Nuriyeva Sevinc Qürbət qızı “Azərbaycanda fəaliyyət göstərən xidmət müəssisələrində işgüzar adaptasiya və kariyera sisteminin formalaşması”



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə3/36
tarix03.03.2023
ölçüsü1,55 Mb.
#86349
1   2   3   4   5   6   7   8   9   ...   36
nuriyeva-sevinc

Mövzunun öyrənilmə səviyyəsi. Karyeranın idarə edilməsi və işçi performasının 
doğru formada dəyərləndirilməsi, iş stresi, işgüzar karyera və xidməti peşə 
irəliləmələrinin planlaşdırılması müxtəlif xarici ölkələrin alimləri və mütəxəssisləri 
tərəfindən öyrənilmiş, ona dair tədqiqat işləri aparılmış və həmçinin məqalələr 
yazılmışdır. Bu mövzunun müəyyən aspektləri ölkə alimlərimiz tərəfindən 
öyrənilməsinə baxmayaraq müstəqil tədqiqat predmeti olmamışdır. 
Dissertasiya işinin məqsədi. Dissertasiya işinin məqsədi karyeranın idarə 
edilməsi və işçi performansının dəyərləndirilməsi prosesinin detallarının ətraflı izahı 
və eyni zamanda praktiki olaraq bu sistemlərin necə baş verməsini ortaya 
çıxarmaqdır. 
Tədqiqatın predmeti. Tədqiqatın predmeti fəaliyyət göstərən xidmət 
müəssisələrində işgüzar adaptasiya və kariyera sisteminin formalaşmasının müasir 
vəziyyətinin 
qiymətləndirilməsi 
və 
bunun 
əsasında strateji idarəetmənin 
planlasdırılmasının təkmilləşdirilməsinə dair təklif və tövsiyələrin hazırlanmasıdır. 
Tədqiqatın obyekti. Tədqiqat obyekti kimi ölkəmizdə tekstil, inşaat, 
metalurgiya və plastik sektorlarında fəaliyyət göstərən 12 müəssisə seçilmişdir.


- 5 - 
Tədqiqatın elmi və nəzəri əsasları. Tədqiqatın elmi-nəzəri əsasını iqtisadçı 
alimlərin və HR mütəxəssislərin elmi-nəzəri tədqiqatları həmçinin insan resurslarının 
idarə edilməsinə dair məlumatlar təşkil edir.  
Tədqiqatın informasiya təminatı. Təhlillər zamanı araşdırmanın mənbəyi ola 
biləcək çox sayda həm yerli həm də xarici ədəbiyyatlar, məqalələr araşdırılmış və 
internet materiallarından istifadə edilmişdir. Seçilmiş müəssisələrdə həyata keçirilən 
anketin son hissəsində müsahibə üsulu ilə əldə olunacaq məlumatlar sorğulanmışdır.  

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin