələb edir. Ona görə də bu torpaqlar ağır torpaqlar adlanır. 
Ağır struktursuz torpaqlar əlverişsiz fiziki və fiziki-mexaniki xassələrə malikdir. Onlar zəif sukeçiricilik 
qabiliyyətinə malikdirlər, asanlıqla şişir, qaysaq bağlayır, yüksək sıxlığı, yapışqanlığı, çox vaxt əlverişsiz hava 
və istilik rejimi ilə  fərqlənirlər. Bu cür torpaqlar qumlu və qumsal torpaqlar kimi kənd təsərrüfatı üçün 
əlverişsizdir. 
Struktursuz və  zəif strukturlu torpaqlar içərisində yüngül gillicəli və orta gillicəli torpaqlar bir qədər 
əlverişli xassələrə malikdir. 
Əlverişli struktura malik qaratorpaqların yayıldığı bozqır rayonlarda qranulometrik tərkibinə görə yaxşı 
nəmlik ehtiyatı yaratmaq qabiliyyəti olan ağır torpaqlar – ağırgillicəli və gilli torpaqlar daha münbit hesab 
olunur. 
Qeyri-qaratorpaq zonasının  şimal rayonlarında izafi nəmlik  şəraitində yüngül gillicəli torpaqlar daha 
əlverişli hesab olunur. Qranulometrik tərkibin qiymətləndirilməsi hər bir konkret halda kənd təsərrüfatı 
bitkilərinin bioloji xüsusiyyətləri, onların torpaq şəraitinə olan tələbi nəzərə alınmaqla dəqiqləşdirmə tələb edir. 

 
68
Məsələn, kartof və bir sıra tərəvəz bitkiləri üçün qumsal və yüngül gillicəli torpaqlar daha əlverişli hesab olunur. 
Torpağın qranulometrik tərkibi ana süxurdan torpağa keçən kifayət qədər sabit diaqnostik əlamət hesab 
olunur. Torpaqdan düzgün istifadə onun xassələrini yaxşılaşdırır. Struktursuz qumlu torpaqların xassələrinin 
əsaslı yaxşılaşdırmaq üçün onu gilliləşdirmək, gilli torpaqları isə yüksək gübrələmə fonunda qumlulaşdırmaq 
lazımdır. 
 
 
 
VI FƏSİL. TORPAĞIN ÜZVİ HİSSƏSİ 
 
Üzvi maddə  və onun transformasiyası torpaq və onun vacib xassə  və  əlamətlərinin formalaşmasında 
əhəmiyyətli rol oynayır. Üzvi maddələr bitkinin qidalanmasında,  torpağın əlverişli su-fiziki xassələrinin yaran-
masında, torpaq və biosferdə müxtəlif elementlərin miqrasiyasında iştirak edir. Torpaqda cərəyan edən bütün 
torpaq prosesləri üzvi maddənin bilavasitə və dolayısı iştirakı ilə baş verir.  
Torpağın üzvi maddəsinin bu xüsusiyyətləri ona qədimdən marağın yaranmasına səbəb olmuşdur. Üzvi 
maddənin torpağın münbitliyi ilə əlaqəsi hələ qədim sivilizasiyalar (Misir, Qədim Yunanıstan və s.) dövründə qədim 
əkinçilərin və  təbiət alimlərinin diqqətini cəlb etmişdi. Lakin torpağın üzvi maddəsinin elmi tədqiqinə XIX əsrin 
birinci yarısında (Şprengel – Almaniya, Berselius – İsveç, German – Rusiya, Mulder – Hollandiya) başlanmışdı. 
V.V.Dokuçayevin torpaq haqqında təlimi torpaqşünasların humusa olan marağını artırdı. Bu sahədə 
P.A.Kostıçevin mikroorqanizmlərin humus maddəsinin sintezində rolu ilə bağlı tədqiqatları xüsusi əhəmiyyətə 
malik idi. XX əsrin birinci yarısı humus maddəsinin kimyəvi təbiəti (V.R.Vilyams, S.Oden, A.A.Şmuk) və 
humus üçün spesifik olmayan birləşmələrin (O.Şrayner və E.Şori) öyrənilməsi ilə səciyyəvi olmuşdur. 
Humusun təbiəti haqqında orijinal konsepsiya Amerika mikrobioloqu S.Vaksman tərəfindən irəli 
sürülmüşdür. Tədqiqatçıya görə humus liqnin-zülal kompleksindən ibarətdir. 
Hazırda bir sıra xarici ölkələrin alimləri (İ.V.Tyurin, M.M.Kononova, L.N.Aleksandrova, V.V.Ponomoryova, 
D.S.Orlov,  İ.S.Kauriçev, V.Flayaq, F.Dyuşofer, M.Şnitser və başqaları) tərəfindən humusun tərkibi və xassələri 
öyrənilmiş, torpaqda üzvi maddənin humuslaşması  nəzəriyyəsi işlənmiş, humusun torpaqəmələgəlmədə  və 
münbitliyin formalaşmasında rolu tədqiq edilmişdir. 
 
§ 19. Torpaqda üzvi maddələrin mənbəyi və onun 
fraksiya-qrup tərkibi 
 
Torpaqda və biosferdə üzvi maddələrin ilkin mənbəyi  ilkin produsetlər  və ya avtotroflar,  yəni mineral 
birləşmələrdən üzvi maddələri sərbəst sintez etmək qabiliyyəti olan orqanizmlərdir. Yerüstü ekosistemlərdə 
ilkin məhsulun əsas hissəsini yaşıl bitkilər istehsal edir. 
Torpağa təkcə ölmüş bitkilərin qalıqları (ilkin üzvi maddə) deyil, onların mikrobioloji transformasiyasının 
məhsulları, həmçinin heyvan qalıqları da (törəmə üzvi maddə) daxil olur. Müxtəlif yerüstü ekosistemlərin ilkin 
məhsuldarlığı eyni deyildir və quru üzvi maddə  şəklində ildə 1-2 t/ha-dan (tundra) 30-35 t/ha-ya (rütubətli 
tropik meşələr) kimi dəyişir. Aqroekosistemlərdə torpağa ildə 2-3 t/ha-dan (cərgəarası əkilən bitkilər) 7-9 t/ha 
(çoxillik otlar) kimi bitki qalıqları daxil olur. Torpağa daxil olan bütün üzvi qalıqlar mikroorqanizmlər və torpaq 
faunasının nümayəndələri tərəfindən emala məruz qalır. Bu emalın son məhsulu  mineral birləşmələrdən 
ibarətdir.  
Torpağa daxil olan mikrobioloji mənşəyli törəmə üzvi qalıqların miqdarı ilkin məhsuldan bir neçə  dəfə 
azdır. Lakin bu göstərici bir ildə 1 t/ha-a çata bilər. Ölmüş torpaq faunasından torpağa daxil olan üzvi qalıqların 
miqdarı  əksər torpaqlarda ildə 100-200 kq/ha təşkil edir. Müxtəlif tip torpaqlarda daxil olmuş üzvi qalıqların 
torpaq profilində paylanması eyni deyildir. Meşə senozlarında ilkin məhsulun əsas hissəsi yerüstü çöküntülər, 
bozqır formasiyalarında isə ölmüş köklər vasitəsilə daxil olur. Bu da sonrakı  mərhələlərdə bitki qalıqlarının 
transformasiyasında və torpaqəmələgəlmədə əhəmiyyətli rol oynayır. Torpağa daxil olan üzvi qalıqların kimyəvi 
tərkibi əksər hallarda ölmüş orqanizmlərin tipindən asılıdır (cədvəl 15). 
 
Cədvəl 15 
Ali və ibtidai bitkilərin kimyəvi tərkibi 
 
 
Orqanizmlər 
Kül 
Zülal 
maddə- 
lər 
Karbohidratlar 
Liq-
nin 
Lipidlər, 
aşı 
maddə-
lər 
Sellü-
loza 
Hemi-
sellülo
za və 
başqa 
maddə

 
69
-lər 
 
1 2 





Bakteriyalar  
2-10 
40-70 



1-40 
Yosunlar  
20-30 
10-15 
5-10 
50-60 

1-3 
Şibyələr 2-6 
3-5 
5-10 
60-80 
8-10 
1-3 
Mamırlar  
3-10 
5-10 
15-25 
30-60 

5-10 
Qıjıkimilər  
6-7 
4-5 
20-30 
20-30 
20-30 
2-10 
İynəyarpaq ağaclar: 
            oduncaq 
            iynəyarpaq 
 
0,1-1 
2-5 
 
0,5-1 
3-8 
 
45-50 
15-20 
 
15-25 
15-20 
 
25-30 
20-30 
 
2-12 
15-20 
Enliyarpaq ağaclar: 
            oduncaq 
            iynəyarpaq 
 
0,1-1 
3-8 
 
0,5-1 
4-10 
 
40-50 
15-25 
 
20-30 
10-20 
 
20-25 
20-30 
 
5-15 
5-15 
Çoxillik otlar : 
            taxıllar 
            paxlalılar  
 
5-10 
5-10 
 
5-12 
10-20 
 
25-40 
25-30 
 
25-35 
15-25 
 
15-20 
15-20 
 
2-10 
2-10 
 
 
 
Beləliklə, torpaqdakı üzvi maddələrin mürəkkəbliyi və müxtəlifliyi torpağa daxil olan üzvi qalıqların 
müxtəlifliyi ilə və onların sonrakı transformasiya şəraiti ilə qabaqcadan müəyyən edilmiş olur. Torpağın üzvi 
maddələrinin tərkibində bütün bitki birləşmələri, bakteriya və göbələk plazmaları, həmçinin onların qarşılıqlı 
təsirinin  və transformasiyasının məhsulları daxildir. Bunlar minlərlə birləşmə olub, mövcudluq müddəti bir 
gündən yüz və ya min ilə kimi davam edə bilər (şəkil  8). 
Əksər torpaq tiplərində torpaq profilində üzvi maddələrin əsas hissəsi üzvi birləşmələrin “ölü” ehtiyatından 
ibarətdir. Köklərdən, mikroorqanizmlərdən, torpaq faunası nümayəndələrindən ibarət canlı biokütlə (edafon) 
müxtəlif torpaqlarda təqribən ümumi üzvi maddənin 2-15%-ni təşkil edir. 
Sxemdə verilmiş birləşmələrin  əsas qrup və fraksiyalarını nəzərdən keçirək. 
Bitki və heyvanların parçalanmamış qalıqları torpaq nümunələrində gözlə və ya lupa ilə asanlıqla görünəndir. Bu 
qrupdan olan üzvi qalıqlar əksər mineral torpaqların cansız fazasının ümumi üzvi qalıqlarının 5-10%-ni təşkil edir. 
Humus – torpağın üzvi maddəsinin əsas hissəsidir. O, iki qrupa bölünür: 
Qeyri-spesifik üzvi birləşmələr əksər mineral torpaqlarda üzvi maddələrin ümumi kütləsinin 1-2%-ni təşkil 
edir. Bu birləşmələrə şəkər, amin turşuları, zülallar, üzvi əsaslar, aşı maddələri, üzvi turşular və s. daxildir. 
Spesifik humus birləşmələri – daha səciyyəvi spesifik hissə olub, əksər mineral torpaqlarda ümumi üzvi 
birləşmələrin 80-90%-ni təşkil edir. 
Humus maddələri həllolma və ekstraksiya qabiliyyətinə görə qruplara bölünür: fulvoturşular (FT), humin 
turşuları (HT) və humin; bəzən xüsusi qrup – himatomelan turşuları da qeyd edilir. 
Fulvoturşular – humus birləşmələrinin
 
yüksək mütəhərrikliyə və aşağı molekulyar kütləyə  malik ən tez həll 
olan qrupudur. Humus maddəsinin başqa qrupları ilə müqayisədə fulvoturşularda karbonun miqdarı azdır. Daha 
qabarıq turşuluq xassəsinə malikdir və kompleksəmələgətirməyə  və helatəmələgətirməyə meyillidir. Fulvoturşular 
başqa qrulardan fərqli olaraq açıq rəngə çalırlar. Podzollu, qırmızı və bəzi tropik və subtropik torpaqlarda üstünlük 
təşkil edirlər. 
 
Humin turşuları – mineral və üzvi mənşəli turşularda həll olmayan humus birləşmələri qrupudur. 
Fulvoturşulardan fərqli olaraq orta molekulyar kütləsi yüksək, tərkibində karbonun miqdarı çox (62%-ə qədər), 
bir qədər az turşuluq xassəsinə malikdir. Əsasən qaratorpaqlarda, şabalıdı torpaqlarda, bəzən boz meşə 
torpaqlarda və yaxşı mədəniləşdirlmiş çimli-podzollu torpaqlarda üstünlük təşkil edir. 
Humus maddəsi mənşəyinə, xassə  və quruluşunun ümumiliyinə görə birləşdirilmiş, müxtəlif tərkibli və 
xassəli yüksək molekulyar azottərkibli üzvi birləşmələrin qarışığından ibarətdir.  

 
70
 
Şəkil 8. Torpaqda üzvi maddələrin sistemi (D.S.Orlova görə, 1985) 
 
Humin – humusun ekstraksiya olmayan hissəsidir.  İki tip birləşmələrlə  təmsil olunmuşdur: 1) gilli 
minerallarla möhkəm bağlanmış humus maddələri (gilli-humuslu humin) ilə; 2) anatomik quruluşunu itirmiş və 
nisbətən sabit komponentlərlə, ilk növbədə liqninlə  zənginləşmiş qismən parçalanmış bitki qalıqları  (detrit 
humin) ilə. 
Himatomelan turşular – fulvoturşularla humin turşuları arasında aralıq xassələrə malik humus maddələri 
qrupudur.  Əvvəllər humin turşuları da bu qrupa daxil edilirdi. Himatomelan turşuları üzvi həlledicilərdə 
asanlıqla həll olur və başqa xassələrinə görə humin turşularından fərqlənirlər. 
Bu qruplar müxtəlif metodlar vasitəsilə bir-birindən mineral komponentlərinə, molekulyar kütləsinə  və 
digər xassələrinə görə fərqlənən daha kiçik qruplara və fraksiyalara bölünə bilər. 
Hazırda humin turşularının və fulvoturşuların tərkibi və quruluşu daha yaxşı öyrənilmişdir. Bu 
birləşmələrin elementar tərkibi müxtəlifdir. Bununla belə, bütün humin turşularında fulvoturşularla müqayisədə 
karbonun miqdarı çox, oksigenin miqdarı azdır (cədvəl 16). Bu da humin turşularının tsiklik fraqmentlərlə 
zənginləşdiyini göstərir. Humin turşulardan fərqli olaraq fulvoturşular oksidləşməyə  məruz qalmış  və alifatik 
strukturlarla zənginləşmişdir. 
 
Cədvəl 16 
Humus turşularının elementar tərkibi 
 
Torpaqlar və  nümunələrin 
götürülmə dərinliyi, sm 
Quru maddədə %-lə 
C H 


 
1 2 



Humin turşuları 
 Çimli-podzollu: 
 
 
 
 
                         meşə, 2-12 
56,2 
4,8 
34,8 
4,2 
                         əkin, 0-10 
56,8 
4,6 
34,,3 
4,3 
Yuyulmuş qaratorpaq: 
 
 
 
 
                          xam, 2-12 
60,0 
3,6 
32,9 
3,5 
                          əkin, 0-10 
60,8 
3,4 
32,3 
3,5 

 
71
1 2 



Açıq boz 
 
 
 
 
                         əkin, 0-20 
61,9 
3,9 
29,5 
4,7 
Qırmızı  
 
 
 
 
                        əkin, 0-20 
59,6 
4,4 
31,5 
4,5 
Fulvoturşular 
 Çimli-podzollu: 
 
 
 
 
                         meşə, 2-12 
48,4 
5,1 
43,8 
2,7 
                         əkin, 0-10 
46,9 
4,9 
45,9 
2,3 
Yuyulmuş qaratorpaq: 
 
 
 
 
                          Xam, 2-12 
45,3 
4,3 
47,2 
3,2 
                          əkin, 0-10 
44,7 
3,8 
47,3 
4,2 
Açıq boz 
 
 
 
 
                         əkin, 0-20 
45,8 
4,3 
46,0 
3,9 
Qırmızı  
 
 
 
 
                        əkin, 0-20 
49,8 
3,4 
44,3 
2,5 
 
Müxtəlif tip torpaqlar, üzvi maddələrinin kəmiyyət və keyfiyyət göstəricilərinə görə bir-birindən 
fərqlənirlər. Hazırda torpaqlarda üzvi maddələrin tərkib və xassələrini səciyyələndirməkdən ötrü müxtəlif 
metodlardan istifadə olunur. 
Müxtəlif torpaqların üst horizontlarında humusun miqdarı geniş hüdüdlarda tərəddüd edir; 0,5– 1%-dən 10-
12 %-ə  qədər və daha çox. Əkinçilik mədəniyyətinin aşağı  səviyyəsində torpaqlardan kənd təsərrüfatında 
istifadəsi humusluluğun səviyyəsinin aşağı düşməsinə səbəb olur. 
Humin turşularının fulvoturşulara nisbətindən (C
ht
:C
ft
) asılı olaraq humusun aşağıdakı tipləri fərləndirilir: 
humatlı (> 1,5), fulvatlı-humatlı (1-1,5), humatlı-fulvatlı (1-0,5) və fulvatlı (0,5).  
Humus maddələrinin bütün qruplarında azotun miqdarı 2,5-5,0 % arasında dəyişir. İlkin bitki qalıqları ilə 
müqayisədə humus maddələri azotla nisbətən zəngin hesab olunur. Bu onunla əlaqədar ki, üzvi maddələrin 
minerallaşması və humuslaşması proseslərində karbon azotla müqayisədə daha çox itkiyə məruz qalır. Humus 
birləşmələrinin qruluşunu tədqiq etməkdən ötrü humus molekullarının destruksiyasiyasının (parçalanmasının, 
ayrılmasının) müxtəlif üsullarından (hidroliz, pirolotik destruksiya və s.) istifadə olunur və bundan sonra 
nisbətən bəsit məhsulların analizi aparılır. Bundan başqa, birləşmələrin strukturu, əlaqələrin tipi, funksional 
qrupların xarakteri haqqında məlumatı spektral metodlar və s. vasitəsilə də əldə etmək mümkündür. 
 
1   ...   5   6   7   8   9   10   11   12   ...   52


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə