XI. Ətraf mühitin və yer dərinliklərinin mühafizəsi problemi
qayğı ilə yanaşmaqda onların məsuliyyəti böyükdür. Lakin bu
məsuliyyət, bəzən düzgün dərk olunmur, təbiətin çirklənməsi və
korlanması həmin dövrdən başlayır. Kəşfiyyat kanalları, şurflar,
geofiziki və başqa quyular öz vəzifəsini yerinə yetirdikdən sonra
ləğv edilməmiş qalır ki, bu da canlı təbiətə böyük ziyan vurur.
İndi geoloji işlər təsdiq olunmuş layihələr üzrə aparılır və geolo-
ji materialın nəticələri ləğvetmə və bərpa işləri qurtarandan sonra
qəbul edilir. Geoloqlar dağ-mədən müəssisələrini layihələndirən
idarələri ətraf mühitin bərpa edilməsi üçün lazımi məlumatlarla
vaxtında təmin etməlidirlər.
Respublikamızda təbiətin və ətraf mühitin mühafizəsi
işində dağ-mədən sənayesinin təsiri xüsusən böyükdür. Yeraltı
sərvətlərdən istifadə edilməsi yer səthinə, su mənbələrinə və ətraf
hava mühitinə müəyyən təsir edir.
Yeraltı sərvətlərdən istifadə təbii gözəlliyə və canlı təbiətə
dəyişdirici təsir göstərir. Dağ-mədən sənayesi və kənd təsərrüfatının
bu ziddiyyətli məsələləri ictimai həyatımızın başqa sahələrinə də
toxunur. Ona görə də yeraltı sərvətlərin istismarı ətraf mühitin
mühafizəsi problemi ilə üzvi surətdə bağlıdır.
Dağ-mədən işləri nəticəsində korlanmış təbiətin bərpa edilməsi
və yaxşılaşdırılması xalq təsərrüfatı üçün böyük əhəmiyyətə malik
olub, bizim həyati və mənəvi tələbatımızdan irəli gəlir.
Təbiətin mineral sərvətlərindən sənaye miqyasında istifadə
edilməsi təbiət üçün həm ziyanlı, həm də xeyirlidir. Sözsüz ki, dağ-
mədən təsərrüfatı ətraf ərazini və ətraf mühiti dəyişdirir. Bəzi hal-
larda isə ona dağıdıcı təsir göstərir. Digər tərəfdən təbii sərvətlərdən
sənayedə istifadə edilməsi ölkənin iqtisadi imkanlarını artırır və
canlı üzvi təbiəti geniş miqyasda mühafizə etməyə şərait yaradır.
Dağ-mədən sənayesi inkişaf etdikcə odun yanacağının miner-
al yanacaqla əvəz edilməsi meşələri qırılıb tükənməkdən qoruy-
ur. Bir çox süni və sintetik maddələrin sintezi nəticəsində meşə
məhsullarından bu məqsədlə istifadə olunmasına son qoyulmuşdur.
Təbii qaz yataqlarının geniş miqyasda kəşfi və işlənilməsi
gələcəkdə sənaye müəssisələrində daş kömür, mazut və başqa
neft məhsullarının təbii qazla əvəz edilməsinə, bununla da iqtisa-
di mənfəətdən əlavə, ətraf atmosfer mühitinin təmiz saxlanmasına
şərait yaradacaqdır.
Mineral gübrələrin geniş tətbiqi əkin sahələrini artırmadan
məhsuldarlığı bir neçə dəfə yüksəltməyə imkan vermişdir. Bun-
suz çoxlu meşə sahələri əkin tarlalarına çevrilməli olardı ki, bu da
təbiətə ziyan vurardı.
Hazırda qida məhsulu kimi neftdən zülal maddəsi alınması
mikrobiologiyanın son nailiyyətləri ilə əlaqədardır ki, bu da kənd
təsərrüfatının işini xeyli yüngülləşdirir.
Deməli, faydalı qazıntılardan və maddi sərvətlərdən, geniş
istifadə etməklə biz canlı təbiəti daha yaxşı mühafizə etmək imkanı
106
XI. Ətraf mühitin və yer dərinliklərinin mühafizəsi problemi
əldə edirik.
Texnoloji imkanların inkişafı mineral xammal ehtiyatının
artırılmasında kəşfiyyatçı geoloqların rolunu heç də azaltmır. Ge-
oloji kəşfiyyatın aşkara çıxardığı çoxlu xammal yataqlarının ehtiyat
və imkanlarının düzgün təyin edilməsi onların coğrafi cəhətdən
lazımi istiqamətdə yerləşməsini və səmərəli işlənməsini təmin
edir. Geotexnologiya baxımından zəngin olmayan faydalı qazıntı
yataqlarından iqtisadi cəhətdən əlverişli istifadə edilmə imkanları
genişləndirilməlidir. Bu cəhətdən vaxtilə istismar olunmuş və son-
radan səmərəsiz hesab olunub atılmış yataqlar yenidən nəzərdən
keçirilməlidir.
Təbiətin mühafizəsi onun yaxşılaşdırılması deməkdir. Təbiətin
mühafizəsi heç də onu keçmişə, əvvəlki vəziyyətə qaytarmaq dey-
ildir. Təbiətdən istifadə zamanı insanlar onu özləri üçün əlverişli
vəziyyətə gətirirlər.
Mədəni insanın artan elmi marağını ödəmək üçün ayrı-ayrı təbii
muzeylərin, qoruqların, mühafizə olunan yerlərin yaradılması
zəruri haldır.
Ölkəmizdə ətraf mühitin qorunması sahəsində xüsusi tədbirlər
həyata keçirilir və onun gələcək texnologiyası işlənib hazırlanır. El-
mi-texniki inqilab texnoloji proseslərin, mineral xammalın istehsalı
və emalı təcrübəsinin təkmilləşdirilməsinə yönəldilmişdir.
Yaxın gələcəkdə qapalı texnoloji proseslər və tullantısız istehsalat
problemi həll olunacaq, nəticədə çayların, dənizlərin, torpağın, yer
altının və atmosferin çirklənməsinə son qoyulacaqdır.
107
XII. Əmək mühafizəsi haqqında məlumat
Dostları ilə paylaş: |