Orqanlar aid olduqları sistemlərdən asılı olmayaraq müxtəlif növ toxumalardan təşkil olunurlar. Ona



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə15/15
tarix21.01.2017
ölçüsü1,41 Mb.
#6044
1   ...   7   8   9   10   11   12   13   14   15

SİNAPS (SYNAPSİS

 

Sinaps adı altında adətən neyronlar arasındakı rabitə forması düşünülür. Sinaps yunan sözü olub 

təmas, rabitə deməkdir. Bu termini 1897-ci ildə Ç.Şerrinqton təklif etmişdir. Sinaps vasitəsi ilə oyanma 

bir neyrondan digərinə verilir. Neyronla onun innervasiya etdiyi toxuma (əzələ  və ya vəzi epiteli) 

arasındakı rabitə də sinaps adlanır (əzələ və akso – epitel sinapslar). 

Neyronarası sinapslar bir neçə növ olur: akson-somatik, akso-dendritik, akso-aksonal və dendro-

dendritik sinapslar. Akso-somatik sinapsda bir neyronun aksonunun uc şaxələri digər neyronun hüceyrə 

cismi ilə rabitəyə girir. Əgər aksonun uc şaxələri digər neyronun dendritləri ilə rabitəyə girirsə buna 



akson-dendritik sinaps deyilir. Bəzi iki neyronun aksonları arasında rabitə müşahidə edilir ki, bu da 

akso-aksonal sinaps adlanır. Iki neyronun dendritləri arasında da sinaptik rabitə  (dendro-dendritik 

sinaps) ola bilər. Birinci neyronun aksonunun uc şaxələri müxtəlif sinapslarda eyni quruluşa malik 

deyildir. Bəzi yerlərdə bu şaxələr nazik saplar şəklində digər neyronun cisminin və ya dendritlərinin 

üzərinə səpilir, digər sinapslarda uc şaxələri müxtəlif formalı qalınlaşmalar (düymə, halqa, kolba, kasacıq 


 

71

və s. şəkildə) əmələ gətirir. Bəzən uc şaxənin qalınlaşması digər neyronun cismi üzərində xüsusi basıqlara 



daxil olur, buna invaginasion sinaps deyilir.  

Hər sinapsda iki hissə ayırd edilir, presinaptik qütb  (polus presynapticus) və  postsinaptik qütb 

(polus postsynapticus). Presinaptik qütbü aksonun uc şaxələri  əmələ  gətirir [1, s. 158, şək. 17.9]. 

Postsinaptik qütbü isə ikinci neyronun cismi, ya dendriti təşkil edir. Elektron mikroskopu ilə aparılan 

tədqiqat zamanı sinaps nahiyəsində hər iki neyronun hüdudları aydın nəzərə çarpır. Burada ik zar müəyən 

edilir:  presinaptik zar  (membrana presynaptica) və  postsinaptik zar  (membrana postsynaptika). Bu 

zarlar bir-birindən 20-30 nm eninə malik sinaptik yarıqla (fissura synaptika) ayrılmışdır. Presinaptik zar 

akson qişasının (aksolemma) ardıdır, postsinaptik zarı isə ikinci neyronun sitolemması  təşkil edir. 

Presinaptik qütb adətən daha böyük biokimyəvi fəallığa malikdir. Burda çoxlu mitoxondrilər və təxminən 

eyni ölçülü (30-50 nm) sinaptik qovucuqlar aşkar edilmişdir. Qovucuqlar iki rəngdə görünür: açıq 

(parlaq) və tünd (sıx) qovucuqlar. Açıq rəngli qovucuqlarda asetilxolin və tünd qovucuqlarda 

noradrenalin adlı maddələrin (mediatorların) olduğu ehtimal edilir. Bu maddələr impulsu presinaptik 

qütbdən postsinaptik qütbə ötürür. 

Sinaps nahiyyəsində oyanma (impuls) yalnız bir istiqamətdə aksondan ikinci neyrona tərəf nəql 

olunur. Belə polyarlıq xüsusiyyəti elektron mikroskopu vasitəsilə da təsdiq edilmişdir. Belə ki, 

postsinaptik qütbdə nə mitoxondrilər, nə də sinaptik qovucuqlar olmur. 

Sinaps nahiyyəsində impulsun ötürülməsi sürətlənib, və ya ləngiyə bilər. Bu neyromediatorun 

təbiətindən asılıdır:  γ-aminyag turşusu, dofamin, qlisin, noradrenalin bir qayda olaraq tormozlayıcı 

neyromediatorlardır; asetilxolin, serotonin isə sinapslarda oyanmanın nəql olunmasını təmin edir. Akson-

aksonal sinapslarda impulsun nəql olunması deyil, əksinə, digər sinapslardan alınan impulsların 

tormozlanması baş verdiyi ehtimal olunur. 

 

REFLEKS QÖVSÜ 



 

Sinir sistemi öz fəaliyyətini başlıca olaraq reflekslər vasitəsi ilə həyata keçirir. Refleks fəaliyyətinin 

meydana çıxmasında periferik və mərkəzi sinir sistemi iştirak edir. Mərkəzi sinir sistemi orqanizmin hər 

bir orqanı  və nahiyəsi ilə periferik sinirlər vasitəsi ilə rabitədədir. Orqanizmin onu əhatə edən xarici 

mühitdən və onun daxili mühitindən qəbul etdiyi müxtəlif qıcıqlar sinir impulsuna çevirilərək afferent 

sinirlər vasitəsi ilə mərkəzi sinir sisteminə (onurğa və ya baş beyinə) daşınır və mərkəzi sinir sisteminin 

cavab reaksiyaları efferent sinirlərlə  işçi orqanlara ötürülür. Sinir sisteminin bu fəaliyyəti reflektor 

fəaliyət adlanır; refleksin icra olunduğu sinir yoluna isə refleks qövsü deyilir. Beləliklə, refleks qövsü 

orqanizmin müxtəlif nahiyələrində reseptorlarla başlayır, afferent sinirlərlə mərkəzi sinir sisteminə çatır 

və orada efferent sinirlərlə effektorlara gəlir və onların vasitəsi ilə işçi orqanlarda (əzələdə və vəzilərdə) 

qurtarır. 

Histoloji cəhətdən refleks qövsü neyronlar silsiləsindən ibarətdir.  Ən sadə reflekslərin meydana 

çıxması üçün azı iki neyron (afferent və efferent) tələb olunur. Lakin reflekslərin əksəriyyətinin meydana 

çıxmasında afferent və efferent neyronlar arasında bir də assosiativ və ya ara neyron olur [1, s. 192, şək. 

18.20]. Ali onurğalılarda mərkəzi sinir sisteminin yüksək inkişafı ilə  əlaqədar olaraq ara neyronların 

miqdarı artır. Onurğa beyninin sadə üç neyronlu refleks qövsündə  aşağıdakı mikroskopik strukturlar 

iştirak edir; reseptor dendrit, reseptor hüceyrənin cismi, onun neyriti, neyronarası sinaps, ara neyronun 

dendriti və cismi və ya bilavasitə cismi, ara neyronun neyriti, neyronarası sinaps, efferent neyronun 

dendriti və cismi və ya bilavasitə cismi, onun neyriti, effektor. 

 

SİNİR TOXUMASI ELEMENTLƏRİNİN İNKİŞAFI VƏ REGENERASİYASI 



 

Sinir toxuması xarici rüşeym vərəqəsindən, yəni ektodermadan inkişaf edir. Məlum olduğu kimi

ektoderma rüşeymi inkişafın lap əvvəllərində iki hissəyə defferensasiya edir; dəri ektoderması  və sinir 

ektoderması  və ya neyroektoderma. Dəri ektodermasından dərinin epitel qatı (epidemis) və bu qatın 

törəmələri (tər vəzləri, piy vəzləri, tüklər və dırnaqlar), sinir ektodermasından isə sinir sisteminin hissələri 

inkişaf edir. Sinir ektoderması xarici rüşeym vərəqəsinin dorzal hissəsi olub kranio-kaudal istiqamətdə 

yerləşir. Bu nahiyə tezliklə qalınlaşaraq ektodermanın digər hissəsindən fərqlənir və sinir lövhəsi (lamina 

neuralis) adlanır. Sonra sinir lövhəsi daha da inkişaf edərək içəriyə doğru basılır (bükülür) və üzərində 

boylama istiqamətdə şırım əmələ gəlir. Buna sinir  şırımı (sujcus neuralis) deyilir. Sinir şırımı getdikcə 



 

72

dərinləşir və  nəhayət onun kənarları bir-birinə çataraq bitişir, beləliklə, sinir şırımı qapanaraq sinir 



borusuna (tubs neuralis) çevrilir. Daha sonra sinir borusu dəri ektodermasından ayrılır və onun altında 

qalır, belə ki, dəri ektoderması arxadan onun üzərini örtür [1, s. 81, şək. 10.11]. Bu üsulla meydana çıxan 

sinir borusu rüşeymin arxa tərəfində  kəllə-quyruq istiqamətdə uzanır. Sinir borusundan mərkəzi sinir 

sisteminin bütün hissələri (baş və onurğa beyinləri), habelə periferik sinir sisteminin hərəki hissəsi inkişaf 

edir. Sinir sisteminin digər hissələri – hissi qanqlionlar və sinirlər habelə vegetativ sinir sistemi qanqlion 

lövhədən inkişaf edir. Sinir şırımı dərinləşdikcə onun sağ və sol kənarları hündürləşərək hər tərəfdə sinir 



yastığını  və ya darağını  (crista neuralis)  əmələ  gətirir. Sinir şırımı qapanıb sinir borusuna çevrilən 

zaman, bir qrup hüceyrələr ayrılaraq sinir daraqları ilə ektoderma arasında bütöv bir qat təşkil edir ki, 

buna da qanqlioz lövhə deyilir. Sonra qanqlioz hövhələrin hüceyrələri miqrasiya edərək sinir borusunun 

yan tərəflərində qanqlioz yastıqlar  şəklində yerləşir. Həmin yastıqlar seqmentlərə bölünür ki, bu 

seqmentlər də  gələcəkdə  kəllə-onurğa beyni qanqlionlarını  (ganglia craniospinalis) təşkil edir. Daha 

sonra bunlardan önə doğru miqrasiya edən hüceyrələr vegetativ sinir sisteminin qanqlionlarını (ganglia 



autonomica)  əmələ  gətirir. Hüceyrələrin bir qismi isə xromoffin hüceyrələrə çevirilir. Sinir borusunun 

kranial və kaudal ucları qapalı olur: gələcəkdə borunun kranial hissəsindən baş beyin, yerdə qalan 

hissəsindən isə onurğa beyni inkişaf edir. Sinir borusunun divarları rüşeymi inkişafın əvvəllərində bir qat 

silindrik hüceyrələrdən təşkil olunur. Sonra bu hüceyrələr mitoz üsulu ilə bölünərək şiddətlə çoxalırlar və 

nəticədə sinir borusunun divarı qalınlaşır.  İnkişafın bu mərhələsində sinir borusunun divarında üç qat 

ayırd edilir: daxili ependim qatı  (statum ependymale),  orta manti qatı  (statum pallidale) və  xarici 



kənarı qat (statum marginale). Daxili qatın hüceyrələri gələcəkdə onurğa beyni kanalını  və beyin 

mədəciklərinin daxildən örtən silindrik ependim hüceyrələrinə diferensasiya edir. Bu qatın hüceyrələri 

mitoz üsulu ilə  fəal bölünmək qabiliyyətinə malikdir; neyrülasiya prosesinin (rüşeymdə sinir sistemi 

mayasının meydana çıxmasının) əvvəllərində ependim qatı hüceyrələrinin bölünüb artması daha şiddətli 

olur və  həmin hüceyrələr hesabına manti qatı  əmələ  gəlir. Manti qatı hüceyrələri fəal mitotik bölünmə 

qabiliyyətini davam etdirərək iki istiqamətdə diferensiasiya edir. Bunların bir qismi neyroblastlarla 

(neyroblasti) və digər qismi spongioblastlara (spongioblasti) çevirilir. Neyroblastlardan gələcəkdə 

yetişmiş sinir hüceyrələri, yəni neyronlar inkişaf edir, spongioblastlar isə neyroqliya elementlərinə 

(astrositlərə və oliqodendroqliostlərə) diferensiasiya edir.  

Neyroblastlar  əvvəllər girdə olur, çıxıntıları olmur, bölünmək qabiliyyətinə malik olur. Tədricən 

onlar dəyişilərək armud şəklini alır, sitoplazmalarında submikroskopik dəyişiklikilər baş verir. Çoxlu 

miqdar geniş sisternalardan və nisbətən dar kanalcıqlardan ibarət sitoplazmatik tor müəyyən edilir. 

ribosomların miqdarı artır, lövhəli kompleks yaxşı  nəzərə çarpır. Neyroblastların sinir hüceyrələrinə 

diferensiasiya etməsi üçün onların sitoplazmasında işıq mikroskopunda aydın görünən neyrofibrillərin 

meydana çıxması ilk əlamətlərdən sayılır. Neyrofibrillər  əvvəl yoğun olur. Daha sonra hüceyrənin ilk 

çıxıntısı -neyrit toppuz kimi görünməyə başlayır və o, sürətlə uzanır, neyroqliya içərisinə soxulur. 

Çıxıntıların bir qismi kənarı qatdan keçərək beynin ağ maddəsinə daxil olur, digər qismi isə beyindən 

çıxaraq periferik sinirlərin əmələ gəlməsində iştirak edir. Dendritlər bir qədər sonra meydana çıxır, adətən 

onlar bir o qədər uzanmır və hüceyrə cismi yaxınlığında ağac kimi şaxələnir. Bu qayda ilə neyritə  və 

müxtəlif miqdar dendritə malik neyron əmələ  gəlir. Lakin yadda saxlamaq lazımdır ki, çıxıntılarının 

miqdarından asılı olmayaraq əvvəlcə bütün neyronlar birçıxıntılı (unipolyar) olur və bu çıxıntı yalnız 

neyritdən ibarət olur. Sonra bipolyar və multipolyar neyronlar inkişaf edir. İnkişaf prosesində sinir 

çıxıntıları hüceyrə cismindən uzaqlaşdıqca qliya elementləri ilə örtülərək sinir lifinə çevrilir. Daha sonra 

mielinləşmə prosesinin getməsi ilə  əlaqədar olaraq mərkəzi sinir sisteminin ağ maddəsi  əmələ  gəlir. 

Bazofil maddənin hüceyrə cismində meydana çıxması  çıxıntıların tədricən uzanması ilə  əlaqədardır. 

Neyroblastlar neyronlara çevrildikcə onların sitoplazması artır ki, bunun da hesabına çıxıntılar yaranır. 

Nəhayət, neyronda sitoplazmanın miqdarı əvvəlki səviyyəsindən xeyli bəzən 2000 dəfə və daha çox artır. 

Kənarı  məntəqə başlıca olaraq ependim və manti qatlarının hüceyrə elementlərinin çıxıntıları hesabına 

əmələ gəlir. Daha sonra oraya manti qatlarından bir qədər qliya hüceyrələri keçir.  

Qanqlioz lövhənin diferensiasiyası da beyin borusunda olduğu kimidir. Burda da hüceyrə əvvəlcə 

iki istiqamətdə diferensasiya edərək neyroblastlara və sponbogiastlara çevirilir. Neyroblastlardan tezliklə 

iki çıxıntılı (bipolyar) neyronlar əmələ  gəlir. Aşağı sinif onurğalılarda belə neyronlar heyvanın bütün 



 

73

ömrü boyu dəyişmir. Ali onurğalılarda isə bipolyar neyronların çıxıntıları  gələcəkdə hüceyrə cismi 



yaxınlığında bir-biri ilə birləşərək psevdounipolyar neyronlara çevirilir. 

İnkişaf prosesində bütün neyroblastlar neyronlara çevrilir və beləliklə orqanizmdə  gələcəkdə yeni 

neyronlar  əmələ  gətirə biləcək neyroblastlar qalmır. Buna görə ehtimal olunur ki, neyronların ömrü 

orqanizmin öz ömrünə bərabər olur, belə ki, onlar artıq bölünür. Lakin bununla yanaşı bir sıra müəlliflərin 

fikrincə postembrional dövrdə belə (müəyyən  şəraitdə) bəzi neyronların bölünməsi mümkündür. Qliya 

hüceyrəsi isə bölünmə qabiliyətini itirmir, lakin onlar heç vaxt neyroblastlara çevirilmir. Sinir 

toxumasının regenerasiyası  məsələsinə  gəlincə qeyd etmək lazımdır ki, bu proses neyronun yalnız 

çıxıntılarında müşahidə edilir. Belə ki, neyronun çıxıntısı  zədələnərsə, onun həmin nahiyədən aşağıda 

qalan hissəsi degenerasiyaya uğurayaraq dağılır. Müəyyən vaxtdan sonra isə  çıxıntının zədələnən 

nahiyədən proksimal tərəfdə qalan, yəni hüceyrə cismi ilə rabitədə olan hissi tədricən uzanaraq çıxıntının 

dağılmış hissəsini yenidən bərpa edir. Həmin proses periferik sinirlərdə müşahidə edilir və bunu 

eksperimentdə asanlıqla izləmək olar. 

 

ƏDƏBİYYAT 

 

1.  Qasımov E.K. Histologiya atlası (azərbaycan, rus və ingilis dilində). Bakı: Oskar, 2010, 517 s.  

2.  Qаsımov E.K. Sitologiya. Dərslik. Bаkı: Time Print, 2013, 277 s. 

3.  Xüsusi histologiya /prof. E.K Qasımovun redaktəsi ilə. Bakı: Azərnəşr, 2013, 304 s. 

4.  Hüseynov M.B., Quliyev M.İ. Embriologiya. Bakı: Təfəkkür, 2010, 158 s. 

5.  Кузнецов  С.Л.,  Мушкамбаров  Н.Н.  Гистология,  цитология  и  эмбриология.  Учеб.  для  мед. 

ВУЗов. М.: ООО “МИА”, 2012, 600 с. 

 

 



Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin