Qafqaz Universiteti Materiallar


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə110/124
tarix31.01.2017
ölçüsü9,57 Mb.
#6979
1   ...   106   107   108   109   110   111   112   113   ...   124

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1425



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

hücumlar həyata keçirdi. Bu, Qəzza və Qərb sahili olmaqla siyasi hakimiyyəti iki yerə böldü.  

Fətah Qərb sahillərində möhkəmlədi və beynəlxalq ictimaiyyət Qəzzaya deyil, Qərb sahililə 

yardımı davam etdirdi.  

İsrail-Fələstin münaqişəsi XXI əsrin ilk dekadasında da həll edilmədi. Sülhə doğru 

atılan addımlar hər iki icmanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe səbəbindən dəfə-

lərlə uğursuzluğa duçar oldu. Bu münaqişənin həlli Yaxın Şərqdə sabitlik baxımından həyati 

əhəmiyyət daşıyır. Vaşinqtonun İsraili davamalı olaraq dəstəkləməsi sülhə nail olmağı çətin-

ləşdirir və nəticədə ABŞ Yaxın Şərqdə öz nüfuzunu xətər yetirir.   

 

 



ŞİMALİ AZƏRBAYCANIN ÇAR RUSİYASI TƏRƏFİNDƏN İŞĞALI    

TÜRKİYƏ TARİXŞÜNASLIĞINDA 

 

Vidadi  UMUDLU 

Azərbaycan Milli Elmlər Akademiyası 

 A.A. Bakıxanov adina  Tarix İnstitutu 

vumudlu@qmail.qu.edu.az 

AZƏRBAYCAN 

 

XIX yüzilliyin əvvəllərində başlayan Rusiya imperiyasının  işğalçı müharibələri Cənubi 



Qafqazda geosiyasi vəziyyəti kökündən dəyişdi.Azərbaycan xalqının işğalçılara qarşı apardığı 

qeyri-bərabər mübarizə çarizmin yürüşünü ləngitsədə ümumilikdə işğalın qarşısını ala bilmədi 

və tədricən ərazilərimiz müstəmləkəçi rejimlə üz-üzə qaldı. 

Bu hadisələrin Azərbaycan tarixşünslığında obyektiv olaraq işıqlandırılması yalnız 

Sovetlər  İttifaqının dağılmasından sonrakı dövrə aiddir. Türk tarixçiləri isə çarizmin işğalçı 

Qafqaz siyasətilə bağlı çox saylı kitab və məqalələr nəşr etdirmişlər. Geniş təhlillər əsasında 

yazılan bu araşdırmalarda Rusiyanın Qafqazda,eləcədə Şimali Azərbaycanda apardığı istilaçı 

müharıbələr obyektiv olaraq türk oxucularının diqqətinə çatdırılmışdır. Bizim bu əsərlərlə 

tanışlığımız isə yalnız Azərbaycanın müstəqillik əldə etməsindən sonra mümkün olmuşdur.  

 Şimalı Azərbaycanın, ümumiyyətlə bütün Qafqazın car Rusiyası  tərəfindən işğalı bu 

dövrlə  məşğul olan türk tarixcilərinin  əsərlərinə yetərincə öz damğasını vurmuşdur. Başba-

kanlıq Osmanlı Arxivlərində(BOA) hivz olunan sənədlər də bu mövzuya tam işıq saçır. 

İşğalla bağlı BOA-nın Xətti-Hümayun(HH), Cövdeti-Xariciyə(CH), Cövdəti-Daxiliyə(CD) 

fondlarında saxlanılan sənədlər çoxluğu ilə diqqəti cəlb edir.Digər fondlarda da işğalın gedişi, 

Osmanlı Dövlətinin həmin hadisələrə münasibətini əks etdirən qiymətli sənədlər saxlanmaq-

dadır. 


1940-cı ildə nəşr olunan “1828-1829 Türk-Rus Hərbi (Qafqaz cəbhəsi)” əsərində Celal 

Erkin daha çox hadisələrin hərbi yönlərini işıqlandırmaya çalışmışdır. Tarixçilər Kadircan 

Kaflı və Şərafəddin Erel də öz əsərlərilə türk oxucularınının diqqətini Qafqazda baş verən mü-

haribələrə yönəldə bilmişlər. Cənubi Qafqazda cərəyan edən hadisələrə Osmanlı Dövlətinin 

münasibəti Cemal Gökçenin “Qafqaz və Osmanlı  İmperatorluğunun Qafqaz siyasəti” 

kitabında ətraflı şəkildə öz əksini tapmışdır. 

Professor Mehmet Sarayın “Azərbaycan türklərinin tarixi” əsərinin bir bölümü Rusiya-

nın işğalçı siyasətinə, habelə Gülüstan və Türkmənçay müqavilələrinə  həsr olunmuşdur.İki 

mülləfin Naxçıvan tarixi ilə bağlı qələmə aldığı əsərdə xanlığın ruslar tərəfindən işğalı da öz 

əksini tapmışdır. Tarixçi Ömər Göksəl Qarabağ probleminə 300 səhifəlik sanballı bir əsər 

həsr etmiş və Qarabağ məsələsini sovet-rus xarici siyasəti baxımından araşdırmağa çalışmış-

dır. Qarabağı ta qədim dörlərdən başlayaraq işıqlandıranmağa çalışan müəllif bu əsərdə 

Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğalına da geniş yer vermişdir.  


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1426



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Doktor Mustafa Aydının “Üç böyük gücün müharibə meydanı Qafqazlar” kitabında müəl-

lif Rusiya tərəfindən Şimali Azərbaycan xanlıqlarının işğalına və əhalinin istilaçılara mübarizə-

sinə geniş yer verir.Əsərdə həmçinin Osmanlı-Rus və Osmanlı-İran münasibətləri, Rusiya-İran 

və Rusiya-Osmanlı müharibələrinin gedişi, habelə Avropa dövlətlərinin dövrəyə girməsi və 

nəhayət Qafqaz xalqlarının bağlanmış müqavilələrdən sonrakı durumu öz əksini tapmışdır. 

Osmanlı dönəmində Qafqazın siyasi-hərbi idari təşkilatlarını araşdıran Sadik Bilge 1786-1829 

illərdə  Cənubi Qafqazda baş verə hadisələri geniş  təhlil edərək dəyərli  əsər ortaya qoya 

bilmişdir [10]. Azərbaycanda xeyli araşdırmalar aparan gənc tarixçi Hakan Yeşilot xalqımızın 

tarixi ilə bağlı sanballı əsər ortaya qoya bilmişdir. Doktor Səbahəttin Şimşir öz araşdırmasında 

Azərbaycan xalqının müstəmləkəçiliyə qarşı apardığı 1826 il üsyanlarına xeyli yer vermişdir 

[12]. Azərbaycan xalqının XIX yüzilliyin əvvəllərində işğalçılara qarşı qəhrəman mübarizəsi bir 

sıra başqa əsələrin də əsas mövzusuna çevrilmişir 

Rusiya–Osmanlı münasibətlərindən, habelə Rusiyanın  Şimali Qafgqazda apardığı mü-

haribələrdən bəhs edəni bir çox müəlliflər də öz əsərlərində Rusiyanın Azərbaycandakı işğalçı 

siyasətilə bağlı öz fikirlərini bildirməyi lazım bilmişlər. 

Bu  əsərlərlə yanaşı  bəzi mülliflərin müxtəlif dərgilərdə çap etdirdikləri qiymətli məqa-

lələr də mövzumuza tam mənası ilə işıq salmaqdadır.Bu baxımdan Doktor Zəkəriyyə Türkmə-

nin “XIX yüzilliyin başlanğıcında Rusiyanın Cənubi Qafqaz siyasəti (1800-1828)” mühüm 

əhəmiyyət kəsb edir. Müəllifın “Qarabağ xanlığının rus idarəsinə bağlanması  məsələs”i adlı 

məqaləsi də Qarabağ  həqiqətləriinin ortaya çixarılmasına xidmət edir. Yenə görkəmli tarixçi 

Hüseyn Baykaranın “Çarlıq Rusiyasının Azərbaycandakı işğalçı müharibələri” adlı məqaləsi də 

bu baxımdan çox qiymətlidir. İbrahim Yüksəlin “Çarlıq Rusiyasının Azərbaycanı işğal etməsi 

və Osmanlı Dövlətinin tutumu” məqaləsi əsasən Azərbaycanın işğalına həsr olunmuşdur. Eyni 

zamanda müəllif Osmanlıların Qafqazdakı siyasətini incələyərək baş verənlərə aydınlıq gətirir.  

Həmçinin bu məsələ ilə bilavasitə  məşğul olan bir sıra Azərbaycan, Avropa və digər 

tarixçilərin əsərləri də türk dilinə tərcümə edilərək çap olunmuşdur. 

Ümumilikdə Türkiyəli müəlliflər hadisələrə obyektiv yanaşaraq çarizmin iç üzünü 

açamış, onun işğalçı siyasətini tam mənası ilə ortaya qoya bilmişlər. Cənubi Qafqazda baş 

verən vəhşiliklərə Osmanlı Dövlətinin fəal müdaxilə edə bilməməsi və onu sükutla qarşıla-

ması da tarixçilərin diqqətindən yayınmamışdır. Onu da qeyd edək ki, türk tarixçilər SSRİ-nin 

dağılmasından sonra araşdırılan mövzuya daha geniş şəkildə təmas edə bilmişlər. 

 

 

 



AZƏRBAYCANIN SƏRHƏD MÜHAFİZƏSİNİN İNKİŞAFI TARİXİ 

1918-1920-Cİ İLLƏR 

 

Qərib ƏSGƏROV 

Azərbaycan Respublikasnın Prezidenti yanında Dövlət 

İdrəçilik Akademiyasının Tarix kafedrasının dissertantı 

esgerov.qerib@box.az 

AZƏRBAYCAN 

 

“Sərhəd Qoşunlarının möhkəmlənməsi müstəqilliyimizin möhkəmlənməsi deməkdir.. 

Azərbaycanın hərtərəfli inkişafı üçün, Azərbaycanda sülhün, sabitliyin, təhlükəsizliyin daha 

da möhkəmlənməsi üçün sərhəd nəzarəti yüksək səviyyədə olmalıdır” 

   Ümummilli lider Heydər Əliyev. 

 

Azərbaycanın strateji, coğrafi və müəyyən dövrlərdə ictimai-siyasi vəziyyəti, habelə re-

gionda baş verən dəyişikliklər respublikamızın hərbi qüvvələrinin xüsusən də, sərhəd mühafi-

zə qurumlarının formalaşması  işinə öz təsirini göstərmiyə bilməzdi. Məhz bu amili nəzərə 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1427



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

alan  Şərqdə ilk müstəqil dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti özünün yarandığı ilk 

günlərdən ordu quruculuğu məsələlərinə, xüsusən də sərhəd məsələlərinə xüsusi önəm verirdi.  

Azərbaycan Milli Şurasının  İstiqlal Bəyənnaməsində 3-cü bəndində deyilirdi: ”Azər-

baycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə 

mehriban münasibətlər yaratmaq əzmindədir”. Ancaq bu siyəsətin həyata keçirilməsinə regi-

onda baş verən siyasi proseslər və ən əsası da qonşu dövlətlərlə dəqiq müəyyənləşdirilməmiş 

dövlət sərhədlərinin olması mane olurdu. 

Qarşıda duran bəlkə də birinci məsələ ölkənin sərhədlərinin dünya tərəfindən tanınması 

və dövlətin öz ərazilərini qorumaq hüququna sahib olması idi. Cənubi Qafqaz respublikaları 

(Azərbaycan-Ermənistan-Gürcüstan) arasında sərhədlərin müəyyənləşdirilməsi haqqında mə-

sələ 1918-ci il iyunun 4-də bağlanan "Osmanlı hökuməti ilə Azərbaycan Respublikası arasın-

da dostluq müqaviləsi"ndə əks olunsa da, Osmanlı dövlətinin Birinci Dünya müharibəsindəki 

məğlubiyyəti bu müqavilənin həyata keçirilməsinə imkan vermədi. Bu, Azərbaycan Cüm-

huriyyətinin hər hansı bir xarici dövlətlə bağladığı ilk müqavilə idi. Müqavilənin ikinci mad-

dəsi Osmanlı imperatorluğu ilə Qafqaz respublikaları arasında, o cümlədən üç respublikanın 

bir-biri ilə dövlət sərhədləri müəyyənləşməli idi. Burada eyni zamanda Azərbaycan və 

Türkiyə arasında geniş dövlət sərhədi zolağı olması  nəzərdə tutulurdu. Müqavilənin üçüncü 

maddəsinə  əsasən, Azərbaycan, Gürcüstan və Ermənistan dərhal öz aralarında sərhədləri 

müəyyənləşdirməli və həmin müqavilənin bir hissəsini təşkil edən protokollar imzalamalı və 

bu barədə Osmanlı hökumətinə  məlumat verməli idilər. Müqavilənin beşinci maddəsinə 

əsasən, Azərbaycan hökuməti Azərbaycan Cümhuriyyətinin sərhədboyu  ərazilərindəki möv-

cud quldur dəstələrinin tərksilah edilib zərərsizləşdirilməsini öz öhdəsinə götürürdü. 

Azərbaycan Demokratik Respublikasının tarixi xidmətlərindən biri də dövlət sərhəd-

lərini bərpa etmək, onun tanınmasına nail olmaq və mühafizəsini təşkil etmək olmuşdur. An-

caq ilk günlərdən ADR-nın dövlət sərhədlərinin təhlükəsizliyini təmin etmək çox çətin bir 

proses halını almağa başladı. Bir tərəfdən Ermənistanın Azərbaycana qarşı olan ərazi idda-

larının daha da genişlənməsi, digər tərəfdən isə 1919-cu ilin mayında Denikin qüvvələrinin 

Dağıstana hücum etməsi və Dərbəndi tutması vəziyyəti daha da gərginləşdirirdi. 

Bütün bu gərgin vəziyyətə baxmayaraq N.Yusifbəli inadla bildirirdi; ”...Sərhədlərimizi 

qorumaq üçün bütün tədbirlər görülüb. Siz əmin ola bilərsiniz ki, qan tökmədən heç kim 

bizim sərhədlərimizi keçə bilməz”. 

Məhz belə bir şəraitdə 1919-cu ilin iyunun 5-də Parlamentin qərarı ilə dövlət sərhədinin 

müdafiəsini təmin etmək və mövcud təhlükələrin qarşısını almaq məqsədilə Dövlət Müdafiə 

Komitəsi yaradıldı. Sərhədlərin mühafizəsinin dövlətin təhlükəsizliyi üçün mühüm amil 

olduğunu nəzərə alan Azərbaycan hökumətinin 1918-ci il iyun ayının 22-də  Fətəli Xan 

Xoyskinin imzaladığı  qərarla Poylu stansiyasında respublikadan kənara  ərzaq daşınmasının 

qarşısının alınması üçün sərhəd postu yaradılması barədə Daxili İşlər Nazirliyinə müvafiq 

tapşırıq verildi. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı bu qərarla müstəqil 

Azərbaycanın tarixində ilk dəfə sərhəd mühafizəsinin təşkili sahəsində vəzifələrin yerinə ye-

tirilməsinə başlanıldı. Bu postun ardınca Azərbaycan Respublikasının  əksər sərhəd  ərazilə-

rində Daxili İşlər Nazirliyinin tabeliyibndə olan sərhəd mühafizə qüvvələri yaradıldı.  İlk 

dövrlərdə bu postların başlıca vəzifəsi gənc respublikanın milli sərvətlərinin, strateji əhəmiy-

yətə malik maddi ehtiyatlarının sərhəddən qanunsuz keçirilməsinə qarşı mübarizə aparmaq 

idi. Strateji məhsullarIn xaricə daşınmasının qarşısının alınması ilə bağlı növbəti belə qərarlar 

iyunun 24-də və 27-də qəbul olundu. 1918-ci il iyunun 24-də “Xaricə yük daşınmasının, həm-

çinin çörək möhtəkirliyi ilə  məşğul olmağın qadağan edilməsi” adlı  qərar qəbul edilmişdir. 

Həmin qərara əsasən nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsinə mane olan və qərarın 

tələblərinə əməl etməyənlər hərbi dövrün qanunları ilə məsuliyyət daşımalı idilər. Həmin ilin 

iyun ayının 27-də qəbul edilmiş digər qərarla ərzaq ehtiyatlarının qorunmasının zəruriliyi bir 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1428



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

daha nümayiş etdirildi.”Xaricə pambıq, yun, ipək, metal tullantısı, mal- qara, çörək və digər 

ərzaq daşınmasının qarşısının alınması haqqında”adlanan bu qərarda göstərilirdi ki, sərhəd-

lərdəki vəziyyətdən istifadə edərək varlanmaq məqsədilə qaçaqmalçılıq fəaliyyətlərindən  əl 

çəkmək istəməyənlər ən sərt şəkildə çəzalanacaqlar.  

Ancaq gündəlik məlumatların təhlili açıq –aydın göstərirdi ki, yeganə sərhəd postunda 

ərazidən qanuni yolla keçirilən yüklərin yoxlanılmasını təşkil etməklə qaçaqmalçılığın qarşı-

sına sədd çəkmək mümkün deyil. Buna görə də yeni postlar yaradılması, sərhədin heç olmasa 

bir qəza hüdudunda nəzarətə götürülməsi problemi getdikcə daha zəruri  şəkildə meydana 

çıxırdı.  

Qərarlardan göründüyü kimi, bu postlar ancsaq qaçaqmalçılığın qarşısını almaqla 

kifayətlənirdi. Bu sərhəd postları  sərhədi qanunsuz keçən quldur dəstələri ilə mübarizənin 

təşkilində və sərhədlərin tam nəzarətə götürülməsində çox zəif idi. Eyni zamanda görülən bu 

tədbirləri və  qəbul edilən qərarları vahid sərhəd strategiyasının ilk uğurları kimi qiymətlən-

dirmək lazımdır. 

Görülən işlərin məntiqi davamı kimi 1919-cu il avqust ayının 18-də parlamentdə “Azər-

baycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında” 

qanun qəbul edildi. Həmin qanunun 1-ci maddəsində göstərilirdi:” Azərbayvan Respublikası-

nın sərhədlərini qeyri-leqal ticarətdən qorumaq və qaçaqmalçılıqla mübarizə aparmaq 

məqsədilə Azərbaycanın sərhədləri boyu,əlavə edilən dislokasiya məntəqələrinə uyğun olaraq 

sayı doxsan doqquza çatan, doqquz yüz doxsan iki mühafizəçidən ibarət tərkibdə  sərhəd 

postları yaradılsın...” . Həmin qanunun 3-cü maddəsində deyilirdi: "Sərhəd mühafizəsinin 

bütün təşkilinə  rəhbərlik etmək və onun fəaliyyətini respublika Gömrük İdarəsi ilə razılaş-

dırmaq üçün Mərkəzi Orqan kimi Maliyyə Nazirliyi dəftərxanasında bu maddəyə  əlavədə 

göstərilmiş vəzifələri olan Xüsusi Sərhəd Mühafizəsi təsis edilsin. 1919-cu il avqustun 18-də 

qəbul edilən həmin qanunda bütün ölkəni əhatə edən sərhəd postlarının yaradılması nəzərdə 

tutulurdu.  

 

 



İRANIN AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İLƏ 

MÜNASİBƏTLƏRİNDƏ TƏRƏDDÜDLÜ  

MÖVQEYİ VƏ BUNUN SƏBƏBLƏRİ 

 

Şəbnəm YUSİFOVA 

Azərbaycan Milli Elmlər Akademiyası 



Shebnem-yusifova@mail.ru 

AZƏRBAYCAN 

 

1918-ci ilin mayın 28-də AXC-nin yaranması müstəqillik tariximizdə mühüm rol oyna-



dı. Yeni yaranmış bir dövlətin siyasi, iqtisadi və  hərbi cəhətdən möhkəmlənməsi üçün həm 

region, həm də dünya dövlətləri ilə diplomatik münasibətlərinin qurulması vacib məsələlərdən 

biri idi. AXC-İran münasibətləri mövzusunun araşdırılması müasir dövrdə Azərbaycan ilə 

İran arasında dostluq və müxtəlif sferalarda əməkdaşlığın öyrənilməsi baxımından  əhəmiy-

yətlidir. Mövzunun aktuallığını müəyyən edən amillərdən biri də,  İranın Qafqaz siyasətində 

Azərbaycanın mühüm yer tutmasıdır.  

AXC yarandığı ilk günlərdən etibarən öz xarici siyasət strategiyasının 4 əsas prinsipini 

elan etdi ki, bunlardan biri də  məhz  İranla siyasi, iqtisadi və  mədəni münasibətlərin 

qurulmasına doğru yönəlmişdi. Bu istiqamətdə mühüm addımlar atmasına baxmayaraq, AXC-

nin  İranla diplomatik münasibətlərin qurulması üçün atdığı ilk cəhd uğurla nəticələnmədi. 

Belə ki, AXC-nin Türkiyədəki nümayəndəsi İranın İstanbulda yerləşən konsulluğuna müraciət 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1429



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

edərək müstəqil Azərbaycan dövlətinin yarandığını bildirsə də, İran konsulluğu bəyannaməni 

geri qaytarmış, hətta ona əlavə edilən vərəqdə Azərbaycanın  İranın ayrılmaz təkib hissəsi 

olduğunu və “Azərbaycan” adlı müstəqil bir dövləti tanımadığını qeyd etmişdi. Əslində buna 

səbəb olan bir sıra amillər vardı: 

  Çar Rusiyasının dağılmasından sonra qeyri-müəyyən vəziyyət yaranmışdı, belə ki, 

1917-ci il inqilabı  nəticəsində çarizm devrilmiş, yeni formalaşan Müvəqqəti hökumət 

çar dövründən qalmış hakimiyyət orqanlarını ləğv etmiş, ancaq 1917-ci ilin oktyabrında 

Müvəqqəti hökumət də devrilərək əvəzində Sovet hakimiyyəti qurulmuşdu. Bu zaman 

Rusiyanın digər müstəmləkələrində olduğu kimi Azərbaycanda da müstəqillik meyilləri 

artmağa başlamışdı. Belə qarışıq bir vaxtda İran baş verən hadisələrin nə ilə nəticələnə-

cəyini gözləyir və Azərbaycanla münasibətlərində tərəddüd edirdi. Məhz buna görə də, 

sonralar Azərbaycana göndərilən “Qafqaz Fövqəladə Heyətinə” rəhbərlik iki il 

Rusiyada ezamiyyətdə olmuş və təbii ki, burda baş verən hadisələrdən daha yaxşı baş 

çıxaran Seyid Ziyaəddin Təbatəbaiyə həvalə edilmişdi. 

  Yeni yaranmış gənc dövlətin “Azərbaycan” adlanması da İranı narahat edən səbəblərdən 

biri idi. Y. V. Çəmənzəminli bu fikrə belə aydınlıq gətirmişdi: “Dövlətimizin Azərbay-

can adlanması sui-təfhümlərə səbəb oldu. Halbuki, Təbriz əyalətinin və İran Azərbayca-

nının İranın olub olmaması barədə ortalıqda heç bir məsələ yoxdur. Iranın haqqına təca-

vüz etmək fikrində deyilik, olmamışıq və olmayacağıq. Bizim tərəqqi və istirahətimizi 

təmin edən yalnız qonşularımız ilə dostluğumuz olacaqdır.”  İranın bu şübhələrinə son 

qoymaq üçün AXC rəhbərləri diplomatik sənədlərdə “Qafqaz Azərbaycanı” ifadəsini 

işlətməyə başladılar.  

  İran şimal qonşuluğunda müstəqil bir dövlətin yaranmasından ehtiyat edir və düşünürdü 

ki,  şimalda baş verən hadisələr cənuba təsirsiz ötüşməyəcək,  Ş. Azərbaycanda olduğu 

kimi Cənubda da milli oyanış hərəkatı başlayacaq. Qeyd etmək lazımdır ki, bir müddət 

sonra bu ehtimal özünü Xiyabani hərəkatında doğrultdu. AXC-nin rəhbəri M. Ə. 

Rəsulzadə öz məktublarında İstanbulda İran azərbaycanlıları ilə görüşdüyünü və onların 

Azərbaycanın müstəqilliyinə ümidlə baxdıqlarını qeyd etmişdi. Azərbaycanın İrandakı 

diplomatik heyətinin rəhbəri Adil xan Ziyadxanlı da məktublarında yazaraq bildirirdi ki, 

farsların bizim respublikaya münasibəti pis olsa da, İran azərbaycanlıları bizə dost və 

qardaşçasına münasibət bəsləyir, onlar da İrandan ayrılaraq müstəqil olmaq istəyir. O, 

hətta qeyd edirdi ki, tezliklə İranda uzun əsrlərdən bəri yığılıb qalan inqilabi partlayışın 

şahidi olacağıq və biz bu hadisələrə hazır olmalı, inqilabi hadisələrdən öz xeyrimiz üçün 

istifadə etməliyik.  

  İran 1813-cü ildə bağlanmış Gülüstan və 1828-ci il Türkmənçay sülhü nəticəsində əldə 

etdiyi Cənubi Azərbaycan torpaqlarının itirilməsindən qorxurdu. Hələ 1918-ci ilin 

yayında Denstervil qoşunları ilə Andronik Ozanyanın qüvvələrinin birləşməsinin qarşı-

sını almaq üçün Osmanlı qoşunları Cənubi Azərbaycan ərazisinə daxil olmuşdu və İran 

ehtiyat edirdi ki, Osmanlının dəstəyilə ilə Təbriz vilayəti Irandan alınaraq Azərbaycana 

birləşdirilər. Buna görə  də, Cənubi Azərbaycan  ərazisində yaranan və konsulluğa 

çevrilən Qafqaz İslam Cümhuriyyəti Osmanlı qoşunlarının  ərazini tərk etməsindən 

sonra ləğv olundu.  

  Digər bir səbəb isə Britaniya və Rusiya hökumətlərinin AXC-İran münasibətlərindəki 

müsbət irəliləyişlərə qarşı əks mövqedə durması idi. Belə ki, hər iki dövlətin həm İrana, 

həm də Qafqaza dair öz planları vardı. AXC-İran yaxınlaşması isə onların mənafeyinə 

uyğun gəlmirdi. AXC-nin Türkiyədəki səfiri Y. V. Çəmənzəminli isə bu vəziyyəti belə 

şərh edirdi: “Biçarə İran rus zərbəsindən göz aça bilmirdi ki, ölkəsinin rahat və tərəq-

qisinə çalışsın.” 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1430



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Bütün bu səbəblərə baxmayaraq, bir müddət sonra münasibətlərdə  kəskin dönüş baş 

verdi. Azərbaycan hökuməti 1919-cu ilin aprelində  İsmayıl xan Ziyadxanlının, sonralar isə 

Adil xan Ziyadxanlının rəhbərliyi ilə İrana xüsusi diplomatik heyət göndərdi. Həmçinin, Paris 

sülh konfransında davam edən danışıqlar Azərbaycan-İran birgə komissiyasının yaradılması 

ilə nəticələndi. Nəhayət 1920-ci ilin martın 20-də iki dövlət arasında bağlanmış dostluq müqa-

viləsinə əsasən İran Azərbaycan Xalq Cümhuriyyətini de-yure tanıyan ilk dövlət oldu. Danı-

şıqlar ticarət, poçt, teleqraf, gömrük, tranzit və konsul konvensiyalarına dair sazişlərin 

bağlanması ilə davam etdirildi.  

23 aylıq mövcudluğu dövründə çox böyük uğurlara imza atmasına baxmayaraq, hadisə-

lərin sonrakı gedişi gənc dövlətin əleyhinə baş verdi, 1920-ci ilin aprelin 28-də AXC Sovet 

Rusiyasının işğalıına məruz qaldı  və müstəqil siyasət yürütmək imkanından məhrum edildi. 

Azərbaycan dövlət müüstəqilliyini  əldə etdikdən sonra 1992-ci il martın 12-də diplomatik 

münasibətlər yenidən bərpa edildi.  

 

 

ОСОБЕННОСТИ ОБРЯДА ЗАХОРОНЕНИЯ В 



КУВШИННЫХ 

ПОГРЕБЕНИЯХ В 

НИЗМЕННОМ ГАРАБАХЕ 

 

Гюлана ГУСЕЙНОВА 

младший научный сотрудник Института Археологии и Этнографии НАНА 



gulanahuseynova@gmail.com 

AZƏRBAYCAN 

 

Погребальные  памятники,  как  своим  типом  захоронения,  так  и  помещённым  в 



него  инвентарём  содержат  ценнейшую  информацию  для  изучения  религиозных  веро-

ваний,  социальной  структуры  и  экономического  уровня  развития  общества,  социаль-

ного расслоения, имущественной дифференциации, миграционных процессов, взаимо-

связи с другими странами, этнокультурного взаимовлияния, развития земледелия, ско-

товодства,  ремесла,  торговли  и  других  отраслей  хозяйства.  Одним  из  наиболее  рас-

пространённых  погребальных  памятников  Кавказской  Албании  на  протяжении  всего 

периода существования этого государства являются погребения в кувшинах. На сегод-

няшний  день  в  пределах  исторической  Кавказской  Албании  зафиксированы  более  ста 

могильников с погребениями в кувшинах. Их большая часть выявлена в низменностях, 

зачастую  недалеко  от  рек  и  каналов,  что  даёт  основание  многим  исследователям 

считать,  что  обряд  захоронения  в  кувшинах  был  присущ  земледельцам.  В.Асадов 

отмечает,  что  обряд  захоронения  в  кувшинах,  изначально  используемый  населением, 

обитавшим в речных долинах, постепенно стал распространяться от Мильской степи и 

Мингечаура,  вдоль  Куры,  на  северо-запад  и  северо-восток  страны.  Это  высказывание 

подкрепляется  выводом  Т.И.  Голубкиной  о  том,  что  все  кувшинные  погребения, 

находящиеся к северу от Куры, как правило, более поздние. 

На  территории  Низменного  Гарабаха  зафиксировано  большое  количество  кув-

шинных погребений, которые имеют ряд локальных особенностей. Сравнительно про-

анализировав кувшинные погребения некрополей Гаракобар, Галатепе, Кобар, Ялдили, 

Борсунлу, Узерликтепе и других, были определены 

нижеследующие закономерности: 

1. 


В  ходе  исследований  было  установлено,  что  кувшинные  погребения  имеют 

различную  глубину  залегания.  Обнаруженные 

погребальные  кувшины

  в  некрополе 

Галатепе 

были уложены в могильных ямах

 на глубине 0,4-1 м от дневной поверхности, 

в  некрополе  Гаракобар – на  глубине 0,5-2 м. 

Наряду  с  кувшинами,  уложенными  в 

могильные  ямы,  встречаются  также  впускные  кувшинные  погребения  (Борсунлу, 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin