XI. Ətraf mühitin və yer dərinliklərinin mühafizəsi problemi
bərabər, yeraltı su mənbələrini çirklənmədən, zəhərlənmədən və
israf sərfdən qorumaq lazımdır. Yeraltı və yerüstü mineral su-
lardan xammal və mualicə məqsədilə, geotermal sulardan isə ele-
ktrik stansiyalarında və istilik təsərrüfatında səmərəli istifadə
olunmalıdır.
Dənizdə qazma və neft hasilatı, habelə neftin nəql edilməsi
zamanı itkilərə yol vermək dənizin çirklənməsinə səbəb olur.
Dəniz suyundan müxtəlif kimyəvi elementlərin alınması
texnologiyasını təkmilləşdirməklə dənizin mineral sərvətlərindən
maksimum istifadə etmək mümkündür. Lakin bu proses heç də
dənizin çirklənməsi hesabına aparılmamalıdır.
Yeraltı su, neft və qaz anbarlarının yaradılması etibarlı geoloji
izolə şəraiti tələb edir.
Yerin dərinliklərindən çoxlu su, neft və qaz çıxarılması, onların
yer səthində tikilmiş böyük anbarlara doldurulması Yer qabığının
dinamik tarazlığını pozur və ərazinin ayrı-ayrı sahələrində yerli
deformasiyaya səbəb olur. Dağ-mədən işləri landşaftı dəyişməklə
bərabər, rayonların hidroloji rejimini də pozur.
Yeraltı mineral sərvətlərdən istifadə diapazonunun genişlənməsi
yer qabığını mühafizə etməklə bərabər, onu bəşəriyyətin yaşayış
yeri kimi qorumağı əsas məsələ kimi qarşıya qoyur.
Bəzi hallarda ayrı-ayrı faydalı qazıntı yataqlarının səthi müxtəlif
tikintilərlə əhatə olunduğu üçün yataqdan səmərəli istifadə etmək
çətinləşir. Bunun əsas səbəbi geoloji kəşfiyyatın nəticələrini düzgün
nəzərə almamaqdan ibarətdir.
Geoloji kəşfiyyat və qazma işləri apardıqda su laylarının
çirklənməsi və tükənməsi, təbii izolyasiyanın pozulması hallarına
yol verilməməlidir.
Dərin neft və qaz quyularının qazılması zamanı yer altının
və yeraltı suların mühafizə olunması məqsədilə quyuların
möhkəmlənməsi saxlanılan quyuların konservasiyasının düzgün
təşkilindən çox asılıdır. Quyuların keyfiyyətsiz möhkəmləndirilməsi
kəmərlərarası sızmalara, açıq fontanlara, laylar arasında neft,
qaz və suyun qarşılıqlı hərəkətinə və s, səbəb olur ki, bunun da
nəticəsində layların təbii izolyasiyası pozulur, müxtəlif təzyiqli və
rejimli laylar bir-biri ilə əlaqələnir.
Yeraltı içməli suların mühafizəsi izolyasiya işlərinin
keyfiyyətindən asılıdır.
SSRİ-nin
və
müttəfiq
respublikalarının
qanunverici-
lik əsaslarında göstərilmişdir ki, müəssisə və idarələr faydalı
qazıntıların istehsalına aid qaydaları və şəraiti pozduqda on-
lar istifadə hüququndan məhrum edilir. Geniş yayılmış faydalı
qazıntılardan istifadə olunmasına icazə verilməsi ətraf mühitin
mühafizəsi mənafeyindən həll edilməlidir.
Dağ-mədən sənayesi xalq təsərrüfatının başqa sahələrinə
nisbətən təbiətə daha çox təsir göstərir. Təbiəti qoruyub saxlamaq,
104
XI. Ətraf mühitin və yer dərinliklərinin mühafizəsi problemi
onun sərvətlərini artırmaq zəruri məsələlərdən biridir. Təbiət təbii
vəziyyətdə insanın estetik tərbiyəsinə xoş təsir edir. Təbiəti sevmək
kifayət deyil, onu qorumaq, zənginləşdirmək, gözəlləşdirmək
və daha faydalı etmək lazımdır. Ətraf mühitin və atmosferin
təmizlənməsində, sağlamlaşmasında meşələrin böyük əhəmiyyəti
vardır. Meşələrin ən böyük düşməni yanğındır. Meşələrin və torflu
sahələrin yanması qarşılıqlı əlaqədədir.
Cansız təbiət abidələri, xüsusən geoloji obyektlər böyük diqqətə
və mühafizəyə layiqdir.
Geoloji mühitdən səmərəli istifadə olunması, insanların həyat
və fəaliyyət şəraitinin yaxşılaşdırılması, geoloji proseslərin düzgün
dərk edilməsi ilə bərabər, müxtəlif texniki hadisələrin idarə
edilməsinə imkan yaradır.
Mineral xammalın istehsalı və emalı ilə əlaqədar olan zərərli
nəticələrin aradan qaldırılmasının proqnozlaşdırılması və təsirli
tədbirlərin işlənib hazırlanması təbiətin qorunmasında zəruri
şərtlərdəndir.
Yer dərinliklərinin istismarı ətraf mühitdən təcrid oluna
bilməz. Ətraf mühitin qorunması və yaxşılaşdırılması partiya və
hökumətimizin daimi qayğısı altındadır. 1949-cu ildə SSRİ Nazirlər
Soveti «Atmosferin çirklənməsi ilə mübarizə və yaşayış yerlərinin
sanitariya-gigiyena şəraitinin yaxşılaşdırılması haqqında» qərar
qəbul etmişdir. Bu qərarın məqsədi ətraf mühitin toz, qaz və
digər zərərli maddə tullantıları ilə çirklənməsi, tullantı şəklində
dəyərli olan kimyəvi və başqa maddələrin itirilməsi ilə mübarizəni
gücləndirmək idi.
1950-ci il yanvarın 1-dən başlayaraq külü, tozu, kükürdlü və
florlu birləşmələri, kükürd qazını və bəzi başqa tullantıları tu-
tan qurğular tikməyi planlaşdırmayan sənaye müəssisələrinin
layihələri təsdiq olunmur. Bu tədbir havanın, torpağın və su
hövzələrinin çirklənməsinin qarşısını almaqla bərabər, həm də
sənaye tullantılarından yenidən isifadə edilməsinə yönəldilmişdir.
Metallurgiya, kimya və digər müəssisələrin buraxdığı qazların
tutulmasından əlavə, atmosferin təmizlənməsində təbii qaz
emalından alınan tullantı materialından yanacaq kimi istifadə
edilməsi də əhəmiyyətli tədbirdir.
Ətraf mühitin mühafizəsində SSRİ Ali Sovetinin «Təbiətin
mühafizəsini və təbii sərvətlərdən səmərəli istifadə edilməsini
daha da yaxşılaşdırmaq haqqında» 1972-ci il 20 sentyabr tarixli
qərarı diqqətəlayiq tədbirdir.
Sov. İKP MK-nın və SSRİ Nazirlər Sovetinin «Təbiətin
mühafizəsini gücləndirmək və təbii sərvətlərdən istifadə edilməsini
yaxşılaşdırmaq haqqında» 1972-ci il 29 dekabr tarixli qərarı bu
sahədə görülən mühüm tədbirlərdəndir.
Geoloji planlaşdırma və axtarışla məşğul olan mütəxəssislər
toxunulmamış təbiətlə ilk əlaqəda olurlar: ona görə də təbiətə
|