93
IX. Neft-qaz ixtisas fənlərinin mahiyyəti haqqında qısa məlumat
arxipelaqında, Türkmənistan sahələrində ən böyük orta dalğa 4–5
m olur.
Kəskin qış mövsümündə Xəzər dənizinin Şimal və Şimal
Qərbində yaranan üzən buzlar dəniz hidrotexniki qurğuları üçün
böyük təhlükə törədir. Belə buz qaymaları bəzən sürətli kuləklərlə
Abşeron arxipelaqına qədər hərəkət edir. Xəzər dənizində buzlaşma
dövrü 60–100 gün olur.
Xəzər dənizində maksimal axın sürəti Ciloy adası ilə Neft daşları
arasında 5 m dərinlikdə 1.22 m/san olur.
Təbii iqlim şəraiti müxtəlif yerlərdə hidrotexniki qurğulara olan
tələbatı dəyişdirir. Məsələn, Şimal dənizinin təbii şəraitində yarı
sualtı dəniz platformalarının tətbiqi daha əlverişli hesab olunur.
Burada üzərində neft platforması yerləşən üç, yaxud 40 metrlik
boruşəkilli dayaqlar içi boş olan üzgəc–pantonlara birləşdirilir.
Üzgəclərin qaldırıcı qüvvəsi elə tənzimlənir ki, dayaqlar daim yarı
suya dalmış vəziyyətində olsun. Belə şəraitdə buruq qurğuları
və başqa avadanlıqlar yerləşən platforma daha çox dəyanətli
vəziyyətdə olur.
Dəniz mədənlərində əsaslı xərclərin böyük hissəsi neft və qazın
nəql edilməsi probleminə sərf olunur.
Şelf sahələrində neft və qaz yataqlarının işlənməsi, neft və qaz
istehsalının səmərəli sürətləndirilməsi, layların verim qabiliyyətinin
yüksəldilməsi işlərinə aid texniki-texnoloji xüsusiyyətləri nəzərdə
tutan avadanlıq və texnologiyanın yaradılması əsas şərtlərdəndir.
Dostları ilə paylaş: