Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə13/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   ...   9   10   11   12   13   14   15   16   ...   69
Pedaqogika imtahan cavabları

İşgüzar 
oyunlar. 
İşgüzar 
oyunlardan, 
əsasən, 
yeni 
materialın 
möhkəmləndirilməsində, yaradıcı bacarıqların inkişaf etdirilməsində, ümumi 
bacarıqlarının formalaşdırılmasında istifadə olunur. O, şagirdlərə təlim 
materialın müxtəlif mövqelərdən öyrənməyə və qavramağa imkan yaradır. 
13.Şagirdlərin qruplaşdırılmasının əhəmiyyətini əsaslandırın. 
Beynəlxalq təcrübədə şagirdlərin qruplara bölünməsi müxtəlif dövrlərdə fərqli 
formalar və prinsiplər əsasında həyata keçirilmişdir. Adətən məktəblərdə 
şagirdləri səviyyələr üzrə qruplaşdırma birləşdirmə və strukturlaşdırmadan 
istifadə edilmişdir. 
Səviyyələr üzrə qruplaşdırma təlimdə yüksək nailiyyətlər əldə edən şagirdlərin 
bir sinfə, orta səviyyəlilərin başqa sinfə və ən aşağı nəticələr göstərən şagirdlərin 
isə digər sinfə yerləşdirilməsidir. 
Birləşmədə müxtəlif səviyyəli şagirdlərin bir araya gətirilməsinə üstünlük verilir. 
Burada zəif təlim nəticələri nümayiş etdirən, oxumağa həvəsi olmayan 
şagirdlərin eyni sinifdə birləşdirilməsi rəğbətləndirilmir. 
Strukturlaşdırmada şagirdlər konkret bir fənn üzrə əldə etdikləri nəticələrə görə 
sinifdə birləşdirilir. Səviyyələr üzrə qruplaşdırma və birləşmə şagirdlərin ümumi 
intellektual səviyyəsi haqqında ideyanı dəstəkləsə də, strukturlaşma şagirdlərin 
müxtəlif məzmun və fənlər üzrə qabiliyyət və nailiyyətlərinin fərqli olmasına 
əsaslanır. 
Müxtəlif dövrlərdə qruplaşdırılma, onun nəticələri və təlim prosesinin 
səmərəsinə təsiri alimlərin tədqiqat mövzusu olmuşdur. Son zamanlar bu məsələ 
yenidən diqqət mərkəzinə gəlmiş və hazırda geniş müzakirə predmetinə 
çevrilmişdir. Bu araşdırmalar qruplarda müxtəlif bacarıqlı şagirdlərin sosial 
cəhətdən inkişafını sübut etmişdir. Tədqiqatçıların bir qismi müxtəlif bilik və 
bacarıqlara malik şagirdlərin qruplaşdırılmasında sosial əlaqələrin güclənməsi 
fikrini irəli sürmüş, digər tədqiqatçılar isə riyaziyyat, dəqiq elmlər və dilin 
tədrisində bilik və bacarıqların bir xətt üzrə inkişafını qeyd edərək 
strukturlaşmanın faydasını vurğulamışlar. 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin