Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin


Təlimdə diferensiallaşmanın təmin olunması məqsədilə təkliflər verin



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə16/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   ...   12   13   14   15   16   17   18   19   ...   69
Pedaqogika imtahan cavabları

16.Təlimdə diferensiallaşmanın təmin olunması məqsədilə təkliflər verin. 
Diferensiallaşma həm fərdi, həm də qrup üçün təşkil oluna bilər. Şagirdlərə 
verdiyiniz sual, aldığınız cavab və seçdiyiniz səviyyənin özü də 


diferensiallaşmadır. Prosesin təşkili zamanı aşağıda qeyd olunanlara diqqət 
yetirilməlidir:
-Şagirdlərin tapşırığı necə başa düşmələrini yoxlamaq
-Müzakirəni dinləmək, ehtiyac olduqda istiqamətləndirmək, suallar vermək 
-Şagirdlərə yarana biləcək problemlərlə bağlı təlimat vərəqləri və köməkçi 
vasitələr vermək, mövzunu sadə dildə izah etmək 
-Şagirdlərin dəftər və qeydlərini yoxlamaq;
-Şagirdlərin işlərini qiymətləndirmək; 
-Şagirdləri həvəsləndirmək; 
-İnkişaf üçün real hədəflər müəyyənləşdirmək;
Diferensiallaşdırılmış tapşırıqların hazırlanması üçün müəllim şagirdlərini 
hərtərəfli tanımalıdır. Tapşırıqlar çətin, lakin həll edilməsi mümkün olmalıdır. 
Tapşırıqların diferensiallaşma aspektləri: 
-Tapşırıqların yaradıcı xarakter daşıması
-Tapşırıqlar üçün açıq tipli suallardan istifadə; 
-Şagirdlərin bu növ tapşırıqlarla tanışlıq dərəcəsi.
-Şagirdlərin mənbə və resurslarla tanışlıq dərəcəsi;
-Şagirdlərə təqdim olunan məlumatın miqdarı; 
-Təqdim olunan tapşırığın dil səviyyəsi; 
17.Nəticələrə görə diferensiallaşmanın mahiyyətini açıqlayın. 
Şagirdlərin əldə etdikləri təlim nəticələrinin fərqli olması onlara verilən 
dəstəkdən, göstərilən köməkdən, tapşırığın hazırlanması və yerinə yetirilməsi 
prosesindən asılıdır. Əlavə tapşırığın hansı səviyyədə icrası, necə yerinə 
yetirilməsi və uğurlu olması qiymətləndirmə meyarları vasitəsi ilə 
müəyyənləşdirilə bilər. Meyarların seçimində aşağıda qeyd olunanlar nəzərə 
alınmalıdır: 
-Problemin müxtəlif aspektləri daxil olmalı; 
-Tapşırığın yerinə yetirilməsi üçün müvafiq metodun seçilməsi; 


-Planlaşdırma zamanı müxtəlif çətinlik səviyyəsi olan tapşırıqların hazırlanması və 
fərqli fəaliyyət növlərindən istifadə;
-Riyazi çalışmalarda məlumatın qeydə alınmasında mükəmməllik, tamlıq və 
dəqiqlik; 
-Fəaliyyəti, işi müzakirə etmək üçün müvafiq ideya və nəzəriyyələrdən istifadə; 
-Fəaliyyətin, tapşırığın nəticələrinin dəqiq və anlaşıqlı olması;
-Şagirdlərin tədricən öz fikirlərini mürəkkəb formada ifadə etmək bacarığı; 
-Təsəvvür və ideyalardan istifadə; 
-Müvafiq diaqram, səhnəcik və şəkillərin seçimi; 
-Tapşırığın yerinə yetirilməsi üçün texnologiyalarından düzgün istifadə; 
-Problemin həllinə dair maneələri müəyyən etmək və onları aradan qaldırma 
yollarını bilmək.
Qiymətləndirmə meyarlarının düzgün seçimi fəaliyyətin diferensiallaşmasına 
imkan yaradacaq. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin