X. Erqonomika nədir?
ya da aiddir. Elmin bu sahəsi erqonomik tələblərə uyğun olaraq
insanın alət, maşın, əməliyyat, proses və sistemlərin quruluşunu,
funksiyasını və müxtəlif xassələrini psixoloji cəhətdən necə
mənimsədiyini öyrənir. Mühəndisi psixologiya əmək prosesində
insanın psixoloji xassəsini tədqiq edərək texnikaya verilən müvafiq
tələbləri müəyyən edir. Artıq hamı tərəfindən təsdiq edilmişdir ki,
texnikaya psixoloji baxış mühəndisi texnikadan heç də az vacib dey-
ildir. Başqa sözlə, maşına psixoloji baxış da möhkəmlik, davamlılıq
və başqa mühəndisi göstərişlər kimi əhəmiyyətlidir.
Böyük insan-maşın sistemlərini, onların planlaşdırılmasının
elmi əsaslı üsullarını, layihələşdirilməsini, qurulmasını və idarə
edilməsini texniki sistem baxımından öyrənən və hazırlayan elmin
sərbəst sahəsi sistemli texnika adlanır.
Bu elm üçün insanın erqonik cəhətdən əsaslandırılmış
etibarlılığı, dəqiqliyi, iti hərəkəti və sabitliyi vacibdir. İnsan-
operatora idarəetmə, nəzarət, məsələlərin həlli, proqramlaşdırma
və s. kimi ən mürəkkəb və məsul vəzifələr tapşırılır.
İnsani hisslərin etibarlılığını artırmaq üçün operatorun vəzifəsi
eyni vaxtda iki-üç mütəxəssisə tapşırılır. Məsul məsələlərin
həllinin həyata keçirilməsi elektron hesablayıcı maşınların köməyi
ilə yoxlanılır.
Hər bir istehsalat prosesinə mürəkkəb funksiyalı sistemlər
kimi baxmaq olar, çünki bunlar müxtəlif mərhələlərdə konk-
ret məsələləri həyata keçirir, dinamiki quruluş tərkibini uyğun
istiqamətə dəyişdirir, maddəni, enerjini, məlumatı başqa şəklə
salır. Bu mənada insanın fəaliyyəti meydana çıxan problemlərin
ardıcıl həllinin dinamiki üsullarından ibarət fasiləsiz prosesdir.
Öz növbəsində hər hansı texnologiyaya müxtəlif insan–maşın
sistemlərinin və komplekslərinin əmələ gəlməsi, hərəkətdə olması
və dağılması prosesi kimi baxılır. İnsanın fəaliyyətində, insan-maşın
mühitinin hərəkətdə olmasında təhlükəsizliyin etibarlılığının və
yüksək effektivliyin başlıca şərtlərindən biri insanın erqonomik
xüsusiyyətinin keyfiyyət və kəmiyyətcə texnoloji prosesin, maşını
əhatə edən mühitin erqonomik xassələri ilə əlaqələndirilməsidir.
Bu əlaqələndirmə zamanı əmək təhlükəsizliyinin artırılması üçün
yeni imkanlar əldə edilir.
Erqonomik təhlilin konkret məqsədləri insan–maşın mühitinin
təcrübi quruluş və vəzifələrini hazırlamaq, onun tərkibinə dax-
il olan komponentlərin miqdarını və vəzifəsini əsaslandırmaq,
bu komponentləri öz aralarında, həmçinin ayrılıqda bütünlüklə
sistemlə uyğunlaşdırmaqdır. Bu cür əsaslandırma eyni zamanda
əmək mühafizəsinin əsas məsələsini – zədələnmə səbəblərinin,
peşə xəstəliklərinin və qəza hallarının aradan qaldırılmasını həll
edir.
İnsan–maşın sistemləri müasir ictimai istehsalatın xarakterik
müxtəlifliyinə görə, sistemin operatorlarının sayından asılı olaraq,
99
X. Erqonomika nədir?
müxtəlif siniflərə bölünür. Məsələn, fasiləsiz sahədə sistemi idarə
edən operator, obyekti idarə edən operator və s. İnsan-operator
vasitəsilə həyata keçirilən idarəetmə, nəzarət, proqramlaşdırma,
xidmətetmə və s. sistem və komplekslər erqonomik sistem (ES)
adlanır.
Fiziki işlə yanaşı, müxtəlif məlumatları mənimsəyib dərk edən,
dəyişdirən, istehsalat vəzifəsini yerinə yetirərək qərar qəbul edən
və bu qərarları həyata keçirən işçi insan-operator adlanır. Bütün
hallarda insan-operator müxtəlif bioloji vericilərin (reseptorların)
və nəzarət-ölçmə cihazlarının (indikatorların) köməyilə obyek-
tin idarə edilməsi haqqında məlumatı qəbul edir, xəbərdarlığı
qavrayır, onu obyektin əlverişli kriteriləri ilə müqayisə edir. Bəzən
elektron-ölçmə maşınlarının və ya mühərrikin hərəkətdə olan
üzvlərinin (effektorun) köməyilə idarəetməyə təsir göstərərək
məsələlərin həllini seçərək qəbul edir və sistemin icraedici üzvü
(obyektin daxili quruluşunun konstruksiyasına və növünə müvafiq
məlumatın, enerjinin dəyişdiricisi) vasitəsilə məsələni həll edir.
Operator idarəetmənin təsiri ilə alınmış nəticəni tələb olunanla
müqayisə edərək sistemin yeni vəziyyətini qiymətləndirir. Bütün
bu mürəkkəb dövr, yəni operator vasitəsilə dəfələrlə təkrar olu-
nan fəaliyyətin axırıncı qiymətinin ölçüsü istehsalat vəzifəsinin
mahiyyətini təşkil edir. Həll edilən məsələnin mürəkkəbliyindən
və sistemin növündən asılı olaraq operatorun fəaliyyəti üç sinfə
ayrılır:
I. Operator nümunə üzrə imkanı qəbul edir, işlənmiş informasi-
yalar şəraitində kiçik təfəkkür vasitəsilə kiçik həcmli işlər görür.
II. Operator mürəkkəb məsələləri həll etmək, obyektin
hərəkətini, ona təsir göstərən kəmiyyət və xüsusiyyətlərin həlli
üsullarını seçmək ixtiyarına malikdir.
III. Operator böyük variantlarla obyektin hərəkət parametrləri
şəraitində iş görür, məlumatları nisbətən mürəkkəb üsullarla
hazırlamaqla çox böyük imkanlı məsələləri həll edir, qərar qəbul
edib həyata keçirir. İnsan–maşın–mühitin bütün növləri neft, qaz
sənayesi və sənayenin başqa sahələri üçün eynidir.
Neft sənayesində bədbəxt hadisələri yaradan bir çox amillər
müxtəlif xarakterdədir. Bu amillər istehsalat təhlükəsi və icraçı
fəhlənin əhval-ruhiyyəsindən asılıdır. Tədqiqat göstərir ki,
zədələnənlərin 12%-i iş günü ərzində özlərini pis hiss etmişlər.
Bunların yarısı zehni yorğunluq, 1/3 hissəsi isə fiziki yorğunluq hiss
etmişlər. Zədələnmələrin 21,8%-i təşkilati və sanitariya-gigiyenik
nöqsanların təsiri ilə əlaqədardır. Bunların 5,8%-i briqada tərkibinin
tam olmaması, 6,7 %-i briqadaya yeni üzvlər daxil olması, 14%-i
alətlərin nasazlığı, 6%-i əlverişsiz meteoroloji şərait və s. ilə izah
edilir. Zədələmələrin yarıdan çoxu istehsal proseslərinin yerinə
yetirilməsində buraxdıqları kobud səhvlərin nəticəsində zərər
çəkmişlər. Zədələnmələrin 15%-i mürəkkəb istehsal proseslərinin
100
X. Erqonomika nədir?
icrasında təcrübə və vərdişlərin qeyri-kafi olması ilə izah edilir.
Göstərilən səbəblərin bir çoxu bütün istehsal sahələri üçün old-
uqca xarakterikdir, əmək mühafizəsi məsələlərinin düzgün həlli
zədələnməyə səbəb olan amillərin aradan qaldırılmasına şərait
yaradır.
Neft sənayesi insan–maşın sistemlərində baş verən zədələnmənin
əsas səbəbi insan və maşın hissələrinin işinin biokimyəvi cəhətdən
razılaşdırılmamasıdır. Bu sahədəki tədqiqatın nəticələri də çox
maraqlıdır: zədələnmələrin 11 %-i iş yerinin darısqallığından, 7,2
%-i təhlükəli və mürəkkəb əməliyyata vaxtın çatışmamasından,
16,4%-i iş şəraitinin ayrı-ayrı momentlərinin qeyri-adiliyindən və s.
şikayətlənmişlər. Bu o deməkdir ki, müəssisələrdə zədələnmələrin
aradan qaldırılması üçün insan–maşın sistemlərinin quruluşunda
və vəzifələrində ahəngdarlıq yaradılması böyük əhəmiyyətə ma-
likdir.
Bədbəxt hadisələrin törəməsində psixoloji şəraitin əhəmiyyətinin
təhlili göstərir ki, zədələnmələrin 10%-i adi vaxtda olduğundan
daha çox səhvə yol vermişlər. 8,4 %-i vərdiş etdikləri əməliyyatın
yerinə yetirilməsində ləngimiş, 11,6%-i iş zamanı mühüm tədbirlər
görülməsini yaddan çıxarmışlar və s. Buradan aydın olur ki,
kollektivdə psixoloji iqlimin sağlamlığı, hər bir işçinin emosional
vəziyyəti təhlükəsizliyin təmin edilməsində əsas şərtlərdən biridir.
Sorğu nəticəsində aydınlaşdırılmışdır ki, zədələnmələrin 80%-
i üçün bədbəxt hadisə qəflətən baş vermiş, qalanları isə vaxt
olmasına baxmayaraq, qəzanın qarşısını almaq üçün düzgün yol
tapa bilməmişlər.
Zədələnmə ilə mübarizədə təhlükəli gərgin şəraitdə soyuqqanlı
olmaq və düzgün qərar qəbul etmək vərdişi aşılanması üçün işçiləri
hazırlamaq lazımdır.
101
XI. Ətraf mühitin və yer dərinliklərinin mühafizəsi problemi
Dostları ilə paylaş: |