PƏrvanə MƏMMƏDLĠ



Yüklə 2,31 Mb.
Pdf görüntüsü
səhifə10/11
tarix31.01.2017
ölçüsü2,31 Mb.
#7225
1   2   3   4   5   6   7   8   9   10   11

VIII  FƏSĠL 
ÇAĞDAġ DÖVRDƏ GÜNEY AZƏRBAYCAN MƏTBUATI 
MÜHACĠR MƏTBUAT 
 
Görkəmli İran yazıçısı Cəlal Ali Əhmədin hələ ötən əsrin 50-60-cı illərində 
söylədiyi  bir  həqiqətlə  razılaşmamaq  mümkün  deyil.  O  yazırdı  ki,  Güney 
Azərbaycanda  baş  verən  bütün  böhranlı  vəziyyətlər  dil  məsələsindən 
doğmuşdur.  O  qeyd  edirdi  ki,  mədəniyyətin,  təhsilin,  mətbuatın  və  kitab 
nəşrinin  hələ  yayılmadığı  dövrdə  İranda  dil  müxtəlifliyi  elə  bir  problem 
doğurmurdu.  1920-ci  illərin  əvvəllərində  Tehran  hökuməti  bütün  ölkədə 
əhalinin  birdilli  olmasına  çalışdı….  Bütün  səyini  nəinki  türk  dilini 
məhdudlaşdırmağa, hətta onu məhv etməyə yönəltdi» (75, 2006, № 2, 41). 
Uzaqgörənliklə  söylənilən  fikir  bu  gün  də  qüvvədədir.  Çağdaş  dövrdə 
mərkəzi  hökumətlə  Güney  Azərbaycan  arasında  baş  verən  bütün  ixtilafların 
kökündə əsasən dil məsələsi durur. 
Çağdaş  dövrümüzdə  Güney  Azərbaycanda  mətbuat  durumunun  ümumi 
mənzərəsi haqda təsəvvür əldə etmək üçün 2000-ci ilin əvvəllərinə nəzər salaq. 
Məs:  2001-ci  ildə  Güney  Azərbaycanda  20-dən  artıq  mətbu  orqan  fəaliyyət 
göstərirdisə,  onların  10-u  sonradan  müxtəlif  səbəblərdən  fəaliyyətini 
dayandırmalı  olub.  Bir  qismi  məhkəmənin  qərarı  ilə,  digər  qismi  maddi  sıxıntı 
ucbatından qapadılıb. Mərkəzi KİV-nə müxtəlif yardımlar, o cümlədən güzəştli 
qiymətlə  kağız  verilir,  Güney  Azərbaycan  mətbuatı  isə  bu  imtiyazlardan 
məhrum  edilir.  Bir  sözlə,  Azərbaycanlıların  maddi  yardımı  və  şəxsi  vəsaiti 
hesabına  fəaliyyət  göstərən  mətbuat  üçün  mərkəzdən  heç  bir  şərait  yaradılmır. 
Qara  bazarda  kağız  bahalaşdıqca,  Azərbaycan  mətbu  orqanlarının  naşirləri  də 
qiymətləri  artırmaq  məcburiyyətində  qalır.  Güney  mətbuatının  problemi  yalnız 
maddi  çətinliklərlə  bağlı  deyil.  Belə  ki,  əyalətin  bir  sıra  müstəqil  mətbu 
orqanlarının  yazarları  azad  fikir  və  düşüncələrinə  görə  ölkənin  bir  sıra 
instansialarına,  o  cümlədən  xüsusi  xidmət  orqanlarına  çağırılıb  sorğu-suala 
tutulur,  təqib  və  təzyiqlərə  məruz  qalır,  həbs  edilir.  Məs:  2000-ci  ildə 

 
159 
azərbaycanlı  jurnalistlərdən  biri  Əli  Mehri  həbsdən  buraxıldıqdan  sonra  ya 
mətbuatda  çıxış  etməkdən  məhrum  edilib.  «Əhrar»  qəzeti  isə  bağlanıb. 
Məhkəməyə  cəlb  olunan  azərbaycanlı  jurnalistlər  çox  vaxt  məhkəmədən  sonra 
ya  cərimə  ödəməli,  ya  da  həbsdə  oturmalı  olurlar.  Onların  çoxu  maddi 
vəziyyətlərinə görə həbsxananı seçirlər. 
Zəncanda  nəşr  olunan  «Ümide  Zəncan»da  belə  bir  təzyiqlə  üzləşdikdə, 
digər bir şəhərdə – Təbrizdə öz bürosunu açır. Lakin Təbriz bürosunda hücuma 
məruz qalmış, binanın rəhbəri Hidayət təhqir olunub hədələnmişdir. Bu barədə 
şikayət edilsə də bu halın qarşısını almaq üçün rəsmi bir tədbir görülməmişdi.  
Urmiyə  şəhərində  1997-ci  ildən  nəşr  olunan  «Nəvudi  Azərbaycan»  qəzeti 
xalq  içərisində  öz  yüksək  vətənpərvərlik  mövqeyinə  və  prinsipiallığına  görə 
böyük rəğbət qazanıb. Naşiri Mehram Təbrizi, redaktoru İsa Nəzərdir. Bu qəzet 
haqda,  ümumiyyətlə  Güney  Azərbaycan  mətbuatı  haqda  ümumi  təsəvvür  əldə 
etmək  üçün  qəzetdə  gedən  bir  neçə  materiala  nəzər  salaq.  2000-ci  ilin  may 
sayında  mətbuatda  gedən  xarakterik  bir  mövzuya,  ölkədə  dərc  olunan  dərslik 
kitablarında yol verilən təhriflər və İranda yaşayan millətlərin kimlikləri barədə 
yazılar vardır. Məqalə müəllifi Kəyan Səfəri yazır ki, məktəblərdə tədris olunan 
humanitar  fənlər  üzrə  dərsliklərdə  ölkədəki  millətlərin  tarixi,  mədəniyyəti, 
ədəbiyyatı,  coğrafiyası  və  s.  təhrif  olunur.  O,  yazısında  buna  aid  bir  sıra 
örnəklər gətirir.  
«Nəvidi  Azərbaycan»  qəzetinin  2001-ci  il  93-cü  sayında  Təbriz 
universitetinin  tələbə  cəmiyyəti  tərəfindən  Təbriz  və  Tehran  universitetində 
təhsil  alan  tələbələrin  ölkə  prezidenti  Hatəmiyə  ünvanladığı  müraciətin  mətni 
dərc olunmuşdur. Həmin müraciətdə tələbələr ölkə konstitusiyasınının XV, XIX 
maddələrinin  icra  edilməsini,  məktəb  və    universitetlərdə  ana  dilində  təhsilin, 
türk  tarixi  və  ədəbiyyatı  üzrə  tədrisin  bərpa  olunmasını,  Azərbaycana  qarşı 
iqtisadi  ayrıseçkiliyin  aradan  qaldırılmasını,  Azərbaycana  aid  tarixi  abidələrin 
dağıdılmasının  səbəbkarlarının  cəzalandırılmasını,  teleradio  kanallarında 
azərbaycanlıları  təhqir  edən  verlişlərin  dayandırılmasını,  bu  verilişləri 
hazırlayanların  cəzalandırılmasını,  Güney  Azərbaycanda  zorakılığın  və  hüquq 

 
160 
pozuntusu  hallarının  tamamilə  aradan  qaldırılmasını  tələb  edirlər.  Tələbələr 
azərbaycanlı  millət  vəkillərinin  bu  məsələ  ilə  ciddi  məşğul  olmamasından  da 
gileylənirlər.  
Təbriz universitetinin tələbə cəmiyyətinin müraciətində daha sonra yazılır: 
«Cənab  prezident,  ötən  prezident  seçkilərində  namizədliyinizi  irəli  sürərkən 
etdiyiniz  çıxışlarda  qanunçuluq,  ədalət və  milli  hüquqların  qorunması  ilə  bağlı 
vədlər  verib,  hüquqları  tapdanan xalqların  sizə  səs verməsini  təmin  etdiniz.  20 
mln.  səs  toplayaraq  prezidentlik  kürsüsünə  yüksəldiniz.  BMT-nin  yüksək 
tribunasından mədəinyyətlər dialoqu tezisini irəli sürərkən biz azərbaycanlıların 
sevincinə  səbəb  oldunuz.  Amma  zaman  ötdükcə  millətlərin  aldanıldığı  ortaya 
çıxır.  Sən  demə,  siz  mədəniyyətlər  dialoqu  söyləyərkən  xarici  ölkələrlə, 
mədəniyyətlərlə dialoqu nəzərdə tuturmuşsunuz. İran xalqlarının «ayıq vicdanı» 
məhrum  yazıçı  Cəlal  Ali  Əhməd  demişkən,  milli  birlik  deyərkən  bu  məsələni 
hökumətimizin  daha  geniş  və  daha  üstün  bir  anlayış  kimi  nəzərdə  tutmasının 
vaxtı  çatmayıbmı!  Cənab  prezident,  siz  ölkənin  mədəniyyət  naziri  vəzifəsində 
işləyərkən keçmişdə və ölkə prezidenti kimi bu gün də kürtürəl qeyri bərabərliyi 
və  kültürəl  yoxsulluğun  şahidi  olmuşdunuz.  Bütün  bu  kimi  hallara  göz 
yummaqla  əslində  qeyri  bərabərliyin  davam  etməsinə  səbəb  olmuşsunuz. 
Halbuki,  Azərbaycan  türklərinin,  kürdlərin,  bəlucların  və  başqa  qeyri  fars 
xalqların cəmi hesabına prezident oldunuz.  
Təbriz  universitetinin  tələbələri  prezident  Hatəmiyə  belə  bir  sual 
ünvanlayırlar:  siz  keçmiş  şah  rejiminin  başlatdığı  və  davam  etdirilməkdə  olan 
qeyri-fars millətlərə qarşı kültürəl təzyiqlərin aradan qaldırılması yönündə hansı 
tədbirləri  görmüsünüz?  Şahın  yandırdığı  türkcə  kitabların  qarşılığında  bizim 
ana  dilində  hansısa  bir  kitabı  üzə  çıxarıb  Azərbaycan  kitabxanalarına  hədiyyə 
etmisinizmi?  Keçmişdə  və  yaxud  İslam  Cümhuriyyəti  dövründə  Alaqapı,  Ərk, 
Göy  məscid  və  başqa  dağıdılmış  Azərbaycan  abidələrinin  bərpası  üçün  nə 
etmisiniz? 
Hüqüqlarımızın bərpası və konstitusiya maddələrinin tətbiq olunması tələbi 
ilə  Azərbaycan  xalqının  müxtəlif  təbəqə  və  zümrələrindən  edilən  çoxsaylı 

 
161 
müraciətlərə  baxmayaraq  konstitusiyanın  XV  və  XIX  maddələrinin  icrasından 
imtina etməkdəsiniz. Sizdən başqa konstitusiyanın bu maddələrini tətbiq edəcək 
hər-hansı  güc  təbii  ki,  mövcud  deyildir.  Yoxsa  konstitusiyanın  tətbiqinə  də 
mühafizəkarlar  icazə  vermirlər.  Konstitusiyanı  icra  etmək  yalnız  sizin 
səlahiyyət dairənizə aid olan məsələdir. Bundan başqa konstitusiyanı icra etmək 
yalnız  sizin  vəzifə  borcunuzdur  (Qeyd  edək  ki,  İİR-nın  konstitusiyasının  XV 
maddəsində yazılır ki, qeyri fars millətlərinə öz ana dilində təhsil almaq hüququ 
verilir,  konstitusiyanın  XIX  maddəsində  isə  bildirilir  ki,  ölkədə  yaşayan  qeyri 
fars  millətlər  və  xalqlar  bütün  baxımlardan  bərabərdir  və  millətlərin  hüquq 
bərabərliyini  konstitusiya  qoruyur  –  P.M.).  Təbriz  universitetinin  tələbələri 
Azərbaycanda  mətbuat  probleminə  də  toxunurlar:  «Ölkə  əhalisinin  böyük 
əkəsriyyətini  öz  ana  dilində  təhsil  almaq  kimi  ən  adi  hüquqlardan  məhrum 
edildiyi  bir  dövrdə  İran  hökuməti  «mədəniyyət  dialoqu»  tezisini  irəli  sürüb 
xarici  mədəniyyətlərlə  dialoq  aparmaq  üçün  böyük  qüvvə  sərf  edir,  bu  barədə 
şikayət edilsə də rəsmi heç bir tədbir görülməyib, hələ də  Azərbaycan mətbuatı 
problemi təkcə hakimiyyət orqanları ilə bağlı deyil, mətbuat həm də gizli və ya 
aşkar şəkildə fəaliyyət göstərən bəzi qrup və təşkilatların təzyiq və şantajlarına  
məruz  qalır.  Belə  ki,  İranda  yaranmış  yeni  nasist  təşkilatlar  Azərbaycan 
mətbuatını hədələyir və onu separatçılığı təbliğ etməkdə ittiham edirlər. 
Onların  fikrincə  iranlılar  farslarla  eyni  mahiyyətə  malikdir.  Azərbaycan 
mətbuatı  isə,  necə  deyərlər  öz  milli  təbliğatı  ilə  assimilyasiya  (farslaşdırma) 
prosesinin maneəsiz irəliləməsinə əngəl törədir. 
Azərbaycan  mətbuatı  hər  tərəfdən  təzyiqə  məruz  qalır.  Çünki  Güney 
mətbuatını təmsil etdiyi xalqın dərdlərini onun öz dilində yazmağa cəsarət edir, 
xalqın tələblərini əks etdirməyə çalışır». 
PS.  Təəssüf  ki,  Təbriz  universiteti  tələbələrinin  eks  prezident  cənab 
Hatəmiyə ünvanladıqları bu müraciətə hər hansı bir şəkildə cavab verilmədi. 
 «Şəms  Təbriz»,  «Nəvtde  Azərbaycan»,  «Peymane  Urmiyə»,  «Umide 
Zəncan»  kimi  mətbuat  orqanlarında  Güney  Azərbaycanın  çağdaş  dövrdəki 

 
162 
problemlərinə  güneylilərin  taleyüklü  məsələlərinə  toxunulur,  Azərbaycanın 
sosial-ictimai məsələləri müzakirə edilir. 
«Şəms Təbriz» qəzeti 1997-ci ildən Təbrizdə istedadlı jurnalist Əli Hamid 
İmanın redaktorluğu ilə nəşr olunur.  
Qəzetin 2000-ci ildəki saylarından birində (№80) Əli Hamid İmanın Güney 
Azərbaycanın  çağdaş    durumuna  xas  olan  bir  məsələyə  toxunulur.  «Təbrizdən 
niyə  hamı  qaçır?»  məqaləsində    ölkədəki  sosial-iqtisadi  vəziyyətlə  bağlı 
ziyalıların  və  kəndlilərin  şəhəri  tərk  etməsinin  səbəblərini  gösiərir  və  bunun 
qarşısını  almaq  üçün  çıxış  yolu  arayır.  Məqalədən  bir  hissəsini  diqqətinizə 
çatdırıram: «Təbrizdə  pulu cibində olan, beyni düşünən hər bir kəs çarəni yad 
yerlərə  qaçmaqda  görür,  onlar  hünərlərini  yad  yerlərdə  işlətmək,  inkişaf 
etdirmək  niyyətindədirlər.  Vicdan  əzabı  çəkməsinlər  deyə,  Təbrizin  «bağlı» 
atmosferasını bəhanə edirlər. 
Mən Təbrizin və ümumiyyətlə Azərbaycanın istedadlarını inkişaf etdirmək  
üçün  sağlam  atmosferaya  malik  olmasının  vacibliyini  sübut  etmək  istəmirəm. 
Hamımız  bilirik  ki,  Tehranın,  İsfahanın  və  başqa  yerlərin  yolları  istedadlar 
becərib,  inkişaf  etdirmək  üçün  hamardır.  Azərbaycanda  belə  bir  hamar  yol 
yoxdur.  Təbrizdə  dar  düşüncələrin  bolluğundan  hamının  xəbəri  var.  Hamımız 
bilirik  ki,  istedadlar  burada  inkişaf  etmir,  buranın  atmosferası  havasızdır, 
hamımız bilirik ki, yuxarıların əl-ayaqlarına dolaşan qanunlar Təbrizdə, ölkənin 
digər  yerlərinə  nisbətən  daha  yaxşı  həyata  keçirilir.  Əksinə,  millətin  xeyrinə 
olan qanunlardan bizdə bir xəbər yoxdur. Biz hamımız bunları görürük, bəziləri 
də görür və hiss edirlər. Ancaq vəzifəmiz nədən ibarət olmalıdır? 
Nəyimiz  varsa  götürüb  qaçmaq?  Budurmu  düşünən  beynin,  əlində  qələm 
olanın  vəzifəsi?  Təbrizi  qoyub  qaçan  sərmayə  sahibləri,  düşünən  beyinlər, 
sənətçilər  və  bu  təbəqəyə  xas  olanlar  mübarizəyə  qadir  olmayan,  nəfsi  zəif 
insanlardır. Düşünən beyin cəmiyyətin həkimi sayılır. Görəsən belə bir həkimin 
vəzifəsi xəstədən qaçmaqdır, yoxsa onu müalicə  etmək? Getmək asan bir işdir. 
Ancaq  qalıb  xəstə  bir  cəmiyyətlə  mübarizə  aparmaq,  düşmənin  qabağından 
qaçmamaq hər oğulun işi deyil, oğul bağlı atmosferanı sındırmağı bacarmalıdır, 

 
163 
düz  olmayan  yolları  hamarlamalıdır,  kimin  gücü  varsa,  millətin  yolunda 
əsirgəməməlidir.  Qaçıb  özgə  yerlərdə  özünü  nümayiş  etdirmək  hünər  sayılmır. 
Uzaqdan  əli  odda  qızdırmaq  yox,  odun  içinə  girmək  gərəkdir.  Boş-boş 
bəhanələr  gətirmək  kişi  işi  deyil.  Yad  yerlərə  gedib  Azərbaycanın  dərdindən 
ölmək  yalanlarımıza  inanmazlar,  siz  canınızı  mənsub  olduğunuz  cəmiyyətdən 
daha  çox  istəyirsiniz.  Əgər  düz  deyirsinizsə,  onda  qaçmaq  nəyə  lazım? 
Düşmənin əlindən qaçıb sonra mübarizə tələb edib və nəzəriyyələr irəli sürmək 
kimin  dərdinə  dərmandır?  Görəsən  bu  düşünən  beyinlər,  sərmayə  sahibləri, 
işgüzar  müdirlər  min  bir  bəhanələrlə  yad  yeolərə  qoyub  getməsəydilər, 
atmosfera  olduğu  kimi  qalardı?  Düzdür  Təbriz  nöqsanlıdır,  nöqsanları  aradan 
qaldırmaq  isə  avam  insanların  yox,  ziyalıların  vəzifəsidir.  Ziyalılar    və 
ümumiyyətlə  sənət adamları  incə  ruhlu  olur.  Ancaq  onlar cəmiyyəti  düzəltmək 
üçün  aranıblar,  hər  bir  ziyalı  və  yaxud  incəsənət  adamı  filan  vəzifəli  şəxsdən 
mərhəmət  gözləməməlidir,  bu  sadəlöhvlükdür.  Bilirik,  bilirik  Azərbaycanda 
işləmək  çətindir,  canüzücüdür.  Azərbaycanda  hər  bir  insan  öz  sümüklərinin 
sındırılmasının  səsini  ucadan  eşidir.  Vətəndə  də  qalmaq  mümkün  deyilsə, 
qaçmaq da düz yol deyil. Gəlin üçüncü yolu seçək…». 
Hələ XIX əsrin sonlarında Güney Azərbaycanda maarif sahəsində gözəl bir 
ənənənin  əsası  qoyulmuşdu.  Məktəb  və  mədrəsələrdə  nəşriyyə  və  mətbu 
nümunələri  çap  olunurdu.  1893-cü  ildə  Təbrizin  «Müzəffəriyyə»  mədrəsəsində 
«Nasiri»  adlı  qəzet  nəşr  olunurdu.  Bir  çox  üstün  keyfiyyətləri  ilə  seçilən  bu 
qəzetin redaktoru «Müzəffəriyyə» məktəbinin müdiri idi. İranda ilk üsuli-cədid 
məktəbinin  əsasını  qoymuş  M.H.Rüşdiyyənin  ardıcılları  yeni  məktəblər  təsis 
etdirdilər.  Onlar  eyni  zamanda  bu  məktəblərdə  kitab,  qəzet,  jurnal  nəşri  ilə  də 
məşğul  idilər.  Çox  zaman  bu  işə  mədrəsə  və  məktəblərin  öyrənci  və  tələbələri 
də  həvəslə  qoşulurdular.  1907-ci  ildə  Təbrizdə  işıq  özü  görən  «Ümid»  qəzeti 
Loğmaniyyə  mədrəsəsinin  tələbələri  tərəfindən  hazırlanmışdı.  Beləliklə,  1989-
cu  ildə  başlayaraq  «Kamal»  mədrəsəsində  «Kamal»,  «Pərvəriş»  məktəbində 
«Dəbistan»,  «Bəsirət»  məktəbində  «Üxviyyət»  və  «İttahad»  adlı  qəzetlər  çap 
olunmağa  başlamışdı.  Bu  ənənə  bu  gün  də  davam  edir.  Güney 

 
164 
azərbaycanlılarının  təhsil  aldıqları  elm  ocaqlarında  qəzet  və  jurnallar  dərc 
edilir. Bu, təbii ki,  daxili ehtiyacdan irəli gəlir. İranın bir çox iri şəhərlərində, 
əsasən tibb və texniki sahələr üzrə təhsil alan azərbaycanlı tələbələr ana dilində 
mütbu  orqanlarını  çıxarmaqla  bir  növ  mənəvi  ehtiyaclarını  ödəyirlər.  Bununla 
onlar  fars  dilinin  mütləq  üstünlüyünü  aradan  qaldırır,  ana  dilində  yazıb-
oxumağın, nəinki mümkün, həmçinin üstün və zəruri olduğunu açıb göstərməyə 
çalışırlar. Bu mətbu orqanlarında çox zaman milli kimlik və milli mədəniyyətlə 
bağlı  bilgi  və  örnəklərə  geniş  yer  verilir.  Güney  mətbuatı  üçün  xarakterik 
xüsusiyyətlərdən  biri  də  odur  ki,  öz  səhifələrində  fars  dilində  məqalə  və 
materiallar  dərc  etməklə  Azərbaycan  xalqının  milli  varlığını,  mədəniyyətini, 
zəngin  tarix  və  ədəbiyyatını  həm  farsdilli,  həm  də  İranın  digər  qeyri-
azərbaycanlı xalqları arasında təbliğ edirlər. 
Bu qəzetlərin tez-tez qapanmasının səbəbləri əvvəl maddi vəsait və maddi 
texniki  imkanların  məhdudluğu  ilə  bağlıdırsa,  digər  tərəfdən  öz  səhifələrində 
milli-siyasi  və  milli-ictimai  problemlərin  kəskin  şəkildə  qoyulması,  siyasi 
tələblərlə,  şüarlarla  çıxış  etməsi,  bir  sözlə  radikal  milli-siyasi  məzmun  və 
xarakter kəsb etməsi ilə bağlı olur. 
Lakin bu  məsələlərdən bir qədər  yan keçib bütün problemləri əsasən  milli 
kültürəl formada şərh etməyə çalışan mətbu orqanları özlərini yaşada bilir. Çox 
hallarda  primitiv  və  kortəbii  xarakter  daşımalarına,  Azərbaycan  ədəbi  dil 
üslubuna  riayət  olunmamasına,  fars  təhsilinin  və  təfəkkür  tərzinin  təsiri  altında 
olub fikirlərin çox halda dolaşıq şəkildə ifadə olunmasına baxmayaraq bu mətbu 
orqanları  mütərəqqi  və  demokratik  əhval-ruhiyyələri  olmaları  ilə  seçilir. 
Göstərilən nöqsan və qüsurlar isə obyektiv səbəblərlə; Güney azərbaycanlıların  
İranda  öz  doğma  dilində  təhsil  almaq,  yazıb-oxumaq,  ciddi  mütaliyə  etmək, 
rəsmi  yerlərdə  danışmaq  və  s.  imkanlara  malik  olmaması  ilə  bağlıdır.  Son 
nəticədə isə iki faktor özünü daim qabarıq göstərir: milli kimlik, milli kültür və 
dil problemi. 
Tək  Güney  Azərbaycanda  deyil,  bütün  İran  boyu  ali  təhsil  ocaqlarında 
tələbələrin köməyi ilə onlarla dərgi və qəzetlər nəşr olunur. Məsələn, «Kimlik» 

 
165 
qəzeti    Sənəndəc  şəhərinin  türkdilli  tələbələri  tərəfindən  «Çiçək»  dərgisi, 
Tehranın  Tibb  Universitetini  «Səs»  qəzeti  isə  Zəncan  universiteti  tərəfindən 
hazırlanaraq nəşr edilir. 
Daşıdıqları  adları  kimi  Sabaha,  gələcəyə  ümid  hissləri  ilə  dolu  olan  və 
tələbə gənclərin yeni fikir, arzu, istək, diləklərini öz səhifələrində əks etdirən bu 
mətbu  orqanları  bütün  İran  boyu  səpələnib:  Tehranda  «Çisək»,  «Dilşad», 
«Ərdəm»,  «İşıq»,  Təbrizdə  «Çəhər»,  «Bayquş»,  «Araz»,  «Yurd»,  İsfahanda 
«Məzun»,  «Səhənd»,  «Dan  ulduzu»,  (Qəzvində)  «Araz»  və  s.  Bundan  başqa 
internet şəbəkəsində belə mətbu nümunələrinin müxtəlif variantları mövcuddur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
166 
 
MÜHACİR MƏTBUATI 
Azərbaycan  mühacir  mətbuatının  ilk  nümunələri  Türkiyə,  Misir  və 
Avropanın  bir  sıra  ölkələrində  görünürdüsə,  sonralar  bu  coğrafi  siyahıya  ABŞ, 
Kanada və digər ölkələr də daxil oldu. 
Azərbaycan  mühacirətinin  ən  böyük  kütləsi,  ən  yaxın  tellərlə  bağlandığı 
Türkiyə  ərazisində  olmuşdur.  Əvvəlki  fəsillərdən  bilirik  ki,  ilk  mühacir  mətbu 
orqanın  əsası  1875-ci  ildə  Türkiyənin  İstanbul  şəhərində  qoyulub.  «Əxtər» 
(«Ulduz»)  qəzeti  Məhəmməd  Tahir  Təbrizinin  müdirliyi  və  Mehdi  Təbrizinin 
baş  redaktorluğu  ilə  İstanbul  şəhərində  20  il  fəaliyyət  göstərib.  Türkiyə 
mühitindəki  tərəqqipərvər  münbitlik  Tehranla,  Güney  Azərbaycan  şəhərləri  ilə 
sıx  əlaqədə  olması  orada  azərbaycanlıların  geniş  fəaliyyət  göstərməsinə, 
mətbuatdan təbliğat vasitəsi kimi istifadəsinə imkan yaradırdı. Məşrutə hərəkatı 
xaricdə  yaşayan  mühacirləri  də  hərəkətə  gətirmişdi,  ziyalıların  demokratik  və 
vətənpərvər  təbəqəsi  vətəndəki  hadisələrə  reaksiya  verir,  xalqın  və  özünün 
düşüncələrini əks etdirmək məqsədilə kitab, qəzet və jurnal çap edirdilər. 
Ötən illər ərzində Güney azərbaycanlılar tərəfindən Türkiyədə «Şahsevən» 
(1888),  «Şəms»  (1909),  «Şeyda»  (1911),  «Xavər»  (1914),  «Fikri  istiqlal» 
(1910), «Siruş» (1909-1910) qəzetləri çap olunmuşdur. 
Həmin  mətbu  orqanlarının  çoxu  tək  güneyli  deyil,  həm  də  quzeyli 
ziyalıların  fəaliyyət  meydanına  çevrilmişdi.  Belə  ki,  «Əxtər»,  «Siruş» 
qəzetlərində  vaxtaşırı  M.Şaxtaxtlı,  T.Simurq,  M.Ə.Sabir,  Ə.Ağaoğlunun  və 
digər Quzeydən olan şəxsiyyətlərin imzalarına rast gəlmək olurdu. 
ADR-nin  süqutundan  sonra  Azərbaycan  mühacirətinin  mərkəzi  əsas 
Türkiyədə  M.Rəsulzadənin  böyük  fəaliyyəti  nəticəsində  yaradılmışdı.  1923-cü 
ildən  başlayaraq  onun  təşəbbüsü  və  redaktorluğu  ilə  Türkiyədə  «Yeni 
Qafqaziya» (1923), «Azəri-türk» (1928), «Odlu yurd» (1929), «Bildiriş» (1930) 
və  s.  mətbu  orqanları  nəşr  olunurdu.  Türkiyədə    «Azərbaycan  yurd  bilgisi» 
«Azərbaycan»  jurnalı  da  nəşr  olunurdu.  Azərbaycan  müstəqillik  əldə  etdikdən 
sonra  isə  Türkiyədə  soydaşlarımız  tərəfindən  «Xəzər»,  «Azərbaycan», 

 
167 
«Azərbaycan  səsi»,  «Azərbaycan  türkləri»,  «Araz»  kimi  qəzetlər  təsis 
olunmuşdu. 
Almaniya  azəri  türklərinin  sıx  məskunlaşdığı  Avropa  ölkələrindəndir.  Öz 
demokratik  yönümü  və  mədəni  inkişafı  ilə  soydaşlarımızı  hələ  XX  əsrin 
başlanğıcında  cəlb  etmişdir.  1915-ci  ildə  Berlində  çap  olunan  «Kavə»  qəzeti, 
1921-ci  ildə  yenə  də  Berlində  nəşr  olunan  «İranşəhr»  jurnalının  istibdad  və 
monarxiyaya  qarşı  fikirlərlə  yanaşı  sonralar  hakim  rejimin  yürütdüyü 
assimilyasiya  siyasətinin  əsaslarını  hazırlayan  paniranizm,  fars  millətçiliyi  və 
vahid millət kimi zərərli bir ideologiyanı yayırdılar.  
Tanınmış 
publisist 
Mahmud 
Qənizadə 
bir 
müddət 
Almaniya 
kitabxanalarında  elmi  araşdırmalarla  məşğul  olmuş  və  1926-cı  ildə  Berlin 
şəhərində «Səhənd» adlı qəzet təsis etmişdi. 
1932-ci  ildən  başlayaraq  Almaniyada  Məhəmməd  Əmin  Rəsulzadənin 
rəhbərliyi ilə «İstiqlal» (1932), «Qurtuluş» (1934), «Azərbaycan», «Hücum» və 
s. qəzetlər nəşr olunurdu. 
Əvvəllər  Pəhləvi  rejimin,  sonra  isə  teokrat  hakimiyyət  orqanlarının  təqib 
və  repressiyaları  Güney  azərbaycanlıları  İrandan  mühacirət  etməyə  sövq 
etmişdir.  Mühacirət  mətbuatının  son  mərhələsi  Azərbaycanın  güneydə  islam 
rejiminin  formalaşması  ilə  bağlı  olmuşdur.  İİR-nın  qəbul  etdiyi  yeni 
konstitusiyada  ölkədə  yaşayan  bütün  xalqların  bərabər  hüquqlara  malik  olması 
təsdiq  olunsa  da,  reallıqda  buna  əməl  olunmadı.  1978-79-cu  illər  inqilabında 
fəal  iştirak  edib  qurbanlar  verən,  onun  hərəkətverici  qüvvəsinə  çevrilən 
azərbaycanlılar  son  nəticədə  inqilabın  bəhrəsini  görmədilər.  Ölkədə  onlara 
göstərilən ayrıseçkilik siyasəti ilə barışmayan Azərbaycan ziyalıları ölkəni tərk 
etmək məcburiyyətində qaldılar. 
Bir  qədər  sonra  İrandakı  Xomeyni  rejiminə  zidd  qüvvələrin  xaricə  axını 
başlandı.  Bunların  bir  hissəsi  də  sovet  hakimiyyətinin  yalnız  radio 
dalğalarından,  televiziya  ekranlarından,  qəzet-jurnallardan  «tanıyanlar»  idi  ki, 
Şimali  Azərbaycana  gəlib  səhvlərini  anlayandan  sonra  Avropaya  üz  tutdular 
(48, 199). 

 
168 
Qeyd  edək  ki,  paralel  olaraq  həmin  illərdə  keçmiş  Sovetlər  Birliyində 
milli-azadlıq  hərəkatının  güclənməsi  və  siyasi  proseslər  dəmir  pərdənin  aradan 
götürülməsinə  gətirib  çıxarmış  və  mühacirətin  yeni  bir  (quzeyli,  güneyli) 
dalğasının  yaranmasına  təkan  vermişdir.  Dünyanın  bir  çox  ölkələrində 
məskunlaşan  güneylilər  öz  mənəvi  ehtiyaclarını  ödəmək  üçün  mədəniyyət 
dərnəkləri  təsis  edir,  qəzet  və  jurnallar  nəşr  etdirirdilər.  Yaşadıqları  ölkədə 
böyük  ədalətsizliklərlə  üzləşən  və  öz  əqidə,  amal  və  məsləkləri  uğrunda 
mübarizə  aparan  güneylilər    hakim  rejimin  əsil  mahiyyətini  göstərməyə 
çalışırdılar.  Güneyli  mühacirlər  uzun  illərdən  bəri  mənəvi  həyatlarında 
yaranmış  boşluğu  dolğurmaq  məqsədi  ilə  Azərbaycanla  bağlı  bilgiləri  daha 
dərindən mənimsəyir, onun ədəbi-mədəni irsini təbliğ edirdilər. 
Avropa və Amerika ölkələrində nəşr olunan mühacir mətbuat orqanlarında 
qoyulan  əsas  məqsəd  çoxsaylı  mühacir  kütləsini  xalqımızın  milli-mənəvi 
dəyərləri, o cümlədən ölkəmizin tarixi keçmişini, ədəbiyyatı, incəsənəti ilə tanış 
etmək  idi.  Bu  mətbu  orqanları  üçün  ən  səciyyəvi  xüsusiyyətlərdən  biri  də 
onların fəaliyyətinin güney probleminə daha çox yönəlməsi ilə bağlı idi. 
Bu gün  mühacirətdə  yaşayan soydaşlarımız içində güneydən olanlar sayca 
çoxluq  təşkil  edir.  Bu  təbii  ki,  həm  say,  həm  də  ərazi  cəhətdən  Güney 
Azərbaycanının quzeyi üstələməsi ilə bağlıdır. Ona görə də mühacirət mətbuatı 
güneylilərin  ədəbi  siyasi  potensial  qüvvəsi  hesabına  fəaliyyət  göstərir.  Bu 
göstərici  mühacir  mətbuatında  daha  qabarıq  gözə  çarpır.  Avropa  ölkələrində 
məskunlaşan  güneylilərin  milli  vətənpərvər  təbəqəsi  daha  çox  Almaniya  və 
İsveçdə  cəmləşmişdir.  Fərəhləndirici  haldır  ki,  demokratik  ruhlu  ziyalılar 
yaşadıqları  ölkədə  Azərbaycan  adı  altında  reallaşdırılan  və  keçirilən  bir  çox 
siyasi  və  mədəni  tədbirlərin  və  proseslərin  özündə  gedir,  çox  zaman 
hərəkətverici  qüvvə  rolunu  oynayırlar,  onlar  həmin  ölkələrdə  qurduqları 
cəmiyyət və mərkəzlərin ideyalarını yayan və müdafiə edən sosial bazanın nəşr 
nümunələrini də yaratmağa nail olurdular.  
Qeyd edək ki, ötən əsrin 80-ci illərindən başlayaraq Avropa və Amerikaya 
mühacirət  etmiş  güneyli  soydaşlarımızın  azərbaycançılıq  məfkurəsi  ilə  birləşib 

 
169 
fəaliyyət göstərdikləri ölkələrin arasında Almaniya, sonra İsveç və Amerikanın 
adını  çəkmək  olar.  Almaniyada  güneyli  mühacirlərin  nəşr  etdikləri  mətbu 
orqanlarının çoxluğu daha fəal və təşəbbüskar olmalarından xəbər verir. 
1978-79-cu  illər  inqilabından  sonra  Güney  Azərbaycan  mühacir 
mətbuatının əsas hissəsi Almaniyada çap olunurdu. 
1984-cü  ildən  başlayaraq  Almaniyanın  müxtəlif  şəhərlərində  17  qəzet  və 
jurnal  nəşr  olunub  (bəzi  mənbələrdə  1976-cı  ildən  çap  olunan  Köln  şəhərində 
«Səttarxan  bayrağı»  adlı  mətbu  orqanının  adı  çəkilir,  lakin  onun  haqqında  heç 
bir məlumat əldə edə bilmədik – P.M.). Bu mətbu orqanlarına «Ana dili» (Bonn, 
1984),  «Molla  Nəsrəddin»  (Berlin,  1987),  «Girdə  miz»  (Köln,  1991),  «Atürat» 
(Köln,  1993),  «Bayquş»  (Köln,  1993),  «Azərbaycan»  (Kassel,  1993),  «Ocaq» 
(Bonn,  1994),  «Carçı»  (Frankfurt,  1994),  «Ulus»  (Köln,  1995),  «Azərbaycanın 
səsi – II» (Hamburq, 1986), «Azər» (Berlin, 1990), «Qaynarça» (Berlin, 1996), 
«Azərbaycanın  səsi  –  III»  (Köln,  1995),  «Azərbaycan»,  (Köln,  1999), 
«Savalan» (Bonn-Berlin, 1999), «İnfo-Azərbaycan», (Bonn, 1990). 
Bu mətbu orqanlarının əksəriyyəti vətənə, xalqa, ana dilinə olan sevgi ruhu 
aşılayır.  Bununla  yanaşı  özünə  məxsus  xüsusiyyətlərə  də  malikdir.  Məsələn, 
ictimai  xadim,  dönməz  əqidəli  vətənpərvər  və  ixtisasca  həkim  olan  Nurəddin 
Qərəvi  1984-ci  ildə  «Ana  dili»ni  nəşr  etməklə  mühacirətdə  ardıcıl  tarixi  bir 
maarifçilik  missiyasını  yerinə  yetirmişdir.  Milli  ziyalılara  müəyyən  mənada 
oyadıcı təsir göstərən bu qəzetin nəşr təcrübəsi özündən sonrakı mütərəqqi milli 
nəşriyyələrin  təsisinə  təkan  vermişdir.  Fərdi  qaydada  nəşr  edilməsinə 
baxmayaraq  «Ana  dili»  Avropadakı  soydaşlarımış  arasında  böyük  nüfuz 
qazanıb.  Butün  bunlarla  yanaşı  «Ana  dili»  Almaniyadakı  milli  demokratik 
qüvvələrin  təşkilatlanmadan  əvvəlki  bütün  hazırlıq  mərhələlərində  mərkəz 
rolunu oynayıb.  Qəzetin kifayət qədər  dolğun və geniş tematikası var. Belə  ki, 
hazırda  fəaliyyətini  davam  edən  «Ana  dili»  Almaniyada,  eləcə  də  Avropanın 
digər  ölkələrində  yaşayan  azərbaycanlıların  keçirdikləri  mədəni  kütləvi 
tədbirlərdən,  siyasi  aksiyalardan,  Azərbaycanda  mövcud  ictimai-siyasi 
proseslərdən  geniş  şəkildə  bəhs  edir.  Bundan  əlavə  qəzet  ölkəmizin  milli-

 
170 
ictimai  inkişaf  tarixini,  buradakı  hərəkat  və  prosesləri,  əsasən  1945-46-cı  illər 
Cənubi  Azərbaycan  Milli  Hökumətinin  fəaliyyətini  təhlil  edir,  eləcə  də  elm, 
mədəniyyət  və  incəsənət  xadimlərimizdən  məlumat  verir  (35,  50-51).  Qeyd 
edək  ki,  Nurəddin  Qərəvi  1999-cu  ildən  «Savalan»  jurnalını  da  təsis  etmişdir. 
Azadlıq,  istiqlal,  ictimai  ədalət  –  bu  «Savalan»ın  daimi  şüarlarından  biridir. 
Jurnalın  redaktoru  N.Qərəvi  bu  gün  güneyli  azərbaycanlıların  qarşılaşdığı 
çətinliklərdən  söz  açaraq  yazır  ki,  bu  gün  bizim  kimlik  krizisimiz  var. 
Soydaşlarımızn bir qismi irançılıqdan uzaqlaşa bilmir. İnsanın iki milləti olmaz! 
O,  nümunə  olaraq  kanadalıları  misal  çəkərək  yazır:  «Kanadalı  özünü  həm 
amerikalı,  həm  də  kanadalı  kimi  təqdim  etmir».  Bununla  o,  güneyli 
azərbaycanlılar  arasında  iki  millətçilik  problemini  həm  iranlı,  (həm  də 
azərbaycanlı)  mövcud  olduğunu  söyləmək  istəyir.  Müəllif  başqa  bir  mənfi  halı 
da  nəzərə  çatdırır.  Bu  da  həm  İrandakı  siyasi  təşkilatların  təsiri  ilə  bağlıdır. 
«Sovet sistemi dağılsa da, hələ də onun ideyalarını yaşadanlar var. Burada əsas 
olaraq milli mənafe götürülməlidir». N.Qəzəvi yazısına davam edərək onu belə 
yekunlaşdırır:  «Öz  millətini,  öz  mənafeyini  qorumayan,  onu  tanımayan  insan 
heç vaxt başqasının milli mənafeyini müdafiə edə bilməz» (100, 1999, №4). 
Köln  şəhərində  nəşr  olunan  «Atürpat»  jurnalının  təsisçisi  və  redaktoru 
tanınmış  miniatürçü  rəssam  Əli  Minayidir.  Həm  Quzey,  həm  də  Güney 
Azərbaycanda  görkəmli  söz  ustalarının  əsərlərinə  çəkilmiş  onlarla  nəfis 
əsərlərin,  kitab  rəsmlərinin  müəllifidir.  O,  jurnalda  həm  üllüstrasiyalarla,  həm 
də  yazıları  ilə  çıxış  edir.  İranda  uzun  illər  antiazərbaycan  –  paniranist  dairələr 
tərəfindən  azərbaycanlılara  qarşı  milli  zülm  və  ayrıseçkilik  siyasəti 
aparılmışdır.  Dil  və  mədəniyyətə  basqı  və  təzyiqlər  edilmiş,  Güney 
azərbaycanlıların hüquqları total şəkildə pozulmuşdur. 
«21  Azər»  jurnalı  Almaniyanın  Dartmund  şəhərində  1998-ci  ildə  nəşr 
olunmağa  başlayıb.  Jurnalın  təssisçisi  Səməd  Nikanam,  redaktoru  Əlirza 
Miyanalıdır.  
«21  Azər»in  nəşr  olunduğu  ünvan  –  Almaniya,  Dartmunld  göstərilsə  də, 
əslində bu mətbu orqanı jurnalın redaktoru Ə.Miyanalının  rəhbərliyi ilə Bakıda 

 
171 
hazırlanırdı – PM.) 
Azərbaycanın  Milli  mübarizə  tarixində  əhəmiyyətli  yer  tutan  21  Azər 
(1945-46-cı  illər  S.C.Pişəvərinin  başçılığı  ilə  Güney  Azərbaycanda  qurulmuş 
Milli hökumət dövrü) hərəkatının həm şanlı, həm də qaranlıq qalan səhifələrini 
üzə çıxarıb, ictimaiyyətə təqdim etmək vəzifəsini yerinə yetirir.  
Jurnalın 1-ci sayında S.C.Pişəvərinin bir tarixi məktubu çap edilmişdir. İlk 
dəfə  mətbuat  səhifəsində  çap  olunan  bu  məktub  bu  görkəmli  şəxsiyyətin 
ətrafında  gedən  söz-söhbətlərə  və  onun  adına  kölgə  salmaq  istəyində 
bulunanlara yetərli cavabdır.  
«21  Azər»  dərgisində    də  milli  özünəqayıdış,  milli  özünüdərk  problemi, 
milli-mənəvi-əxlaqi  dəyərlərimizə,  milli  sərvətlərimizə  sahiblik  məsələsi 
qabarıq şəkildə gündəmə çıxarılır və həmin problemlərin həlli yolları araşdırılır. 
Dərginin  bütün  saylarında  Azərbaycanın  milli  və  qanuni  hökuməti  olan 
Azərbaycan Milli Hökumətinin bərpa olunması əsa hədəf seçilmiş və bu hədəfə 
yetmək  üçün  milli  demokratiya  prinsipləri  gözlənilməklə  bir  sıra  işlər  görülür, 
həmin  istiqamətdə  ciddi  müzakirələr  aparılır,  təklif,  rəy,  töfsiyələr  hazırlanır. 
Burada  çap  olunan  Azərbaycan  Milli  Hökuməti,  «21  Azər»  hərəkatı,  hərəkatın 
iştirakçıları  haqqında  siyasi  bilgi  və  məlumatlar  verən  sanballı  məqalələr  milli 
mübarizə tariximizi əks etdirən bitkin materiallar müasir gəncliyin öz xalqını və 
tarixini 
sevərək 
dəyərləndirən 
soydaşlarımızın 
yaxın 
keçmişimizi 
öyrənməsində,  milli  şüurumuzun  formalaşmasında  mühüm  rol  oynayır.  Heç 
şübhəsiz  dərginin  «Taleyimiz,  tariximiz»  «Açılmamış  səhifələr»,  «Tədqiqatlar, 
təhqiqatlar», «Ölkəmizi tanıyaq», «Xatirələr danışır» rubrikaları aktuallığına və 
məna tutumuna görə oxucu rəğbətini qazanmışdı. 
O  taylı  –  bu  taylı  Azərbaycan  xalqına  dostunun  kim,  düşməninin  kim 
olduğunu  tanıtmaq,  qazandıqlarımızın  və  itirdiklərimizin,  səhvlərimizin  nədən 
ibarət olduğunu göstərmək, anlatmaq «21 Azər» dərgisi ən uğurlu şəkildə yerinə 
yetirirdi. «21 Azər» qrupunun təsis etdiyi və 1945, 1946-cı ildə baş vermiş «21 
Azər» hərəkatının adından götürmüş dərgi yaradıcı heyətin qarşıya qoyduğu ali 
məqsədə  yetmək  istiqamətində  çox  mühüm  işlər  görürdü.  Jurnalda 

 
172 
Azərbaycanla  bağlı  mövzu  məhdudiyyəti  yox  idi.  istər  Şimali,  istər  Cənubi 
Azərbaycanın  tarixi,  mədəniyyəti,  ədəbiyyatı,  Vətəndə  baş  verən  ictimai-siyasi 
hadisələr «21 Azər»də geniş işıqlandırılırdı. 
Skandinaviya  ölkələri  içərisində  Azərbaycanlıların  çoxluq  təşkil  etdiyi 
dövlətlərdən  biri  də  İsveçdir.  Bu  ölkədə  yaşayan  soydaşlarımız  tərəfindən  bir 
çox mətbu orqanları nəşr olunur. 
1991-ci ildən başlayaraq İsveçdə 8 qəzet və jurnalın əsası qoyulub. Onların 
əksəriyyəti  ölkənin  paytaxtında  cəmləşib.  Bunlar  «Azərbaycan»  (Stokholm, 
1995),  «Səhəng»,  (Stokholm,  1994),  «Çiçək»  (Stokholm,  1995),  «Tribun» 
(Stokholm,  1997),  «Durna»  (Stokholm,  1998),  «Varlığın  səsi»  (Stokholm, 
1999),  «Birlik»  (Stokholm,  1999),  «Dalğa»  (Stokholm,  2001).  Tribun  jurnalı 
onların  içərisində  xüsusilə  seçilir.  Stokholmda  nəşrə  olunan  «Tribun»  jurnalı 
həm məzmun ideya baxımından, həm də tərtibat cəhətindən 90-cı illərdə xarici 
ölkələrdə  soydaşlarımış  tərəfindən  çıxarılan  mətbu  orqanları  içərisində  diqqət 
çəkir.  Jurnalın  redaktoru  Əlirza  Ərdəbilidir.  O  jurnalın  yaranması  ilə  bağlı 
yazır:  «1990-cı  ilin  20  yanvar  hadisələri  vaxtında  əlimiz  KİV-ə  çatmırdı.  Çox 
acınacaqlı  vəziyyət  keçirirdi.  Çoxlarımız  yenicə  məskunlaşmışdır.  Qərarlaşıb 
Stokholmda  «Azərbaycan  səsi»  adlı  radioda  işə  başladıq.  Hazırladığımız 
verilişlər  böyük  zəhmətlə  başa  gəlsə  də  onu  yaşadığımız  şəhərdən  və 
ümumiyyətlə  İsveçdən  kənarda  eşidən  olmurdu.  Radioda  işləyə-işləyə  başqa 
imkanlar və bizim əməkdaşlıq edə bilən dostlar, həmkarlar  axtarırdıq. Nəhayət 
1997-ci ildə istəyimizi həyata keçirə bildik. «Tirbun» adlı jurnalımızı çıxardıq». 
(107,  1997,  №  1,  5)  Jurnal  haqda  müəyyən  təsəvvür  əldə  etmək  üçün  onun 
saylarından  birində  (№  3)  dərc  olunan  materiallara  nəzər  salaq:  onun  «Milli 
kimlik  və  ortaq  dil»,  «Azərbaycana  qarşı  milli  zülm»,  «Dil  və  dinə  əsaslanan 
etnik millətçilik», «Milli məsələyə yeni bir baxış», «Türk dili və ədəbiyyatının 
yüksək yeri», «İranda 20 milyon azərbaycan azlığı», «İsrail qövmləri və səlcuq 
türkləri»,  «Sərhəddimiz  bir  dünyaya  doğru»,  «Dünya  millətlərinin  bahar 
mərasiminin  tarixi»,  «Ötən  əsrlərdən  gələn  səs»,  «2000-ci  ilin  astanasında 
mənəvi  dünyamız»  və  s.,  jurnalın    İnternet  səhifəsi  də  mövcuddur; 

 
173 
www.tribun.com
. Curnalın redaktoru baş məqalələrindən birində İranda yaşayan 
azərbayjanlıların  milli  haqlarının    qorunmaması  məsələsi  ilə  bağlı  yazır:  «Biz 
İranın hüquqsuz təbəələriyik. İranda formalaşmış mədəniyyət güzgüsündə bizim 
mənəvi,  milli    portretimizin  cizgiləri  görünür.  Bu  dövlətin  mədəniyyət 
sahəsindəki  fəaliyyəti  və  təbliğatı    yalnız  fars  mənbəyinə,  fars  düşüncəsinə 
əsaslandığı  üçün  yalnız  bir  mədəniyyət  anlayışı  formalaşdırılmış  və  inkişaf 
etdirilmişdir.  Bu  coğrafi  ərazidə  yaşayan  xalqların,  o  cümlədən 
azərbaycanlıların  dili  və  mədəniyyəti  yasaq  edilmişdir.  Tarixin  müxtəlif 
dövrlərində  böyük  saraylar  fəth  etmiş  dilimiz,  mədəniyyətimiz  bu  gün  rəsmi 
dairələrdən qovulsa da sinələrdən qovula bilməyəcəklər. Dilimiz böyük təfəkkür 
faktıdır. Dilin arxasında duran təfəkkür, enerji, düşüncə sistemi nə qədər güclü 
və  əhatəlidirsə, həmin dildə yaranan əsərlər bir o qədər möhtəşəm və əzəmətli 
olacaqdır». 
Müxtəlif  düşüncəli  qələm  sahiblərinin  yazılarında  günümüz  üçün  gərəkli 
olan  çox  dəyərli  fikir  və    mülahizələr,  məntiq  və  proqnozlar  vardır.  Milləti 
oyatmaq,  sabaha  səfərbər  etmək,  pərdələri  götürüb  real  həqiqətləri  ortaya 
qoymaq ümumxalq işi üçün çox önəmlidir. Fkrimizcə, «Tribun» buna cəhd edir. 
«Varlığın səsi» 1999-cu ildən İsveçdə nəşr olunur. İkinci sayından etibarən 
populyarlaşan jurnalın redaktoru Musa Haşimidir. Jurnalın səhifələrində çeşidli 
mövzulara  toxunulur:  dil,  ədəbiyyat,  tarix,  folklor  materialları  və  s.  Jurnalın 
əsas  prinsip  və  məqsədi  Azərbaycanı  Avropaya  tanıtdırmaqdır.  Jurnal 
səhifələrində  Azərbaycanın  mənəvi  irsi,  görkəmli  fikir  və  sənət  adamları, 
musiqi,  mədəniyyət  abidələri  ilə  bağlı  öz  səhifələrində  müntəzəm  məqalə  və 
məlumatlar dərc edirlər. 
Bildiyimiz kimi bədnam qonşularımız bizim tək torpağımıza deyil, mənəvi 
sərvətimizə  də  əl  atıb  «özününküləşdirirlər».  Bu  azmış  kimi,  bəzən  farslar  da 
Nizami,  Xaqani  kimi  milli  şairlərimizi,  bir  sıra  mədəniyyət  abidələrimizi, 
Təbriz  xalçalarını  (məsələn,  Kaşan,  Şiraza  adı  altında)  və  s.  məhz  farslara 
məxsus olduğu iddiasında olurlar. 

 
174 
«Varlığın səsi» qoyulan məsələ ilə bağlı həqiqəti üzə çıxarmaq Azərbaycan 
xalqının mənəvi zəngin mənəvi sərvətinə sahib durmaq və onu yetərincə təbliğ 
etmək funksiyasını layiqincə yerinə yetirir. 
Stokholm    şəhərində  hələ  1985-ci  ildə  fəaliyyət  göstərən  «Durna» 
Azərbaycan  mühacirləri  cəmiyyətinin  orqanıdır.  İlk  saylarında  folklor 
materiallarına  geniş  yer  ayıran  «Durna»  fars  təhsilli  güney  azərbaycanlıları 
üçün «öz dilində tək danışmaq  yox,  yazmaq da olarmış» kimi həqiqəti ortalığa 
qoymuşdur.  Ədəbi  dil  yazıda  formalaşır  prinsiplərinə  əsaslanan  jurnalın 
əməkdaşları  soydaşlarının  uzun  illər  irtica  rejiminin  ana  dilində  «yazmaq 
xofu»nu  aradan  götürməyə  çalışır,  sadə  anlaşıqlı,  canlı  bir  dillə  oxucuların 
görüşünə  gəlirdilər.  Jurnal  informasiya  xarkterli  yazılara  da  geniş  yer  ayırır, 
dünyada baş verən hadisələri müntəzəm işıqlandırırdı. 
2001-ci ildə jurnalın adı «Dalğa» ilə əvəz olunur. 
«Dalğa»  jurnalı  Azərbaycan  Milli  Demokratik  nehzətinin  (hərəkatının) 
fikir və ideyalarını yayan bir mətbu orqanı kimi fəaliyyət göstərir. «Dağla» ərəb 
əlifbası ilə Azərbaycan və fars dillərində nəşr olunur. 
 
İngiltərədə  mühacir  mətbuatımızın  əsası  1906-cı  ildə  Londonda  çıxan 
«Xilafət» adlı qəzetlə qoyulub. Ərəb, Azərbaycan və türk dillərində nəşr olunan 
bu  qəzetin  redaktoru  Şeyx  Həsən  təbrizi  idi.  E.Braunun  yazdığını  görə  o, 
London  Universitetində  şərq  ədəbiyyatından  mühazirələr  oxuyurdu.  O,  həm  də 
Londonda çılışdığı müddətdə E.Braunun fars dili müəllimi olmuşdur (60). 
1978-1979-cu  illər  İran  inqilabına  böyük  ümidlərlə  qoşulan  və  sonda 
gözlənilən  nəticələrə  nail  olmayan  və  yeni  qurulan  rejimlə  barışmayan  güneyli 
milli  vətənpərvər  ziyalıların  bir  hissəsi  vətəndən  Böyük  Britaniyaya  mühacirət 
etdilər.  Onlar  1979-cu  ildə  Londonda  Azərbaycan  və  fars  dillərində  olan 
«Aydın»lıq qəzetini təsis etdilər. 
Böyük  Britaniyada  sonralar  Quzey  Azərbaycandan  mühacirət  etmiş 
soydaşlarımız tərəfindən ölkənin paytaxtında Azərbaycan, rus, ingilis dillərində 

 
175 
«Salam»,  Azərbaycan,  ingilis  dillərində  «Ana  yurdum»,  ingilis  dilində 
«Kaspian» və s. kimi mətbu orqanları çıxarmışlar. 
Ötən  ilin  90-cı  illərindən  sonra  Amerikanın  müxtəlif  şəhərlərində 
soydaşlarımız tərəfindən nəşr olunan mətbu orqanları Los-Ancelos şəhərlərində 
«Azərbaycan»,  «Əlifba»,  «Beynəlxalq  Azərbaycan»,  Vaşinqtonda  «Dirilik», 
«The  Turkish  world»,  Sitldə  «Babılon  Azerbaijan»,  Nyu-Yorkda  «Reform»  və 
s.  qəzet  və  jurnallar  idi.  Adı  çəkilən  sonuncu  mətbu  orqanın  görkəmli  ictimai 
xadim, tanınmış cərrah, Tehranda Azərbaycan dilində çıxan «Vaqlıq» jurnalının 
naşirivə  redaktoru  d-r  Cavad  Heyətin  qardaşı  Firuz  Heyətdir.  Üç  dildə 
(Azərbaycan,  ingilis,  fars)  nəşr  olunan  bu  jarnalın  səhifələrində  hər  iki 
Azərbaycan həqiqətləri öz əksini tapırdı. 
 
«İldırım»  dərgisi  Güney    azərbaycanlılar  tərəfindən  Kanadanın  Montreal 
şəhərində nəşr olunur. 1998-ci ildən ingilis və Azərbaycan dillərində çap olunan 
dərginin  baş  redaktoru  Saleh  bəy  jurnalın  yaranması  tarixi  ilə  bağlı  yazır: 
«Kanadada 1986-cı ildə mühacirət etmişik. O zaman Kanada azərbaycanlılardan 
ibarət  cəmiyyətlər  var  idi.  Bu  cəmiyyətlər  1989-cu  ildən  etibarən  güclü 
fəaliyyətə başladılar. Qəzet çıxarmaq fikrimiz vardı, amma bununla bağlı qızğın 
mübahisələr olurdu. Bakıda 1990-cı ildəki 20 yanvar faciəsi ilə bağlı Montreal 
Universitetində böyük tədbir keçirdik. Rusiya hökumətini məhkum etdik. 1993-
cü  ildə  şəhərin  iri  meydanlarından  birində  Azərbaycana  erməni  basqınları  ilə 
bağlı  mitinq  keçirdik.  Kanada  ictimaiyyətini  və  medianı  bu  məsələyə  cəlb  edə 
bildik.  Çünki  onların  Azərbaycan  həqiqətləri  haqqında  cüzi  təsəvvürləri  belə 
yox  idi.  Bu  azmış  kimi,  onlara  belə  bir  fikir  aşılanmışdı  ki,  guya  bizlər 
Ermənistana  təcavüz  elirik.  Mitinqin  bizə  köməyi  o  oldu  ki,  KİV-ləri  bizdən 
müsahibə  götürdülər.  Qəzet  səhifələrinə,  televiziyalvara  çıxdıq.  Hətta  ölkənin 
paytaxtında  –  Toronto  şəhərində  çıxış  etdik.  Qeyd  edək  ki,  o  müddətdə  İran 
qəzetlərində bizim əleyhimizə yazılar gedirdi. Biz öz borcumuzu qismən yerinə 
yetirib  Kanadada  Azərbaycanla  bağlı  boşluğu  götürə  bildik.  Elə  «İldırım» 
dərgisini çıxarmaq qərarına da o illərdə gəldik» (85, 1998, №1). 

 
176 
Biz  demokratik  toplumun  yaranması  üçün  döyüşür  və  inanırıq  ki, 
demokrasının  olmamasından  belə  milli  haqsızlıqlar  və  milli  zülm  ortaya  çıxır. 
Biz  Azərbaycanın  gələcəyini  təkcə  azərbaycanlıların  iradəsi  ilə  ölçüb, 
biçilməsinə  və  onların  istəyi  kimi  idarə  olunmasına  dərindən  inanırıq.  Biz 
oxucularımızı  millətinə  nə  edib  ya  etməmələri  üçün  kəsin  və  tək  bir  yol  təklif 
etmirik.  Ancaq  demokratiyanı  təklif  edir  və  çoxluğun  istədiyi  kimi  olunmasını 
istərik. Biz hər türlü diktatorluğa qarşı, bütün gücümüzlə döyüşə and içmişik. O 
üçün özümüzdə diktator olmaqdan və millətə nə edib, nə etməməgin deməkdən 
uzaq  durub  ancaq  demokratik  bir  toplumun  yaranması  ilə  milli  zülmün  aradan 
qaldırılmasına  inanır  və  təbliğ  edirik.  Biz  milli  haqlarımızı  danan  şovinistlərə 
qarşı  döyüşə  qalxıb  dizə  köçürənə  qədər    milli  haqlarımızın  rəsmi  tanınmasına 
qədər mücadilə aparacağıq. 
Ana  dilimizdən  (Azərbaycan  türkcəsindən)  yasaqlıqın  götürülməsi, 
Azərbaycan  Türkcəsi  Güney  Azərbaycanda  rəsmi  dil  kimi  tanınıb  və 
məktəblərdə,  universitetlərlə  örgənilməsi  televizyon,  radio,  dərgi  və  jumalların 
demokratik  prinsiplərə  dayalı  yazıb  yayınlanması  bizim  ilk  və  başlanğıc 
istəklərimizdəndir.  Bu  arada  Azərbaycanın  nə  kimi  siyasət  tutub,  ya 
tutmamasında toplumun və milli düşüncənin gəlişməsi ilə bağlıdır. 
«Qurtuluş  dərgisi»  1996-cı  ildə  Kanadanın  Toronto  şəhərində  nəşrə 
başlayıb.  Kanadada  yaşayan  azərbaycanlıların  yaratdıqları  «Azərbaycan 
qurtuluş  cəhbəsi»nin  mətbu  orqanıdır.  Üç  aydan  bir  çıxan  jurnalın  özəl 
xüsusiyyətlərindən biri onun üç dildə  – Azərbaycan türkcəsində, ingilis və fars 
dillərində  çıxmasıdır.  Dərginin  redaktoru  Fəridə  Həkimi,  baş  yazarı  isə  Əlirza 
Əjdərzadədir. 
Dərginin redaktoru onun yaranma tarixi ilə bağlı ilk sayda yazırdı: 1996-cı 
ildə yaşadığımız Toronto şəhərində 21 Azər hərəkatının ildönümü münasibətilə 
(1945-1946-cı  illərdə  Güney  Azərbaycanda  milli  Demokratğik    hökumətin 
qurulması) universitetlərdən birində tədbir keçirdik. Orada mən də çıxış etdim. 
Tədbirə  çoxlu  azərbaycanlılar  qatılmışdı.  Elə  orada  toplaşan  azərbaycanlılarla 
söhbət  zamanı  belə  qərara  gəldik  ki,  Azərbaycanı  tanıtmaq  məqsədilə  bir 

 
177 
cəmiyyət  yaradaq.  Ona  «Qurtuluş»  adı  verdik.  Bu  cəmiyyətin  mətbu  orqanı  da 
təbii olaraq «Qurtuluş» adlandı» (92, 1997, №1). 
 

 
178 
Yüklə 2,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin