Qafqaz Universiteti Materiallar


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə109/124
tarix31.01.2017
ölçüsü9,57 Mb.
#6979
1   ...   105   106   107   108   109   110   111   112   ...   124

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1419



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

ÇAĞDAŞ TARİXİMİZİN YENİLMƏZ SƏRKƏRDƏSİ 

 

Baxış ƏLƏSGƏROV, Araz ƏLİYEV 

Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialı 

cesaret8325@mail.ua 

AZƏRBAYCAN 



 

XX-XXI əsr Azərbaycan tarixinin ən parlaq siması olan Heydər Əliyevin siyasi obrazı 

Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarə-

çilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir. 

Tarixşünaslıq elmi Heydər  Əliyev  şəxsiyyətini öyrəndikcə,  əslində, müstəqil Azərbaycan 

dövlətinin tarixi keçmişini, bu gününü, gələcəyini, ölkəmizdə həyata keçirilən dövlət qurucu-

luğu prosesini, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasını, milli mədəniyyətimizi öyrə-

nir. Çağdaş tariximizdə Azərbaycan dövlətinin özünütəsdiq faktına çevrilmiş Heydər Əliyev 

fenomeni Respublikaya rəhbərliyi dövründə möhkəm təməllərə  əsaslanaraq fundamental 

dövlətçilik  ənənələri formalaşdırmış, milli müstəqilliyimiz əbədiləşmişdir. Ulu öndərin Res-

publikaya rəhbərliyi dövründə Azərbaycançılıq ideologiyası özünün ən yüksək zirvəsinə 

çatmışdır. O, ölkənin gələcək inkişaf planlarını qabaqcadan müəyyən etmişdir.  

Tarix yalnız dahi şəxsiyyətlərin böyük əməlləri sayəsində  nəsillərin yaddaşına həkk 

olunur. Azərbaycan xalqı dünya tarixinə neçə-neçə böyük mütəfəkkirlərlə yanaşı, Cavanşir, 

Şəmsəddin Eldəniz, Uzun Həsən,  Şah  İsmayıl Xətai kimi qüdrətli dövlət xadimləri də  bəxş 

etmişdir. Əsrlər keçdikdən sonra xalqımız daha bir dahi şəxsiyyət yetirdi. Dünyanın Atatürk, 

Corc Vaşinqton, Cavahirləl Nehru, Şarl de Qol kimi nadir tarixi simaları  sırasında Heydər 

Əliyev şəxsiyyəti öz layiqli yerini tutdu. Sadə zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya 

göz açan, min cür maneələrdən, çətinliklərdən keçən, Yer kürəsinin altıda bir hissəsini əhatə 

edən SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri səviyyəsinə yüksələn Heydər Əliyev 

həm də Azərbaycan tarixinə xalqının xilaskarı kimi daxil oldu.  

Müasir dövlət xadimi kimi ən mürəkkəb, ən ağır, hətta çıxılmaz hesab olunan vəziyyət-

lərdən belə  vətəni üçün heç kəsin gözləmədiyi anda ən yaxşı  çıxış yolu tapmaq bacarığı 

Allahın ona bəxş etdiyi vergidir. 

Heydər  Əliyev bir dünyadır, böyük Azərbaycandır. Azərbaycan xalqının, Azərbaycan 

torpağının misilsiz təəssübkeşi, XX yüzilliyin 90 - cı illərində yenidən müstəqilliyə qovuşmuş 

dövlətçiliyimizin, Azərbaycan Respublikasının xilaskarıdır.Heydər Əliyev XX yüzilliyin son 

dərəcə mürəkkəb və ziddiyyətli tarixi şəraitində fəailyyət göstərmiş təkrarolunmaz dahi şəx-

siyyətdir. Azərbaycan tarixinin əlli ildən çox bir dövrü Heydər  Əliyev  şəxsiyyəti ilə, onun 

mübarizə yolu, böyük quruculuq fəaliyyəti ilə  sıx bağlıdır. O, həm də yeni Azərbaycanın 

qurucusudur. 

Heydər Əliyevin doğma xalqına həsr olunmuş ömür yolu, ictimai-siyasi və zəngin dövlət 

quruculuğu fəaliyyəti, fikrimizcə bir-biri ilə üzvü surətdə bağlı olan aşağıdakı dövrləri  əhatə 

edir. 


Birinci dövr - XX əsrin 40-cı illərindən 1969-cu ildə Azərbaycanın rəhbərliyinə gəlmə-

sinə qədərki illəri əhatə edir. Həmin illərdə Azərbaycanın hüquq-mühafizə orqanlarında fəa-

liyyətə başlayan Heydər Əliyev son dərəcə ağır maneələri və çətinlikləri uzaqgörənliklə dəf 

edərək Azərbaycanda SSRİ-nin  əsas dayağı olan Dövlət Təhlükəsizlik komitəsinin sədri 

vəzifəsinə  qədər yüksəldi. Onun olduqca gərgin, səmərəli və çox çətin  şəraitdə göstərdiyi 

məqsədyönlü fəaliyyəti nəticəsində ilk dəfə olaraq xalqımızın övladları  təhlükəsizlik orqan-

larında geniş surətdə işə cəlb olunmağa başlandı. O zaman Heydər Əliyev xalqımızın vətən-

pərvər oğullarını, milli əhval-ruhiyyəli ziyalılarını  təqiblərdən qorudu və bununla, əslində, 

milli oyanışımızın başında durdu. Beləliklə, xalqımızın bugünkü və gələcək nəsilləri unutma-


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1420



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

malıdırlar ki, XX əsrin 20-30-cu illərində ermənilərin və qeyri millətlərin nümayəndələrinin 

yuva salmış olduğu və xalqımıza qarşı qanlı repressiyalar hazırlayıb həyata keçirmiş Dövlət 

Təhlükəsizlik komitəsinin azərbaycanlaşdırılması  və xalqımızın düşmənlərdən təmizənməsi 

kimi son dərəcə  çətin və  şərəfli iş ilk dəfə  hələ sovet rejiminin ən kəskin vaxtında məhz 

Heydər Əliyev tərəfindən həyata keçirilməyə başlanmışdı.   

Bu baxımdan Heydər  Əliyevin təhlükəsizlik orqanlarını azərbaycanlaşdırmaq sahəsin-

dəki xidmətləri vətən və xalq qarşısında adi xidmətlər deyil. Başqa sözlə, Heydər  Əliyev 

qeyrətli və milli əhval - ruhiyyəli vətən oğullarını Dövlət Təhlükəsizlik komitəsinə işə cəlb et-

məklə əslində xalqımızın namuslu övladlarına qarşı yönəlmiş növbəti təqiblərin qarşısını aldı. 



İkinci dövr - Heydər  Əliyevin Azərbaycana birinci rəhbərlik illəridir. 1969-1982-ci 

illəri əhatə edən bu dövr müstəqilliyə doğru böyük dönüş və milli oyanışın başlanması dövrü-

dür.  

Azərbaycan xalqının qurub yaratmaq dühası sayəsində  əldə olunmuş mühüm uğurlara 



baxmayaraq, bir sıra obyektiv səbəblər üzündən XX əsrin 60-cı illərində Azərbaycan iqtisa-

diyyatının bir çox sahələrində həm sənayedə, həm də kənd təsərrüfatında mənfi meyillər özü-

nü göstərməyə başlamışdı.  

Respublikanın düşdüyü bu ağır vəziyyətdə Azərbaycan rəbərliyində mühüm dəyişiklik 

baş verdi. 1969-cu ildə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi-

nin birinci katibi seçildi və ölkənin ali idarəçilik sükanının arxasına keçdi. Beləliklə, XX 

yüzilliyin 60-cı illərinin sonunda Heydər Əliyevin doğma xalqa həsr olunmuş çoxsahəli fəa-

liyyət dövrü başlandı. 

Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi həmin illərdə min cür maneələri dəf edərək 

sovet hakimiyyətinin Azərbaycanın hərtərəfli inkişafını  təmin edən beş xüsusi qərar qəbul 

etməsinə nail oldu. Heydər  Əliyevin uzaqgörən, dərindən düşünülmüş, yorulmaz fəaliyyəti 

sayəsində ötən əsrin 70-ci illərində, bötövlükdə Respublika ərazisində yüzlərlə zavod, fabrik, 

yeni istehsal sahələri yarandı. 213 iri sənaye müəssisəsi işə salındı. Azərbaycanda istehsal 

olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Həmin illərin Azərbaycanı nə-

həng tikinti meydanını xatırladırdı. Heydər  Əliyev həmin illərin böyük quruculuq dövrünə 

belə qiymət verirdi: "Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi 

və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına 

get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq 

təsərrüfatı potensialına əsaslanır". Buna görə də XX yüzilliyin 90-cı illərində böyük Sovet im-

periyası çökərkən məhz Heydər Əliyevin uzaqgörən, gərgin, səmərəli və cəsarətli dövlətçilik 

fəaliyyəti nəticəsində Azərbaycan müstəqil yaşamağa tamamilə hazır idi.  

Heydər  Əliyevin 1982-1987-ci illərdəki dövlətçilik fəaliyyətini  əks etdirən üçüncü 

dövrdə bu dahi şəxsiyyət SSRİ-nin siyasi bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin 

birinci müavini kimi geniş səlahiyyətlər əldə etdi. Bu dövrdə Heydər Əliyev böyük dövlətçilik 

psixologiyasının hökmranlıq etdiyi Kreml rejiminə, bu rejimin yaratdığı  təqiblər və ayrı-

seçkilik sisteminə sübut etdi ki, heç bir qüvvə onun zəngin, tükənməz və  hərtərəfli dövlət 

idarəçilik istedadının qarşısını almağa qadir deyildir. 

Heydər  Əliyev siyasi büroda bütün sovet dövlətini idarə etməyə  və onu tənəzzüldən 

çıxarmğa qadir olan yeganə dövlət xadimi idi. Onun bu idarəçilik qabiliyyətini görən impe-

riya rəhbərliyi, xüsusilə ermənipərəst Mixail Qorbaçov Heydər Əliyevi SSRİ rəhbərliyindən 

heç bir əsas olmadan uzaqlaşdırdı. Bu, əslində, bütün Sovet hakimiyyəti illəri ərzində Azər-

baycan xalqına vurulan ən ağır zərbə idi. 

1987-1990-cı illəri əhatə edən dövr Heydər Əliyevin Böyük Vətən yolunda mücadiləsi 

dövrüdür. Heydər Əliyev Azərbaycanı düşdüyü ağır böhrandan çıxarmaqdan ötrü bütün qüv-

və və bacarığını sərf etmişdi. Lakin o zaman Azərbaycana başçılıq edən səriştəsiz rəhbərlərin 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1421



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Moskva qarşısındakı mütiliyi və xəyanətkar siyasəti nəticəsində Azərbaycan xalqı bu dövrdə 

öz böyük oğlunun zəka potensialından məhrum edilmişdi.  

1990-1993-cü illəri  əhatə edən dövr Heydər  Əliyevin vətən naminə, xalq naminə mü-

barizə yolunda xüsusi yer turur. Həmin dövrdə Azərbaycanın müstəqilliyi təhlükə qarşısında 

idi. Bu zaman xalqın ümid çırağı yalnız Heydər Əliyev zəkası idi. 1990-cı il yanvarın 21-də 

həyatını  təhlükə qarşısına qoyaraq Azərbaycanm Moskvadakı daimi nümayəndəliyinə  gəlib 

doğma xalqına başsağlığı verən, Bakıdakı kütləvi qırğın törədənlərin cəzalandırlımasını tələb 

edən Heydər  Əliyev,  əslində, doğma xalqının qurtuluş mübarizəsinin önünə keçdi. 1990-cı 

ilin iyun ayının 20-də Bakıya gələn Heydər Əliyev o vaxtkı rəhbərlər tərəfindən qısqanclıqla 

qarşılandı. Lakin iki gün sonra Naxçıvana getməli oldu. Heydər  Əliyev Naxçıvanda bütün 

Azərbaycanın qurtuluş mübarizəsinə başladı. O zaman milli müstəqilliyimizin ilk addımları 

da məhz Naxçıvanda atıldı. Naxçıvan Respublikasının adından "Sovet" [s.5] və "sosialist" 

[s.5] sözlərinin çıxarılması, Naxçıvan Ali sovetinin Milli Məclis adlandırılması, Azərbaycan 

Xalq Cumhuriyyətinin bayrağının ilk dəfə burada Naxçıvan Muxtar Respublikasının bayrağı 

kimi qəbul edilməsi və qaldırılması, kommunist partiyası yerli orqanlarının fəaliyyətinin 

dayandırılması, SSRİ-nin saxlanması barədə referendumdan imtina edilməsi, 1990-cı ilin 19-

20 yanvar faciəsinə siyasi qiymət verilməsi, dünya Azərbaycanlılarının həmrəylik gününün 

qeyd edilməsi barədə tarixi qərar çıxarılması, Yeni Azərbaycan Partiyasının yaradılması, və 

bir çox digər cəsarətli addımlar Naxçıvanı qurtuluş mücadiləmizin önünə çıxardı. 

Ulu öndərin Azərbaycanın xilası naminə, xalqın tələbi və istəyi ilə Yeni Azərbaycan 

Partiyasına rəhbərlik etməyə razılıq verməsi dahi siyasətçinin böyük siyasətə qayıdışının əsa-

sını qoydu və beləkilə, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Parti-

yasının təsis konfransı keçirildi. Azərbaycanın müasir taleyində mühüm rol oynayan və bun-

dan sonra da mühüm rol oynayacaq Yeni Azərbaycan Partiyası yaradıldı. Bütün varlığı ilə 

xalqa bağlı olan böyük dövlət xadimi Heydər  Əliyev partiyanın sədri seçildi. Bu dövrdə 

xalqın sabaha inamı qalmamışdı. Vətən torpağı hərraca qoyulmuşdu. Azərbaycan məhv olmaq 

təhlükəsi qarşısında qalmışdı. Bu fəlakət anında xalqımız qəti hərəkət edərək yeganə düzgün 

addım atdı: dünyanın böyük siyasət adammı, Azərbaycanın yeganə ümid yeri olan Heydər 

Əliyevi hakimiyyətə gətirdi. 

1993-cü ilin iyununda başlamış  və Ulu öndərin həyatının son dövrünə  qədər davam 

edən bu dövr mahiyyətcə Azərbaycanm dövlət müstəqilliyinin qorunub saxlanması, möhkəm-

ləndirilməsi uğrunda mübarizə və yeni, müstəqil Azərbaycanın qurulması dövrüdür. 

Məhz o zaman 1993-cü ilin iyun günlərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə 

Azərbaycanın qurtuluşunda yeni dövr başlandı. Ulu öndərin qədirbilən xalqımız qarşısında ən 

böyük xidməti budur ki, torpağımıza sahib çıxmaq uğrunda  ən kəskin geosiyasi ziddiyyətin 

mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etdi. Azərbaycan dövlətini parça-

lanıb yox olmaq təhlükəsindən qurtardı. Heydər Əliyev mübarizə məsələsində də siyasət işlə-

dərək, Azərbaycanın düşdüyü qanlı burulğanın nə qədər təhlükəli olduğunu nəzərə aldı. Atəş-

kəsə nail oldu. Xalqımızın, torpağımızın, dilimizin üzərindəki,  əzəli və  əbədi "Azərbaycan" 

[s.4] möhürü özümüzə qaytarıldı. Bu gün Azərbaycanın beynəlxalq aləmdə nüfuzu günbəgün 

artmaqdadır. Bu uğurlu xarici siyasətin bəhrəsidir. Heydər Əliyevin xarici siyasət sahəsində 

ən mühüm uğurlarmdan biri də budur ki, o, Azərbaycanı türk dünyasından təcrid olunmuş 

vəziyyətdən çıxardı. Azərbaycan Respublikası qardaş türk dövlətləri ailəsinin bərabərhüquqlu 

üzvü-Heydər  Əliyev isə bütün türk dünyasının müdrik yol göstərəni olmuşdur. Azərbaycan 

bir çox beynəlxalq təşkilatların üzvüdür. Ölkəmizin Avropa Şurasındakı  uğurları göz önün-

dədir. Heydər Əliyev zəkasının, onun gərgin, ardıcıl və inadlı fəaliyyətinin nəticəsi olan Bakı-

Tblisi-Ceyhan əsas neft ixrac kəmərinin, həmçinin Bakı-Ərzurum qaz kəmərinin region ölkə-

ləri üçün, o cümlədən türk dünyası üçün nə qədər əhəmiyyətli olduğu hələ neçə-neçə nəsillər 

keçdikdən sonra başa düşüləcəkdir. Böyük İpək yolunun dirçəldilməsi təkcə Azərbaycanın 

deyil, bütün türk düynasının dirçəlişində, onun iqtisadi-mənəvi oyanışında misilsiz rol oynayır. 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1422



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Heydər Əliyevin Xəzərlə bağlı müdrik və uzaqgörən xarici siyasət strategiyası, bu dəni-

zi sülh və əmin-amanlıq dənizinə çevirmək planları uğurla davam edir.  

Azərbaycanın müstəqil dövlət kimi yaşaması, Dünya Azərbaycanlılarının bir araya 

gəlməsi, bütün türk dünyasının ayağa qaldırılması  və birləşdirilməsi bu böyük şəxsiyyətin 

yorulmaz mübarizəsinin nəticəsidir. Bu gün Ulu Öndərin müəyyənləşdirdiyi strateji xətt ölkə-

mizdə uğurla həyata keçirilir. Möhtərəm Prezidentimiz İlham Əliyev Ümummilli liderimizin 

ideyalarına sadiq qalaraq azərbaycanı  uğurla sabaha, xoşbəxt gələcəyə doğru aparır. Onun 

rəhbərliyi altında bir çox mühüm dövlət proqramları reallaşdırılır və xalq öz tarixinin şərəfli 

bir dövrünü yaşayır. 

 

 

NOBEL QARDAŞLARI NEFT İSTEHSALI FİRMASININ 



MÜƏSSİSƏLƏRİNDƏ ƏMƏK HAQQI MƏSƏLƏSİNƏ DAİR 

(“NEFTYANOYE DELO” QƏZETİNİN MATERİALLARI ƏSASINDA) 

 

İlqar HACIYEV 

AMEA Milli Azərbaycan Tarixi Muzeyi 



hajiyev@box.az 

AZƏRBAYCAN 

 

XIX  əsrin sonunda Çar Rusiyasının ucqar müstəmləkəsi olan Azərbaycanda fəhlələrin 



vəziyyəti hədsiz dərəcədə ağır idi. Fəhlələr neft mədənlərində ağır iş şəraitində  işləyir, bunun 

müqabilində isə aşağı əmək haqqı alırdılar. Çar Rusiyasınında əmək haqqının səviyyəsi Avro-

pa dövlətlərindəki səviyyədən aşağı idi. Azərbaycanda isə  əmək haqqı imperiyanın məkəzi 

quberniyasına nisbətən aşağı idi.  

“Neftyanoye delo” qəzetində dərc olunmuş Q.E.Startsevin, A.M.Stopaninin araşdırma-

larından məlum olur ki, əmək haqqı  işçilərin milli mənsubiyyətindən asılı idi. Belə ki, Çar 

Rusiyasının Azərbaycanda yürütdüyü milli və dini ayrı-seçkilik siyasətinə uyğun olaraq 

Azərbaycanlılar ruslardan və ermənilərdən aşağı əmək haqqı almışdır. 

Əmək haqqı  staj artdıqca nisbətən artırdı. Lakin bu fərq cüzi idi. Q.E.Startsevin 

araşdırmasına görə 1899-cu ildə stajı 1 ilə  qədər olan qara fəhlələr orta hesabla ayda 17,42 

rubl, 1 ildən 3 ilə qədər işləyənlər orta hesabla ayda 17,49 rubl, 3 ildən  5 ilə qədər  işləyənlər 

17,74 rubl, 5 ildən 7 ilə qədər  işləyənlər 17,95 rubl, 7 ildən 10 ilə qədər işləyənlər 17,88 rubl, 

10 il və daha artıq işləyənlər 18,25 rubl maaş alırdı.  

İri neft firmalarında əmək haqqı digərlərinə nisbətən yüksək idi. Lakin onların da no-

minal  əmək haqqı  fəal  əmək haqqından çox aşağı idi. Belə firmalardan biri də Nobel 

qardaşları firması idi. Nobel qardaşları firması  fəhlə  və  işçilərin saxlanmasına 1893-cü ildə 

396.640 rubl, 1894-cü ildə 378.684 rubl, 1895-ci ildə 258.324 rubl pul xərcləmişdir. 

XX  əsrin  əvvəllərində Nobel qardaşları neft firmasının müəssisələrində  əmək haqqı 

məsələrsinədair maraqlı  mənbə Bakı neft sənayesində çalışmış tokarın gündəliyidir. Tokar 

gündəliyinə 1901-1903 və 1908-1910-cu illərdə  əmək haqqı  və  xərclərini qeyd etmişdir. O, 

1901-ci ilin may ayında Nobel qardaşları firmasının mexaniki emalatxanasında karyerasına 

gündəlik 1 rubl 80 qəpiklə başlamış, 1902-ci ilin may ayına qədər bu həcmdə  əmək haqqı 

almışdır. 1902-ci ilin may ayından 1902-ci ilin noyabr ayına qədər bir günə 1 rubl 90 qəpik, 

1902-ci ilin noyabr  ayından 1903-cü ilin  fevral ayına qədər bir günə 2 rubl, 1903-cü ilin 

fevral-iyul  aylarında bir günə 2 rubl 20 qəpik əmək haqqı almışdır. 

XX əsrin əvvəllərində Bakı neft sənayesində baş vermiş tətillər neft sənayeçilərini əmək 

haqlarını qaldırmağa məcbur etmişdi. Əgər 1903-cü ildə Nobel qardaşları firmasının fəhlələri-

nin (Nobel qardaşları firmasının fəhlələrinin sayı 1907-ci ilin yanvar ayının 1-də 3527 nəfər 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1423



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

idi. Bu da Bakı neft sənayesi firmalarının bütün fəhlələrinin 11,5 % idi) bir günlük orta əmək 

haqqı 81 qəpik idisə, 1904-cü ildə 85 qəpik, 1905-ci ildə 93 qəpik, 1906-cı ildə 97 qəpik 

olmuşdur. Yəni 1906-ci ildə fəhlələrin əmək haqqı 1903-cü ilə nisbətən 20 % artmışdır. 

Əmək haqqının qalxması ilə yanaşı  ərzaq məhsullarının da qiyməti qarxmışdır. 1903-

1907-ci illər ərzində çörək məhsullarının qiyməti 42%, baqqaliyə məhsullarının qiyməti 23% 

bahalaşmışdır. 

23 iyul 1913-cü ildə Nobel qardaşları firmasının ustaları və fəhlələri administrasiyaya 

tələblərini bildirmişdilər. Onların tələbləri içərisində əmək haqqının qaldırılması və cərimələ-

rin ləğv edilməsi də yer alırdı. 

Nobel qardaşları firması administrasiyasının tətilçilərə 29 iyulda cavab vermişdi. Admi-

nistrasiyanın cavabında göstərilirdi ki, yenidən işə başlayanlara aşağıdakı həcmdə minimum 

əmək haqqı təyin olunur: 

1 gün üçün açarçıya 1 rubl 35 qəpik,  ləngidiciyə 95 qəpik, qazma işlərində fəhləyə 80 

qəpik, baş dartayçıya 1 rubl 35 qəpik, dartayçıya 85 qəpik, baş fəhləyə 1 rubl 15 qəpik, növ-

bəli işləyən yığma üzrə  fəhləyə 80 qəpik, gündəlik işləyən yığma üzrə  fəhləyə 95 qəpik, 

ocaqçıya və yağlayıcıya 90 qəpik, emalatxanalarda qara fəhlələlər və xarrat-ustalara 1 rubl, 

arteldə qara fəhlələrə 85 qəpik, çəkicvuranlara 1 rubl 30 qəpik, 1 ay üçün gözətçiyə 23 rubl, 

kontorlarda gözətçiyə 24 rubl, süpürgəçiyə 23 rubl, mehtərə (tövlədə) 24 rubl, mehtərə (çöldə) 

26 rubl, arabaçıya 24 rubl, sanitara 24 rubl, hamamçıya 23 rubl və yenidən işə başlayan 

şagirdlərə gündə 50 qəpik. 

Nobel qardaşları firmasının işçiləri administrasiyanın yuxarıda qeyd olunan şərtləri ilə 

yalnız 18 sentyabrda razılaşıb 2 aya yaxn davam edən tətili dayandırdılar və saat 18-da işə 

başladılar. 

Yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlmək olar ki, XIX əsrin sonu XX əsrin 

əvvəllərində  Nobel qardaşları müəssisələrində  əmək haqqı  aşağı olmuşdur. Firma əmək 

haqqını fəhlə və qulluqçuların mübarizəsinin nəticəsində cüzi miqdarda artırmışdır.  

 

 



XXI ƏSRİN İLK DEKADASINDA İSRAIL-FƏLƏSTİN SÜLH 

DANIŞIQLARI PROSESİNDƏ ABŞ-IN İŞTİRAKI 

 

 Nigar ƏSGƏROVA 

Azərbaycan Dillər Universiteti 



asgarova.n@gmail.com 

AZƏRBAYCAN 

 

XX əsrdə Yaxın Şərqdə Fələstin torpaqlarında İsrail dövlətinin meydana gəlməsi ilə re-



gionda həllinə  nail olunmayan İsrail-Fələstin münaqişəsinin əsası qoyuldu. ABŞ münaqişənin 

yarandığı ilk illərdən onun həlli istiqamətində aparılan danışıqlar prosesində iştirak etmişdir. 

Lakin, münaqişənin hələ  də  həll olunmaması bu cəhdlərin uğursuzluğa düçar olmasının 

göstəricisidir.  

2000-ci illərin sonunda Bill Klinton adminstrasiyası tərəfindən  aparılan sülh prosesinin 

uğursuzluğu İsrail-Fələstin arasında zorakılığın böyük miqyasda yenidən alovlamasına səbəb 

oldu. Həmin ilin sonunda Ariel Şaronun Əl-Əqsa məscidinə səfəri və burada məscidinin ətra-

fında olan ərazilərdən  İsrailin heç bir zaman imtina etməyəcəyi barədə etdiyi çıxışı  fələs-

tinlilər arasında qəzəb və narazılığa səbəb oldu. Həmin gecə minlərlə  fələstinli Qərb sahili 

boyu  ərazilərdə qiyama başladı. Beləliklə, 2000-ci ilin sonunda fələstinlilər miqyasına, gər-

ginliyinə və ölü sayına görə  1987-ci il İntifadasından (xalq hərəkatı) kəskin fərqlənən yeni 

İntifadaya başladılar.    



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1424



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

 XXI əsrin ilk dekadasında da bu münaqişənin həlli istiqamətində ABŞ tərəfindən bir 

sıra təkliflər irəli sürülmüşdür. Senator Corc Mintçel tərəfindən sədirlik edilən  kommisiya   

2001-ci ilin  may ayında münaqişənin həllinə dair üçpilləli sülh planı təklif etdi. Plana əsasən 

hər iki tərəf öncə razılığa gəlmək üçün irəli sürülən öhdəlikləri qəbul etməli, zorakılığın 

qarşısı alınmalı  və  təhülksəzlik səhəsində  əməkdaşlıq qurmalı; ikinci mərhələdə yaşayış 

məskənlərinin inşasını dayandırmaq və  terror aktlarından imtina etmək kimi jest göstərilməli;  

üçüncüsü isə, sülh danışıqlarını yenidən başlamalı idilər. Planı hər iki tərəfinin liderləri təsdiq 

etsələr də, zorakılıq   davam edirdi və bu da planın uğursuzluğa düçar olması demək idi.  

  2001-ci ildə    tərəflərə ABŞ, Rusiya, Avropa İttifaqı  və BMT-dən  tərəfindən tərtib 

edilən və sülhə aparan üç mərhələləli “Yol xəritəsi” plan təqdim edildi. İlkin mərhələdə  

(2003-cü il May ayı  ərzində) “Yol xəritəsi” planı terrora və zorakılığa son qoyulmasını, 

Fələstin dövlət təsisatlarının yaradılmasını və İsrail tərəfindən həyata keçirilən məskunlaşma 

prosesinin dayandırmasını  nəzərdə tuturdu. İkinci mərhələdə (May-Dekabr 2003)   2003-cü 

ilin sonuna kimi müvəqqəti sərhədləri olan Fələstin dövlətinin yaradılmasını, demokratik 

hökumətin əsasını qoyan Fələstin konstitusiyasının qəbulunu, ən nəhayətdə isə qaçqınlar, su 

və inkişaf məsələlərinin müzakirəsini nəzərdə tutan konfrans təşkil olunmalı idi. Üçüncü 

mərhələdə isə (2004-cü ilin May ayına kimi) İsrail-Fələstin arasında sərhədlər, Qüds, 

qaçqınlar və  məskunlaşma kimi  məsələlərə dair sülh danışıqlarının son statusu müzakirə 

ediləcək növbəti konfransın təşkil olunmalı idi. 

     Lakin,  “Yol  xəritəsi” planının reallaşması bir sıra çətinliklərlə üzləşdi.  İlk başda, 

həm İsrail, həm də Fələstin Yerusəlim üzərində nəzarət və Fələstin qaçqınlarının hüquqlarına 

dair  əsas məsələlərdə güzəştə getmək niyyətində deyildilər.  İsrail hökuməti Fələstin 

hökumətini Həmasın və digər ektrimist qrupların həmlələrinin qarşısını ala bilməməkdə 

günahlandırırdı.   

  Fələstinlilər isə  İsraili yaşayış  məskənələrini ləğv etməməkdə  və üstəlik 

Qərb sahili məskənlərində güclü müdafiə qüvvələrini toplamasına görə ittiham edirdi. 

 

 2000-ci ildən başlayaraq,  İsrail dövləti hücum və istənilən təhlükələrdən qorunmaq 



üçün Qərb sahillərində  sədd hörməyə başladı. Vatikan, Avropa İttifaqı  və  hətta ABŞ-ın da 

narazılığına baxmayaraq, İsrail bu səddi hörməkdə davam edirdi. 

  İsrail əhalisinin təhlükəsizliyini artırmaq,  İsrail Müdafiə Qoşunlarının üzərində təzyiqi 

aradan qaldırmaq, israil və fələstinlilər arasında çəkişməni azaltmaq  məqsədilə, 2005-ci ildə 

İsrail Qəzza zolağından birtərəfli geri çəkildiklərini elan etdi. Həmin il Qəzza fələstinlilərə 

qaytarıldı. Fələstin liderləri  İsrailin  İordan çayının  Qərb sahillərində daha böyük iddialara 

malik olmasını beynəlxalq ictimaiyyətə çatdırmağa çalışırdı. Beləliklə  də, Qərb sahillərində 

israillərin sayı artmağa başladı.     

  Qəzzadan geri çəkilmə Ariel Şaronun ölkəsində siyasi nüfuzunun zəifləməsinə  və 

növbəti seçkilərdə məğlub olmasına səbəb oldu. 2006-cı ildə hakimiyyətə Ehud Olmert gəlir. 

Həmas və Hizbullahın həyata keçirdiyi hərbi  əməliyyatlar nəticəsində  İsrail Müdafiyə 

Qoşunlarının əsgərlərini əsir götürülməsi ilə, İsraili Livanda yeni bir münaqişəyə daxil oldu.  

 2006-cı ildəFələstin muxtariyyətində keçirilən seçkilərdə  Həmas 123 parlament 

yerinin 74-nü qazandı. 2006-cı il Fələstində azad və şəffaf seçkilər ABŞ hökuməti tərəfindən 

dəstəklənirdi.  Lakin Vaşinqtonun qarşısından iki seçim var idi: ya Həması  Ərəb 

cəmiyyətində demokratik islahatları  dəstəkləyən bir qüvvə kimi tanımaq,  ya da ABŞ-ın 

terrorist təşkilatı siyahısına daxil etdiyi partiyanın seçki nəticələrinə qarşı etiraz etmək. 

Vaşinqton ikinci yolu seçdi. ABŞ  İsrail tərəfindən işğal olunmuş  ərazilərə etdiyi maliyyə 

yardımını dayandırdı,  Ərəb ölkələrini yeni hökuməti dəstəkləməmələrinə dair xəbərdar etdi. 

İsrail isə gömrük xərcini artırdı.  

  Fələstin fraksiyaları arasında gərgin mübarizə  zəifləməmiş  və 2007-ci ilin iyulunda 

hökumət parçalanmağa başlamışdır.  Həmasla Fətah arasında olan davamlı parçalanma Qəzza 

zolağında açıq qarşıdurmaya səbəb oldu. Həması  dəstəkləyənlər Fətah  liderlərinə qarşı 


Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin