PƏrvanə MƏMMƏDLĠ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə3/11
tarix31.01.2017
ölçüsü2,31 Mb.
#7225
1   2   3   4   5   6   7   8   9   10   11

«Əxtər» birinci mətbu orqanı kimi ilk dəfə olaraq İranda mövcud quruluşu 
tənqid edərək bu quruluşda nə kimi dəyişiklik aparmaq fikrini irəli sürən qəzet 
olub. 
«Əxtər»  tək  İranda  deyil,  Qafqazda,  Yaxın  Şərq  ölkələrində  yayılaraq 
maraqlı və məzmunlu yazılarına görə öz oxucuları arasında şöhrət tapmışdı. 
Onun  səhifələrində  dövrün  tanınmış  azərbaycanlı  ziyalıları  Əbdürrəhimov 
Talıbov,  Şeyx  Əhməd  Ruhi,  Məhəmməd  Tofiq  Xəbirülmülk,  Mirzə  Həbib 
İsfahani, Mirzə Rza xan Vəkeşlu yaxından iştirak edirlər. 

 
32 
«Əxtər»in  ən  görkəmli  cəhətlərindən  biri  bundan  ibarət  idi  ki,  o  iqtisadi 
məsələlərə  fikir  verir,  elmi  dəlil  və  izahatla  İranın  nöqteyi  nəzərdən 
dirçəlməsinin lazım olduğunu təbliğ edirdi. 
«Əxtər»  eyni  zamanda  Avropa  dövlətlərinin  müstəmləkəçilik  siyasətini 
təkcə İran miqyasında deyil, bütün Şərqdə ifşa edən bir qəzet idi». (5, 81) 
Qəzetin  səhifələrinə  müraciət  edək.  Qəzet  xarici  siyasət  məsələsində  İran 
dövlətinin  müstəqil  bir  xarici  siyasət  proqramını  qəbul  edərək  birtərəflik 
siyasəti  (İngilis  və  ya  Rus  meyilli  yox)  aparmağa  çağırır,  yazırdı  ki,  xarici 
dövlətlər  İranda  ancaq  mənfəət  güdür  və  müstəmləkəçi  dövlətə  yaxınlaşmaq 
İrana heç bir fayda gətirməz. 
«Əxtər»  1880-ci  il  (1298)  9-cu  sayında  yazırdı:  «Biz  xarici  siyasi  xətti 
hərəkətimizi  möhkəm  bir  bünövrə  üzərində  qurmadıqca    ümüdümüzü  onlara 
dikib,  xaricilərin  «xeyirxahlığından»  imtina  etməyincə,  bizim  tərəqqi  və 
inkişafımız  qeyri-mümkündür.  Xaricdən  isə  qarətçi  və  tamahkarlardan  başqa 
kimsə  bizim  tərəfimizə  gəlməyəcəkdir.  Biganələr  bizim  səadət  və 
xoşbəxtliyimizi  özlərinin  mənafeyi  alətinə  çevirməkdə  görürlər».  (19,  1880, 
№9). 
Qəzet  başqa  bir  məqaləsində  bu  məsələyə  toxunaraq  xarici  siyasətçilərin 
İrana  verdiyi  boş  vədləri  axmaqları  aldadan  boş  söz  adlandırırdı.  Avropa 
ölkələrinin  Şərq  ölkələri  ilə  münasibətdə  heç  zaman  beynəlxalq  hüquqlara 
riayət etməyəcəyini qeyd edən «Əxtər» qəzeti 1880-ci il 33-cü sayında  yazırdı: 
«Öz  mənafeyimiz  üçün  gördüyümüz  tədbirlər  onların  xoşuna  gəlmədikdə 
əvvəl  gizli  şəkildə  tədbirlərin  əleyhinə  mübarizə  aparırlar.  Bu  metod  nəticə 
vermədikdə  isə  son  vasitəni  işə  salıb  bizim  əleyhimizə  cəbr  (zorakılıq) 
tədbirlərinə  əl  atırlar.  Onlar  müdaxilə  üçün  heç  bir  haqlı  dəlil  və  ya  bəhanə 
tapmadıqda  açıqcasına  beynəlxalq  hüquq  qayda-qanunlarını  pozub  (bizim 
burada mənfəətimiz) işi yenə də öz xeyirlərinə həll edirlər».(79, 1880, №15) 
 «Hikmət»  qəzeti  1310-1892-ci  ildə  Qahirədə  Təbrizli  Məhəmməd  Mehdi 
xan tərəfindən təsis edilmişdi. Qəzet qeyri-müəyyən fasilələrlə ayda  3,2,1 dəfə 
çıxa  bilirdi.  Qəzetin  səhifələrində  siyasət,  elm,  təbabət,  ədəbiyyata  aid  yazılar 

 
33 
dərc  olunurdu.  «Hikmət»  qəzeti  öz  oxucularına  vətənpərvərlik  ruhu  aşılayırdı. 
«Yalnız  bu  qəzetin  vətənpərvərlik  təbliğatını  və  bu  təbliğatın  xüsusi  yüksək 
bədii  səviyyədə  verilməsini  nəzərə  alsaq  etiraf  etməliyik  ki,  həmin  qəzet  o 
dövrdə İran Cənubi Azərbaycan xalqı üçün çox təsirli bir vasitəyə əl atılmışdı. 
Qəzetdə  dərc  olunmuş  bəzi  vətənpərvərlik  ruhunda  olan  yazılar  doğrudan  da  o 
dövr  ədəbiyyatının  şah  əsərlərindən  sayıla  bilər».  (19,s.90).  «Hikmət» 
beynəlxalq  aləmdə  baş  verən  hadisələri  şərh  edib  onların  siyasi  təhlilini  verir 
müstəmləkəçilərin  Şərq  ölkələrindəki  törətdiyi  cinayətləri  ifşa  edərək,  İran 
xalqını səfərbərliyə çağırırdı 
 «Kamal» qəzeti Qahirədə çıxan birinci nömrəsində  yazırdı: «15 il bundan 
əvvəl Təbrizin darülfununda dərs oxuduğum zaman başıma vətənə xidmət hissi 
düşdü. Mənim aləmimdə, qəzet vətəni ayıltmaq və onu xilas etmək üçün yeganə 
vasitə idi. Qəzetdən yaxşı yol göstərən tapmırdım, bu doğrudan da belədir. Əgər 
qəzet,  qəzet  olub  nağıl  və  rəvayətlərin  məcmuəsi  olmasa,  o  əxlaq  qaydalarının 
əsasında  elm  və  siyasəti  incə  təbliğ  etmək  yolu  ilə  şirin  və  yumşaq  yazılan, 
qardaşcasına  və  dostcasına  təsirli  nəsihət  verməklə  bütün  çətinlikləri  aradan 
götürməyə qadir ola bilər». (91, 1905, №1) 
«ġahsevən»  1898-ci  ildə  İstanbul  şəhərində  qabaqcıl  Azərbaycan 
maarifpərvərləri  Ə.Talıbov  və  S.M.Şəbüstərinin  rəhbərliyi  ilə  çıxıb.  İranın 
avtoritar  quruluşunun,  cəmiyyətdəki  eybəcərlikləri  satirik  və  yumor  dili  ilə 
tənqid edirdi. Digər mühacir qəzetlər kimi dərc etdiyi yazılarla İranda inqilabın 
hazırlanmasına  zəmin  yaratmışdı.  Jelatin  üsulu  ilə  300  nüsxədə  çap  olunurdu. 
Məxfi  nəşr  olunan  bu  qəzet  gizli  surətdə  tək  İrana  deyil,  Avropanın  Paris, 
London kimi iri şəhərlərinə göndərilirdi. 
«Şahsevən»  Azərbaycanın  və  İranın  burjua-demokratik  istiqamətli  satirik 
mətbuatının  rüşeymi  və  sələfi  olub  İranda  bu  yöndə  çıxan  ilk  qəzet  idi.  Öz 
kəskin  yazıları  ilə  qədim  şah  hökümətini  çox  təşvişə  salmışdı.  Buna  görə  də 
İran  və  Türkiyə  polisinin  ciddi  təqibləri  üzündən  «Şahsevən»in  nəşri  uzun 
müddət davam edə bilmədi». (8, s.239) 

 
34 
Beləliklə,  o  dövrün  mütərəqqi  qəzetləri  (ölkənin  daxilindəki  yerli, 
xaricindəki  mühacir  qəzetlər)  ölkənin  ictimai-siyasi  vəziyyətini  doğru  əks 
etdirməklə, əhalinin müxtəlif təbəqələrinin zehninə təsir edir, onların içərisində, 
ictimaiyyətə,  ölkəyə  və  xalq  kütlələrinə  əvəzsiz  xidmətlər  göstərən  şəxslərin 
meydana gəlməsinə də səbəb olurdu.  

 
35 
II  F Ə S Ġ L 
MəĢrutə inqilabı illərində demokratik ənənələrin formalaĢması 
(1905-1911) 
Mətbuat dövrün aynası kimi 
XXI  əsrin  sonlarından  kortəbii  sıçrayışlar  şəklində  təzahür  edən  xalq  
nümayişləri artıq 1905-ci ilin sonunda şüurlu, nizamlı formalar almağa başladı. 
Hökumətə qarşı olan bu kütləvi hərəkatlar, inqilabla nəticələndi və   tarixə 
Məşrutə  inqilabı  (1906-1911)  adı  ilə  daxil  oldu.  İnqilab  iştirakçılarının  əsas 
tələbi  konstitusiyanın  qəbul  edilməsi,  məclis  çağırılması,  xarici  məmurların 
ölkədən qovulması və s. ibarət idi. Xalq hərəkatının genişlənməsindən qorxuya 
düşən şah hökuməti 1906-cı ilin avqustun 5-də qanuni əsasi verilməsi və həmin 
ilin  sentyabrın  9-da  Şura  Məclisinin  təsis  edilməsi  haqqında  fərmanı  təsdiq 
etməyə məcbur oldu. 
Beləliklə, İran konstitusiyalı şah ölkəsinə çevrildi. Tezliklə bütün əyalət və 
vilayətlərdə məclisə nümayəndələrin seçilməsi başladı. 
M.Rəsulzadə  həmin  dövrdə  İrandakı  əncümənlərin  (klublar)  sayının  70-ə 
yaxın  olduğunu  yazır,  onları  Fransa  inqilabındakı  klublara  bənzədirdi.  Onların 
ən nüfuzlusunun «Əcnüməni Azərbaycan» olduğunu qeyd edirdi (34, 119). 
Tehranda «Milli məclis» açılan günü paralel olaraq Təbrizdə «Azərbaycan 
milli məclisi» quruldu. 
Tehrandakı  hökumətin  təhdidi  ilə  bu  ad  «Azərbaycan  əyalət  əncüməni» 
(şurası)  ilə  əvəz  olundu.  «Azərbaycan  əyalət  əncümən»i  yarandığı  oktyabr 
ayından 1911-ci il dekabrın axırına qədər davam edən müddət ərzində müxtəlif 
adla,  Azərbaycan  milli  məclisi,  Azərbaycan  milli  əncüməni,  Təbriz  milli 
əncüməni,  Azərbaycan  əncüməni  və  nəhayət  Azərbaycan  əyalət  əncüməni 
adlanmışdır.  «Azərbaycan  əncüməni»  qurulduğu  gündən  Azərbaycanı 
yönəldərək  despotizmə  qarşı  aparılan  mücadilələrdə  Azərbaycan  xalqına 
rəhbərliyi əlinə ala bildi. 
Güney  Azərbaycanda  Məşrutənin  fərmanı  tətbiq  edildi.  Əncümənin  əsas 
vəzifələrindən biri seçkilərə hazırlığı həyata keçirmək olsa da, digər ictimai və 

 
36 
siyasi  məsələlərlə  məşğul  olurdu.  Bu  dönəmdə  Güney  türklərində 
«Hümmətçilikdən  millətçiliyə»  keçmə  meylləri  yaranırdı.  Tədrisin  türk  dilində 
aparıldığı  məktəblər  qurulur,  türkcə  mətbuat  yaranır,  yeni  siyasi  təşkilatların 
formaları meydana gəlirdi. Azərbaycan əyalət əncüməni «Əncümən» adlı mətbu 
orqanı nəşr etməyə başladı. 
«Azərbaycan əyalət əncüməni» əsasən «Gizli mərkəz» (bəzi ədəbiyyatlarda 
«Gizli əncümən», «Mərkəzi-qeyb») adlı təşkilatdan idarə olunurdu. 
1905-ci  ildə  Bakıda  N.Nərimanovun  dəstəyi  ilə  Güney  azərbaycanlılarının 
«İctimaiyyunun-amiyyun»  («Mücahid»)  adlı  sosial-demokratk  partiyası 
yaradılmışdı.  Təbrizdə  isə  ona  ekvivalent  olaraq  «Gizli  mərkəz»  fəaliyyətə 
başlamışdı. Mərkəzin lideri Kərbəlayi Əli idi, fransız dilini və siyasi ədəbiyyatı  
bildiyi  üçün  Əli  Müsyö  adı  ilə  tanınmışdı.  «Gizli  Mərkəz»  inqilabın 
başlanğıcından sonuna qədər Güney Azərbaycanda hərəkata rəhbərlik etmişdi. 
Lakin  1907-ci  ilin  əvvəlində  taxta  çıxan  Məhəmmədəli  şah  atasının 
imzaladığı  konstitusiyanı  tanımaq  istəmirdi.  Bu  xəbər  Təbrizdə  hərəkatın 
genişlənməsinə  təkan  verdi.  Fevral  ayının  8-də  Təbrizdə  «Gizli  Mərkəz»in 
başçılığı ilə Məşrutə inqilabı dövründə ilk silahlı üsyan baş verdi. Son nəticədə 
isə  Təbriz  şəhərində  real  hakimiyyət  əyalət  şurasının  əlinə  keçdi.  İnqilabın 
ağırlıq  mərkəzi  tədricən  Təbrizə  keçməyə,  İran  inqilabının  taleyi  bu  şəhərdə 
həll olunmağa başlamışdı. 
1908-ci il iyunun 23-də şahın göstərişi ilə İrandakı rus kazak hərbi dəstəsi 
Məşrutəyə  zərbə  endirmək  məqsədi  ilə  Məclisin  və  paytaxtdakı  Azərbaycan 
şurasının binalarını top atəşinə tutdurdu. 
Hakimiyyəti ələ keçirən Mərkəzi  hökuməti Azərbaycana ordu göndərsə də 
xalq  tərəfindən  müqavimətə  rast  gəlmişdi.  Bundan  sonra  Təbriz  11  ay  
mühasirədə qalmışdı. Xalq aclıq və bir çox başqa çətinliklərlə üzləşsə də  təslim 
olmamışdı.  Təbriz  döyüşlərində  Səttarxan  öz  yaxın  silahdaşları  ilə  misilsiz 
döyüş  şücaəti  göstərmişdilər.  Təbriz  İran  məşrutə  inqilabının  mərkəzinə 
çevrilmişdi.  İranın  qüvvələri  üzərində  qələbənin  qazanılmasında  böyük 

 
37 
xidmətləri  olan  Səttar  xan  və    Bağır  xanı  xalq  məhəbbətlə  «Sərdare-milli»  və 
«Salare-milli» (milli sərkərdə mənasındadır – P.M.) adlandırmışdı. 
Səttarxanın  saysız  qəhrəmanlıqları  Təbrizin  yenilməzliyi  yaxın-uzaq 
ölkələrdə  böyük  əks-səda  doğurdu.  Həmin  günlərdə  Azərbaycan  Əyalət 
Əncüməninin  və  şəxsən  Səttarxanın  adına  dünyanın  Bakı,  Tiflis,  Peterburq, 
İstanbul, Paris, Nəcəf və s. şəhərlərindən təbrik teleqramları, məktublar, şeirlər 
daxil olur, xarici qəzet və dərgilərdə bunlar haqqında məqalələr dərc olunurdu. 
Qeyd  etdiyimiz  kimi,  «Molla  Nəsrəddin»  dərgisi  bütün  hərəkat  boyu 
Azərbaycan  inqilabçılarına  ruh  verirdi.  Təbrizdəki    qanlı  döyüşlər  vaxtı  Cəlil 
Məmmədquluzadə  yazırdı:  «Bu  gün  Kərbəla  meydanı  Azərbaycandakı 
vətənpərvərlik meydanıdır. Hər kimin ürəyində bir cüzi din, namus, vətən hissi 
varsa,  oranın  qeydinə  qalmalıdır.  M.Ə.Sabirin,  eləcə  də  digər  şairlərin  yüksək 
hörmət  və  iftixarla  Səttarxana  həsr  etdiyi  şeirləri  «Molla  Nəsrəddin»də  çap 
olunub, Cənubda da yayılırdı. 
1909-cu  ildə  Güney  Azərbaycanın  bütün  qərb  vilayətləri  (Maku  istisn a 
olmaqla)  əksinqilabçılardan  təmizlənmiş,  demokratik  hakimiyyət  bərqərar 
edilmişdir. 
O  illərdə  təzə  nəşrə  başlayan  «Molla  Nəsrəddin»  jurnalı  İran  və  Güney 
Azərbaycan mövzusuna geniş yer ayırırdı. «Molla Nəsrəddin»in elə bir sayı yox 
idi  ki,  orada  bu  mövzu  M.Cəlilin,  M.Ə.Sabirin  və  jurnalın  Təbriz  müxbirləri  – 
M.S.Ordubadi,  Mirzə  Ələkbər  Məmmədquluzadə  (Cəlil  Məmmədquluzadənin 
qardaşı – P.M.) İskəndər Qəffari Sərxpuşun qələmi ilə  felyeton, şeir, xəbər və 
s.  şəklində  getməsin.  Bakıda  nəşr  edilən  «İrşad»,  «Həyat»,  «Təzə  həyat»  kimi 
mətbu orqanları da İrandakı məşrutə inqilabına böyük mənəvi dəstək olurdular. 
Əgər  XIX  əsrin  sonlarında  Güney  Azərbaycanda  yalnız  Türkiyənin  nəşr 
nümunələri  ilə  tanış  idilərsə,  artıq  XX  əsrin  əvvəllərində  daha  çox  Bakı  və 
Qafqazda  Azərbaycan  dilində  çıxan  mətbu  və  nəşləri  izlənilirdi.  Bu  o  dövrdə 
Azərbaycanda uzun fasilədən sonra (1891-1904) çap olunan «İrşad» (bu qəzetin 
Sadıq xan Fərəhani tərəfindən İrandakı azərbaycanlılar üçün fars dilində xüsusi 

 
38 
əlavəsi  hazırlanırdı)  xüsusilə  «Molla  Nəsrəddin»  və  digər  mətbu  orqanlarında, 
öz ölkələri ilə bağlı bilgilər alırdılar. 
Beləliklə, Güney Azərbaycanın oxucuları İranın başqa rayonlarından fərqli 
olaraq buradakı hadisələr haqqında Qafqaz və rus sosial demokratiyasının təlim 
və baxışları, İran inqilabına yönəldilən fəaliyyəti (8, 215) və digər materiallarla 
bilavasitə tanış olurdular. 
Ailəsini  dolandırman  və  çörəkpulu  qazanmaq  üçün  bütün  Qafqaz  boyu 
səpələnmiş  Güney  azərbaycanlılar  İrana  geri  qayıdarkən  özləri  ilə  rus  qafqazlı 
və fəhlələrini istiqlal mücadiləsi ideyalarını da gətirirdilər. 
M.Rəsulzadə    yazırdı  ki,  iranlıların  Bakıda  qurulan  ilk  inqilabi  cəmiyyəti 
Tehran  və  Təbrizə  mürşidlər,  fədailər,  bombalar  və  sair  məvaddi-infilaqiyyə 
göndərirdilər. 
M.Rəsulzadə  İranda  inqilab  və  azadlıq  hərəkatını  izhar  edən  qüvvət  və 
alimlərin toplandığı mərkəzin Bakı və İstanbul olduğunu qeyd edirdi (34, 124). 
O, yazırdı ki, Məşrutə dönəmində İstanbulda əsasən iranlı türklərdən təşkil 
olunmuş  «Səadət  əncüməni»  adlı  komitə  təşkil  olunmuşdu.  Bu  komitə  bir 
tərəfdən  nəşr  etdiyi  bəyannamələrlə  İranda  əfkari-ixtilal  pərvərənəyi  iqaze, 
vurduğu  teleqraflarla  Avropa  Əfkari-  ümumisini  tənvirə    çalışıyor,  digər 
tərəfdən də mərakizi ixtilaliyə beynində mübadilə-məlumat və əxbər mərkəzliyi 
vəzifəsini ifadə ediyordu» (34, 124). 
Qeyd  edək  ki,  o  illərdə  İstanbulda  «Səadət  əncüməni»  tərəfindən  həftəlik 
«Siruş»  (1909-1910)  adlı  qəzet  dərc  olunurdu.  Onun  yaradıcı  heyətinə  Seyid 
Məhəmməd  Tofiq,  Əli  Əkbər  Dehxuda  («Sure-İsrafil»  qəzetinin  aparıcı 
müxbiri)  Əhməd  bəy  Ağaoğlu  (yaxşı  tanıdığımız  görkəmli  publisist)  və  Yəhya 
Dövlətabadi daxil idilər. 
O  illərdə  Təbrizdəki  hadisələrin  tək  seyrçisi  deyil,  həm  də  fəal  iştirakçısı 
olan  M.Ə.Rəsulzadə  Təbrizi  müdafiə  edən  mücahidlərin  və  onların  rəhbəri 
Səttar  xanın  qəhrəmanlığını  «İran  məktubları»nda  xüsusi  qeyd  edirdi.  Məşrutə 
hərəkatı sonda məğlubiyyətə uğrasa da, Rəsulzadə İranda XX əsrin əvvəllərində 

 
39 
yeniləşmə prosesini Səttar xanın adı ilə bağlayır, onun İran tarixində bir dirçəliş 
rəmzinə çevrildiyini qeyd edirdi. 
M.Rəsulzadəyə  görə  bu  Məşrutə  dövrü  Güney  azərbaycanlıların  milli-
mədəni  hərəkatdan  milli  haqlar  uğrunda  siyasi  mübarizəyə  bir  keçid  mərhələsi 
olmuşdu. 
O  dövrdə  İran  tarixində  ilk  dəfə  Avropa  standartlarına  uyğun  olan  və 
ölkədə  ən  çox  oxunan  və  ən  nüfuzlu  qəzet  sayılan  «İran-nou»  gündəlik  qəzeti 
nəşr olunurdu. Qəzetin redaktoru M.Ə.Rəsulzadə idi. M.Ə.Rəsulzadənin sözləri 
ilə desək, «İran-noy» Demokratik fərqənin fikirlərini yayırdı, yaradıcı heyəti də 
Azəri türklərindən təşkil olunmuşdu. 
O, 1908-ci ildə Bakı Sosial Demokrat komitəsi tərəfindən Gilan inqilabına 
nəzarət  üçün  Rəşt  şəhərinə  gəlib  həmin  il  mücahidlərlə  birlikdə  Tehrana 
gedərək  Məşrutə  hərəkatına  qoşulmuşdu.  Tehranda  qısa  bir  vaxt  ərzində 
Məşrutə  liderlərinin  diqqətini  çəkmiş  və  Demokrat  Partiyasının  qurulması  və 
proqramının  yazılmasında  iştirak  etmişdir.  Rəsulzadə  Seyid  Həsən  Tağızadə 
olmaqla  Avropa  təhsili  görmüş  bir  qrup  İran  ziyalısı  ilə  birlikdə  1910-cu  ilin 
sentyabr  ayında  İran  Demokrat  partiayasının  əsasını  qoyur.    İran  Demokrat 
Partiyasının  orqanı  kimi  fəaliyyətə  başlayan  «İran-nou»  qəzeti  Məşrutə 
inqilabının  ikinci  dövründə  və  məclisin  ikinci  dönəmində  ən  məşhur  qəzet  idi. 
Məhəmməd  Əmin  Rəsulzadə  buradakı  fəaliyyəti  ilə  yeni  qəzet  üslubunu  – 
Avropa  tərzini  İrana  gətirdi.  O,  Azərbaycanın  rus  işğalından  qurtulması  və 
İranın  Rusiyanın  təsirindən uzaqlaşması  ilə  bağlı  sərt  yazılar  yazırdı.    Qəzetdə 
M.Ə.Rəsulzadə bəzən Niş təxəlüsü ilə çıxış edirdi. 
Qəzet adətən ölkədə baş verən siyasi hadisələri işıqlandırır, çatışmazlıqları 
açıq  göstərirdi.  «İran-nou»  tez-tez  nüfuzlu  şəxslərin  və  qəzetlərin  həmləsinə 
məruz  qalırdı.  Səhifələrindən  birində  Krılovun  «Heyvanların  konserti» 
təmsilinə iqtibas çap edən qəzet Sipəhdarın qəzəbinə tuş gəlmişdi. 1911-ci ildə 
fəaliyyətini «İran-novin» adı altında davam edən qəzetdə siyasi  məsələlər daha 
kəskin  verilirdi.  Belə  ki,  bu  mətbu  orqanı  İranda  olan  əcnəbilərin  pərdə  arxası 
işlərinin  üstünü  açmağa  nail  olurdu.  Sədr  Haşiminin  qeyd  etdiyinə  görə 

 
40 
Tehranın  Milli  Məclis  nümayəndələri  öz  nitqlərində  qəzetdə  dərc  olunan 
yazılardan istifadə edirdilər (61, 65). 
O  illərdə  Səttanxan  Mərkəzi  hökumətə  belə  bir  müraciət  göndərmişdi: 
«Bizim  şahla,  onun  taxt-tacı  ilə  işimiz  yoxdur.  Biz  azadlıq,  hüquq  və 
konstitusiyanın  şərtlərinə  əməl  olunmasını  istəyirik.  Şah  bizim  istəyimizi  bizə 
verməlidir, yoxsa biz cümhuriyyət elan edəcəyik». 
Güney  Azərbaycanda  demokratik  hakimiyyətin  bərqərar  edilməsinə 
baxmayaraq,  İngiltərə  və  Rusiya  hökumətlərinin  təhriki  ilə  bundan  sonra  da 
Təbrizə  qarşı  əksinqilabın  yeni  hücumları  davam  edirdi.  1911-ci  ildə  rus 
qoşunlarının  təbrizə  hücumu  və  şəhərin  tutulması  inqilabın  yatırılması  ilə 
nəticələndi. 
1905-1011-ci  illər  İran  burjua  inqilabında  Azərbaycan  aparıcı  və  həlledici 
rol  oynadı.  Bu  inqilab  Azərbaycan  xalqının  ictimai-siyasi  və  milli  şüurunun 
inkişafı üçün şərait yaratdı. 
Bu  dövrdəki  mətbu  orqanlarının  siyasi  istiqaməti  eyni  deyildi.  Mətbuat 
əsasən  konstitusiya  tərəfdarları  və  mütləqiyyət  (monarxiya)  tərəfdarlarına 
bölünürdülər.  Sosial  demokratik  mətbuatının  ilk  nümainələri  yaranırdı 
(«Mücahid»,  «İstiqlal»).  Xüsusilə  Quzey  Azərbaycanda  çıxan  «Molla 
Nəsrəddin»,  «İrşad»  və  bu  kimi  mətbu  orqanların  təsiri  ilə  mətbuatda  yeni 
satirik felyeton, siyasi publisistika və satirik qrafika (karikatura) yaranırdı. 
Mətbuatın  inkişafı  ilə  bərabər  siyasi  publisistika  da  yetkinləşirdi. 
Keyfiyyət  dəyişikliyi  publisistik  sənətkarlığın  artmasında  özünü  qabarıq 
göstərirdi. Bundan başqa satirik mətbuat yaranır, onun səhifələrində yeni janrlar 
karikatura və siyasi felyeton nümunələri formalaşırdı. 
Məşrutə fərmanı ölkədəki siyasi fəzanın açılmasına gətirib çıxardı. Zülmün 
və  haqsızlığın  aradan  aparılması,  ədalətin  və  müstəqilliyin  bərpası  devizi 
altında  başlanmış  xalq  hərəkatı  iştirakçılarının  əsas  tələbi  qanunlara  söykənən 
bir  hökumətin  yaradılması  və  bir  vətəndaş  olaraq  onların  həyat  tərzini 
formalaşdıracaq  hüquqların  təmin  olunması  ıdı.  Çünki  xalq  mədəniyyət  və 
təfəkkür  tərzi  baxımından  əvvəlki  illərə  nisbətən,  bir  çox  irəliləyişlərə  nail 

 
41 
olmuşdu.  Gündən-günə  genişlənən  siyasi  hadisələrin  və  ictimai  çəkişmələrin 
nəticəsi  ölkənin  xəbər  mərkəzinə  çevrilməsinə,  bu  isə  Azərbaycanda  nəşriyyat 
bazarının  yaranmasına  gətirib  çıxardı.  Müxtəlif  qəzetlər  yayılmağa  başladı. 
İnqilabi  hərəkat  ölkənin  ədəbi  mühitində  əks  olunduğuna  görə  tezliklə  bir  çox 
şair  və  yazıçılar  da  azadlıq  aşiqlərinə  qoşularaq  qələmləri  ilə  mübarizəyə 
atıldılar. Nəticədə xalqın informasiya qıtlığı aradan qaldırıldı. 
Xalqın  əlinə  yetişən  bu  qəzetlər  kütləni  gündən-günə  yenilənən  siyasi 
cərəyanlara  doğru  istiqamətləndirildi.  Bu  nəşriyyatların  yeni  ədəbi-mədəni 
mühitin  formalaşmasında  günün  tələbindən  doğan  əsərlərin  yaradılmasında, 
həcv və tənqidin köməyilə xalqın əsrlərdən bəri davam edən qəflət yuxusundan 
oyadılmasında  böyük  rolu  olmuşdur.  Əlbəttə,  bu  bu  qəzetlər  heç  də  eyni 
səviyyədə  deyildi.  Bəzisi  ana  dilində,  bəzisi  fars  dilində,  bəziləri  isə  hər  iki 
dildə nəşr olunurdu. Onların çoxu burjuaziya ilə bağlı olan ziyalıların fikirlərini 
təbliğ edirdi. Bir hissəsi cəmiyyətin yuxarı, bəzisi isə aşağı təbəqəsinin  – şəhər 
və  kənd  zəhmətkeşlərinin  arzu  və  istəklərini,  fikirlərini  çap  etməklə  ölkə 
əhalisinin mədəniyyətini özlərində əks etdirirdi (64, 15). 
Hələ illər öhcə, Nəsrəddin şah Qacarın dövründə nəşriyyə və tərcümə işləri 
nazir,  Etimadüssəltənətinin  rəhbərliyi  altında  «Senzura  idarəsi»  adlı  təşkilat 
mövcud    idi  və  bütün  mətbu  orqanları  bu  idarədən  keçdikdən  sonra  nəşrinə 
icazə  verilirdi.  Aydındır  ki,  bu  qurumun  varlığı  ilə  mətbuat  azadlığı  tam 
anlamda  olmamışdır.  Çünki  istənilən  qəzetin  yazılarındakı  dövlət  siyasətilə 
uyğunsuzluq onun dəhşətli sonluğu demək idi.  
İlk  milli  şuranın  açılmasından  və  Azərbaycan  nümayəndələrinin  Tehrana 
gəlməsindən  sonra    Azərbaycanlı  millət  vəkillərinin  təkidilə  1908-ci  ildə 
senzura  ləğv  edilərək  86  məclis  nümayəndəsinin  iştirak  etdiyi  toplantıda  76  % 
səs  çoxluğu  ilə  yeni  mətbuat  qanunu  qəbul  olundu.  Beləliklə,  mətbuat  tam 
azadlığa  qovuşaraq  istədiyi  qəzeti  senzurasız  çap  etmək  hüququna  malik  oldu. 
Bu qanun 52 maddəni ehtiva edən 6 fəsildən ibarət idi. Onun müqəddiməsində 
deyilirdi:  «Konsititusiyanın  20-ci  bəndinə  müvafiq  olaraq  yanlış  və  dinə  qarşı 
zərər  törədə  biləcək  kitab  və  yazılardan  başqa  bütövlükdə  mətbuata  senzura 

 
42 
tətbiq etmək qadağandır. Lakin onlarda mətbuat qanunlarına zidd bir şey olarsa, 
nəşriyyatçı  və  ya  qələm  sahibi  həmin  qanunlar  çərçivəsində  cəzalandırılır. 
Yazıçı məşhur İran əhlindən olduqda isə nəşriyyatçı cəzadan azaddır. 
Qərara  alınır  ki,  cəmiyyətin  hüquqlarının  qorunması,  habelə,  qələm 
sahiblərinin  və  mətbuatın  basqılarını  zərərsizləşdirilməsi  məqsədilə,  qanunlar 
çərçivəsində,  kitab,  qəzet,  elan  və  müxtəlif  layihələrin  nəşri  azaddır.  Bu  kimi 
işlər  və  mətbuatın  satışı  ilə  məşğul  olmaq  arzusunda  olan  şəxslər  əvvəlcədən 
maarif  nazirliyi  yanında  şəri  öhdəçiliklərlə  mükəməfiyyətləndirilməlidir  (64, 
96). 
Bu  mütərəqqi  qanunun  əhəmiyyətinin  lazımınca  işıqlandırılması  üçün 
qəbul  edilməsindən  əvvəl  və  sonra  nəşr  olunan  qəzetlərin  müqayisəsinin 
aparılması zəruridir. Bu qanunun qəbul edilməsindən əvvəl nəşr olunan qəzetlər 
haqqında  Ə.Kəsrəvi  yazırdı  ki,  «doğrüdür,  bu  dövrdə  ölkədə  bir  sıra  qəzetlər 
nəşr edilirdi. Lakin onların çoxu yersiz dualar, məddahlıq, qaranı ağ göstərmək 
və  s.  kimi  yazılarla  dolu  idi.  Ölkədə  aparılan  işlər  və  baş  verən  proseslərin 
tənqidindən söhbət gedə bilməzdi. Sankı buradakı məmurlar bütün işlərdən uzaq 
idi.  Zəkaulmülk  (Məhəmməd  Hüseyn)  «Tərbiyət»  adlı  bir  qəzetdə  bəzən 
fransızcadan  etdiyi  tərcüməsində  çarəsizlikdən  «qanun»  sözünün  əvəzinə 
«qayda» kəlməsini işlətmişdir». 
Yuxarıda şeyd olunduğu kimi qəzetlər nəinki Qacarın məmurları tərəfindən 
senzuradan  keçirilirdi,  hətta  azadlıq  o  dərəcədə  boğulurdu  ki,  ən  kiçik  ictimai 
və  siyasi  məsələlərə  toxunmamaq  üçün  yazıçılar  və  naşirlər  arasında  bir  növ 
özünü kontrol da mövcud idi. 
Lakin haqqında söhbət gedən qanun qəbul olunduqdan sonra mətbuat bütün 
ölkədə azad şəkildə nəşr edilməyə başladı. Qələm sahibləri tam qüvvəylə xalqı  
informasiya  ilə  təmin  etmək  üçün  səfərbər  oldular.  İstər  siyasi,  istər  ictimai, 
istərsə  də  iqtisadi  baxımdan  bütün  məsələlər  qəzet  səhifələrində  şərh  və  analiz 
olunmağa  başladı.  Saray,  hətta  şəxsən  Məhəmmədəli  şah  belə  tənqid  edildi. 
«Müsavat»  qəzeti  şahın  və  onun sarayının  əməlləri  haqqında  daha  çox  yazırdı. 
Əhməd  Kəsvərinin  yazdığına  görə  «Sultanul  üləma  Xorasani  «Ruhul  qüds» 

 
43 
qəzetində cəsarətli sözlər yazmışdı ki, bu sözlərin başında Məhəmmədəli Mirzə 
dururdu.  Təhsil  nazirinin  məhkəməyə  müraciəti  nəticəsində  Sultanül  üləma 
oraya  dəvət  edildi.  Məhəmmədəli  Mirzənin  ünvanını  «qəssab  dükanı» 
adlandırılmasının  səbəbi  soruşulduqda  «Sultanül  üləma»  münsiflər  heyəti 
çağırılmasını tələb etdi. Bu bəhanə idə cavab verməkdən boyun qaçırdı və iddia 
təmin olunmadı» (62, 87). 
 
Bu  dövrdə  Azərbaycanda  50-yə  yaxın  şəzet  və  jurnal  nəşr  olunurdu. 
Tədqiqatçı  Hüseyn  Umud  onlardan  səkkizinin  Azərbaycan-fars,  birinin 
Azərbaycan, qalanlarının farsca çıxdığını qeyd edir (65, 49). 
1906-cı  ildə  Təbrizdə  «İttahad»,  «Azad»,  «Dəbistan»,  «Əcnümən», 
«Azərbaycan»,  1907-ci  ildə  «Hərfe-həqq»,  «Mücahid»,  1908-ci  ildə  «İttihad» 
(II), «Həşərətül-ərz», «Xeyrəndiş», «Molla əmi», «Naleyi-millət», 1909-cu ildə 
«İstiqlal»,  «Buqələmun»,  1910-cu  ildə  «Təbriz»,  «Şəfəq»,  1911-ci  ildə 
«Səadət»  qəzetləri  nəşrə  başladı.  Bu  illərdə  Urmiyə  şəhərində  «Fərvərdin» 
(1911)  və  «Fəryad»  (1907)  qəzetləri,  Həmədanda  «Ülfət»  (1907),  Kəmaliyyə 
(1910),  «Səadət»  (1907),  Ərdəbildə  «Bərge-səbz»  (1908)  qəzeti,  «Şəfəq» 
(1911), «Mükafat» (1909) qəzetləri nəşr olunurdu (61, 3). 
Məşrutə  inqilabı  dövründə  mətbuat  həqiqətən  dövrünün  ictimai-siyasi  və 
ədəbi həyatının güzcüsünə çevrilmişdi. Bu dövrə xas olan xüsusiyyətlərdən biri 
də  yaranan  ədəbiyyatın  ayrıca  kitab  və  digər  bədii  nümunələrdə  deyil,  məhz 
mətbuat  səhifələrində  əks  olunması  idi.  Məsələn,  Əşrəfəddin  Gilani  tərəfindən 
Rəştdə  nəşr  olunan  «Nəsimi-Şimal»  qəzetinin  əksər  səhifələri  şeir 
nümunələrindən  ibarət  idi.  Yusifxan  Etisalınmülkün  redaktorluğu  ilə  çıxan 
«Bahar»  qəzetində  Yusif  xanın  şeirləri  və  rus,  fransız,  ərəb  ədəbiyyatından 
etdiyi tərcümələr əsas yer tuiurdu. «Sure-İsrafil» qəzetində bu mətbu orqanının 
baş  yazısı  Əli  Əkbər  Dehxudanın  daimi  rubrikası  olan  «Çərənd  pərənd»  də  o 
dövr üçün yeni olan siyasi felyetonun nümunələri yaranırdı. 
İstanbul  şəhərində o  illərdə  azərbaycanlı  ziyalıların  daha iki  mətbu  orqanı 
çap olunurdu. Bunlardan biri Seyid Həsən Təbrizi və Seyid Məhəmməd Tofiqin 

 
44 
rəhbərliyi  ilə  1909-1920-ci  illərdə  nəşr  olunan  «Şəms»  qəzeti  idi.  İstanbulda 
nəşr  olunan  digər  qəzetin  redaktoru  Təbrizli  Hacı  Həsən  xan  Cəfərzadə  idi. 
Azərbaycan və fars dillərində nəşr olunan bu qəzet demokratik yönlü idi və  öz 
səhifələrində siyasi satirik materiallara geniş yer ayırırdı. İstanbulda təhsil alan 
azərbaycanlı tələbələr qəzetdə fəal iştirak edirdilər. 
İnqilab  illərində  İranın  digər  şəhərlərində  də  azərbaycanlı  inqilabçı 
publisistlər tərəfindən bir sıra qəzetlər nəşr olunurdu. Tehranda M.Rəsulzadənin 
və Əbuziyaının redaktorluğu ilə «İrane-noy», S.H.İbrahimzadənin redaktorluğu 
ilə    «Carçiye-millət»,  Rüşdiyyənin  qələmi  ilə  «Tehran»,  Həsənxan  Təbrizinin 
mühərrirliyi ilə «Əsr», Mahmud Əfşarın redaktorluğu ilə «Cənteye-paborəhie», 
Xorasanda  Məhəmmədsadıq  Təbrizi  və  S.H.Ərdəbilinin  redaktorluğu  ilə 
«Xurşid»  və  «Xorasan»  qəzetləri  çıxmış,  Tehran  sosial-demokrat  təşkilatının 
orqanı  «Sure-İsrafil»  qəzetinin  redaktorlarından  biri  Mirzə  Qasımxan  Təbrizi 
(Sure  İsrafil)  olmuşdur.  Cənubi  Azərbaycanın  tərəqqipərvər  ziyalıları,  o 
cümlədən  S.Salmasi,  Mirzə  Qafar  xan  Zunuzi,  Heydər  Əmioğlu  və  başqaları 
Zaqafqaziya mətbuatında da, xüsusilə «İrşad» qəzetinin İrana aid səhifələrində, 
Tiflisdə  çıxan  sosial-demokrat  qəzetlərində  İranda  ictimai-siyasi  vəziyyətə  və 
inqilabi  mübarizəyə  həsr  edilən  demokratik  məzmunlu  məqalələrlə  çıxış 
edirdilər (8, 47). 
1910-1911-ci  illərdə  Azərbaycanda  vətənpərvərlik  və  azadlıq  ideyalarını 
təbliğ  edən  digər  milli  burjua  mətbuatı,  o  cümlədən  Təbrizdə  «Şəfəq», 
«Təbriz»,  Xoyda  «Mükafat»  və  «İslah»,  Urmiyada  «Fərvərdin»  qəzetləri  dərc 
olunurdu.  Bu  dövrdə  hərbi  müdaxiləyə  qarşı  xalq  hərəkatının  təşkilinə  kömək 
mətbuatın  əsas  mübarizə  hədəfini  təşkil  edirdi.  Bu  zaman  mütərəqqi  qəzetlər 
Səttarxanla  Bağırxanın  adından  xalqa  müraciətlə  yazılan  bəyanatları  dərc 
etməklə mühüm iş görürdü (Kəsrəvi). Onlar bu müraciətlərdə xarici müdaxiləyə 
qarşı  kəskin  etirazlarını  bildirir,  çar  konsulluğunun  inqilabçılara  qarşı 
uydurduğu  «quldurluq»,  «iqtişaşçılıq»  böhtanlarını  rədd  edir,  xalqı  sayıq 
olmağa,  konstitusiyanın  müdafiəsi  uğrunda  mübarizəni  davam  etdirməyə 
çağırırdılar. 

 
45 
«Şəfəq» qəzeti 1910-cu ildə  yaranan və Təbrizdə gizli iş  aparan demokrat 
təşkilatının  qeyri-leqal mətbuat orqanı idi. Yaranan bu qəzet öz kəsərli yazıları 
ilə  xüsusilə  fərqlənir,  milli  istiqlaliyyət  və  demokratiya  uğrunda  mücadilənin 
inkişafına mühüm təsir göstərirdi. 
«Şəfəq» qəzetinin şücaət və cəsarətli, kəskin mübarizə xətti, xüsusilə atəşin 
vətənpərvərlik  ruhundakı  məqalələri  çarizmin  hiddət  və  qəzəbinə  səbəb  olurdu 
(Braun). 
Mətbuatın  ifşaçılıq  fəaliyyətində  intibahnamələrlə  yanaşı  kitabçalar 
nəşrindən  geniş  istifadə  olunurdu.  1909-cu  ilin  may-iyun  aylarında 
müdaxiləçilərin  inqilabçılara  və  dinc  əhaliyə  qarşı  azğınlıq  və  soyğunçuluq 
əməllərini  ifşa  edən  çoxlu  kitabça  buraxıldı,  onların  mətni  «Mükafat» 
qəzetində, habelə mühcir mətbuatında dərc olunub yayılırdı. 
Terrora  və  təqiblərə  baxmayaraq  inqilabdan  sonra  mütərəqqi  qüvvələr  öz 
mətbuat fəaliyyətini tədricən bərpa etməyə başladılar, onların içərisində «İnsaf» 
qəzetinin xüsusilə seçilərdi. Qəzet demokrat təşkilatına  mənsub olan Xiyabani, 
İskəndani  və  İbrahim  Şəbüstərinin  başçılığı  ilə  1913-cü  ilin  payızından  gizli 
surətdə nəşr olunmağa başladı. 
«İnsaf» qəzeti elə bir şəraitdə nəşrə başlamışdı ki, İranda azadlıq və irtica 
qüvvələri arasında məclis və konstitusiyanın bərpası və xarici hərbi müdaxiləyə 
münasibət məsələləri ətrafında kəskin siyasi mübarizə gedirdi. 
Əksinqilabi çevriliş yaratmaq cəhdi və  Azərbaycan feodallarını silahlı çı-
xışa  təhrik  etməsi  mütərəqqi  mətbuatın  kəskin  tənqid  hədəfinə  çevrildi. 
«Şəfəq», «Təbriz» qəzetləri «Qardaşlar, birləşin! Azadlıq düşmənlərini qovun!» 
çağırışları  ilə  xalqı  mübarizəyə  çağırır,  daxili  və  xarici  düşmənlərin  fitnələrini 
ifşa edirdi. 
Bu  zaman  İstanbulda  əsasən  azərbaycanlı  inqilabçı  ziyalılar  tərəfindən 
Azərbaycan  və  fars  dillərində  nəşr  olunan  demokratik  istiqamətli  satirik 
«Şeyda»  qəzeti  də  əcnəbilərin  İran  işlərinə  hərbi-siyasi  müdaxiləsinə  kəskin 
etirazını bildirir və hakim dairələri kəskin tənqid atəşinə tuturdu. 

 
46 
İnqilab  məğlub  olduqdan  sonra  ölkənin  hər  yerində  olduğu  kimi,  Cənubi 
Azərbaycanda  da  bütün  demokratik  təşkilatlar  qadağan  edildikdə  demokratik 
qəzetlər  bağlandı,  onların  leqal  fəaliyyəti  yenidən  dayandırıldı.  Bunun  əksinə,  
əksinqilabçı  qüvvələr  və  hakimiyyətini  möhkəmlətmək  üçün  mətbuatdan  daha 
geniş istifadə edirdi (8, 47). 
Meydanı boş görən həmin qəzetlər xalq kütlələrini aldatmaqda irtica əlində 
bir  silaha  çevrildi.  Bu  dövrdə  qatı  monarxist  məsləki  və  imperializmə  xidmət 
göstərən  «Fikir»,  «Tofiq»    kimi  (mürtəce  mövqedə  duran  bu  iki  qəzetin 
redaktorları  məişəcə  erməni  idi  –  P.Ə.)  Əksinqilabi  qəzetlər  nəşr  edilirdi  ki, 
bunlar maliyyə cəhətdən çar konsulu tərəfindən təmin olunurdu. 
«İnsaf»  qəzeti  xalqın  konstitusiyasının  bərpasına  dair  tələblərini  müdafiə 
edir  və  onun  düşmənlərini  ifşa  edərək  yazırdı  ki,  bunlar  bir  dəstə  köhnə 
istibdadçı  və  din  alverçisidir.  Azərbaycan  xalqını  təmsil  edə  bilməzlər: 
«Millətimiz  şəhidlərin  qanı  bahasına  aldığı  məşrutədən  əl  çəkməyəcəkdir. 
Yaşasın  və  paydar  olsun  qanuni-əsasi  və  məclisi-milli!  Ey  vətənin  şərəfli 
övladları,  düşmən  müqabilində  əyilməyən  başınızı  uca  tutun,  vətənin  istiqlalı, 
məşrutə və azadlığını ehtiyacı sizin mətanət və hümmətinizə bağlıdır (86). 
Məşrutə dövründə çap olunan və bir çox keyfiyyətləri ilə nəzəri cəlb edən 
qəzet və jurnallarla daha yaxından tanışlıq üçün onlara nəzər salaq. 
 «Ümid»  
Loğmaniyyə  mədrəsəsinin  tələbələri  tərəfindən  məşrutə  dövrünün 
əvvəllərində  «Ümid»  adlı  qəzet  nəşr  olunurdu.  Faydalı  və  elmi  qəzet  olan 
«Ümid»in 1907 (h.q.1325) ci ilədək 24 nömrəsi çapdan çıxdı. Bu həftəlik, şəkil-
təsvirli qəzet daşbasma üsulu ilə çap olunur və başlığında aşağıdakı ifadə dərc 
edilirdi: «Bu dövlətin və millətin tərəqqisi, elm və maarifin yayılması üçün təsis 
dilmiş bir qəzetdir». 
«Ümid»  məşrutə  bərqərar  edildikdən  sonra  nəşr  edilən  ilk  qəzetlərdən  idi. 
Loğmaniyyə mədrəsəsinin 5-6 tələbəsi tərəfindən təsis olunan bu qəzetin nəşri 8 
aya yaxın davam etdi. 
«Dəbistan» (ibtidai məktəb) jurnalı 

 
47 
1906  (1324  h.q.)-ci  ilin  əvvəllərində  məktəb  direktoru  Mirzə  Rzanın 
rəhbərliyi altında Təbrizdə daşbasma üsulu ilə, iki həftədə bir nəşr edilirdi. 
«Dəbistan»  jurnalı  Rza  Pişəvərinin  təsisatı  ilə  özünün  direktoru  olduğu 
«Pərvəriş»  (Tərbiyə)  məktəbində  çap  olunurdu.  Jurnal  hər  on  beş  gündən  bir 
daşbasma  üsulu  ilə  8  səhifədə  çap    olunur  və  yaylanırdı.  Təbrizdə  nəşr  edilən 
«Əlhədid» qəzeti özünün 1906 (h.q. 1324)cü il aprel ayının 12-də 43-cü sayında 
bu jurnal haqqında yazırdı: 
«...Belə  çıxır  ki,  Təbrizdə  ikinci  gurnal  da  meydana  gəldi  və  yayılmağa 
başladı.  Cənab  Mirzə  Rzanın  tək  üzərindəki  8  səhifədə  nəşr  etdirdiyi  və 
azyaşlıların təlim və tərbiyəsinə dair fikirlərin də yer aldığı bu mətbu orqanı bir 
çox məktəblilər üçün faydalıdır» 
Qeyd  etmək  lazımdır  ki,  1906-cı  ildə  Təbrizdə  Mirzə  Abdulla  xan 
tərəfindən eyni adlı «Dəbistan» qəzeti nəşr olunurdu. 
«Ay Molla əmi» 
Bilavasitə  mürtəce  və  Məhəmmədəli  Mirzənin  sarayına  bağlı  qüvvələrin 
orqanı  sayılan  bu  qəzet  Təbrizin  Dəvəçilər  məhəlləsində  İslamiyyə 
cəmiyyətinin  vasiəçiliyilə  nəşr  edilirdi.  Qəzet  həmin  cəmiyyətin  başçılarının 
irticaçı niyyət və istəklərini yayırdı. 
Dövrün  mürtəce  qəzetlərindən  olan  əyləncəli    «Ay  Molla  əmi»  İslamiyyə 
cəmiyyəti  tərəfindən  1908-ci  ildə  (h.q.1326)  həm  fars,  həm  də  Azərbaycan 
dillərində çap olunurdu. 
Azərbaycan  türkcəsində  olan  «Ay  Molla  əmi»  qəzeti  qəbul  olunmuş 
qaydada  əsasən  kiçik  həcmdə  Bəsirət  məktəbinin  müdiri,  eyni  zamanda 
«Üxüvvət»,  «İttihad»  və  «İslamiyyə»nin  qəzetlərinin  rəhbəri  Mirzə  Əhməd 
tərəfindən Təbrizdə çap olunurdu. 
«Ay  Molla  Əmi»,  başqa  bir  mənbəyə  istinadən,  Mirzə  Həsən  və  Səidüs 
soltanın  rəhbərliyi  altında  nəşr  olunurdu.  Bu  qəzet  h.q.1326  ildə  (1908  m) 
irticaçılar  və  Təbrizin  Dəvəçilər  məhəlləsi  İslamiyyə  cəmiyyətinin  üzvləri 
tərəfindən  xalqın  məşrutə  əleyhinə  təhrik  edilməsi  məqsədilə  buraxılırdı  (60, 
183). 

 
48 
Bu  qəzetin  haqqında  Əhməd  Kəsrəvi  məşrutə  tarixinə  həsr  etdiyi  əsərində 
bir  sıra  məlumatlar  verir.  Belə  ki,  qəzet  islamiyyəçilərin,  ələxüsus  Mirhaşim 
Dəvəçinin  mətbu  orqanı  olmuşdur.  Deyilənlərə  görə,    bir  gün  Mirhaşim 
mücahidlərdən biri tərəfindən terrora məruz qalır. Mirhaşim ölməsə də, terrorçu 
mücahid həbs olunur. Mirhaşimin casusları tərəfindən terrorçuya qarşı aparılmış 
istintaq qəzetdə öz əksini tapmışdır. Kəsrəvi həmçinin qeyd edir: «Məhərrəmin 
10-cu  günündən  sonra  həmin  məhəllədə  (Dəvəçi)  türkcə  rəiyyətdən  olan  bir 
şəxsin  molla  ilə  apardığı  sual-cavabdan  bəhs  edən  bir  qəzet  buraxılmağa 
başladı.  Dialoqdakı  şəxsin  qarşı  tərəfə  «Molla  Əmi»  deyə  müraciət  etdiyindən 
qəzet  də  həmin  adla  adlandırıldı.  Təbriz  türklərinin  ləhcəsində  yazılan  bu 
qəzetdə Mirhaşimin cəmiyyət nümayəndəliyinə seçilməməsindən doğan inciklik 
cəmiyyətə başqalarından daha çox vaxt sərf edib məşğul olduğu fikri aşılanır və 
bu kimi məsələlər yer alırdı.  
Qəzetdə  dərc  olunan  yazılarda  daha  çox  mücahidlərin  başçılarına  və 
hərəkat  rəhbərlərinə  qarşı  hücuma  keçilirdi.  Belə  şəxslərdən  biri  heç  bir  zəif 
nöqtəsini  tapa  bilmədikləri  gizli  Təbriz  mərkəzinin  rəhbəri  Əli  Müsyo  idi. 
Axırda Müsyo ləqəbini əsas tutaraq onun məzhəbsiz olduğunu,  bu səbəbdən də, 
belə bir ləqəb götürdüyünü bildirirlər (62, 586). 
«Xilafət»  
Məşrutə  hərəkatı  zamanı  Azərbaycanlılar  tərəfindən  ölkədən  xaricdə  nəşr 
edilən  qəzetlərdən  biri  «Xilafət»dir.  Bu  qəzetin  barəsində  «İran  mətbuatı  və 
ədəbiyyatı» tarixi kitabında oxuyuruq: «Xilafət» həftəlik orqan olmaqla 1906-cı 
ildə  (h.q.1324)  Londonda  Hacı  Şeyx  Həsən  Təbrizinin  rəhbərliyi  altında 
qurğuşun çapı ilə nəşr olunurdu.  
Bu  qəzet  Şeyx  Həsən  Təbriziylə  Qahirənin  məşhur  çapçısı  və  naşirinin 
(Əmin  Hindiyyə)  qardaşı  Misirli  fərari  Nəcib  Hindiyyə  Şami  adlı  bir  şəxsin 
vasitəsilə yaranmışdı. Qəzet ərəb, türk, (Azərbaycan dili nəzərdə tutulur  – P.M) 
bəzən  də  fars  dillərində  nəşr  edilirdi.  «Xilafət»nin  farsca  olan  nömrələrinin 
çoxu  İranın  səfiri  şahzadə  İrfəüddövləyə  hücum  xarakteri  daşıyırdı  ki,  bu  da 
şəxsən  Şeyx  Həsən  Təbrizinin  qələmindən  çıxırdı.  Edvard  Braun  öz  əsərində 

 
49 
«Xilafətin»  türkcə-ərəbcə  və  farsca  olan  nömrələrinin  bir  çoxunun  onda 
olduğunu,  hər  iki  naşiri  tanıdığını.  Şeyx  Həsənin  də  bir  müddət,  yəni  1907-
1909-cu  illərdə  Kembricdə  fars  dili  müəllimi  kimi  çalışdığını  və  onun  da 
müəllimi olduğunu qeyd edir. 
«Nəzmiyye-yi Təbriz» (Təbriz polis idarəsi) 
Məşrutə fərmanı verildikdən sonra Təbrizdə nəşr edilən qəzetlərdən biri də 
şəhərin  polis  idarəsi  tərəfindən  təsis  olunmuş  və  bu  idarənin  orqanı  sayılan 
«Nəzmiyye-yi Təbriz» qəzetidir.  
Qəzet  haqqında  söz  açmazdan  əvvəl  xatırlatmaq  yerinə  düşərdi  ki,  İranda 
ilk polis idarəsi məhz Təbrizdə açılmışdı. Bu həssas bir məqamda, özü də xalqın 
əlilə  yaralıdmışdı.  Ona  görə  də,  bu  müxtəsər  tarixcə  barədə  məlumat  vermək 
yerinə düşər. 
Təbriz şəhəri bir çox ictimai, siyasi, iqtisadi və mədəni proseslərdə həmişə 
ön  cərgədə  olduğu  kimi  polis  idarəsinin  yaradılması  məsələsində  də 
təşəbbüskarlığını  qorumuşdur.  İlk  polis  idarəsi  də  məhz  Azərbaycan  əyaləti 
cəmiyyətinin  vasitəsilə  1907-ci  ildə  (h.q.  1325)  Təbrizdə  yaradıldı.  Kiçik 
izahatla  bu  addımın  atılmasına  nəyin  səbəb  olmasına  aydınlıq  gətirək.  1906-cı 
ildə Müzəffələddin şah tərəfindən Məşrutə əmri verildikdən sonra milli şuranın 
ilk  məclisi  açılaraq  işə  başladı.  Məşrutə  hərəkatı  rəhbərlərinin  çoxusu 
(Tehranda və digər şəhərlərdə) artıq hər şeyin sona çatdığını və azadlığın bərpa 
olunduğunu  zənn  edirdilər.  Lakin  azərbaycanlılar  bilirdilər  ki,  Məhəmmədəli 
Mirzə və saraydakılar bu tezliklə konstitusiyalı rejimlə barışmayacaqlar. Çünki 
onların  bütün  ömrü  diktatorluqla  keçmiş  və  həmişə  xalqı  öz  rəiyyətləri  hesab 
etmişlər.  buna  görə  də  əhali  ayıq  və  mətanətlə  yalnız  gələcəyi  düşünürdü. 
Nəticədə  bu  praqnozlar  özünü  döğrultdu,  Məhəmməd  Əli  şah  məclisi 
dağıtdıqdan  və  azadlığı  İranın  bütün  şəhərlərində  məhdudlaşdırdıqdan  sonra 
təkcə qəhrəman Təbriz şəhəri müstəbidlərə nəinki təslim olmadı, hətta azadlığı 
yenidən bütün İrana qaytardı (64, 119). 
Məşrutə  fərmanından  sonra  artıq  icra  olunmuş  işlə  üz-üzə  qalan 
Məhəmmədəli  Mirz    əvə  onun  ətrafı  məşrutəçilər  və  azadlıq  sevərlərlə  bacara 

 
50 
bilməsələr də var qüvvələrilə əvvəlki rejimi qaytarmaq üçün yollar axtarırdılar. 
Vəlihəd  olduğu  dövrdən  azərbaycanlıları  yaxşı  tanıdığından  bilirdi  ki,  odlar 
yurdu  tarixi  qiyam  və  hərəkatların  beşiyidir.  Bir  sui-qəsd  planını  hazırlanmış, 
onu Təbrizdə başlayıb Tehranda bitirmək nəzərdə tutumuşdu. Məşrutə əleyhinə 
yönəldilən  bütün  işlərini    başında  Təbrizdən  olan  nüfuzlu  şəxs  dururdu.  Dəstə 
başçılarından biri «Dəvəçi» məhəlləsində «İslamiyyə» adlı cəmiyyət yaratmaqla 
Təbrizdə  sui-qəsdlərə  start  vermiş  Mirhaşim  Dəvəçi  idi.  O,  Təbrizin  bəzi 
məhəllələrini  öz  həmfikirlərinə  çevirməklə  gündən-günə  azadlıqsevərlərin  işini 
çətinləşdirirdə  iş  o  həddə  çatdı  ki,  onun  əməlləri  şəhərdə  qarışıqlıq,  xaosa 
gətirib  çıxardı.  Hərc-mərcliyin  kökünü  birdəfəlik  kəsmək  lazım  idi.  Belə  bir 
həssas zamanda Azərbaycan əyalətinin uzaqgörən cəmiyyəti çarə yolunu yalnız 
polis  idarəsinin  yaradılmasında  gördü.  Bu  inqilabi  addım  cəmniyyətin  yenidən 
bərpasına  və  şəhərdə  fəaliyyət  göstərən  ünsürlərin  tutulmasına  səbəb  oldu. 
Əhməd Kəsrəvi bu haqda yazırdı. «…xalq Mirhaşimin fikrinin başqa olduğunu 
və  heç  zaman  ram  olmayacağını  anlamışdı.  Həmin  gün  Dəvəçinin  lotuları  və 
quldurları  bazara  tökülərək  silah  gücünə  dükanları  bağlatdırdılar.  Gecə  isə 
Məcidəlmülk mağazalarını atəşə tutdular. Bir dəstə Hacı Mehdi ağanın (kuzəçi) 
evinə  gələrək  oranı  yandırdıdar.  Cəmiyyət  naçar  qalaraq  mücahidlərə  fişəng 
verib  müdafiəyə  qaldırdı.  Dey  (yanvar  ayının  –  P.M.)    26-sı  iki  tərəf  arasında 
vuruş başlandı» (62, 533). 
Kəsrəvi  bu  hadisələrin  şərhinin  ardınca  əlavə  edir  ki,  Azərbaycan  əyaləti 
cəmiyyətin  nümayəndəsi  İclaləlmülk  polis  idarəsinin  ilk  rəisi  seçildi  və 
yubanmadan işə başladı və vuruşmanı dayandırdı. İclal az bir vaxt ərzində işləri 
qaydasına  salaraq  polislərə  məxsusi  bir  geyim  geyindirdi  (düymə  və  nişanla, 
qara mahut, gön qayış) və onlara dəstə başçısı təyin etdi. (Mərutə dövründə ilk 
polis  idarəsi  Təbriz  yaxınlığında  yaradıldı.  Bu  hələ  başlanğıc  idi).  Qazaxdan 
şahsevənlərdən  ibarət  bir  dəstəni  də  polis  idarəsinə  kömək  məqsədilə  seçib 
şəhərdə dolanmağa təhrik etdi. 
Qısası:  Belə  bir  çətin  dövrdə  İclaləlmülk  özünün  gözəl  iş  bacarığının 
nümayiş  etdirərək  şəhəri  o  cür  qarışıqlıqdan  firavanlığa  yönəltdi.  Yaxşı 

 
51 
yadımdadır  ki,  bu  dəstələr  musiqi  sədaları  altında  bazarları  gəzir  və  sakitliyi 
qoruyurdu» (62, 534).  
Beləliklə,  İranda  ilk  polis  idarəsi  məhz  Azərbaycan  əncüməninin  əliylə 
Təbrizdə açıldı. Cəmiyyət bu orqanın daha  yaxşı idarə olunması üçün zabitlərin 
seçilməsinə və qanunların qəbul edilməsinə başladı. 
Polis  idarəsi  təşkilatının  qanunları  əmr  verən  tərəfindən  nizamlanan  gün 
cəmiyyətlə  müzakirə  edilir  və  polislərin  və  kəndxudaların,  gözətçilərin  maaşı 
barədə  söhbət  açılır.  Şəhər  başçısına  ayda  100  tümən  maaş  verilməsilə  çoxları 
razılaşır.  Şeyx  Səlim  deyirdi:  «Bunların  bəzisi  izafi  məvacib  xərclərinə  və 
dövlət  ənənələrinə  malikdir.  Belə  bir  təklif  verməzdən  əvvəl  şura  ilə  də 
məsləhətləşmək  lazımdır».  Başqa  nümayəndələr  inanırdılar  ki,  o  gün  polis 
işçilərinə  kifayət  qədər  maaş  verilməlidir  ki,  rüşvət  almasınlar.  Əks  təqdirdə 
ağır cəzaya məhkum edilməli və xidmətdən uzaqlaşdırılmalıdırlar. 
Xalq  tərəfindən  yaradılmış  polis  idarəsi  elə  xalqın  öz  əlində  idi.  Çünki 
axadlıqsevərlərin  və  inqilabçıların  əksəriyyəti  bu  orqanla  həmkarlıqlarını  elan 
etdilər.  Cəmiyyət  də  çalışırdı  ki,  polis  idarəsinin  mənsəb  sahiblərini 
mücahidlərin  arasından  seçsin.  Təbrizdəki  polis  idarəsinin  məsul  şəxsləri  kimi 
tanınmış  inqilabçılardan  Əmir  Həşəmətin  adlı-sanlı  mücahidlərindən  Əli 
Müsyonun  oğlu  Hacı  xan  rusların  Təbrizə  hücumu  zamanı  polis  rəisi  idi. 
Mücahidlər  adlı  dəstənin  rəhbəri  və  Təbrizin  dövlət  qüvvüləriylə  11  aylıq 
müharibəsində  mühüm  strateji  planın  sahibi  Məhəmməd  Əli  xan  Natiq  bir 
müddət bazar polisi başçısı vəzifəsində çalışmışdı. 
Biz artıq İranın ilk polis idarəsinin tarixçəsi ilə müxtəsər olsa tanış olduq. 
Bu polis idarəsinin mətbu orqanı «Nəzmiyyeyi Təbriz» adlı qəzet idi. Bu nəşrin 
ən mühüm cəhəti onun xalqa məxsusluğu və xalqla daimi ünsiyyəti idi.  
Edvard  Braun  «İran  mətbuatı  və  ədəbiyyatı  tarixi»  kitabında  bu  qəzet 
haqqındakı təəssüratlarını belə bölüşür: «Bu təsvirli qəzet həftəlik olaraq (1326 
h.q.)  və  ya  (1908  –09)  tarixində  Mahmud  İskəndaninin  rəhbərliyi  ilə  Təbrizdə 
nəşr olunurdu. İlk nömrəsində polis  rəisi İclal Əlmülkün  şəkli var idi.  
Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin