Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin


İnkişafetdirici təlimin prinsipləri



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə11/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   ...   7   8   9   10   11   12   13   14   ...   69
Pedaqogika imtahan cavabları

İnkişafetdirici təlimin prinsipləri 
İnkişafın yaradıcı xüsusiyyət daşıması prinsipi. Uşaq kiminsə təcrübəsini 
mənimsəməməlidir, əksinə o, kreativ bacarıqlarından istifadə edərək 
özünəməxsus təcrübə toplamalıdır. Yaradıcı fəaliyyət unikal təcrübə və biliklər 
yaratmaq qabiliyyətinə malikdir, o, uşağa vaxtında və hərtərəfli şəkildə 
potensialını, daxili imkanlarını reallaşdırmaq, bacarıqlarını üzə çıxarmaq imkanı 
verir. 
Birgə fəaliyyət və ünsiyyətin tənzimlənməsi prinsipi. Bu təlim yanaşmasında 
pedaqoq-şagird arasındakı əlaqə olduqca vacibdir. Tədqiqatlar sübut etmişdir ki, 
böyüklərlə birgə fəaliyyət göstərmək uşaqlara mədəniyyətə yiyələnmək üçün 
daha əlverişli şərait yaradır. Intellektual və yaradıcı əməkdaşlıq keyfiyyətli 
inkişafetdirici təhsilin əsasdır təşkil edir, o, fərdi yanaşmanı təmin edir.
Çevik temp prinsipi özündən əvvəl təsvir olunanları tamamlayır, müəllimin təlim 
materialını yeknəsək və darıxdırıcı şəkildə çatdırılmasının qarşısını alır. 
İnkişafetdirici təlim prinsiplərinə riayət edən pedaqoq, daim axtarışda olmalı, 
şagirdlərin təfəkkürünü yeni biliklərlə zənginləşdirməlidir.
Affektlə intellektin vəhdəti prinsipi. Bu prinsip şüurun rasional və emosional 
hissələrinin vahidliyini tələb edir. Fərdi yanaşma şəxsiyyətin mahiyyəti və 
özünüifadə vasitəsi olan emosiyalara əsaslanır. Pedaqoq öyrənənlərin ağlı ilə 
yanaşı, mənəvi dəyərlərinə, ideyalarına və əsaslanmaqla inkişaf üçün daha geniş 
imkanlar yaratmalıdır. 


12.Oyun texnologiyalarının təsvirini verin. 
Oyun texnologiyaları yaşlı nəslin böyüməkdə olan nəslə qədimdən müasir dövrə 
qədər istifadə etdikləri təcrübəni verməkdən, ötürməkdən ibarətdir. “Pedaqoji 
oyun texnologiyaları” anlayışı pedaqoji prosesin müxtəlif təlim oyunları şəklində 
təşkilini nəzərdə tutan metod və priyomları özündə birləşdirir.

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin