Orqanlar aid olduqları sistemlərdən asılı olmayaraq müxtəlif növ toxumalardan təşkil olunurlar. Ona


qanın daxili laxtalanma faktorları



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə6/15
tarix21.01.2017
ölçüsü1,41 Mb.
#6044
1   2   3   4   5   6   7   8   9   ...   15

qanın daxili laxtalanma faktorları adlanırlar. Hər iki faktor, xarici və daxili laxtalanma faktorları qan 

plazmasının protrombin zülalını aktivləşdirir və protrombindən trombin əmələ gəlir. Trombin, plazmanın 

digər zülalına fibrinogenə  təsir göstərir və  fıbrin  əmələ  gəlir. Bu proses laxtalanma (koaqulyasiya) 


 

26

prosesi adlanır. Fibrin liflər trombositar kütlənin  ətrafında toplanır və burada həmçinin eritrositlər də 



toplanmağa başlayır, beləliklə, qırmızı tromb formalaşir. Son olaraq α-qranullardan xaric olan laxtalanma 

faktoru yumşaq tromb kütləsinin bərkiməsinə (fibrin liflər arasında köndələn əlaqələr yaratmaqla) səbəb 

olur. 

Trombositlərin çox olması trombyaranmaya, az olması isə laxtalanma prosesinin pozulmasına - 



qanaxmaya səbəb ola bilər. Qocalmış trombositlər dalaqda makrofaqlar tərəfindən faqositoza uğrayırlar. 

İmmun reaksiyalar zamanı trombositlər aktivləşir, iltihabi proseslərdə iştirak edən bəzi boyümə faktorları, 

laxtalanma faktorları, vazoaktiv amillər və lipidlər, neytral və turş hidrolazalar sekresiya edirlər. 

Sağlam adamlarda qanın formalı elementləri müəyyən miqdar nisbətində olur ki, buna da 



hemoqramma, yaxud qanın formulası deyilir. 

Orqanizmin vəziyyətinin səciyyələnməsində leykositlərin diferensial hesablanması mühüm rol 

oynayır. Leykositlərin ayrı-ayrı növlərinin müəyyən faiz nisbətləri leykositar formula adlanır. 

 

LEYKOSITAR FORMULA (%) 

 

QRANULOSİTLƏR 



Bazofil Eozinofil 

Neytrofillər Limfosit

Monosit 

Cavan 


nüvəli 

Çöp 


nüvəli 

Seqment 


nüvəli 

0,5-1 0,5-5 0,5-1 1-6  47-72  19-37  3-11 



 

QANIN YAŞ DƏYİŞİKLİKLƏRİ 

 

Eritrositlərin miqdarı doğuş anında və həyatın ilk saatlarında, yaşlı adamlara nisbətən yüksək olur, 

6,0-7,0xl0

12

-ə çatır, 10-14-cü sutkalarda isə yaşlı orqanizmdəki qədər olur. Sonrakı 3-6 ay müddətində 



eritrositlərin miqdarı minimuma enir (fizioloji anemiya). Cinsi yetişkənlik dövründə eritrositlərin miqdarı 

yaşlı orqanizmdə olduğu miqdarda olur. Yenidoğulmuşların qanında makrositlərin üstünlüyü ilə olan 

anizositoz (müxtəlif formalı eritrositlər), retikulositlərin miqdarının artması, həmçinin az miqdarda 

eritrositlərin nüvəli sələflərinə də rast gəlmək olur.  

Yenidoğulmuşlarda leykositlərin miqdan çox olur, bir litrdə 10-30xl0

9

-ə çatır. Yalnız 14-15 



yaşlarında yaşlı orqanizmdə olan miqdarda olur. Yenidoğulmuşlarda neytrofillərlə limfositlərin nisbəti 

böyüklərdə olduğu kimidir. Sonrakı sutkalarda limfositlərin miqdarı artır, neytrofillər isə azalır, beləliklə, 

4-cü sutkada bu leykositlərin miqdarı bərabərləşir (birincili fızioloji kəsişmə). Sonra limfositlərin miqdarı 

artır, neytrofillər isə azalır. 1-2 yaşlı uşaqlarda limfositlər 65%, neytrofillər 25% olur. 4-5 yaşlı uşaqlarda 

limfositlərin miqdarı azalır, neytrofıllərin miqdarı isə artmış olur (ikinci fizioloji kəsişmə). Cinsi 

yetişkənlik dövrünədək tədricən limfositlərin miqdarı azalır, neytrofillərin miqdarı isə artır və yaşlı 

orqanizmdə olduğu nisbətə çatır. 

LEYKOSİTAR FORMULANIN UŞAQLARDA DƏYİŞİKLİYİ (%) 

 

Leykositlər YAŞ 



 

1 gün 


5 gün 

1 yaş 5yaş 14yaş 

Neytrofillər 

64 45 25 45 60 

Limfositlər 

24 45 65 45 28 



 

LİMFA (LYMPHA

 

Limfa (latınca  lympha  nəm, təmiz su deməkdir) mezenxim mənşəli toxumaların bir növüdür, 

hüceyrəarası maddəsi qanda olduğu kimi maye şəklindədir. Limfa toxuma kimi hüceyrəli elementlərdən 

və ara maddədən, və ya limfoplazmadan ibarətdir. Limfanın hüceyrəli elementlərinə başlıca olaraq 

dənəsiz leykositlər, daha doğrusu limfositlər və monositlər aiddir. Bunlardan əlavə limfada çox az 

miqdarda qanın digər formalı elementləri də (dənəli leykositlər və  hətta eritrositlər) təsadüf olunur. 

Hüceyrəli elementlər limfa mayesi içərisində sərbəst asılmışdır. 

Limfoplazma tərkibcə qan plazmasına çox yaxındır, lakin zülal hissəciklərinin miqdarı burada xeyli 

azdır. Mineral duzların, habelə mübadilə nəticəsində əmələ gələn azotlu və azotsuz birləşmələrin miqdarı 


 

27

təxminən qan plazmasında olduğu kimidir. Zülal fraksiyaları içərisində albuminlər qlobulinlərə nisbətən 



çoxdur. Limfa zülallarına habelə bir sıra fermentlər – diastaza, lipaza və qlikolitik fermentlər aiddir. 

Limfaplazmada, habelə fibrinogen və protrombin vardır, lakin bunların miqdarı azdır və ona görə  də 

limfanın laxtalanmaq qabiliyyəti qana nisbətən zəifdir. Limfa laxtası qan laxtasından kövşək olur. 

Zülalların az olması (2,9-7,3%) ilə  əlaqədar olaraq limfanın yapışqanlıq dərəcəsi də  zəif olur. 

Limfaplazmada neytral yağlar və sadə şəkərlər də vardır. Burada olan mineral duzlara NaCl, Na

2

CO



3

 və 


bir sıra digər birləşmələr aiddir. Sonuncuların tərkibinə kalsium, maqnezium, dəmir və s. daxildir. 

Mineral duzların miqdarından asılı olaraq limfa qələvi reaksiyaya malikdir, onda pH 9-a bərabərdir. 

Osmotik təzyiq isə qanda olduğundan yüksəkdir. 

Limfa mayesinin bədənimizdə  əmələ  gəlməsi qan kapilyarlarından qanın sulu hissəsinin 

toxumaların hüceyrəarası sahələrinə keçməsi ilə bilavasitə  əlaqədardır. Meydana çıxan toxuma mayesi 

damarlarda olan limfa mayesinin başlanğıcını  təşkil edir. Lakin orqanizmin ayrı-ayrı yerlərində  və 

orqanlarda əmələ gələn limfa mayesinin tərkibi eyni deyildir. Məs.: bağırsaqların divarından axan limfa 

mayesi yağlarla (3-4%), zülallarla (5%) və  şəkərlə  zəngin olur. Bu limfa südə  bənzəyir ki, buradan 

başlanan limfa damarları da süd damarları adlanır. 

Məlum olduğu kimi, toxumalardan limfa mayesi əvvəlcə limfa kapilyarlarına, sonra limfa 

damarlarına axır, bunlar isə limfa düyünlərindən keçərək daha böyük limfa damarları ilə axır və nəhayət 

limfa axacaqları vasitəsi ilə qan damarlarına (venalara) tökülür. Limfa mayesi periferik damarların ayrı-

ayrı hissələrinə axdıqca onun tərkibi dəyişir və bunlara müvafiq olaraq 3 növ limfa mayesi ayırd edilir: 

periferik limfa (limfa sistemində limfa düyünlərinə  qədər olan maye), ara limfa (limfa düyünlərindən 

sonra) və mərkəzi limfa (başlıca olaraq döş axacağında olan limfa mayesi).  

Qanyaranma prosesi (hemopoez) haqqında  ətraflı  məlumatlar "Xüsusi histolgiya" dərs vəsaitində 

verilmişdir. Burada ancaq mielopoezə aid materiallar verilmişdir [3]. 

 

MİELOPOEZ 

 

Mielopoez eritrositopoez, qranulositopoez və trombositopoezdən ibarətdir. Sütun hüceyrələrinin 



morfoloji xüsusiyyətləri tam dəqiqləşdirilmədiyindən, burada mielopoezin bütün formaları hemositoblast 

mərhələsindən başlayaraq təsvir edilir.  

Hemositoblastlar insanda və onurğalı heyvanlarda qanın müxtəlif formalı elementlərini  əmələ 

gətirən hüceyrə formasıdır. Doğulduqdan sonra bu hüceyrələrə yalnız qanyaradıcı orqanlarda və başlıca 

olaraq sümük iliyində  təsadüf olunur. Bunlar qanın adi formalı elementlərinə nisbətən böyük olur

diametrləri bəzən 15 mikrona çatır. Onların nüvələri iri, girdə, və ya oval formada olur. Xromatin burada 

incə dənələr şəklində olub nüvədə yayılmışdır, buna görə nüvəciklər aydın görünür. Hemositoblastların 

sitoplazması halqa kimi nüvəni əhatə edir, zəif bazofillik xassəsinə malikdir. Hemositoblastlar tək-tək və 

kiçik qruplar şəklində yerləşir. Onlar mitoz bölünmə qabiliyyətinə malikdir və bölünmədən sonra 

meydana çıxan qız hemositoblastlar nisbətən kiçik olur. Yetişmiş hemositoblastlar fəal amöbvari hərəkət 

qabiliyyətinə malik olduğu halda, qız hemositoblastlar belə  fəal hərəkətə qadir deyildir. Sonuncuların 

sitoplazmasında bazofillik güclü olur, çünki RNT-nin miqdarı artıqdır. 



Eritrositopoez. Sümük iliyində eritrositlərin inkişafı hemositoblastlardan başlayır. Hemositoblastlar 

birdən-birə eritrositlərə çevrilmir, bu proses uzun çəkir və onlar bir neçə  mərhələlər keçirir. Nəticədə 

hemositoblastların ölçüləri kiçilir, nüvələri kiçilib sıxlaşır və nəhayət aradan çıxır, sitoplazmada bazofillik 

tədricən zəifləyir, çünki RNT-nin miqdarı azalır və orada hemoqlobin toplanmağa başlayır. Hemoqlobinin 

miqdarı artdıqca sitoplazmada oksifillik güclənir. Qeyd olunan dəyişikliklərlə əlaqədar olaraq eritrositin 

inkişaf prosesində aşağıdakı hüceyrə formaları müəyyən edilir: 

 

hemositoblast→bazofil eritroblast, ya proeritroblast→polixromatofil eritroblast→ 

→oksixromatofil eritroblast→normoblast→retikulosit→eritrosit

 

Proeritroblastlar, yaxud bazofil eritroblastlar hemositoblastların mitoz bölünməsi nəticəsində əmələ 



gəlir. Bunların diametri 10-12 mikrona bərabərdir, hərəkətsiz olur, formaları girdədir. Nüvələri girdə 

şəkildə olur, güclü boyanır, nüvəcikləri aydın görünür, sitoplazmada bazofillik daha şiddətli olur. 

Elektron mikroskopunun köməyilə proeritroblastların sitoplazmasında azca mitoxondrilər aşkara 

olunmuşdur, ribosomlar sərbəst şəkildə hər tərəfə yayılmışdır, endoplazmatik tor bir neçə qovuqcuqlardan 



 

28

ibarətdir. Proeritroblastlar güclü bölünmək qabiliyyətinə malikdir. Onlar bölündükcə ölçüləri kiçilir və 



nisbətən xırda formalı, yeni hüceyrə  nəsli  əmələ  gəlir. Bu hüceyrələrin sitoplazmasında tədricən 

hemoqlobin meydana çıxır, buna görə onların bazofilliyi zəifləyir. İndi həmin hüceyrələr həm əsas, həm 

də turş boyaqlar ilə  rənglənməyə başlayır. Bunu nəzərə alaraq meydana çıxan yeni eritroblastlara 

polixromatofil eritroblastlar deyilir. Onların diametri 8-10 mikrona yaxındır. Nüvələri interfaza 

mərhələsində müəyyən dəyişikliyə uğrayır, nüvəciklər adətən itir, xromatin böyük qaymacıqlar şəklində 

diffuz olaraq yayılır. Polixromatofil eritroblastlar bölündükcə onların sitoplazmasında oksifillik güclənir 

və  dəfələrlə bölündükdən sonra nəhayət tam oksifil boyanan yeni formalar meydana çıxır. Bunlara 



oksixromatofil eritroblastlar deyilir.  

Oksixromatofil eritroblastlar gələcəkdə iki istiqamətdə diferensasiya edir; onların bir qismi 

bölünərək artır və nəticədə daha kiçik hüceyrə forması əmələ gəlir ki, bunlara da normoblastlar deyilir. 

Sonuncular ölçüləri cəhətdən definitiv eritrositlərdən bir o qədər fərqlənmir. Oksifil eritroblastların digər 

qismi isə bölünmür, ehtiyat halında sümük iliyinin retikulyar toxumasında qalır və müvafiq şəraitə 

düşdükdə yeni normoblastlar əmələ gətirir.  

Normoblastlar ölçüləri cəhətdən eritrositlərə  bənzəyirsə  də, bir sıra xüsusiyyətləri ilə onlardan 

fərqlənir. Əvvəla bunların hələ nüvələri vardır və onlar eksentrik yerləşir. Normoblastlar əvvəllər mitoz 

üsulu ilə bölünə bilir, lakin tezliklə bu xüsusiyyətlərini itirir və daha bölünmür, çünki nüvələri getdikcə 

degenerasiyaya uğrayır. Sitoplazmalarında tək-tək mitoxondrilərə təsadüf olunur, bunlar adətən reduksiya 

mərhələsində olur.  

Normoblastlarda nüvələr dağılmağa başladıqda, onların xromatinləri nüvə zarına yaxınlaşır və iti 

ucları ilə mərkəzə yönəlir. Nəticədə nüvə mili çarxa bənzəyir. Sonra nüvə sıxlaşır onun forması dəyişir və 

tədricən parçalanaraq kiçik hissəciklər  şəklini alır. Daha sonra bu hissəciklər  əriyir, bəzən isə 

sitoplazmadan kənar edilir. Nəhayət normoblast nüvəsini itirərək retikulositə çevrilir. Retikulosit adi 

eritrositdən fərqlənir, onun sitoplazmasında dənəli-saplı maddə olur, hemoqlobinin miqdarı isə çatışmır. 

Dənəli-saplı maddə sitoplazmanın ribosomlu torunun, mitoxondrilərin və nüvənin qalığıdır. Retikulositlər 

qeyd olunan qalıqlarını tamamilə itirdikdən sonra yetişmiş eritrositlərə çevrilir. Onlarda hemoqlobinin 

miqdarı daha çox olur.  

Normal halda eritrositlər və qismən retikulositlər (cavan eritrositlər) sümük iliyindən qana keçir. Bu 

prosesdə sümük iliyinin genişlənmiş kapillyarları (sinusoidləri)  əhəmiyyətli rol oynayır. Burada 

eritrositlər sinusoid kapillyarların endotel hüceyrələri ilə təmasa gələrək, onların arasından kapillyarların 

içərisinə keçir. Prosesi asanlaşdırmaq üçün eritrositlər psevdopodilər buraxır. 

Qeyd etmək lazımdır ki, yaşlı adamda sümük iliyində eritrositlərin  əmələ  gəlməsi adətən ehtiyat 

halında olan polixromatofil eritroblastlardan başlayır. Buna homoplastik eritropoez deyilir. Əgər 

orqanizmin eritrositlərə olan ehtiyacı artarsa (məs.: qan itirdikdə) eritropoezə  təlabat artır və bu işə 

hemositoblastlar da qoşulur. Sonuncular isə sütun hüceyrələrinin bölünməsi nəticəsində meydana çıxır. 

Eritrositlərin  əmələ  gəlməsində göstərilən hüceyrələrin də  iştirak etməsi prosesinə homoplastik 

eritropoezdən fərqli olaraq, heteroplastik eritropoez deyilir. 

Bəzi xəstəliklər zamanı qırmızı sümük iliyində qanyaranma prosesi güclənir, hemositoblastların və 

proeritroblastların mitoz bölünməsi sürətlənir, nəticədə nisbətən böyük ölçülü eritrositlər  əmələ  gəlir. 

Əgər sümük iliyi vəzifəsinin öhdəsindən gəlmirsə, qana keçən yetişmiş eritrositlərin miqdarı kifayət 

deyilsə, qana tamamilə cavan formalar, hətta iri yetişməmiş eritroblastlar (meqaloblastlar) keçə bilər. 

Qranulositopoez, və ya dənəli leykositlərin inkişafı sümük iliyində gedir. Bunların da başlanğıc 

formalarını hemositoblastlar təşkil edir. Lakin hemositoblastlardan dənəli leykositlərə qədər bir sıra keçid 

mərhələlər müşahidə edilir: 

 

hemositoblast→promielosit→mielosit→metamielosit→yetişmiş qranulosit 

 

Hemositoblastlar mitoz yolu ilə bölünərək üç müxtəlif istiqamətdə diferensasiya edir və üç növ 



mielosit – neytrofil, asidofil (eozinofil) və bazofil mielosit hasil edir. Bu mielositlərin hər biri gələcəkdə 

müvafiq leykositi yaradır. Yetişmiş leykosit əmələ  gəldikcə hüceyrənin ölçüləri kiçilir, sitoplazmada 

spesifik dənələr meydana çıxır. 

Bu və ya digər növ mielosit yaranmadan əvvəl promielosit meydana çıxır. Beləliklə, promielosit 

qranulopoez zamanı hemositoblastlardan sonra əmələ gələn birinci hüceyrə generasiyasıdır. Bunlar adətən 


 

29

hemositoblastlardan böyük olur. Promielositlərin sitoplazması azca bazofil xassəyə malikdir, burada 



yetişmiş dənəli leykositlərə xas olan spesifik dənələr hələ çox zəif nəzərə çarpır və ya heç olmur. Nüvələri 

çox vaxt girdə ya oval şəklində olur, açıq rəngli görünür, içərisində isə bir neçə nüvəcik olur. Nüvənin 

yanında sentrosom yerləşir.  

Promielositlər mitoz üsulu ilə bölünür və onların sitoplazmasında spesifik dənələr meydana çıxır, 

nəhayət mielositlər əmələ gəlir. Bunlar üç növ olur: neytrofil, asidofil və bazofil mielositlər. Beləliklə, bu 

mərhələdən başlayaraq ayrı-ayrı dənəli leykositlərin (neytrofillərin, asidofillərin və bazofillərin) spesifik 

inkişaf yolu müəyyənləşir.  

Neytrofil mielositlər yetişmiş neytrofilə nisbətən böyük hüceyrələrdir, onların diametri 12-18 

mikrona çatır. Sitoplazma asidofil xüsusiyyət kəsb edir və içərisində spesifik neytrofil dənələr meydana 

çıxır və onların miqdarı getdikcə artaraq sitoplazmanın demək olar ki, hər yerini tutur, əvvəllər açıq rəngli 

olan girdə və ya oval şəkilli nüvələri bölünmə davam etdikcə tünd boyanmağa başlayır və nüvəciyi itir. 

Elektron mikroskopu vasitəsilə bu hüceyrələrin sitoplazmasında hər cür orqanel olduğu müəyyən 

edilmişdir (lakin mitoxondrilərin miqdarı azdır). Endoplazmatik tor qovuqcuqlar şəklindədir, onların 

ətrafında ribosomlar olur, bunlardan əlavə  sərbəst ribosomlar da müşahidə edilir. Spesifik dənələrin 

ətrafında incə zar müəyyənləşdirilmişdir, dənələr özləri isə elektron-sıxdır, buna görə tünd görünür. 

Mielositlər mitoz üsulu ilə dəfələrlə bölünük, yaranan hüceyrələrin nüvəsi formasını dəyişərək nal şəklini 

alır. Bunlar metamielositlər adlanır və artıq bölünmür. Metamielositlərdə yetişmə prosesi getdikcə daha 

da dəyişilir, nüvələri əyilmiş çöp şəklini alır və bunlar cavan neytrofilləri (çöpnüvəli neytrofilləri) əmələ 

gətirir. Daha sonra nüvələr bir qədər dəyişilir və  nəhayət  seqmentnüvəli  neytrofillər meydana çıxır. 

Asidofil və bazofil mielositlərin diferensasiyası da analoji yolla gedir. Asidofil mielositlərin diametri 

təxminən 14-16 mikrona bərabərdir. Elektron mikroskopu vasitəsilə sitoplazmanın spesifik dənələrinin 

xarakter lövhəli silindr quruluşuna malik olduğunu aşkar edilmişdir. Mielositlərdə bölünmə davam 

etdikcə nüvələrin forması dəyişir, onlar nal şəklini alır və asidofil metamielositlər meydana çıxır. Daha 

sonra nüvə yenə  də  dəyişir, iki (nadir hallarda üç) paycıqlı  şəkil alır və bu qayda ilə yetişmiş asidofil 

leykositlər  əmələ  gəlir. Bazofil mielositlər böyüklərinə görə  əvvəlki mielositlərdən bir o qədər də 

fərqlənmir. Bunların sitoplazmasında müxtəlif ölçüdə spesifik, bazofil və metaxromatik dənələrə təsadüf 

olunur. Dənələr suda asanlıqla  əriyir. Mielositlərin digər növlərindən fərqli olaraq bazofil mielositlərin 

nüvələri nisbətən kövşək olur, onların incə strukturları aydın görünmür və nüvəciklər olmur. Bunlar da 

bölünərək nəhayət bazofil metamielositlərə  və sonuncular getdikcə yetişərək definitiv bazofillərə 

diferensasiya edir. Beləliklə, dənəli leykositlərin hər üç forması  qırmızı sümük iliyində inkişaf edir və 

sinusoidşəkilli kapillyarların divarından qana keçir. Qeyd etmək lazımdır ki, sümük iliyində normal 

orqanizmdə ehtiyat halda çoxlu miqdarda hazır mielositlər olur. Bunların hesabına dənəli leykositlər 

əmələ gəlir və orqanizmin ehtiyacını ödəyir. Belə qranulopoez homoplastik qranulopoez adlanır. Lakin 

bəzi xəstəliklərdə orqanizmin dənəli leykositlərə  tələbatı artdıqda mielositlər bunun öhdəsindən gələ 

bilmir və prosesə hemositoblastlar və hətta sütun hüceyrələri qoşulur. Belə qranulopoezə heteroplastik 

qranulopoez deyilir.  

Trombositopoez. Qan lövhəcikləri də  qırmızı sümük iliyində inkişaf edir. Bunların da başlanğıc 

formasını hemositoblast təşkil edir və inkişaf aşağıdakı mərhələlərlə gedir:  

 

hemositoblast→meqakarioblast→meqakariosit→hemolamella (trombosit) 

 

Meqakarioblastlar da hemositoblastlardan bölünmə yolu ilə əmələ gəlir, lakin bunlar onları yaradan 

hemositoblastlara nisbətən böyük olur. Nüvələri xarakter tor quruluşa malikdir, xarici səthində girinti və 

çıxıntılara təsadüf olunur. Sitoplazması bazofildir. Meqakarioblastlar diferensiasiya edərək 

meqakariositlərə çevrilir, bu zaman onların nüvəsi böyüyür və seqmentləşir. Sitoplazma bölünmədiyindən 

miqdarı get-gedə artır. Nəticədə meqakariositlər nəhəng ölçüyə (40 mikrona qədər) çatır. Sitoplazmada 

çoxlu sentriollar və digər orqanellər olur. Burada həmçinin bazofil xassəli, habelə polixromatofil kiçik 

dənələr vardır. Sitoplazma əvvəl psevdopodilər buraxır, sonra yalançı ayaqlar qopub müstəqilləşərək qan 

lövhəciklərini əmələ gətirir. 

Limfositopoez (və ya limfoid qanyaranma, başqa sözlə  limfositlərin inkişafı) limfopoetik 

orqanlarda – limfa düyünlərində, dalaqda, badamcıqlarda və s. gedir. Bu orqanların limfoid toxumasında 



 

30

olan limfoblastlar artaraq, əvvəlcə böyük və orta limfositləri, bunlar da artaraq nəhayət, kiçik limfositləri 



əmələ gətirir. Beləliklə limfopoez aşağıdakı mərhələlərdən ibarətdir: 

 

limfoblast (hemositoblast)→böyük limfosit→orta limfosit→kiçik limfosit 

 

Limfoid sırasından olan qan hüceyrələri, yəni başlıca olaraq limfositləri  əmələ  gətirən 



hemositoblastlara, bəzən limfoblastlar da deyilir. Bəzi müəlliflər limfoblastların digər qan hüceyrələrini 

əmələ gətirən hemositoblastlardan fərqli olduğunu göstərir. Beləliklə, limfoblastlar cavan limfositlər olub 

nisbətən böyük ölçülərə malikdir. Hemositoblastlarla müqayisədə limfoblastların nüvəsinin quruluşunda, 

mitoxondrilərdə və s. cüzi fərq müşahidə olunur. Gələcəkdə limfoblastlardan kiçik limfositlər inkişaf edir. 

Böyük və orta limfositlər daha fəal metabolik qabiliyyətə malikdir, bunlar eyni zamanda proqressiv 

dəyişikliklərə qadirdir. Bəzi kiçik limfositlər, qanyaradıcı orqanlardan və qan damarlarından çıxaraq 

birləşdirici toxuma hüceyrələrinə və qanın digər formalı elementlərinə çevrilə bilir. Sütun hüceyrələrinin 

kiçik limfositlərdən əmələ gəldiyi ehtimal olunur.  



Monositopoez, ya monositlərin inkişafı, ümumi hemopoezin, daha doğrusu aqranulositopoezin bir 

növüdür. Monositlərə bütün qanyaradıcı orqanlarda təsadüf olunur, lakin dəqiq olaraq onların harada və 

hansı ilk hüceyrələrdən inkişaf etmesi haqqında mübahisə hələ də davam edir. Unitar nəzəriyyəyə görə 

monositlər sütun hüceyrələrdən inkişaf edir və bu proses ehtimal ki, dalaqda, sümük iliyində  və s. 

yerlərdə gedir. 

ƏSL BİRLƏŞDİRİCİ TOXUMALAR 

(TEXTUS CONJUNCTİVUS SENSUSTRİCTO

 

Birləşdirici toxumanın digər növləri (qığırdaq və sümük toxumalrı) kimi əsl birləşdirici toxuma da 



hüceyrələrdən və yüksək inkişaf dərəcəsinə çatmış hüceyrəarası maddədən ibarətdir. Bununla yanaşı əsl 

birləşdirici toxumanın özünəməxsus morfoloji və funksional xüsusiyyətləri vardır. Bu toxuma 

orqanizmdə geniş yayılmışdır, demək olar ki, bütün orqanların tərkibinə daxildir. Lakin orqanizmin 

müxtəlif yerlərində  və ayrı-ayrı orqanlarda əsl birləşdirici toxuma quruluş xüsusiyyətləri və daşıdığı 

vəzifə cəhətdən fərqlənir.  

Birləşdirici toxumalar hüceyrəvi elementlərlə zənginliyindən, ara maddənin inkişaf dərəcəsindən və 

fiziki-kimyəvi xassələrindən asılı olaraq müxtəlif vəzifələr daşıyır. Hər  şeydən  əvvəl bu toxuma trofik 

vəzifə daşıyır, belə ki, o bütün toxuma hüceyrələrinin qidalanması üçün əlverişli  şərait yaradır.  Əsl 

birləşdirici toxuma eyni zamanda orqanların  əksəriyyətinin istinadını (stromasını) təşkil edir, onların 

quruluş hissələrini bir-biri ilə birləşdirir və bunula da həmin orqanlar üçün mexaniki vəzifə icra edir. Bu 

toxuma, habelə mühafizə funksiyası yerinə yetirir ki, bu da onun hüceyrəvi elementlərinin faqositoz 

qabiliyyətinə malik olmasından və immun cisimciklər yaratmasından asılıdır. Yaraların sağalması, 

zədələnmələrin bərpası (regenerasiyası) da həmin toxumanın fəal iştirakı ilə gedir, bu isə onun plastik 

funksiyasını göstərir. Nəhayət  əsl birləşdirici toxuma qanyaradıcı orqanlarını stromasını  təşkil edərək, 

qanyaratma funksiyasında bilavasitə iştirak edir.  

Təbii ki, belə geniş  və qarışıq vəzifələr ifa edən  əsl birləşdirici toxumanın quruluşu da çox 

müxtəlifdir. Buna görə  də  əsl birləşdirici toxuma xüsusi növlərə  təsnif olunur. Bu təsnifatın  əsasında 

başlıca olaraq həmin toxumanın morfoloji xüsusiyyətləri durur, lakin bununla yanaşı toxumanın vəzifəsi 

də nəzərə alınır. Əsl birləşdirici toxumalar əsasən iki qrupa bölünür: lifli birləşdirici toxuma və spesifik 

xassəli birləşdirici toxumalar. Lifli birləşdirici toxuma öz növbəsində kövşək və  sıx lifli birləşdirici 

toxumalara bölünür. Kövşək birləşdirici toxuma həmişə formalaşmayan  şəkildə olduğu halda, sıx 

birləşdirici toxuma həm formalaşmayan həm də formalaşan quruluşa malikdir. Əsl birləşdirici toxumanın 

növləri aşağıdakı sxemdə aydın əks olunur.  

 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin