XI. ƏTRAF MÜHİTİN VƏ YER DƏRİNLİKLƏRİNİN
MÜHAFİZƏSİ PROBLEMİ
Yer qabığı biosferin mineral əsasıdır, bütün təbiət kimi onun da
mühafizəyə böyük ehtiyacı vardır.
Faydalı qazıntıların istehsalı və başqa vasitələrlə yerin
dərinliklərinə insanın təsiri təbiətə və ətraf mühitə qayğı ilə
yanaşmağı tələb edir. Faydalı qazıntıların istehsalı bilavasitə bir-
birilə əlaqədar iki problemin həllini tələb edir:
1. Yerin dərinliklərinin mühafizəsi və mineral sərvətlərdən
səmərəli istifadə olunması;
2. Ətraf mühitin mühafizəsi – torpağın, su hövzələrinin və at-
mosferin çirklənməsinin qarşısını alan tədbirlər, qazıntı sahəsində
yer səthinin bərpa edilməsi.
Bu problemlərin düzgün həll edilməsi təbii sərvətləri qoruyur
və israfçılığın qarşısını alır. Nəticədə nəinki bu günün tələbləri
ödənilmiş olur, eləcə də gələcək nəslin ehtiyacları nəzərə alınır.
Təbiətə və onun sərvətlərinə qayğı və qənaətlə yanaşmaq bizim
Lenin partiyamızın qərarlarından irəli gəlir.
1975-ci ildə SSRİ-nin və 1976-cı ildə müttəfiq respublikaların
yeraltı sərvətlərinin qorunması barədə qanunvericilik əsaslarının
qəbul edilməsi bu tədbirlərin nə qədər böyük dövlət əhəmiyyəti
olduğunu göstərir.
Yer dərinliklərinin mühafizəsi, sözün tam mənasında, yer
qabığından və ondakı faydalı qazıntılardan səmərəli və elmi
əsaslarla istifadə olunması, bu maddi sərvətlərin texniki, iqti-
sadi cəhətdən əlverişli və itkisiz əldə edilməsi, eləcə də ətraf
mühitə zərərli və mənfi təsirin aradan qaldırılması deməkdir.
Yer dərinliklərinin mühafizəsi dağ-mədən sənayesinin inkişafı
mənafeyinə uyğundur.
Doğrudur, ölkəmizdə inqilabdan əvvəl də faydalı qazıntılardan
və maddi sərvətlərdən səmərəli istifadə edilməsi üçün ayrı-
ayrı təşəbbüslər göstərilmişdir. Mütərəqqi ictimaiyyət və rus
alimləri məhsuldar qüvvələrin inkişafı və maddi sərvətlərin
qorunması qayğısına qalmışlar. M.V. Lomonosov dağ-metallurgiya
sənayesinin inkişafını təbiətə qayğı ilə ayrılmaz vəhdətdə hesab
etmiş, D.İ. Mendeleyev və başqa rus alimləri təbiətin qorunması
sahəsində böyük xidmətlər göstərmişlər. Lakin çar Rusiyasında bu
məsələ xalq və dövlət mənafeyi səviyyəsinə qaldıra bilməmişdir,
çünki xüsusi mülkiyyət və şəxsi varlanma şəraiti təbiətə və ətraf
102
XI. Ətraf mühitin və yer dərinliklərinin mühafizəsi problemi
mühitə qayğı ilə yanaşmağa imkan verə bilməzdi. Bu problem öz
həllini tapmağa başlamış və ona münasibət kökündən dəyişmişdir.
Yer dərinliyinin mühafizəsi məsələlərı aşağıdakılardan ibarətdir:
1. Faydalı qazıntıların istehsalı ilə əlaqədar olmayan
sahələrdən istifadə olunmasında ətraf ərazinin zəhərlənməsi, de-
formasiya, radioaktiv və başqa zərərli istehsal tullantılarının
basdırılması, eləcə də müxtəlif yeraltı mühəndis tikililəri zamanı
dağıntı və çirklənməyə yol verilməməlidir. Elmi cəhətdən qiymətli,
təbii və geoloji abidələr, ərazilər qorunub saxlanmalıdır.
2. Faydalı qazıntı yataqları ərazisinin sənaye və yaşayış
binaları ilə tutulması, sənaye tullantıları ilə çirklənməsi və onlardan
su hövzələri yaratmaq üçün istifadə edilməsi yol verilməzdir.
3. Dağ-mədən sənayesi müəssisələrinin layihələndirilmə və
inşası zamanı faydalı qazıntılar mühafizə edilməli və onlardan
səmərəli istifadə olunması təmin edilməlidir.
4. Neft və qaz yataqlarının istismarında mütərəqqi üsull-
ardan istifadə olunmalı, açıq fontanların qarşısı alınmalı, yatağın
sulanmaması və korlanmaması üçün tədbirlər həyata keçirilməlidir.
Neftin və qazın ətraf əraziyə sızmasının qarşısı alınmalı, neft itkiləri
aradan qaldırılmalı, torpaq, hava və su hövzələrinin çirklənməsinə
yol verilməməlidir. Yeraltı layların, xüsusən sənaye əhəmiyyətli su
laylarının çirklənməməsi üçün tədbirlər görülməli, tullantı sular
təmizlənməlidir.
5. Bərk faydalı qazıntı yataqlarında yeraltı yanğınların
törənməsi və süxurların dağılması ilə mübarizə aparılmalıdır.
6. Çıxarılmış, lakin tərkibində faydalı qazıntıları olmayan
süxurlardan və istehsalat tullantılardan mümkün olan faydalı
komponentləri ayırıb uyğun məqsədlər üçün istifadə edilməlidir.
Həmin süxurların özbaşına atılmasının qarşısı alınmalı və onlardan
tələb olunan yerlərdə inşaat materialları kimi istifadə edilməlidir.
7. Dağ-mədən müəssisələrinin bağlanması və ləğv edilməsi
zamanı yer dərinliklərinin mühafizəsi qaydalarına əməl
olunmalıdır.
8. Bərk faydalı qazıntıların və filizlərin zənginləşdirilməsi
prosesində əsas maddələrdən əlavə, başqa mineral xammalın da
itməməsini nəzərdə tutmalı, yuyucu su və şlak təmizlənməlidir.
Hasil edilmiş mineral xammalın və onun məhsullarının xalq
təsərrüfatında səmərəli işlədilməsi dövlət əhəmiyyətli tədbirdir. Bu
zaman səmərəli texnoloji prosesin tətbiqi, istehsal tullantılarından
təkrar və digər məqsədlər üçün istifadə edilməsi metalın qənaətlə
sərfi, nəqliyyat işlərində mineral xammalın, yanacağın və səpələnən
maddələrin itkilərini azaltmaq əsas şərtlərdəndir.
Texniki məqsədlər üçün süni minerallar (almas, dağ billuru,
pyezokvars, yaqut və s.) istehsalının inkişafı maddi sərvətlərdən
qənaətlə və səmərəli istifadəyə şərait yaradır.
Ölkənin su ehtiyatına qayğı ilə yanaşılmalıdır. Bununla
|