Nuriyeva Sevinc Qürbət qızı “Azərbaycanda fəaliyyət göstərən xidmət müəssisələrində işgüzar adaptasiya və kariyera sisteminin formalaşması”



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə14/36
tarix03.03.2023
ölçüsü1,55 Mb.
#86349
1   ...   10   11   12   13   14   15   16   17   ...   36
nuriyeva-sevinc

Peşəkar karyera - konkret olaraq işçi öz peşəkar fəaliyyəti dövründə müxtəlif 
inkişaf mərhələlərindən keçir ki, bura təhsil, işə girmə, peşəkarlığın yüksəldilməsi
fərdi peşəkarlıq qabiliyyətinin saxlanılması, pensiyaya getmək aid edilir. Hər bir işçi 
müxtəlif təşkilatlarda bu mərhələləri ardıcıl keçə bilər.
Təşkilatdaxili karyera - üç istiqamətdə reallaşdırılır: 
şaquli karyera anlayışı -karyera ilə irəliləmə bu istiqamətdə özünü daha 
aydın göstərir. Karyeranın şaquli istiqamətilə struktur karyeranın ən yüksək 
mərhələsinə yüksəlmək mümkündür; 
üfüqi karyera anlayışı- işçinin fəaliyyətinin başqa funksional sahəyə 
yerdəyişməsi, və yaxud da təşkilati struktura formal təhkim olunmamış 
mərhələdə müəyyən xidməti rolun yerinə yetirilməsi nəzərdə tutulur. Üfüqi 
karyeraya 
nəzərdə 
tutulmuş 
mərhələlər 
çərçivəsində 
tapşırıqların 
genişləndirilməsi və ya mürəkkəbləşdirilməsi çətinləşdirilməsi aid edilir.  
mərkəzə sövq edən karyera- bu istiqamət adından da göründüyü kimi əksər 
hallarda işçilər üçün xoşagəlimli olur. Bu karyera növündə işçinin təşkilatın 
rəhbərliyinə doğru hərəkəti başa düşülür. Məsələn, işçinin müşavirələrə, formal 
həmçinin qeyri-formal xarakterli görüşlərə dəvət edilməsi səbəbiylə qeyri-
formal informasiya mənbələrinə yol açılması, inamlı ünsiyyət, rəhbərliyin 
ayrılıqda mühüm təklifləri və s. 
İşgüzar karyeranın planlaşdırılması işçinin işə qəbul olunması anından işdən 
azad olana qədər onun vəzifə sistemi və ya işi üzrə şaquli və üfüqi irəliləməsinin 
planlaşdırılmasını nəzərdə tutur. İşçi yalnız qısamüddətli və uzunmüddətli dövr üçün 
öz perspektivlərini bilməli, və hətta işdə irəliləmək üçün hansı göstəricilərin əldə 
olunmasını bilməlidir. İşçi karyerasının müxtəlif mərhələlərində müəyyən tələbləri 
ödəyir. 


- 31 - 
Karyera dövrü nədir? 
İnsan həyatı müxtəlif dövrlərə ayrılır. Uşaqlıqdan gəncliyə yetkinlik yaşına 
çatmaq insanların həyatında dönüş nöqtəsidir. Həyat dövrlərində çoxsaylı işlər 
görülmüşdür. Fərdi həyatında səkkiz psixo-sosial mərhələ vardır. Bu mərhələrdən
dördü uşaqlıqdır digər dördü isə fərdin iş həyatı da daxil olmaqla yetkinliyə aid edilir. 
Bunlara yeniyetməlik, gənc yetkinlik, yetkinlik və yaşlılıq deyilir. Daniel Levinsonun
modelində isə 6 mərhələ öz əksini tapmışdır. bunlar;
 Ailədən ayrılma (16-22 yaş), 
 müvəqqəti qəbul (22-29 yaş),
 keçid dövrü (29-32 il),
 həll müddəti(32-39 yaş),
 potensial "orta yaş böhranı" dövrü (39-43 yaş)
 yenilənmə dövrü (43-50yaş).
Fərdi karyera mərhələlərinin inkişafı fərdi həyat mərhələsinə paraleldir. Bu 
uşaqlıqdan yetkinlik yaşına qədər, hətta yaşlaşma yaşına qədər davam edir. Həyatın 
hər bir addımında motivasiya, vəzifə və zəruri ehtiyaclar vardır. Karyeranın 
inkişafına və formalaşmasına kömək edən müxtəlif amillərin təsiri vardır. Fiziki və 
əsas girişlər, ailə, məktəb, etnik qruplaşma, cins, maraq, yaş, iş təcrübəsi, təcrübə, və 
s. kariyeraya təsir edə biləcək amillərin bir hissəsidir. Özünə hörmət ehtiyacından 
asılı olaraq, karyera inkişaf edir. Bununla yanaşı, bir istiqamət seçilməli və arzuı və 
məqsədlər ortaya qoyulmalıdır. Ancaq gözləntilər və ehtiyaclar hər kəsə görə 
fərqlidir. Yetkinlik dövründə karyera ideyası insanın özündə başlayır. 


- 32 - 

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin